Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Ədalət Qərib-39

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Kəlbəcər rayon təşkilatının sədri Ədalət Salahovu 39-cu doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    “Hörmətli Ədalət bəy!
    Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayıram. 39 yaş ömür üçün elə də çox olmasa da Siz bu yaşadək gözəl insan, istedadlı şair, vətənpərvər siyasətçi kimi həm cəmiyyətdə, həm də partiyada hər kəsin sevgisini qazanmısınız. Öz fəaliyyətinizdə və yaradıcılığınızda haqq-ədalət uğrunda mübarizə, həm də Azərbaycanın gözəl məkanlarından olan yurdunuza qayıtmaq eşqi hər zaman Sizinlə birgə olub. Məhz bu keyfiyyətlər bu yaşda Sizi sevdirib və hər kəsin içində xüsusi bir hörmət qazandırıb.
    Hörmətli Ədalət bəy!
    Sizi bir daha təbrik edirik və Sizə arzunuza çatmağı, ömrünüzü arzuladığınız ədalətli cəmiyyətdə və doğma yurdunuzda keçirməyi arzulayıram”.

  • Xəyanətin gizli əli

    İbrahim QULİYEV

    Məlum olduğu kimi, Azərbaycanın beynəlxalq nüfuzu və imici diaspor və lobiçilik fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Ölkə iqtisadiyyatının yüksəlişi, Azərbaycanın Avropa məkanına inteqrasiyası respublikamızın mövqelərini getdikcə gücləndirməkdə, onun siyasi və iqtisadi nüfuzunu artırmaqdadır. Son illərdə ölkəmizin nəhəng tədbirlərə ev sahibliyi etməsi də deyilənləri sübut edir. Lakin bütün bunları gözü götürməyən, Azərbaycanın beynəlxalq nüfuzundan əndişələnən qüvvələr heç də əllərini əllərinin üstünə qoyub gözləmir,  fürsət düşdükcə respublikamızın imicinə zərbə vurmaq və Azərbaycan xalqının vəhşi obrazını yaratmaq üçün əllərindən gələni edirlər. Bədxah qonşularımız əllərinə düşən hər bir fürsətdə  Azərbaycanla bərabər Türkiyəni ləkələməyə, onu gözdən salnmağa çalışırlar. Hər il mart ayında ortaya atılan “erməni soyqırımı” iddiasının bu il yüzillik adı ilə xüsusilə qabardılması, hətta Roma papasının, erməni diasporunun xüsusi aktivliyi sayəsində, bu böhtana dəstək verməsi dediklərimizin bariz nümunəsidir. Erməni diasporu son illərdə bir çox ölkələrdə istədiyinə nail olub desək, səhv etmərik: bır sıra Avropa ölkələrinin parlamentlərinin “soyqırımı faktını” tanınması məhz onların fəaliyyəti ilə bağlıdır. Təssüf ki, yalançı, qondarma erməni hay-küyünün müqabilində XX yüzilliyin ən amansız facilərindən biri olan Xocalı müsibətini biz dünyaya tanıtdıra bilməmişik. Türkiyə cümhur başkanının dediyi kimi, Xocalı qətliamının hesabını kimsədən sormamışıq. Doğrudur, son illərdə bu istiqamətdə müəyyən addımlar atılmış, xüsusən də Xocalı faciəsinin anım mərasimlərinin azərbaycanlıların beynəlxalq aksiyasına çevrilməsi yönündə bir sıra işlər görülmüşdür; xaricdə təhsil alan gənclər, ayrı-ayrı ictimai qurumlar, müxtəlif səbəbdən Azərbaycanı tərk etmiş insanlar hər il fevral ayında bu tədbirlərdə iştirak edir, Azərbaycanın haqlarını dünyaya çatdırmağa çalışırlar. Qarabağın Ermənistan tərəfindən işğalı faktının, 1 milyon azərbaycanlının doğma yurdundan didərgin salınmasının, ikili standartlar üzündən haqqın nahaqqa qurban verilməsinin, ümumiyyətlə, Azərbaycanın ikiyə bölünmüş bir xalq olmasının beynəlxalq aləmə çatdırılmasında Dünya Azərbaycanlıları Konqresinin son illərdəki aktiv və davamlı fəaliyyəti xüsusi qeyd edilməlidir. Konqres rəhbərliyi ölkədən-ölkəyə gəzərək dünyaya səpələnmiş azərbaycanlıları azərbaycançılıq- türkçülük məfkurəsi ətrafında toplamağa çalışırlar. Uzaq Avstraliyadan başlamış Avropaya, Asiyadan Amerikaya qədər dünyaya səpələnmiş azərbaycanlıların kooridanisiya olunması müstəqil Azərbaycan Respublikasının beynəlxalq imicinin formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Bu gün Dünya Azərbaycanlıları Konqresinin hər qurultayı beynəlxalq miqyasda milli birlik, milli həmrəylik günü kimi simvolizə olmaqdadır. Ermənistan, İran DAK-ın qəbul etdiyi qərarlara son dərəcə həssaslıqla yanaşır, onun bir ictimai təşkilat olmasına baxmayaraq, qərarlarının tarixi əhəmiyyətinə xüsusi diqqət yetirirlər. Açığını deyək, dünyanın müxtəlif ölkələrində dünyaya göz açan Azərbaycanlı balalarının Azərbaycanı sevməsı və tanımasında belə təşkilatların əvəzsiz rolu var.. Əlbəttə, Dünya Azərbaycanlıları Konqresinin beynəlxalq nüfuzunun formalaşmasında, onun dünya azərbaycanlıları üçün vahid bir mərkəzə, ocağa çevrilməsində millət vəkili, xalqın sevimli şairi Sabir Rüstəmxanlınının şəxsi nüfuz və əlaqələrinin xüsusi əhəmiyyəti də qeyd edilməlidir. Bütün ömrü boyu Azərbaycan haqlarını dünyada tanıtmağa, dünyaya səpələnmiş azərbaycanlıların hüquqlarını müdafiə etməyə doğru yol gələn S.Rüstəmxanlı həm fərdi, həm millət vəkili, həm də DAK sədri kimi ictimai fəaliyyəti ilə Azərbaycana qarşı düşmən mövqeyində dayanan qüvvələrə qarşı meydan açmışdır. Azərbaycan xalqının parçalanmış xalq olması və İranda türklərinin hüquqlarını pozulması faktlarınınBMT səviyyəsində etiraf edilməsindəDAK sədrlərinin geniş və ardıcıl fəaliyyəti xüsusi rol oynaməşdəır. Sabir Rüstəmxanlınınİran İslam Respublikasının dini lideri Xamneiyə ünvanladığı məktub Güneydəki soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində son illərin ən ciddi addımlarından biri sayıla bilər. Bu gün dünyanın əksər ölkələrində yaşayan azərbaycanlılar DAK-ın ətrafında birləşmək istəyirlər. Daha doğrusu, canında -qanında vətənpərvərlik, milli kimlik duyğusu olan hər bir şəxs S.Rüstəmxanlı və F. Pərvizniyanin rəhbərlik etdiyi bu təşkilatın sıralarında mübarizə aparmağı özü üçün qürur hesab edir desək, səhv etmərik. Məhz bu ruh, bu duyğu  bir vaxtlar DAK adına iddialı çoxsaylı təşkilatların bir araya gəlməsində, bir məqsəd uğrunda mübarizəyə qoşulmasında əsas amil olmuşdur. Tam məsuliyyətlə deyə bilərik ki, indi həm regiondakı, həm də böyük dünyadakı çoxsaylı düşmənlərin qarşısında cəsarətlə söz deyən DAK Azərbaycan diasporunu bir araya gətirə bilən yeganə təşkilatdır. Məhz DAK-ın gündən-günə artan bu nufuzu, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi həm ölkə xaricindəki düşmənlərimizi, həm də daxildəki müəyyən qüvvələri qıcıqlandırmaqdadır. Xüsusən də, DAK-ın ötən ay İstanbulda keçən son uğurlu qurultayından sonra həmin qüvvələr aktivləşməyə başlamışlar və hüquqi statusu olan DAK-ın fəaliyyətini aşağılamaq məqsədi ilə qondarma təşkilatlar düzəldərək ya DAK adı ilə, ya da DAK-ın nümayəndəlikləri adı ilə cəmiyyətə təqdim etməyə, necə deyərlər, dünya azərbaycanlılarını çaşdırmağa çalışırlar. Təbii ki, onlar özlərinə bəraət qazandırmaq üçün müxtəlif uydurmalara əl atır, hətta vaxtilə DAK-da olduqlarını yada salırlar. Hansı bəhanə və arqumenti irəli sürmələrindən asılı olmayaraq onların niyyətləri çirkindir. Əgər bu şəxslər dünya azərbaycanlılarının təşkilatı olmaq istəyirlərsə, niyyətləri düzdürsə, qoy onda gedib başqa bir ad altında fəaliyyət göstərsinlər. Axı beynəlxalq aləmdə tanınmış, nüfuzlu təşkilatlarımız nə qədər çox olsa, məqsədə bir o qədər tez çata bilərik. İranın, Ermənistanın müxtəlif adlar altında fəaliyyət göstərən onlarla təşkilatı var… Demək, bu şəxslərin məqsədi diaspor hərəkatını genişləndirmək, dünya azərbaycanlılarını bir araya gətirmək deyil, əksinə onu zəiflətmək, söndürməkdir. Türkçülükdən dəm vura-vura güneylilərli quzeylilərə qarşı qızışdanlar, İran adını  hallandıra-hallandıra təşkilatlarımıza böhtan ataraq İran molla rejiminin yolunu gedənlər yenə ortadadırlar. İstər-istəməz sual doğur: bu adamlar kimə işləyir, hansı dəyirmana su tökürlər? Təbii ki, Azərbaycana işləmirlər. Üstəlik orası da bəllidir ki, bu şəxslər dəstəksiz, yardımsız fəaliyyət göstərməyə, konfrans keçirməyə qadir deyillər. Niyyəti dünya azərbaycanlılarının hüquqlarını müdafiə etməyə yönəlmiş bir təşkilatı parçalamağa, onu nüfuzdan salmağa onlar cəsarət etməzlər. Önəmli olan onların arxasında kimin və ya kimlərin dayandığıdır.  Ümumiyyətlə, bu ölkədə hər hansı bir monolit, nüfuzlu təşkilat meydana çıxan kimi dərhal ona qarşı kampaniyalar başlanır, o, parçalanana, yüz yerə bölünənə qədər Çünki onlar ın bütün digər diaspor təşkilatlarımıza yanaşma siyasətləri eynidir: Böyütmək əvəzinə xırdala, özündən asılı vəziyyətə sal! əl çəkmirlər… Ancaq bu dəfə onların bu çirkin niyyəti baş tutmayacaq, Bu halda sual oluna bilər ki, biz niyə bu məsələnin üzərində belə geniş dayanırıq? Əgər onlar heç nə edə bilməyəcəklərsə, “… karvanın keçməsi” məsəlini xatırlatmaqla mövzunu qapatmaq olmazdımı? Olardı! Əgər burada dünyada Azərbaycan diasporunu yaratmaq və bir araya gətirmək bir nömrəli vəzifəsi olan dövlət qurumunun əli olmasaydı… Çünki bu bölücü qüvvələr hər yerdə onların arxasında Xaricdə Yaşayan Azərbaycanlılarla İş ürə Dövlət Komitəsinin dayandığını deyirlər. Biz inandıq-inanmadıq, ortada gəzən söhbət belədir! Bəziləri bunun səbəbini hazırda fəaliyyətinin nədən ibarət olduğu bəlli olmayan, lakin dövlət büdcəsindən böyük məbləğdə maliyyə alan Komitənən öz zəifliyini, daha doğrusu fəaliyyətsizliyini ört-basdır etmək üçün DAK-ı nüfuzdan salmaq, bunun müqabilində özü üçün işgüzar fon yaratmaq niyyətində görürlər. Biz bu qənaəti qəbul etməklə yanaşı, məsələnin kökünün daha uzaqlara gedib çıxa bilmə ehtimalından yana narahatlığımızı da qeyd edirik. Məlum məsələdir ki, İran İslam Respublikası DAK-ın fəaliyyətindən, dünyadakı azərbaycanlıların bir araya gəlməsindən hədsiz əndişələnir. Dilini, əlifbasını əlindən aldığı 35 milyonluq Güney azərbaycanlısının Şimaldakı azərbaycanlılarla, o cümlədən dünyaya səpələnmiş Azərbaycan türkü ilə qovuşması molla rejimi üçün ciddi təhlükə deməkdir. Ona görə də İranın hakim dairələri bu xalqı “parçalayıb hökm sürmək” siyasətini həyata keçirmək üçün bütün vasitələrə əl atırlar. Bizim qənaitmizcə, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin bu gün qondarma “DAK-lara”, daha doğrusu parçalayıcı qüvvələrə dəstək verməsi İran hakimiyyətinin antiAzərbaycan siyasəti ilə üst-üstə düşür. Yəni Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimlərinsə qarşısında öhdəlik götürübmü? Təbii ki, suala birmənalı cavab vermək mümkün deyil. Amma beynəlxalq aləmdə nüfuzu getdikcə artan, bir çox dünya ölkələrinin parlamentlərində Azərbaycan xalqının mötəbər təmsilçisi kimi qarşılanan Dünya Azərbaycanlıları Konqresinə qarşı çıxan qüvvələrə XYDK-nın himayədarlıq etməsini başqa heç cür izah etmək də mümkün deyil. Əslində, sivil dünyada dövlətlərin, hakimiyyətlərin deyə bilmədiyi, lakin xalqın maraqlarını əks etdirən fikirləri ictimai təşkilatlar səsləndirir, dövlət isə onları himayə edir. Çünki dövlətlərin diplomatiyalardankənar bəyanatları beynəlxalq aləmdə birmənalı qarşılanmır, ziddiyyətləri kəskinləşdirir, buna görə də dövlət ictimai qurumların dili ilə danışır. Cənab Nazim İbrahimov məgər bunları bilmir? Bilib bu şəkildə hərəkət edirsə, demək ortada başqa maraqlar və niyyətlər var. Hələ bu niyyətlərin daha uzaqlara, Azərbaycanla açıq-açığına düşmənçilik aparan dövlətlərə gedib çıxa biləcəyini demirik. … Bir sözlə, bu gün Sabir Rüstəmxanlının həmsədri olduğu Dünya Azərbaycanlıları Konqresi dünyadakı azərbaycanlıların doğma ocağı, müqəddəs ünvanıdır. Bu təşkilata qarşı yürüdülən açıq və gizli düşmənçilik siyasəti yalnız və yalnız təəssüf hissi doğurur, çünki bu siyasət 50 milyonluq azərbaycanlıya qarşı bir siyasətdir. Bu, Heydər Əliyevin müəyyən etdiyi lobbiçilik strategiyasına qarşı düşmənçilik xəttdidir. Eləysə, bu dövlətin çörəyini yeyib ona arxa çevirənlərə Siz nə ad verərdiniz, cənab Nazim İbrahimov? Biz buna ad tapa bilmirik…

