Vətəndaş Həmrəyliyi Partiyası

Əlövsət Əliyev azadlığa buraxıldı- VIDEO

Written by

in

“Leqat” Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi, xalq şairi Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb.
BakuPost xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.
Bununla bağlı saytımıza açıqlama verən S.Rüstəmxanlı bildirib ki, hələ Əlövsətin özü ilə danışa bilməmişik:
“Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib”.
Qeyd edək ki, hazırda Almaniyada yaşayan Əlövsət Əliyev mühacir qalmaqalına görə alman polisi tərəfindən saxlanılmışdı.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir