Azərbaycan Ərdoğanın Şuşa səfərindən maksimum bəhrələnməlidir Category: Gündəm
-
Samir Əsədli: “Azərbaycan Ərdoğanın Şuşa səfərindən maksimum bəhrələnməlidir”
Azərbaycan Ərdoğanın Şuşa səfərindən maksimum bəhrələnməlidir “10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Bu, razılaşmanın 4-cü bəndində göstərilib”. Bunu “Şərq”ə açıqlamasında VHP-nin Mərkəzi Aparatının rəhbəri Samir Əsədli deyib. Partiya təmsilçisi qeyd edib ki, erməni tərəfi həmin bəndin yerinə yetirilməsini hər vəchlə yubadır:“Rusiya “sülhməramlı” missiyası adı altında Xankəndi və digər ərazilərdə möhkəmlənməyə çalışır. Çünki 2025-ci ilin mayında tərəflərdən birinin razılığı olmazsa, sülhməramlıların bölgədə qalması çətinləşəcək. O zaman Rusiya erməni əsilli Azərbaycan vətəndaşlarından istifadə etməyə çalışacaq. Bu məsələni diqqətdə saxlamalıyıq. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən Azərbaycan maksimum bəhrələnməlidir. Türkiyə kartından Rusiyaya qarşı istifadə etməliyik”. -
VHP-dən Fransaya sərt etiraz: “Makron ermənilərin oyuncağına çevrilib”
10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra Qafqazda, xüsusilə də Dağlıq Qarabağda baş verən siyasi proseslər dinamik şəkildə dəyişərək müxtəlif variasiyalarda özünü biruzə edir. Bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfinin qalib olması, Ermənistanın məğlub imici qərb siyasi dairələrini və dövlətlərini narahat etməyə başlamışdır. Belə ədalətsiz və qərəzli mövqe Fransa Respublikasının simaslnda xüsusi diqqət çəkməkdədir. Belə ki, 27 sentyabr tarixində başlayan hərbi əməliyyatlardan dərhal sonra Fransa prezidenti Emmanuel Makron Azərbaycandan hərbi əməliyyatları dayandırmağı tələb etmiş və Avropada Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa başlamışdır. Fransanın ATƏT-in Minsk qrupunda mövcud olan 3 həmsədr ölkədən biri olduğu və bu müharbədə bitərəf mövqe sərgiləməli olduğu təqdirdə, Azərbaycana qarşı qərəzli çıxış etməsi və işğalçı Ermənistan tərəfini dəstəkləməsi, eləcə də ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirməsi Fransa dövlətinə haqlı qəzəb yaradır. 44 günlük Vətən müharibəsində Azərbaycan, əslində, Fransanın da üzv olduğu Minsk Qrupunun işini və BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qətnamələrini təkbaşına icra etdi. Indi isə Fransa prezidentinin “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidir” bəyanatı siyasi naşılıq, tarixi bilgisizlik əlamətidir. Avropa mədəni tarixində xüsusi rolu olan fransız xalqına Makron kimi erməni oyuncağının rəhbərlik etməsi təəssüf oğurur.
Vətəndaş Həmrəyliyi Partiyası Fransa prezidentinin son bəyanatına kəskin etiraz edir, Fransa səfirinin bu məsələyə aydınlıq gətirməsini tələb edir. -
Fəzail İbrahimli: “30 il sonra Şuşanın azad olunması Azərbaycan xalqının qeyrətini özünə qaytardı”
“Şuşanın işğalı Azərbaycan müstəqillik tarixində qanlı tarix olaraq öz əksini tapıb. Şuşa Azərbaycan xalqının təkcə mədəniyyət beşiyi yox, qeyrət beşiyidir”.Bu sözləri Modern.az-a 8 may Şuşanın işğal tarixinin necə qeyd edilməli olduğu haqqında danışan Milli Məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partoyası sədrinin birinci müavini Fəzail İbrahimli deyib. Deputat xatırladıb ki, Azərbaycanın tarixi taleyində kifayət qədər faciəli günlər var:
“Əslində təqvimimizə diqqət yetirsək, yanvar ayının 20-dən başlayaraq, noyabr ayının 20-ə qədər aylarımızın hər birində bir faciə var. Bunlardan biri də Şuşanın işğalı günüdür. Əzəmətli Şuşa qalası qeyrət qalası kimi yada salınır. Təbii ki, onun işğalı heç bir azərbaycanlılar üçün məqbul sayılmırdı. Amma 30 il sonra Şuşanın geri alınması Azərbaycan xalqının qeyrətini özünə qaytardı .
