Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının Yeni Azərbaycan Partiyasının Böyük Vətən müharibəsi ilə bağlı təşkil olunmuş dəyirmimasada çıxışı
Dəyərli dostlar, hörmətli görüş iştirakçıları!
44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizin ildönümü ərəfəsində belə bir toplantını keçirib bizi də dəvət etdiyinə görə Yeni Azərbaycan Partiyasına təşəkkürümü bildirirəm.
Qarabağın işğaldan azad edilməsi birdən-birə Azərbaycn insanının ictimai-siyası düşüncəsini, tarix yaddaşını silkələdi.
Gözümüzün önündə ölkəmizin mənzərəsi dəyişilir: 30 il böyük güclərin və erməni havadarlarının həllolunmaz məsələ deyib tilsimə çevirdiyi Qarabağ düyünü müzəffər Azərbaycan ordusunun rəşadəti ilə çözülür, Avropanın yeni texnoloğiyası ilə tikilmiş köstəbək yuvaları dağıdılır və 8 rayonumuzda işğala son verilir; Arazın sol sahili ilə düşməni əzə-əzə irəliləyən əsgərlərimizi o taydan İran rejiminin təzyiqinə dözən güneyli qardaşlarımız göz yaşları ilə alqışlayır; düşmənin Azərbaycan ərazisindən keçən yolu İran və Ermənistan narkotika daşıyıcılarının üzünə bağlanır; Qeyri adi bir əməliyyatla azad edilən Şuşada festivallar keçirilir, muzeylər açılır, tarixi abidələr bərpa edilir, bütün azad edilmiş rayonlarımızın yeni həyatına start verilir; Təməlatma mərasimləri biri-birini əvəz edir, Türkiyə və Azərbaycan “Şuşa Bəyannaməsi” elan edilir, Azərbaycan, Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirir; Ölkənin dünənədək bir-biri ilə yola getməyən siasi partiyaları müharibə boyu bütün vasitələrlə dövləti və ordunu dəstəkləyir, sonra da mehribanlıqla avtobus karvanı ilə erməni goreşənlərinin vuran qoyduğu Ağdamı, dirçəlməyə başlayan Şuşanı ziyarət edirlər və bütün bunlar azmış kimi Azərbaycan prezidenti kamera qarşısında arxası Ermənistana tərəf oturub “ora-yəni Şərqi Zəngəzur da, Göyçə də, İrəvan da bizim tarixi torpaqlarımızdır” – deyib dünyaya bəyan edir, “şəhər və kəndlərimizi Ermənistan İranın yardımı ilə dağıdıb və ordan narkotika yetişdirmək və ötürmək üçün istifadə ediblər”-deyə bizim varlığımızdan narahat olan İrana yerini göstərir…
Hamısını saysam mənə ayrılmış vaxt yetməz. Xalqla ordunun birliyi, milli səfərbərlik, Ali Baş komandanın şəxsi cəsarəti, düşmən tərəfi müdaifə edən qüvvələrin bütün riyakarlıqlarına baxmayaraq Azərbaycanın öz yolundan dönməməsi, savaş zamanı yeni texnologiyadan bacarıqla istifadə etməyimiz və s.
Bu sadaladıqlarımıza bir də Azərbaycanda savaş ərəfəsində icrasına yeni başlanmış islahatların xalqa verdiyi pozitiv enerjini, yaranmış dialoq və vətəndaş həmrəyliyi mühitini əlavə etməliyik. Bu gün artıq hər kəs etiraf edir ki, torpaqlarımızın müdafiəsi məsələsində iqtidarla müxalifət arasında fikir ayrılığının olmaması, siyasi mövqelərindən asılı olmayaraq əksər partiyaların bir araya gəlməsi və bir mövqedən çıxış eləməsi 44 günlük müharibənin yekununa həlledici təsir göstərən amillərdən biri olmuşdur.
