Category: Xəbər
-
VHP-dən partiyaların birləşməyi ilə bağlı AÇIQLAMA
Bunu Qaynarinfo-ya açıqlamasında VHP-nin sədr müavini Samir Əsədli deyib. Onun sözlərinə görə, VHP-yə birləşmək üçün müraciət edən və müzakirə aparanlar var:“Əvvəllər də partiya rəhbərliyinə belə müraciətlər daxil olub. Digər partiyarlardan qopub bizə qoşulmaq istəyənlər olub, lakin partiyanın siyasi şurası bu müraciətləri müsbət qiymətləndirməyib”.Samir Əsədli qeyd edib ki, VHP-nin ölkənin əsas aparıcı siyasi partiyalarından biri kimi bütün bölgələrində yerli təşkilatları fəaliyyət göstərir:“Ölkənin mərkəz mövqeli partiyalarından biri kimi vahid ideoloji xəttimiz heç vaxt dəyişməyib. VHP-nin idoloji siyasi xəttinə sadiq qalanlar bu partiyada yol gedə bilərlər. Bu yol Azərbaycanı aydınlıq və nicata aparan siyasi xəttidir. Məhz, bu prinsipə sadiq qaldığımızdandır ki, VHP parçalanma və bölünmələrə məruz qalmayan çox az sayda partiyalarlardan biri kimi ölkə siyasi sistemində yer alıb”. -
VHP Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram. Yüz illərdir Azərbaycanda fərqli dini inanclar, mədəniyyətlər və adət-ənənələr sülh və əmin-amanlıq içində, azad şəkildə yaşayır. Bu birlik, həmrəylik və qardaşlıq xüsusiyyətlərimizi yaşatmağa davam edirik. Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir. Vətənimizin azadlığı, bütövlüyü uğrunda müsəlman, xristian və yəhudi vətəndaşlarımız birgə çalışır.
Əziz həmvətənlər!
Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz və gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlığı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!”Hörmətlə,
VHP Siyasi Şurası
-
Milli Qəhraman Samid İmanov anılıb- FOTO
Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq tarixi qələbə qazanmasından üç il keçir. Zəfər savaşından əvvəl 2016-cı ilin aprel ayının əvvəllərində sarsıdıcı zərbə ilə Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəklikləri azad etdilər. Aprel döyüşlərində torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun ildönümü ilə əlaqədar Neftçalada anım tədbiri keçirilib. Anım tədbiri Milli Qəhrəmanın doğulub böyüdüyü Həsənəbad qəsəbəsində, millət vəkili Sabir Rüstəmxanlının təşəbbüsü ilə salınan şəhidlər parkında keçirilib.Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbirdə Vətəndaş Həmrəyliyi Partiyası Neftçala rayon təşkilatının sədri, millət vəkili Sabr Rüstəmxanlının köməkçisi Fərman Hüseynov da çıxış edib. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışan Fərman bəy bildirib ki, Samid İmanov 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsil qəhrəmanlıq göstərətək şəhid olub.
Mərasimdə qeyd olunub ki, Samid Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Rayondakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirən Samit Türkiyədə və digər xarici ölkələrdə hərbi kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir neçə hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra xidmətləri nəzərə alınaraq “N” hərbi hissənin komandir müavini vəzifəsinə təyin edilib.Bildirilib ki, Samid İmanov 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsl qəhrəmanlıq göstərib və döyüşlər zamanı aldığı ağır güllə yarasından şəhid olub. O, doğulub boya-başa çatdığı Neftçaladakı qəbiristanlıqda torpağa tapşırılıb. Mayor Samid İmanova döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçısının Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Qəhrəmanın adı rayon mərkəzi küçələrdən birinə verilib.Aprel şəhidi Samid İmanovun Neftçalada anım mərasimi keçirilib. Samid İmanovun ön cəbhədə göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olacağı xüsusi vurğulanıb.


-
VHP ilə birləşmək istəyən partiyalar var
Amma bu məsələyə həmin təşkilatların yekun və konkret qərarından sonra baxılacaq
“Siyasi partiyalar haqqında” qanunun tələblərinə cavab verməyən 7 partiya fəaliyyətini dayandırıb. Digər bir neçə siyasi partiyanın isə birləşəcəyi müzakirə olunmaqadır. Sosial Ədalət Partiyası və Qorqud Partiyalarının da yaxın günlərdə Vətəndaş Həmrəyliyi Partiyasına birləşəcəyi ilə bağlı məlumatlar var.
