Category: Xəbər
-
Əlövsət Əliyev azadlığa buraxıldı- VIDEO
“Leqat” Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi, xalq şairi Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb.BakuPost xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.Bununla bağlı saytımıza açıqlama verən S.Rüstəmxanlı bildirib ki, hələ Əlövsətin özü ilə danışa bilməmişik:“Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib”.Qeyd edək ki, hazırda Almaniyada yaşayan Əlövsət Əliyev mühacir qalmaqalına görə alman polisi tərəfindən saxlanılmışdı. -
Sabir Rüstəmxanlının telefon nömrəsi
Nazlı AğayevaMövzuda çətinlik yoxdu, sadəcə hardan başlamaq barədə tərəddüd var. On üç il əvvəldə qalan xoşbəxt ömrə gedib ordan indiki boşluğa qayıtmağın qorxusu var. Xatırlanması zor və xoş olan çox şeylər ki, o xoşlardan biri 2003-cü ilin təxminən avqust ayında baş verdi. Ölkədə ən maraqlı, ən fəal prezident seçkisi ərəfəsində dairələrinin formalaşacağı son gün idi. Qəbələ dairəsində Vətəndaş Həmrəyliyi Partiyasının bir yeri qalıbmış. O yer uğrunda yerli hökümət dağa-arana adam salıb Sabir Rüstəmxanlını axtarırdı. Xəbəri dairədəki katib mənə verib, gör neynirsən, dedi.VHP barədə heç nə bilmirdim. Əlimdə indiki texniki imkanlar da yox idi ki, əlaqə saxlayıb o yer barədə xahiş edəm. Bakıdakı dostlardan birinə zəng vurdum, partiyanın telefon nömrəsini tapdı. Zəngimə ciddi səsli bir xanım cavab verib o məsələnin Sabir bəyin səlahiyyətində olduğunu bildirdi. O da təzə çıxıbmış, o gün daha qərargaha qayıtmayacaqmış. Prezidentliyə namizədliyi qeydə alınmış məşhur partiya sədrinin mobil nömrəsini təsadüfü bir adama verməzdilər ki. Bunu xahiş etməyin özü dənsizlik olardı. Daim hadisələrin içində olan biri olaraq kənarda qalmağın ağırlığı çökdü çiynimə.Çarəsizcə telefonu sığallayarkən qəfildən həmin nömrəyə zəng getdi. Bayaqkı ciddi səsli xanımın səsini eşidib özümü itirdim. Düyməni basmaq yaxşı çıxmaz deyə bundan betərini edib sədrin mobil telefonunu soruşdum. Gözlədiyimin tam eyni olaraq xanım bunun mümkün olmadığını söyləyib dəstəyi qoydu. Pərt halda özümü söyməyə başlamışdım ki, telefona zəng gəldi və… Həmin xanım ötkəm səslə mənə kağız-qələm götürməyə imkan verib ani fasilədən sonra sədrinin telefon nömrəsini dedi.Bu anlayışlı xanımın VHP-nin “dəmir ledisi” Almaz Qəhrəmanlı olduğunu sonra öyrənəcəkdim. O anlarda isə daha həyəcanlı bir zəngim vardı. Özümü şagird kimi toplayıb cavab gələn kimi allah bilir hansı kəlmələrlə Sabir Rüstəmxanlıya Qəbələdə adımın iqtidar tərəfdə o qədər də yaxşı hallanmadığını söyləyib dairə barədəki xahişimi çatdırdım. Birnəfəsə əzbərimdən bitən kimi Sabir bəy “narahat olma, bacım, öyrənib indi özüm sənə zəng vuracam”, dedi. Quruyub qalmışdım. O boyda adam mənə niyə qayıdıb zəng vursun ki? Bir-iki dəqiqə keçə-keçməyə məni yığıb dedi ki, artıq MSK-da dairələrin formalaşması başa çatır, tələsnək lazımdır. Təcili əsas göstəricilərimi faksla partiyaya göndərməyi tapşırdı. Qaçaqaçla işin axırında rəfiqəmin mühasib olduğu idarənin faksı ilə sənədləri göndərdik. Nəticəyə o qədər ümidli deyildim. Bədbin-bədbin anama əhvalatı danışanda telefon növbəti dəfə səsləndi. Sabir bəy dairənin üzvü olmağım münasibətilə məni təbrik edib, anama çoxlu salam göndərdi. O arada Nazlı olaraq macal tapıb anamla yaşadığımı çatdıra bilmişdim. Həyəcandan ala gözləri dolan anam yavaşdan dillənib: “şair ürəyidi a bala, bəs nə bilmişdin”, dedi. Ardınca ənənəvi qərarını verib məni Sabir Rüstəmxanlını bacısı “elan etdi”.O bacı-bu bacı, indiyə qədər o məşhur adamın qardaşlığını hər addımda duyub hiss etdim. Xəstə oldum, əli üstümdə oldu, yasımız düşdü, sükana oturub tozlu-kəsəkli yollarla dünyanın o qırağındakı ucqar kəndimizə özünü çatdırdı. Qəfil itirdiyim qardaş acımı təsəlli etdi, dərdimi-qayğımı mümkün olduğu qədər yüngülləşdirməyə çalışdı.Təsadüf elə gətirdi ki, həyatdan erkən gedən bacısı Azadə ilə dostlaşdıq, isnişdik bir-birimizə. O zaman ki, gözəl ürəkli, gül üzlü Azadə artıq xərçəngə əsir düşsə də, təslim olmurdu. Onu tanıdığım bir ilə yaxın müddətdə ailəsinə, övladlarına olan tükənməz sevgisinə köklənib xəstəliklə vuruşdu. Heyhat, gün gəldi, bir qış səhərində mən Sabir Rüstəmxanlıya başsağlığı verməyə getdim.Sabir Rüstəmxanlı ilə aramızdakı kövrək bağlar bizi doğmalaşdırdı. Onunla bağlı çox şey danışa bilərəm. Amma yaxın adamlar hisslərini cümlələrlə ifadə etməyə ehtiyac görməzlər. Yazı seçkiyə düşdüyünə görə sadəcə bir məsələni xatrladım ki, Sabir Rüstəmxanlı nə zaman hardan seçildisə səsini millətin ayağına gedərək qazanıb.P.S. Son cümləni reklam üçün deyil, müqayisə üçün yazdım. Ən azından internet əsridir, hamı hər şeyi izləyə bilir. -
Fəzail İbrahimli Komanlı kəndinin sakinləri ilə görüşdü – FOTO
Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Fəzail İbrahimlinin Cəlilabad rayonunda seçicilərlə görüşləri davam edir.
O, bu gün Cəlilabad rayon Komanlı kəndinin sakinləri ilə görüşüb.
F.İbrahimli əvvəlcə ötən dövrdə millət vəkili kimi gördüyü işlərdən danışıb, ötən dövrdə seçicilərlə daimi təması, onların problemlərinin həllində iştirakından danışıb.
Görüşdə kənd sakinləri, müharibə veteranları, ziyalılarla ölkənin bu günü və yaxın keçmişi müzakirə olunub, habelə əhalinin hazırkı qayğıları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Fəzail İbrahimli görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırıb, millət vəkili seçiləcəyi halda yenə də seçicilərin etimadını doğruldacağını bildirib.
Görüşdə iştirak edən seçicilər fevralın 9-da yüksək fəallıq göstərəcəklərini və ən layiqli namizəd kimi Fəzail İbrahimliyə səs verəcəklərini bildiriblər.
-
Fəzail İbrahimli Cəlilabad rayonunda seçicilərlə görüşlərini davam etdirir- FOTO
Fəzail bəy Cəlilabad rayon Göytəpə şəhərində və Ağdaş şəhərində görüşlər keçirib.