Bilirsiniz ki, dialoq anlaşmaya aparan ən əsas yoldur və tarix boyu bir çox filosoflar, alimlər, ədəbiyyatçılar dialoq probleminə saysız-hesabsız əsərlər həsr etmişlər. Dünya fələsəfəsi və ədəbiyyatında dialoq ən çox istifadə edilən üsulllardan biridir. Dinlərin, fəlsəfənin və ədəbiyyatın ən böyük uğurları dialoqla bağlıdır və cəmiyyətlərdə ictimai gərginliyin ən pik nöqtəyə çatdığı, fikir ayrılıqlarının həlledilməz göründüyü anlarda meydana çıxmışdır. Dialoq insanların şəxsi ünsiyyətləri ilə yanaşı həm də uygarlıqlar, dövlətlər, dinlər, xalqlar və etnik qruplar arasında fikir alış-verişinin ən geniş yayılmış formasdıır. Bu gün yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz. İnsan toplumlarının xoş niyyətini, ağlını, müdrikliyini, intellektual səviyyəsini göstərən, barışa, inkişafa, dünyanı xilasetmə istəyinə, əmin amanlığa hazırliq istəyini nümayiş etdirən ən birinci əlamət dialoq çağırışıdır. Özünə arxayın, yolunun düzgünlüyünü bilən, şərdən, savaşdan uzaq olan, dünyanın gələcəyini düşünən hər hansı cəmiyyət bu keyfiyyətləri ilk növbədə dialoq mədəniyyəti ilə nümayiş etdirir. Dünya ədəbiyyatı və fəlsəfəsində dirilər bir yana, hətta Ölülərin və Tanrıların dialoqlarına həsr olunmuş çoxlu əsər var. Təbii ki, bunların hamısı cəmiyyətə ötürüləm ismarıclardır….
Milli intibahın ən parlaq əlamətlərindən biri millətin müxtəlif kəsimləri arasında dialoqun güclənməsidir. Buna görə də dövlətin inkişafı həmişə siyasi partiyalar və iqtidar müxalifət arasında dialoqu zərurətə çevirir. Təəssüf ki, son otuz ildə Azərbaycanda normal dialoq mühiti yaratmaq yalnız 2020-ci ildə Vətən müharibəsi ərəfəsində mümkün olmuşdur. Halbuki Azərbaycan müstəqillik qazanandan sonra dialoqa cəhd edilmiş, bu məsələ siyasi mühitin əsas mövzularından biri olmuşdur.
Azərbaycanda siyasi partiyalar arasında ilk görüşlərin təşəbbüskarları təəssüf ki, uzun müddət yabançılar vasitəçilər olmuşdur. ATƏT-in Bakı nümayəndəliyinin daha çox seçkilər ərəfəsində müxalifət partiyalarını və YAP-ı bir araya yığdığını yaxşı xatırlayırıq. Hər dəfə seçkilərdən sonra yenidən bir araya gəlmək yaddan çıxmışdır. ATƏT-in bu missiyasının nə qədər səmimi olduğunu anlamaq üçün Minsk qrupunun Qarabağ probleminin həllində tutduğu mövqeyi xatırlatmaq kifayətdir. Bir təşkilatın bir qurumu qonşu ölkələr arasındakı münaqişənin həllini müxtəlif bəhanələrlə uzatdığı, Azərbaycanı reallıqla barışmağa sövq etdiyi bir halda, digər bir qanadının ölkədə doğrudan da dialoq mühitini və siyasi partiyalar arasında səmimi bir əməkdaşlığın yaranmasına maraqlı olduğuna inanmaq çətindir.
Bu illər ərzində dialoq arzusu daha çox aşağıdan, hakimiyyətdə təmsil olunmayan müxalifət partiyalarının dilindən səslənmişdir. Amma eyni zamanda dəfələrlə bildirmişik ki, barış və dialoq mühitinin yaranmasında daha çox iqtidar, hakimiyyət maraqlı olmalıdır. Hakimiyyətdən kənarda olan və iddialı siyasi qüvvələr ölkədəki vəziyyətin gərginləşməsində maraqlıdırlar. Hakimiyyət isə nəzərə almalıdır ki, dialoq cəmiyyətdə sabitlik yaratmağın ən yaxşı yollarından biridir. Müharibə ərəfəsində nəhayət belə bir təşəbbüs Azərbaycan prezidentinin özündən gəldi və çox qısa müddətdə Azərbaycan siyasi partiyaları milli məsələlərdə və Qarabağ probleminə yanaşmada fikir ayrılığının olmadığını, eyni mövqedən çxıış etdiklərini bildirdilər və bundan sonra bu istiqamətdə bir sıra ümumi bəyənatlar meydana çıxdı.
Mənim toxunmaq istədiyim əsas məsələ təmsil elədiyim Vətəndaş Həmrəyliyi partiyasının siyasi, ideoloji-mənəvi xəttinin müharibə ərəfəsində yeni bir güclə səslənməsi və ölkənin əsas ideologiyalarından birinə çevrilməsidir. Biz 29 il bundan öncə partiyanın ilk qurultayını “Nizacıtımız Vətəndaş həmrəyliyidir” şüarı ilə yekunlaşdırmışdıq, bu gün də həmin fikir qüvvədədir.
Müstəqil dövlətimizin qurucularından olan Məmməd Əmin Rəsulzadə 33-cü ildə islam və türk birliyi ideyalarından sonra kommunizm və liberalizm ideologiyalarını geniş təhlil edərək milli təsanüd fikrinə gəlmişdi.
Əslində, etnik tərkibi mürəkkəb olan Azərbaycanı yüzillər boyu bir ərazi vahidi və dövlət kimi qoruyan əsas dəyərlərdən biri bu torpaqlarda yaşayan insanların dilindən, etnik kökündən asılı olmayaraq, təbii bir şəkildə yaranmış və əsrlərin sınağından çıxmış fikir birliyidir.
Azərbaycanın bu günkü etnik xəritəsi aramızda separatizm duyğularını gücləndirmək istəyənlərə nə qədər cazibəli görünsə də təxminən 2500 ildir bu müxtəliflik ümumi vətən birliyini pozmadan yaşayır. Buna görə də bu gün Azərbaycanda hər bir xalq öz etnik simasını qorumaqla vahid bir yurdun övladları olduqlarını dərk edərək yan-yana, çiyin-çiyinə dayanmağı bacarırlar. 44 günlük müharibə bunun daha bir örnəyidir. Biz də Vətəndaş Həmrəyliyi deyəndə həmişə dövlətimizin əsas yükünü çəkən Azərbaycan türkləri ilə yanaşı, hər bir vətəndaşımıza eyni gözlə baxmağın tərəfdarı kimi çıxış etmişik. Gəldiyimiz nəticə göz qabağındadır və həyat göstərir ki, Azərbaycanın gələcəyi də məhz bu birilkdən, lazım gələndə ölkənin hər bir vətəndaşını bu torpaq uğründa öz həyatını qurban vermək cəsarətindən asılı olacaqdır.
Az öncə dediyim kimi müharibədən sonra yeni bir Azərbaycan yaranır. Qafqazın gələcəyində mühüm rol oynayacaq, İslam dünyasına bağlılığını saxlamaqla bərabər, Avropanın inkişaf yoluna bənzər bir yol tutmuş, şəhəri, kəndi, insanların yaşayış tərzi, xidmət infrastrukturları ilə, müasir dünyanın yeri texnoloğiyalarından istifadə mədəniyyəti ilə bölgənin ulduzuna çevrilməkdə olan bir Azərbaycan… Üstəlik güclənməkdə olan türk birliyi və Güney Azərbayanda milli haqlarını getdikcə daha dərindən dərk edən və dirçələn 40 milyon xalqın iradəsinə bağlı və milli haqqımız olan Bütöv Azərbaycanın getdikcə aydınlaşan konturları gələcəyimizə parlaq işıq tutur və həyatımıza 200 ildə unutdurulmağa çalışılmış yeni dəyərlər, yeni milli-mənəvi vəzifələr gətirir. Bütün bunların sonunu düşünmək və bu böyük məqsəd uğrunda mübarizə aparmaq bizim borcumuzdur. Bu hədəflərin reallığına inanmağın, bunu düşünmədən yaşamağın korluqdan başqa adı yoxdur…
Bu hadisələrə şairanə baxış deyil, milli hədəflərimizin tələb elədiyi yoldur. Biz hamımız bu yolda olmalıyıq. Qarabağ qələbəsi bu yolun birinci və çox mühüm mərhələsidir. Qələbədən bir il keçir. Məncə biz danışığımızda, mətbuatımızda bayram mərhələsinə yekun vuraraq, düşmənin hər cür xəyanətinə hazır olan, güclü müdafiə sistemi və daxili sabitliyi olan, yeni, cazibədar, hər cəhəti ilə haqqa , ədalətə, hüquqa söykənən modern Azərbaycanın qurulması haqqında düşünməli, quruculuq dövrünün qayğıların paylaşmalıyıq. Alt niyyətsiz, açıq və səmimi, qüsurlarımızı gizlətmədən danışmalıyıq.
