Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • «Göy Tanrı» Türkiyədə növbəti dəfə çap olundu

    Xalq şairi Sabir Rüstəmxanlının türklərin milli-mifoloji yaddaşına söykənərək Tək Tanrıçılıq və Böyük Köçdən bəhs edən «Göy Tanrı» romanı qısa müddətdə bir sıra dünya dillərinə tərcümə olunmuşdur.

    Bu ay Türkiyədə «Göy Tanrı» romanı «Göytanrının elçisi – XAN, bozkırın qurdu» adıyla yenidən nəşr olunub. Tanıtımda: «Bir çox insanın hələ də bir peyğəmbər olaraq dünyaya göndərildiyinə inandığı Oğuz Xanın həyata gözlərini açdığı ilk gündən etibarən möcüzələrlə dolu bir elçilik görəvini aldığını anladan roman bütün Türk boylarının iziylə gedir» – deyə təqdim edilən romanı «Elhamra» Yayınları dərc edib.

    Qeyd edək ki, bu, Türkiyədə «Göy Tanrı» romanının 3-cü nəşridir.

  • Elçibəyin xəstəliyi

    Bu gün Elçibəy Türkiyədə müalicə olunur. Nədən müalicə olunur görəsən?

     Ürəkdən? Böyrəkdən? Yoxsa qəzetlərin bilmədən, sormadan yazdıqları başqa xəstəliklərdən?

     Hər halda xəstəlik şad xəbər deyil ki, müştuluq alırmış kimi hər qarşıya çıxana və necə gəldi deyilsin. İnsanın xəstəliyindən danışmağın bir ölçü-biçisi var. Ürəyin yanırsa, danış, ehtiyatla, pıçıltıyla, kimsəni incitmədən… Ən azı özünün də sonunu düşünərək!.. Ən azı bu xəstəliklərin  səbəblərini düşünərək!..

     Nədən müalicə olunur Elçibəy? Mənim bildiyimi Türkiyənin həkimləri bilməz! Heç Amerikanın, İngiltərənin insan geninin şifrəsini açan bioloq alimləri də bilməz!.. Heç Tibet təbibləri də bilməz! Elçibəyin xəstəliyini mən bilirəm: bu, Azərbaycanı sevmək xəstəliyidir. Azərbaycanlı olmağın xoşbəxtliyi, şərəfi, qüruru olduğu kimi, təəssüf ki, bitib-tükənməz dərdi və xəstəliyi də var!

     

    Hamımızın içindən bu xəstəliyin bir sızıltısı keçir.

     Əbülfəz bəyin xəstəliyi Məcnun xəstəliyidir! Həkimlə sağalmaz! Vətənin xilası ilə sağalar! Bu bir sevdadır, qopmaq istəsə də Əbülfəz bəy ondan qopmaq istməz!

     Gəlimli-gedimli dünyadı. Dörd divar arasında, balaca «xoşbəxtlikdə», balaca qəfəsdə, üstündən hansı havaların əsdiyini, kimin kölgəsində, kimin hökmündə yaşadığını bilmədən, əvvəldən-sona kimi «amandı, təki mənə toxunan olmasın!» instikti ilə yaşayan nə çox! Allahın nə işi onlarla!  Allah dərdi çəkənə verir! Böyük adamlara gələndə dərd də böyüyür, sevgi də, xəstəlik də!

     Elçibəy çətin, əzablı ömrün qətrə-qətrə yığılan ağrı-acılarından müalicə olunur.

     Onun xəstəliyinin kökü dərindədir! Dünyanın bizə yağı kəsilməsində, yüz illər boyu qarşılaşdığımız xəyanətlərdə, ayaqlanan haqqımızda, parçalanan torpaqlarımızda, xırdalanan ruhumuzdadır bu xəstəliyin kökü! Bölünə-bölünə əzilməyimiz, əzilə-əzilə bir-birimizə qənim olmağımız! Dostu düşməndən ayıra bilməməyimiz, qardaş qırğınları, Çaldıran…Topal Teymur, İldıram Bayazit,  Toxtamış… «iki qoçun başı bir qazanda qaynamaz» fəlsəfəsi, çürük iddəalar!

     

    Deyə bilərlər yorulduq tarixin bu üzqarası olan səhifələrini xatırlamaqdan. Amma nə etməli? Tarix ibrət olmadı! Güzgüləri sındırırıq! Səhvlər təkrar olunur. Başqa şəkildə, başqa ölçüdə, başqa adla, fəqət eyni mahiyyətdə!… Bu tarixin sahiblərinin ondan qopması xülyadır. Hər birimiz onun içindən, o da hər birimizin içindən keçir!

     Azərbaycanı sevmək! Nə ağır dərddi, ilahi!.. Sözə çevirirsən «sözdür!» deyirlər közə çevirirsən «köz!». Parçalanmış, ayaqlanan, təhqir edilən Vətənin övladlarının Vətən, mübarizə, azadlıq sözünə, biganəliyinə də baxın! Söz yazın, bala! Böyük söz yazın! Allahdan, şeytandan, qəbristandan, ölü ruhlarından… Rembodan, Kafkadan, siz dünyəvi təfəkkür sahiblərisiniz! Siz Vətən dərdinə sığmazsınız! Nə millət, nə dövlət, nə naftalin! Özünü yaz, elə yaz ki, özündən başqa kimsəyə gərək olmasın. Sabir də köhnəlib, Hadi də, Mirzə Cəlil də… «Sənət sənətkarın özüçündür!»  Yazıq çırtdanlar. Əsl ədəbiyyat xəlbirdə su gətirməkmiş! Yazıq ipək qurdları, öz ifrazatına bürünüb ölənlər!

     Nə ağır dərddir, ilahi! Vətəndaşın başdan-başa televizor tamaşaçısına çevrilməsi. Böyüdücü şüşələr, durbinlər. Gözlər ocaq çatana dikilib. Tüstüsü qara olar birdən!… Gözlər ev tikənə dikilib, kaş bir daşı sığalsız qoya. Banlamağa sözü ola xaraba bayquşlarının. Gözlər sevənə, işgörənə, yürüyənə, yaradana, vuruşana, udana-uduzana dikilib! Kimsə soruşmur: «Sən nə eləmisənə zizim!»

     

    2000-ci ilin çayxanalarından 70-ci illərin, 1988, 1990, 1993-cü ilin Elçibəyini müzakirə və mühakimə eləməyə nə var ki! Amma bu mühakimə olunan tək bir Elçibəy deyil! Bu millətin azadlıq və müstəqillik ruhudur! Elçibəy də bu ruhu daşıyanlardan biri! Sən ondan küsərsən, inciyərsən, amma qopa bilməzsən! Bu ruh abidəsi dədənin-babanın, milyon-milyon vətəndaşının qanından və taleyindən qurulub.

     Bu bir məsləkdir, zirvəyə yürüşdür! Cığırlarımız ayrı olsa da məqsədimiz, hədəfimiz birdir! Bacarırsan qoşul! Bacarmırsan hədyan demə!..

     

    Elçibəyi xəstələndirən nankorların dərdidir! Su içdiyi quyuya tüpürənlərin, keçdiyi körpüləri uçuranların, gördüklərindən nəticə çıxarmayanların, ayaqqabı silgəci olmaqdan yorulmayanların, milli təfəkkürdən, insanlıq ləyaqətindən uzaq olanların dərdidir! Dünyalar «kəlləməyallaq» aşdı, dünən ayaqtutanlar Aya uçdu, Sən hardasan ay  mənim xəstə millətim, qonşu çəpərində ölən, qeybətdən dili, oturmaqdan dalı, əyrilikdən əli yara olan millətim!

     İnsan da ölü babalarının ruhu ilə mübarizə aparar görərsən! Sənin müstəqillik əlifbanı Məmməd Əmin Rəsulzadə yazıb! Hansı haqla şəkillərini götürürsən, büstlərini yıxırsan, nəslini dilənçi kökünə salırsan, ruhunu incidirsən, ay məmur alçaq!