Himnimizin sözlərində belə bir ifadə var: qan tökməyə hazırıq, can verməyə qadiriz. Həmişə himnimizi oxuyanda üzü qara oxuyurduq. Amma indi qalib millət olaraq, himnimizi baş ucalığı ilə oxuya bilərik. Zaman göstərdi ki, doğru vaxta, qalib sərkərdəyə ehtiyacımız varmış. Təbii ki, qan qardaşımız Türkiyəni də unutmaq olmaz. Düzdür, axır sözü Azərbaycan əsgəri dedi, ancaq siyasi masada Türkiyə həmişə can qardaşına dəstək oldu. Bəyan etdi ki, Azərbaycana toxunmaq olmaz”.
Fəzail İbrahimlinin fikrincə, tariximizin və taleyimizin ən hörmətli, ən şərəfli qələbəsi Qarabağ qələbəsidir:
“Şuşa alınan kimi erməni əlini saxladı, çünki alınmaz qala kimi düşünülürdü. Zəfər paradında da bir daha bəyan etdik ki, Azərbaycan hər zaman müstəqil və azad yaşayan ölkədir. İndi qalib dövlət, qalib sərkərdəyik. Buna görə, işğal tarixini də şəhidlərimizi anaraq, qələbə əhval-ruhiyyəsi ilə qeyd etməliyik. Tariximizi, xalqımızın başına gətirilənləri unutmamalıyıq”.
-
Samir Əsədli: “ NATO artıq regiondadır və o, Türkiyə sülhməramlıları vasitəsilə regionda tarazlığı təmin edə bilər”
“Türkiyə indi sülhməramlılarla birlikdə bu ərazidədir”“Postsovet məkanına daxil olan ölkələr sırasında Azərbaycan NATO-nun proqramlarında iştirak edən ilk ölkələrdəndir”.Bu sözləri “Şərq”ə açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O vurğulayıb ki, keçmiş SSRİ ölkələri arasında NATO-nun proqramlarında ən çox iştirak edən ölkə də Azərbaycandır: “NATO-nun özünün də müxtəlif standartları var və bu standartlara uyğun proqramlar həyata keçməlidir. Məsələn, bəzi ölkələr NATO-ya üzv olmaq istəyir və bununla bağlı rəsmi bəyanat da verir. Amma qurumun müəyyən komissiyaları işləyir və bu nəticəyə gəlir ki, bu ölkənin quruma daxil olması hələ tezdir.Tutaq ki, bir neçə il əvvəl Gürcüstan ilə Ukrayna belə bəyanat verdi və NATO-ya müraciət etdi. Lakin ABŞ-ın çox ciddi cəhdlərinə baxmayaraq, NATO ölkələri onları quruma qəbul etmədilər ki, bu dövlətlərin müəyyən standartlara uyğunlaşması lazımdır. Həmçinin NATO ölkələri istəmir ki, bu ölkələr daxili problemlərini NATO-ya daşısınlar. Orada belə bir şərt var ki, problemlər həll olunduqdan sonra bu quruma üzv olmaq mümkündür”.S.Əsədli əlavə edib ki, Azərbaycan belə bəyanat və müraciət etməsə də, strukturları NATO-nun proqramına uyğun qurulub və bu, davam edir:“Bəyanat verib həyata keçirmək və bəyanat vermədən bu işləri həyata keçirmək məsələləri var. Biz bu işləri bəyanat vermədən həyata keçiririk. Hesab edirəm ki, gələcək perspektivdə Azərbaycanın bu quruma üzv olması məsələsi var. Diqqətdən kənarda qalan bir vacib amil də budur ki, Türkiyə indi sülhməramlılarla birlikdə bu ərazidədir, yəni NATO Azərbaycanda da mövcuddur. Bu, türk sülhməramlılarla Rusiyanın varlığına qarşı bir tarazlıq təmin edir. Moldova və Gürcüstandakı fəaliyyətlərini nəzərə alsaq, neqativ nəticələrə gətirib çıxara bilər. Lakin daha öncə də qeyd etdiyim kimi, NATO artıq regiondadır və o, Türkiyə sülhməramlıları vasitəsilə regionda tarazlığı təmin edə bilər”.Sabir Rüstəmxanlı: “Lakin cəmiyyətə daha çox ziyan vuran siyasi, iqtisadi əxlaqsızlar da var”