Bu baxımdan əhalini ciddi şəkildə narahat edən bir neçə fikrimi deməklə çıxışımı yekunlaşdırmaq istəyirəm:
- Mənim fikrimcə, Qarabağdakı quruculuq Müaribədən öncə başlanmış islahatları unutdurmamalıdır. Xalq həm iqtisadiyyatda, həm idarəçilikdə o islahatların davamını gözləyir. Bu gün əhalinin böyük qələbə sevincinə, inama, qarşılıqlı etimada kölgə salan, onu ürək dolusu duymasına imkan verməyən hallar var ki, aradan qaldırılmalıdır. Biz qələbədən sonra psixoloji, mənəvi, hüquqi baxımdan yeni bir dövr başanacağını arzulayırıq. Müharibədən sonra bir müddət doğrudan da belə oldu. Amma sonra məmur heyətı yenə əvvəlki axarına qayıtdı, qəbul qapıları bağlandı, seyf qapıları açıldı, telefonlar susdu, məktublara cavab verən olmadı və ya standart , başdansovdu cavablar gəldi. Prezidentin yanında dayanmalı olan, qələbə ruhunu addım-addım öz əməlləri ilə möhkələndirməyə borclu olan vəzifə sahiblərini çoxu ya bu məsuliyyəti unutdular, ya da dərk etmədilər. Yeni təyin olunan kadrların çoxunun təcrübəsizliyi və torpağı, xalqı yaxşı tanımaması yeni problemlər yaratmağa başladı. Sanki Qarabağ qələbəsini unutdurmaq, arxa plana keçirmək yarışı başlandı. Narazılığın əsas dalğası sosial müdafiədən, işsizlikdən. tibbi xidmətdən və məmur biganəliyi və ya özbaşınalığından gəlir. Biz düşmənə qalib gəlmişik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür bu bəllara qarşı da bir 44 günlük müharibəyə ehtiyac var.
- Qələbə ölkə prezidentinə, dövlətə böyük bir inam və sayqı yaratmışdır, Ölkə üçün bu böyük bir şansdır. Məqamdır. Bunu davam etdirmək, böyütmək milli birlik , qarşılıqlı anlaşma baxımından çox vacibdir. Məmur işini qorxu ilə yox, sevgi ilə, fədakarllıqla görməlidir. Boşboğaz təriflərin, milli mentalitetə yad olar riyakar yaltalıqların yerini kişiyana sədaqət, iş və əmməl tutmalıdır.
- Siyasi partiyalar arasında yaranmış bu birlik qorunmalı və möhkəmlənməlidir. Bu bəzi xırda iddiaçıların qeyd etdiyi kimi klub deyil: vətən və millət yolunda hər kəsin öz məsuliyyətini dərk etməsidir. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması cəmiyyətin gücünü, enerjisinin artırır və düşmənlə mübarizəni asanlaşdırır.
