Fəzail İBRAHİMLİ
Milli Məclis sədrinin müavini
Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən şərəfsiz, xain terror hücumu hamımızda böyük qəzəb doğurdu. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan səfirliyi, dövlətimizin bir hissəsidir, bu həm də dövlətimizə edilən silahlı hücum sayılmalıdır. Bu hücumu dəf edərkən şəhid olan qəhrəman soydaşımızın ailə üzvlərinə də dərin hüznlə başsağlığı verirəm.
Baş vermiş hadisə nə qədər qəzəb doğursa da həm də müəyyən mənada gözlənilməz sayılmır. Bu terror hadisəsi İran rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir.
Azərbaycan müstəqillik qazanmasından bu yana İran əlinə düşən hər fürsətdə ölkəmiz əleyhinə iş aparıb, təxribat xarakterli addımlar atıb, riyakar davranış nümayiş etdirib. Torpaqlarımızın işğalda olduğu 30 ilə yaxın müddət ərzində Ermənistanla sıx münasibətlər quraraq ona hər cür yardım və dəstək göstərib. Bu yardım 44 günlük Vətən müharibəsində də davam edib. Tehran rejimi bu addımları ilə islam dinindən öz mənfur niyyətləri üçün necə sui-istifadə etdiyini göstərib. Azərbaycanın zəfərini, ərazi btövlüyümüzün bərpasını həzm edə bilməyən İran, ölkəmizi ən son təbrik edənlər sırasında oldu. Eyni zamanda qələbəmizdən sonra müxtəlif çirkin oyunlara, düşmənçilik hərəkətlərinə əl atdı. Özünü müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rejimi işğal müddətidə Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə, Xocalı soyqırımının törədilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi. Üçtərəfli bəyanatda Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran rejimi açıq şəkildə regionda təhlükəsizlik mühitinin yaranmasına, davamlı sülhün əldə edilməsinə mane olur. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə əngəl törədir. Özünün “qırmzı xətlərini” bəyan edir. Bir sözlə, İran əvvəllər pərdələməyə çalışdığı riyakar, mənfur xislətini artıq gizlədə bilmədi. Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa cəhd göstərdi. Azərbaycanda yaratdığı dini-ektremist qrupların, casus şəbəkələrin ifşası İranın necə təhlükəli olduğunu göstərdi. Son terror aktı bütün bu prosesin məntiqi sonluğu sayılmalıdır. Amma fars molla rejimi anlamalıdır ki, artıq regiondakı geosiyasi, təhlükəsizliklə bağlı hər hansı proseslərin aparalıb-aparılmaması Azərbaycandan asılıdır. Azərbaycan regionda söz sahibidir. Bu da o deməkdir ki, İran adlanan dövlətin bundan sonra Ermənistan üzərindən, yaxud hansısa terror təşkilatı üzərindən və ya yaratmağa çalışdığı casus şəbəkəsi vasitəsilə Azərbaycana qarşı bu və ya digər şəkildə təxribat aparmaq imkanı olmayacaq. Çünki Azərbaycan dövləti belə fəaliyyətləri cavabsız qoymayacaq. Bu gün Azərbaycanın beynəlxalq mövqeyi xeyli güclüdür. Bu güc Azərbaycanın Türkiyə, Pakistan və İsrail kimi regionun söz sahibi olan dövlətləri ilə strateji müttəfiqliyinə dayanır. Adını islam ölkəsi qoyan İranın isə bir müsəlman dövləti ilə normal münasibəti yoxdur. Özünü ABŞ və Avropanın hədəfinə çevirən İranın qonşuları ilə də qırmızı xətti keçməsi bu ölkənin sonunu gətirəcək. Digər bir tərəfdən ortada İranı bir yumruğu ilə əzə biləcək Güney Azərbaycan faktoru da var. Fars molla rejimi bütün bunları hesablayıb, ağlını başına yığmalıdlr. Azərbaycanla qarşıdurma bu ölkəni məhvə aparar.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatı və “20 yanvar” Cəmiyyətinin Neftçala şöbəsinin təşəbbüsü ilə 25 yanvar 1990-cı il Neftçala olaylarının ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə VHP Neftçala rayon təşkilatının sədri, rayonda xalq hərəkatının öncüllərindən və 25 yanvar olaylarının iştirakçılarından biri Fərman Hüseynov çıxış edib. O bildirib ki, 25 yanvar 1990-ci ildə qan içən sovet hərbi birləşmələri Bakıdan sonra eyni senari ilə hərəkatın ən qaynar nöqtələrindən sayılan Neftçala rayonunda da qırğın törətdilər. O günün xatirələrini yada salan Fərman bəy qeyd edib ki, axşam saat 18:30-da Neftçala şəhərinin mərkəzində yerləşən AXC-nin qərərgahına tanklarla, BTR-lə, əli silahlı əsgərlərlə dolu hərbi maşınlar xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular: “AXC-nin Qərərgahı darmadağın edildi. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən dinc insanlar, maşınlar, Bakıda həlak olmuş şəhidlərlə saxlanılan “Yas çadırları”, ümumiyyətlə diqqəti nə çəkdisə hər şeyi güllə yağışına tutdular. Güllələnmiş, fiziki zədə almış 30-dan çox vətəndaşı amansız vəhşiliklə tutub hərbi məaşınlara, bir-birinin üstünə qalaqlayıb Bankə qəsəbə Hərbi hissəsinin hamamına apardılar. Kimsə kənardan eşitməsin deyə tankların motorunu işə salıb həbs etdikləri hərəkat fəallarına olmazın vəhşiliklərlə döydülər, təhqir etdilər. Nəhayət döyülməkdən qana bələnmiş, yarımcan etdikləri insanları vertalyotlarla yığıb Bakıya, sonra da Şüvəlan həbsxanasına apardılar. Rayon ərazisində qanunsuz komendat saatı elan etdilər. İki aydan artıq tanklarla, BTR-lə rayon ərazisində hərakat fəallarının “ovuna” çıxdılar. Neftçala tarixi belə müsübət görməmişdi.





















“Yaxın onillikdə Ermənistanla Türkiyə arasında hər hansı ciddi münasibətlərin qurulacağına inanmıram”
Vətəndaş Həmrəyliyi Partiyası Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsi, aclıq elan etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
IVətəndaş Həmrəyliyi Partiyası bir qrup iranlı deputatın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Fəzail İBRAHİMLİ
“Müharibə edən ölkədə 56-57 partiya var. Bu, yaxşı bir hal deyil. Bəzi ölkələrdə müharibə şəraitində heç partiya yaratmağa imkan verilmir”.