Vətəndaş Həmrəyliyi Partiyası

VHP sədr ATƏT-in seçki missiyasını qəbul edib

Written by

in

,
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında 1 sentyabr növbədənkənar parlament seçkisini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib. S.Rüstəmxanlı VHP-nin seçki təcrübəsi, 1 sentyabrda keçiriləcək parlament seçkilərində partiyanın iştirakı, qeydə alınmış namizədlər haqda qonaqlara ətraflı məlumat verib. Qarşıdan gələn seçkilərdə də VHP-nin uğuruna əminliyini bildirən partiya sədri vətəndaşların seçki fəallığı ilə bərabər yerli və xarici müşahidəçilərin fəaliyyətinin də seçki prosesində böyük rol oynadığını qeyd edib.

Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən missiyanın rəhbəri missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib. O, Azərbaycandakı seçki mühitini və təşviqat kampaniyalarının gedişatını öyrənmək məqsədilə seçkilərdə iştirak edən partiyalar və namizədlərlə görüşlər keçirdiklərini söyləyib. Görüşdə missiya rəhbərinin müavini Elissavet Karagiannidou və siyasət üzrə analitik Noemi Arçidiakono, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli iştirak edib.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir