![]() Felmar Ələkbərov VHP MNTK-sının sədri Telefon: 050 682 88 89 012 480 15 78 E-mail:
|
Tanıtım:
Ələkbərov Felmar Əli oğlu, 10 fevral 1950-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. 1967-ci ildə Ağdam rayonu, Mahrızl kənd orta məktəbini və 1972-ci ildə Neft və Kimya İnstitutunun kimya texnologiya fakultəsinin “kimyaçı mühəndis” ixtisasını bitirib. 1968-ci ilin may ayindan 1970-ci il avqustun 13-nə qədər Bakı Süd Kombinatında fəhlə işləyib. 1970-ci ildən Bakı Şin Zavodunda fəhlə, usta, növbə rəisi, sahə rəisi, sexin texniki rəhbəri və sair vəzifələrdə calışıb . 1987-ci ilin aprelindən 1989-cu il noyabrın 16-na qədər keçmiş SSRİ-in Lövlət Standartları Komitəsində Bakı Şin Zavoduna nəzarət edən nümayən heyətinin üzvü olub. 1989-cu il noyabrin 16-dan, SSRİ Kimya və Neftayirma Sənayesi nazirinin əmri ilə Bakı Şin Zavodunun direktoru təyin edilib.. YAP hakimiyyəti tərəfindən 1994-cü ildə vəzifəsindən azad edilib. 1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Nərimanov Rayon Təşkilatının üzvüdür. 2000-2007-ci illərdə partiya Ali Məclisinin üzvü olub. 2007-ci ilin 24 dekabrında keçirilən partiya qurultayında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü və MNTK-nın iclasında isə sədr seçilib. Sonuncu parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən deputatlığa namizəd olub. Ailəlidir, 2 oğlu və 1 qızı var. |
