Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

    VHP-nin 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyasını davam etdirir.

    Növbəti görüş Yardımlı rayon Urağaran (Urakəran) kəndində keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsini yad etməklə başlayan görüşü VHP Ali Məclisinin üzvü Hacı Əliqismət Əlibəyli açaraq namizədin həyat yolu, fəaliyyəti barədə danışıb, VHP-nin siyasi-ideoloji proqramı haqda məlumat verib.
    Samir Əsədli çıxışında rayonun problemləri, əhalinin həyat şəraiti ilə bağlı çətinliklərdən söz açıb: “Dövlət proqramı çərçivəsində Yardımlıda böyük işlər görülə bilər. Rayonun problemləri çoxdur, xüsusi ilə iş yerlərinin olmaması gənclərin rayondan köçüb getməsinə səbəb olur. Biz həm də vətəndaş olaraq bölgəmizin, ölkəmizin gələcəyi üçün çalışmalıyıq. Seçilsək də, seçilməsək də, bu işləri görməyə çalışacağıq. Bu gün Yardımlının əsasən də kənd təsərrüfatı sahəsində xüsusi qayğıya ehtiyacı var. Taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etdirilməlidir. Turizim sahəsinə diqqət ayrılmalıdır. Rayonun buna potensialı var. Gəzməli, görməli yerləri çoxdur. Təbliğ olunmalıdır ki, insanlar gəlsin. İaşə, xidmət obyektləri turistə xidmət etmək üçün hazırlanmalı, qurulmalıdır. Yardımlı arxa planda qalmamalıdır”.
    Urakəran kənd məktəbinin tarix müəllimi Qabil Əsgərov kəndin problemləri haqda danışıb, Yardımlı raonunda kənd adlarının, həmçinin bu kəndin də adının qeyri-Azərbaycan toponimləri ilə əvəzlənməsinə diqqət çəkib.
    Samir bəy bu məsələni bütün hallarda diqqətdə saxlayacağını və müvafiq qurumlara müraciət olunacağını bildirib.
    Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə S.Əsədli seçicilərin suallarını cavablandırıb.

     

  • Samir Əsədli Yardımlının Zevin kəndində seçicilər ilə görüşüb – FOTOLAR

    Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirir. Növbəti görüş Yardımlı rayon Zevin kəndində keçirilib. İlk öncə kənd şəhidlərinin məzarını ziyarət edən Samir bəy kənd meydanında seçicilərlə görüşüb.

    Görüşü açan VHP Ali Məclisinin üzvü, milli-azadlıq hərəkatının fəallarından olan Hacı Əliqismət  Əlibəyli S.Əsədli haqqında danışmış, VHP-nin siyasi-ideoloji proqramı haqda məlumat vermişdir.

    Daha sonra deputatlığa namizəd Samir Əsədli çıxış edərək seçki platformasından, VHP-nin məramnaməsində vətəndaşların sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün nəzərdə tutulan müddəalardan, partiyanın qarşısında duran önəmli məsələlərdən danışıb. O, bildirib ki, VHP-nin əsas məramı insan amilidir, vətəndaşın rifahı və xoş gələcəyidir, partiyanın əsas fəaliyyəti də məhz bu yöndədir. Əslən Yardımlı rayonundan olan biri kimi bu rayonun problemlərinə də toxunan Samir bəy, rayonun turizim potensialı, iqtisadi inkişafı və yeni iş yerlərinin açılması üçün nəzərdə tutulan layihələrdən danışdı. O, bildirdi ki, bölgənin problemlərinə yaxından bələddir və Milli Məclisdə təmsil olunacağı halda bu problemləri müvafiq dövlət qurumları qarşısında qaldıracaq.

    S.Əsədli sonda seçicilərin suallarını cavablandırıb.

  • VHP rəsmisini ABŞ diplomatı ilə görüşüb

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası sədr müavini, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri Diana Braunla görüşüb. Görüş zamanı parlament seçkiləri ilə bağlı ölkədəki ictimai-siyasi durum, seçki mühiti haqda müzakirələr aparılıb.

    S.Əsədli VHP-nin seçki fəaliyyəti, qeydə alınmış namizədlər haqda diplomata məlumat verib.

