![]() Niyaz Qubadov VHP Ali Məclisinin katibi və Abşeron RT sədri Telefon: +994 50 357 88 22 Web: E-mail:
Sosial şəbəkələrdə: https://www.facebook.com/niyaz.qubadov
|
Tanıtım:
Qubadov Niyaz Baxas oğlu, 13 oktyabr 1967-cü ildə anadan olub. 1984-cü ildə orta məktəbi bitirib. 1986-1988-də həqiqi hərbi xidmətdə olub. 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnistutunu (indiki Aqrar Unversitet) fərqlənmə ilə bitirib. Abşeron rayonunda müxtəlif vəzifələrdə çalışıb. 2000-2005-ci ildə 45 saylı Abşeron Dairə Seçki Komissiyasında katib olub. 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində Masazır Bələdiyyəsinin üzvü seçilib və bələdiyyəninə Yerli-Sosial Məsələlər Daimi Komissiyasının sədridir. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Abşeron rayon təşkilatının üzvüdür. Rayon təşkilatında müxtəlif görəvlərə yiyələnib. 1997-ci ildə VHP Abşeron rayon təşkilatının konfransında təşkilatın sədri seçilib. Ailəlidir, 3 övladı var.
Niyaz bəyin deyimi: “Mənə deyiləndə ki, sən nə vaxtdan VHP üzvüsən? O sualı mən partiyanın 20 illiyində fikirləşdim ki, mən nə vaxtdan VHP üzvüyəm? tapa bilmədim… çünki mən heç bir partiyanin, yəni Kommunist partiyasının da üzvü olmamışam. Sonra tapdım ki, elə mən doğulandan VHP-çi kimi dünyaya gəlmişəm”.
|