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Cəlilabad rayonunda seçicilərlə görüşlərini davam etdirir. Fəzail bəy Cəlilabad rayon Göytəpə şəhərində və Ağdaş şəhərində görüşlər keçirib. Seçicilərin fəallığı ilə keçən görüşlərdə deputatlığa namizəd son dövrdə parlamentdəki fəaliyyətindən danışmış, çıxış edən seçicilər onun deputat fəaliyyətindən razılığını bildirmiş, ayrı-ayrı problemlərin həllində iştirakından danışmışlar.
Deputatlığa namizəd Fəzail İbrahimli öz platforması ilə seçiciləri tanış etmiş və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırmışdır. Görüşlər zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri adiyyatı təşkilatların qarşısında qaldıracağını və həllinə nail olacağını bildirdi.
Çıxış edənlər 9 fevral 2020 – ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.
-
Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı -FOTOLAR
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Milli Məclisə namizəd Fəzail İbrahimli secki təbliğatına start verib. Seçicilərlə görüşlərinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata yurdundan başlayan Fəzail bəy qəhrəmanın atası Ağakərim kişi ilə görüşüb. Şəhidin atası Ağakərim İbrahimovla görüşən F. İbrahimli qeyd edib ki, Mübariz İbrahımovun Millı Qəhrəman adına layiq görülməsi onun şərəfli döyüş yoluna verilən ən böyük qiymətdir. “Bu gün Azərbaycanda hamı Mübarizi tanıyır, bütün gənclərimiz ondan danışır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, Azərbaycan öz torpaqlarını geri qaytarmayıb, bizim Mübariz kimi qəhrəmanlara ehtiyacımız var. O, öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bunun üçün Azərbaycanın qəhrəman övladları, canını bu torpaqların yolunda hər an qurban verməyə hazır olan igidlərimiz var. Mübariz Azərbaycana gərəkli olan çox gözəl bir nümunə göstərdi. Öz həyatını qurban vermək bahasına olsa belə, o, sübut etdi ki, “biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Onun bu qəhrəmanlığı bizim hər birimiz üçün nümunədir”- deyə deputatlığa namizəd vurğulayıb.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu, dövlət və xalq tərəfindən ailələrinə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirib. Şəhidin atası vurğulayıb ki, övladını itirsə də, o Azərbaycan xalqının timsalında 9 milyonluq ailə qazanıb və lazım gələrsə əlində silah vətən torpaqlarını işğalçılardan azad etməyə hazırdır. Ağakərim İbrahimov həmçinin Fəzail bəyə təşəkkür edərək ona seçki prosesində uğurlar arzulayıb. -
Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşüb
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ABŞ səfirinin müşaviri Piter Kaufmanla görüşüb.
Görüşdə ölkədə və regionda baş verən ictimai-siyasi məsələlər, Azərbaycan-ABŞ əlaqələri müzakirə edilib.
Görüşdə VHP Mərkəz İcra Aparatının rəhbəri Samir Əsədli də iştirak edib. -
Millətin dirçəldiyi gün… – Siyasətçilər VHP-də bu tarixin işığına yığışdı – FOTO
