44 günlük Qarabağ savaşı haqda haqlı-haqsız müxtəlif fikirlər səslənir. Bu sırada xüsusi qıcıq doğuran məqamlardan biri də qazanılan zəfərdə Azərbaycan ordusunun zəhmətini heçə endirməkdir. “Tərtər işi”ndən də ilhamlanan bu qüvvələr qələbəni bütövlükdə xarici təsirlərə bağlamaqdan belə çəkinmirlər. Hazırda ölkədən kənarda olan keçmiş hərbçi Isa Sadıqovun “Bizim generallara qalsaydı yenə məğlub olacaqdıq, yaxşı ki türklər gəldi bizi bundan xilas etdi” fikri də eyni mənbədən qaynaqlanır.Category: Gündəm
-
Bir sözlə bu qələbənin bir müəllifi var: Azərbaycan xalqı
44 günlük Qarabağ savaşı haqda haqlı-haqsız müxtəlif fikirlər səslənir. Bu sırada xüsusi qıcıq doğuran məqamlardan biri də qazanılan zəfərdə Azərbaycan ordusunun zəhmətini heçə endirməkdir. “Tərtər işi”ndən də ilhamlanan bu qüvvələr qələbəni bütövlükdə xarici təsirlərə bağlamaqdan belə çəkinmirlər. Hazırda ölkədən kənarda olan keçmiş hərbçi Isa Sadıqovun “Bizim generallara qalsaydı yenə məğlub olacaqdıq, yaxşı ki türklər gəldi bizi bundan xilas etdi” fikri də eyni mənbədən qaynaqlanır.Məsələ ilə bağlı II Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan zabit, VHP sədrinin müavini Nəsimi Şərəfxanlı Moderator.az-a münasibət bildirib.O qeyd edib ki, II Qarabağ savaşı ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin imicinə azacıq belə kölgə salacaq fikir söyləmək yüngül desək, vicdansızlıqdır:“Bu savaş Azərbaycan xalqının 7-dən 77-yə, süpürgəçisindən prezidentinə qədər bir yumruq olduğu və qalib gəldiyi savaşdır. 44 günlük döyüşlərdə Azərbaycan ordusu bütün dünyaya qəhrəmanlıq və vətəndən vazkeçilməzlık örnəyi göstərdi. Tək Şuşa əməliyyatı bəs edər ki, bundan yüz il sonra da dünya hərb tarixində Azərbaycan ordusunun zəfəri öyrənilsin”.İttihamlar sırasında yüksəkçinli Azərbaycan hərbçilərinin olmasına, “bizim generallara qalsaydı” fikrinə gəldikdə isə N.Şərəfxanlı bildirdi ki, II Qarabağ savaşı əsgərlə generalın bir səngərdə durduğu savaş olub:“Mən Cəbrayıl və Qubadlıda korpus komandiri, general Mais Barxudarovun və onlarla yüksək çinli zabitimizin açıq atəş altında əsgərlərlə birgə, qəhrəmancasına döyüşdüyünün şahidi olmuşam. Bu istiqamətdə döyüşlərdə iştirak edənlər korpus komandirinin müavini, milli qəhrəman Şükür Həmidovun şəhidliyi və döyüşündən xəbərdardır. Hikmət Həsənov, Tehran Mənsimov, Hikmət Mirzəyev kimi bu savaşda tarix yazan general və polkovniklərimiz var. Azərbaycan ordusu Polad Həşimov kimi general zirvəsinə sahibdir. Bütün bunların müqabilində belə fikirlər səsləndirmək ya məlumatsızlıq, ya da qərəzlilik əlamətidir”.Qarabağ veteranı savaşda qazanılan qələbəyə “türklər olmasaydı” fikrinə də münasibət bildirib. O deyib ki, azad edilən bütün ərazilərdə Azərbaycan əsgəri döyüşüb:“Bəli, Türkiyənin, Israilin və digər ölkələrin müasir silahları bu savaşda mühüm rol oynayıb. Bunu danmaq olmaz. Amma onu da unutmaq olmaz ki, bu silahlara dövlətin iqtisadi gücü ilə sahib olmuşuq. Təlim keçən kənar ölkə zabitlərinin əməkhaqqı da bu dövlətin potensialı hesabına ödənilib. Bir sözlə bu qələbənin bir müəllifi var: Azərbaycan xalqı”. -
Samir Əsədli: ” Hərbçilərimizin necə silah atdığını ermənilər daha yaxşı bilir”
Qafan yolunda erməni maşınına daş atacaq adam yoxdurErmənilərin şayiələrində iyrənc siyasi niyyət gizlənirErməni mediası günlərdir Qafan yolunda erməni seriyalı maşınların “azərbaycanlılar tərəfindən” daşlanması barədə məlumat tirajlayır. Qafan meri Gevork Parsyana istinadla verilən informasiya sosial şəbəkələrdə də geniş yayılmaqdadır. Guya, bu cür hadisələr David Bek-Şurnux yolunda baş verir. Azərbaycanın rəsmi qurumları həqiqəti əks etdirməyən xəbərlərlə bağlı dəfələrlə açıqlama versələr də, ermənilər israrla azərbaycanlılarla “yola getmədiklərini” əks etdirən xəbərlər yayırlar.Yayılan məlumatın həyasız yalan olmasının sübutu odur ki, azərbaycanlılar hələ işğaldan azad edilən ərazilərə köçməyiblər, orada quruculuq işləri aparılmayıb və minalar təmizlənməyib. Yəni orda erməni maşınına daş atacaq adam yoxdur.Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli “Şərq”ə bildirib ki, İkinci Qarabağ savaşından sonra erməni tərəfi dəfələrlə durumu gərginləşdirən şayiələr yayıb. Son xəbərlər də bu sıradandır. Partiya təmsilçisi qeyd edib ki, bəhs edilən bölgədə hələ Azərbaycanın mülki əhalisi məskunlaşdırılmayıb:“Orada Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri durur. Azərbaycan əsgəri isə daş yox, silah atır. Hərbçilərimizin necə silah atdığını ermənilər daha yaxşı bilir. Belə yalanların yayılmasında bir neçə məqsəd ola bilər.Amma uydurma xəbərləri yaymaq ilk növbədə erməni xislətindən, onların mahiyyətindən irəli gəlir. Ermənilər özləri haqda “yazıq”, “məzlum” toplum imici yaratmaq üçün hər cür yalan uydururlar.Başqalarını da inandırmaqdan zövq alırlar. İndiki durumda isə yayılan şayiənin arxasında iyrənc siyasi niyyət gizlənir. Əvvəla, ermənilər bu kimi xəbərlərlə azərbaycanlıların sülhə qarşı olduqlarını, guya bizimlə birgə dinc şəraitdə yaşamağın mümkün olmadığını təlqin etmək istəyirlər.Digər tərəfdən isə bu kimi yalanlarla Qarabağda rus sülhməramlılarının sayının artırılmasına nail olmağa çalışılar. Sərhəd bölgədə yayılan dezinformasiyaların məqsədi bunlardır”.İsmayıl Qocayev -
Sabir Rüstəmxanlı : Kürün taleyi yüz minlərlə insanın taleyidir
Kürün suyunun böhran səviyyəsində azalması, hər yerdə çay yatağının boşalması və Xəzərin şor sularının çay yatağını dolduraraq bütün Neftçala ərazisini ötüb Salyana çatması, taleyi bu çaya bağlı olan on minlərlə əkinçinin, heyvandarın çıxılmaz vəziyyətə düşməsi, şor sularla suvarılan torpaqların şorlaşması, bütünlüklə Neftçala rayonunun maşınla daşınan suyun ümidinə qalması barədə düz bir il bundan öncə həyəcan təbili çalmışdıq. Sosial mediada bu barədə həyəcanlı yazılar yazılmış, Mili Məclisin yığıncaqlarında vəziyyətin ciddiliyi nəzərə çatdırılmışdır. Yay aylarında əhalinin içməli suya olan ehtiyacı su maşınları vasitəsiylə qismən olsa da ödənilmişdir. Neftçala şəhərinə çoxdan planlaşdırılan içməli su kəməri çəkilib Noyabr ayında istifadəyə verilmişdir.
Yaz gəlib, Kürün durumu keçən ilkindəkindən də ağırdır. Sahillərini dağıdan çaydan geniş yatağın bir küncünə qısılmış və görkəmi ürək ağrıdan arx qalıb. Dənizin şor suyu çayı doldurub və çay yatağı ilə irəliləyir; yenə gəlib Salyan ərazisinə çatmaqdadır. Hər gün Neftçala rayonundan telefon zəngləri gəlir.
İstər-istəməz o vaxt bu məsələnin rəsmi orqanlarda müzakirəsini, verilən vədləri xatırlamalı olursan. Bir il əvvəl biz Kürün deltasında cənub istiqamətinin şimala doğru dəyişdirilməsinin doğru olmadığını və dəniz suyunun çay yatağına müqavimətsiz axınına şərait yaratdığını qeyd etmişdik. Bu, həm də Kürün təbiətini yaxşı bilən insanların fikri idi. Təəssüf ki, bu təklifə heç bir reaksiya olmadı. İkinci təklifimiz yenə yerli əhalidən gəlirdi: Kürün dənizə töküldüyü yerə bənd çəkmək. Bu da qulaqardına vuruldu. Cavab belə oldu ki, həm Kürün suyunun azalması, həm aran rayonlarımızın su probleminin həlli ilə bağlı kompleks tədbirlər hazırlanır. Mən bu cavabın məsələnin məsuliyyətini dərk edən bir yüksək vəzifə sahibi tərəfindən verildiyini nəzərə alaraq ümid edirəm ki, doğurdan da Azərbaycanın su probleminin kompleks şəkildə həlli ilə məşğuldular. Ancaq görünən də budur ki, il dolanıb keçdi, Kür daha sürətlə quruyur, hətta qışda və qarların əridiyi indiki vaxtda da suyu axmır, deməli görülən işin bir nəticəsi yoxdur. Çarəsiz qalan kənd əhalisi hətta bu ərazidən axan böyük kollektor kanalınıln suyundan da istifadə edir. Bunun nə qədər təhlükəli olduğunu deməyə ehtiyyac yoxdur. Qarşıda bizi isti aylar gözləyir. İndidən Kürün dərdinə çarə tapılmalıdır. Kürün xilasıyla bağlı nə işlər görülür, hansı proqram hazırlanır? Azərbaycanın aran rayonlarında əhaləni çirkli kanal suyu içməkdən nə vaxt bütövlüklə xilas edə biləcəyik? 50 ildən sonra Azərbaycanın içməli suya olan ehtiyyacı nə qədər artacaq və bunu hansı yollarla təmin edə biləcəyik? Bunlar çox ciddi suallardır. Bu məsələlər haqqında düşünərkən kabinet mütəxəssisləriylə yanaşı, o bölgələrdə yaşayan insanların da fikirləri nəzərə alınmalıdır.
Ötən il verilən iki təklif Kürün dənizə töküldüyü yerdə istiqamətli köhnə yatağa qaytarmaq və dəniz suyunun qarşısına bənd çəkmək yenə də qüvvədə qalır. Başqa təkliflər də var, bilirik ki, kənd təsəruffatı və əkinçilik inkişaf elədikcə suya tələbat artır. Kür üstündə tikilmiş su ayrıclarının sayını bilmirik. Amma hər ayrıc-nasosxana Kürdən balaca bir çayın suyunu götürür və bu su köhnə qayda ilə taxıl və pambıq tarlalarına, həyətlərə axıdılır. Görünür bu köhnə suvarma sistemindən imtina etməyin və suyu daha qənaətlə işlədən yeni suvarma üsullarına keçməyin vaxtı çatmışdır. Bu yolla su israfçılığını yarıya qədər azaltmaq olar.
İkinci çox ciddi məsələ Kür boyu çayın suyunu gecə-gündüz sümürən balıq nohurlarıdır. Ərköyün balıqlar yalnız şirin su içmək istəyir və onun dayanmadan təzələnməsini tələb edirlər. Bu göllərin, no-hurların hamısı bağlanmalıdır. Kimlərə aid olduğu nəzərə alınmadan! Xalq nohur balığı olmadan da yaşaya bilər, amma susuz yaşaya bilməz!
Gənclik illərimdə Azərbaycanda yarana biləcək su qıtlığı barədə çox düşünür və hətta xəyali layihələr də qururdum. Bunun biri – dəniz suyunun duzsuzlaşdırılması, çox xərc aparsa da, amma hər halda fantastik deyil; dünya təcrübəsində geniş yayılıb. Yadımda qalan ikinci layihə Volqanın Xəzərə töküldüyü yerdən azərbayacana su kanalının çəkilməsi Qobustan vadilərində Ceyranbatan su tutarına bənzər anbarların yaradılması idi. O vaxt bir dövlətin tərkibində idik və bəlkə də belə bir təklif təəccüblə qarşılanmazdı. İndi bu məsələ reallıqdan uzaq görünür. Amma hər halda dünyanı hörümçək toru kimi bürüyən nəhəng neft, qaz kəmərləri ilə yanaşı Volqanın və ya Ural çayının deltalarndan Bakıya uzanan iri bir su kəmərini təsəvvür etmək də fantastika deyil. Sadəcə ölkələrarası razılaşma əldə edilməlidir.
Amma bunlar gələcəyin işidir. Bu gün isə Kürü xilas etmək haqqında düşünməliyik. Çünki Kürün taleyi çay boyu yaçayan yüz nminlərlə insanın taleyidir… -
Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir”
Son günlər ölkə gündəmində daha çox müzakirə olunan məsələlərdən biri də uşaqpulu mövzusudur. Bu məsələ iqtisadi, sosial mövzu olmaqdan çıxıb bütün ölkənin mövzusuna çevrilib. Uşaqpulu verilməlidirmi? Dövlətin buna maddi imkanı varmı? Qərar qəbul olunarsa uşaqpulu nə qədər və hansı əsaslarla müəyyənləşməlidir? Bu suallara cavabı Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ilə araşdırdıq.–Samir bəy, ilk sualı elə sadə şəkildə qoyaq: uşaqpulu veriulməlidirmi?
-Azərbaycanda uşaqpulu verilməsinin uzun bir ənənəsi var. Sovetlər dönəmində bu ödəniş edilib. Azərbaycan cəmiyyətində yüksək mövqe tutan tanınmışlarımızın bir çoxu kasıb ailədən çıxıb və bu ailələrdə həmin uşaqpulu ciddi maddi dəstək olub. Mən doğulduğum cənub bölgəsində elə ailələr olub ki, 10-dan artıq uşaq böyüyüb bu ailələrdə. Həmin uşaqlar sovet vaxtı uşaq pulu ilə böyüyüb. Bir çox keçmiş SSRİ respublikalarında bu problem öz həllini tapıb. Məsələn, Rusiyada 1-ci uşağa bizim pulla götürdükdə 8 min manat, 2-ci və sonrakı uşaqların hər birinə 13 min manat, 3-cü uşaqdan sonra ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir. Bunun üstünə hər uşağa görə ayda 300 dolları da gəldikdə əməlli-başlı sosial yardım olur.
1-ci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Qazaxıstanda 1-ci, 2-ci və 3-cü uşağa görə 300 dollar, 4-cü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. 3 və daha çox uçağı olan ailələrə bir sıra başqa güzəştlər verilir.
Ukraynada ailədəki 1-ci uşağa görə ödənilən məbləğ 1800 dollar, 2-ci uşağa görə 3750, 3-cü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda 1-ci uşağa görə 12 ay, 2-ciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir. Bu faktlar Azərbaycan hökumətini düşünməyə məcbur etməlidir. Azərbaycan kimi neft ölkəsinin uşaqpulu məsələsini bu qədər uzatması anlaşılan deyil. Birmənalı şəkildə bununla bağlı müsbət qərar verilməlidir.
–Geniş müzakirə olunan məsələlərdən biri də uşaqpulunun hansı qaydada verilməsidir…
-Bunun da örnəkləriu var və bu örnəkləri araşdırıb birinin üzərində durmaq olar. Dünyada uşaqpullarının verilməsinin üç fərqli istiqaməti var. Bir qrup ölkələr uşaqpullarını ailədəki uşaqların sayına görə müəyyənləşdirirlər. Məsələn, hansı ölkələrdə ki, demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaqpullarının məbləği azalır.
Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə uşaqların sayı artdıqca uşaqpullarının məbləği çoxaldılır. Digər bir yanaşma ondan ibarətdir ki, uşaqpulları ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaqların qayğısını çəkmək üçün uşaqpulu adı ilə vəsait ödənilir. Uşaqpullarının məbləği həm də ailənin gəlirləri ilə əks mütənasiblik təşkil eləyir. Ailənin gəlirləri az olanda uşaqpullarını daha da çoxaldırlar. Üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu, ödənilmiş verginin bir hissəsinin geri qaytarılması praktikasıdır. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara nisbətən çox, orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir.
–Bu məsələ ilə bağlı dövlət rəsmilərinin əks arqumentlərindən biri vətəndaşlara ünvanlı sosial yardım verilməsidir. Bu yardımın verilməsi uşaqpulunun verilməsini təkzib edir?
-Çox cəfəng arqumentdir. Bunlar tamam fərqli məsələlərdir. Uşaqpulunu ünvanlı dövlət sosial yardımı ilə eyniləşdirmək və qarışdırmaq lazım deyil. Ünvanlı dövlət sosial yardımı nəyə görə verilir? Ona görə ki, o ailələrin çörək almağa, yeməyə, paltar almağa pulu yoxdur. Bir sözlə, ünvanlı dövlət sosial yardımı dolana bilməyən ailələrə verilir.
Söhbət isə uşaqpulundan gedir. Bu müavinətin ünvanı bəllidir-uşaqlar… Biz uşaqpulunun verilməsini uşaqların sağlam qidalanması, geyinməsi, böyüməsi üçün istəyirik. Söhbət uşağın yetişməsi, normal böyüməsi, inkişaf etməsi üçün vəsaitdən gedir. Bu, dövlətin demoqrafik vəziyyəti sağlamlaşdırması, əhali artımının stimullaşdırması, sağlam gələcəyə kapital yatırılması tədbiri kimi nəzərdən keçirilir. Son illərdə azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb sosialdır- yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 40 faizdir. 2 uşaqlı ailələrin çəkisi də azı 2 dəfə artıb. Azərbaycanda 15-49 yaş arası hər 1000 qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Uşaq doğulmasına görə, birdəfəlik yardımın artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir. Bizdə bunu etmək üçün hər cür imkanlar var.
–Digər bir əks arqument də uşaqpulunun verilməsi üçün vəsait çatışmamazlığı, maliyyə mənbələrinin olmamasıdır.
-Fikrimcə bu da bəhanədir. Hazırda Azərbaycanda 0-18 yaşlı uşaqların sayı 3 milyona yaxındır. Bu halda əgər orta hesabla bir uşağa 100 manat pul ayrılarsa, il ərzində 3 milyard manata yaxın vəsait tələb olunur. Əlbəttə bu az vəsait deyil.
Amma dövlət büdcəsi üzərində bir balaca peşəkar redaktə aparılsa bu vəsait ortaya çıxar. Hazırda pandemiya ilə bağlı yaranmış sosial xarakterli problemlərinin xeyli hissəsini uşaq pulunun bərpa edilməsi hesabına həll etmək olar. Bu həm də post-pandemiya dövrü üçün də işləyə bilən ən yaxşı mexanizm kimi özünü göstərə bilər.
Rasim
-
Sabir Rüstəmxanlı: “Ölkə başçıları türk birliyini yaratmaq istəsə, buna heç kim mane ola bilməz”
“Türk dünyası dövlətlərinin birliyinin yaradılması türk aləminin bütün ziyalı, mütəfəkkir və türkün tarixini bilib gələcəyini düşünən insanların arzusudur. Türk dövlətlərinin siyasətçiləri əsrlərdir ki, bunun yollarını axtarırlar.Dünyada belə birliklərin modelləri var. Hökmən deyil ki, türkdilli ölkələrin hamısı bir dövlətdə birləşsin. Yaxud Turan adlı bir imperatorluq yaransın. Söhbət ondan getmir”.
Bunu Bizim.Media ilə dialoq zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin “Türk Şurası birləşmiş türk dünyası dövlətlərini yaratmağı hədəfləyir” sözlərinə rəy bildirən millət vəkili Sabir Rüstəmxanlı səsləndirdi.
Vətəndaş Həmrəyliyi Partiyasının liderinin fikrincə, burada söhbət qohum xalqların, eyni dildə danışan türklərin sahib olduğu müstəqil dövlətlərin birliyindən gedir:
“Avropa Birliyinə bənzər ittifaqın yaradılması ilə bir çox proseslər asanlaşacaq. Bu, yeni bir fikir deyil. Sözügedən birlik illər uzunu deyilən, hamımızın dəfələrlə yazdığımız, mediada yollarını açıqladığımız məqsəddir. Bu plan türkdilli dövlətlərin liderlərinin iradəsinə bağlıdır. Hər bir ölkə başçısı bu tip birliyin yaradılmasını arzulasa, heç kim buna mane ola bilməz”.
Türk dünyası dövlətlərinin birliyi yaradılsa, Avropa İttifaqı, MDB və s. birliklərin nüfuz dairəsi zəifləyə bilərmi? Çünki yeni birlik istər, istəməz bütün diqqəti özünə çəkəcək….
“Yox. Belə düşüncə, bu məqsədlə heç bir şey etmək lazım deyil. Ehtiyac da yoxdur. Çünki belə mövqe ilə özünə dərhal düşmən qazanmnış olursan”.
“Özünü inkişaf etdirmək yox, başqasını gücdən salmaq niyyəti problemlər yaradır”.
“Əksinə, biz dünya düzənini nizamlamaq, sülh və əmin-amanlıq gətirmək üçün türk dövlətlərinin birliyini arzulamalıyıq. Dünyada qloballaşmadan danışılır. Kürəsəlləşmə müxtəlif dövlətlərin yaxınlaşması, savaş və konfliktlərin qarşısının alınmasıdır”.
Türk Birliyi də Avrasiya məkanında sülhü möhkəmləndirə, dünyanın inkişafına təkan verə bilər. Məsələyə bu cür baxmalıyıq”,- deyə Sabir Rüstəmxanlı fikirini tamamladı.
Anar Rəhimiov, Bizim.Media
-
“İstər sıravi vətəndaşın, istər prezidentin şəxsi həyatına müdaxilə tərbiyəsizlikdir”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim videosunun yayılmasına münasibət bildirib.
Sabir Rüstəmxanlı məlum olayı kəskin şəkildə pisləyərək, bunu cəmiyyətdəki mənəvi körpülərin yandırılması kimi qiymətləndirib:
“Bir xanım jurnalist zəng vurub Cəmil Həsənlinin qızı ilə bağlı videoya münasibətimi soruşdu. Mən videoya baxmadığımı və baxmayacağımı bildirərək aşağıdakıları dedim:
“Kimin haqqında olmasından aslı olmayaraq belə hadisələri qətiyyətlə pisləyirəm. Fərqi yoxdur, istər sıravi vətəndaşın, istər prezidentin şəxsi həyatına müdaxilə tərbiyəsizlikdir.
Üzdə olan adamları övladları ilə mənəvi terror etmək doğru deyil. Bu bizim milli birliyimizə zərbə vurur. Milləti millət edən böyük mənəvi dəyərlərimizə sayğı, əxlaq, ədalət, ümumi maraq və ideallar, nəhayət qarşılıqlı sevgidir.
Cəmiyyətin bir tərəfinin digər tərəfini bu şəkildə hədət seçməsi aradakı mənəvi körpüləri yandırır. Bu addımı atanlar qarşı tərəfi gözdən saldıqlarını düşünsəıər də, əslində, özləri də öz mahiyyətlərini göstərir və özlərini ifşa edirlər.
Yeri gəlmişkən deyim ki, artıq texnika o qədər inkişaf edib ki, istənilən adam üçün intim serial düzəltmək olar. Bu üsuldan yalnız müxalifətə qarşı istifadə edilmir, müxalifət də zaman-zaman vəzifədəki şəxslərə qarşı söyüş, təhqir kimi vasitələrdən istifadə edir. Millətimizə və cəmiyyətimizə yaraşdırmıram belə rəzaləti!..”
-
Samir Əsədli: “Ermənistanın regionun bütün iqtisadi layihələrindən kənarda qalaraq səfil duruma düşməsindən ibrət götürməlidir”
Ermənistan parlamentinin deputatı Taqui Tovmasyan bir neçə gün əvvəl iki deputat – Sofiya Ovsepyan və Anna Qriqoryan ilə birgə Qarabağa səfər etdiklərini və separatçılarla görüş keçirdiklərini deyib. Bildirib ki, Ermənistan parlamentində “artsax” deputatlar qrupu yaradılıb və orada təmsil olunan erməni deputatlar Xankəndindəki separatçılarla daim əlaqədə olurlar.Azərbaycan ictimaiyyətində ən ciddi narahatlıq və etiraz doğuran məsələdən biri də həm xaricilərin, həm ermənilərin rahat şəkildə Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən istifadə edərək Qarabağa gəlməsi və orada separatçılarla təmasda olmasıdır. Hökumətin sərt bəyanatından sonra Rusiya sülhməramlılar xaricilərin Qarabağa qanunsuz səfərlərinə imkan vermədiyini deyir. Amma görünür, bir müddət ara sakitləşən kimi Laçın dəhlizində nəzarət yenidən “yumşalır”.VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Sherg.az”a bildirib ki, Ermənistandan Azərbaycan ərazisinə qanunsuz səfərlər, xüsusilə də bu səfərlərdə separatçılarla görüşlər yolverilməzdir.Ekspertin sözlərinə görə, bu kimi hallar problemin birdəfəlik həllinə qarşı olan addımlardır:“Ermənistanda müəyyən bir qrup torpaq iddialarını kənara qoyub Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Koçaryan-Sarkisyan cütlüyü və onların dəstəkçiləri isə erməni xalqını yenidən fəlakətə sürükləməkdə israrlıdır. Bu məsələdə qəti həlledici sözü erməni xalqı deməlidir. Ermənilər 44 günlük müharibənin ağır məğlubiyyətindən və Ermənistanın regionun bütün iqtisadi layihələrindən kənarda qalaraq səfil duruma düşməsindən ibrət götürməlidir. Qərar verməlidirlər ki, xəstə təxəyyülün ardınca gedib bir xalq olaraq məhv olmaq istəyirlər, yoxsa Qafqazda normal qonşuluq münasibətləri ilə yaşayıb əsl dövlətə sahib olmağa üstünlük verirlər”.VHP rəsmisi bildirib ki, Ermənistan parlamentində “artsax” deputatlar qrupunun yaradılması xəstə təxəyyülun məhsuludur:“Bütün bunlarla yanaşı, rəsmi Bakı bu kimi olaylara sərt reaksiya verməlidir. Laçın dəhlizinə nəzarət edən sülhməramlılardan durumu gərginləşdirəcək belə səfərlərə imkan yaratmamağı tələb etməliyik. Diplomatik bəyanatların keçərsiz olduğu halda Azərbaycan tərəfinin öz haqqını bərpa etmə yollarını dünya bir dəfə görüb. Sülhməramlılar bölgədə yeni müharibə istəmirlərsə, öz missiyasını düzgün yerinə yetirsinlər”.İsmayıl Qocayev
-
Samir Əsəsli: “ATƏT və digər beynəlxalq təşkilatların bölgədə görəcəyi konkret və mühüm bir iş qalmayıb”
“Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir”. Bu sözləri Prezident İlham Əliyev İsveçin Xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, işğaldan azad edilən torpaqlarda çox iş görülməlidir, çünki bütün infrastruktur dağıdılıb: “Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir”. Ölkə rəhbəri vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları artıq icra edilib:“Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”. ATƏT-in fəaliyyətdə olan sədri XİN rəhbəri Ceyhun Bayramovla da görüşüb. Nazir təşkilatın bölgə üçün görə biləcəyi konkret işlərdən bəhs edib.Qısacası, həm Prezident, həm də xarici işlər naziri 30 ilə yaxın müddətdə münaqişənin həllində müsbət rol oynamayan bir qurumun bundan sonra hansı işləri görə biləcəyinə diqqət çəkiblər.Açıq şəkildə vurğulanıb ki, özünü doğrultmayan təşkilatın bundan sonrakı əsas missiyası bölgədə kommunikasiyaların bərpasına yardım etmək və humanitar fəaliyyətdə yer almaqdan ibarətdir.Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri, siyasi şərhçi Samir Əsədli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycan rəhbərliyinin və digər rəsmilərin ATƏT-in bölgədə fəaliyyəti haqda bəyanatları yalnız diplomatik etika prinsiplərinə söykənir:“Avropalılar da, rəsmi Bakı da çox gözəl başa düşürlər ki, ATƏT və digər beynəlxalq təşkilatların bölgədə görəcəyi konkret və mühüm bir iş qalmayıb.Bu gün Qarabağda və Azərbaycan-Ermənistan münasibətlərində əsas söz sahibi Ankara və Moskvadır. Əlbəttə, Rusiyanın prosesdə əsas oyunçu olmasının mənfi tərəflərinin olması başqa məsələdir.Amma reallıq və fakt odur ki, Avropa ölkələri və Qərbi təmsil edən beynəlxalq təşkilatlar Qarabağdakı proseslərdən tamamilə kənardadırlar”. -
“Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir”
Ötən həftə qəfildən keçirilən hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı hələ də cəmiyyətin əsas mövzularından biridir. PİA.az-ın əməkdaşı hakim partiyanın qurultayını və mövcud siyasi reallıqları Vətəndaş Həmrəyliyi Partiyasının səfr müavini Nəsimi Şərəfxanlı ilə müzakirə edib.Nəsimi Şərəfxanlı: “Uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır”.