     Elçibəyin xəstəliyi Rəsulzadə xəstəliyidir. Ömrü qürbət yollarına səpələnmiş, Rusiya, Finlandiya, Polşa, Aomaniya, Türkiyə… Ölkədən-ölkəyə Vətən dərdi daşıyan «Azərbaycan» deməkdən dili qabar olmuş bir dahinin arzuları həyata keçəndən yurdu müstəqillik qazanandan sonra onun ideya təməlləri üstündə onu unutdurmağa çalışanları görəndə və bu boyda allahsızlığın qarşısnı ala bilməyəndə insan necə dözsün?! Elçibəyin xəstəliyi korazehinlərin, Qaraguruhun Məmməd Əminlə Nərimanovu üz-üzə qoyanların xəstəliydir. Fərqli yolların, fərqli insanların, fərqli sözlərin yanaşı yaşaya bilməsini qəbul etməyənlərin dərdidir! İnsanları irədasiz sürüyə çevirən kütləvi psixoz və şüursuzluq dövründə Vətən sevgisindən, haqdan və haqqa insamından başqa bir silahı olmayan insanların addım başı təqib olunmasından, gördükləri zülümlərdən başlanmışdı Elçibəyin xəstəliyi.

     O millətin və silahdaşlarının iradəsi ilə qurulan müstəqil Vətən imarətini «mənimdir» deyə qamarlamadı, açarı verdi yaxa cıranlara, ara qarışdıranlara, «biz bütün sorunları  həll edəcəyik» deyən iddəaçılara, öz vətəndaşlarımıza, öz qardaşlarımıza!…

     Sən demə o qardaşlarımız da elə bunu gözləyirmiş «Özümə yer eylərəm, gör sənə mən neylərəm!»

     Elçibəyin xəstəliyi inanmaq və aldadılmaq xəstəliyidir!

     

    Allah, Allah, dünən «bəylər, biz də sisinləyik» deyib, salam verib, əl öpməyə tələsənlərin üzü necə döndü?!

     Dədə Qorquddan bəri bu millətin kişiləri bir birinə «bəy» deyib, bəylikdən qürur duyub. Rus gəldi, Fars gəldi, «tovariş» yapdı, tovara tay, yola daş yapdı, ağa yapdı, nökər yapdı… Millət dözdü. Amma bizlər dikəlib ona bəy deyib, xatirəsini qurdalayanda dözə bilmədi! Rusa dözür, farsa dözür özümüzə yox!

     O gün bir vəzifə sahibi  xahiş elədi: «sən allah mənə «bəy» demə! Bəs nə deyim, ay qardaş, bəlkə nökər, bəlkə gəda?!».  Sənə «bəy»  deyəndə kiçilirsən bəyəm! Əgər sən bu millətdənsə bu millət yüz illər kişisinə «bəy» deyib, yox bu millətdən deyilsənsə, onda nə istəyirsən məndən?! Ərəbin cənabının türkün bəyindən nəyi artıqdır axı? Niyə özgə sözü, özgə ruhu, özgözə geyimi, özgə payı sənə bu qədər şirindir. Ya bizdən ol, ya özgədən! Amma bir yanlıq ol!

     Elçibəyin xəstəliyi millətin özünü bəyənməməsinin xəstəliyidir!

     Gör neçə ildir bu «bəy» sözü Azərbaycan ruhundan, türk qanından olmayanların lağ və müzakirə mövzusuna çevrilib. Nələr yazmırlar, ilahi! Görəsən insan olan da.öz bəy atalarının ruhuna bu qədər həqarət edər? Bir də görürsən salon dolub. Bir salon tutuquşu! Bir salon türklük düşməni! Evində ayrı dildə danışan, özünü məndən saymayanın biri durub Azərbaycançılıqdan dən vurur və mənə, dilmə ad axtarır. Hansı vətəndaşın əzabları dözər, millətə təhqir tamaşalarına?! 

     

    Əbülfəzi incitmək üçün başqa söz tapmayanlar Elçibəy sözünə ilişdilər. Sanki Elçibəy deməyib Əbülfəz Əliyev deməklə onu kiçildir, qisas alır, yara vururdular! Amma bu nadanlar qanmaq ismirdilər ki, əvvəla bu dünyanın hüquqları hər kəsə bir təxəllüs götürmək haqqı verib və bu haqqı kimsə məhdudlaşdıra bilməz; ikncisi bir müsətəmləkəçi, yağmaçı gəlib sənin torpağına, adına, şərəfinə təcavüz etmişdir. İki yüz ildən sonra nəhayyət millətin Milli Məclisi qərar verir səni bu şərəfsizlikdən xilas etmək üçün deyir «ata bilərsən. Ov, yevləri, bu tula xaltasını, bu özgə damğasını, qayıda bilərsən öz nəslinə, soyuna!» Yox! Olmaz! «Azərbaycan məmuru geri çəkilməz» it əl çəkər, motal əl çəkməz! Of, of, görəsən bəzi qülbeçə iqtidarpərəstlər Elçibəy əvəzinə Əliyev, Qəmbər vəzinə Qəmbərov yazanda necə məmnun və xoşbəxt olurlar. Ha fikirləşirəm bu xoşbətlik xəstəliyinin əsl adını tapa bilmirəm. Ya da demək istəmirəm…

     Elçibəy manqurtların, burnundan o yananı görə bilməyənlərin, milli xəyanətlərin və xəyanətkarların xəstəsidir!

     Parçalandığımız gündən bəri Azərbaycan məcnunları birlik deyir, bütövlük deyir, qardaş hey, Vətən hey deyir!.. Amma məmur qardaş düşməndən kiçik pay alınca hər şeyi unudur və çalışır ki, millət də hər şeyi unutsun: bölünməyini də, adını da, dilini də! .. Görəsən hansı xalqını məmur sürüsü bu qədər düşmən təssübkeşi ola, özünə bu qədər qənim kəsilə bilər!.. Görəsən hansı ölkədə vəzifə sahibləri öz milltinə zülm eləməkdən bu qədər zövq alır? Onu əzməkdən, kiçiltməkdən, qapısında süründürməkdən,yalana, hiyləyə öyrətməkdən, son tikəsini boğazından çıxartmaqdan bu qədər ləzzət çəkir? Görəsən hansı ölkədə dünyanın şahidi olduğu ən yeni tarix bu qədər saxtalaşdırıla bilər? Hansı ölkədə Vətən sevgisi cinayət sayılar, yurd üçün vuruşanlar düşmən elan edilə bilər və millətin gözünə bu qədər kül üfürülə bilər? Hansı ölkədə şəril meydanı bu qədər genişdir? Hansı xalqın böyükləri, qabağda gedənləri yurdun müdafiyəsinin düşmənə təhvil verilmiş qalaları unudub özünə qalaçalaq tikməklə məşğul olar?

     Dünən Dərbəndi unutdun, bu gün Göyçəni, Zəngəzuru, bütün Qərbi Azərbaycan torpaqlarını unudursan, sabah da Qarabağı və bütün Cənubi Azərbaycanı, Kərkükü unudacaqsan! Yazıq Elçibəy bu unutqanlığı görüb axı! buna  görədə bütöv Azərbaycan deyib haray çəkir! Qoşun yığıb müharibəyə getmir, bəylər! Yaddaşınızı  diri saxlamağa çalışır! Tanrım, vicdanı olan da öz Vətəninin bütövlük söhbətini, nə şəkildə aparılmasından asılı olmayaraq, lağa qoyar?!

     Elçibəy bu vəhşi xislətlilərin xəstəsidir?..

     Bir insan öz torpağında rahat, üzüağ, hər cür xırda söz-söhbətlərdən ucada yaşamaq üçün daha nə etməliydi görəsən!

      Səhv?! Bəli olub! Təcrübəsizlik? O da olub! Kimin səhfi olmayıb? Bu tarix, bu da tarixin daş tərəzisi! O səhvləri məndə görüb demişəm, amma xeyirxahlıqla!.. Biz Elçibəyə siyasətçi etalonu kimi baxmamışıq, belə etalon yoxdur. Amma kimsə onun vətəndaşlıq mövqeyinə şübhə edə bilməz.

     Görkəmli rus şairi Yevgeni Yevtuşenkonun, mürəkkəb, tərcüməyə çətin gələn «Balinə qəbristanı» şeri var. Çətinlik çəkmədən tərcümə elədim. Çünki bu həmdə bizim dərdlərimizin şeri idi:

     Nəhəngəri ovlamağa

    hamımızda bir həvəs var,

    Ağılsızdı – nəhəng olan

    xırdalardı – ağıllılar.

    Çömçə quyruq vermeşiltək

    bürüyübdü hər tərəfi

    Bu köməksiz, yazıq nəhəng

    iştah açan ov hədəfi

    «Durbinləri» alın ələ,

    tez tuşlayın itməsin an

    Böyrünə nizə sancılmış

    Talstoy da qaçır ondan.

    …Eh, eskimos, – qozbel yazıq

    ağların öz qanunu var

    Nizələyib sonra ancaq

    qəbri üstə ağlayarlar.

     Elçibəydən uzaq! Amma hər halda onun da ağrısı dost-düşmən əliylə bədəninə sancılan əyri uclu, qırmaq nizələrin ağrısıdır. Onu da balina kimi dedi-qodu, xırda mübarizə və mübahisələr darazlığına qovub nizələyirlər. Biz böyüklərin qənimiyik! Qeyri-adiləri bəstləşdirməkdən, balinaları deşik-deşik etməkdən, dəvələri eşşəklərin quyruğuna bağlamaqdan zövq alırıq. Yıpranmış, kifli təfəkkür sahibləri ağılı dəliləri, məcnun qurbanlığını, Fərhad şəhidliyini, Kefli İsgəndəri, axına qarşı üzənləri anlamazlar. Habuki bu adamlar tarixin təkərləridir.

     Vətən sevgisi mif qəhrəmanı Sizifin sonu görünməyə əzabı kimi bir işdir. Bu yolu hər kəs özü seçir. Öz ağır yükünü min bir əzabla zirvəyə qaldırır. O yük Sizifin qaya parçası kimi əldən çıxıb dibsiz dərəyə yuvarlansa da amma biz onu təzədən qarış-qarış zirvəyə doğru qaldırırıq.

     O yük zirvəyə qalxacaq! Bu Vətən binası tikiləcək! Sabirlərin, Mirzə Cəlillərin göz yaşı, Şəhidlərin qanı batmayacaq.

     Azərbaycan durduqca Rəzulzadə də onun davamçılaprı da Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mücadilə vermiş hər bir insanın şərəfli adıda duracaq. O boyda həqiqəti görə bilməyənlərin korluğudu Elçibəyin xəstəliyi. Allah ona yar olsun! Onu xalqına olan sevgisinə bağışlasın!

     Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili

  • “Bütöv bir millət çirkin oyunlara alət edilir və Türk millətinə qarşı qoyulur”

    Bir neçə gün öncə Azərbaycanda yaşayan kürdlər adından prezident İlham Əliyevə ünvanlanan müraciət ölkə mediasının, siyasi qüvvələrin və ictimaiyyətin diqqət mərkəzindədir. Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin katibi Vasif Həsənli bu müraciətin kifayət qədər ciddiyə alınmasının gərəkliyi fikrindədir: “Əsrlərlə bu bölgədə dinc və mehriban şəraitdə yaşayan bütöv bir millət çirkin oyunlara alət edilir və Türk millətinə qarşı qoyulur. Eyni proses Türkiyədə də baş verir. Türkiyədəki son parlament seçkilərində 35 deputat yeri qazanan  PKK-ya bağlı Barış və Demokrat Partiyası Türkiyədə aranı qarışdırmaq, siyasi sabitliyi pozmağa yönəlik açıq mesajlar verir və eyni vaxtda terror təşkilatının Azərbaycandakı qolu da burada fəallaşıb və faktiki olaraq separatçılıq fəaliyyətinə başlayır. Mən ona görə Azərbaycandakı olayı da terror təşkilatı olan PKK-ya bağlı qüvvələrlə əlaqələndirirəm ki, müraciətin ardınca cocuq qatili Öcalanın açıq təbliğatçısı olan “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanov gündəmə gəldi və pərdəarxası separatçı tələbləri açıq ifadə etdi”.

    Bütün baş verənlərin təhlükəli tendensiyadan xəbər verdiyini bildirən Vasif bəy məsələnin belə bir həddə çatmasında Azərbaycan hakimiyyətinin də günahsız olmadığını dedi: “Azərbaycan hakimiyyətinin adı həmişə terrorçu təşkilat PKK ilə yanaşı hallanır. Hələ bir neçə il əvvəl Beynəlxalq Böhran Qrupu Azərbaycan hökumətinin PKK ilə əlaqələrinə diqqət çəkmişdi. Bundan başqa, terror təşkilatının rəhbəri, hazırda həbsdə olan Abdullah Öcalan məhkəmə prosesi zamanı Azərbaycanı PKK-nın əsas maliyyə mənbəyi olduğunu bəyan etmişdi. Üstəgəl Azərbaycan hakimiyyətində kürd əsilli məmurların yüksək potslar tutması və onların PKK ilə ilişgiləri barədə iddialar da var. Və bu iddialara hələ ki, cavab verilməyib. Yeri gəlmişkən, Azərbaycanda nəşr olunan “Diplomat” qəzetinin açıq şəkildə PKK-nı təbliğ etməsinə də rəsmi şəkildə hər hansı irad bildirilməyib. Azərbaycandakı separatçı kürdlər hakimiyyətdəki himayədarlarına güvənərək düşünür ki, artıq iddialarını açıq şəkildə bəyan etməyin zamanı gəlib. Separatçı kürdlər İlham Əliyevə ünvanlanmış ultimativ müraciətlə Azərbaycan cəmiyyətinə mesaj verir ki, onlar əsassız iddialarını reallaşdırmaqda israrlıdırlar və bu, baş verməyəcəyi təqdirdə aranı qarışdıra bilərlər. Amma həm bu iddianın icraçıları, həm də sifarişçiləri Azərbaycan istiqlalının artıq əbədi olduğunu və dövlətin gücünü hər hansı separatizmlə pozmağın mümkün olmadığını unudurlar”.

  • Böyük siyasətdə Erməni və PKK “peşkaliğ””i”

    Sovet imperiyası dönəmində başlıca məqsədlərdən biri müstəmləkələrdə insanların, xalqların özlərində özlərinə qarşı inamsızlıq yaratmaq idi. Xalqları keçmişdə başdan-başa savadsız, geridə qalmış kimi təsvir edirdilər, onların klassiklərinin satirik fikirlərindən misallar gətirirdilər, bu fikirləri xalqların keçmişləri ilə bağlayırdılar, kommunist dönəminin onları xoşbəxt elədiyini təbliğ edirdilər. İnsanlar da özlüyündə müqayisə edirdi – onda doğrudan da o cür olmuşuqsa, kommunistlər “bizləri xoşbəxt eləyib” deyə düşünürdülər! Ancaq rusların Qoqolunun, Dostoyevskisinin, Çexovunun, Saltıkov-Şedrininin, Qorkisinin… satirik fikirlərini yada salıb özlərinə tətbiq etmirdilər, rusları, hətta erməniləri də ağıllı, qoçaq, əski tarixə, köklü elmə, mədəniyyətə malik millət kimi təqdim edirdilər. Bununla, ermənilər qürrələnirdilər, lovğalanıb torpağında yaşadıqları, havasını udduqları, çörəyini yedikləri xalqlara yuxarıdan aşağı baxırdılar, özlərini ağa kimi aparırdılar. Ruslar da onlara, məkirli niyyətlərinə uyub onları özlərinə arxa sayırdılar, ərköyün davranmalarına şərait yaradırdılar, özbaşınalıqlarına dözürdülər.

