Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın dövlət müstəqilliyinin 244-cü il dönümü münasibəti ilə ABŞ ölkəmizdəki səfiri cənab Li Litzenberqerə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“ABŞ-ın dövlət müstəqilliyi günü münasibətilə sizi və sizin timsalınızda Amerika xalqını səmimi qəlbdən təbrik edirəm!
Birləşmiş Ştatlar Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə səfirlik səviyyəsində təmsil olunan ilk ölkələr sırasındadır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və suverenliyinin qorunmasında ABŞ-ın mövqeyi və dəstəyi hər zaman hiss olunub. Azərbaycan xalqı ərazi bütövlüyümüzün bərpasında ABŞ-ın daim ədalətli mövqeyini qoruyub saxlayacağına və qlobal siderlik missiyasına uyğun addımlar atacağına inanır.
Dünyamızın pandemiya ilə mübarizə apardığı bu çətin zamanda da Azərbaycan və Amerika xalqları həmrəylik nümayiş etdirməkdədirlər. Ümid edirik ki, Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcək.
Cənab səfir!
Bir daha sizi və xalqınızı təbrik edir, bu məsuliyyətli dövrdə sizə və xalqınıza möhkəm cansağlığı, uğurlar və rifah arzulayıram.
Category: Gündəm
-
Sabir Rüstəmxanlı ABŞ səfirini təbrik edib
-
“Bu barədə icra başçısını məlumatlandırdım…Camaata hansı yolla olur-olsun, su verilməlidir…”
Bu gün Neftçaladaydım. Rayon icra başçısı Mirhəsən Seyidovla görüşüb Kürün quruması, Xəzər suyunun çayı şorlaşdırması, koronovirusdan qorunmaq üçün görülən tədbirlər, əhalinin içməli su ilə təmin edilməsi üçün görülən tədbirlər barədə söhbət etdik. Neftçalaya su kəmərinin çəkilişi payızın ortalarına qədər uzanacaq. Bu arada camaata hansı yolla olur-olsun, su verilməlidir. Su maşınları çatışmır. Neftçaladakı ağır durum “Azərsu” Səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovla MM-də keçirilən görüşdə də müzakirə edilmişdi. Bu barədə icra başçısını məlumatlandırdım.Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı deyib.
Onun fikrincə, rayonu bu çətin vəziyyətdən çıxarmaq üçün kəsə yollardan biri tezlikıə müxtəlif bölgələrdə artezian quyularının qazılmasıdır.
“Başqa mühüm iş Kür çayının deltasında cənuba meyllənib Xəzərə tökülən ikinci qolunun bərpası və ya açılmasıdir. İndiki halda Kürün dənizə tokülən yatağı xəzriyə açıqdır və külək qalxan kimi çay yenə şor su ilə dolacaq. Bu, həmin bölgədə yaşayan ağsaqqallarıın fikridir…Gün ərzində neftçalalılarla görüşdüm, sonra Kürün dənizə tokülən yerinə getdim. Bu böyük heyvandarlıq bölgəsində qızmar günün altında xırdavatın, iribuynuzlu mal-qaranın çay yaxasına dağılıb vurnuxa-vurnuxa içməli su axtardığının şahidi oldum.Sonra Həsənabad kəndində abadlaşdırmaq qərarına gəldiyimiz Şəhidlər, Qəhrəmanlar parkında görülən işlərlə tanış olduq…Və nəhayət, onu da qeyd edim ki, heç yerdə təhlükəsizlik tədbirlərini unutmadıq…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az
-
“İşdən çıxarılmış neftçilər iş yerlərinə qaytarılmalıdır” – Sabir Rüstəmxanlıdan xarici şirkətə sərt etiraz
Vətəndaş Həmrəyliyi Partiyasının lideri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı təmsil etdiyi Neftçala rayonunda fəaliyyət göstərən, neftçıxarma şirkəti olan Qlobal Enerji Şirkətinin 30 nəfər neftçini ixtisara salmasına etiraz edib. VHP.az bildirir ki, deputat bildirib ki, rayonda 30 nəfər neftçinin işsiz qalması onu ciddi narahat edir: “Pandemiya dövründə işçilərin ixtisarı və ya işdən çıxarılması ölkə rəhbərliyinin qərarı ilə yolverilməz olsa da Neftçalada fəaliyyət göstərən Qlobal Enerji Şirkəti 30 nəfər neftçini ixtisara salıb. Bəhanə neftın ucuzlaşması və şirkətin maliyyə durumunun ağırlığıdır… Neftçilər bir çox təşkilatlara müraciət etsələr də məsələ həll edilməyib. Bu barədə mən Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevlə danışdım, lakin o da məsələni həll edə biləcəyinə söz vermədi. “Özəl şirkətdir, işlərinə qarışa bilmirik.” dedi. Halbuki, bu şirkət Azərbaycan ərazisində Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərməlidir.