  • VHP və DAK birgə beynəlxalq konfrans keçirəcək

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) birgə təşkilatçılığı ilə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaradılmış Güney Azərbaycan Milli Hökumətinin 70-ci il dönümünə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.

    VHP-dən İnterpress.az-a verilən məlumata görə, mayın 22-də partiyanın qərargahında keçiriləcək konfrans həmçinin Təbrizdə və Güney Azərbaycanın digər şəhərlərində “İran” qəzetinin Azərbaycan türklərini təhqir etməsinə etiraz olaraq 2006-ci il mayın 22-də başlanan “Xordad” hərəkatının 9-cu ildönümünə həsr olunacaq.

    Konfransda Milli Hökumətin fəaliyyəti ilə bağlı həmin hökumətdə təmsil olunmuş şəxslər, tarixçi alimlər çıxış edəcək, “Güney Azərbaycan: dünən və bu gün” mövzusunda müzakirələr aparılacaq.

    Təıdbirdə alimlər, siyasətçilər, millət vəkilləri və Güney Azərbaycan Milli Hərəkatının fəalları iştirak edəcək.

    İnterpress.az

  • VHP-nin təşkilat sədrləri birgə bəyanat yaydılar

    Avropa parlamentində Azərbaycanda yaşayan talış və ləzgi xalqarının durumuna həsr olunmuş “Azərbaycanda ikili standartlar və milli azlıqların hüquqlarının pozulması” adlı konfrans keçirilib. Ələkrəm Hümbətov adlı bir yaramazın dəstəyi ilə keçirilən konfransla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Qusar, Lənkəran, Lerik və Astara rayon təşkilatları birgə bəyanat yayıb. Bəyanatda deyilir:

    XX əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətində insanların dini, irqi və milli bərabərliyi haqda qanun qəbul olunarkən Avropada nəinki bu haqda təsəvvür belə yox idi, hətta bir çox Şərq ölkələrində Avropa dövlətlərinin istismarı davam edir, insanlara rənginə görə fərq qoyulurdu. Bu gün də həmin ənənələr davam edir. Azərbaycan dini, milli haqların qorunması və azsaylı etnik qrupların bərabərliyinin təmin olunması, dini və milli tolerantlıq baxımından Avropanın bir çox dövlətlərinə örnək ola bilər. Azərbaycanda indiyə qədər bir dəfə də olsun, dini və milli zəmində nəinki hansısa geniş qarşıdurma, hətta kiçik dava da qeydə alınmayıb. Bu baxımdan Avropa Parlamentində keçirirən sərsəm və normal insan məntiqinə sığmayan bu konfrans vicdan və insanlıq hissindən kənardır.

    Talış və ləzgi xalqı heç bir zaman özünü Azərbaycan türkündən ayrı hiss etməyib. Azərbaycan vətəndaşları yüz illərdir birgə yaşayışın ən ideal formasını tapıblar, bu isə azərbaycanlıların adət, ənənəsinə çevrilib.

    Ələkrəm Hümbətovun özünün belə bir tərəfi talış olsa da, damarlarında türk qanı axır. Düşmən qüvvələrin əlində alətə çevrilən və özünü talış adlandıran bu şəxsin nə talışa, nə də ümumiyyətlə Azərbaycana bir aidiyyəti var. Vətən xaini olan Ə.Hümbətov özünün bədnam hərəkətləri ilə bütün cənub bölgəsinin əhalisinin nifrətini qazanmışdır. Düşmənlərin əli ilə 1993-cü ildə qondarma “Talış Muğan Respublikası”nı yaratdığını elan edən və Azərbaycanın ərazi bütövlüyünü parçalamış bu avanturist nə vaxtdan talışların vəkili olub?!

    Belə bir reputasiyaya malik bir varlığın Avropa Parlamenti kimi ciddi bir qurumla birgə adının hallanması isə qərbli deputatlara başucalığı gətirmir. Biz Azərbaycanın şimal və cənub bölgəsindən olan insanlar ölkəmizdə milli birliyin olmasını əminliklə birdirir və etnik müstəvidə problemləri olan Avropa dövlətlərinin nümayəndələrini birgəyaşayışın ideal nümunəsini öyrənmək üçün Azərbaycana dəvət edirik.

     

    VHP Qusar rayon Təşkilatının sədri Həsənbala Məmmədov

    VHP Lənkəran Şəhər Təşkilatının sədri Habil Əliyev

    VHP Astara rayon Təşkilatının sədri Səfərəli Teymurzadə

    VHP Lerik rayon Təşkilatının sədri Həşim Nəsirov

  • Qalib Quliyev-70

    Qocaman VHP üzvü, bələdiyyə mütəxəssisi Qalib Quliyevin 70 yaşı tamam olur.
    Bu münasibətlə, onu Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı təbrik edib.

    Təbrikdə deyilir.
    “Hörmətli Qalib bəy!
    Sizi 70 yaşınız tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edir və sizə can sağlığı, ömür xoşbəxtliyi arzu edirəm.
    Siz əqidəsinə və tutduğu yola sadiq dəyirli ziyalılardansınız.
    VHP-nin boy artımında və təşkilatlanmasında ən çox fədakarlıq göstərənlərdən birisiniz. Sizin 70 illik həyat yolunuz əsl ziyalı, vətənpərvər bir insanın nümunə göstəricisidir. Həm də VHP üzvü kimi biz çiyin-çiyinə siyasi mübarizədə bir yerdəyik. Bu vaxtadək olan fəaliyyətiniz, ömür yolunuz hər zaman gənclərimizə örnəkdir. Ağsaqqal öyüdü və məsləhətini hər zaman yüksək tutan xalq olaraq sizin kimi ziyaılıların dəyəri böyükdür. Mən də bu yaşında dəyərə çevrirələn Sizi təbrik edir və bir daha Sizə can sağlığı və uzun ömür arzulayıram. Hər zaman uğur sizinlə olsun və Tanrı qorusun!”.

  • Mühacirət “biznesi”…

    Son günlərdə Avropada mühacir həyatı yaşayan soydaşlarımız mətbuatda və sosial şəbəkələrdə ciddi tənqid atəşinə tutulurlar. Bu hal müxbirimiz Sevinc Telmanqızının Avropadakı mühacirlərimizin həyatından hazırladığı reportajlardan sonra daha da güclənib.



    Bəzi soydaşlarımızın Azərbaycandakı təzyiq, təqib və işgəncələrə görə mühacirətə getmələri ilə bağlı fikirləri cəmiyyət tərəfindən qınaq obyektinə tuş gəlib. Eyni zamanda mühacirət eşqi ilə siyasi qurumlara üz tutanlar, belə şəxslərə müəyyən məbləğlər qarşılığında arayış verən partiya rəhbərləri də sərt tənqid atəşinə məruz qaldılar.

