Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr-Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.



Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr-Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.



Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təsisedilməsindən 32 il ötür. VHP 1992-ci il sentyabrın 26-da ilk qurultayını keçirib. Partiya ciddi ictimai-siyasiqarşıdurmalar, iqtisadi xaos, hakimiyyət uğrundaçəkişmələr və Birinci Qarabağ müharibəsinin kəskinləşdiyidönəmdə vətəndaş həmrəyliyi ideyasının təbliğinə başlayıb. Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanınmüstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranmasıDövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsədə, bu məqama gətirib çıxaran yol 1988-ci ilin Meydanhərəkatından başlamışdı. Bu mənada VHP-nin yaranması1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edənhadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitinməntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları ciddi şəkildə narahat edirdi. VHP-ninyaranmasına səbəb siyasi təcrübəsizlik, xarici amillərnəticəsində meydana çıxan real vətəndaş qarşıdurmasıtəhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyətduyğusu idi. VHP yarandığı gündən nicat yolumuzunVətəndaş Həmrəyliyində olduğunu bəyan etdi. VHP hazırda seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu iləölkənin aparıcı siyasi partiyalarından biridir. Müstəqillikdönəminin bütün parlament və bələdiyyə seçkilərindəiştirak edib və uğur qazanıb. Vətəndaş HəmrəyliyiPartiyasının bu günə kimi 8 qurultayı keçirilib. Hazırdapartiyanın respublikanın 81 bölgə (şəhər/rayon) vəNaxçıvan muxtar respublika təşkilatı fəaliyyət göstərir.
Bu gün ölkədə gedən proseslər və siyasi partiyalarınbəyan etdiyi ideoloji sistem VHP-nin 32 il öncə irəlisürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğununümayiş etdirir. Siyasi leksikonumuza VətəndaşHəmrəyliyi ifadəsini məhz VHP gətirmişdir.
Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşıolan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsilolunurlar.
Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsisolunduğu ildən parlamentdə təmsil olunan VHP hazırdademokratik qüvvələr düşərgəsində ön sırada dayananpartiyalardan biridir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər veriləndemokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfiolaraq qalır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!
Bu gün Bakının işğaldan azad olunmasının 106-cı ildönümü münasibətilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri Şəhidlər Xiyabanında Türk Şəhidliyini ziyarət edib. Partiya üzvləri abidə önünə gül dəstələri qoyub, şəhidlərin ruhunu sayğı ilə yad edilib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxış edərək 1918-ci il 15 sentyabrda Bakının azad olunmasının tarixi əhəmiyyətindən bəhs edib.