İndiki şəraitdə 30 nəfər ailə başçısını işsiz qoymaq və hər cür sosial yardımdan kənarda saxlamaq olmaz! Bunun qarşısı alınmalı, neftçilər öz iş yerlərinə qaytarılmalıdırlar”. -
“Kürü indiki kimi çarəsiz görməmişəm…” – Sabir Rüstəmxanlı
Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb. Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb. Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb.Müstəqil.Az bildirir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsindəki divarında qeyd edib. Millət vəkili bu təbiət hadisəsi ilə bağlı özünün narahatşılığını bildirir:
Neçə müddətdir Neftçala camaatı su deyıb haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim, dincliyimiz yoxdur. Prezident administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlzmaq üçün səylərini əsirgəmirlər. Lakin həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir.

Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvan, mal-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, MM dəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz…
Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirdi. Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılmışdır. “Azərsu” səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənmişdir və bu iş iki ay ərzində tamamlanacaqdır… Gorək bu iki ayı necə yaşayacağıq…
-
Kür qoruyur: Ekoloji fəlakət hər gün böyüyür
VHP Mərkəzi İcra Aparatının rəhbəri, ictimai fəal Samir Əsədli Salyan rayonunda qarşılaşdığı bir fakta- Kür çayının azalmasına diqqət çəkib.
Gununsesi.org xəbər verir ki, Samir Əsədli Kür çayının suyunun azaldığını və nəticədə çayda kiçik adalar yarandığını deyib:
“Ölkə yeni bir təbii fəlakət astanasındadır. Kür çayında suyun səviyyəsi azalmaqda davam edir, bunun nəticəsində Xəzərin duzlu suyu Kürə axır və bu duzlu su getdikcə irəlləməkdədir. Artıq 30 km-dən artıq məsafədə Kürün suyu duzlaşıb. Problem Neftçala rayon hüdudlarını aşmaqdadır. Kənd təsərrüfatı, əkin sahələri məhv olur. İnsanlar uzun su növbələrində, heyvanlar və quşlar su tapmır içməyə. İri buynuzlu heyvanlar suzuzluqdan ölürlər. Kürün quruması təkcə Neftçala üçün yox, ölkə üçün ciddi problemə çevrilir. Hələ ki, ciddi nəticə yoxdur. Ekoloji fəlakət hər gün böyüyür”.

-
Neftçalada acınacaqlı vəziyyət, rayonda içməli su problemi yaşanır
Neftçalada vəziyyət təsəvvür olunduğundan da pisdir. Kür çayının duzlaşması artıq Qədimkənd kəndinə kimi gəlib çatıb.Müstəqil.Az bildirir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli özünün sosial şəbəkədəki divarında qeyd edərək, əlaqədar təşkilatların eşitməsi üçün həyəcan təbili çalıb.
Kür çayında suyun səviyyəsi artmasa dənizin duzlu suyu Salyana çata bilər. Buna çox az qalıb. Problem Kürün deltasının düzgün qazılıb təmizlənməməsidir. Delta küləyin vurduğu istiqamətdə qazılıb və bunun nəticəsində külək duzlu suyu qovub Kürə tökür. Heyvanlar, quşlar içməyə su tapa bilmir. Kürün üzərində uçuşan, susuzluqdan əziyyət çəkən quşları görəndə insanın ürəyi ağrıyır. Ətrafdakı canlılar, quşlar və heyvanlar susuzluqdan nə edəcəklərini bilmir.
Çöl göyərçinləri Kürün üzərində dövrə vurub, susuzluğa tablamayıb özləini yerə çırpırlar, sanki intihar edirlər. Təbiır məhv olmaqdadır. Ürək ağrısı ilə seyr edirdik…
İnsanlar da uzun -uzadı su növbələrinə durublar. Əhaliyə içməli su satan maşınlar da olduqca baha qiymətə gəlir. Hər adamın da bu qiymətə su almağa gücü çatmır.Bir sözlə bu gün Neftçala çox ağır durumdadır.
