Əlövət ƏliyevCategory: Xəbər
-
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun dəyişdirilməlidir
Əlövət ƏliyevVHP Ali Məclisinin üzvü, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəriİki gün əvvəl “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsinin qəbul olunmasına dəstək verməyim haqqında bir müraciət aldım və münasibət bildirəcəyimə söz verdim. Məsələ ilə maraqlanan zaman məlum oldu ki, son iki ildə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsini əldə edə bilmədim. Layihə müəlliflərinin mətbuatdan əldə etdiyim fikirlərinə ğörə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsində həm də, xaricdə yaşayan soydaşlarımıza “soydaş vəsiqəsi”nin verilməsini və soydaş anlayışının verilməsi nəzərdə tutulur.Məsələ ilə bağlı Milli Məclisin deputatı Rafael Hüseynovda bildirib ki,2020-cu ildə parlamentdə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun qəbul ediləcəyi gözlənilir. https://report.az/…/xaricde-yasayan-soydaslar-ve-diaspora-…/Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Respublika” qəzetinə müsahibəsində bu il (2020-ci il) həmvətənlərimizin səbrsizliklə gözlədiyi “Soydaşlar haqqında Qanun” layihəsinin parlamentdə qəbul olunacağına ümid etdiyini bildirib. Komitə sədri qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyir: “Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışlarının birində xaricdə yaşayan soydaşlarımızın problemlərinin operativ və daha münasib formada həll etmək üçün ayrıca qanuna – «Soydaş haqqında» Qanunun qəbuluna ehtiyyac olduğunu bildirib (https://m.cebhe.info/guumlrcuumlstan-azerbaycanlilarina-guu…).Mətbuatda Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov da bununla bağlı müraciət olunduğu və onunla görüş keçirildiyini bildirib.Bəzi deputatların, komitə və xidmət rəhbrlərinin mövcud qanunlara belə qeyri-peşəkar münasibətinə təəssüf edirəm.Bildirirəm ki, lazihədə göstərilən məsələləri – yəni, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətini, siyasətin məqsəd və prinsiplərini, bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını, “xaricdə yaşayan azərbaycanlılar”, yəni soydaş anlayışını müəyyən edən qanun mövcuddur. Bu, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında haqqında qanun” adlanır və 27 dekabr 2002-ci ildə qüvvəyə minib.Həmin qanuna görə, Azərbaycan xaricdə müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələlərini, onlarla bağlı Azərbaycan Respublikasının iqtisadi və sosial siyasətini, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının mədəniyyət, dil və təhsil siyasətini, informasiya sahəsində xaricdə yaşayan azərbaycanlılara kömək göstərilməsi qaydalarını, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi qaydalarını, xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılması qaydalarını, onlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası dövlət orqanlarının vəzifələrini müəyyən edir.Lakin, dəfələrlə qeyd etməyimizə baxmayaraq, bu qanunun tətbiqində ciddi problemlər mövcuddur və müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına münasibətdə qanunun tətbiqində maraqlı deyillər.Təbii ki, həmin qanun ideal deyil və qanunda çox ciddi dəyişikliyə və əlavələrə ehtiyac var. İlk növbədə soydaş statusunun müəyyənləşdirilməsi qaydası və soydaşlarımız üçün Azərbaycan Respublikasının müəyyən etdiyi güzəştlər, diaspor təşkilarlarının müstəqilliyini müəyyən edən normalar və s. hallar qanunda yer almalıdır.Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun qəbul olunmasına deyil, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanun”a əlavə və dəyişikliklərin edilməsinə, o cümlədən qanunun adının dəyişdirilməsinə çox ciddi ehtiyac var. Dəstək üçün bəzi deputatlara da müraciət edəcəyəm. Yeni hazırlanan qanun layihəsi mənə təqdim olunarsa, əlavə və təkliflərimi daha detallı qeyd edə bilərəm. -
Sabir Rüstəmxanlı keçmiş hərəkatçıların “Xilas” birliyindən danışdı
Azərbaycanda Milli Demokratik (Xilas) Hərəkatı (MD(X)H) yaradılıb. Yeni qurumu XX əsrin 80-ci illərinin sonlarında baş vermiş Azərbaycan Milli Azadlıq Hərəkatının bir qrup iştirakçısı təsis edib. MD(X)H-nin Təşəbbüs qrupunun üzvləri bunlardır:Aydın Bayram – Milli Azadlıq Hərəkatının iştirakçısı, ictimai xadim.
Bəybala Əbil – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.
Elxan Nuriyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, Qubadlı RİH-in sabiq başçısı, Qarabağ qazisi, ictimai xadim.
Eynulla Qara – Milli Azadlıq Hərəkatının iştirakçısı, Ucar RİH başçısının sabiq I müavini, Qarabağ qazisi, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.
Əli Quliyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Nəsimi RİH-in sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.
Əlövsət Sadıqlı – Milli Azadlıq Hərəkatının iştirakçısı, ictimai xadim, hüquq müdafiəçisi, AXC Təşkilat Şöbəsinin əməkdaşı olub.
Fəhmin Haçıyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, 1992-93-cü illərdə AR DİN Daxili Qoşunların komandanı, 1994-2004-cü illərdə siyasi məhbus, içtimai-siyasi xadim. AXC Ali Məclisinin üzvü olub.
İlham Həsən – Milli Azadlıq Hərəkatının iştirakçısı , Kəlbəcər RİH-in sabiq başçısı, Qarabağ qazisi, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.
Pənah Məmmədzadə – Milli Azadlıq Hərəkatının iştirakçısı, Göygöl RİH-in sabiq başçısı, ictimai xadim, AXC Gəncə şəhər şöbəsi İH-nin sədr müavini olub.
Hərəkat siyasi hakimiyyətə iddialı olmadığını, ölkədə xalq hakimiyyətinin qurulmasına, hüquq dövlətinin formalaşmasına yardım etmək iddiasında olduğunu, milli dövlətçilik əleyhinə olan bütün fəaliyyətlərə qarşı duracağını bəyan edib.
Hərəkatın platformasında qeyd olunur ki, milli dövlətçiliyi özünün əsas ideoloji və fəaliyyətinin qayəsi elan edən və buna əməl edən istənilən siyasi, siyasi-ictimai, ictimai təşkilatların üzvləri, eləcə də ayrı-ayrı fərdlər milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq “Milli Demokratik (Xilas) Hərəkatı”na qoşula bilərlər.
O da xüsusi olaraq vurğulanır ki, hərəkat ictimai müzakirə platformasıdır və yaşından, siyasi mənsubiyyətindən asılı olmayaraq milli-demokratik-hüquqi dövlətciliyin əsaslarını dərk və qəbul edərək mənimsəmiş hər kəsə açıqdır, platformada bərabərhüquqlu fəaliyyət uçün heç bir məhdudiyyət yoxdur.
Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, VHP sədri, deputat Sabir Rüstəmxanlı “Xilas” barədə fikirlərini “Yeni Müsavat”a bildirdi: “Milli Demokratik Xilas Hərəkatının ictimai müzakirə platformasına, yəni təqdimat sənədinə baxdım. Ümumiyyətlə, mən xalqın fəallığına, ictimai müzakirələrə müsbət yanaşıram. Bu cür birliklər əgər xoş niyyətlə yaradılıbsa, bunların çox olmasını istəyirəm. Xüsusilə, XX əsrin 88 və 90-91-ci illərdə fəal olmuş insanların yenidən bir növ durğun həyatdan qopub, təzədən siyasi, yaxud ictimai mübarizə meydanına gəlmələrinə də mənfi yanaşmıram. Demək istəyirəm ki, bəri başdan yaranan bu birlik haqqında hər hansı bir şübhə doğurmaq, bu birliyə pis münasibət bəsləmək niyyətim yoxdur. Allah xeyirli-uğurlu etsin. Normal işləsinlər, dövlət maraqlarımıza xidmət etsinlər. Amma təəssüflər olsun ki, bu təqdimat məndə bu təəssüratı doğurmadı. Ümumiyyətlə, təqdimat ziddiyyətlərlə doludur. Bu barədə danışmaq istəmirəm. Öz təqdimatları ilə içəridəki iddialar, ittihamlar bir-biriylə uyğun gəlmir. Lazım gələrsə, bunu müzakirə etmək də olar. Əgər bu birlik doğrudan da Azərbaycanın problemlərinin həlli, ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşməndən azad olunması, milli birliyimizin gücləndirilməsi, hakimiyyətlə xalq arasında normal dialoqun qurulması, normal seçkilərin keçirilməsi, demokratiyanın inkişafı və.s kimi işlərə xidmət edəcəksə, eşq olsun. Buna hər hansı bir söz demək olmaz. Amma bəri başdan 30 ilə yaxın yol keçmiş bir iqtidarın ”antixalq mahiyyətindən” söhbət açılırsa, o zaman milli birliyə nail olmaq, şübhəsiz ki, çətindir. Mübahisəli şeylər çoxdur. Bir yandan deyilir ki, milli dövlətçiliyi bərpa etmək niyyəti ilə yaradılıb, o biri yandan da deyilir ki, siyasi hakimiyyətə iddialı deyilik. Bunlar bir-birini inkar edən məsələlərdir. Hərəkat kimi danışmaq tezdir. Qoyun bir az fəaliyyət göstərsinlər, sonra qalan məsələlərə baxarıq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat” -
Bu qəlbləri kirli dırnaqarası ağıllılar…
Faiq BALABƏYLİÇox vaxt belə olub, bir işə başlayanda xeyir-dua verənlərlə, xeyirxahlıq edənlərlə yanaşı bədxahlar da peyda olub. Görülən işə pəl vurublar, özlərini ağıllı göstəriblər, boş danışıqlarla adamın əlini işdən soyudublar. Yaxud inamsızlıq ediblər. Ən pisi isə budur ki, onların bu inamsızlığı bəzən başqalarına da sirayət edib.
Hər şeyi öz arşınları ilə ölçüblər, özlərini elə aparıblar ki, guya onlardan ağıllı, savadlı, uzaq görən adam yoxdur. Amma özlərini ifadə etmək, fikirlərini çatdırmaq istəyəndə nə qədər bəsit düşüncəyə sahib olduqları qabarıq şəkildə üzə çıxıb və onlara vaxt ayırdığına görə özünü qınayırsan, heyfin gəlir mənasız yerə sərf olunan vaxta.
Bu qəlbləri kirli dırnaqarası ağıllılar elə hökmlə danışırlar ki…
Bu arada bir haşiyəyə şıxmaq istəyirəm. Dənizçi tanışlardan birinin Gəmi təmiri zavodundan piyada getdiyini görüb, maşına dəvət etdim – yolumuz birdir, gəl otur, aparım dedim. Məmnuniyyətlə dəvətimi qəbul etdi. Niyə piyada olduğunu soruşdum. “Jiquli” markalı avtomobilinə ehtiyat hissəsi almaq üçün maaşı gözlədiyini dedi, dolanışıq çətindir, 80% -də oturmaq da bezdirib, kreditlər cana yığb bizi. Sonra da özəl gəmiçilik şirkəti olan, işi bir az dolaşığa düşən həmyerlimizi ağılsızlıqda suçlamağa başladı:
-O düz eləmədi, ağlı yoxdur da, mən onun yerinə olsaydım…
Sözünün gerisini gətirməyə qoymadım, dedim:
– A kişi, bir “Jiquli”yə “zapçast” ala bilmirsən, adamın 100-dən çox gəmisi, 10.000 dən çox işçisi var, onun ağlı yoxdur?Üzümə baxdı, Faiq, sən öl düz deyirsən e, bizim heç ağlımız yoxdur…
-Bizim niyə? Sənin, dedim, məni qatma. Razılaşdı.Dünən də belə insanlarla bir qədər söz-söhbət yaşandı. Hələ fəaliyyətə başladığının 2 ayı tamam olmayan “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyini sosial şəbəkədə müzakirəyə çıxartdılar – bə inanmırıq, bə 3 il bundan qabaq filan məsələ oldu, 5 il qabaq filankəsə kömək lazım oldu, harda idiniz?! Deyirəm, a kişi bu təşkilat cəmi 2 aydır ki qeydiyyatdan keçib. Yox ki, yox! Kor tutduğun buraxmadığı kimi əsalarını çırpırlar, leş üstünə toplaşan quzğuna dönüblər sanki…
Dediklərindən də başa düşülür ki, bu “ağıllı” adamlar nə vaxtsa, hansısa fırıldaqçı tərəfindən aldadılaraq rüşvət müqabilində işə dəvət edilib, amma iş yoxdur, qalıb İstanbulun küçələrində. Yaxud işlədiyi şirkət maaşını gecikdirib, yaxud ümumiyyətlə maaşlarını verməyib. Sual edir – “DSD” İB hara baxır. Niyə buna əncam çəkmir, İB-ə inanmıram. Doktor Uzman Qılman demişkən, Ay yazzıq, bunun üçün hüquq mühafizə orqanları var, işə cəlb edildiyin şirkətlər, agentlər, menecerlər var, müraciət et, haqqını tələb elə, əlində müqavilən var, ver dənizçilərin beynəlxalq araşdırma mərkəzi kimi fəalaiyyət göstərən təşkilata, haqqına sahib ol. Dövlətimizin müvafiq ölkələrdə səfirlikləri, konsulluqları var, yaxud aldadılaraq aparıldığınız ölkələrin Azərbaycanda nümayəndəliyi, səfirliyi var, şikayətinizi o qurumlara edin.
Dünən sosial şəbəkədə bizə münasibətdə təxribat xarakterli bir gün yaşandı. Mənə çox demişdilər – əl ayağınıza dolaşacaqlar, mane olacaqlar, işinizin üstünə kölgə salacaqlar.Üzümü yenə dənizçilərimizə tuturam – biz bu təşkilatı sizin üçün yaratdıq, rəsmi dövlət qeydiyyatından keçirtdik. Məqsədimiz sizlərin, Azərbaycan dənizçilərinin qayğılarına biganə qalmamaq, sizi daha yaxından dinləmək, sizə başqalarından bir addım yaxın olmaqdır. Həmçinin çalışacağıq ki, bu istiqamətdə ölkəmizin ən böyük Gəmiçilik şirkəti olan AXDG QSC-nin işinə kömək edək. Bu kömək də ondan ibarət olsun ki, bəzən minlərlə adamın çalışdığı gəmiçilikdə hər hansısa işçinin hansısa sosial dəstəyə ehtiyacı ola bilər, bunu aradan qaldırmaq üçün rəhbərliklə sizin aranızda körpü rolunu oynayaq. Hər bir təşkilatda hər hansı bir səlahiyyət sahibinin səlahiyyətlərini aşması halı ola bilər, bax o zaman biz bunu Gəmiçiliyin diqqətinə çatdırmaqla, sizlərin işlərinə dəstək ola bilərik.
Sözümün sonunda bir daha vurğulamaq istəyirəm – bizə çıxdığımız yolda xeyir-dua verib uğur arzulayanlara da, şübhə və bədxahlıq edib daşlayanlara da eyni gözlə baxırıq. Heç kimin bizə olan münasibətinə görə fikrimizi dəyişmirik. Bizim missiyamız birmənalı şəkildə dənizçilərin sosial məsələlərinin həllinə dəstək verməkdən ibarətdir. -
“Ədalət” qəzetinin kollektivinə
30 il bundan öncə “Ədalət” adlı qəzet müstəqil mətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. “Ədalət” elə bir dövrdə, elə bir məqamda meydana çıxdı ki, onda hər gün yeni qəzetlər yaranır, cəmiyyətə yeni imzalar təqdim olunurdu. Üstəlik, həmin illərdə ölkədə senzuranın mövcud olduğu bir dövrdə “Ədalət” bütün çətinliklərə baxmayaraq problemlərə sinə gərməyi, ətrafında oxucu ordusu toplamağı bacaran çox az saylı qəzetlərdən birinə çevrildi. 30 il ərzində “Ədalət” qəzeti müstəqil media sahəsinə özünəməxsus töhfələr verə bilib. “Ədalət” qəzeti dövrünün ən oxunaqlı qəzetlərindən olmaqla yanaşı mətbuata bu gün yaxşı tanınan xeyli jurnalist imzası gətirib. Bu mənada qəzet həm də media tariximizdə jurnalistika məktəbi kimi iz qoiyub. Bu gün Azərbaycan mətbuatında jurnalistikanın obyektivlik prinsipini pozmayan azsaylı qəzetlərdən biri də “Ədalət”dir. Tutduğu dəsti-xətti qoruyub saxlayan “Ədalət”çilər hər zaman maraqlı mövzuları, hadisələrə yanaşma tərzləri və informasiya siyasəti ilə oxucuların diqqətini çəkib, onların rəğbətini qazanıb. Sevindirici haldır ki, bu gün də “Ədalət” qəzeti təsis edilən gündən qarşısına qoyduğu məqsədə, vəzifələrə, dövlətçiliyə xidmət missiyasına sadiq qalır. Qəzetin daim ciddi imici olub, peşə etikası prinsiplərinə əməl edib. Buna görə də qəzet bazarının getdikcə daraldığı bu günlərdə də “Ədalət” Azərbaycan mətbuatındakı mövqeyini qoruyub saxlaya bilib. Bu əlamətdar gün münasibətilə əziz dostum,millət vəkili Aqil Abbası və çox dəyərli xanım yazarımız İradə xanımı, ümumilikdə qəzetin yükünün ağırlığını çiyinlərində daşıyan kollektivi, indiyədək burada əməyi keçmiş, hazırda başqa mətbuat orqanlarında, dövlət müəssisələrində çalışan “Ədalətçi”çi dostlarımı təbrik edirəm!Hörmətlə
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
Millət vəkili, xalq şairi
-
Fəzail İbrahimli xarici ölkələrdə yaşayan soydaşlarımıza təmkinli olmaqları ilə bağlı çağırış edib
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Millət vəkili, Vitse spiker Fəzail İbrahimli İnterpress.az-a verdiyi video müsahibədə son günlər soydaşlarımıza qarşı xaricdə baş verən erməni təxribatından danışıb. Deputat həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımıza təmkinli olmaqları ilə bağlı çağırış edib.
Millət vəkili ilə müsahibəni təqdim edirik.
-
Azərbaycan sözünün Yunus Oğuz yolu
Azərbaycan tarixinin son illəri qədər ağrılı olaylarla yadda qalsa da bu olayların gedişatında xalqın dəyərli ziyalılarının önə çıxması ilə də fərqləndi. Xüsusilə Milli Azadlıq Hərəkatının dalğasında millətin önünə çıxan şəxsiyyətlər, onların ömür yolu və mübarizəsi illər sonra gələcək nəsillər üçün də araşdırma və örnək mövzusu olacaq. Təəssüf ki, tarixin keşməkeşi, siyasi proseslər bu şəxslərin bir çoxunun öz patensialını, elmi və əqli bacarıqlarını tam şəkildə xalqa sərf etməsinə imkan vermədi. Amma bütün dolanbacları uğurla dəf edib öz yolunu davam edən, daxili güc və bacarığını bu gün də xalq üçün yönəldən insanlarımız da var. Bu baxımdan gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulan, gizli təşkilatlardan milli hökumətdə vəzifəyə qədər yol gələn dəyərli dostumuz Yunus Oğuz xüsusilə fərqlənir və qürur verir.Bu gün 60 yaşını tamamlayan Yunus bəy gəncliyinin ilk mərhələsində fəhləlikdən başlayan işi ilə Azərbaycan Respublikası Prezidentinin müşaviri postuna qədər yüksəlib. 1988-ci ildən ölkədə baş qaldıran Milli Azadlıq Hərəkatı əksəriyyət gənclər kimi Yunus Oğuzu da bu proseslərə cəlb edir və o, aktiv şəkildə hərəkata qoşulur. Milli Azadlıq Hərəkatı zamanı o dövrün fəal siyasi xadimləri ilə yaxından ünsiyyət Yunus Oğuzu siyasi proseslərin aktiv iştirakçısına çevirir. Hərəkat və siyasət meydanında ardıcıl mübarizəsinə rəğmən Yunus bəy hər zaman qələminə sadiq qalmış, yazar istedadından ayrılmamışdır. Hələ gənc yaşlarından yaradıcılığa, yazı-pozu işlərinə böyük maraq göstərən Yunus Oğuz 1989-1991-ci illərdə “Azad söz” qəzeti, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. Bu həmin dövr idi ki, azad sözə qarşı ciddi basqılar var idi. Hətta bu missiyanı həyata keçirənlərin yolu bir çox hallarda zindanlardan keçirdi. Lakin Yunus bəy xalqın maarifləndirilməsi, cəmiyyətin ictimai-siyasi proseslər barədə bilgiləndirilməsini rahat həyat tərzi, şəxsi maraqlardan üstün tutub. 1995-ci ildən “Olaylar” İnformasiya Agentliyini təsis edən Yunus bəy bu gün ölkənin əsas xəbər qaynaqlarından birinə çevrilən bu qurumda “Dövlət, millət, əxlaq” prinsiplərini əsas tutmuş, bütün ötən illər ərzində bu prinsiplərdən yan keçməmişdir. Yunus Oğuz media fəaliyyəti ilə öz prinsipial mövqeyinə sadiq qalaraq Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət edir, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərir. Bəlkə də talenin bir qismətidir ki, Yunus Oğuz məhz 22 iyul-Milli Mətbuatın yaranma günündə dünyaya gəlib.