Xəbər verdiyimiz kiçi, Türk Dünyası Ortaq Əlifba Komissiyasının Bakıda üçüncü iclası keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Türk Akademiyasının prezidenti Şahin Mustafayev Komissiyanın ancaq Türk dünyası üçün əlifba yaradılması layihəsi ilə məşğul olduğunu bildirib:
“Əsas məqsədimiz ortaq əlifba yaratmaqdır. Türk dünyasının dövlət başçıları bizdən hazır əlifba gözləyirlər. Nəticələri yekunlaşdırmaq üçün cəmi iki günümüz var”.
Ş.Mustafayevin sözlərinə görə, türk ölkələri və xalqları vahid əlifbaya keçid məsələsində artıq ciddi akademik irəliləyiş əldə ediblər, lakin siyasi qərarların qəbulu müəyyən vaxt apara bilər.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Bakıvaxtı.az-a deyib ki, VHP və partiya sədri Sabir Rüstəmxanlı ortaq türk əlifbasının qəbul olunmasının ilk təşəbbüskarlarındandır və bununla bağlı müxtəlif təkliflərlə, layihələrlə çıxış edib.
Onun sözlərinə görə, VHP sədri həm Azərbaycan parlamentində, həm də Türkiyə, Qazaxıstan, Özbəkistan səfərlərində, Rusiyanın tərkibində olan muxtar türk respublikalarına gedişində bu məsələni daim gündəmə gətirib:
“Biz ortaq türk əlifbasının qəbul və təsdiq olunmasının tərəfdarıyıq. Ortaq türk əlifbası türk ölkələrini bir-birinə daha çox yaxınlaşdıracaq. Ortaq əlifba tətbiq olunandan sonra ortaq dil məsələsinin həlli də asanlaşacaq. Türk dövlətləri iqtisadi-siyasi-mədəni əlaqələrlə yanaşı, dil baxımından da bir-birinə yaxınlaşmalıdır. Çünki ortaq danışıq dili olmalı, vahid dil forması tətbiq edilməlidir ki, türk dünyası ilə əlaqələr genişlənsin”.
Müsahibimiz bildirib ki, Türk birliyi sözdə yox, əməldə olmalı və Avropa modeli formasında öz əksini tapmalıdır. Bunun üçün gərəkən addımlar atılmalıdır:
“Ortaq türk əlifbası ilk növbədə dilçi-alimlərin, mütəxəssislərin işidir. Təbii ki, bu həm də siyasi qərardır. Elə etməliyik ki, əlifba işlək vəziyyətdə olsun və istifadə edilsin”.
Həmsöhbətimiz vurğulayıb ki, ortaq türk əlifbası hansı formada qəbul olunacaqsa, bütün türk respublikalarının orta məktəblərində, ilk siniflərində tədris edilməlidir:
“Türk dünyasının əlaqələri sadəcə liderlər səviyəyəsində yox, xalqlar, cəmiyyətin bir-birinə açılımı səviyyəsində olmalıdır. Birliyimizin daim olması üçün bu, çox vacib məqamdır. Avropa modelindəki kimi türk respublikaları arasında da sərhəd və gömrük-keçid məntəqələri də tədricən aradan qaldırımalıdır. İnsanlar türk dünyasında sərbəst gəzib-dolaşmaq imkanı əldə etməli, istədikləri türk respublikasında yaşaya, işləyə, təhsil ala bilməlidir”.
Aydın Baxış
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan parlamentarizmi tarixində bütün seçkilərində iştirak etmiş və hər bir seçkidə uğura nail olmuşdur. Seçkidən-seçkiyə öz təcrübəsini daha da artıran Partiya VII çağırış Azərbaycan Respublikasının Mili Məclisinə seçkilərdə də aktivliyi ilə fərqlənmişdir.
VHP-nin seçkilərə qatılan 17 namizədi qatılan Partiyamız demokratik seçki mühiti, təşviqat üçün yaradılmış münbit şərait mühitində rahat və sərbəst təbliğatını aparmışdır. Namizədlər təkcə MSK tərəfindən onlar üçün ayrılmış qapalı və açıq məkanlarda deyil, hər bir yaşayış məntəqəsində, kəndlərdə, qəsəbələrdə, məhəllələrdə maneəsiz təbliğat-təşviqat işi aparmış, nəticədə böyük uğur qazanmışdır.
Bu müddət ərzində partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkilərini izləyən uzunmüddətli müşahidə missiyasının, ATƏT Parlament Asambleyasının seçki müşahidə missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşmüş, onlarla seçki mühitini müzakirə etmiş və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırmışdır.
1 sentyabr tarixində 125 seçki dairəsindən 51-də seçkini canlı izləyən müşahidəçilərimizin rəyləri, həm də partiyanın qərargahından yüzlərlə seçki məntqəsində quraşdırılan kameraların izlənilməsi onu deməyə əsas verir ki, VII çağırış Milli Məclisə seçkilər təhlükəsiz, demokratik və şəffaf keçirilmişdir. İlkin nəticələrə əsasən Partiyamızın 17 namizədindən 3-ü qalib gələrək seçki marafonunu uğurla başa vurmuşdur.
Seçki prosesində namizədlərimizə qarşı digər namizəd və nümayəndələrinin baş verən hansısa təxribat cəhdləri olsa da, müşahidəçilərimiz və səlahiyyətli nümayəndələrimiz tərəfindən seçkini pozmaq cəhdlərinin qarşısı alınmışdır. Gerçəkdə 1 sentyabr seçkilərində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılmış, onların seçiminə təsir göstərilməmişdir. Vətəndaş Həmrəyliyi Partiyası seçkinin ilkin nəticələrinə əsasən uğur qazanan bütün namizədləri ürəkdən təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayır.
Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi Samir Əsədli Yardımlı rayonunun Vərov və Masallı rayonunun Qəriblər kəndində bir qrup seçici ilə görüşüb. VHP-nin Səlahiyyətli nümayəndəsi Yusif Xantemirov vamizəd barədə, onun həyat yolu haqqında iştirakçıları məlumatlandırıb.
Daha sonra VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli seçicilərə öz platforması, bölgə ilə bağlı təklif və planlarından danışıb. Yardımlı və Masallı rayonunun coğrafi mövqeyindən irəli gələn üstünlüklərindən danışan namizəd bu potensialdan lazımınca bəhrələnmək üçün turizm və kənd təsərrüfatı sahəsində dövlət proqramlarının vacibliyini bildirdi. Samir Əsədliu qarşıda duran işlərdən, VHP-nin seçki platrorması, məramnaməsi, sosial-iqtisadi vəziyyətlə bağlı proqramı barədə məlumat verib.
Sonda seçicilərin problemləri dinlənilib və onların sualları cavablandırılıb.