    Bizdə sovet dönəmində doğulan, tərbiyə, təhsil alan keçmişlərdən bilgisiz insanların çoxu imperiya məddahlarının uydurduqları bu “əfsanə”lərə inanmağa məhkum idilər. Onlara həqiqəti deyəcək adamlar İkinci Dünya Müharibəsinə aparılmış, məhv edilmişdilər (elə əslində də bu müharibə bu məqsədlərə xidmət üçün düşünülmüşdü-B.S.). Bundan istifadə edərək bilgisiz insanları saxta bilgilərlə yoldan çıxara bilmişdilər, bu cür insanlar vasitəsilə özlərinə, öz xalqlarına o sayaq alçaldıcı təsəvvürlər aşılamışdılar. İnsanlar hətta özlərinin düşündükləri ağıllı fikirləri də çox zaman rusların, ermənilərin, yəhudilərin… adından deyirdilər. Əslində, belələri dərinə getmədən, imperiya dönəmində məkirli niyyətlərlə yazılmış kitablardan oxuduqları dayaz düşüncələrə dalaraq bu sayaq düşünməyə məhkum olunmuşdular.

    Ermənilərin hər şeyə qadir olduqları hər kəsdə az qala əqidəyə çevrilmişdi. Elə bir durum yaranmışdı, ermənilərin biclik işlədib özgə torpaqlarını işğal yolu ilə əldə etmək xəyallarını da bir çoxları indinin özündə “uzaqgörənlik”, “ağıllı”lıq əlaməti sayırlar.

    Ötən yüzilin ilk illərindən başlayaraq ermənilər rusların aktiv yardımı sayəsində xalqımıza qarşı planlı şəkildə fiziki, mənəvi, iqtisadi… təxribatlar törətməkdən çəkinməmişlər, dincliyimizi daim pozmuşlar. Onlar bu yardımdan bəhrələnərək İrəvanı ələ keçirdikdən sonra şirniklənərək “yalmana-yalmana” Dağlıq Qarabağı, Türkiyənin Ərzurum mahalını, sonra da yavaş-yavaş başqa ərazilərimizi, rusların Rostov, Stanropol, Krasnodar vilayətlərini qopartmaq iştahında olmuşlar. Bu, onlar üçün də itgilərsiz ötüşməmişdir. Onların bu müdhiş, insan ağlından, insan düşüncəsindən uzaq istəkləri bu gün də davam etməkdədir. Axı, necə olur, bir xalq başqa bir xalqın, özü də özünə nisbətdə çox güclü iqtisadi potensiala, böyük insan ehtiyatlarına malik, qəhrəmanlar diyarı olan xalqın torpaqlarına göz tiksin, torpaqlarını işğal eləyə bilsin? Onlar öz güclərinə bu dərəcə güvənə bilməzlər, çünki, öz güclərinə qalsa, Azərbaycanın bircə Ağdam rayonunun cavabını vermək gücündə deyillər.

    Doğrusu, məsuliyyət hissini itirmiş ayrı-ayrı ermənilər belə fikrə düşə bilərlər. Necə ola bilər, kiçik də olsa, bütöv bir xalqın siyasəti belə cılız, məntiqsiz, ölçüyəsığmaz dərəcədə ağılsız olsun? Sözsüz, bu məntiqsiz amil hakimiyyətdə olanların da siyasəti deyil. Çünki hakimiyyətdəkilər öz dövlətlərinin, xalqlarının həm iqtisadi potensialını, həm də insan ehtiyatlarını, hərbi gücünü yaxşı bilirlər. Bu amil yalnız yan təsirlərdən, özgə məqsədlərindən doğan amildir.

    Yan təsirlər ilk öncə rus siyasətçilərinin düşüncələri ilə, sonra da başqa iddialı, güclü dövlətlərlə bağlıdır. Uzun illərdən bəridir, ruslar Azərbaycanla bağlı iddialarına “erməni amili” vasitəsilə çatırlar, həm də çatmaq istəyirlər. Onlar öz iddialarını formalaşmasında özlərinin də rol oynadıqları, yaxşı bildikləri erməni psixologiyasına, “erməni iştahı”na hesablayıblar.

    Ermənilər tərifdən xoşlanan, vədlərə inanan, ıiti iştahlı, acgöz, yadların yad millətlərdən erməni adına formalaşdırdığı diasporların gücünə güvənən xalqdır. Bu xalqı tərifləyəndə o, özünü dünyanın yiyəsi kimi təsəvvür edir. Rusların bayağı təbliğatına, həm də vədlərinə uyaraq özünü qabağa atır, iddialara düşür, burnunu ovdurur, sakitləşir. Bu, sonralar dönə-dönə təkrar olunur. Hər uğursuzluğundan sonra yeni fitvalara uyur (rsun bir işi var, o, heç vaxt ermənini özü tərifləmir – B.S.), hələ özlərini demirəm, həm də insanlığa ləkə gətirəcək yeni əməllər üçün hazırlıq görür, tədbirlər düşünür.

    1987-ci ildə SSRİ-nin prezidenti Mixail Qorbaçov erməni Akademik Abel Aqambekyanı (Ağabəyyanı) ələ alaraq (“ələ salaraq!” da demək olar – B.S.) ona Dağlıq Qarabağı Azərbaycandan alıb ermənistana vermək imkanının mövcudluğunu bildirib. Qoqbaçov bunun mümkünsüzlüyünü tarixdən, həm də günün gerçəkliyindən bilməmiş deyildi. O, erməni avantürizmindən xəbərli idi, ermənilərin öz Akademiklərinə (Aqambekyana) inanıb ayağa qalxacağına əmin idi. Belə də oldu. Sonucda ermənilər qalxdı, özləri üçün də problemlər yaratdı, Azərbaycanın da başını perspektivsiz bir münaqişəyə qatdı. Qorbaçov isə öz məqsədləri üçün bundan yetərincə bəhrələndi…

    Tarixdən bilindiyi kimi, ermənilər həmişə fitvalara uya-uya öz yurdlarından didərgin düşüblər, müxtəlif fitvalara, yalançı vədlərə uyaraq öz torpaqlarını axtarıb tapmaq imkanlarını əldən veriblər. Onlar indi artıq haradan çıxdıqlarını, haraya getmək istədiklərini də bilmirlər, hər cür xəyanət, satqınlıq, başqa əyriliklər törətdiklərinə görə başqa xalqlar onları heç vaxt qəbul etməmiş, sıxışdırmış, bir yerdə məskunlaşmalarına imkan verməmişlər. Ermənilər təbiətcə qorxaqdırlar.

    Rus siyasətçiləri, eləcə də hiyləyə arxalanan hər kəs həmişə “ilanı Məmmədqulu əli ilə tutmağ”a çalışır. Ruslar Azərbaycanın irəli getməməsinə, onun maddi, mədəni, mənəvi sərvətlərindən bəhrələnməyə çalışır, Azərbaycanın Rusiyanın diktəsi ilə oturub durmasını, Azərbaycandan hər hansı dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Rusların arxa durmasını onların erməniləri gücləndirmək meyli ilə bağlamaq düzgün deyil. Erməniləri Azərbaycandan ərazi iddialarına düşməyə sadə rus xalqı deyil, rus siyasətçiləri təhrik edir, ermənilərə “şirni” verib onları oynadır, Azərbaycanın başını “erməni məsələsi”nə qarışdırmağı onlar özləri üçün həyati önəm daşıyan məsələ sayır.

    Rus siyasətçiləri ermənilərlə osmanlı, eləcə də Azərbaycan türkləri arasında qan düşmənçiliyi törədilməsinə çalışır. Çünki qan düşmənçiliyi heç vaxt yaddan çıxmır, qan düşmənlərini bir-birinə qarşı həmişə qızışdırmaq, qaldırmaq mümkündür. Qan düşmənləri həmişə bir-birindən qisas almaq iddiasında olurlar. Ruslar bu yolda ermənilərə 1918-ci ildə maddi yardım, silah, canlı qüvvə yardımı, başqa hər cür yardımlar göstərməklə Azərbaycanın Quba, Bakı, Salyan, Neftçala, Lənkəran, eləcə də başqa bölgələrində amansız qırğınlar, qətllər, əslində, soyqrım törədiblər. Hər dəfə müəyyən müddət keçəndən sonra ruslar erməniləri yeni bir soyqırıma “ruhlandırır”lar.

