Yevlax Rayon Təşkilatı

Vüqar Cəfərli
Yevlax Rayon Təşkilatı sədri
Vüqar Qalib oğlu Cəfərov 09 oktyabr 1975-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə N.Nərimanov adına 15 saylı Yevlax Şəhər orta məktəbini bitirib.
“Təfəkkür” Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. İqtisadçıdır.
2004-2008-ci ildə QHT sektorunda, 2008-2010-cu ildə DəmirBankda, 2010-2011-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İdarəsində, 2012-2016-ci ildə AzSığorta ASC-də, 2016-2018-ci Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Xidmətinin Yevlax və Beyləqan regional idarələrinin rəisi olub, 2018-2019-cu ildə “Buta Aqro” şirkətinin mühasibi işləyib.
2003-cü ildən VHP Yevlax rayon təşkilatının üzvü və 2017-ci ildən təşkilatın sədridir.
Ailəlidir 2 övladı var.
VHP Yevlax rayon təşkilatı 1993-cü ildə təsis edilib. Rayon təşkilatı bölgədə aktiv fəaliyyəti və üzvlərinin fəallığı, həm partiyanın həyatında, həm də bölgədə önəmli fəaliyyəti ilə seçilib. Rayonun əksər kənd və qəsəbələrində özək təşkilatları fəaliyyət göstərir.
Bələdiyyə və parlament seçkilərinə öz namizədləri ilə qatılıb. Müxtəlif vaxtlarda təşkilatın üzvləri bir sıra bələdiyyələrin tərkibinə seçiliblər.
Təşkilara Asif Məmmədov, Rəşid Rəşidov və Qalib Cəfərov rəhbərlik ediblır. Hazırda rayon təşkilatının sədri Vüqar Cəfərlidir.