    VHP-nin happy wheels demo İcra Aparatının rəhbəri Samir Əsədli mühacirətə getmək üçün partiyaya üzv olmaq istəyənlərin olduğunu qeyd etdi:

    “Dəfələrlə belə halların şahidi olmuşuq. Bunun qarşısını almışıq. Üzvlüyə qəbul etməmişik. Arayış istəyənlər olub. Amma verilməyib. Elə adamlar var ki, bəzi partiyalara qoşulur, bir-iki şəkil çəkdirir, sonra çıxıb gedirlər. Ölkədə təqib, təzyiqlər var. Bundan sui-istifadə edənlər olub. Mən bu ölkədə doğulmuşam, burada da yaşamalıyam. Gedənlərin arasında tutulma təhlükəsi olanlar təbii ki, çoxdur. Kifayət qədər tanıyıram. Onu da qeyd edim ki, bu yoldan istifadə edənlərə arayış verənlər də var. Bu hallar qınanmalıdır”.

    “Yeni Müsavat” qəzeti

  • Dost sözü

    Sabir Rüstəmxanlı

    Bu gün görkəmli içtimai- siyasi xadim , filologiya elmimizdə, tarixşünaslığımızda tək başına bütöv bir institut qədər iş görmüş filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun doğum günüdür.
    Firudin bəylə təqribən 45 il öncə tanış olmuşduq. “Apastrof lazımdırmı?” adlı bir məqaləsini oxumuş və işlədiyim “Ədəbiyyat və incəsənət “ qəzetində dərc etmişdim. Nəticəsi göz önündədir, indi artıq dilimizdə lazımsız apastrof işarəsi yoxdur.
    Elə ilk tanışlıqdan uzun illərin yaxınına , dostuna çevrilmişdik. Yəqin burda milli- filoloji dəyərlərə münasibətlərimizdəki yaxınlıqla yanaşı , vətəndaşlıq mövqeyi, xalqımızın taleyi ilə bağlı düşüncə və arzularımızdakı oxşar cəhətlər də rol oynamışdır.
    Firudin Ağasıoğlu ixtisasca dilçidir; bu sahədə dəyərli araşdırmaları var . Lakin, xalqımızın taleyi və ötən yüz ilin 60-ci illərindən filologiyamızda , ədəbi , içtimai , elmi fikrimizdə güclənən milli özünü dərk prosesi , tarixi yaddaşın bərpası və güclənməsinə olan içtimai tələbat onu həm də bir tarixçiyə , içtimai xadimə , elm , təhsil və vətəndaş qurumlarının təşkilatçılarından birinə çevirdi.
    Dilçilərin tarixə marağı təsadüfü sayıla bilməz. Xüsusən Azərbaycan türkləri kimi tarixi “Siyasət canavarına “ bağlanan, qurban verilən , saxtalaşdırılan, ilk mənbələri yox edilən bir xalqın dili həm də ən etibarlı bir tarix mənbəyi , tarix güzgüsü rolu oynayır.
    Səksəninci illərin ortalarından başlayaraq biz bütün siyasi proseslərdə xalq içində, müstəqillik uğrundakı mübarizələrdə yanaşı olmuşuq.
    “Varlıq “ birliyin əsas qurucularından idi , meydana bir yerdə çıxmışıq. O , nümayış komitəsinin ilk başçısı idi. Mən meydanı idarə edənlərdən biri idim. Meydan hərakatından sonra mən ölkədə ilk müstəqil qəzet olan “Azərbaycan”ı çap edəndə Firudin bəy onun redaksiya heyəti üzvlərindən biri oldu. Qəzetdə latın qrafikasına keçid kampaniyasını başladıq və sonralar bunu bir yerdə həyata keçirdik.
    Meydanda və sonralar bir çox məsələlərdə münasibətlərimiz eyni idi. Və buna görə qaragürühların hücumlarını da gördük. Və birgə müqavimət göstərdik, birgə mübarizə apardıq.
    Millət vəkili olaraq müstəqillik uğrunda mübarizənin çətin yollarından keçdik. Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında “Konstitusiya Aktı” na qol çəkdik, müstəqil dövlətimizin nazirləri olduq.
    Yanaşı gördüyümüz işlər keçdiyimiz yollar haqqında ətraflı yazmaq imkanı yoxdur, bu geniş vaxt aparar.
    Qarabağ cəbhəsində ermənistanla sərhəd bölgələrində quzeydən güneyə çoxlu görüşlərimiz oldu, təhlükələrdən adladıq. Bütün bunlarla yanaşı əsas işimizdən uzaqlaşmadıq.
    Firudin Ağasıoğlu əsl elm adamıdır. Son illərdə yaşadığı bütün sıxıntılara baxmayaraq öz elmi araşdırmalarını yarımçıq qoymadı. Neçə – neçə bir – birindən dəyərli əsər yazdı. Onu İbrahim peyğəmbər haqqında araşdırmaları , “ Azər xalqı”, “ Daş baba”, “Etrusklar” adlı kitabları ümumtürk tarixinə çox dəyərli tövsələrdir.
    Firudin bəylə üst- üstə düşən bir fikrimiz də türklərin ata yurdlarının ilk coğrafi məkanlarının Altay deyil , Urmiya hövzəsi Ön Asiya olmasıdır.
    Bu konsepsiya türkçülük elmində inqilabi bir hadisə və dönüş nöqtəsi sayılmalıdır. F. Ağasıoğlunun bu mövqeyi təsdiqləyən 9 cildlik “Azərbaycan türklərinin İslama qədər tarixi” kitabı müəllifinin böyük elmi kəşfi və Azəraycan tarixşünaslığının uğuru sayılmalıdır. Hələlik 3 cildi çap olunmuş bu əsər siyasi , dini maraqlarla saxtalaşdırılan tarixşünaslığımızda mənəvi işğala son qoyur. Oxucunun üzünü tarixi həqiqətləri açır. Təəssüf ki, həmin əsər hələ ki, geniş müzakirəyə cəlb edilməmiş və əsl elmi qiymətini almamışıdır. Amma gec- tez Firudin bəyin bu mövqeyi təsdiqini tapacaq və böyük elmi axtarışların zəhmətin nəticəsi olan bu çox ciddi əsər əsl qiymətini alacaqdır.
    Türklərin islama qədərki tarixi qəsdən gizlədilən , unutdurulan əyri güzgüdə göstərilən bir tarixdir. Bu tarixi öyrənməkdə F. Ağasıoğlunun türk dünyasında alternativi yoxdur.
    Mən əziz qələm dostumun elmi və ictimai fəaliyyəti haqqında geniş yazmaq istəmirəm. İmkan düşəndə onu da yazarıq. İndi sadəcə olaraq onu doğum günü münasibəti ilə təbrik etmək istədim. Ona uzun ömür , can sağlığı arzulayıram. Fəxr edə bilər ki, bütün ömrünü elmimizin inkişafına , millətimizin yüksəlişinə və müstəqillik mübarizəsinə sərf edib.

  • Xocalı soyqırımının anılması və ya İstanbul baş konsulluğumuz barədə bir neçə söz…

    Sabir RÜSTƏMXANLI

    Xocalı soyqırımının bu il Türkiyədə əvvəlki illərdən daha dolğun, daha yüksək səviyyədə anıldığını kimsə inkar edə bilməz. Böyük Millət Məclisindən başlamış universitetlərə, sivil toplum örgütlərinə, mədəniyyət mərkəzlərinə, televiziya proqramlarına qədər… Fevralın sonuncu ongünlüyündə qardaş ölkənin əksər ellərindən bir Xocalı rüzgarı keçdi; yürüşlərin, mitinqlərin, konfransların, simpoziumların, televiziya verilişləri və xəbərlərinin dəqiq sayını kimsə deyə bilməz; bu tədbirlərdə on minlərlə insan iştirak etdi.

    Türkiyənin bu ilki “Xocalı həssaslığının”, “Xocalıya ədalət” çağırışına bu qədər ürəklə cavab verməsinin səbəblərindən biri, şübhəsiz, ermənilərin aprel ayında uydurma “erməni soyrıqımı”nın 100 illiyi ilə əlaqədar hazırladıqları şoudur. Türkiyə də, bizim kimi, dünyaya demək istəyir ki, 1915-ci ildə türklər heç bir soyqırımı törətməyiblər, əsil soyqırım 23 il öncə, bu gün yaşayan bir çox insanın gözünün önündə, Xocalıda Azərbaycan türklərinə qarşı törədilmişdir. Yüz il Doğu Anadoludan köç etdirilən neçə yüz min erməninin dərdinə yanan dünya nədən 25 il öncə Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulan 1 milyon insanı görməzdən gəlir, bu qaçqınların faciəsini düşünmür.

    Xocalı soyqırımının şahidləri hələ yaşayır. Bu faciəni törədən insanlıq qatilləri bu gün cinayətlərinin mükafatı olaraq Ermənistana rəhbərlik edirlər.

    Müharibə vaxtı əhalinin bir bölgədən başqa bölgəyə köçürülməsi təcrübəsi yeni deyil. Eyni iş SSRİ-də də görülmüşdü; Stalin rejimi türklərə güvənməzlik bəhanəsiylə Krım, Axıska, Quzey Qafqaz türklərini bir neçə gündə qatarlara doldurub yaşanılmaz, boş çöllərə sürgün etmişdi. On minlərlə insan bu köçün qurbanı olmuşdu, şəhərlər, kəndlər viran qalmışdı, xalqların yüz illər ərzində yaratdıqları bütün maddi-mənəvi dəyərlər əllərindən çıxmışdı.

    Gəlin bu iki hadisəni müqayisə edək; ermənilərin Doğu Anadoludan köçürülməsinin əsası vardı. Onlar Osmanlı vətəndaşı ola-ola Osmanlıya qarşı vuruşan çar Rusiyasına yardım göstərir, öz ölkələrinə xəyanət edirdilər. Bəs Axıska, Krım, Quzey Qafqaz türklərinin nə günahı vardı? Nədən bu gün SSRİ-nin varisi olan Rusiya bu ağır köçlərə görə “türklərə soyqırım yapdı!”- deyə ittiham edilmir, ancaq Türkiyə haqsız bir ittihamla üz-üzədir.

    Nədən bəzi Qərb ölkələrinin əsil soyqırım cinayətləri  xatırlanmır, amma Türkiyənin adı hallanır?

    Bu suallar keçirilən mitinq və konfranslarda tez-tez səslənirdi.

    “Xocalıya ədalət” çağırışının bütün dünyada ildən-ilə daha gur səslənməsinin bir səbəbi də, məncə, Azərbaycan Dövlətinin bu işə xüsusi diqqət verməsi, qazanılan təcrübə və bu işin ildən-ilə daha peşəkarlıqla görülməsidir.

    Xarici ölkələrədəki diplomatik nümayəndələrimizin, səfirliklərimizin fəaliyyəti bu baxımdan ayrıca qeyd olunmalıdır.

    Millət vəkili və Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq mən hər ilin fevral ayının sonlarını xarici ölkələrdə, diaspor təşkilatlarımızla keçirməyi özümə borc sayıram;adım rəsmi siyahılarda oldu-olmadı. “Xocalıya ədalət” tələbini ardıcıl olaraq, Azərbaycanı təmsil etdiyim İslam İş Birliyi Təşkilatı ölkələrinin Parlament İttifaqında, DAK-ın ABŞ, Avropa tədbirlərində və Türkiyədə səsləndirməyə çalışmışam.

    Bu il Türkiyədə iştirakçısı olduğum yürüş, mitinq, görüşlər və televiziya verilişləri barədə mətbuatda məlumat verilib, özüm də vaxt tapanda isti-isti qeydlərimi yazırdım, təkrara ehtiyac duymuram.

    Məncə, Türkiyədə Xocalı tədbirlərinin yüksək səviyyədə, peşəkarlıqla keçirilməsinin bir səbəbi də qardaş ölkədəki diplomatik nümayəndəliyimizdir.

    Mən və həyat yoldaşım Tənzilə xanım həmin günlərdə yaşadığımız ailə faciəsinin ağrılarını içimizdə boğaraq, bəzən bir yerdə, bəzən ayrı-ayrılıqda İstanbulda, Sakaryada, Muğlada, Yalovada, İnəgöldə, Amasyada, Samsunda – universitetlərin və çeşidli qurumların təşkil etdiyi çoxlu gur məclislərdə, yürüş və mitinqlərdə millətimizin böyük faciəsindən danışdıq.

    Bunların hazırlanması tanıdığımız və il boyu əlaqə saxladığımız sivil toplum örgütləri ilə yanaşı, daha çox Azərbaycanın İstanbul baş konsulluğunun və xüsusən baş konsul, hörmətli Həsən Zeynalovun zəhmətinin nəticəsidir.

    Mən yalnız bizim iştirak etdiyimiz tədbirlərin yığcam coğrafiyasını cızdım, əslində isə konsulluğun həmin günlərdə təşkil etdiyi görüşlərin əhatə dairəsi daha geniş idi. İstanbula Bakıdan bu məqsədlə başqa millət vəkilləri – Fəzail İbrahimli, Aqil Abbas, Ayaz Quliyev də gəlmişdilər və onların da öz iş proqramları var idi. Bütün bu proqramların əlaqələndiricisi İstanbul konsulluğmuz idi.

    Dünyanın müxtəlif ölkələrini gəzməyim və diplomatik nümayəndəliklərimizin işini müşahidə etməyim mənə müqayisə aparmaq imkanı verir və İstanbul baş konsulluğumuzun fəaliyyəti haqqında müsbət rəyim də iştirakçısı olduğum tədbirlərin nəticəsində formalaşmışdır.

    Mən bu yazının verdiyi imkandan istifadə edərək İstanbulda ölkəmizi ləyaqətlə təmsil edən, Qarabağ faciəsinə, Azərbaycan həqiqətlərinə həsr edilən tədbirlərin peşəkarlıqla hazırlanmasına, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə saxlanılması yolundakı xidmətlərinə görə Azərbaycanın İstanbul baş konsulu, köhnə həmkarımız Həsən Zeynalova təşəkkürümü bildirmək istəyirəm.

    Həsən Zeynalovu çoxdan tanıyıram, mövqeyindəki ardıcıllığa, ən əsası vətənini sevən bir insan olduğuna görə ona hörmətim var. Onun Naxçıvanın ağır günlərindəki fəaliyyəti barədə də çox danışmaq, yazmaq olar. İstanbul baş konsulu olduğu illər isə, məncə, onun həm siyasətçi, həm diplomat, həm ziyalı, həm Azərbaycanın mənafeyini qoruyan bir vətəndaş kimi yeni keyfiyyətlərini üzə çıxartdı.

    Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, orda, burda yaşayan millət birdi, dövlətlərimizin rəsmi əlaqələri yüksək səviyyədədir, lakin bütün bunlar əlimizi-qolumuzu sallayıb oturmağımıza haq vermir; bu münasibətləri pozmağa çalışan ciddi qüvvələr orda da, burda da fəaliyyətlərini davam etdirirlər, bəzi xarici ölkələrin fitvası və maliyyə dəstəyi ilə işləyən qurumlar hər xırda imkandan istifadə edib arada soyuqluq, inamsızlıq, münqaişə yaratmağa çalışırlar. Türk, azəri soyadı daşısalar da əslində türk düşməni olanetnik separatçılar yatmırlar.

    İstanbul Asiya ilə Avropanın qovşağında və ya ayrıcında yerləşməklə bərabər, həm də dünyanın bir çox ideoloji, dini, ictimai, siyasi fikir cərəyanların kəsişmə, toqquşma nöqtəsidir. Boğazdan təkcə çeşidli ölkələrin bayraqları altında, çeşidli yüklər daşıyan gəmilər keçmir, həm də bu şəhərə heyrətlə, nifrətlə, paxıllıq və iştahla baxan onlarla dövlətin insanları, o insanların dolaşıq fikirləri keçir. İstanbul yüz illər boyu dünyaya hökm etmiş, Avropanın yuxusunu qaçırmış və bu gün də onun qisasçılıq niyyəti ilə üz-üzə olan, hər cür siyasət rüzgarlarının dolaşdığı şəhərdir. Bütün bunları bilmədənvə görmədən orda normal diplomatik fəaliyyət göstərmək olmaz.

    Bir millət olma, ortaq hədəflərə doğru irəliləmə münasibətlərimizin bütün spektrinə hopmuşdur. Bununla belə, hər ölkənin çoxlu özəl sorunları, lokal, məxsusi işləri, vəzifələri var. İstanbul türk dünyasının fəxri olmaqla yanaşı provoslavlığın da mərkəzi, türk düşmənçiliyinin yuva bağladığı erməni kilsəsinin də baş yönəticiliyinin kök atdığı, onlarla xalqın diaspor təşkilatlarının, onlarla dini cərəyanların sərbəst, yan-yana yaşadığı bir mərkəzdir. Həm də ölkəmizə gəlib-gedən yolların bir çoxu üçün dayanacaqdır, nəfəs – dərmə yeridir. Yəni bu şəhərin iqtisadi, mənəvi-mədəni, istimai-siyasi və o cümlədən diplomatik həyatı daim qaynayır. Burda arxayın mürgüləmək imkanı yoxdur.

    Azərbaycanın İstanbuldakı baş konsulluğu və baş konsul Həsən Zeynalov da bu rejimə uyğun çalışır.

    O, ayıq, dövlətinin mövqeyini təqdim və təbliğ eləməyi, sözünü deməyi, şəhərin gur həyatının nəbzini tutmağı bacaran adamdır. İstanbulda Azərbaycanın bayramlarına və acı günlərinə həsr olunmuş toplantılarda, tematik konfrans və simpoziumlarda, universitetlərdə, mitinq və televiziya proqramlarında bunun dəfələrlə şahidi olmuşam. Azərbaycandan bura “fəaliyyət” adına gəlmiş bəzi missiyalardan fərqli olaraq, o daim dəyişilməz dövlətçilik mövqeyindən çıxış edir və bu məqamda qardaş Türkiyənin bəzi “niyyəti” bəlli olan qəzet və televiziya cızmaqaraçılarına da güzəştə getmir.

    Qarsda Ermənistanla sərhədlərinin açılması və ya dostluq heykəli ətrafında gedən kompaniyalardan başlayaraq, lap yaxın günlərdə “O səs Türkiyə” mahnı yarışmasının nəticələri barədə mətbuatda könül bulandıranlara qədər, gedən heç bir proses Azərbaycan baş konsulluqlarının diqqətindən kənarda qalmamışdır.

    Onun fəaliyyəti bu tipli məsələləri çəkinmədən dəyərləndirərək, qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə xidmət baxımıdan önəmliydi.

    Ölkəmizə aid olan bütün sahələrdə qüsurlarla yanaşı yaxşı işləri də görmək və qeyd etməyi özümə borc sayıram.

  • VHP Xətai rayon təşkilatı Məclisinin növbəti sessiyası keçirilib.

    VHP Xətai rayon təşkilatı Məclisinin növbəti sessiyası keçirilib. Toplantıda yanvarın 31-də doğum günü qeyd olunacaq Məhəmməd Əmin Rəsulzadə anılıb, böyük öndərin ictimai-siyasi fəaliyyətindən danışılıb.

    Çıxış edən təşkilat sədri, şair Faiq Balabəyli Rəsulzadə barədə məlumat verərək, onun həyat və yaradıcılığı barədə geniş məruzə edib.

    Daha sonra gündəliyə uyğun olaraq rayon təşkilatının növbəti konfrans hazırlıqları və qərarların icra vəziyyəti müzakirə edilib. Təşkilat sədrinin birinci müavini Teymur Kəsəmənli konfrans hazırlıqları barədə geniş məlumat verib: “Artıq özək təşkilatlarında ümumi yığıncaqlar keçirilir və konfransa nümayəndələr seçilir. Üzvlərlə müzakirələr aparılır və təşkilatın növbəti konfransının may ayında keçirilməsi nəzərdə tutulur”.

    Yığıncaqda iştirak edən VHP İcra Aparatının rəhbəri Samir Əsədli və partiya sədrinin müavini Arif İsmayılbəyli ölkədə baş verən ictimai siyasi prosseslər və partiyanın qarşısında duran vəzifələr barədə məruzə ediblər.

    Təşkilat sədrinin müaviniləri Fərqanə Mehdiyeva, Səlcuq Elçin, Ağsaqqal Şurasının sədri Ənvər Namazaliyev, məclis üzvlərindən Narıngül Nadir, Sultanağa Sultanov, NTK sədri Ülkər Məmmədli və başqaları çıxış edərək, təşkilatının fəaliyyəti və digər məsələlərə fikirlərini bildiriblər.

    Sonda bu ilin noyabr ayında keçiriləcək parlamant seçkilərində 33 saylı Xətai birinci seçki dairəsinindən Şəfəq Qulusoyun, 34 saylı Xətai ikinci seçki dairəsində Felmar Ələkbərlinin, 35 saylı Xətai üçüncü seçki dairəsinindən Ənvər Namazaliyevin, 36 saylı Xətai dördüncü seçki dairəsində İsmi Şahzadənin namizədliyinin irəli sürülməsi üçün hazırlıqların aparılması barədə qərar verilib.

  • VHP sədri Sabir Rüstəmxanlının Novruz bayramı ilə bağlı təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz soydaşlarım, bacı və qardaşlar!

    Sizlərin hər birini xalqımızın ən qədim bayramlarından olan Novruz bayramı münasibəti ilə təbrik edir, elimizə sülh, firavanlıq, əminamanlıq arzulayıram.

    Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz tərkib hissəsi olub, Odlar diyarında hər zaman uca tutulub. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan və yaşadan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqləri fonunda yaşanan və adladılan təbəddülatlara baxmayaraq, həmin ənənələrin günümüzədək layiqincə qorunub saxlanması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.

    Yazın gəlişi həm də bir ruh, ovqat və nikbinlik gətirir: sabaha inamı, daxili əminliyi artırır, həyatın amansız reallıqlarına rəng qatır, onu daha cəlbedici romantikaya bürüyür.

    Novruz – torpaqla birgə insanın duyğularının oyanması, min illər əvvəlki inamda ifadə edildiyi kimi, Xeyirin Şər üzərində qələbəsi ilə həyatın canlanmasıdır. Qoy bu canlanma sizin ömrünüzdə xüsusi iz buraxsın, xalqımızın taleyində önəmli, ruzi-bərəkətli illərdən olsun.

    Hamınızı bir daha təbrik edir, yeni ildə yeni uğurlar arzulayıram.