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Sırıq kəndində seçicilərlə görüşüb. Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad etməklə başlayıb. VHP Ali Məclisinin üzvü Əliqismət Əlibəyli görüşü açaraq Milli Məclisə seçkilər, seçki marafonu haqda danışıb və partiyanın dairə üzrə namizədi barədə seçiciləri məlumatlandırıb.
VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli tədbir iştirakçılarını salamlayaraq partiyanın fəaliyyətindən, seçki marafonundan və Milli Məclisdə VHP-nin deputat qrupunun işi barədə məlumat verib. Seçiciləri seçkidə aktiv olmağa və öz səslərini qorumağa çağıran Samir bəy öz seçki platforması, VHP-nin parlament seçkiləri ilə bağlı mövqeyi, seçkiyə münasibətindən danışıb. Deputatlığa namizəd bildirib ki, VHP hər zaman milli birlik, vətəndaş həmrəyliyi ideologiyası ilə bağlı millətin, vətəndaşın yanında olub. Biz partiya olaraq milli mövqeyimizlə dövlətimizin xoş gələcəyi üçün çalışıb, bu yöndə mübarizəsini davam etdirib. Yardımlı rayonunun ümumi problemlərindən danışan S.Əsədli bölgənin inkişafı ilə bağlı təkliflərini səsləndirib.
Tədbir zamanı seçicilər suallar verib, namizəd onları dinləyib və suallara cavab verib.

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Avaş kəndində seçicilərlə görüşüb.




Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat mərhələsi çərçivəsində Yardımlının Şəfəqli kəndində seçicilərlə görüş keçirib. Yığıncağı açan VHP-nin səlahiyyətli nümayəndəsi Nəsimi Şərəfxanlı namizəd haqda məlumat verərək partiyanın fəaliyyətindən, seçki marafonundan və Milli Məclisdə VHP-nin deputat qrupunun işi barədə danışıb.
Daha sonra deputatlığa namizəd Samir Əsədli çıxış edərək özünün seçki platforması haqda danışıb. Əslən Yardımlı rayonundan olduğundan buranın problemləri, yerli camaatı narahat edən məsələlər haqda məlumatlı olduğunu bildirən S.Əsədli mövcud çətinliklkərin həlli ilə bağlı fikirlərini səsləndirib. Deputatlığa namizəd VHP-nin parlament seçkiləri ilə bağlı mövqeyi, seçkiyə münasibıtindən danışıb. O, bildirib ki, VHP hər zaman milli birlik, vətəndaş həmrəyliyi ideologiyası ilə bağlı millətin, vətəndaşın yanında olub. Biz partiya olaraq milli mövqeyimizlə dövlətimizin xoş gələcəyi üçün çalışıb, bu yöndə mübarizəsini davam etdirib.
Təıdbirin sonunda seçicilər namizdə suallar verib, qaldırılan məsələlər haqda müzakirə aparılıb.


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 75 saylı Yardımlı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Çayüzü kəndində keçirib.
Görüşü açıq elan edən VHP sədrinin müavinin Nəsimi Şərəfxanlı namizəd barəsində məlumat verib. O, əslən Yardımlıdan olan namizədin siyasi fəaliyyəti, gənclər hərakatında və ictimai-siyasi həyatda aktiv fəaliyyəti haqqında danışıb. Daha sonra seçicilər qarşısında çıxış edən Samir Əsədli VHP-nin siyasi fəaliyyətindən, 1 sentyabr parlament seçkilərində iştirakından danışaraq Yardımlı rayonunun indiki sosial-iqtisadi durumu və deputat seçiləcəyi halda görəcəyi işlər haqda məlumat verib: “Mən Bakıda yaşasam da hər zaman Yardımlıya bağlı olmuşam, bu rayonun problemlərindən, insanların yaşayışından məlumatlıyam. Yardımlı təbii potensialı baxımdan ölkənin öncül rayonlarından biridir, amma bu potensialdan düzgün istifadə olunmadığından bu gün rayon datasiyada olan yeganə rayondur. Yardımlının tam şəkildə qazlaşdırılması, su probleminin həlli, iş yerlərinin açılması və ən başlıcası turizm sektorunun inkişafı ən vacib məsələlərdən biridir. Deputat seçiləcəyim halda bu problemlərin həllinin müvafiq dövlət qurumları qarşısında qaldıracağıma əmin olun. Bütün hallarda hər zaman sizinlə birgə, sizin yanınızda olacam!”.
Çıxış edən şəhid atası Elşan Aslanov kəndin problemlərindən, müvafiq qurumların diqqətsizliyindən danışıb.
Digər görüş iştirakçıları da fikirlərini bildirərək namizədlə müzakirə aparıblar. Sonda seçicilər 1 sentyabr seçkilərində Samir Əsədlini dəstəkləyəcəklərini bildiriblər.