Günümüzdə yazıçı-publisist, tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bədii və elmi yaradıcılığa şerlə başlayıb. Son illər isə Yunus Oğuz təkcə Azərbaycanda deyil, eləcə də ölkənin hüdudlarından kənarda türk tarixinin araşdırmaçısı, tarixi romanlar müəllifi kimi tanınır. Yunus Oğuzun yaradıcılığında türk tarixinin araşdırılması, əsl tarixi gerçəkliklərin üzə çıxarılması əsas istiqamət təşkil edir. Yazıçının qələmə aldığı tarixi romanları mütaliə edərkən bir şeyin şahidi oluruq. Belə ki, Yunus Oğuzun tarixi əsərlərinin qəhrəmanlarını ayıran cəhətlər çox olsa da, onları birləşdirən ən önəmli cəhət hamısının türk olmasıdır. Attila, Nadir şah, Təhmasib şah, Əmir Teymur, Alp Arslan və qarşıdakı zaman kəsimində sırada yer alacaq digər hökmdar və sərkərdələr. Əgər Sovetlər dönəmində həm Nadir şah, həm Əmir Teymur, həm də digər türk sərkərdələri o zamankı ideologiyaya uyğun olaraq qaniçən, zalım kimi qələmə verilirdisə, Yunus Oğuz bu tarixi yalnışlığı aşkar edərək əsl gerçəklikləri üzə çıxardı. Yazıçı “Nadir şah”la uzun illər bu dahi sərkərdə barədə beynimizə yeridilmiş stereotipləri dağıtdı. Ən əsası Yunus Oğuz öz oxucusuna çatdırdı ki, Avşar qəbiləsinə mənsub Nadir şah yalnız bir məqsəd uğrunda mübarizə aparırdı ki, o da vahid Azərbaycan dövləti yaratmaq idi. Yazıçının geniş oxucu kütləsinə malik olan “Attila”, “Nadir şah”, “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Təhmasib şah”, 2 cildlik “Əmir Teymur” əsərləri oxucular tərəfindən sevilir, maraqla oxunur.
Bu gün həm Azərbaycan siyasi səhnəsində, həm mediada, həm də nəsrimizdə özünəməxsus mövqe sahibi olan Yunus Oğuzun 60 yaşı tamam olur. Yunuz bəyi doğum günü münasibəti ilə təbrik edir ona daha böyük uğurlar diləyirəm.
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili
-
Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür
Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatı bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib,şərəfli bir missiya daşıyıb. Ötən əsrin əvvəllərində milli oyanış hərakatının önündə gedən mətbuatımız 90-cı illərdən başlayaraq istiqlalımız uğrunda mübarizənin də önündə oldu. Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.,Birinci Qarabağ savaşı, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar. Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, hələ də Azərbaycan mətbuatında ciddi problemlər qalmaqdadır. Mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Biz bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.
Hörmətli media nümayəndələri!