Bütün bu problemlər məmur səriştəsizliyi üzündən baş verib, – yazır Samir Əsədli.

-
Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür
Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günündür.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

-
Sabir Rüstəmxanlı Neftçala ilə bağlı həyəcan təbili çaldı
Milli Məclisin bugünki plenar iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı büdcədən qənaətlə istifadə ilə bağlı fikirlərə toxunarkən bildirib ki, o qənaətin bəzən faciəli nəticələr doğuracağını nəzərə almalıyıq.VHP sədri Sabir Rüstəmxanlı Neftçaladakı su problemindən də danışıb və təcili tədbirlər görməyə çağırb: “Bu gün Neftçalada Salyana qədər hətta heyvanların belə içməsi üçün su yoxdur. Hansı ki, keçən il Prezident 5 milyon vəsait ayırıb içməli su kəməri ilə bağlı, amma problem həll olunmayıb. 12 su maşını ilə 80 min nəfərlik rayonu su ilə təmin etmək olmaz. Heyvanlar camaatın gözü qabağında susuzluqdan qırılır, əhali içməyə, əl-üzünü yumağa su tapmır. 5 milyona su kəməri çəkilsəydi, insanlar bu vəziyyətdə qalmazdı. Kürün suyu kəskin şəkildə azalıb, Xəzərin şor suyu Kür suyuna qarışıb. Mən burdan Neftçala camaatının adından həyəcan siqnalı çalıram. Bu məsələ vaxtında həll olunmalıdır, süni yollarla camaatımızı narazı salmalı deyilik”.
E.Paşasoy,
Musavat.com -
VHP hökumətdən tələb etdi: Soydaşlarımızı ölkəyə buraxın
Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən yüzlərlə Azərbaycan vətəndaşları toplaşıb. Son günlər burda böyük problemlər yaşanır, Azərbaycan vətəndaşlarına qarşı törədilənlər böyük təəssüf yaradır. Yüzlərlə insanımız vətənə qayıdış yolunda, rəsmi qadağalar bu yolu bağlayıb. Dünyanı bürüyən pandemiyadan irəli gələn məhdudiyyətlər başa düşüləndir. Onu da qəbul edirik ki, yaranmış problemləri bir anda həll etmək mümkün deyil. Amma bütün bunlara rəğmən vətənə üz tutan soydaşlarımızın bu şəkildə təhqir olunması və alçaldılması yolverilməzdir. Vətəndaş Həmrəyliyi Partiyası Rusiya sərhədçilərinin hərəkətlərini qətiyyətlə pisləyir, eyni zamanda Azərbaycan hökumətindən soydaşlarımızın ölkəmizə keçməsi üçün təcili tədbirlər görülməsini tələb edir. -
Avropa Parlamentinin məruzəçiləri Yerevanın Qarabağda yol çəkməsini pisləyiblər
Turan: İyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə məruzəçiləri birgə bəyanatla çıxış edərək Ermənistan hakimiyyətinin Bakının razılığını almadanAzərbaycanın işğal olunmuş əraziləri vasitəsilə Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkmək qərarını pisləyib.
Məruzəçilər Jelyana Zovko (Xorvatiya), Trayan Basesku və Marina Kalurandın bəyanatında deyilir ki, “ötən il elan edilmiş Ermənistanla Dağlıq Qarabağ arasında üçüncü avtomagistralın tikintisi tezliklə başlanmalıdır. Yeni yol infrastrukturu Ermənistanda Qafanı və Dağlıq Qarabağda Hadrutla birləşdirəcək. Bu, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçəcək”, – bəyanatda vurğulanır.
Bu yolun tikintisi barədə qərar rəsmi Bakının razılığı olmadan və beynəlxalq hüququn pozulması ilə qəbul edilib. Eyni zamanda o, Dağlıq Qarabağın və ətraf rayonların işğalını rəmzi olaraq möhkəmləndirir, bəyanatda qeyd olunur.
Məruzəçilər birmənalı olaraq bu təşəbbüsü etimad və sülhün bərqərar olmasına şərait yaratmayan təşəbbüs kimi pisləyiblər.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyən Avropa parlamentariləri Ermənistan və Azərbaycan hakimiyyətlərini “Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində” danışıqlar prosesinə səmimi sadiqlik nümayiş etdirməyə çağırıblar.