– Nəsimi bəy, YAP-ın VII qurultayı hazırda cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəziləri hesab edir ki, bu qurultay hakim partiyada böyük dəyişikliklərin başlanğıcıdır. Parlamnetin ana müxalifət partiyasının nümayəndəsi olaraq hakim partiyanın son qurultayını necə dəyərlədirirsiz? Hesab edirsinizmi YAP-dakı yenilənmə ölkədə siyasi münasibətləri dəyişmək üçün stimul ola bilər?
– Hakim partiyanın son qurultayı zaman baxımdan gözlənilməz idi, nəticə çoxdan cəmiyyətdə müzakirə olunurdu və hər kəs iqtidarda aparılan kadr dəyişiklliklərinin partiyaya da sirayət edəcəyinin fərqindəydi. Təbii ki, uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Ramiz Mehdiyevin, Əli Həsənovun, Arif Rəhimzadənin, Əli Əhmədovun və beynində hələ də kommunist təfəkkürü saxlayan şəxslərin partiya rəhbərliyindən kənarlaşdırılaraq nisbətən gənc şəxslərin iş başına gətirilməsi təqdirəlayiqdir. Amma anoloji prosesi rəsmi iqtidar strukturlarında da müşahidə etmişik. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır. Çünki bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Ziya Məmmədov, Səlim Müslümov, Misir Mərdanov və digərləri əvəzləndi nə baş verdi ki? Yenə köhnə hamam, köhnə tas. Yəni təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq. Buna görə şəxslərin əvəzlənməsindənsə idarəçiliyə baxışın dəyişilməsi daha vacibdir. İstər YAP-da, istərsə də hakim komandada aparılan kadr dəyişikliklərinin ölkədə mücbət istiqamətə doğru təkan olacağına bundan sonra ümid etmək olar.
– Azərbaycanın siyasi mühiti əsasən iki qütblü olaraq görülür. Qütblərdən biri hakimiyyət, digəri isə “sistemdən kənar” müxalifət hesan olunur və burda ideologiya, sol, ya da sağ prinsiplər özünü doğrultmur ya da özünə yer tapmır. VHP özünü bu qütblərin hansındasa görə bilirmi, ya da bu qütblərin arasında qalmağı VHP üçün hansısa şans və yaxud şansızlıq kimi dəyərləndirmək olarmı?
– Azərbaycan siyasi sistemində ideologiya problemi var. Siyasi partiyaların böyük əksəriyyətinin proqramı eyni ideoloji dəyərlərə söykənir. Firqə fərqliliyi ideoloji baxışa deyil, siyasi taktikaya və ya liderə görə seçildiyindən Azərbaycanda partiya həyatında anormallıqlar yaşanır. Millətçilik, Liberalizm, Sosial bərabərlik və digər ideoloji prinsipləri əsas götürərək cəmiyyətə fərqli liderlər deyil, fərqli proqramlar, konsepsiyalar, baxışlar təqdim edilmir. Məncə siyasi sistemimizdəki durğunluğun əsas səbəbi budur.
Nəsimi Şərəfxanlı: “Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır”.
Vətəndaş Həmrəyliyi Partiyası “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarı ilə yaranaraq milli birlik, həmrəylik prinsipini əsas götürüb. Əlbəttə bu tam ideoloji sistem sayıla bilməz. Amma bu prinsip bir çox məqamlarda VHP-ni digər siyasi partiyalardan fərqləndirib və etiraf edək ki, hakim partiya da ölkənin həlledici anlarında bu prinsipi əsas tutub. Bu baxımdan VHP-ni kəskin qütbləşməyə qarşı olaraq şanslı partiya sayıram. Bu şanslılıq hər zaman parlamentdə təmsil olunmaqla yekunlaşmayıb, özünün təşkilati strukturlarını qoruyaraq inkişaf etdirməkdə də özünü göstərib.
– Belə bir fikir var ki, Azərbaycan elektoratının böyük hissəsi həm hakimiyyət partiyasını, həm də müxalifəti “qocalmış” olaraq görür. Xüsusən də müxalifəti. Sizcə Azərbaycan siyasətinə yeni qüvvələrin gəlməsi üçün siyasi təlabat varmı və ölkə siyasətində nə zamansa üçüncü qütbün yaranmasını mümkün hesab edirsinizmi?
– Mən siyasətdə qoca-gənc fərqliliyinin, qarşıdurmasının tam əleyhinəyəm. İllərdir ki, müxalifət “qocalıb” deyirlər. Çox yaxşı. Əgər belədirsə hanı gənclik? Kim qarşısını alır ki? Azərbaycanda onlarla gənc partiya sədri var və etiraf edək ki, onların ictimai tanınma imkanları klassik siyasilərimizdən daha çoxdur. Amma ortada nəticə də yoxdur.
Nəsimi Şərəfxanlı: “Bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq və olmaqdayıq”.