  • VHP sədr ATƏT-in seçki missiyasını qəbul edib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında 1 sentyabr növbədənkənar parlament seçkisini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib. S.Rüstəmxanlı VHP-nin seçki təcrübəsi, 1 sentyabrda keçiriləcək parlament seçkilərində partiyanın iştirakı, qeydə alınmış namizədlər haqda qonaqlara ətraflı məlumat verib. Qarşıdan gələn seçkilərdə də VHP-nin uğuruna əminliyini bildirən partiya sədri vətəndaşların seçki fəallığı ilə bərabər yerli və xarici müşahidəçilərin fəaliyyətinin də seçki prosesində böyük rol oynadığını qeyd edib.

    Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən missiyanın rəhbəri missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib. O, Azərbaycandakı seçki mühitini və təşviqat kampaniyalarının gedişatını öyrənmək məqsədilə seçkilərdə iştirak edən partiyalar və namizədlərlə görüşlər keçirdiklərini söyləyib. Görüşdə missiya rəhbərinin müavini Elissavet Karagiannidou və siyasət üzrə analitik Noemi Arçidiakono, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli iştirak edib.

  • Sabir Rüstəmxanlının Ramiz Mehdiyevə cavabı -VİDEO

    VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının 1996-cı ildə Milli Məclisdə həmin dövrdə Prezident Aparatının rəhbəri olan Ramiz Mehdiyevlə mübahisəsini əks etdirən görüntülər yayılıb.

    Axar.az xəbər verir ki, proses 1994-1995-ci ildən başlamış, həmin vaxt PA rəhbəri olan Ramiz Mehdiyev Mətbuat və İnformasiya Nazirliyini bir neçə dəfə yoxlatdırmış, nəticə almadıqda isə PA-nın mətbu orqanı olan “Xalq qəzeti” də daxil olmaqla, bir neçə media qurumunda həmin vaxt mətbuat və informasiya naziri Sabir Rüstəmxanlının əleyhinə kampaniya başlatmışdı.

    Sabir Rüstəmxanlı o kampaniyaya həddən artıq geniş bir cavab yazaraq, dərc etdirmiş və bunun arxasında Ramiz Mehdiyevin dayandığını bildirmişdi. Bir müddətdən sonra isə (1995-ci il) Sabir Rüstəmxanlı nazir vəzifəsindən istefa verərək, parlament seçkisinə qatılmış və deputat seçilmişdi.

    Buna baxmayaraq, Ramiz Mehdiyev “köhnə rəqibini” növbəti dəfə Milli Məclisdə “vurmaq” qərarına gəlmişdi.

    Sabir Rüstəmxanlının Ramiz Mehdiyevə Milli Məclisdəki cavabını təqdim edirik:

  • MHP-də Əhməd Cavad İnistutu yaradıldı – Sabir Rüstəmxanlıdan təbrik

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının tapşırığı ilə Ankarada Əhməd Cavad adına İnstitut yaradılıb. Qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.

    MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura Partiya sədrinin baş müşaviri, professor Ruhi Ersoy rəhbərlik edəcək.
    Azərbaycan Milli Məclisinin deputatı,
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı İnistitutun yaradılması ilə bağlı MHP sədri Dövlət Baxçalıya məktub ünvanlayıb. Məktubda deyilir: “Sayğıdəyər Devlət bəy!
    Milliyyətçi Hərəkat Partiyasında Türk dünyasının istiqlal şairi Əhməd Cavad adına “Əhməd Cavad İnistitutu” yaradılmasını böyük sevinclə qarşıladım. Turan ellərində daim “Yol ver, Türkün bayrağına” türküsüylə ruhu dolaşan böyük şairimizin adını daşıyacaq inistitutun Türk Dünyası üçün böyük işlər görəcəyinə inanıram.
    Xeyirli, uğurlu olsun!
    Türkiyə siyasi sistemində milli məfkurənin dönməz daşıyıcısı olaraq Sizə uğurlar arzulayıram!
    Tanrı Türkü qorusun!”