Yayılan xəbərlərlə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, “Siyasi partiyalar haqqında” qanunda əksini tapmış bir sıra tələblərə görə, bəzi partiyalar öz fəaliyyətini dayandırmaq qərarı alıb.Partiya təmsilçisi bildirib ki, söhbət 5 min üzv məsələsindən gedir: “5 min üzv tələbini yerinə yetirə bilməyənlər çıxış yolunu digər partiyalarla birləşməkdə görürlər. Vətəndaş Həmrəyliyi Partiyasına müraciət edərək birləşmək niyyətində olduğunu bildirən partiyalar var.Amma bu məsələ həmin partiyaların yekun və konkret qərarından sonra VHP-nin Siyasi Şurasında baxılacaq və münasibət açıqlanacaq.Təbii ki, indiki şəraitdə bəzi kiçik partiyaların birləşməsi və daha böyük partiyanın yaranması çox önəmlidir. Hazırda elə siyasi partiya var ki, təşkilatda sədrdən başqa heç kim yoxdur. O baxımdan bəzi partiyaların birləşməsi daha münasib addım kimi dəyərləndirilir”.***Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Vəhdət Partiyasının ona birləşməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Partiyanın sədr müavini Samir Əsədli Qaynarinfo-ya açıqlamasında belə bir müzakirənin getməsindən xəbərsiz olduğunu deyib:
“Xəbərim yoxdur, belə müzakirə getməyib. Vəhdət Partiyası bizə dost təşkilatdır. Vaxtı ilə müxtəlif bloklarda bir yerdə olmuşuq. Tahir bəy milli adamdır, ona hörmətimiz sonsuzdur. Partiyasında da xeyli sayda dostumuz, əlaqələrimiz var. Amma birləşmə və bu kimi məsələlərdən xəbərim yoxdur”.
Samir Əsədli Vəhdət Partiyasının siyasi bazası, fəaliyyəti göz önündə olan siyasi təşkilatlardan biri olduğunu vurğulayıb.
Qeyd edək ki, mətbuatda Vəhdət Partiyasının VHP-yə birləşməsi ilə bağlı məlumat yayılıb.
Onu da qeyd edək ki, VHP-nin sədri deputat Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri isə deputat Tahir Kərimlidir.
-
Sabir Rüstəmxanlı: “ Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq! “
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Əziz bacılar və qardaşlar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizə əmin-amanlıq, hər birinizə can sağlığı, ailə səadəti və firavanlıq arzulayıram.
Novruz xalqımızın ən qədim və milli bayramlarından biridir və min illərlə soydaşlarımız Baharın gəlişini yüksək əhval-ruhiyyə və sevinclə qarşılamışlar. Ən çətin tarixi dövrlərdə, Novruz bayramı dövlət səviyyəsində qadağan edildikdə belə, xalqımız bu mərasimi təmtəraqla keçirmiş, min illərin ənənəsini yaşatmış, milli ruhunu, milli kimliyini ayaqda saxlamağı bacarmışdır.
Novruz – təkcə torpağın oyanması, ruzi-bərəkət, bolluq rəmzi deyil, həm də ruhumuzun təzələnməsi, qan yaddaşımızda yaşatdığımız adət-ənənlərimizin, dünyagörüşümüzün, həyata baxışımızın təzahürü, milli arzu və istəklərimizin ifadəsi, xalq olaraq Tanriya dua mərasimlərimizin cəmləşdiyi törəndir. Elə bu səbəbdən biz hər il arzulayırdıq ki, gələn il Novruz bayramını Şuşada, Kəlbəcərdə, Laçında keçirək. Artıq bu arzumuz reallaşıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi, əsgər və zabitlərimiz döyüş meydanında qəhrəmanlıqlar göstərdi. Biz artıq Şuşadayıq, o müqəddəs tarixi torpaqlarımızdayıq. Bu bayram günündə gözünü qırpmadan canını bu vətən üçün qurban verən şəhidlərimizi sayğıyla yad edirik. Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq!
Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.
Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!” -
Sabir Rüstəmxanlı: “Kadrların biri gedir, başqası gəlir, amma vəziyyət dəyişilmir”

Sabir Rüstməmxanlı “Xahiş edirəm, bizim müraciətlərə diqqətlə yanaşsınlar. Biz əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün görülən tədbirlərdən çox danışırıq. Bu sahədə müəyyən islahatlar aparılır. Başa düşmürük, necə olur ki, ildən-ilə əhalinin narazılığı azalmaqdansa, artır”,
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.Deputat bildirib ki, işsizlik, sosial yardımların düzgün bölünməməsi, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış vəsaitlərin oğurlanması və s. üzdə olan problemlərdir:“Təqaüd və maaşların artırılması ilə bağlı fikir səsləndiriləndən sonra bazarlarda kim necə istəyir, o qiymətidə qoyur. Bu, azad bazar siyasəti deyil, özbaşınalıqdır, millətin həyatı və əsəbləri ilə oynamaqdır. Bəzi vəzifə sahibləri özlərindən əvvəlki qoçu qardaşlarının taleyi haqqında düşünmürlər. Kadrların biri gedir, başqası gəlir, amma vəziyyət dəyişilmir”.S.Rüstəmxanlı qeyd edib ki, illər uzunu ana dilinin sıxışdırılmasından danışılır:“Şəhərə çıxanda çevrənizdə başqa dillərdə danışanların ildən-ilə artdığını görəndə özünüzə sual verin, biz hansı ölkədə yaşayırıq? Bakıda birinci sinif rus məktəblərinə gedən uşaqların sayı artır. Deyəcəksiniz ki, vətəndaş seçimində sərbəstdir. Unutmayın ki, bugünkü sərbəstliyin altında sabahkı separatizm, milli hökumətə sayqısızlıq, ölkənin özgələşməsi dayanır” -
Samir Əsədli: “Türkiyədə prezident və parlament seçkiləri çox gərgin keçəcək”.
Bütün hallarda qərarı türk milləti, seçicilər verəcək
Ancaq Parlamentdəki üstünlüyün müxalifətə keçməsi ehtimalı böyükdürTürkiyədə növbəti prezident seçkilərinə təxminən iki ay qalıb. Zaman azaldıqca mübarizə qızışmaqda, seçki öncəsi gərginlik artmaqdadır. Aylardır davam edən qızğın müzakirələrdən sonra nəhayət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu “Millət İttifaqı”nın prezident seçkilərindəki vahid namizədi elan olundu. 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatıdır.Prezident seçiləcəyi halda Kılıçdaroğlu “Millət İttifaqı”na daxil olan partiyaların liderlərini vitse-prezident təyin etməlidir. İttifaqda Cümhuriyyət Xalq Partiyası ilə yanaşı Səadət Partiyası, Yaxşı Partiya, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Demokrat Partiyası yer alır. Ötən həftə İYİ Partiyanın rəhbəri Meral Akşenerin “altılı masa”nı tərk etməsi, Kılıçdaroğlunun namizədliyinin dəstəkləməməsi aləmi bir-birinə vursa da, qısa zaman sonra sular durulmağa başladı. Akşener israrla bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşı önə sürsə də, müxalifətdə əksəriyyətin qəbul etdiyi Kılıçdaroğlu variantı ilə razılaşdı. İqtidar cəbhəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) başçılıq etdiyi “Cümhur İttifaqı” çoxdandır ki, artıq öz namizədini bəlli edib. Partiya sədri və hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan builki seçkilərdə yenidən iştirak edəcəyini ötən il açıqlayıb. Daha bir namizəd isə 2018-ci ildə prezident seçkilərində Ərdoğana uduzmuş Məmləkət Partiyasının sədri Məhərrəm İncədir. Amma İncə təkcə iqtidarın yox, müxalifətin də siyasəti ilə barışmır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, “altılı masa”ya daxil olan siyasi partiyaların “Millət İttifaqı”nda birləşməsinin əsas məqsədi Türkiyədə baş vermiş sistem dəyişikliyi ilə bağlıdır. Partiya təmsilçisi deyib ki, “altılı masa”da yer alan partiyalar Türkiyədə idarəetmənin əvvəlki sistemə, güclü parlament-üsul idarəsinə dönməsini istəyirlər:“İYİ Partiya sədri Meral Akşenerin son anda fikir ayrılığına düşməsi və söylədiyi tənqidi fikirlər onun “altılı masa”dan birdəfəlik ayrılacağı anlamına gəlmirdi. Məhz ona görə, qısa müzakirədən sonra Türkiyənin mühüm 6 siyasi partiyası yenidən eyni masa ətrafında əyləşdi. Ortaq şəkildə müxalifətin vahid namizədini elan etdilər. Təkcə 6 partiya deyil, digər siyasi təşkilatlar da CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəklədikləri yöndə açıqlamalar verirlər. Bu da onu göstərir ki, Türkiyədə prezident və parlament seçkiləri çox gərgin keçəcək”.S.