- Dialoq görüntü və toplantı xarakteri daşımamalı və qarşılıqlı təkliflər əsasıənda ölkəmizin inkişafına yönəlik məsələləri ardıcıl müzakirə edən sistemli fəaliyyətə çevrilməlidir. İqtidar-müxalifət məsələlərində əsassız tənqidlər, böhtan, şər, inkar və yersiz ittihamlar aradan qaldırılmalıdır. Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını sarsıtmağa yönəlmiş siyasi naşılıq və təbiyəsizlik, söyüş mübarizəsi və onları doğuran səbəblər həyatımızdan silinməlidir. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin ölkədə sosial problemlər, məmur özbaşınalıqları, şəhid ailələri və qazilərlə bağlı qaldırdığı məsələləri diqqətlə dinləməli, müxalifət partiyalarından olan millət vəkillərinin və ictimai fəalların çıxışlarına daha ciddi yanaşılmalıdır.
Nəhayət, Azərbaycanın Qarabağ zəfərindən sonra yaranmış geopolitik durumda ölkəmizə qarşı açıq və gizli təzyiqlərə qarşı dirəniş göstərmək, cavab vermək yalnız ölkə başçısının və hakimiyyətin ümidinə qalmamalıdır. Müxalifət Qarabağ məsələsi, Azərbaycanın haqq davası, milli problemlərlə bağlı təşəbbüskar olmalı, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməli, dövlətin diplomatik qaydalarından dolayı ifadə edə bilmədiyi milli həqiqətlərin dünyaya çatdırılmasını öz öhdəsinə götürməlidir.
Bütün bunlar nəticə etibarilə ölkədə həm idarəçilikdə həm də yaşam tərzində demokratik prinsiplərin oturuşması, işsizliyin ləğvi, sosial müdafiə, insan haqları və söz azadlığı sistemində islahatların möhkəmlənməsi ilə nəticələnə bilər.
Həmrəylik kapitalizmdən, kommunizmdən və liberlizmdən fərqli olaraq milli dəyərdir. Ana dilinin, dinin, mədəniyyətin inkişafı ilə sıx bağlıdır. İnsanları simasız bir kütləyə çevirib vətən məfhumunu unutduran və yad ölkələrin bizə tətbiq etməyə çalışdıqları, fikir işğalı saydığımız bir sıra siyasi düşüncə sistemlərindən fərqli olaraq vətəndaşı özünə, öz torpağına bağlayır, onun ləyaqətini və milli kimliyini qoruyur. Ona görə də həmrəylik yalnız müharibə zərurəti kimi yox, gələcəyimizin uğurlarına yol açan parlaq bir ideoloji xətt kimi düşünülməli və Azərbacançılığın əsas siyasi-mənəvi gücü olaraq qəbul edilməlidir.
20.10 2021
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təsis edildiyi gündən 29 il keçir. İlk addımlarımızı Nərimanov metrosunun yanında, uşaqlıq dostum Həşim Sadıqlının (Allah ona rəhmət eləsin, tez getdi) başçılıq etdiyi Elektrik Maşınqayırma institutunda atmış, ilk qurultayımızı Gənc Tamaşaçılar Teatrında keçirmişdik. Unudulmaz və möhtəşəm bir gün idi. Hələ siyasi rəqabət güclənməmiş, hiylə, qısqanclıq və böhtan maşınları işə düşməmişdi; bir-birimizin uğuruna sevinə bilirdik. Meydandan gələn bütün dostlarım qurultayda qonaq kimi iştirak etdilər, söz dedilər. Sonra çox çətin yollardan keçdik, lakin Vətəndaş həmrəyliyi, milli təsanüd, birlik xəttindən heç vaxt ayrılmadıq. Enmələrimiz,qalxmalarımız oldu, lakin xalqa xidmət yolumuz qırılmadı. Sıralarımıza ayrı məqsədlərlə gələn, sonra inciyib gedən köhnə silahdaşlarımızla yollarımız ayrılsa da düşmən olmadıq, milli birliyə