    Rusiya ordusunun 66-cı motoatıcı polku vasitəsilə 1992-ci ilin yanvar ayının 26-da XX yüzilin ən böyük faciəsi sayılan “Xocalı soyqırımı”nı törədildi. Bu faciəni rusların törətmiş olduğu tarixi fakt olsa da, əslində ermənilərin törətdiyi soyqırım kimi tarixə düşdü. Bundan ruslar qazanmış oldular, həmişə də türklərlə ermənilər arasında toqquşmadan ruslar qazanmış olurlar. Təbii, zamanı yetişəndə “Xocalı soyqırımı”nın hesabı ruslardan yox, ermənilərdən çəkiləcək. Ermənilərin bu vəhşilikdə qazandıqları güclü bir qonşu dövlətlə düşmənçilikdən başqa heç nə olmayıb, bundan sonra da olmayacaq. Rusların Ermənistan Respublikası adından Azərbaycana qarşı apardığı siyasətdən nə qazana bilərdi? Ermənistan regional layihələrdən yanda qaldı, iqtisadi cəhətdən zəiflədi, erməni xalqı xarici ölkələrə səpələnməyə məcbur oldu. Bu xalq da müharibədə çoxsaylı gəncini itirdi. Bu müharibələr heç vaxt ermənilərin güclənməsinə xidmət etməyib.

    Ruslara yarınan, sadə erməni xalqının deyil, öz mənafelərini güdən, mənşəyi də dəqiq bilinməyən Robert Köçəryan, Serj Sərkisyan, Ohanyan… kimi erməni “başbilənləri”ndən başqa heç bir sadə erməni burada heç nə qazanmadı. Robert Köçəryan, Serj Sərkisyan… sadə erməniləri aldadılaraq qızışdırılmış, onların coşmuş hisslərindən istifadə edib Rusiyanın da köməyilə Ermənistan Respublikasının prezidenti oldular. Bircə onu edə bildilər, Rusiya ordusunun köməyilə dinc Azərbaycan əhalisini qətlə yetiriblər.

    Rusiya 1918-ci ildə azərtürk soyqırımının, 1992-ci ildə “Xocalı soyqırım”ı kimi yadda qalan soyqıırımın açıq-aydın iştirakçısı oldu. Göründüyü kimi, ruslar ermənilərlə türklər arasında baş verən soyqırımın köhnəlməsinə imkan vermirlər. Çünki zaman keçəndən sonra soyqırımın canlı şahidləri tədriclə aradan gedir, onların sayları azalır, bu xalqlar arasında anlaşma, barış ehtimalı yaranır. Ruslar çalışırlar, bu xalqlar arasında baş verənlər zaman-zaman təkrarlansın, olayın yaddançıxma, barış ehtimalı olmasın.

    Olmayan “erməni soyqırımı” məsələsini qızışdıranlar da rus siyasiyətçiləri ilə yanaşı başqa dövlətlərin siyasətçiləridir. Bunu da görməmək mümkünsüzdür. Türkiyənin inkişafı bu dövlətləri qıcıqlandırır. Ona görə də onlar ermənilərə nisbətən daha çox canfəşanlıq edirlər. Bu faktın özü iddia olunan “erməni soyqırımı” iddiasının qondarma olduğunu göstərir.

    Terrorçuluğu islam dini qadağan edib. Çünki terror əməlində başlıca olaraq günahsız insanlar qətlə yetirilir, çikəst olur, ev-eşiyini itirir, ziyan çəkir. Terrorçu millətlər isə qabağa gedə bilmir. Çünki qabağa buraxılsalar, öz ağalarına tabe olmazlar, öz ağalarıının istəklərinə məhəl qoymazlar, oтдфкжт tələblərini təmin etməzlər, iddialarını yerinə yetirməzlər. Bu, bəşəriyyətdə mövcud olan qanundur. Bunlar nəzərə alınaraq terrorçu xalq dünyanın nəzarətində qalır, dünya dövlətləri üçün gerçək təhlükə qaynağı sayılır. Ermənilərin özlərinin də irəli getməsini ruslar istəməzlər, buna heç imkan da verməzlər. Ruslar bilirlər, ermənilərin onlardan Rostovdan Voronejə qədər olan torpaq iddiaları var, terrorçu xalqdır, istilaçıdır, dünyada baş verən beynəlxalq cinayətlərlə məşğuldurlar…

    Ermənilərin güclənməsi rusların marağına uyğun deyil, ona görə də bilərəkdən zəifləmiş olan ədavəti qızışdırmaqla Ermənistanın Rusiyadan asılılığına stimul olacaq layihələrdən onu təcrid etdi. Ermənistanın forpost olması Rusiya üçün onun müstəqil olmasından daha sərfəli, daha gərəklidir.

    ABŞ hər il Türkiyəni “erməni soyqırımı”nı Konqresə çıxaracağı ilə hədələyir, Türkiyəni bu yolla “gözükölgəli” etmək istəyir. Bu, danılmaz faktdır. ABŞ özü də belə bir soyqırımın heç vaxt olmadığını yaxşı bilir. Dünyadan demokratiya “uman” ABŞ demokratiyanı özünə sərf edən variantda anlayır. Yaxşı, “həqiqət axtarışı”nda olan ABŞ niyə tarixi fakt əldə etmədən belə bir ədalətsiz addımı atmaq istəyir? İnsan haqları axtaran ABŞ bu addımı atmaqla özü insanların, xalqların gözü qarşısında haqsızlığı dəstəkləyir. Azərbaycanınsa torpaqları işğal olunub, ABŞ-ın gözü onündə onun xalqına qarşı bir neçə dəfə soyqırım tətbiq olunub, soyqırım məzarlıqları gözü önündədir, ancaq buna məhəl qoymur.

    PKK təşkilatı haqda da uyğun fikirləri söyləmək olar. Bu təşkilat kürd millətinin yaratdığı təşkilat deyil. Bu təşkilatı Türkiyənin gələcək nüfuzundan təşviş keçirən dövlətlər – keçmiş rus imperiyası, İsrail, eləcə də bəzi Qərb dövlətləri idi. Uzun illərdir, PKK Türkiyənin başını qatır, onun inkişafının qarşısını almağa çalışır. Bu isə kürd xalqına heç nə qazandırmır, əksinə, kürd gəncləri oyuncaq PKK təşkilatının qurbanına çevrilir, kürd xalqı zamanın ruhuna sığmayan mənfi imic qazanır, bu xalq beynəlxalq miqyasda gözdən düşür, etibarını itirir…

    Bəhmən Sultanlı

    20.12.2010 

  • “Azərbaycanda Kəmaləddin, Ziya, Cahangir xanlığı var” – Müsahibə

    “Sabir Rüstəmxanlı sədrlikdən bir az tez getsəydi, daha yaxşı olardı”

    Vətəndaş Həmrəyliyi Partiyasının beynəlxalq ictimai siyasi əlaqələr şöbəsinin müdiri, siyasi şurasının üzvü Arif İsmayılbəylinin “Qafqazinfo”ya müsahibəsi

    – Azərbaycandakı hazırkı ictimai-siyasi situasiyanı necə qiymətləndirirsiniz?

    – Azərbaycanın ictimai-siyasi vəziyyətinin hazırkı reallığından bəhs edərkən qeyd etmək lazımdır ki, bu, hardasa bu vəziyyət anormal cəmiyyətlərdə rast gəlinən ictimai-siyasi vəziyyətdir. Azərbaycan dünyanın bir parçası olsa da burda gedən proseslər dünya ölkələrindəkilərdən bir az fərqlidir. O mənada fərqlidir ki, burada proseslər dünyanın inkişaf etmiş ölkələri, bura ABŞ və Avropa ölkələri birbaşa daxildir, o cümlədən inkişaf etməkdə olan ölkələr deyirlər o siyahıya bizim Azərbaycan da daxildir. Ancaq, Azərbaycanda bu gün siyasi vəziyyət heç də aydın deyil. Azərbaycanda hakimiyyətdə olan, özünü partiya adlandıran ictimai qurum var ki, həmin rejimin adını mən nə qədər müxtəlif adlara rast gəlsəm də bunun adını mən özüm də tapa bilmirəm. Biri deyir diktatura rejimidir, biri deyir avtoritar rejimdir, ancaq mən ona bir ad tapa bilmirəm, ciddi şəkildə deyim. Onu bilirəm ki, bu rejim, hazırda Azərbaycanda olan vəziyyət feodalizmdən bir az vəhşi kapitalimzə doğru inkişaf etmiş bir rejim fəaliyyət göstərir.

    – Dediyiniz vəhşi kapitalizmin yaranmasına səbəb nədir?

    – Birinci növbədə Azərbaycanda ciddi müxalifətin olmaması buna səbəb olub. Azərbaycanda sosializimdən kapitalizimə keçid dövründə, yəni bazar iqtisadiyyatına keçid dövründə müxalifətin normal fəaliyyət göstərə bilməməsi bir başa şərait yaratdı ki, bizdə vəhşi kapitalizmə keçid yarandı. Bu günə qədər davam edən proseslər bir daha sübut etdi ki, normal müxalifət formalaşa bilmədi, formalaşmış normal müxalifət parçalandı və müəyyən bir qrup – hakimiyyəti üsyanla ələ keçirmiş qrup, 1993-cü ilin Gəncə üsyanı şəklində hakimiyyəti ələ keçirmiş qrup, Azərbaycanda vəhşi kapitalizmin əsasını qoymağa başladı. Hazırda Azərbaycanda vəziyyət necədir? Bəziləri bunu vaxtilə mövcud olmuş xanlıqlara bənzədir. Bakı xanlığı, Quba xanlığı, Şəki xanlığı və s. bu gün o istiqamətdə yox, deyilər şəxslərin adları ilə xanlıqlar mövcuddur. Kəmaləddin xanlığı var, Ziya xanlığı var, Cahangir xanlığı var. Ancaq mən bunları belə adlandırmazdım. Əşirətləri kürdlərə aid eləsələr də mən deyərəm ki, bunlar artıq əşirət başçılarıdır. Artıq bunların yığdıqları komandalar böyük bir əşirətdir. Çünki əşirətdə qohum-əqraba yığılır. Ağalar var, bir də ağaların sözlərini yerinə yetirməyə məhkum olunmuş digər insanlar var.

    – Qeyd etdiniz ki, ölkədə ciddi müxalifətin olmaması vəhşi kapitalizmə gətirib çıxardı. Amma, hazırda müxalifət İctimai Palata (İP) adlı qurum ətrafında birləşməyə çalışır. İP-nı, onun ümumi fəaliyyətini necə qiymətləndirirsiniz?

    – İctimai Palatanın hazırda 400-ə yaxın üzvü var. Bu 400-ə yaxın üzvün yarısı ümumiyyətlə siyasi həyatda heç bir rol oynamamış adamlardan ibarətdir. Deputatlığa namizədlik vermiş ziyalılardır və onlar heç vaxt siyasi prosesə qoşulmayan adamlardır. Deyirlər ki meydanlara niyə adamlar çıxmır. Çünki həmin adamlar tək-tək adamlardır ki, İP-ya daxil olublar. Adətən hansısa tanınmış ziyalı siyasi partiyaya daxil olanda öz arxası ilə 100-200 nəfəri də həmin siyasi quruma gətirirdi və istər istəməz siyasi partiyalar formalaşanda ciddi bir qüvvəyə çevrilirdi ki, bir nəfər gələndə heç olmasa 10 nəfər arxasınca gəlirdi. Bu gün İP-nlın formalaşması məntiqi baxımdan siyasi partiya kimi formalaşmayıb. O, qeyri-qanuni keçirilmiş seçkiyə, seçkilərin yenidən keçilməsi tələbi ilə yaradıldı. Mən özüm də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olmaqla yanaşı, həm də İctimai Palatanın üzvüyəm. Yəni, İp-da əsas qüvvələr – daha doğrusu diqtə edən qüvvələr var və o bizlər deyilik. Müxalifət cəbhəsində o qədər boşluq yaranıb ki, İP ciddi siyasi qurum kimi gözə görsənir. Əslində digər bir qurum, məsələn VHP həm say baxımından, həm də potensial baxımından bir az aktivləşsə İP onun yanında heç də görsənməz. Yaxud da Müsavat Partiyası kənara çəkilib, tək aktivləşməyə başlasa, yaxud AXCP, yaxud digərləri, aktivləşsə, İP gözə görünməz. Demək istədiyim odur ki, İP Azərbaycan siyasi mühitində nəyəsə təsir etmək gücünə malik deyil. Qəzetlərdə, internet səhifələrində bildirilir ki, İP iqtidara alternativdir. Qətiyyən belə şey yoxdur, ola da bilməz. Etibar yoxdur.

    Bu gün bir qrup gənc var, onlar da İP-ya yox, müstəqil şəkildə, onlar İP-dan əvvəl meydana çıxdılar, ilk addımlarını atdılar, etiraz dalağalarını oyatdılar. Təkcə 11 mart aksiyası yox, onların internetdəki fəaliyyətləri, onların müxtəlif layihələrlə cəmiyyətə mesaj göndərmələri, mən onları alqışlayıram, mən hətta gözləmədiyim halda onlar meydana çıxdılar, sözlərini deməyə başladılar. Bir də ki, gənclərin fəaliyyəti İP-nın fəaliyyətindən daha güclü effekt verirdi, vermək üzrə idi. Əgər, İP mitinqlərə çıxmasaydı gənclərin qaldırdığı iddialar iqtidarı geri çəkilməyə məcbur edəcəkdi. İqtidar gənclərin iddiasından geri çəkilmişdi, İP-nın iddiasından yox. Yadınıza salın ki, Misir inqilabını gənclər etmişdi, iqtidar da onu çox gözəl bilirdi. Mübarəki gənclərin “Facebook” sosial şəbəkləsindəki fəaliyyəti devirdi. Diogər ölkələrdə də həmin məsələləri gənclər başlamışdı. İqtidar da həmin müddətdə bizim gənclərdən qorxuya düşmüşdü, İP-ya yığılmış həmin kişilərdən qorxuya düşməmişdi. O bilirdi ki, onlarla rəqabət aparıb, onları udacaq. Xalqın da hansı vəziyyətdə olduğunu çox gözəl bilirdi.

    – Onda belə çıxır ki, İP-nın mitinqləri mənasızdır…

    – İP yalnız o vaxt mitinqlərə gedə bilər ki, İP hərəkat formasında olsun, hərəkətverici qüvvəsi olsun. İP hansı mitinqə gedir? Mitinqə çağırış edir. İP mitinq eləmir, yalnız aprelin 2-də cəhd etdi, ondan sonrakılar hamısı çağırış formasında olan, mitinq adı ilə mitinq etdi. O, mitinq deyildi. Mitinqdə ən azı min nəfər, 2 min, 5 min, 10 min nəfər olanda ona mitinq deyilir. Onda liderlər də meydana çıxır. O keçirilən mitinqlərin heç bir əhəmiyyəti olmayıb, əksinə bəlkə də iqtidar bir neçə islahat edərdi, dövlət başçısı da çıxış edib, demişdi ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq lazımdır. İP-nın mitinqlərindən sonra o da dayandırıldı, bütün islahatların hamısı dayandırıldı.

    – Əks effekt verdi…

    – Əlbəttə, tam əks effekt verdi, 180 dərəcə.

    – Bəs İP hansı yolu tutmalıdır ki, fəaliyyəti düzgün effekt versin?

    – Onun hansı yol tutacağına məndə qəti inam qalmayıb. İnanmıram ki, o gələcəkdə hansısa effektiv bir şərait yaradar, azərbaycanlılar onun xətti ilə nəyəsə nail ola bilərlər. Onun üzvü olsam da mənə inandırıcı görsənmir. Yalnız Azərbaycanda tanınmış, qəbul olunmuş, real gücə malik olan siyasi partiyaların koordinasiyası yaradılmalıdır, İP qəbul eləsə də, eləməsə də. İctimai Palatada kifayət qədər siyasi xadimlər var. İsa Qəmbər də siyasi xadimdir, Əli Kərimli də siyasi xadimdir. Onlar Azərbaycan siyasətində tanınmış siyasi liderlərdir. Digərləri də var onların içərisində, ancaq buna baxmayaraq onlar real müxalifətin kənarda qalan qüvvələri olmasa İP Azərbaycan kimi dövlətdə heç nəyə nail ola bilməz.

    – İctimai Palatanın üzvləri sırasında sizin kimi İP-nın perspektivinin olmadığını düşünənlər var ki, istefa veriblər. Sizin istefa verməməyinizin səbəbi nədir?

    – Bu gün VHP-nin hakimiyyətə gəlmək şansı yoxdur, bu o demək deyil ki, mən VHP-çi ola bilmərəm. Hazırkı durumda VHP-nin hakimiyyətə gəlmək şansı o qədər yüksək deyil. Yəni, prezidentliyi qazanmaq üçün hər hansı siyasi partiya mübarizə aparmalıdır, VHP-nin şansı o səviyyədə deyil. O demək deyil ki, buna görə mən də istefa verib getməliyəm. Mən belə düşünürəm ki, Azərbaycan cəmiyyətində xalqın xeyrinə addım atan hər hansı bir qurum varsa, mən həmin qurumda təmsil olunmaq istərdim. Mən o istiqamətdə İP-da varam ki, İP az da olsa Azərbaycan xalqının indiki vəhşi kapitalistlərdən qorunmaq üçün real bir qurumdur. Düzdür, bunu aradan götürməyə gücü çatmaz hazırkı durumda yetərli deyil. Ola bilər ki, situasiyalar tamam dəyişsin, Azərbaycanda İctimai Palata adı ilə ya da başqa bir adla yeni formatda ciddi siyasi qurumlar ortaya çıxsın və nə isə əldə edə bilsinlər. Biz çox güman ki, həmin qurumlarda təmsil olunmaqdan qətiyyən çəkinməyəcəyik. Yəni, mən İctimai Palatanı o istiqamətdə qiymətləndirirəm ki, o yarandan bu günə qədər öz fəaliyyətində xalqın tərəfində durmaqla, düzdür ciddi islahatlara nail olmasa da, xalqı əzməkdən az-çox qurtara bildi. Bu gün hər bir müxalifətçinin mövcudluğu, cəmiyyətdə qəbul olunması, tanınması ətrafdakı digər iqtidar nümayəndəsinin xalqı əzməsinin qarşısını alır. Bu gün müxalifət ancaq xalqı qoruyur. Düzdür, iqtidar deyir ki, xalqı mən özüm qoruyuram, əksinə iqtidarın əlində olsa xalqı məhv edəcək. Müxalifət zəiflədikcə iqtidar güclənir, xalqı məhv etməyə çalışır. Xalq necə məhv edilir? Onun əlindən bütün hüquqlar alınır, əmlak hüququ əlindən alınır, insan hüququ əlindən alınır. Axırıncı aparılan müşahidələr də onu göstərir ki, Azərbaycan ən çox insan haqları pozulmuş, ən çox korrupsiyalaşmış, ən çox haqsız dövlətə çevrilmiş hökumətdir.

    – Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, partiyanın qurultayında sədrlikdən gedəcək. Sabir Rüstəmxanlıdan sonra partiyanı necə təsəvvür edirsiniz?

    – Bir az tez getsəydi, daha yaxşı olardı. Mən belə düşünürəm ki, Sabir Rüstəmxanlı prezidentliyə iddia etmirsə tez getməlidir. Parlamentdə də artıq 4-cü dəfə seçilib. O çox güman ki, gələcəkdə daha çox ciddi siyasi iddialarla məşğul olmayacaq. Getsəydi, cavanlarımız var, onlar gələrdi partiya rəhbərliyinə, bəlkə partiyanın taktiki xətti də, siyasi istiqaməti də dəyişərdi. Mən bunu çəkinmədən deyirəm. Nə qədər vaxtdırsa, özü burada ola-ola həmin qüvvələri formalaşdırsın, ortaya qoysun, sonra Sabir Rüstəmxanlı gedəndən sonra dağınıq vəziyyətdə qalmasın. Əgər Sabir Rüstəmxanlı özünün yaratdığı partiyanın gələcəkdə Azərbaycan cəmiyyətinə daha real təsir etmək gücünə malik olmasını istəyirsə, heç kim onun getməsini istəmir, burada rəhbərliyini, ağsaqqallığını davam etdirsin, gedəndən sonra da davam etdirsin, demirəm lider kimi, ağsaqqal kimi davam etdirsin. Partiyanın ictimai rəydəki vəziyyətini stabilləşdirmək üçün təcili istefalara hazırlaşmaq lazımdır. Əgər biz bunu edə bilməsək açıq şəkildə uçuruma gedəcəyik. Düzdür, bizim potensial imkanlarımız var, gənclərimiz var, üzvlərimizin sayına görə digər partiyalardan heç də passiv deyilik, ancaq aktiv də deyilik. Bu gün Azərbaycan cəmiyyətində xalqın müəyyən haqları iqtidar tərəfindən tapdanıb, məsələn VHP buna etiraz əlaməti olaraq ayağa durmalıdır və ictimai rəyə təsir etməlidir. O real gücümüz varmı bizim? Biz o real gücü əldə etmək üçün gərək bir neçə aylarla işləyək. Hazırda, birbaşa real gücümüz yoxdur. Ona görə də mən məsləhət görərdim ki, çox istədiyim, 20-30 illik dostum kimi komandanın gələcək komandasını istəyirsə, orada kimlərin təmsil olunmağından asılı olmayaraq heç olmasa öz ideyaları istiqamətində hərəkət eləsin. Mən demirəm kənardan adam gətirək, bizim kənardan adam gətirməyə ehtiyacımız yoxdur, partiyada kifayət qədər potensial var.

    – Partiya daxilində sədrliyə namizədlər varmı?

    – Mən onların adını açıqlamaq istəmirəm. Çox güman ki, partiyanı idarə etmək gücündə olan kifayət qədər gənc var. Düzdür maliyyə baxımından çətin olacaq, çox çətin olacaq. Amma, bu formada idarə etməyi hamı biləcək, indiki formada idarə etməyə nə var ki? Mən demirəm Sabir Rüstəmxanlı qocadır. Xeyr, Heydər Əliyev 70 yaşından sonra prezident oldu. Ancaq mən hiss edirəm ki, o, gələcək həyatını yaradıcılığa sərf etmək istəyir. Son zamanlar hiss edirəm ki, yazı yazanda o daha çox zövq alır, nəinki siyasətlə məşğul olanda. O yazını daha iştahla yazır.

    – Partiyada İctimai Palataya üzv olduğunuza görə hansısa təzyiqlə üzləşmirsiniz?

    – Qətiyyən. Özümlə bağlı deyə bilərəm ki, heç vaxt belə söhbət olmayıb. Biz ora gedəndə VHP-ni tərk edib getmirik. Biz ora VHP-nin ab-havasını aparırıq. İctimai Palatada da vətəndaş birliyinə ehtiyac var. Biz öz mövqeyimizi orada bildiririk, düzdür bizim məqsədimiz birbaşa VHP-nin ideologiyasını ora aparmaq deyil, biz özümüzün burada ifadə edə bilmədiyimiz fikirlərimizi orada söyləmək imkanına malikik. Orada tribunamız daha geniş olur, o mənada ki, demirəm VHP-də tribunanın qarşısını alır, əksinə tam azadlıqdır. Orada əlavə mövqe, VHP-dən kənar münasibətlər hökm sürür. Biz tam aktiv deyilik. Orada Koordinasiya Şurasında təmsil olunmuruq, oradakı partiya üzvlərinin sayı da çox deyil, İP-da cəmi 10-a qədər partiya üzvümüz təmsil olunur.

    – Qeyd etdiniz ki, İctimai Palatanın perspektivini görmürsünüz. Bəs müxalifətin birliyini necə görürsünüz?