Ölkə gündəmi kifayət qədər zəngindir. Bir tərəfdə korrupsionerlərə qarşı mübarizə, bir tərəfdə cəmiyyətdə ikrah yaradan davranışlar, bir tərəfdə isə Qarabağın dirçəldilməsi ilə bağlı atılan addımlar… İslahatlar davam edir. Lakin neqativ hallar da az deyil. Odur ki, “Şərq” olaraq ölkə gündəmi barədə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətləşdik:– Bu günlərdə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov da vəzifəsindən azad edildi. Deməli, vəzifəsindən sui-istifadə edən məmurlara qarşı mübarizə davam edir. Bu barədə nə düşünürsünüz?– Aparılan islahatlar göz qabağındadır. Özü də bu islahatlar bütün sahələri əhatə edir. Gəncləşmə gedir, bürokratik mexanizmlər sadələşdirilir. Atılan addımların nəticəsi də olur. Onu da deyim ki, icra başçıları köhnə raykom katiblərindən az seçilir. Adları dəyişsə də, onlar əvvəlki iddiaları ilə yaşayırlar. Lakin iddia olsa da, imkan yoxdur. İcra başçılarının əvvəlki təsir mexanizmi qalmayıb. Onların bəziləri nüfuzlarını qorumağa çalışırlar. Bu isə nəticə etibarı ilə cinayətə gətirib çıxarır. Ona görə sistem dəyişməlidir, icra hakimiyyətləri başqa qurumlarla əvəz edilməlidirlər. Biz bunun üçün fərqli ölkələrin təcrübələrindən yararlana bilərik.– İslahatlar səhiyyə sistemi üçün də istisna deyil. Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad edilməsi bu sahə ilə bağlı yeni ümidlər yaradır…– Mən sahiyyə sisteminə o qədər də bələd deyiləm. Amma bilirəm ki, əsas problemlərdən biri icbari tibbi sığorta ilə bağlıdır. İkincisi isə dövlət xəstəxanalarında bu və ya digər xidmətdən istifadə üçün pul tələb olunur, dərmanlar çox bahadır.– Bəs çıxış yolu nədir?– Cəmiyyətin mənəvi kamilliyi düşünülməlidir. Kamil olmayan insan həmişə oğurluğa meyilli olur.– Mənəvi kamillikdən danışmışkən, keçmiş deputat Hüseynbala Mirələmovun əxlaqsız videosuna dair sizin münasibətiniz necədir?– Bu, ziyalıya, yazıçıya yaraşmayan hərəkətdir. Eyni zamanda Cəmil Həsənlinin qızı ilə bağlı hadisə barədə də demişdim ki, belə məsələlər birmənalı qınanılmalıdır. Oxşar davranışlara yol verənlərə haqq qazandırmaq olmaz. Belələri səhvlərinə uyğun cəzalanmalıdırlar. Çünki şəxsi əxlaqsız nümunəsi ortaya qoyulur. Lakin cəmiyyətə daha çox ziyan vuran siyasi, iqtisadi əxlaqsızlar da var. Həmin məqamları da unutmaq, yalnız bir məsələyə köklənmək olmaz.– Narahatedici məqamlardan biri də qazilərə lazımi qayğının göstərilməməsi ilə bağlıdır. Belə hallar dövlətin siyasətinə nə qədər uyğundur?– Dövlətin şəhid ailələri və qazilərlə bağlı siyasəti məlumdur. Səlahiyyətli qurumlara ciddi tapşırıqlar verilib. Lakin bəzən də məmurlar səviyyəsində həmin göstərişlər yerinə yetirilmir. Bu isə haqlı narazılıqla nəticələnir. Biz sözügedən məsələni dəfələrlə Milli Məclisdə müzakirəyə çıxarmışıq. Qazilərimiz cəmiyyət həyatından kənarda qalmamalı, işlə təmin olunmalıdırlar.Siyasi partiyalar ABŞ prezidentinin mövqeyini pisləyib – REAL İNTERVYU
Birləşmiş Ştatlar Prezidenti Co Bayden “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlıda baş verənləri “soyqırımı” adlandırıb. Bu əlbəttə ki, uzun illər Birləşmiş Ştatlarda kök salan erməni lobbisinin təsirinin nəticəsidir. Hazırda Amerika administrasiyası və konqresində erməni lobbisinin təsirində və maliyyə asılılığında olan çoxlu sayda rəsmi şəxs var. Məhz tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə olunması da bunun nəticəsində mümkün olub. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Birləşmiş Ştatlar Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyini pisləyib və bunu bəşəriyyətin dayanıqlı, sülhpərvər inkişafına təhdid adlandırıb.
Qonağımız Bəyanatı imzalayan partiyalardan biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.
“Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”.
Samir Əsədli: “Rus sülhməramlılarının fəaliyyəti Azərbaycan suverenliyinə qarşıdır”Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq başlanıb. Sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsini qeyd edəcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstə iştirak edəcək. Azərbaycan ərazisində xarici ölkə hərbçisinin parad keçirməsi, ümumiyyətlə sülhməramlı adlanan hərbi birləşmənin fəaliyyəti ilə bağlı VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli fikirlərini bildirərək qeyd edib ki, baş verənlöər Azərbaycan suverenliyinin tam şəkildə əleyhinədir: “Qarabağda sülhməramlı adı ilə yerləşdirilən rus hərbçiləri gerçək missiyasını unudaraq özlərini Abxaziyada, Krımda olan həmkarları kimi aparır. Başda Rüstəm Muradov olmaqla bu şəxslərə izah etmək lazımdır ki, onlar Azərbaycan ərazisindədirlər və fəaliyyətləri yalnız bölgədə hərbi qarşıdurmaya yol verməməkdən ibarətdir. Rus hərbçisinin Xankəndində parad keçirməsi Sisyanov, Yazovdan başlanan imperalist rus düşüncəsinin təzahürüdür. Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”.
Samir Əsədli bu kimi olayların sülhməramlı məsələsinə cəmiyyətdə mənfi rəy yaratdığı önə çəkərək geniş ictimai müzakirələrin vacib olduğunu bildirdi: “Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var. Axı bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir? Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu, Mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin Bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq Parlament tərəfindən təsdiqlənir. 10 noyabrdan sonra bu, olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb. Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədə uyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı”.
VHP funsioneri hazırki situasiyanın Azərbaycandakı vətəndaş həmrəyliyinə ciddi təhdid olduğunu qeyd etdi: “Belə bir hüquqi qeyri-müəyyənlik İkinci Qarabağ Savaşı dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır. Savaş dövründə ölkənin bütün siyasi qüvvələrinin eyni ümummilli mövqedə durduğunun şahidi olduq. Amma indi 3-5 rus əsgərinə görə Qarabağ məsələsində fikir ayrılığı yarana bilər. Hazırki halda Rusiyanın təkbaşına sülhməramlı adı altında qoşunlarını Qarabağa yerlışdirməsi işğal sayılır. Rusiyanın Qarabağa bu qədər sərmayə yatırtmasında nə marağı var? Və eyni zamanda Rusiyanın Qarabağa nə gətirməsinə, nə tikmısinə bizim nəzarət mexanizmimiz yoxdur. Bu Rusiyanın öz qanunvericiliyinə də ziddir, Dövlət dumasında və federasiya şurasında hələ də təsdiq olunmayıb. Rusiyadan fərqli olaraq, Türküyə, bütün qanunvericiliyə uyğun olaraq, TBMM-in qərarı ilə öz hərbiçilərini ölkəmizə göndəriblər”.
Sabir Rüstəmxanlıdan Rusiyada yaşayan azərbaycanlılara dəstək
Məlum olduğu kimi Rusiya Federasiyası Daxili işlər nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib. Onu da bildirək ki, Rusiya Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.Məsələ ilə bağll millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı öz fikirlərini bildirib. Rusiyada soydaşlarımızın məskunlaşması prosesinin tarixinə nəzər salan millət vəkili qeyd edib ki, Rusiyada azərbaycanlıların daha çox sayda yerləşməsi yaxın tariximizlə bağlıdır: “Keçmiş sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni-iqtisadi sahədə əlaqələr davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha çox bu ölkələrə üz tuturlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial-iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də köhnə sovet istehsal obyektlərinin əksəriyyətinin bugünkü Rusiya Federasiyasında yerləşməsi və bunun nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac verib. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri-dövlət strukturlarında, elmi-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institularında mühüm postlar tutmaqla yanaşı, müəyyən qisim də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışı ilə məşğuldurlar”.
Millət vəkili soydaşlarımızın illər öncə ölkəni tərk etməsinin səbəbləri sırasında Rusiyanın bölgədə apardığı siyasətin də mühüm rol oynadığını önə çəkib: “Bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar Rusiyaya xoş gündən gəlməyiblər. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yaxın gələcəkdə vətəndaşlarımız öz dədə baba yurdlarına qayıdacaq. O zaman heç bir məcburiyyət olmadan Rusiyadan da minlərlə soydaşımız vətənə dönəcək. Amma belə insanlıq faciələrinə dünyanın hər yerində xüsusilə qonşu ölkələr anlayışla yanaşır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Şimal qonşumuz isə nəinki bunu nəzərə alır, əksinə münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır və hər dəfə miqrant faktorundan Azərbaycana təzyiq kimi istifadə olunur.” S. Rüstəmxanlı Rusiya Daxili Işlər Nazirliyi rəsmisinin son bəyanatı ilə bağlı Azərbaycan hökumətinin təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb: “Bir müddət öncə mən Mİlli Məclisdəki şixışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən, Xarici İşlər Nazirliyinə və ASAN xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada , Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərmizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və həmin ölkələrdə qanunsuz yaşayan vətəndaşlarımızın və onların ailə üzvlərinin müvafiq sənədlərlə təmin olunmasını təşkil . Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil. Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər. 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər”.