  • VHP təmsilçisi: İqtidar-müxalifət arasında dəyirmi masaların keçirilməsi məqbul və vacibdir

    “Siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirəsi, cəmiyyətə birlikdə mesajlar verməsi əhəmiyyətli faktordur”
     
     
    Ötən həftə Prezident Administrasiyası növbəti addıma imza atdı. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması üçün Milli Məclis, MSK, Hesablama Palatası, Ədliyyə və Maliyyə nazirlikləri, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olundu. Görüşdə dövlət qurumlarının siyasi təşkilatlarla bağlı gördüyü işlərə nəzər salındı. Çıxış edən partiya nümayəndələri müxtəlif təkliflər səsləndirdilər, ətraflı müzakirələr aparıldı. Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən partiyarla bir neçə görüş keçirib. Lakin ilk dəfə olaraq məhz dövlət qurumlarını təmsil edən şəxslərin iştirakı ilə partiyaların nümayəndələrinin görüşü təşkil edilib. Bu cür görüşlərin bundan sonra da davam edəcəyi vurğulanıb.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, politoloq Felmar Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, tədbir mahiyyətcə onu göstərdi ki, bundan sonra da iqtidarla müxalifət arasındakı münasibətlər məhz dialoq formasında davam edəcək. Partiya təmsilçisi qeyd edib ki, keçirilən tədbir ölkəmiz və siyasi partiyalar üçün faydalı tədbir idi: 
    “Təkliflər irəli sürüldü, problemlər də qeyd olundu və müzakirə edildi. Tədbir yüksək səviyyədə keçdi. Bu cür tədbirlərin davamlı olması təklifləri verildi və yəqin ki, davamlı olmalıdır. Gələcəkdə də müxtəlif mövzular ətrafında bu cür dəyirmi masaların keçirilməsini məqbul və vacibdir. Çünki ölkədə siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirə etməsi, cəmiyyətdə birlikdə mesajlar verməsi əhəmiyyətli faktorlardan biridir. Yaxın tariximiz milli birliyin və siyasi dialoqdan yaranan həmrəyliyin müsbət nəticəsini ortaya qoyub. Xalqımız Vətən müharibəsində iqtidar-müxalifət birliyinin şahidi oldu”.
     
    F.Ələkbərli vurğulayıb ki, qırx dörd günlük Vətən müharibəsinin qələbə ilə başa çatması istər regionumuzda, istərsə də ölkəmizdə yeni siyasi reallıqlar yaratdı: 
    “Vətən müharibəsi dövründə siyasi partiyaların nümayiş etdirdiyi milli birlik, siyasi həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin daha mübariz olmasını şərtləndirdi. Bu həqiqətlər siyasi dialoqun davamlılığını şərtləndirir”.
  • VHP sədrinin Cümhuriyyət günü təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı 28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:
    “Əziz bacılar və qardaşlar!
    28 May – Müstəqillik Günü münasibəti ilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
    Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının, dövrün tanınmış siyasətçiləri və ziyalılarının fədakarlıqları nəticəsində Azərbaycanda Şərqin ilk demokratik dövləti yaradılıb. Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin və xalqımızın tarixində çox böyük iz qoyub, dövlət və ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində mühüm işlər görüb. İki il ərzində bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirilib. Ən əsası isə, M.Ə.Rəsulzadənin təbirincə desək, xalqa azacıq da olsa azadlıq hissi dadızdırılıb. 70 illik bolşevik istilası dövrünün qanlı repressiyaları belə az da olsa istiqlal dadmış Azərbaycan xalqının qəlbindən azadlıq sevgisini silib ata bilmədi. 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz ikinci istiqlal mücadiləsinə başlayanda məhz bu ideyalarla silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı, xalqımız əsrin sonunda başlayan müstəqillik savaşına da məhz bu ideyalarla atıldı və qalib gəldi. Bu gün Azərbaycan müstəqil dövlət olaraq Xalq Cümhuriyyətindən bizə miras qalan müqəddəs bayrağı qürurla dalğalandırır. Bu bayrağın Xankəndindən Bakıdayadək bütün ölkə ərazisində dalğalanması tariximizin ayrıca bir şərəf səhifəsidir. Azərbaycan xalqı 106 il öncə dünyaya təqdim etdiyi istiqlal və hürriyyət ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir.
    Əziz həmvətənlər!
    Sizi bir daha 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, Azərbaycan uğrunda apardığımız mübarizədə uğurlar arzulayıram. 28 may dünya siyasətində Azad, Demokratik Azərbaycan dövlətinin yaranma günüdür. Bu həm də Bütöv Azərbaycan dövlətinin qurulmasına gedən yolun başlanğıcıdır! Bu yolda Tanrı millətimizə yar olsun!”.

  • Xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti koordinasiya olunmayıb

    Bu sözləri Diaspora.TV-yə Vətəndaş Həmrəyliyi Partiyasının Diasporla iş şöbəsinin müdiri Real Cəfərli diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərinə münasibət bildirərkən deyib.
    R.Cəfərlinin sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının sayı ölkədən-ölkəyə fərqlidir:
    “Məsələn, Rusiyada yüzdən artıq Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycanla bağlı hansısa xüsusi günlərdə ayrı-ayrılıqda tədbirlər keçirirlər. Təbii ki, birinin digərinin gördüyü işdən xəbəri də olmur. Üstəlik, bu qədər təşkilatın ayrılıqda və dağınıq şəkildə Xocalı soyqırımı, Qarabağ münaqişəsini gündəmə gətirməsi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışması effekt vermir. Elə buna görə də Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması həm də proseslərə təsiretmə imkanlarını ortaya qoyur”.
    Şöbə müdiri təəssüflə bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi 30 ildən çox mövcud olsa da ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti koordinasiya olunmayıb:
    “Bu isə ona gətirib ki, xaricdə təşkilatlanan azərbaycanlılar Dövlət Komitəsi ilə paralel şəkildə addımlaya bilməyib. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidirlər. Sadə misal gətirək: xarici ölkədə yaşayan Azərbaycan təşkilatları hansısa günlə bağlı tədbir keçirir. Eyni anda hamısı tədbir keçirərkən effektli olmur və hansına gedəcəyini bilmirsən. Yaxud da etiraz mitinqi keçirmək istəyirlər. Bunu mütləq razılaşdırmalıdırlar”.
    R.Cəfərli təklif edib ki, bunun üçün koordinasiya şuraları formal mövcudluqdan real fəaliyyətə keçməlidirlər.
    Diaspora.TV
  • Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü

    Qardaş Türkiyədən olan bir qrup şəhid ailəsi Azərbaycana səfərə gəlib.
    “34 şəhidin izi ilə” layihəsi çərçivəsində “Kırşəhir Şəhid Ailələri“ İctimai Birliyinin rəhbərliyi və fəallarının ölkəmizə bu ilk səfər proqramı “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın təşkilatçılığı altında gerçəkləşdirilib.
    Bir neçə gündür Bakıda olan şəhid ailələri bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüşüblər.

    Azərbaycan və Türkiyə arasında münasibətlərdən danışan S.Rüstəmxanlı hər iki ölkənin istiqlal savaşında qardaş xalqların birgə mübarizəsinin tarixdə başqa örnəyinin olmadığını bildirib:
    “Yüz il öncə Nuru Paşanın Azərbaycan türklərinə köməyə gəlməsi, eyni zamanda sovet əsarəti altında belə, sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsinin nəticəsi idi. Şərqin ilk cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət, iki dövlət” həqiqətinin real təzahürü idi. O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyada “Bir millət, iki dövlət” deyil, “Türk birliyi” ideasını həyata keçirmək zamanıdır. Bu zamanın və Türk dünyasının gələcək taleyinin diktəsidir”.
    Tədbirdə tanınmış türkiyəli yazıçı, tərcüməçi ,”Türk ədəbiyyatı” jurnalının rəhbəri İmdat Avşar, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Nilufər Lətif, VHP-nin Qadınlarla iş üzrə şöbəsinin müdiri, şair Aysel Xanlarqızı, türkiyəli şəhid ailələri və başqaları çıxış ediblər.
    RHİMİB-nin sədri Arzu Bağırova və Türkiyədən gələn qonaqlar adından “Kırşəhər şəhid ailələri” İctimai Birliyinin rəhbəri Mutlu Kılıc Aslan tərəfindən Sabir Rüstəmxanlıya xatirə hədiyyələri təqdim olunub. Qonaqlara isə S.Rüstəmxanlının türk dilində çap olunmuş imzalı kitabları təqdim olunub.

    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO