Güney Azərbaycan Türklərinin lideri, GAMOH başqanı və DAK-ın Məclis sədri Mahmudəli Çöhrəqanlının “Turan” informasiya agentliyinə müsahibəsi.
Category: Arxiv
-
Mahmudəli Çöhrəqanlının TURAN Agentliyinə müsahibəsi (Video)
-
Azərbaycanda Milli Mətbuat günüdür
Bu gün Milli Mətbuat günüdür. Hələ 138 il əvvəl, 1875-ci il iyulun 22-də mətbuatımızın banisi Həsən bəy Zərdabinin çətinliklə nəşrinə icazə aldığı “Əkinçi” qəzetinin ilk sayı işıq üzü görüb. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzeti öz ətrafında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər qabaqcıl fikirli, demokratik əqidəli maarifçiləri toplamışdı. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. H.Zərdabi 1906-cı ildə “Həyat” qəzetində çap etdirdiyi “Rusiyada əvvəlinci türk qəzeti” adlı məqaləsində yazmışdı: “Hər kəsi çağırıram – gəlməyir, göstərirəm – görməyir, deyirəm – qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin”.Qəzetin səhifələrində yeni tipli bədii ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana və digər aktual mövzularda yazılara geniş yer verilmişdi. Xalqın mədəni səviyyəsini yüksəltmək, onu maarifləndirmək, asudə vaxtın səmərəli təşkili ilə bağlı “Əkinçi” konkret təklif və tövsiyələr verib.“Əkinçi” qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. Həsən bəy azərbaycanlı qadınların cəmiyyətdə, ailədə öz yerlərini bilmələri üçün onların oxumasını, maariflənməsini, elmə, mədəniyyətə yiyələnməsini tövsiyə edib.Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulmuşdur. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.Qısa ömür sürməsinə baxmayaraq, “Əkinçi” qəzeti milli mətbuatımızın formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. “Əkinçi”nin ideyalarını daha kəsərli, daha qabarıq şəkildə təbliğ edən, məzmunu və qayəsi etibarilə onunla səsləşən “Molla Nəsrəddin” jurnalı meydana çıxıb.XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar.Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb.Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.Musavat.com
-
Səyavuş Aslan dünyasını dəyişdi
Bu səhər saat 03:58 radələrində Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında 77 yaşlı xalq artistinin vəziyyəti pisləşib. Bu barədə çağırış olub. Həkimlər gəlincə o, dünyasını dəyişib. Səyavuş Aslanın oğlu Çingiz Aslanın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti gecə saatlarında qəflətən pisləşib. Dərhal təcili yardıma zəng vursalar da, S.Aslan bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Hazırda Siyavuş Aslanın meyiti yuyulmaq üçün məscidə aparılıb.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub:
1. Bayram (“Kəndimizin mahnısı”, K. Kərimov),
2. İbişov (“Özümüz bilərik”, Ş. Qurbanov),
3. Fürzuzbala (“Altı qızın biri Pəri”, M. Əlizadə),
4. Şubay (“Ulduz”),
5. Dadaşbala (“Hicran”, S. Rəhman),
6. Qəmzəli (“Qaçırılmış qız”, C. Məmmədov),
7. Misir Nəsir (“Lənət sənə, kor şeytan”, F. Aşurov),
8. Orduxan bəy (“Əlli yaşında cavan”, Z. Hacıbəyov)Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru idi. S.Aslan bir çox rəngarəng obrazlar yaradıb:
1. Mindilli (“Nişanlı qız”, S. Rəhman),
2. Luka (“Həyatın dibində”, M. Qorki),
3. Ağaəli (“Günah”, R. Əlizadə),
4. Romul Avqustul (“Böyük Romul”, F. Dürrenmatt),
5. Oddamdı (“Od gəlini”, C. Cabbarlı),
6. Fəriş (“Bizim qəribə taleymiz”, İ. Əfəndiyev),
7. Cabbar (“Sevgililərin cəhənnəmdə vüsalı”, İ. Əfəndiyev),
8. Ağamusa Fərəcov (“Dəlilər və ağıllılar”, İ. Əfəndiyev),
9. Vanya Koxa (“Hökmdar və qızı”, İ. Əfəndiyev),
10. Qərib Qulam (“Mənsiz dünya”, N. Xəzri),
11. Əsdulla (“Ah, Paris…Paris!..”, Elçin),
12. Kişi (“Mənim ərim dəlidir”, Elçin),
13. Baş redaktor (“Mənim sevimli dəlim”, Elçin),
14. Yoldaş tək (“Poçt şöbəsində xəyal”, Elçin),
15. Poloni (“Hamlet”, U. Şekspir),
16. Sarı (“Varlı qadın”, Ə. Əmirli),
17. Aqabo Boqveradze (“Kaş araba aşmayaydı!..”, O. İoseliani)O, televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.
-
Millət Vəkilləri Qurban Məmmədova azadlıq tələb edir
Milli Məclisin bir qrup deputatı tanınmış vəkil Qurban Məmmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Millət vəkillərinin Moderator.az-a da təqdim etdiyi müraciəti təqdim edirik.4 iyun 2013-cü il tarixdə Nəsimi rayon polis idarəsi tərəfindən respublikada tanınmış hüquqşünas Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə günahlandıralaraq cinayət məsuliyyətinə cəlb olunmuş və Nəsimi rayon məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.
İstintaq orqanı tərəfindən Qurban Məmmədov onda ittiham olunur ki, o 27 sentyabr 2012-ci il tarixdə idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirmişdir. Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.
Nəzərinizə çatdıraq ki, Qurban Məmmədov Azərbaycanda yalnız prinsipial və peşəkar hüquqşünas deyil, həm də cəmiyyətdə siyasi xadim kimi tanınır. O həmçinin Azərbaycanın müstəqilliyi uğrunda demokratik hərəkatın öncüllərindəndir. Məlum olduğu kimi onun ittiham olunduğu cinayət, ehtiyatsızlıq üzündən törədilmiş cinayət hesab olunmaqla, az ağır cinayətlər kateqoriyasına daxildir və maddənin sanksiyasında maksimum 3 ilə qədər azadlıqdan məhrum etmə cazası nəzərdə tutulmuşdur. O da məlumdur ki, hadisə baş verdikdən sonra Qurban Məmmədov zərərçəkəni öz şəxsi avtomobilində təcili olaraq xəstəxanaya çatdırmış və həkimlərin ona müvafiq tibbi yardım göstərməsinə imkan yaratmışdır. Habelə o, zərərçəkmişin bütün müalicə xərclərini ödəmiş, ailəsinə maddi yardım göstərmişdir. Bütün bunlar qanunvericilikdə məsuliyyəti yüngülləşdirən hallar hesab olunur və həbs qəti imkan tədbiri seçilərkən məhkəmə tərəfindən nəzərə alınmalıdır. Onun istintaqdan yayınacağını və ya istintaqın gedişinə mane olacağını iddia etmək üçün əsaslar yoxdur. Hesab edirik ki, istintaqın gedişində onun barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün əsaslar olmadığı kimi buna zərurət də mövcut deyildi.Yuxarıda göstərilənləri nəzərə alaraq Nəsimi rayon məhkəməsi tərəfindən Qurban Məmmədov barəsində seçilmiş həbs qəti imkan tədbirinin ləğv olunmaqla onun azadlığa buraxılmasını və istintaqın ədalətlə və qanunlara müvafiq aparılmasını təmin etməyinizi xahiş edirik.
Qeyd edək ki, müraciəti deputatlardan Sabir Rüstəmxanlı, İqbal Ağazadə, İlyas İsmayılov, Fazil Mustafa, Qudrət Həsənquliyev və Vahid Əhmədov imzalayıb.
-
Milli Şura üzvlərinin siyahısı
1. Aqil Səmədbəyli – BAB- Rəyasət Heyətinin sədri 2. Akif Hüseynov – Vətəndaş Hərəkatı Forumunun həmtəsisçi, GHT rəhbəri, hüquq mudafiəçisi
3. Akif Şahbazov – sabiq millət vəkili
4. Anar Niftəliyev – VHP mətbuat xidmətinin rəhbəri, köşə yazarı
5. Arif Hacılı – Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, sabiq dövlət müşaviri, istiqlalçı millət vəkili, sabiq seçki və vicdan məhbusu
6. Arif İsmayılbəyli – VHP sədrinin müavini
7. Arzu Abdullayeva- Beynəlxalq Helsinki Vətəndaş Assambleysının həmsədri, hüquq müdafiəçisi
8. Arzu Səmədbəyli – Müsavat Partiyası Məclisinin sədri, sabiq millət vəkili
9. Asif Şəkərli – VHP Ali Məclisi katibi
10. Asəf Quliyev – AXCP sədrinin müavini, sabiq vicdan məhbusu
11. Aytəkin İmranova – İslam Demokratiya və İnsan Haqları Mərkəzinin sədri, “Mülkiyyət müqəddəsdir” QHT-lərin ictimai komitəsinin həmsədri
12. Bəybala Əbil – KXCP Ali Məclisinin sədri
13. Cəmil Hacıyev -Gənclər Hərəkatı
14. Cəmil Həsənli – Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, tarixçi alim, professor, sabiq millət vəkili
15. Eldar Əliyev – MEA İqtisadiyyat İnstitutunun iqtisadçı-analitiki
16. Eldar Namazov – EL Hərəkatının sədri, “Ziyalılar Forumu”nun Koordinasiya Şurasının üzvü, AR Prezidenti Katibliyinin sabiq rəhbəri, sabiq millət vəkili, politoloq
17. Elçin Manafov – İslam Partiyası sədrinin müavini, hazırda sədr əvəzi
18. Eldar Muradov – ALP-nin sədr müavini, təqaüddə olan polkovnik, Bakı Bələdiyyə polisinin keçmiş rəisi, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, iki dəfə Qırmızı Ulduz ordeninin kavaleri, sabiq siyasi məhbus
19. Eldəniz Quliyev – Ziyalılar Birliyinin sədri, Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, EL Hərəkatı Ali Məclisinin sədri, kinodramaturq
20. Elxan Mehdiyev – politoloq
21. Elman Məmmədzadə – ALP İcra Komitəsinin sədri
22. Elşad Musayev – Böyük Azərbaycan Partiyasının sədri
23. Emin Milli – blogger, sabiq vicdan məhbusu
24. Əbülfəz Qurbanlı – Yeni Gənclər Hərəkatının təmsilçisi
25. Ədalət Tahirzadə – yazıçı, sabiq nazir müavini
26. Ədalət Yusubov – Qarabağ döyüşlərinin iştirakçısı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq icra başçısı
27. Əli Abbasov – professor, AR MEA-nın Fəlsəfə və Hüqüq İnstitutunun sabiq direktoru
28. Əli Kərimli – AXCP-nin sədri, sabiq dövlət katibi, sabiq millət vəkili
29. Ənnağı Hacıbəyli – Azərbaycan Huquqçular Assosiasiyasının prezidenti
30. Əvəz Temirxan – ALP-nin sədri, hüquqşünas
31. Faiq Rzayev-ACP sədrinin müavini
32. Felmar Ələkbərli – VHP NTK-nın sədri, Bakı Şin Zavodunun keçmiş direktoru
33. Fuad Ağayev – vəkil, “Hüqüq Evi” İctimai Birliyinin təsiscisi
34. Fuad Qəhrəmanlı – AXCP sədrinin müavini, politoloq, sabiq vicdan məhbusu
35. Gözəl Bayramlı- AXCP sədrinin müavini
36. Gülağa Aslanlı – fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, MSK-nın sabiq üzvü, Avropa Siyasi Məsləhətçilər Assosiasiyasının üzvü
37. Gülnarə Qurbanova – sabiq millət vəkili
38. Gültəkin Hacıbəyli – sabiq milət vəkili, Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü
39. Hacı Abgül Süleymanov – ilahiyyatçı, siyasi məhbus
40. Hacı Mövsüm Səmədov – Azərbaycan İslam Partiyasının sədri, vicdan məhbusu
41. Hacı Taleh Bağırov- ilahiyyatçı, vicdan məhbusu
42. Hacı Rövşən Əhmədli – Azad Qarabağ Uğrunda Müqavimət Hərəkatının sədri
43. Haci Zakir Quliyev- Milli azadlıq hərəkatının fəalı, Bakı Kəndlər Birliyinin yaradıcılarından
44. Hacıağa Dadaşov – iqtisadçı ekspert, ALP Siyasi Şurasının üzvü
45. Hacıbaba Əzimov-professor, istiqlalçı millət vəkili, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri
46. Həsən Kərimov – AXCP Ali Məclisinin sədri, sabiq icra başçısı
47. Hikmət Əbdüləzizov – N!DA VH
48. Hüseyn Hüseynov – ədliyyə generalı, Naxçıvan MR-in sabiq baş prokuroru və Ali Məclisinin sabiq millət vəkili
49. Xəzər Teyyublu-KXCP sədrinin müavini, sabiq siyasi məhbus
50. Xurşud Abbasova – “Sara Xatun” qadın hüquqları müdafiə cəmiyyətinin sədri
51. İbrahim İbrahimli – istiqlalçı millət vəkili, müstəqil siyasətçi, sabiq seçki məhbusu
52. İkram İsrafil-sabiq millət vəkili,
53. İlkin Rüstəmzadə – blogger, vicdan məhbusu
54. İlham Baratov – Kosmik Tədqiqatlar İnstitutunun elmi işçişi
55. İlham Hüseyn – “EL” Hərəkatı sədrinin ictimai əlaqələr üzrə müavini, sabiq icra başçısı
56. İlham Murtuzayev – elmlər doktoru, ALP siyasi şura üzvü
57. İsa Qəmbər – Müsavat Partiyasının başqanı, istiqlalçı millət vəkili, parlamentin sabiq sədri
58. İskəndər Həmidov – istiqlalçı millət vəkili , sabiq daxili işlər naziri
59. İsmayıl Ələsgərli – ALP Siyasi Şurasının üzvü, elmlər doktoru, Sumqayıt Dövlət Universitetinin keçmiş kafedra müdiri və dekanı, sabiq siyasi məhbus
60. Kamal Əmrahov – professor-kulturoloq
61. Kamil Vəli Nərimanoğlu-professor, filoloq
62. Kərbalayi Natiq Kərimov – “Nardaran Ağsaqqallar Şurasının” sədri
63. Köçəri Nağıbəyli – İctimai Palatanın Koordinasiya Şurasının üzvü, “Deportasiya” Mərkəzinin dönəm sədri, “EL” Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini
64. Qalibə Budaqova – Milli Qəhrəman Ailələri Cəmiyyətinin sədri
65. Qələndər Muxtarlı – Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
66. Qubad İbadoğlu – iqtisadiyyat üzrə fəlsəfə doktoru, İctimai Təşəbbüslər Mərkəzinin sədri, Avropa Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Beynəlxaq İdarə Heyətinin üzvü
67. Qulamhüseyn Əlibəyli – Aydınlar Partiyasının sədri, sabiq millət vəkili
68. Qurban Məmmədov – hüquqşünas, sabiq və hazırkı siyasi məhbus
69. Lalə Şövkət – ALP-nin lideri, sabiq dövlət katibi, sabiq millət vəkili
70. Leyla Əliyeva – politoloq, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin Prezidenti, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
71. Leyla Yunus – hüquq müdafəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru, Fransa Şərəf Legionu Kavaleri Ordeni və Almaniyanın Teodor Hakker adına mükafatları laureatı
72. Loğman Abdullayev-KXCP Ali Məclisinin üzvü, sabiq icra başcısı
73. Mahmud Hacıyev – ekspert-kriminalist, polkovnik-leytenant, sabiq polis rəisi
74. Məcid Mərcanlı – “Azad Gənclik” Təşkilatının İdarə Heyətinin üzvü
75. Mirmahmud Mirəlioğlu – KXCP-nin sədri, sabiq millət vəkili
76. Mirvari Qəhrəmanlı – hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
77. Mehdibəy Səfərov – “Azəri-Talış” Birliyinin sədri
78. Mehman Cavadoğlu – Musavat Partiyası başqanının müavini, jurnalist, “Azərbaycan” qəzetinin sabiq baş redaktoru
79. Mehman Əliyev – jurnalist, “Turan ” İnformasiya Agentliyinin direktoru
80. Mehriban Vəzir – yazıçı-publisist, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin direktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
81. Musa Yaqub – şair, Ziyalılar Forumunun KŞ üzvü, sabiq millət vəkili
82. Mustafa Hacıbəyli – “Demokrat” qəzetinin baş redaktoru, Qarabağ müharibəsi veteranı
83. Namizəd Səfərov – vəkil
84. Nemət Əliyev – iqtisadçı-alim, İctimai Palatanın aqrar-islahatlar komissiyasının sədri
85. Natiq Ədilov -köşə yazarı, bloqçu, keçmiş seçki məhbusu
86. Nəsimi Əliyev – ACP GT sədri
87. Nizami Ələkbərli-KXCP İdarə Heyətinin üzvü, Qarabag qazisi, sabiq siyasi məhbus
88. Novella Cəfəroğlu – hüquq müdafiəçisi, D.Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, ABŞ Dövlət Departamenti və Marşal mükafatı laureatı
89. Nurəddin Məmmədli – biologiya elmləri doktoru, Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının sabiq üzvü
90. Nurəddin Mustafayev – siyasi xadim
91. Osman Kazımov – hüquqşünas, vəkil
92. Oqtay Gülalıyev, – “Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru, sabiq vicdan məhbusu
93. Rahim Bağırov-EL hərəkatının Ali Məclisinin sədr müavini, sabiq icra başcısı
94. Rafiq Manaflı-VHP Ali Məclisinin sədri
95. Rahim Hacıyev – “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
96. Ramin Hüseynov – N!DA VH
97. Ramiz Mirzəoğlu (Hacı) -sabiq vicdan məhbusu
98. Razi Nurullayev – “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) İdarə Heyətinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert
99. Rəsul Quliyev – ACP lideri, AR Milli Məclisinin sabiq sədri
100. Rəşad Həsənov – “NİDA” İdarə Heyətinin üzvü, vicdan məhbusu
101. Rəşadət Axundov – “NİDA” İdarə Heyətinin üzvü, vicdan məhbusu
102. Rəşid Hacılı – hüquqşünas, Media Hüququ İnstitutunun rəhbəri
103. Rövşən Almuradlı – kino və teatr rejissoru
104. Rüstəm İbrahimbəyov – kinodramaturq, Ziyalılar Forumunun təsisçisi, “Oskar” mükafatı laureatı
105. Samir Əsədli – VHP sədrinin təşkilat məsələləri üzrə müavini
106. Sahib Kərimov – AXCP Rəyasət Heyətinin üzvü, keçmiş vicdan məhbusu
107. Seymur Həzi – “Azərbaycan saatı”nın redaktoru, köşə yazarı, bloqçu
108. Səxavət Soltanlı – blogger
109. Solmaz Ələsgərli – sabiq millət vəkili
110. Solmaz Hüseynova – t.e.namizədi, qadın hərəkatı
111. Sülhəddin Əkbər – istiqlalçı deputat, ACP sədri
112. Şahin Həsənli – AXCP Rəyasət Heyətinin üzvü, keçmiş vicdan məhbusu
113. Şahvələd Çobanoğlu – köşə yazarı, hüquq müdafiəçisi
114. Tofiq Hüseynov – sabiq kənd təsərrüfatı naziri
115. Tofiq Kərimov – ALP-nin sədr müavini, Azərbaycan Texniki Universitetinin keçmiş müəllimi
116. Tofiq Yaqublu – Qarabağ döyüşləri iştirakçısı, köşə yazarı, vicdan məhbusu
117. Tural Abbaslı – Müsavat Gənclər Təşkilatının sədri, sabiq vicdan məhbusu
118. Ülvi Həsənli – Azad Gənclik Təşkilatının sədri
119. Üzeyir Məmmədli – “NİDA” İdarə Heyətinin üzvü, vicdan məhbusu
120. Vaqif Mahmudov-ACP sədrinin müavini
121. Vaqif Seyidzadə – ALP sədrinin müavini
122. Vəfa Cümşüdlü – qadın hərəkatı,
123. Vidadi Mirkamal – ədliyyə generalı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
124. Vurğun Əyyub— Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri
125. Yaşar Cəfərli – Ehtiyatda Olan Zabitlər Birliyinin sədri, hərbi ekspert
126. Yusif Ağayev – Qarabag Qarnizonunun sabiq hərbi prokuroru, ədliyə müşaviri
127. Zahid Əliyev-Azərbaycan Pəşəkar Boks Federasiyasının İdarə Heyatının sədri, əməkdar məşqci
128. Zəfər Quliyev – İP KŞ-nin üzvü, Ziyalılar Forumunun KŞ üzvü, politoloq
129. Zəminə Dünyamalıyeva – sabiq millət vəkili, ACP Ali Məclisinin sədri.
-
Arif İsmayılbəyli-56
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü Arif İsmayılbəylini doğum günü münasibətilə partiyanın sədri Sabir Rüstəmxanlı və Siyasi Şura üzvləri təbrik ediblər. Ona ünvanlanan təbrikdə deyilir: “Hörmətli Arif bəy, siz həyatınızın ən parlaq illərini Azərbaycanın istiqlalı uğrunda gedən milli mücadiləyə həsr etmisiniz. İmperiyaya qarşı savaşa qalxan insanların daim önündə getmiş, onların təşkilatlanmasında, fərqli qüvvələrin bir amal ətrafında səfərbər olunmasında böyük rol oynamısınız. Ən ağır günlərdə belə öz təmkin və cəsarətinizi itirməmisiniz. Milli hakimiyyət dövründə isə sizə etimad göstərilərək Lənkəran kimi mürəkkəb bir rayonda icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunmusunuz. Həmin xaotik dövrdə rayonda stabillik yaradılmasına, qarşıdurmalardan yan keçilməsinə nail olmusunuz. Sonrakı illərdə Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsi və demokratiyanın qorunub saxlanılması üçün əlinizdən gələni etymisiniz.
Bu gün siz VHP ideyalarının ən odlu təbliğatçılarından birisiniz. Yaxşı bilirsiniz ki, həmrəylik, birlik olmadan dövlətçiliyi qorumaq və uğrunda qanlar tökülən Azərbaycan Cümhuriyyətini bir əmanət kimi gələcək nəsillərə ötürmək mümkün deyil. Bu yolda bütün güc və enerjinizi sərf etməkdəsiniz.
Əziz əqidədaşımız, səni doğum günün münasibətilə bir daha təbrik edir, sənə uzun ömür və cansağlığı arzulayırıq. Arzu edirik ki, uzun illər uğrunda mübarizə apardığın böyük amallar tezliklə gerçəkləşsin!
Hörmətlə: Sabir Rüstəmxanlı və VHP Siyasi Şurasının üzvləri”
-
Əhməd bəy Ağaoğlunun vəfatından 74 il ötür
ANSPRESS/Bu gün Azərbaycanın tanınmış yazıçı, jurnalist, siyasətçi, pedaqoq, filosof və s. bu kimi sahələrdə özünü inkişaf etdirmiş Əhməd bəy Ağaoğlunun vəfatından 74 il ötür. Hələ Sankt-Peterburqda təhsil aldığı dövrlərdə dostları Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycan və Türkiyədə müasirləşmə və millətçilik fikirlərinin oyanmasında böyük işlər görmüş Əhməd bəy Ağaoğlu təəssüf ki, sovet dövründə məqsdədli olaraq unutdurulub və bu gün kifayət qədər tanınmır.
Fikirləri ilə dərin izlər qoymuş dəyərli ziyalımız, Əhməd bəy Ağayev
20-ci əsrin əvvəllərində, Azərbaycan və Türkiyədə, Qərbliləşmə və millətçilik fikirlərinin oyanmasında böyük işlər görmüş mühüm bir simadır Əhməd bəy Ağayev. Əsilzadə bir ailədən gələn Ağayev, bütün həyatını Türk dünyasının inkişafına, Azərbaycan xalqının öz milli şüuruna və tarixinə sahib çıxmasına həsr edib.
Hələ kiçik yaşlarından oxumağa, öyrənməyə həvəsli olan Əhməd bəy, təhsilini Fransada Sorbonna Universitetində davam etdirib. Ərəb, Fars, Fransız dillərini çox yaxşı öyrənib, 1890-cı ildən etibarən Şərq fəlsəfəsinə və ədəbiyyatına aid ilk məqalələrini dərc etdirib. Bu arada Parisdə ikən “Gənc Türklər” təşkilatının nümayəndələri ilə tanışıb, onlarla görüşmələrində Rusiya Türklərinin milli problemləri ətrafında müzakirələr aparıb. Eyni zamanda vətən ilə də əlaqəsini kəsməyib, bəzən Tiflisdə Rus dilində nəşr olunan “Kavkaz” qəzetində məqalələr nəşr etdirib.
Avropadan qayıtdıqdan sonra Azərbaycanda Məşriq adlı qəzeti çıxartmaq üçün hökümətdən icazə ala bilməyən Əhməd bəy Ağayev, 1896-cı ildə Şuşaya gedərək realnı məktəbdə Fransız dili müəllimi işləməyə başladı. Bu dönəmdə Kaspi qəzetində dərc etdirdiyi bir sıra məqalələrində əsasən müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edirdi.
Əhməd bəy Ağayev, Azərbaycan və ümumən bütün Rusiya türklərinin çar istibdadı altında milli varlıqlarını itirmək təhlükəsi altında qaldıqlarını düşünürdü. Buna görə də hesab edirdi ki, Türklər öz varlıqlarını qorumaq üçün Türklüklərinə sahib çıxmalıdırlar. Bu arada o, Rusiyanın deyil, qərbin örnək alınmasını da tövsiyyə edirdi. Bu səbəblə ona Azərbaycanda qərbliləşmə hərəkətini başladan ilk ziyalı da demək mümkündür.
Şübhəsiz 1905-ci ildə ermənilərin dinc Azərbaycan xalqına qarşı törətdiyi cinayət və qətliamlar Əhməd bəy Ağayevi çox kədərləndirirdi. Fəqət o sadəcə kədərlənməklə qalmır, çar məmurlarının «fitvası» ilə cəsarət alan ermənilərə qarşı elə özlərinin anladığı şəkildə cavab verilməsini tövsiyyə edirdi. Hətta o bu fikirlərini milli qırğınların kəskinləşməsi ilə əlaqədar 1906-cı ilin Fevralın 20-də Qafqaz canişinliyinin Tiflisdə çağırdığı “barışdırıcı qurultay”ında da açıqlamışdı. Ağayev orada Azərbaycan tərəfinin proqramını təqdim etmiş, Azərbaycan xalqına qarşı erməni vəhşətinin dayandırılmasını, Daşnaqsütun partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, əks halda Azərbaycan tərəfinə də müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini söyləнши, gətirdiyi tutarlı dəlillərlə erməni rəhbərlərini susdurmuşdu.
Bu hadisələrdən sonra çar hökümətindən Azərbaycan xalqının xeyrinə müsbət bir cavab alınacağına ümidi qalmayan Ağayev, 1906-cı ildə Şuşaya gəldi, şəhərin nüfuzlu sakinləri ilə məsləhətləşmələr apardıqdan sonra “Difai” partiyasını qurdu. Partiyanın mərkəzi Bakıda yerləşsə də, fəaliyyətləri əsasən şimal-qərb bölgələrində idi. Üzvlərinin sayı 1000 nəfərə çatan Difaiyə xalq arasında böyük rəğbət vardı.
Difai Partiyası erməni terroruna qarşı silahlı mübarizəni məcburi bir yol kimi seçmişdi. Çünkü çar höküməti və onun məmurları dinc Azərbaycan xalqının öldürülməsinə, evlərinin və mallarının talan edilməsinə açıqca göz yumurdular. Bu isə Difaiçiləri daha ciddi addımlar atmağa sövq edirdi. Bu addımlardan ən mühümü erməni vəhşiliyinə göz yuman çar məmurlarını cəzalandırmaq idi. 1906-cı ilin sonuna doğru Difaiçilər Şuşa general-qubernatoru V. N. Qoloşapovu və onun dəftərxana müdiri Kleşinskini qətlə yetirdilər. 1907-ci ildə bu dəfə Naxçıvan qəza rəisi podpolkovnik Engel də öldürüldü. Maraqlı cəhət orasıdır ki, Difaiçilər hər bir aksiyadan sonra özlərini gizlətmir, açıq bir şəkildə bütün məsuliyyəti öz üzərilərinə götürürdülər. Üstəlik qəzetlərə göndərdikləri bəyanatlarda qətllərin səbəblərini izah edir, dinc Azərbaycan xalqına qarşı bu cür siyasət yeridənlərin hamısını bu cür aqibətin gözlədiyini açıqlayırdılar.
1908-ci ildə Çar hökümətinin Difaiçilər və Əhməd bəy Ağayevə qarşı təzyiqləri artdı. Onun qəzetləri bağlandı, özü təqib edilməyə başlandı. Nəticədə Ağayev, Türkiyəyə getməyə məcbur qaldı. Difaiçilər isə kültəvi şəkildə həbs edildilər.
Türkiyəyə mühacirət edən Ağayev, daha öncə Fransada tanış olduğu Gənc Türklərlərə yaxınlaşdı, İttihad Tərəqqi partiyasına daxil oldu. Eyni zamanda Türkiyədə elmi, publisistik fəaliyyətlərini də davam etdirərək “Tərcüman-ı Həqiqət” qəzetinin redaktoru vəzifəsində işləməyə başladı. Bu arada qeyd etmək lazımdır ki, “Türk Yurdu” jurnalının yaradıcılarından biri olan Ağayev, Türkçülük hərəkatının məşhur ideoloqlarından biri kimi Əlibəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdullah Subhi və başqaları ilə çiyin çiyinə çalışmış, Afyonqarahisardan Osmanlı məclisinə deputat seçilmişdi.
1918-ci ilin may ayının 28-də Azərbaycan Cumhuriyyəti elan olunduqdan sonra Osmanlı və Azərbaycan arasındakı müqaviləyə əsasən Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam ordusu ölkəmizə gəldi. Bu sırada Ə. Ağayev də Nuri Paşanın siyasi müşaviri kimi muhacirətdən Azərbaycana qayıtdı. Xüsusən “İyun böhranı” dövründə Nuri Paşa ilə Milli hökümət arasında anlaşmazlıq yarananda, iki tərəf arasındakı ümumi razılığa gəlinməsində vasitəçilik etdi.
Əhməd bəy Azərbaycan Cumhuriyyəti parlamentinə üzv seçilmişdi. Ayrıca Paris sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə qatılmış, lakin İstanbulda “Türk jurnalisti və Osmanlı parlamenti üzvü” kimi təqdim olunaraq İngilislər tərəfindən həbs edilmişdi. 26 aylıq Maltada sürgün həyatı yaşadıqdan sonra Atatürkün təşəbbüsü ilə azadlığa buraxılıb və 1921-ci il mayın 28-də İstanbula qayıdıb.
Türkiyəyə döndükdən sonra Atatürk rəhbərliyində davam edən Milli Qurtuluş müharibəsinin fəallarından biri olub. Türkiyə Böyük millət məclisi açıldıqdan sonra Qarsdan iki dəfə millətvəkili seçilib. Eyni zamanda Ankara Universitetində professor və Hakimiyyəti Milliyə qəzetində redaktor işləyib.
Əhməd bəy Ağayev bütün həyatı boyunca Qərb mədəniyyətinin öyrənilməsi və tətbiqini tövsiyyə edib. Onun, Azərbaycan, Türkiyə və ümumiyyətlə Rusiya türkləri arasında millətçilik düşüncələrinin oyanmasında misilsiz rolu olub. Sovet dövründə “Panislamist”, “Pantürkist” adlandırılaraq adı və əsərləri unutdurulmağa çalışılıb. Lakin son dönəmlərdə onun haqqında ölkəmizdə geniş tədqiqatlar aparılmaqda, 20-ci əsrin əvvəllərində fikir və fəaliyyətləri ilə Azərbaycan xalqının rəğbətini qazanmış bu dahi insanın həyatı öyrənilməkdədir.
Ramin Sadıqov tarix üzrə fəlsəfə doktoru
Azərbaycan Müəllimlər İnstitutu
Şəki filialının tarix müəllimi -
Sabir Rüstəmxanlı Gürcü xalqını təbrik etdi!
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibəti Gürcüstan Respublikasının prezidenti cənab Mixail Saakaşviliyə təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: “Hörmətli cənab prezident!
Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə Sizi və Sizin timsalınızda bütün gürcü xalqını səmimi qəlbdən təbrik edirəm.
1918-ci ilin 14 fevralında Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilən deputatların Tiflisdə toplanaraq, Zaqafqaziya Seymi yaratması xalqlarımızın taleyində xüsusi əhəmiyyət kəsb edirdi. Bundan bir müddət sonra, aprelin 22-də Seymin mərkəzi Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikası yaratması həmin dövrdə Çar Rusiyasının əsarətindən tamamilə xilas olmaq və imperiya siyasətinə qarşı Zaqafqaziya xalqlarının birgə mübarizəsini təşkil etmək baxımından dövrün ictima-siyasi reallıqları nəzərə alınmaqla düşünülmüş uğurlu model idi.
Təəssüf ki, erməni deputatların və millətçi ekstremistlərin Azərbaycana və Gürcüstana qarşı torpaq iddiaları Zaqafqaziya Demokratik Federativ Respublikasının güclənməsinə və şimaldan gözlənilən istilanı birgə dəf etməyə əngəl oldu. Məhz bu səbəb gürcü deputatların haqlı etirazını şərtləndirdi və 26 may 1918-ci ildə Gürcüstanın müstəqilliyi elan edildi.
Bunun ardınca, mayın 28-də müsəlman deputatlar Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdilər.
Azərbaycan və gürcü xalqlarının taleyi bir-irinə çox bağlıdır: hər iki xalq ötən əsrin sonlarına doğru müstəqillik yolunda qurbanlar verdi – 9 aprel 1989-cu ildə Tiflisdə etiraz aksiyasına hərbi müdaxilə ilə baş verən qırğınlar 20 yanvar 1990-cı ildə daha geniş miqyasda Bakıda təkrarlandı; hər iki ölkə ötən əsrdə ikinci dəfə qazandıqları müstəqilliyinin ilk illərindən etnik separatizmlə üzləşdi və təəssüf ki, bu separatizmin əziyyətini hələ də çəkməkdəyik – Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda isə Dağlıq Qarabağın Rusiyanın birbaşa müdaxiləsi ilə işğal faktı davam edir.
Buna baxmayaraq, Azərbaycan və gürcü xalqlarının dostluğu, strateji əməkdaşlıq və qardaşlıq, qarşılıqlı yardım dövlətlərimizin üzləşdiyi daha ciddi milli təhlükələrdən qurtulmaqda yardımçı olmuşdur. 1991-ci ildən başlayaraq iki dost dövlət arasında genişlənən iqtisadi-siyasi və strateji əməkdaşlıq hazırda çox yüksək səviyyədədir. Təsadüfü deyil ki, Azərbaycan öz enerji resurslarının daşınmasında əsas tərəfdaş kimi Gürcüstan üzərindən əməkdaşlıq etmək strategiyasını seçdi. Xatırladaq ki, Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz, Bakı-Qars dəmir yol xətlərinin məhz Tiflisdən keçməsini bütövlükdə Azərbaycan xalqı, Azərbaycanın istisnasız olaraq bütün siyasi partiyaları dəstəklədilər.
Hörmətli cənab prezident!
Bir daha Sizi və Sizin timsalınızda gürcü xalqını Müstəqillik Günü münasibət ilə təbrik edir, Sizə can sağlığı, uğurlar, gürcü xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələr daim artan xətlə inkişaf edəcək, hər iki dövlətin geridönməz müstəqilliyinin qarantı, siyasi-iqtisadi inkişafının özəyi kimi əbədi olacaqdır”.
-
“Nida”-çı gəncin vəsatəti təmin edilmədi
Bu gün, “Nida” Vətəndaş Hərəkatının həbsdə olan İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin barəsində seçilən həbs qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı şikayətinə baxılıb. Vəkil Yalçın İmanovun sözlərinə görə, Üzeyir Məmmədlinin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət təmin edilməyib: “Məhkəmə prosesi hakim Elman Əhmədovun işi aparmasına etirazımızla başladı. Bu şikayətimiz təmin edildi və prosesə saat 15-ə qədər fasilə verildi. Fasilədən sonra prosesə Nəsimi Rayon Məhkəməsinin digər hakimi İkram Şirinov sədrlik etdi. Təəssüf ki, Üzeyir Məmmədlinin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət təmin edilmədi”. Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatının 7 üzvü həbsdədir. Onlar, Əzizov Məmməd, Quliyev Bəxtiyar , Novruzlu Şahin, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlıdır. Onlara qarşı 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Əzizov Məmməd ,Quliyev Bəxtiyar və Novruzlu Şahinə həm də Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib. Vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunur.
-
Azərbaycan “Eurovision 2013” mahnı müsabiqəsində ikinci yeri qazanıb
Mayın 18-də İsveçin Malmö şəhərində “Malmö Arena”da “Eurovision 2013” mahnı müsabiqəsinin final şousu keçirilib. APA-nın İsveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, builki final şousunun açılış mərasimi, hər il olduğu kimi, yaddaqalan təşkil olunub. Finalda iştirak edən 26 ölkə təmsilçisinin hər biri tamaşaçı zalından səhnəyə xüsusi qurğu ilə asılmış yolla səhnəyə gələrək bütün Avropa qarşısına çıxıblar. Azərbaycanın üç rəngli bayrağı da bu səhnədə dalğalanan 26 ölkə bayrağından biri olub. Final mərhələsində 26 ölkə təmsilçisi ardıcıl olaraq öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Fərid Məmmədov “Hold me” mahnısı və bu müsabiqə üçün hazırlanmış xüsusi şou ilə bütün zalın alqışlarını qazanıb.
Final şousunda ötən il Bakıda qalibiyyət qazanan Loreen də çıxış edib. O həm də ona qalibiyyət gətirən musiqini çox gözəl şou ilə təqdim edib.
Qeyd edək ki, Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro və Gürcüstan Azərbaycana 12 bal verib.
Ukrayna, Rumıniya, Belarus ölkəmizə 10 xal təqdim edib.
Moldovadan, Fransadan, Kiprdən Azərbaycana 8 bal verilib.
Azərbaycan isə 8 balı Maltaya, 10 balı Gürcstana, 12 balı isə Ukraynaya verib.
Danirmarka 281, Azərbaycan 234, Ukrayna 214 balla “Eurovision 2013” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar. Qeyd edək ki, bu Danimarkanın “Eurovision” müsabiqəsində üçüncü qələbəsidir.
Beləliklə, “Eruovision 2014” yarışması Danimarkada baş tutacaq.