Bu gün müxalifət liderləri tablosu Azərbaycanın istiqlalı üçün yol başlayan Meydanın tribunası kimi tanınır. Mən konkret adlar çəkib kimlərisə uğursuz siyasətçi kimi tanıtmaq istəmirəm, amma gəlin qəbul edək ki, cəmiyyət bu gün də Sabir Rüstəmxanlı, İsa Qəmbər, Etibar Məmədov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Mirmahmud Mirəlioğlu və digər klassik siyasi liderlərimizin fikir və taktikalarına diqqət yetirir.
Azərbaycanda üçüncü qütbün ortaya çıxmasına gəlincə isə, mövcud iki qütb: iqtidar-müxalifət arasında münasibətlər və sistem qaydasına düşməyincə hər hansı yeni qüvvədən danışmağa dəyməz. Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır. Bunun ən yaxşı yolu proparsional seçki sistemidir. Bu seçki prinsipi ilə partiyalar gerçək gücünü və siyasi mübarizəsini parlamentə daşımalıdır. Həmin parlamentdə ölkənin problemlərinin həll yollarının ən yaxşı variantları ortaya qoyulacaq.
– Ümumiyyətlə Azərbaycan siyasətində üçüncü qütbün ortaya çıxa bilməsi üçün siyasi mühiti nə qədər əlverişli hesab edirsiniz?
– Bir daha qeyd edirəm ki, mövcud iqtidar-müxalifət münasibətləri üçüncü siyasi güc mərkəzinin ortaya çıxmasını istisna edir. Əslində bu gün parlamentdə təmsil olunanları üçüncü qütb kimi də dəyərləndirmək olar.
Nəsimi Şərəfxanı: Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir”.
Amma biz bilirik ki, bu tam olaraq belə deyil və həmin partiyalara Azərbaycan xalqının etimadı arzu edilən səviyyədə deyil. Bir zamanlar REAL hərəkatı da üçüncü qüvvə olaraq formalaşmaq istəyirdi. Alındıra bilmədilər. Üçüncü qüvvə təbii siyasi proseslə baş verə bilər, bu sifarişlə və ya təhlillə olmur.
– Bəs Azərbaycanda mövcud durumu dəyişdirmək mümkündürmü?
– Mən hazırkı şərtlərdə buna ehtimal vermirəm. Və hesab edirəm ki, buna cəhd etmək Don Kixotun yel dəyirmanı ilə savaşmasını xatırlada bilər. Çünki Azərbaycandakı siyasi mühit hazırda elə formalaşıb ki, ancaq bir-birlərini tamamilə inkar edən iki qütbün birində yer almalısan. Bu qütblərdən kənrda olanlar isə özlərini cəmiyyətə təqdim edə bilmirlər. Bunun yolu da yoxdur. Misal üçün özünə nəyin bahasına olursa olsun karyera qurmaq istəyənlər hakimiyyətin yanında yer alır və ancaq hakimiyyətin bucağından problemlərə yanaşırlar. Azərbaycanı fərqli və daha azad bir vətəndaş cəmiyyəti olaraq görmək istəyənlər isə ancaq “sistemdən kənar” müxalifətin bucağından məsələri həll etmək istəyirlər. Böyük əksəriyyət isə heç bur tərəfə inanmır və fərdi qaydada özlərini xilas etməyə çalışırlar.
Nəsimi Şərəfxanlı: “VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq”.
– Bəs bu böyük əksəriyyəti üçüncü qüvvə niyə özünə cəlb edə bilmir?
– Bunun səbəbi çox sadədir. Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir. Bunu hamı bilir və bu üzdən də böyük əksəriyyəd də yaxşı bilir ki, onların üçüncü qüvvəyə verəcəkləri dəstək elə ikinci qüvvə demək olacaq. Yəni normal siyasi mühitdə hakimiyyət alternativliliyi qəbul etmir. Azərbaycanda isə bu olmadığı üçün böyük əksəriyyət özünə heç də əziyyət vermək istəmir.
– VHP parlamentdə üç deputatla ana müxalifəti təmsil edir. Hesab edirsinizmi ki, müxalifət olaraq öz vəzifələrinizi yerinə yetirirsiz?
– Məşhur bir ifadə var. “Siyasət imkanlar daxilində mümkün olanı etmək sənətidir”. Hesab edirəm ki, parlament müxalifəti olaraq VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq.
Nərminə UMUDLU
pia.az -
Sabir Rüstəmxanlı: “Soyadların milliləşdirilməsi prosesi asanlaşdırılmalıdır”
“Azərbaycanda soyadların dəyişdirilməsi çox çətin prosesdir. Bu prosesin asanlaşdırılmasına ehtiyac var. Bəziləri yuxarıdan göstəriş almayıb deyə buna mane olur”.Bunu Milli Məclisn bu gün keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bu məsələ parlamentdə dəfələrlə müzakirə edilib: “Ədliyyə Nazirliyi göstəriş verə bilər ki, soyadlar yeni tələbə uyğun milliləşdirilsin. Böyük rüsumlar tələb edilir. Əhalinin buna imkanı yoxdur. Sizdən xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın. Yerli idarələrə tapşırılsın ki, vətəndaşların bu arzusunu yerinə yetirsinlər. Bunun qarşısını almasınla”.