yeganə xilas yolu baxdıq və bunun uğrunda hər cür çətinliyə dözdük. “And”, “Vətəndaş həmrəyliyi” qəzetlərini, “Bakı-Təbriz” dərgisini (DAK- la birlikdə) nəşr etdik.Maddi çətinlik bu işi davam etdirməyimizə imkan vermədisə də, onların ənənələrini sosial mediada davam etdiririk. Bu ğün demək olar ki, respublıkamızın bütün rayonlarında VHP -nin rayon və özək təşkilatları fəaliyyət göstərir. Yarandığı gündən başlayaraq partiya ölkədə keçirilən bütün seçkilərə qatılmış və həm bələdiyyələrdə, həm Milli Məclisdə təmsil olunmuşdur. Bu günə qədər müxalifət düşərgəsində yaranmış demək olar ki, bütün birlik və qurumların ya üzvü, ya təşəbbüskarlarından biri olmuşuq. Beynəlxalq əlaqələrimiz ildən-ilə genişlənir.Asiya ölkələri Siyasi partiyalar birliyinin üzvüyük. 29 il ərzində torpaqlarımızın işğalı nəticəsində yaranmış faciəli vəziyyət və Azərbaycanın haqlı mövqeyinin çatdırılması və təbliği işinə xidmət edən və dünyanın az qala bütün coğrafiyasını əhatə edən onlarla görüşlər, konfranslar keçirmişik. 44 günlük Vətən Müharibəsi ərəfəsində və müharibə günlərində ölkə daxilində vətəndaş həmrəyliyinin möhkəmlənməsi, partiyalararası dialoqun güclənməsi sahəsində, bu işin böyük milli və dövlətçilik əhəmiyyətini nəzərə alaraq, əməyimizi əsirgəməmişik… Bu gün VHP Milli Məclisdə üç millət vəkili ilə təmsil olunur. Onlardan biri MM sədrinin müavini və komitə sədridir. VHP səmimi bir ailəyə çevrilmişdir və ölkəmizin siyasi həyatında fəaliyyətini inamla davam etdirir. Bütün çətinliklərə dözüb bizimlə bərabər yol gələn bütün partiyadaşlarımı, dostlarımı 30 illik yubileyimiz ərəfəsində ürəkdən təbrik edir, hamısına can sağlığı və uğurlar arzulayıram…
Bu gün Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun o vaxtlar yenicə formalaşan Azərbaycan Silahlı Qüvvələri ilə birgə Bakını erməni-daşnak və xüsusi olaraq silahlandırılan bolşevik quldur dəstələrindən təmizlənməsindən 103 il ötür. 1918-ci ilin bu ayında Qafqaz İslam Ordusu susuz çöllərdən – Müsüslüdən, Kürdəmirdən, Hacıqabuldan, Ələtdən dağlardan, dik yamaclardan aşıb erməni-daşnak və bolşevik dəstələrinin müqavimətini qıraraq sentyabrın 15-də səhər tezdən Bakıya daxil olmuşdur. Qafqaz İslam Ordusunun Bakıya daxil olduğu zaman onun qarşısında duruş gətirə bilməyən erməni daşnaklar, bolşeviklər və ingilis qoşunları Bakı körfəzinə üz tutaraq dəniz limanı vasitəsilə qaçmağa başlamışdılar. Məhz bu gün biz belə bir qəhrəmanlıq tariximizi qeyd edirik.
Azad İran Beynəlxalq Konfransına onlayn qatılmağım və çıxışım həm İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb və anındaca sosial mediada bu işlərdən çox uzaq olan, lakin mənə hücum üçün bəhanə gəzən adamların dedi-qodu kompaniyasının ağzı açılıb
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə hərbçiləri təbrik edib. Təbrikdə deyilir:
“Ermənistanda seçkiqabağı hakimiyyətsizliyin təsirləri açıq-aydın hiss olunur. Görünür ki, dərəbəylikdir, sərhəd boyu hərbi hissələrdə kim nə istəsə, onu edir. Həmçinin bəzi məsələlərin həlli uzadılır, sərhədlərin müəyyənləşdirilməsi gecikdirilir”.