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) 17 noyabr Milli Dirçəliş Gününün 31-ci il dönümü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn , Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli, BAP sədri Elşad Musayev, Ağ Partiya sədri Tural Abbasi, Azərbaycan Demokratiya və Rifah (ADR) sədri müavini Adil Qeybulla, Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu, Müsavat Partiyası Məclisinin üzvü Sabir Məmmədli, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, Ümid Partiyasından Rüfət Muradlı, AMİP sədri Arzuxan Əlizadə və başqaları iştirak edib.BakuPost.az xəbər verir ki, tədbirin açılış nitqini VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı edib. Partiya sədri tədbirə qoşulanları Milli Dirçəliş günü münasibətilə təbrik edib və 1988-ci ilin noyabr-dekabr aylarını əhatə edən milli-azadlıq hərəkatının şanlı tarixi haqqında danışıb:“Bu bizim tariximizin parlaq bir hadisəsi idi. Həmin hadisələr ümumi xalq hərəkatının başlanğıcı idi. Həmin günlərdə meydanlarda Azərbaycanın müstəqilliyinin bünövrəsi qoyulurdu. Bu hadisələr zamanı mən həm də Azərbaycan hakimiyyətinin məsələyə nə dərəcədə vecsiz yanaşdığının şahidi oldum. Meydan hərəkatı əslində ,fevraldan başlamışdı. Daha sonra mitinqlər böyüdükcə universitetlərdən tələbələr küçələrə çıxaraq “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar səsləndirirdilər. Birdən-birə küçələr adamlarla doldu və getdikcə hərəkat böyüdü. 1988-ci ildə camaat meydana axıb gəlirdi. Bu zaman böyük kütlə yuxarıdan gəlmirdi, Xətai rayonu səmtindəki zavodlardan gəlirdi. Əvvəlcə gələndə bizi Sabirin heykəlinin qarşısında saxlamağa çalışdı. Burada camaat oturdu heç bir yerə tərpənmədilər. Sonra dedilər mitinqi gəlib Siyasi Maarif Evinin qarşısında keçirin. Fuad Musayevlə, Vəli Məmmədov da oradadır. Mən onlara dedim ki, mikrofonları burda niyə qurursunuz axı?Gələn böyük insan kütləsi ilə burada mitinq keçirmək olmaz. Ən yaxşısı budur ki, camaat meydana buraxılsın. Razılıq oldu və demək olar ki, biz hamımız – bütün kütlə qaça-qaça meydana dolduq. Beləliklə meydan hərəkatı başladı. Birinci günün şüarları da elə Qarabağla bağlı idi. Sonra bir neçə gün keçdikdən sonra bizə icazə verildi ki, mitinqin tələblərini toplanan kütləyə çatdıraq. Bizə televiziyada vaxt da verdilər. O zaman mən, rəhmətlik Əbülfəz Elçibəy və Aydın Məmmədov getdik verilişə çıxış etməyə. Bizim verilişdən sonra meydanda nələrin baş verdiyindən bütün respublikanın xəbəri oldu.Keçid məqamı isə ordunun meydana gəlməsindən sonra başladı. Ordu meydana gəldi və mühasirəyə aldı. Bizim Əfqanıstanda vuruşmuş uşaqlar müdafiə komitəsi yaratdılar. O komitəyə rəhbərlik edənlərdən biri də Nurəddin Mehdixanlı idi. Elə birinci gün tankın lülələrinə qərənfil keçirib bir növ barış elan etdilər.Artıq biz meydanda Moskvadan Qarabağ məsələsinin həllini tələb edəndə məsələ ciddiləşdi. Məlum oldu ki, Moskva bu məsələnin həllinə maraqlı deyil və s. Artıq bu meydan hərəkatı artıq Qarabağı müdafiə hərəkatından milli azadlıq hərəkatına çevrildi. Milli azadlıq hərəkatının şüarları və tələbləri dəyişildi. Bu hadisələr mənim fikrimcə, Azərbaycan xalqına bir tarix dərsi keçmiş oldu. Millət orada unutduğu bütün hadisələri xatırladı. Bu çox böyük hadisə idi və SSRİ-nin dağılma prosesi də bu meydandan başlamışdı”.Daha sonra Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn çıxış edib:“Aydın məsələdir ki, bu proseslər heç də 17 noyabrda başlamamışdı. Hələ 1987-ci ildə SSRİ-də olan proseslərin təsiri altında bir sıra respublikalarda milli oyanış müşahidə olunurdu. İlk təşkilatlar meydana gəlmiş, tədbirlər keçirilməyə başlanılmışdı. İlk reaksiya isə 1987-ci il dekabrda Elmlər Akademiyasında Ziya happy wheels demo Bünyadov tərəfindən ortaya qoyuldu, çıxış edildi və xüsusi qərar qəbul edildi. İlk publik hərəkat başladı 19 yanvarda meydanın özündə. İlk