Əsədli bəyan edib ki, bütün hallarda qərarı türk milləti, seçicilər verəcək. Bizə sadəcə olaraq müşahidə etdiklərimizə əsaslanaraq, prosesləri ümumi şərh etmək qalır: “Müşahidə olunan odur ki, namizədlər arasında “Millət İttifaqı”nın vahid namizədi elan olunmuş Kamal Kılıçdaroğlunun şansı daha yüksək qiymətləndirilir. Çünki müxalif cameəsi tam olaraq Kılıçdaroğlu ətrafında cəmləşib. Seçki öncəsi keçirilən sorğularda da Kılıçdaroğlunun səs faizi yüksəkdir.Parlamentdəki üstünlüyün müxalifətə keçməsi ehtimalı böyükdür. Təbii ki, indiki Prezident Rəcəb Tayyib Ərdoğanın da şansı çoxdur və dəstəkçisi kifayət qədərdir. Seçkilər ikinci tura qala bilər ki, bu da müxalifət üçün şans deməkdir. Ümumən, Türkiyədə son dönəmlər iqtisadi, maliyyə böhranları, inflyasiya yaşanmaqdadır. Həmçinin baş vermiş dəhşətli zəlzələ də siyasi proseslərə ciddi təsir göstərir və hazırkı hökumətin şansını nisbətən azaldır.Əgər müxalifət seçki öncəsi seçicilərlə yaxşı işləyə bilsə, son nəticəyə də təsir edə bilər. İYİ Partiya sədri M.Akşener üzərinə düşəni etdi. Yəni partiya maraqlarını ümumi maraqlara dəyişmədi və iddiasından geri çəkildi. Bu da mühüm siyasi nəzakətdir və həm də o deməkdir ki, insanlar özlərindən çox dövlətin, millətin gələcəyini düşünürlər”. -
Sabir Rüstəmxanlı şəhid Kamran Hüseynovun yas mərasimində iştirak edib
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu doğulduğu Neftçala rayonunda Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfndə rayon ictimaiyyəti, qazilər iştirak edib. Millət vəkili Sabir Rüstəmxanlı da bu gün şəhidin yas mərasiminə qatılıb, yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda anadan olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub. Vətən sağ olsun!

-
VHP Naxçıvan MR sədri Türkiyə konsulu ilə görüşüb
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Təşkilatının sədri Abdulla Abdullayev Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsuluğunda olaraq konsul Asip Kaya ilə görüşüb.Abdulla bəy Türkiyənin bir çox bölgəsində baş verən zəlzələ nəticəsində çox sayda insan tələfatı ilə bağlı konsula başsağlığını bildirib. Baş vermiş faciənin hər bir Azərbaycan vətəndaşını dərindən kədərləndirdiyini qeyd edən A.Abdullayev Türkiyənin acısının, həm də bizim acımız olduğunu, Azərbaycanı dövlət və xalq olaraq hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.
VHP Naxçıvan Muxtar Təşkilatı adından rəsmi başsağlığı məktubu konsula təqdim edilib.
-
Vitse-sipiker Fəzail İbrahimli Mübariz İbrahimovun məzarını ziyarət edib
Bu gün Azərbaycanın Milli Qəhramanı, vətənimizi mübarizlər diyarına çevirən Mübariz İbrahimovun doğum günüdür.Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu gün Milli Qəhrəmanın məzarını ziyarət edib. Milli Qəhrəmanın məzarı başında F.İbrahimli bildirib ki, türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov öz yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazmışdır: “Mübariz öz qəhramanlığı ilə işğalçı Ermənistanı və onun havadarlarını, erməni cəmiyyətini, habelə erməni ordusunu mənən məhv etdi, bir azərbaycanlının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Mübarizin şərəfli yolu ordumuza, cəmiyyətimizə yeni nəfəs verdi, bizim üçün Zəfər qələbəsinə cığır açdı”.

“Bəzi partiyaların Vətəndaş Həmrəyliyi Partiyasına birləşməsi təklifi məqbul hesab edilməyib”.