Samir Əsədli: “Rusiya bütün dünya ilə özünü düşmən edib böyümək kimi cəfəng bir xəyal qurub”
Ruslar Qarabağda qırmızı xətti keçirRusiyanın ölkəmizdə imici onsuz da yaxşı deyildi, bu kimi fəaliyyət bu dövləti bir qədər də gözdən salırErmənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında 44 günlük müharibə zamanı baş verən hadisələrdən tutmuş uğursuz əməliyyatlara qədər, bir çox mətləblərdən söhbət açdı. Burada diqqətçəkici olan məsələlərdən biri erməni baş nazirin Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi, Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi, eyni zamanda Sünikdə 102-ci hərbi bazanın “dayaq məntəqəsi”nin yaradılması istiqamətində danışıqların aparılması barədə dedikləri idi.Sual yaranır ki, hazırda seçkiyə hazırlaşan, iqtisadiyyatı bərbad durumda olan, külli miqdarda xarici borc səbəbindən defolt astanasına gələn Ermənistan ordusunu Rusiya niyə tez-tələsik, İkinci Qarabağ savaşından dərhal sonra modernləşdirməyə başlayıb? Erməni ordusu kimə qarşı hazırlanır? Regionda yeni irimiqyaslı müharibə başlaya bilərmi?“Şərq”in suallarına VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli aydınlıq gətirib. O bildirib ki, İkinci Qarabağ savaşı bitdikdən sonra Rusiyanın bölgədə aktivliyi sülhməramlılıqdan daha çox gərginlik yaratmağa hesablanıb. S.Əsədli vurğulayıb ki, sülhməramlı adı ilə bölgədə yerləşən rus hərbi kontingenti artıq baza formasına gəlib çıxır:“Bu hərbçilər ərazidəki erməni separatçılarını zərərsizləşdirib Azərbaycanın burada suverenliyini təmin etmək əvəzinə, açıqdan-açığa ermənilərin güclənməsinə dəstək olurlar. Azərbaycan ictimaiyyətində bu fəaliyyətə qarşı ciddi etiraz var. Hakimiyyətdən də diplomatik etiketin imkan verdiyi qədərində narazılıqlar ifadə olunur. Rusiyanın ölkəmizdə imici onsuz da yaxşı deyildi, bu kimi fəaliyyət bu dövləti bir qədər də gözdən salır”.S.Əsədli əlavə edib ki, Qarabağda hərbi kontingenti artırmaq, Azərbaycanla sərhəddə hərbi baza yaratmaq, erməni ordusunu modernləşdirmək işini Rusiyanın açıq-açığına reklam etməsi tam mənada imperalist addımlardır:“Kreml Qafqazda öz hegemonluğunu qorumaq üçün beynəlxalq normalara, sivil dövlətlərarası münasibətlərə belə sayğısızlıq etməkdən çəkinmir. Amma Azərbaycan həm iqtisadi baxımdan, həm də geopolitik mövqe baxımından elə bir durumdadır ki, belə jestlər bizə təsir etməz.Rusiya bütün dünya ilə özünü düşmən edib böyümək kimi cəfəng bir xəyal qurub. Proses isə əks effekt verir. İmperiya və hegemonluq istəyi artdıqca, bu dövlət sonunu tezləşdirir.Ermənistan Rusiyasız bölgədə heç kim olduğunu anlamalı və postrusiya dövründə dövlət olaraq varlığını qorumaq üçün bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymalıdır”.Sabir Rüstəmxanlıdan uşaqpulu mövqeyi: bərpa olunmalıdır!
Son günlər geniş müzakirə olunan sosial təminat və uşaqpulu ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən müzakirələrdə öz fikrini bildirmişdir.Təəssüf ki, bəzi şəxslər sosial şəbəkələrdə S.Rüstəmxanlıya aid olmayan fikirləri onun adından paylaşaraq cəmiyyətdə yanlış rəy yaradır.
Sabir Rüstəmxanlının Milli Məclisin 20 avqust 2020-ci il tarixli stenoqramında yer alan çıxışını olduğu kimi diqqətinizə çatdırırıq: Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: “Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsini bərpası ilə bağlı addım atmalıdır”.