hərəkat universitet tələbələri və ziyalı elitası tərəfindən başlanılıb. Azərbaycan gəncliyi nəyə qadir olduğunu elə meydanlara gələrək sübut etmiş oldu. 17 noyabr hadisəsi ona görə tariximizin fenomen, özəl, fərqli müstəqil hadisəsidir ki, ora sadəcə meydana toplanmış insanlar yox, bütün respublika həmin meydana kilitləndi. Bu meydan hərəkatı sanki bir müstəqil orqanizm kimi ortaya çıxdı. Özünün qanunlarını, məntiqini ortaya qoydu”.Sonra AXCP sədri Əli Kərimli çıxış edib:“17 gecə, 8 gün çəkmiş bu hərəkat ilk növbədə Qarabağla bağlı idi. Topxana harayı, Qarabağın boşaldılması əsas siqnal idi. 9 noyabr universitetin qarşısında mitinqimiz olmuşdu. Orada Mərkəzi Komitəyə bir həftə vaxt vermişdilər. Böyük bir ümumxalq hərəkatı başlanıldı və tarix yazıldı. Dinc mübarizə tarixində 17 gün gecə-gündüz davam edən, 100 minlərin iştirak etdiyi oturaq mitinq təcrübəsi yarandı. Biz bu təcrübəni bütün dünya üçün yaratdıq. Bundan sonra dünyada baş vermiş bütün Məxməri inqilablar, oturaq mitinq təcrübəsi var ki, onu biz yaratmışıq. Milyonlar bu prosesdə iştirak etdi. Milli ideya orada bərpa olundu. Qarabağın vazgeçilməz olması bu hərəkatda üzə çıxdı. Millət olaraq Qarabağ üçün və müstəqillik üçün etdiyimiz fədəkarlıqlarımızın da kökü o meydanda qoyulmuşdu. O milyonların etirazlarının səbəbi 70 il ərzində toplanmış haqsızlıq, hüquqsuzluq, müstəqillik istəyi idi ki, meydanda püskürdü”.Tədbir digər iştirakçıların çıxışları ilə davam edib. -
VHP-də toplantı
17 fevral 2019-cu il tarixində
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı şəhəri üzrə rayon təşkilatlarının təşkilat şöbələri müdirlərinin toplantısı keçirilib. Toplantıda rayon təşkilatlarının fəaliyyəti müzakirə edilib.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın fəaliyyətindən, ölkədə baş verən ictimai-siyasi proseslərdən danışıb.
MNTK sədri Felmar Ələkbərli də çıxışında partiyada qurultay hazırlıqları barədə məlumat verib.
Müzakirədə partiyanın Bakı təşkilatlarının və özəklərin fəaliyyəti geniş müzakirə edilib, şöbə müdirlərinə tapşırıq və tövsiyələr verilib. -
Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının yeni səfiri ilə görüşüb
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı yeni səfiri Hamad Abdulla Xudayir ilə görüşüb.
Səmimi şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni, iqtisadi əlaqələr və bölgədə baş verən olaylar müzakirə edilib.
Səfir ziyalılarla görüşü vacib saydığından Sabir Rüstəmxanlı ilə görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. -
“Azərbaycanın hər yerində Rəsulzadənin heykəlləri ucaldılmalıdır” – Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirib.
Yenicag.az xəbər verir ki, tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, Vətəndaş İnkişafı Partiyasının (VİP) sədri Əli Əliyev, AĞ Partiya sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və bir sıra siyasətçilər, ictimai xadimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı bildirib ki, Məhəmməd Əmin Rəsulzadə haqqında bilmək hər kəsin haqqıdır:
“Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin son min ildə yetişdirdiyi ən dahi şəxsiyyətdir. Müsavat partiyasının yaranması birbaşa onun adı ilə bağlıdır. Onun fəaliyyəti burada narahatlıq yaradanda İrana gedib, orada Səttərxan hərəkatına qoşulub. İranda müasir mətbuatın əsasını qoyub. İran haqqında saysız-hesabsız yazılar yazıb və çap etdirib.