Sizi Milli Mətbuat günü münasibəti ilə təbrik edir, sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Vətəndaş Həmrəyliyi Partiyası olaraq hər zaman Azad Sözün yanında olduğumuzu bir daha bəyan edir və inanırıq ki, siz öz mütəşəkkilliyiniz və mübarizliyinizlə bütün çətinlikləri dəf edəcək, hətta belə çətin şəraitdə də ölkədə fəaliyyət göstərən digər demokratik təsisatlarla birlikdə mətbuatımızın inkişafına nail ola biləcəksiniz. Biz bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik. Tanrı sizə yar olsun!.Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili -
Srebrenitsa qətliamından 25 ötür …
25 il əvvəl bu gün general Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Bosniyanın Srebrenitsa şəhərinə daxil olaraq müsəlmanları vəhşicəsinə qətlə yetirməyə başlayıblar.
Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı (serb. Масакр у Сребреници) — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.
Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmişdir. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmayıb.
Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.
Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni 6 bölgəni müdafiə altına almağa məcbur etdi. Srebrenitsa da bu bölgələrdən biri idi.
Soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdır. Artıq Srebrenitsa aclıq və xəstəliklərlə mübarizə aparan bir qaçqın düşərgəsinə çevrilmişdi. Müsəlmanların əlindəki silahlar BMT sülhməramlıları tərəfindən yığılmışdı.
Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər etdilər. Amma bu müraciətlər hollandiyalı sülhməramlılar tərəfindən rədd edildi. BMT sülhməramlıları yalnız iki F 16 təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətlənirdi.
Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxdılar. 1995-ci il iyulun 11-də Ratko Mladiç silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmədilər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başladılar. Vəhşiləşmiş serb əsgərləri gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırırdılar.
Sonralar yayımlanan video görüntülərin birində serb generalının Serebrenitsanı tərk edən hollandiyalı sülhməramlılarının komandirinə hədiyyə verməsi öz əksini tapıb.

Mənbə: Wikipedia
-
27 il Ağdərəsiz
Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür.İyirmi yeddi il əvvəl –1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri – Ağdərə rayonu və onun kəndlərini işğal ediblər.
İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb və işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.
Hazırda işğal altında olan Ağdərə rayonunun 8 kəndi və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, 23 kəndi və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibindədir. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi işğal altındadır.
Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və tarixən salınmış körpülər, eləcə də bütün abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib.
Hazırda Ermənistan Respublikası işğal etdiyi Ağdərə rayonunun sərvətlərinin talan edilməsi üçün beynəlxalq hüquqa zidd əməllər həyata keçirir. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində də öz əksini tapıb. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilib, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanıb. Bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilir.
Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.
Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazma məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.
-
Sabir Rüstəmxanlı: Kür çayı ilə bağlı vaxt itirmək olmaz
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Kür çayında yaranmış vəziyyət və Nefçaladakı su problemindən yazıb: “Havalar istiləşdikcə Neftçalada içməli su məsələsi daha çiddi problemə çevrilir. Kürün Xəzərə tökülən yerində üzən qurğular işləyir, delta dərinləşdirilir, buna baxmayaraq şor su Kür boyu qalxmaqda davam edir və artıq Surra kəndinə çatmışdır. Deməli, bu işdə bir yanlışlıq var. Deltada cənub istiqamətli Bala Kürü bağlamaq düzgün olmayıb. Balıq mafiyasına görə çayın təbii istiqamətini dəyişmək olmazdı. Bunu yerli adamlar deyir. Kürü tanıyan, təcrübəli adamlar… Mən də ötən yazımda buna işarə vürmuşdum. Doğrudur, yalandır? Qoy təcili komissiya yaradılsın, mütəxəssislər və yerli adamlar müzakirə eləsinlər, bir çıxış yolu tapılsın. Verilən təklif böyük xərc tələb eləmir…İndiki halda görülən işlər fəlakətin qarşısını almır, vəziyyəti daha da ağırlaşdırır…O ki qaldı Neftçalaya çəkilən su kəmərinə, burda qərar birmənalı olmalıdır. Bu, Aralıq dənizi sahilinə neft, qaz kəmərləri çəkən ölkə üçün su içimi kimi bir işdir. Yay uzunu 80 min əhalini maşınla, ovuc-ovuc paylanan suyla təmin etmək olmaz. 40 km -lik kəmər nədir ki?! Tlkinti təşkilatları cəlb edilsə, gecə- gündüz iş getsə on günə bitirmək olar…Gərək hökumətimiz Neftçalada vəziyyətin ciddiliyinə ciddi yanaşsın. Payızı gözləmək olmaz”!