Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • “Axıska Türkləri II Uluslararası simpoziumu” kesirilib

    SabirRustamxanli15-1Sabir RÜSTƏMXANLI

    Dekabr ayının 1-də Türkiyənin Girəsun universitetində “Axıska Türkləri II Uluslararası simpoziumu” kesirildi. “Siyasətə qarşı Kültürün Simgəsi” başlığı altında keçirilən bu simpoziuma məni universitetin Ədəbiyyat fakültəsinin dekanı, hələ 1980-ci illərdən Azərbaycana gəlib-gedən, Azərbaycan ədəbiyyatı və folkloru üzrə görkəmli mütəxəssis, “İran türkləri” adlı fundamental və cox dəyərli kitabın müəllifi, köhnə dostum Əli Qafqaziyalı dəvət etmişdi.

    Girəsina ilk gəlişimdə hələ burda universitet yox idi, yalnız Trabzon Universitetinin humanitar bölümü vardı və biz KKTC-nin cümhurbaşkanı, mərhum Rauf Denktaşla orda bir konfransda çıxış etmişdik.

    Amma indi Girəsun Universiteti Türkiyənin iri və qabaqcıl ali məktəblərindən biridir, 30 min tələbəsi var. Universitet üçün dağların yamacında ətəyi Qara dənizə dirənən gözəl bir şəhərcik salıblar.

    Dəvəti həvəslə qəbul eləməyimin iki ayrı səbəbi də var. Bunlardan birincisi universitetə əslən Azərbaycandan olan bir xanımın, bir qızımızın başçılıq etməsidir. Rektor Aygün Attar indi işğal altında olan Qarabağın köklü, əsilli-nəsilli, ziyalı ailələrindən birinin övladıdır. Ailələrini yaxşı tanıyıram. Gəncliyindən, ağlı, savadı, qeyrəti, ürəyinin yurd sevgisiylə dolu olmasıyla seçılirdi. Böyük uğurla keçən namizədlik müdafiəsini indi də xatırlayıram. 1918-1920- ci illər milli kökumətindən danışmağın yasaq olduğu illərdə bu barədə cəsarətli bir elmi iş yazmışdı. Sonra müxtəlif uluslararası elmi konfranslarda onu dinlədim, Türkiyəyə daşınandan sonra da fəaliyyətini izlədim, elm və təhsil sahəsində yüksəlişinə, elmi araşdırmalarına sevindim, hər yerdə Azərbaycanı ləyaqətlə təmsil elədiyindən qürur duydum. Tale onun şəxsində Azərbaycanı bütövləşdirdi. Əslən Güney Azərbaycandan olan Sadıq bəylə ailə qurdu. Çox böyük zəhmətin, axtarışların və cəsarətli vətəndaş mövqeyinin nəticəsi olan “İranin etnik yapısı” kitabı onun elmi araşdırmalarının parlaq nəticələrindən biridir.

    Türkiyədə yaşayan milyonlarla Azərbaycan türkü özünü Türkiyə türklərindən ayırmır, türklüyün qədərini sevə-sevə paylaşır. Ancaq bu birlik duyğusu doğru dəyərləndirilməlidir. Hər yerdə olduğu kimi, Türküyədə də ayrımçılıq iddialarıyla irəli çıxanlar daha çox göz önündə olur, daha çox imtiyaza haqq etdiklərini düşünür və bəzən də bunu qazanırlar. Bu baxımdan Aygün Attar kimi bir görkəmli alimin, yorulmaz təşkilatçının egitim-təhsil sahəsində universitet rektoru seçilməsi bu qayğımızı aradan qaldırmağımıza yardım edir və Türkiyə cümhurbaşkanının bizim qardaşlığımızı yüksək qiymətləndirdiyini, elmi fəaliyyəti dəyərləndirdiyini və kimin kim olduğunu yaxşı bildiyini təsdiq edir.

    Bu gün Girəsun Universitetinin uluslararası miqyasda sayğı qazanmış bir elm, təhsil, araşdırma mərkəzinə çevrilməsi, heç şübhəsiz, ilk növbədə Aygün xanımın yorulmaz zəhməti ilə bağlıdır.

    Dəvəti qəbul etməyimin ikinci səbəbi orda birinci kursda oxuyan, hələ tam alışmamış, darıxan bir uşagımızı görmək fürsətiylə bağlı idi.

    Simpoziumu giriş sözü ilə açan rektor prof.dr. Aygün Attar bu simpoziumun Girəsun Universitetində keçirilmə səbələrini anlatmaqla yanaşı, Axıska türklərini üzləşdikləri çəkilməz faciənin aradan qaldırılması və axıskalıların ana yurdlarına qaytarılması işinə beynəlxalq dəstəyin gücləndirilməsi zərurəti barədə maraqlı düşüncələrini paylaşdı. Sonra “Axıska fəlakətinin ardından Dədə Qorqud sazı” və Qara dəniz kamançası dilləndi. Dünya Axıska Türkləri Birliyinin rəhbəri (genəl katibi) Fuat Uçarın çıxışından, Əli Qafqaziyalının tarixdən bugünə Axıskanı anladan açılış bildirisindən sonra “Güney Qazaxstandakı Axıska türklərinin kültürəl fəaliyyətləri”, “Axıska türklərinin geri dönüş sorununun hüquq və uluslararası hüquq boyutu”, “Axıska türklərinə İrandan baxış”, “Ulusötəsi yurddaşlıq kimliyinə sahib Axıska türkləri”, “Unudulmuş bir xalq – Axıska türkləri” ,”Osmanlı dövlətinin son dönəmində axıskalı məmurlar” və s. konularda maraqlı məruzələr dinlənildi.

    Mən Axıska türklərinin faciəsinin bütün türklüyün faciəsi olduğundan, Balkanlardan Altaylara qədər hər yerdə – Axıska, Krım, qaraçay, balkar, noqay, kumık və s. türk xalqlarının köçə sürüklənib, kütləvi məhv edilməsi və illərlə yurdlarına dönə bilməmələri siyasətinin bu gün də Ermənistanda, Qarabağda, İraqda, Suriyada, İranda davam etdirildiyindən və bunun pərdə arxasından danışdım. Qazaxstanda, Qırğızıstanda, Özbəkistanda, Quzey Qafqazda, ABŞ-da, Avstaliyada, Azərbaycanda görüşdüyüm Axıska ailələrinin hər birinin yaşadığı həyat, keçdiyi yol ağlasıgmaz bir insanlıq dramı, dünyaya utancverici bir qanlı olaydır. 71 ildə dəfələrlə ölkədən-ölkəyə sürülmüş və hələ də qatarlarda, relslərin üstündə yaşayan bir xalqı öz doğma ana yurdunda torpağa endirmək və yurd-yuvasını bərpa etmək dünyanın borcu olmalıykən, türk coğrafiyasının ayrı-ayrı nöqtələrində bu şeytan oyunları davam etdirilməkdədir…

    Universitetdə keçirtdiyimiz sonrakı gündə İrandan gəlmiş məşhur yazar, “Dilmanc” dərgisinin genəl müdiri Əli Rza Sərrafinin və mənim türk tarixi üzərinə ayrı bir konfransımız da oldu…

  • Əsl gizli savaş budur

    SabirRustamxanli15-1Sabir Rüstəmxanlı

    Dilin gələcəyi – Millətin gələcəyidir

    Dil də canlı orqanizmdir və onu qorumaq, böyütmək, zənginləşdirmək, kənar təzyiqlərə və xəstəliklərə qarşı müqavimətini gücləndirmək, çağın tələblərinə uyğun yeniləşdirmək lazımdır. Bizdə bu işlərlə məşğul olan konkret bir qurum vardırmı? Dil siyasətimiz necə qurulub və o, həyata keçirilirmi?

    Bu, çox ciddi və üzərində ardıcıl düşünülməli məsələdir. Yaşadığımız şəhəri necə qoruyur, abadlaşdırır, bu günün ehtiyaclarına uyğunlaşdırır, nəqliyyat və kommunikasiya şəbəkələrini yeniləşdirir, köhnə binaları söküb təzələrini ucaldır, işıqlandırır və təbliğ ediriksə, dil də, təxminən, eyni yanaşmanı istəyir. Sözlərin ömrü evlərin ömründən qat-qat uzun olsa da…

    Mən öz fikirdaşlarımı da başıma toplayaraq, Azərbaycan Dil Qurumu adlı toplumsal birliyi, onun saytını bu işlərdə yardımçı olmaq üçün yaratmışam. Təəssüf ki, bizdə toplumun rəyini dinləyən azdır və yazılanlar, deyilənlər heç bir yerə çatmır. Buna baxmayaraq, biz işimizi davam etdiririk. Dil Qurumunun toplantılarında ana dilinə sayğısızlıq, dövlət dili ilə bağlı tələblərin bir çox hallarda, özəlliklə reklamlarda  pozulması, yazı və danışıq dilimizin sorunları, terminologiya məsələləri, mətbuatın və dərsliklərin dili və s. kimi çox önəmli məsələləri dəfələrlə müzakirə etmiş, televiziyalarımızla birgə verilişlər hazırlamışıq. Sözsüz ki, bu müzakirələrin hamısı eyni xoşgörüylə qarşılanmır: məsələn, biz bəzi ölkələrdə dil polisinin olduğunu xatırladanda bizim polisimizdən cana doymuş vətəndaşlarımız əsəbiləşdilər ki, amandır, bu sözü dilinizə almayın, polis, nəzarətçi, vergiyığan, “milli təhlükəsizliyi qoruyan”, sənəd tələb edən, cibində doğru-yalan vəsiqə gəzdirən, burnunu, yeri gəldi-gəlmədi, vətəndaşın hər işinə soxan ələbaxanlar sürüsü az idi, birini də siz təklif edirsiniz: bircə dilimiz qalmışdı məmur özbaşınalığından boğaza yığılmasın, onu da təhlükəyə atmaq istəyirsiniz. Onda mən başqa ölkələrdən də misal gətirdim: polis olmasın, “dil gömrüyü” olsun, dedim. Çünki dili kənar basqılardan qorumaq üçün bəzi ölkələrdə bu üsuldan da istifadə edirlər. Ad önəmli deyil, əsas dilin qorunması və kənardan dilimizə maneəsiz şəkildə axan sözlərə bir süzgəc qoyulmasıdır. İndiki halda bununla məşğul olan varmı?

    Ana dilinin qorunması və gəlişməsi üçün hüquq bazası var. 2002-ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasının Dövlət dili haqqında” qanun, 2013-cü il aprel ayının 9-da isə Respublika Prezidentinin sərəncamıyla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Bu sənədlərin çox böyük tarixi əhəmiyyəti var. Dövlət Proqramında nəzərdə tutulan işlər görülsə, tapşırıqlar  həyata keçirilsə, o işləri görməli olan təşkilatların uyğun səlahiyyətləri və yetənəkləri olsa, bizim heç bir qayğımız qalmaz.

    Bu proqramın ikinci hissəsi, yəni dilçiliyin inkişafı, ali məktəblərin dilçilik kafedralarını nəzərə almasaq, daha çox AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna aiddir və bu məqsədlə 2 milyon pul ayrılmasına sevinmişdim. Humanitar institutlarımızın belə proqramlara və yardıma ehtiyacları böyükdür. Ancaq Proqramın birinci hissəsinin, yəni zamanın tələblərinə uyğun istifadəsinin, Dilçilik İnstitutuna, demək olar ki, heç bir aidiyyəti yoxdur, çünki AMEA-nın humanitar institutları daha çox akademik araşdırmalarla məşğuldur və deyək ki, dilin qorunması və ya istifadəsi kimi məsələlərə müdaxilə etmək imkanları çox məhduddur…

    Bu iş həyatımızın bütün sahələri ilə bağlıdır və daha praktiki yanaşma tələb edir. Buna görə də ayrılan vəsaitin Proqramın yerinə yetirilməsinə ciddi təsir göstərməyəcəyi qabaqcadan bəlli idi. Kaş yanılmış olaydım, ancaq sonra guya proqrama uyğun, deyək ki, dialektoloji atlasların çapı kimi məsələlər ortaya qoyulanda heyrətə gəldim, yəni alim dostlarımız bilmirlərmi bu atlaslar onların plan işləridir və ana dilinin bu gün bütün cəmiyyəti narahat edən problemlərinin həllinə heç bir aidiyyəti yoxdur?!

    Buna görə də sonralar Dilçilik İnstitutuna ayrılan pulun necə xərclənməsinin yoxlanıldığını eşidəndə təəccüblənmədim. Ola bilsin ki, o vəsait qəpiyinə qədər düz xərclənib və yəqin ki, belədir, lakin onu da bilirəm ki, bu xərclənmənin canlı dilimizin inkişafına və işlənməsi məsələsinə aidiyyəti  çox azdır.

    Dilimizin akademik araşdırmaları çox mühüm işdir və davam etdirilməli, dialektoloji xəritələr də nəşr edilməlidir, ancaq bizi narahat edən həyatımızda dilimizin yeri, ona yanaşma, anadilli məktəblərimizin və dərsliklərimizin səviyyəsi, qanunlarımızın və rəsmi yazışmaların dili, termin yaradıcılığı, rusdilli məktəblərdə ana dilimizin tədrisinə münasibət, ictimai yerlərdə, reklam işində, mətbuatda, radio və televiziyalarda ana dilinin durumu, nitq mədəniyyətimizin səviyyəsi kimi məsələlərdir. Bir az da uzada biləcəyim bu məsələlərin həllində Akademiyanın Dilçilik İnstitutu nə edə bilər? Ona qulaq asan olarmı? Əsas məsələ budur! Bu barədə çox yazılıb, yenə yazılacaq.

    Bizim Dil Qurumu könüllülərin, dilini sevənlərin və onu qorumaq üçün təmənnasız, maaş, yəni öz dilimizdə desək, donluq almadan çalışanların birliyidir, konkret layihələr üzrə işləyir. Məncə, Dövlət Proqramının həyata keçirilməsini istəyiriksə, Akademik institutlarla yanaşı, bu cür qurumlara da yardım etmək və onların işinə, təkliflərinə daha ciddi yanaşmaq  lazımdır.

    2006-cı ildən bu yöndə çalışan Dil Qurumunun yuxarıda sadaladığım geniş fəaliyyəti xalq arasında diqqətin bu böyük milli məsələyə yönəldilməsinə nə qədər böyük təsir göstərsə, bu sahənin bilim adamlarının tez-tez bir araya yığışmasına şərait yaratsa da, təəssüf ki, bəzi dairələrin dilimizə münasibətindəki biganəlik buzunu əritməyə gücümüz çatmamışdır. O cümlədən, Bakının reklam bazarı dilimizə və qanunlarımıza sayğısızlıq meydanı olaraq qalır. Buna baxmayaraq, işimiz davam edir və dediklərimin quru söz olmadığını görmək istəyənlər Azərbaycan Dil Qurumu saytına girsinlər və mütəxəssislərdən burdakı lüğətlərin sayta yerləşdirilməsinin nə qədər vaxt apardığını və necə çətin bir iş olduğunu öyrənsinlər…

    Ana dilimizin qayğısı çoxdur. Onlardan biri dilin saflığının qorunması, milli təməl üzərində gəlişməsi, yeni anlayış və sözlərlə zənginləşməsidir. Bu, əslində, bütün dillərin taleyini həll edən, ölüm-dirim məsələsidir. Ana dilinin dünyayla əlaqəsi kəsilsə, ora axan suların qarşısı alınsa, o, qapalı bir nohura dönər, iylənər, həşəratla dolar və içilməz hala düşər. Dil də coşqun dağ çayları kimi daim çağlamalı, yenilənməlidir, ona axarı boyu yeni arxlar, irmaqlar, bulaqlar qoşulmalıdır. Ancaq bu qoşulmalar Qaradağ tərəflərdə Araza qatılandan sonra onu bulandıran, yaxud Ermənistan mis mədənlərinin zəhərini gətirən çaylar kimi olmamalıdır. Kənar qatqılar çayın öz suyundan artıq olsa, onun tərkibini dəyişər.

    Klassik ədəbi dilimiz təxminən bu gündəydi: o qədər ərəb-fars sözləri dolmuşdu ki, fikrin aparıcı qüvvəsi kimi cümlələri dartıb aparan feillərimizin gücü çatmırdı: nəfəsi kəsilirdi. Həmin dövrdə aşağı-yuxarı bölgənin bütün türk ədəbi dilləri eyni durumdaydı: ədəbi dil xalq dilindən uzaq düşmüşdü, yalnız təhsil almış adamlar, ziyalılar bir-birlərinin “yazı dilini” anlayırdılar və buna görə də, deyək ki, Bakıda çıxan “Füyuzat”ı  türk dünyasının hər tərəfində oxuyurdular. Lakin bu, uzun müddət davam edə bilməzdi, çünki millətin yalnız bir zümrəsinə aid olan dilin gələcəyi yoxdur.

    Buna görə də ötən əsrdə Türkiyədə rəsmən, bizdə isə elan olunmadan, Molla Nəsrəddin ədəbi məktəbinin sayəsində bir dil devrimi oldu: Anadolu türkcəsi “türkcələşdirildi”, bizdə isə böyük ölçüdə təmizlənmə getdi və ədəbi dil hamının anladığı bir şəklə düşdü. Bunun yaxşı, ya pis olmasını müzakirəyə çıxarmaq gülüncdür. Böyük Atatürk türk dilinin gələcəyini xilas etdi. Düzdür, yeni sözlərin bəzisi yaşaya, işlək dilə girə bilmədi, amma böyük çoxunluğu yaşadı və türk dilinə bugünkü gözəl səslənməni, enerjini verdi, dilin damarlarında təmiz türk qanı dolaşmağa başladı.

    Hərəkət dayanmayıb, çürük, köhnəlmiş sözlər düşür, yeniləri yaranır, yabançı sözlərin yerinə düşünülən sözlər qısa müddətdə min ilin sözləri ilə eyni canlılığı qazanır və ya arxaikləşmiş sayılan qədim sözlər yeni nəfəs qazanır. Bu iş bütün mədəni xalqların dilində gedir: bitməz prosesdir və ara vermədən sürdürülməlidir.

    Öz dilini yabançı dillərin basqısından qorumaq, dilin lüğət tərkibini zənginləşdirmək xalqın bitməz qayğılarından biridir. Bir xalq min il öncədən başlayıb bu işi, biri yüz il öncədən – fərqi yoxdur, həyat davam etdikcə, dil yaşadıqca  onun sağlamlığının qayğısı çəkilməlidir.

    Azərbaycan ədəbi dili mükəmməl qrammatikası olan, xalqın anladığı və zəngin bir dildir. Lakin zaman dəyişilir, ölkələr kimi dillərin də sərhədləri açılır, kürəsəlləşmə deyilən sahiblənmə siyasəti dillərin də çoxunu kənar kəlmələrin axınıyla, dil işğalı təhlükəsiylə üz-üzə qoyur: dillərin də yarışı və ya gizli bir savaşı gedir. Bu savaşda dilin əsas gücü onun lüğət tərkibinin zənginliyi, ifadə gözəlliyi və imkanları ilə yanaşı, həm də milli qaynaqlar hesabına daim yenilənmək qabiliyyəti ilə ölçülür. Dilimizin təmizliyini qorumasaq, dünyanın hər tərəfindən üstümüzə gələn yabançı kəlmələr onu tanınmaz hala salar, xalqdan qoparar. Amma yabançı kəlmələr öz-özünə gəlmir, boş yer tapanda gəlir. Dildəki istilah vakuumları zamanında, uğurlu kəlmələrlə doldurulsa, yad kəlmələrə yer qalmaz.

    Bu yenilənmə prosesi təbii şəkildə, dili zorlamadan  və tədricən aparılmalıdır.

    Ədəbi dil üçün yeni söz donorlarından və ya dağarcıqlarından biri ana dilinin özüdür: folklor, klassik ədəbiyyatımız, dialektlər və bugünkü Azərbaycan Respublikası ərazisindən kənarda qalmış tarixi coğrafiyamızın və soydaşlarımızın hələ ədəbi dil axarına tam qoşulmamış danışıq dili… (Yəni Güney Azərbaycan, Quzey İraq və Quzey Suriya, Doğu Anadolu, Borçalı və Dərbənd ləhcələri…) Bu geniş coğrafiyada yaşayan azər türklərinin danışığında minlərlə işlək söz var ki, ədəbi dilimizə qoşulmalıdır. Bu baxımdan oralarda yetişən yazıçıların, qələm sahiblərinin əsərləri mühüm rol oynaya bilər.

    İkinci mənbə qardaş türk dilləridir. Avrasiya genişliyinin sakinləri olan türklərin dilindəki kəlmələrin ümumi sayı bir milyondan çoxdur. Ancaq türk dilinin ayrı-ayrı qollarında, məsələn, özbəkcədə, azər türkcəsində lüğət tərkibi yüz mindən, yüz iyirmi mindən artıq deyil. Bir milyonluq ortaq türk xəzinəsindən yararlanmaq imkanları genişdir. Örnəyi: azsaylı Altay türklərinin dillərində onlarla tərtəmiz türk sözü var ki, biz onların yerinə ərəb, fars kəlmələri işlədirik. Ərəblərlə, farslarla üzləşənə qədər altaylıların, yaxud tuvalıların, yakutların, Mərkəzi Asiya türklərinin, uyğurların, tatarların dilində qalan o sözləri biz də işlətmişik, sonra bir çox dəyərlərimiz kimi, dilimizdəki öz doğma kəlmələrimizi də “bəyənməmişik”, yad sözlərə “aldanmışıq”.

    Təəssüf ki, dilimizdə ərəb, fars, rus, Avropa təsiri bu gün də sürməkdədir, buna heç  bir dirəniş yoxdur, halbuki ümumtürk xəzinəsinə göz yetirsək, yad kəlmələrin çoxuna gərək qalmaz. Ancaq nədənsə qardaş türk xalqlarının dilindən alınan sözlər çox vaxt narazılıqla qarşılanır. Bu, anlaya bilmədiyim bir şeydir. Biz istədik-istəmədik, əlaqələrin genişlənməsi ilə, oxunan kitablar, baxılan televiziyalar xətti ilə yeni nəslin dilinə Türkiyə türkcəsindən o qədər də çox olmayan, amma gözəl sözlər gəlir – həm də daha çox vaxtilə ərəbcədən və farscadan alınmış kəlmələrin yerinə. Di gəl, dəfələrlə, həm də özünü oxumuş, aydın sayan adamların dilindən eşitdiyim sözlərdir: “bunlar dilimizi türk sözləri ilə zibilləyirlər”.

    Dilimizin türk sözləri ilə zibillənməsi nə deməkdir? Dil öz doğma sözləri ilə zibillənərmi? Bunu hansı ağılla demək olar?

    Adını çəkmək istəmədiyim bir rəsmi qurum yaxşı niyyətlə mətbuat dilinin yoxlamasını aparmışdı. Bu iş “elmi işçilər”ə tapşırılmış, yoxlamanın nəticələrini bir bülleten kimi çap etmişdilər. Maraqlı iradlar tutulmuşdu, ancaq məni heyrətləndirən bu adamların təmiz türk kəlmələrinə dözümsüzlüyü idi. Önəmli, çağdaş, sorun, baxım, bilgisayar, yasaq, uçaq, oturum, bağımsız, özəl, özəlləşmə, gəlişmə və s. kimi sözlər dilimizə təbii şəkildə gəlir. Bəziləri hələ lüğətlərimizə düşməsə də, doğma sözlərdir və yaşayacaqlar. Bu sözlərin əhəmiyyət, müasir, problem, nöqteyi-nəzər, kompüter, xüsusi, privitasiya, inkişaf kimi  kəlmələri əvəz etməsini dil qaydalarının pozulması saymaq olmaz. Niyə monitorinq, plaza, stor, mol, petrol, hotel, market, kollokvium, penitensiar… kimi sözlər dilimizə maneəsiz girir, amma  türk dilindən gələn ana südü kimi halal sözlər bəzilərini qıcıqlandırır?

    Əlbəttə, mən bunun səbəblərini bilirəm, ancaq bu məsələyə ictimaiyyətin diqqətini yönəltmək istəyirəm…

    Azərbaycan dili tarixən türk dili adlanıb, indi türk dili deməsək də, o, mahiyyətini dəyişməyib, yenə də eyni dildir, türk dili və ya türk dili adlanan nəhəng ağacın şah budağıdır. Siyasi şərait eyni millət olan Türkiyə türkləri ilə bizim ədəbi dilimizdə müəyyən fərqlər yaratsa da, bu, bizim bir-birimizi anlamağımıza mane olmur. Dili nə qədər çox anlayan varsa, o qədər böyükdür. Türkiyə bizim qardaşımız və dünyada ən etibarlı dayağımızdır. Zaman Türkiyə və Azərbaycanı bir-birinə yaxınlaşdırır və dil fərqləri də getdikcə aradan qalxacaq. Bu qaçılmazdır. Buna sevinməkdənsə, bəzi dil “uzmanları” və işin mahiyyətini anlamayan adamlar, azərbaycançılığı türkçülükdən tam qopmuş düşünənlər və ya qoparmaq istəyənlər inadla Azərbaycan türkcəsinin “ayrı dil olduğunu” nümayiş etdirməyə və yaxınlaşmağa aparan yollarda süni əngəllər yaratmağa çalışırlar. Birgə konfranslarda öz “müstəqilliyimizi” nümayiş etdirmək üçün, ehtiyac oldu-olmadı, hökmən hansı kəlmələrisə dəyişirik. Məsələn, Türkiyə tərəfinin yazdığı toplum yerinə – cəmiyyət, cümhurbaşkanı yerinə – prezident, bakan yerinə – nazir, yayın evi yerinə – nəşriyyat, ilişgi yerinə – əlaqə, sayın yerinə – hörmətli… Guya birinci sözləri başa düşmürük və onları hökmən azərbaycancaya “tərcümə etmək”, təmiz ana sözlərimizi yabançı dillərdən alınma sözlərlə əvəz etməliyik… Görəsən, bu sözlər Türkiyədə işlənən kimi qalsa, nə baş verər? Bəlkə başqa yolla getməli, həmin ifadələri tədricən biz də Türkiyədə olduğu kimi yazmalıyıq. Doğma və anladığımız sözləri qəbul etmədiyimiz halda, niyə, deyək ki, alman kansleri, ərəb şeyxi, fransız senatoru, İsrail knesseti, Rusiya duması, Amerika konqresi sözlərini öz dilimizə tərcümə etmirik? O dəqiqə cavab verəcəklər: “Yox, olmaz, biz azərbaycanlıyıq və azərbaycanlı olmağımızın da əlaməti türk kökündən mümkün qədər çox fərqlənməyimizdə, uzaqlaşmaqdadır!”

    Bu qədər məntiqsiz və ağılsız bir düşüncə, iş ola bilməz! Əlifbamızın eyniləşməsi, dilimizin yaxınlaşması, bir-birimizi daha yaxşı anlamaq, kitablarımızın həm orada , həm burada oxunması… Bu, kimə mane olur və millətimizi bu boyda imkandan niyə məhrum edirik?

    Dilin zənginləşməsinin başqa bir yolu yeni terminlərdir. Dilə yeni terminlər, yəni anlayışlar gəlir və gəlməlidir. Bu işə çeşidli yanaşma var. Bir çox xalqlar texnoloji yeniliklərin gətirdiyi sözləri tərəddüdsüz öz dilinə çevirir, daha doğrusu, ona uyğun yeni söz tapır və ya yaradırlar. Başqaları kənar əşyalarla birgə onların adlarını da olduğu kimi qəbul edirlər. Biz ikincilərdənik. Bu, tənbəl millətlərin yoludur. Nəzərə almırlar ki, bu gedişatla dil yenidən orta əsrlər dövrünə dönə və lüğət fondunun çox hissəsi əcnəbi sözlər ola bilər.

    “Xolodelnik”ə soyuducu deyirik, nəyi pisdir? Onda niyə yüzlərlə başqa sözün qarşılığını axtarmayaq? Bu işi asanlaşdırmaq üçün bağımsız türk dövlətlərinin ortaq terminologiya komitəsi yaradılmalıdır ki, bundan sonra türk dillərinə gələn əcnəbi kəlmələrin qarşılığı tapılarkən ümumtürk söz fondundan istifadə edilsin və yeni istilahları bütün türk dövlət və toplumları qəbul etsinlər. Dövlət başçıları ortaq ünsiyyət dili istəklərində səmimidirlərsə, bunun bir yolu da ortaq istilahlar və bu yolla hər il dillərimizə xeyli şərikli kəlmələr gətirməkdir. Bu yolla bəlli zaman içində türk dilləri daha da yaxınlaşacaq, ünsiyyət imkanları genişlənəcəkdir…

    Azərbaycan bədii dilindən fərqli olaraq ədəbi dilimizin rəsmi, yəni dəftərxana və protokol qolunda yabançı sözlər daha çoxdur və bu sahədə heç bir nəzarət, tənzimləmə yoxdur. Bu baxımdan qanunlarımızın dili daha çox narahatlıq doğurur. Çünki qanunların yayılma dairəsi genişdir, həyatımızın bütün qatlarını əhatə edir, rəsmiləşir və cəmiyyət o kəlmələrdən istifadə məcburiyyətində qalır. Buna görə də vaxtilə Milli Məclisdə qanunların dilinə nəzarət komissiyasının yaradılması ideyasını irəli sürmüşdüm. Ancaq bu fikri hər dəfə səsləndirəndə etinasızlıqla qarşılandığımı görüb, mən də yorulub susmağa məcbur oldum. Qanun yaradıcılığı mexanizmi bəllidir: tərcümə, montaj, yerli şəraitə uyğunlaşdırma… Yəni daha çox çevirmə işidir. Bu işlə məşğul olanlar arasında peşəkarlarla yanaşı, ana dilini pis bilənlər də var. Buna görə də, məsələn, neft anlaşmalarında “sıroy neft” “xam neft” əvəzinə “çiy neft” kimi çevrilir. Bircə bu misal əlindəki sənədin ciddiyyətinə inamı azaldır.

    İşin daha qəbuledilməz tərəfi tərcüməçilərin köhnə lüğətlərdən kənara çıxa bilməmələri, xarici sözlərin qarşılığını arxaikləşmiş və canlı dildə az işlənən ərəb və fars kəlmələri arasında axtarmalarıdır. Qanun tərcüməçiliyinin yanlışlıqları qanunların adlarından başlanır.

    Demək olar ki, bütün qanunlarımızda rus dilindən tərcümə nəticəsində ortaya çıxmış bir “haqqında” sözü işlədilir: Məsələn, “Təhsil haqqında” qanun, “Yol haqqında” qanun, “Meşə təsərrüfatı haqqında” qanun… Bu ifadə tərzlərinin heç biri dilimizin ənənələrindən gəlmir. Əslində, Təhsil qanunu, Yol qanunu, Meşə təsərrüfatı qanunu… yazılmalıdır. Yaxud, idarə, müəssisə adlarında yenə rus dilindən tərcümənin, kalkanın “izləri” aydın görülür. Məsələn, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Dövlət Diaspor Komitəsi adlandırılmalıdır.

    Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası, Milli Qvardiya Komandanının maddi-texniki təchizat üzrə müavini kimi adlarda da rus dilindən mexaniki tərcümənin nəticəsi olan “üzrə” kəlmələri artıqdır.

    Təəssüf ki, həm müəssisə adlarında, həm də rəsmi yazışmalarda dilimizin qanunauyğunluqlarından doğmayan çoxlu belə sözlər var.

    Yaradıcı yanaşmanın olmadığına görə həm arxaikləşmiş ərəb, fars sözləri, həm də Avropa sözləri öncə qanunlarımıza, sonra da işlək dilə çox asanca daxil olur. Bu baxımdan, iki qanunun dilini gözdən keçirmək yetərlidir. Təhsil qanunu dilimizə – adyunktura, akkreditasiya, dislant təhsil, informal təhsil, innovasiya, kampus, nostrifikasiya, rezidentura, eksternat təhsil, kurikulum, təhsil françayzinqi, tyotor..,

    Qiymətli Kağızlar bazarı qanunu isə – anderaytinq, benefisiar, emitent, listinq, institusional investor, marketmeyker, nettinq, repo müqaviləsi kimi sözləri zorla pərçimləyib.

    Son illərdə qanunlarımız vasitəsi ilə dilimizə keçmiş yüzlərlə belə söz var. Əslində, bu sözlərin çoxunun ana dilində hamının başa düşəcəyi, dilə yatımlı qarşılığını tapmaq olar. “Dislant təhsil” əvəzinə – uzaqdan və ya məsafədən təhsil, “informal təhsil” yerinə – özeyitim və ya özünütəhsil, “kampus” əvəzinə – tələbə şəhərciyi, hind quşlarının qurultsuna bənzəyən “kurikulum” yerinə – təhsil proqramı, “eksternet təhsil” yerinə “vaxtından əvvəl təhsil” desək, dünya dağılardı?

    Təbii ki, mənim atüstü dediklərimdən daha uğurlu variantlar tapmaq olar. “İnvestisiya”, “unifikasiya”, “identifikasiya”, “regional”, “kollokvium”, “miqrasiya”, “kvorium”, “resurs”, “ombudsman”, “prosedur”, “monitor”, “klerinq”, “market”, “kvota”, “koalisiya”,”aksiya”,”arqument”, “bakalavr”, “vakansiya”, “vakuum”,”vizual”, “deqradasiya”,”diskussiya”, “instruksiya”, “kontrast”, “fraza” və s. kimi dilimizə nəzarətsizlikdən və dəb xatirinə gətirilən onlarla sözün ana dilində qarşılığı var və ya yaradıla bilərdi. Bu şəkildə qapıları açıb bütün sözləri içəri buraxsaq, dilimizin  taleyi necə olacaq?

    Adətən gəlmə sözləri savunanlar “bunlar beynəlxalq sözlərdir, dünya belə işlədir, bizdə belə işlədək” deyirlər. Dünyada “beynəlxalq söz” deyilən bir anlayış yoxdur. Əşya və ya fikir, ideya harada yaranırsa, ilkin olaraq hansı dildə adlandırılırsa, oradan yayılmağa başlayır və çox vaxt özü ilə bərabər adını da aparır. Ancaq dilinin saflığını qorumaq istəyən xalqlar bu kəlmələrin ana dilində qarşılığını tapıb işlədirlər. Yeni kəlmələr qulağa yad gəlsə də, zaman keçdikcə alışqanlığa çevrilir və dildə öz rahat yerini tapır. Amma yuxarıda göstərilən sözlər həmişə ögey olaraq qalır, yazılışda və deyilişdə çətinliklər yaradır.

    Bir sıra ərəb və fars kəlmələri var ki, onların da qarşılığının bulunması dili artıq və yabançı yükdən xilas edər. Son illərdə bu işə maraq artıb, hətta istedadlı şairlərimizdən biri belə bir sözlük də hazırlamışdı. Təəssüf ki, o sözlükdəki yüzlərlə dəyərli variant nəzərə alınmadı və ictimai müzakirəsi keçirilmədi. Mənə qalsa, tərəddüd etmədən onlarla realist, müstəmləkə, müştərək, mütərcim, münasibət, vətənpərvərlik, beynəlmiləlçilik, istiqamət, inkişaf, beynəlxalq, xarici, daxili, mütəmadi, nazir,  region, vilayət, rayon, müvafiq, müvəffəqiyyət, müqavilə, konstitusiya, məhkəmə, prokurorluq, icra hakimiyyəti və s. sözü lüğət tərkibimizdən çıxarıb, yerinə qarşılığını hər hansı yaxşı oxuyan orta məktəb şagirdinin də bildiyi tər-təmiz sözlərimizi işlədərdim. Dilin bu şəkildə özləşmək gücü varsa, ondan niyə yararlanmamalıyıq?

    Bakıda reklamların, müəssisə adlarının, soyadlarımızın milləti və ana dilini saymazlıq səviyyəsində olduğundan çox danışmışıq, yenə danışmalıyıq.

    Bu yazını bitirəndə ölkə dışındaydım, çapına tələsməmişdim. Sonra AMEA-dakı dəyərli çıxışında ölkə prezidentinin ana dili barədə söylədiklərini dinləyəndə sevindim. Heç kim Dövlət Proqramının qəbulu ilə dil məsələlərinin biryolluq çözülüb bitəcəyini düşünməməlidir. Ana dilinə qayğı hər bir vətəndaşın işidir, bu, hər evdən, təzə dil açan hər bir körpə ilə ünsiyyətdən, dil ordusunda hər sözün əsgər kimi qorunmasından, gəlmə kəlmələri dildən uzaqlaşdırmaqdan başlanır.

  • Bunların şərəfsiz ideoloqları…

    UntitledSabir RÜSTƏMXANLI

     

    İran türkləri İran mediasında, İran televiziyasında yenidən təhqir edilmişlər. Bu, televiziyanın və ya jurnalistin suçu, yanlışı deyildir, şovinist, cahil fars-molla rejiminin gizli və ya açıq, fərqi yoxdur, rəsmi siyasətindən qaynaqlanır.

     

    Türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının mövqeyidir. Bunu jurnalistin ayağına yazıb, kimisə cəzalandırmaqla aradan çıxa, məsuliyyətdən yayına bilməzlər. Yanlış bir dəfə olar, iki dəfə olar… Amma İranda türklər min ildir təhqir olunurlar. Riyakar və nankor Firdovsinin anti-türk “Şahnamə”sindən başlayaraq bu günə qədər.

     

    Türklərin Ərdəbildə eşşək, Tehrana getdikdən sonra adam olduğu həqarətini yayan eşşəklərin karikaturası unuduldumu? Bəlkə türkləri böcək şəklində təsvir edən təhqirlər yaddan çıxdı?

     

    Yox bunlar unudulmayıb! Biz – sadəlövh, unutqan, hər şeyi bağışlayan, özünə sayğı göstərməyən türklər – unutsaq da, bunların şərəfsiz ideoloqları, ilhamverənləri unutmayıblar və bu işi hər gün çeşidli yollarla davam etdirirlər.

     

    Bəli! İranda türk bir daha aşağılandı, təhqir olundu, türklər ayağa qalxdı. “Kanal 2” yalandan üzr istədi, kimsə cəzalandırıldı. Bununla iş bitdimi?

     

    Biz millət olaraq papağımızı qabağımıza qoyub nə vaxt düşünəcəyik? Nə vaxt düşünəcəyik ki, axı biz niyə təhqir olunuruq? Niyə İranda, İraqda, Suriyada, Gürcüstanda, Rusiyada, Avropada… – hər yerdə incidilən, aşağılanan, təhqir edilən türkdür? Sevməyənimiz çoxdur, bu bəllidir! Türkün dünyaya ağalıq elədiyi yüzilləri unutmamışlar və onun öcünü alırlar… Bu da bəllidir!

     

    Düşmən düşməndir və bunu heç vaxt unutmaq olmaz. İranın keçmiş Dış İşləri bakanı Xərrazi yazanda ki, ermənilər bizim qan qohumumuzdur, biz – İranda yaşayan türklər də bilməlidirlər ki, bu, İran adlanan ölkənin rəsmi mövqeyidir, o, əhalisinin yarıdan çoxunu, yəni bizləri yad, ermənini isə doğma sayır və həmişə olduğu kimi son 25 ildə də bu siyasətini davam etdirir.

     

    İranda rejimlər dəyişilir, şah gedir, molla gəlir və ya fars gedir, türk gəlir; arvadbazlıqdan başı açılmayan şahları guya gecə-gündüz ibadət edib, Allaha yalvaran ruhanilər əvəz edir, amma İranın türk düşmənçiliyi azalmır. Əcəba, niyə? Əcəba, niyə bu fiziki və mənəvi kötəklər bizi ayıltmır? Niyə biz başımızı qaldırıb öz ləyaqətimiz haqqında düşünmürük? Əcəba, biz niyə bu qədər qürursuz və hər şeyə boyun əyən olmuşuq? Bunu düşündükmü? Bunu hər gün düşünürükmü? Bunu evimizdə, işimizdə uşaqlarımızla, ailəmizlə, qohum-əqraba ilə, dostlarımızla, toplum olaraq hər gün düşünüb yol axtarırıqmı? Axtarmırsansa və bu yolu bulmursansa, bu təhqirlər davam edəcək, getdikcə artacaq, daha iyrənc şəkil alacaq!

     

    İranda 2500 ildən artıqdır bir İran-Turan davası gedir. Farslar bunun bilincini daşıyırlar, bunu öz egitim və tərbiyə sistemlərinin mayasına yerləşdiriblər. Əmisi uşaqları olan ermənilər kimi. Bəs biz? Biz bu 2500 illik gizli-açıq savaş haqqında nə bilirik? Heç nə! Çünki min ildir İranda bizi təhqir edən “Şahnamə” farslarla yanaşı türklərin də masaüstü kitabı olub, fars onu qürurla oxuyub, biz şüursuzcasına, müqavimətsiz, ölü bir seyrçi ruhla və ya ruhsuzluqla…

     

    Türklər növbəti dəfə təhqir olundu! Pah! Burda sizi incidən, danışmağa məcbur edən nə var ki?! Türk İranda tarix boyu təhqir olunub. Hər gün təhqir olunur. Dövlətin başında türk şahlar dayananda da təhqir olunurdular, bu gün türk ali dini rəhbər dayananda da təhqir olunurlar.

     

    Farsın yanaşması, yeri bəllidir. O, Keyxosrovun, Firdovsinin, Pəhləvinin nəslidir… 2700 il öncə Alp Ər Tonqanı xəyanətlə, qonaq çağırıb, süfrə başında, dostluqdan danışa-danışa, kişiyə yaraşmayan şəkildə zəhərləyib öldürmüşdülər.100 il öncə də Səttar xanla Bağır xanı al dil ilə aldadb Tehrana aparıb, orda məhv etmişdilər…

     

    Min illər ərzində nə dəyişilib ki! Niyə həmişə aldanan, inanan, düşmənçilikləri unudan, hər itə-qurda boyun əyən biz olmalıyıq? Biz heç dəyişməmişik! Amma fars 2500 il ərzində çox dəyişilib… 2500 il əvvəl onların heyvandan, yəni böcəkdən, tualet həşaratından, eşşəkdən heç bir fərqləri yox idi. At demirəm, çünki atlar öz analarını, bacılarını tanıyır və onlara yaxınlaşmırlar, amma Dara dövründə fars ana-bacı bilməzdi, ata qızıyla, bacı qardaşıyla, oğul anasıyla yaşayardı və oğraş sözünün yaradıcısı da onlardır.

     

    Amma bu bir tarixdir. Tarixi qoyuruq bir kənara. Farslarla da işimiz yox! Böyüklərimiz demiş: Yağı düşmən dost olmaz! Bəs biz? Bizim özümüz? Bizim heç günahımız yoxdur? Fars sayca bizdən az ola-ola İranın hakim xalqına çevrilib, hər şeyi farslaşdırır, türkün bütün mədəniyyətini Persiyanın adına yazır… Qardaşlarım, bu, təhqir deyil? İranda minlərlə ailə türk kimliyini unudaraq özünü fars kimi aparır, uşağına ana dilini öyrətmir, türkcə danışmağı özünə sığışdırmır. Bu, təhqir deyil? Türk milli kimliyini unudanların sayı-hesabı yoxdur… Bu, təhqir deyil? Türkcə məktəb yox, universitet yox və on milyonlarla türk buna dözür… Bu, təhqir deyil?

     

    Böyük, şərəfli Türk bu gün İranda, gəlmə farslardan çox-çox öncədən onun ana yurdu olan bu torpaqda uşağına ana dilində ad verə bilmir, dükanına, bazarına yad adlar qoyur… Bu, təhqir deyil?

     

    Güney Azərbaycan torpaqları üstündən hər gün Qarabağı işğal edib, dünyada türk düşmənçiliyini yayan Ermənistana yardım gedir, İrəvan bazarları İrandan gedən azəri türkləriylə doludur… Bu, təhqir deyil?

     

    İrandan köçüb Avropaya gedən, dünyaya yayılan Güney azərbaycanlı qardaşlarımız farsın təsiri olmayan yerlərdə də öz uşaqlarıyla farsca danışırlarsa, bu, təhqir deyil?

     

    Yox,məncə bu, farsın təhqirindən daha ağır təhqirdir! Özünə sayğı göstər ki, başqası da göstərsin!

     

    Böcək, uzunqulaq… Belə bənzətmələrlə bizi təhqir edənlər öz kimliklərini göstərirlər. Bu yolla yatmış milləti oyadır, öz qəbirlərini qazırlar. Özümüzə, kimliyimizə, dilimizə, torpağımıza, tariximizə, valığımıza, dəyərlərimizə, biri- birimizə, türk olmaq şərəfinə sahib çıxmamaqdır ən böyük təhqir… Buna son qoymasaq, öz sonumuzu gətirəcəyik… Bizi sevməyənlərə min lənət!

     

    Allah türkü və Azərbaycanımızı qorusun!

  • Sabir Rüstəmxanlı: “Bayraq dövlətçiliyin atributudur”

    S.Rustamxanli-1 (2)“Tarixən biz türklər dövlətlər qurmuşuq, bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributudur. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır”.

    Bu sözləri Sabir Rüstəmxanlı bayraq Günü ilə bağlı fikirlərini bildirərkən deyib:

    “Üçrəngli bayrağımız Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyüklərimizin böyük ideallarının və milli ideologiyamızın nəticəsidir”.

    Xalq şairi, bu gün bayrağımıza göstərilən münasibətdən razı olmadığını qeyd edərək, “təəssüf ki, Azərbaycanda bayraq sevgisi biz istədiyimiz səviyyədə deyil. Xüsusən bəzi məmurlarımızda bayraq sevgisi yetərincə deyil, himnə münasibətdən fərqlənmir. Hətta Milli Məclisdə sessiyaların açılışında, bağlanışında hamı ayağa durur, amma bəziləri himni oxumaq istəmir, sanki dodağını yapışdırıblar. Dövlət, özəl qurumlar, vətəndaşlar niyə bayrağı, dövlət atributunu öz qapısından asmasın!? ABŞ-da, Kanadada, hətta Avstraliyada bayrağa xüsusi hörmətin şahidi oluruq. Türkiyədə bayrağa sevgi daha böyükdür. Bayraq evlərin, şəhərlərin, binaların bəzəyidir. Azərbaycanda da bayraq evlərin, binaların, şəhərlərin bəzəyi olmalıdır”, – deyib.

    Xalq şairi Sabir Rüstəmxanlının “Bayrağım” şeirini təqdim edirik.

    “Bayrağım”

    Başımızın üstündə dalğalanan, dev bayrağım!

    Yarı torpaq, yarı göy, yarı alov bayrağım!

    Dalğalan, qoy havanla Bakımız küləklənsin,

    Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!

    Bu məğrur ucalıqda tarixin ərintisi,

    Səni kəfən yerinə geyənlərin gur səsi!

    Səni ümid yerinə qəlbində gizləyənlər

    Əsarətin, işğalın sonunu gözləyənlər,

    Səni namus səngəri, Səni qutsal əmanət,

    Səni ocaq sayaraq gizli əzizləyənlər,

    Dərindən nəfəs alıb dincəlsinlər süsündən.

    Sənə əyri baxanlar dağlansınlar gözündən…

    Hava tutqun olanda Ayı çək qucağına,

    Ulduzun işıq səpsin yurdun hər bucağına!

    Mavi – türklük şərəfim, varlığımız əbədi!

    Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!

    Qırmızı da al qanım, axdı vətən yolunda,

    Əsarət zəncirini atmaq üçün qolumdan!

    Ucal başımız üstə, ruhumuz kimi ucal!

    Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

    Dünən səni cıraraq ayaqlara atanlar

    Qızıldan tökdürərək oxşasın sinəsində!

    Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.

    Yurdumun üzü gülsün bu birlik nəğməsindən!

    Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,

    Daha sənə əl çatmaz dursalar da qəsdində.

    Bu gün azadlığımsan Bakının göylərində,

    Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

  • VHP sədri Gürcü xalqını İstiqlal günü ilə bağlı təbrik etdi

    Gürcüstan Respublikasının Prezidenti
    cənab Giorgi Marqvelaşviliyə

    Hörmətli cənab prezident!

    Sizi və Sizin timsalınızda dost və müttəfiq gürcü xalqını Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
    Azərbaycan və gürcü xalqının min illərə dayanan səmimi münasibətləri və qarşılıqlı hörməti bu gün də dövlət siyasətində davam etdirilir. Əslində, xalqlarımızın münasibəti dinc, mehriban qonşuluğun simvoluna çevrilmişdir. Bunun nəticəsidir ki, Azərbaycan və Gürcüstan Qafqazda sabitliyin, əmin-əmanlığın qorunmasında birgə səy göstərir, iqtisadi inkişafın təminatçısı rolunda çıxış edirlər.
    Əminəm ki, Gürcüstanın müstəqilliyi əbədi olacaq və ərazi bütövlüyü tamamilə təmin olunacaqdır.
    Bir daha Sizi Müstəqillik günü münasibəti ilə təbrik edir, dost gürcü xalqına firavanlıq, əmin-amanlıq, rifah arzulayıram.
    Sayqılarla,

    Sabir RÜSTƏMXANLI
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
    Xalq şairi, millət vəkili

  • VHP sədri Vəfa Quluzadənin vəfatı ilə əlaqədar başsağlığı verdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı sabiq dövlət müşaviri Vəfa Quluzadənin vəfatı ilə əlaqədar mərhumun yaxınlarına başsağlığı vermişdir.

    Başsağlığında deyilir: “Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzərətrafı Dövlətlərin Siyasi Tədqiqat Fondunun prezidenti, sabiq dövlət müşaviri Vəfa Quluzadənin qəflətən dünyasını dəyişməsi bütün Azərbaycan vətəndaşları, dostları kimi məni də dərindən sarsıtmışdır.

    Bütün varlığıyla torpağına bağlı olan, böyük vətənpərvər Vəfa Quluzadə icra etdiyi vəzifənin məsuliyyətini anlayan, yüksək peşəkarlığı ilə böyük şöhrət qazanmış şəxsiyyətlərdən biri idi. Hələ Sovet dövründə Azərbaycanın azsaylı diplomatlarından biri kimi SSRİ-ni xarici ölkələrdə təmsil edən V.Quluzadə zəngin diplomatik və siyasi təcrübə toplamışdı və öz təcrübəsini, biliyini sonadək Azərbaycan naminə sərf etdi.

    Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilən bu nadir şəxs yeri gələndə Azərbaycanın milli maraqları üçün riskə getməyi də bacarırdı. O, illər uzunu qazandığı nüfuzu, dövlətçilik təcrübəsini, böyük Azərbaycan sevgisini ömrünün son gününə qədər qoruyub saxlaya bildi. Ona görə də Vəfa Quluzadənin itkisi təkcə bir ailənin deyil, millətin, dövlətin itkisidir və onun yeri hər zaman görünəcəkdir.

    Böyük ziyalılar yetişdirmiş bir ailənin övladı olan Vəfa Quluzadənin vəfatından kədərləndiyimi bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

  • Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşdü

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın mətkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çeşli ilə görüşüb.

     

    VHP mətbuat xidmətinin məlumatına görə, görüş tanışlıq xarakteri daşıyıb. Söhbət zamanı qarşıdan gələn parlament seçkiləri, VHP-nin seçkilərə münasibəti, Azərbaycan-ABŞ əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

     

    Partiya sədri ABŞ səfirliyinin rəsmisinə partiyanın fəaliyyəti barədə məlumat verib.

  • Moskva mətbuatının“ Turan incisi”

    Sabir Rüstəmxanlı

    Mədəniyyət,ədəbiyyat siyasi sistemlərdən, dövlətlərin münasibətlərdən asılı olmayaraq, bütün dövrlərdə xalqlar arasında en etibarlı ünsiyyət körpülərindən, mənəvi informasiya daşıyıcılarından, insanlığın ruh və düşüncə rüzgarlarını qitədən-qitəyə əsdirən güclərdən biri olmuşdur. Bu baxımdan bədii söz SSRİ dağılandan sonra postsovet məkanında əhəmiyyətini itirməmiş,əksinə, inzibati cəhətdən, sərhədlərlə ayrilan xalqların  mədəni həyatının bir-birindən tam qopmasına, köhnə ənənələrdən bütünlüklə üzülüşməsinə imkan verməmişdir.“Literaturnaya qazeta”nın 25-31 mart nömrəsində bu baxımdan gözəl bir addım atılmış və Moskvada yaşayan azərbaycanlı şairlərin şeirləri səxavətlə rus oxucularına təqdim edilmişdir. Əslində bu, sıradan bir buraxılış deyildir. “Turan incisi”qəzet içində qəzetdir və mən “literaturnaya qazeta”nın nə sovet dövründə, nə də ondan sonra Azərbaycan ədəbiyyatına bu qədər geniş və qayğıkeşliklə yer ayırdığını xatırlamıram. Qəzet bu layihəni Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnistutu ilə birgə hazırlanmışdır. 4 səhifəlik xüsusi buraxılışda Moskvada yaşamış və yaşayan 21 qələm sahibinin əsərlərindən nümunələr verilmişdir. Bu, həm Moskvada yaşayan azərbaycanlıların ,həm də ümumiyyətlə, Azərbaycan ədəbiyyatının təbliği baxımındanminnətdarlıq hisssi doğurur.

      Azərbaycan ədəbiyyatının Moskva qolunun Rusiyanın bu məşhur ədəbiyyat kürsüsündə təqdimatı,ilk növbədə, xüsusi buraxılışın tərtibatçi və redaktoru Abzar Bağırovun xidmətidir. Ədəbiyyatşünas-alim, yazıçı, Rusiya-Azərbaycan ədəbi əlaqələrinin görkəmli araşdırıcısıAbuzər Bağırov Dünya Azərbaycanlıları Konqresinin Sədr müavini və köhnə dostunm olduğuna görə bu yazıları necə çətinliklə topladığını bilirəm. Bəzi müəlliflər həyatda olmadıqlarına görə onların yazılarını əldə etmək üçün günlərlə kitabxanalara ayaq döyərək, köhnə qəzetləri vərəqləməli olmuşdur. Buna görə də ürəklə deyə bilərik ki, tərtibçi xüsusi buraxılışda son on illiklərdə Moskvada yaşayıb-yaratmış yazıçılarımız haqqında dolğun təsəvvür yarada bilmişddir.

     Abuzar Bağırov bu gün Moskvada yaşayan tanınmış və çox səmərəli fəaliyyət göstərən ziyalılarımızdandır.  Vaxtı ilə Əziz Şərifin, Qəzənfər Əliyevin,Xalıq Koroğlunun, Cingiz Hüseynovun və bir sıra tanınmış ədəbiyyatşünas alimlərinizin başladığı yolu ləyaqətlə davam etdirir. Onun təşəbbbüsü ilə “Xudojestvennaya literatura” nəşriyyatı MDB ölkələrinin folkloru və klassik ədəbiyyatı silsiləsindən Azərbaycanədəbi irsiini “Ulduz salxımları”, “İlahi sözlər”,,”Qızıldan qiymətli”, Gələcəyə ismarıc” adlarıyla 4 kitabdarus dilində nəfis şəkildənəşr etmişdir. Abuzər Bağırov həmin cildlərin tərtibçisi olmaqla yanaşı, həm də bioqrafik məlumatların və şərhlərin müəllifidir. Bu kitablara qədər isə o, Azərbaycan nağıllarınının ikicildliyini nəşr etdirmişdi…

     Haqqında sıhbət gedən xüsusi buraxılış da Abuzər happy wheels demo Bağırovun Azərbaycan ədəbiyyatını Rusiyada təbliğ etmək sahəsində gördüyü çox uğurlu işlərdən biridir.  O, təqdim olunan şeirlərə  məzmunlu, yüksək elmi səviyyəli bir ön söz yazmışdır. Ön sözdə öz ərazisindən kənarda yaranan mədəniyyət nümunələrinin, ədəbiyyatın xüsusiyyətləri, mənsub olduğu  mühitlə yerləşdiyi mühit arasında körpüyə çevrilməsi, qonşu dövlətlər, xalqlar arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətini həm nəzəri müstəvidə, həm də kankret misallarla  dərindən təhlil edir.  Haqlı olaraq göstərir ki, öz milli mədəniyyətindən ərazi cəhətdən uzaq düşmək bir sıra hallarda həm də ana dilindən və milli ədəbi əlaqələrdən uzaqlaşmaqla nəticələnir. Xoşbəxtlikdən Moskvanın Azərbaycan yazıçıları bu acı taleyi yaşamırlar. Cəsarətlə demək olar ki,Moskva azərbaycanlılarının yaradıcılığı ədəbiyyatlararası dioloqun və əlaqələrin gözəl nümunəsidir. Abuzər Bağırov haqı olaraq yazır: “Mədəni müxtəliflik, şübhəsiz, birləşdirici faktordur, ayrımçılıq deyil, zira çoxcəhətlilik mədəniyyəti öz unikal xüsusiyyətlərindən məhrum etmir, əksinə zənginləşdirir. Moskvalı Azərbaycan yazıçılarının yaradıcılığımilli mədəniyyəti parlaq şəkildə təmsil edir. Lakin bu monoloq deyil, dioloqdur, səsləşmədir. Onlar Azərbaycan və Rus ədəbiyyatları arasında vasitəçidirlər. Çünki hər iki mədəniyyət konteksinə aiddirlər.  Bu göstərir ki, ötən əsrin 40- cı illərindən başlayaraq Moskvada Azərbaycan yazıçılarının,ədəbiyyatşünaslarının, publisislərinin, dramaturlarının, nasir və şairlərinin güclü bir yaradıcılıq qrupu təşəkkül tapmışdır. Və onların hər biri Moskva mədəni mühitində həm də bütün Azərbaycan ədəbiyyatı üçün məsuliyyət daşımağı və bu ədəbiyyatın təəssübünü çəkməyi öz borcları hesab edirlər. Buna görədə ədəbiyyatdan əlavə həm də milli mədəniyyətin təbliğatı və tərcümə işi ilə məşğul olurlar. Bunula yanaşı, Mokvada yaranan  Azərbaycan ədəbiyyatı həm də Rus ədəbiyyatı faktıdır.”

     Buraxılışdatəqdim olunan şairlərin arasında İbrahim Kəbirli, Faiq Məmməd, Alla Axundova,İlham Bədəlbəylikimi, həm Azərbaycanda ,həm də Moskvada yaxşı tanınan şairlərlə yanaşı, Leyla Şəkili, Nilufər Şıxlı kimi gənc şairlərdə vardır.. Təqdimatda deyildiyi kimi, Moskvada yaşayan şairlərimizin çoxu ana dilimizdə yazır.Bununla belə, onların arasında rus dilində və ya hər iki dildə yazanlar da vardır.

     Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu buraxılışın sponsuru Rusiya Federasiyasının əməkdar inşaatçısı, “Günay” istehsalat kommensiya  firmasının direktoru Əlizaman Rəhimovdur.

    Xüsusi buraxılış Moskvadakı Azərbaycan mühitini təqdim etməklə yanaşı, bütövlükdə Rusiyadakı Azərbaycan diasporu haqqında yanlış təsəvvürləri dağıdan və Rus-Azərbaycan əlaqələrini möhkəmləndirən çox əlamətdar bir ədəbi hadisədir.

  • VHP sədri Sabir Rüstəmxanlı qadınları təbrik etdi

    8 mart beynəlxalq qadınlar günü münasibəti ilə VHP sədri Sabir Rüstəmxanlının təbriki.

    “Əziz xanımlar!

    Sizlərin hər birini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, ailə səadəti arzulayıram.

    Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq haqqı İslam dininin gəlişi ilə müəyyən mənada arxa plana keçsə də, Azərbaycanda bu haqq həmişə qorunub. Qadınların çadraya bürünməsi və hüquqlarının məhdudlaşdırılması İslamdan daha öncə mövcud olan ərəb cahilliyi dövründən qalma ənənələrdən xilas olmaq üçün əslində irəliyə doğru atılmış addım olsa da, bu, türk təfəkkürü üçün gerilik sayılırdı. Çünki cahiliyyə dövründə ərəb aləmində doğulan qız uşaqları diri-diri torpağa basdırılarkən, türk dünyasında qadın və kişi bərabərliyi yaşanırdı.

    “Cənnət anaların ayaqları altındadır” deyən islam peyğəmbəri də bu sözləri ilə ərəb yarımadasındakı cəhaliyyət dövrünə məxsus mənfi ənənələrə qarşı çıxırdı. İslamın ən qatı dövründə, ən sərt məqamında belə dağlarda məskunlaşan türk qövmləri qadraya bürünmədi və ağsaqqal məsləhəti kimi, ağbirçək sözü də əziz tutuldu.

    Sizlər illərlə ana dilini unudulmağa qoymadınız: sizin laylalarınız, ənənəyə bağlılığınız milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə sizi ön sıralarda görməyimiz təsadüfü deyildi.

    Hazırda da bu ənənə Azərbaycan cəmiyyətində yaşayır və istər dövlətin kadr təyinatında, istərsə də sivil toplumların içərisin fəal xanımlar yetərincədir.

    Əziz xanımlar!

    “Hər bir güclü kişinin arxasında bir qadın dayanır” sözləri təsadüfü deyil. Sizlərin görünən və görünməyən xidməti, ailə tərbiyəsindəki rolunuz, milli ruhda böyütdüyünüz övladlar və bütün çətinliklərlə bərabər, milli taleyimiz üçün ən həssas məqamlarda önə çıxmağınız millətimizi yaşadan əsas səbəbdir.

    Sizlərin hər birini bir daha təbrik edir, hamınıza xoşbəxtlik, səadət arzulayıram.

  • Sabir Rüstəmxanlı partiya sədrliyindən gedəcəyini bəyan etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı APA-ya müsahibəsində növbəti qurultayda partiya sədrliyindən getmək niyyətində olduğunu açıqlayıb. S.Rüstəmxanlı partiyanın sədri postunda hansı meyarlara cavab şəxsin əyləşməsini istədiyini də bəyan edib: “Mən öz yerimə partiyanın işini apara bilən, problem yaratmayan, bacarıqlı, gənc və partiyanın bütün təşkilatları tərəfindən qəbul olunan bir adamın təyin olunmasını istəyirəm.

    Bəlkə də qurultayın gecikməsinin bir səbəbi də budur. Mənim partiya sədrliyindən getmək niyyətim var. Bu, yalnız mətbuat üçün blef, yaxud boş yerdən ortaya atılmış söz deyil, mən bunu səmimi şəkildə istəyirəm. Eyni zamanda bir sıra başqa işlərim də var ki, onlar mənim üçün çox zəruridir. Xüsusən də, yaradıcılıq sahəsində işlərim var, əlimdə yarımçıq kitablarım qalıb.
     Burda otura-otura, partiyanın işini görə-görə, əgər mənim fikrim yarımçıq işlərimin yanındadırsa, yaxud yazılarımı yazarkən fikrim qalır ki, partiyada kimsə ilə görüşməliyəm, bu şəkildə əvvəllər işləmək olurdu, ancaq indi işləyə bilmirəm. Çünki zaman qovur, yarımçıq işlər məni onların ardınca getməyə məcbur edir. Buna görə də mən partiya sədrliyindən getmək istəyirəm. Yəni bir lider kimi yox, partiyanın sıravi üzvü kimi qalmaq istəyirəm”.
    VHP sədri siyasətdən də gedib-getməyəcəyi barədə də danışıb: “Siyasətdən getmək hələ ki mümkün deyil, çünki mən millət vəkiliyəm. O müddət başa çatdıqdan sonra yəqin ki, siyasətdən də gedəcəyəm. Əslində yazıçılıq daim siyasətin içində olmaqdır. Mənim təbiətim və yaradıcılığımın ümumi ruhu siyasətdən uzaqda deyil. Mənim yazılarım vətəndaşlıq ruhundan yoğrulmuş və Azərbaycanda sovet dövründən başlayaraq cəmiyyət içində baş verən proseslərlə sıx bağlıdır. 
    Yəni mənim sovet dövründəki kitablarıma nəzər salsaq görərik ki, siyasi hədəfi olan, Azərbaycanın tarixi yaddaşını diriltməyə, millətin yaddaşını özünə qaytarmağa, müstəqilliyə xidmət edən kitablardır. Bunlar da əslində siyasətin bir növüdür. Əsərlərimdə ədəbiyyatdan istifadə yolu ilə ictimai problemləri qaldırmaq var. Mən bu mənada siyasətdən kənar deyiləm. Yəni düşünsəm ki, bundan sonra yazacaqlarım siyasətdən tam kənar olacaq, bu doğru deyil. Mənim sırf milli ruhdan qidalanan, mənəvi proseslərdən doğan son dərəcə zərif ruhlu lirik şeirlərim də var. Amma partiya işi gündəlik siyasətdir və mən gündəlik siyasətdən uzaqlaşmaq, daha çox millətimizin gələcəyinə yönəlik, daha uzun vədəli milli siyasətlə məşğul olmaq istəyirəm”.
    Qeyd edək ki, VHP rəhbərliyində ən aktiv şəxs Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlidir. Onun sıravi üzvlükdən partiyanın mühüm postuna qədər gəlib çıxmasında şəxsi fəallığı ilə yanaşı Sabir Rüstəmxanlının da dəstəyinin rol oynadığı bildirilir. Bu baxımdan Samir Əsədlinin VHP sədri olacağı da istisna edilməyən variantlardan sayılır. Samir Əsədli “Yeni Müsavat”a açıqlamasında S.Rüstəmxanlının postundan getməsinə qarşı olduğunu bildirdi: “Mən Sabir Rüstəmxanlının müsahibəsini oxuyandan sonra Sabir bəyə zəng etdim və sədlikdən getmək istədiyi barədə söylədiklərini qəbul eləmədiyimi, onun sədrlikdən getməsinə qarşı olduğumu söylədim. Mən Sabir bəyə açıq şəkildə dedim ki, bu açıqlamanızı qəbul etmirəm, hesab edirəm növbəti qurultayda da siz partiyanın sədri seçilməlisiniz.
     Çünki onun partiya sədri kimi qalması bizim üçün vacibdir. Amma Sabir Rüstəmxanlı sədrlikdən getsə belə, partiya artıq oturuşmuş bir quruma çevrilib, Sabir Rüstəmxanlı partiyanın əsasını elə qoyub ki, bu partiya heç vaxt parçalanmaz. Partiya böyüyür, yenilənir. Təbii ki, Sabir Rüstəmxanlı da nə vaxtsa VHP sədrliyindən gedəcək. Bu, təbii olan bir şeydir. Əgər Sabir Rüstəmxanlı növbəti qurultayda sədrlikdən getsə, partiyada kifayət qədər kadr var ki, Sabir bəyin dediyi o meyarlara cavab verir və partiyanı idarə edəcək səviyyədədirlər. Məsələn, Ali Məclisin sədri Rafiq Manaflını, Əlövsət Əliyevi, həmçinin özümü də o meyarlara uyğun hesab edirəm. Özümü də iddialılar sırasında sayıram. Təbii ki, Sabir Rüstəmxanlı sədrliyə namizəd olmayacağı halda. Partiyada digər iddialılar da var. Cəmiyyətdə tanınmayan VHP üzvləri də var ki, partiyanı idarə edəcək potensiala malikdirlər. Partiyamızın nizamnaməsi istənilən partiya üzvünə sədrliyə namizədliyini vermək hüququnu tanıyır”. 
    S.Rüstəmxanlı isə dünən hafta.az-a açıqlamasında bildirib ki, onun yerinə kimin gələcəyi qurultayın işindən asılı olacaq: “Yerimə gələcək şəxsin gənc olması vacib deyil. Partiyanı idarə edə bilən orta yaşlı biri də ola bilər. Mənə görə gənc ola bilər. Amma həmin şəxs 50 yaşında da ola bilər”. 
    VHP-nin növbəti qurultayının bu ilin sonunda keçiriləcəyi gözlənilir.
    Etibar SEYİDAĞA