Rəsulzadə sonra Türkiyəyə gedib. Orada da yeni mətbuatın əsasını qoyanlardan olub. Sonra Rəsulzadə Bakıya gəlib, bir sıra qəzetlər açıb. Nəhayət Zaqafqaziya Seymi dağıldıqda Azərbaycan Cümhuriyyətinin əsasını qoydu. Osmanlı paşalarının dəstəyi ilə Azərbaycan ordusunun əsası qoyuldu. O, heç vaxt vəzifə arxasınca getmədi, ancaq dövlətin lideri olaraq qaldı”.
Sabir Rüstəmxanlı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin zamanında Qarabağ verilməmişdi:
“Onun zamanında Azərbaycanın sərhəddi Göyçə gölünün içərisindən keçirdi. Biz belə bir şəxsiyyəti unutmamalıyıq. İndiki Azərbaycan Cümhuriyyətin mirasıdır. Azərbaycanın bütün milli atributları onun zamanında yaradıldı. Ona görə də, bu gün o dövləti əziz tuturuqsa, Azərbaycanın hər yerində Məhəmməd Əmin Rəsulzadənin heykəlləri ucaldılmalıdır. O dövləti quranların hər birinin xatirəsinə heykəllər qoyulmalıdır”.
VHP sədri vurğulayıb ki, bu gün 135 illiyini qeyd etdiyimiz Məhəmməd Əmin Rəsulzadə 135 əsr sonra da xalqımızın ürəyində yaşayacaq.
Sabir Rüstəmxanlıdan sonra çıxış üçün söz alan VİP sədri Əli Əliyev bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin yetişdirdiyi şəxsiyyətlərdən biridir:
“Azərbaycan adı yaşadıqca, Azərbaycan dövləti var olduqca, Məhəmməd Əmin Rəsulzadə adı Azərbaycan adı ilə qoşa çəkiləcək”.
Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxışında qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə bayraqla bizi birləşdirir:
“Bayrağımızda dəyərlər var. Ancaq bayrağımızdakı ilk rəng, mavi rəngin dəyərlərini daşıyan insanlar sıxışdırılır. Millətçi dəyərləri daşıyan şəxslər, türk adı, türk dili təqib olunur. Ancaq hər kəs bilməlidir ki, o bayraq bütün dəyərləri özündə əks etdirir və bizi birləşdirir”.
AĞ partiya başqanı Tural Abbaslı Məhəmməd Əmin Rəsulzadənin doğulduğu evin üzərindəki baralyef məsələsinə diqqət çəkib. Tural Abbaslı bildirib ki, 70 il Sovet hökuməti onun adını silmək istədi, ancaq bacarmadı:
“Rəsulzadə adını silməyi bacarmayacaqlar. Rəsulzadə və digərlərinin adı Azərbaycan adı ilə sinonimdir. Elə dəyərlər var ki, onlar siyasi mübarizə predmeti deyil. Azərbaycan var olduqca, daim xalqımızın ürəyindədir. Çox təəssüf ki, Məhəmməd Əmin Rəsulzadəyə nə zamanında, nə Sovet dövründə, nə də indi qiymət verilib”.
ADP sədri Sərdar Cəlaloğlu çıxışında Məhəmməd Əmin Rəsulzadənin yetişdiyi dönəmə baxılmalı olduğunu vurğulayıb. O, bildirib ki, Rəsulzadə Səttərxan hərəkatında yetişib:
“Məhəmməd Əmin Rəsulzadəni biz siyasətçidən daha çox, milli ideoloq kimi dəyərləndirməliyik. Rəsulzadənin böyüklüyünü kim qəbul edirsə, onun ideyalarını daşımalıdır. Rəsulzadə həm Stalinlə əməkdaşlıqdan, həm də Hitlerlə əməkdaşlıqdan imtina edib. Biz fəxr etməliyik ki, bizim belə tarixi şəxsiyyətimiz var”.
Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması üçün hakimiyyətə müraciət olunması təklif olunub.
Tədbir digər şəxslərin çıxışları ilə davam edib.
Səxavət Məmməd
www.yenicag.az









