    – Mən müxalifətin birliyini bayaq qeyd elədim. Facebook-da çıxışımda da, İP-nın təcili buraxılmasını istəmişdim. Azərbaycan cəmiyyətinin ona çox ciddi ehtiyacı var ki, Azərbaycanda az çox formalaşmış gənclərə həvalə olunmuş partiyaların rəhbərləri cəmləşsinlər, ciddi siyasi qurumun əsasını qoysunlar. Məsələn 8 nəfərlik bit təşkilat yaradılır, sonra onun 5-10 nəfəri 80 nəfər edir. Sonra həmin 80 nəfər bir həftə, bir aydan sonra hərəsi 100 nəfəri yığanda bu artıq 8 minə yaxın adam edir. İP 4 aydır mövcuddur, sayı 400 nəfəri keçə bilmir. Prosesi düzgün aparmayanda məğlubiyyətə düçar olursan. Mən dmeirəm İP tam məğlub vəziyyətdədir, yox, İP var…

    – Amma, qalib də deyil…

    – Qalib olma ehtimalı sıfıra bərabərdir. İp 20 ilə yaxın müddətdə formalaşmış, yumruğu vurmağa hazır olan qüvvənin, real gücün qarşısında o, çox zəifdir. Mən hesab edirəm ki, hazırda orada olanların da iştirakı ilə başqa bir qurum yaradılmalıdır. Bu qurumu yaradan VHP olsa daha yaxşı olar. Mən demirəm çıxsın, iqtidarı devirsin, yox. Başa-baş mübarizə aparsın, desin ki, sən buranı oğurlayırsan, bu olmaz. Heç olmasa bu sözləri bunlara deyə bilən, bunun arxasında dayanıb tələb edə bilən olsun. Bax, o mənada istəyirəm ki, Azərbaycanda ciddi siyasi müxalif rejim yaransın. O, İP ola bilməz. Hazırda mən o insanları çox istəsəm də bu qurumun Azərbaycanda hakimiyyətə ciddi müxalifət olacağına inanmıram. Mümkün deyil inanmaq, çünki real güc göz qabağındadır. Bundan ötrü bütün partiyaların rəhbərləri bir araya gəlməli, əvvəlki umu-küsüləri kənara qoymalı və müəyyən stol arxasında oturub danışıqlara getməlidirlər. Əks təqdirdə Azərbaycan xalqının taleyi sual altındadır. Bizim Qarabağ kimi ağrılı problemimizin həlli vətəndaş həmrəyliyi olmadan qeyri-mümkündür. Əgər sabah müharibə başlasa, müxalifətlə iqtidar müharibəyə düşmən vəziyyətində gedərsə, oradan nə əldə edə biləcək? Bizim onsuz da düşmənizmi çoxdur. Bir yandan İran, o biri yandan Rusiya. Ermənistan da torpağımızı işğal edib. Xəzər vasitəsilə qonşu olduğumuz türk dövlətləri var, onlar da Qarabağla bağlı bir kəlmə də dillərinə gətirmirlər. Hamı deyir ki, biz istəyirik ki, torpaqlar müharibəsiz alınsın. Müharibəyə alınan torpağı müharibəsiz kim verər?

    – Onda siz məsələnin həllini müharibədə görürsünüz…

    – Başqa çıxış yolu yoxdur. Ya beynəlxalq aləm tam bizim tərəfimizdə olmalıdır. Yəni, bizim o istiqamətdə arxamızda duran real gücümüz, qüvvəmiz olmalıdır. Mən inanmıram son vaxtlarda arxamızda duran real qüvvə olsun. Mümkün deyil. Bunun başqa çarəsi cavanlarımızı bir yerə yığmaqdır. Gücümüz olmalıdır. Biz də iqtidara öz sözümüzü demək üçün müxalifətin həmrəylik edib gücünü, qüvvəsini bir yerə toplamağa ehtiyac olduğu kimi, Azərbaycan dövlətinin qüvvə toplamaq üçün ciddi həmrəyliyə ehtiyacı var.

    Fatimə Kərimli

  • Qa­nı er­mən qa­nı­na bu­laş­mış mə­mur­lar ki­fa­yət qə­dər­dir

    Sabir Rüstəmxanlı: “Ola bil­sin ki, kim­lər­sə giz­lin şə­kil­də da­yı­la­rı­nı mü­da­fiə edir”

    Er­mə­ni so­si­olo­qu, “So­si­ometr” mər­kə­zi­nin rəh­bə­ri Aqa­ron Adı­bek­yan Er­mə­nis­tan mət­bu­atı­na açıq­la­ma­sın­da öl­kə­də­ki ic­ti­mai-si­ya­si və­ziy­yə­tə mü­na­si­bət bi­li­di­rib və ha­ki­miy­yə­ti tən­qid edib. Am­ma o, na­ra­hat­lı­ğa əsas gör­mə­yib. Qeyd edib ki, nə qə­dər ki, Azər­bay­can ha­ki­miy­yə­tin­də da­mar­la­rın­dan er­mə­ni qa­nı axan­lar təm­sil olu­nur­lar, na­ra­hat­lı­ğa əsas yox­dur. Aqa­ron Adı­bek­yan de­yib: “Azər­bay­can­da son par­la­ment seç­ki­lə­rin­dən son­ra er­mə­ni­lə­rin xey­ri­nə irə­li­lə­yiş­lə­rin ola­ca­ğı göz­lə­ni­lir. Bəl­kə də ar­tıq bu cür irə­li­lə­yiş­lər var. O mə­na­da ki, qon­şu öl­kə­nin yük­sək eşe­lo­nun­da hər 5 nə­fər­dən bi­ri mən­şə­cə giz­li er­mə­ni­dir və ya er­mə­ni qa­dın­la ni­kah­da­dır. De­mə­li, biz er­mə­ni­lər “matryoş­ka” ki­mi on­la­rın için­də giz­lən­mi­şik. Bu­na gö­rə də hər han­sı irə­li­lə­yi­şə ümid bəs­lə­mək olar”.

    Azər­bay­can ha­ki­miy­yə­tin­də təm­sil olu­nan şəxslər­dən kim­lə­rin er­mə­ni­lər­lə qo­hum­luq əla­qə­lə­ri­nin ol­du­ğu çox­la­rı­na bəl­li­dir. Bu ba­rə­də mət­bu­at­da də­fə­lər­lə qeyd olu­nub. Tək­rar­la­ma­ğa eh­ti­yac gör­mü­rük.

    Aqa­ron Adı­bek­ya­nın açıq­la­ma­sı­na mü­na­si­bə­ti­ni öy­rən­di­yi­miz mil­lət və­ki­li, Və­tən­daş Həm­rəy­li­yi Par­ti­ya­sı­nın səd­ri Sa­bir Rüs­təm­xan­lı “Öl­kə”yə açıq­la­ma­sın­da er­mə­ni so­si­lo­qu­nun fi­kir­lə­ri­lə ra­zı­laş­dı­ğı­nı bil­dir­di: “Azər­bay­can ha­ki­miy­yə­tin­də, rəh­bər­lik­də qa­nı er­mən qa­nı­na bu­laş­mış mə­mur­lar ki­fa­yət qə­dər­dir. Am­ma on­lar Azər­bay­ca­nın ma­raq­la­rı­nı qo­yub er­mə­ni ma­raq­la­rı­na xid­mət edə bil­məz­lər. Ola bil­sin ki, kim­lər­sə giz­lin şə­kil­də da­yı­la­rı­nı mü­da­fiə edir. Er­mə­nis­ta­nın özün­də də dam­lar­la­rın­dan türk qa­nı axan­lar ki­fa­yət qə­dər­dir. Bi­zim be­li­miz­dən gə­lən er­mə­ni öv­lad­la­rı var. On­la­ra cə­sa­rət, igid­lik ve­rən də məhz da­mar­la­rın­da­kı türk qa­nı­dır. Am­ma bu­nun qar­şı­sı­nı al­maq müm­kün de­yil. Bu gün bü­tün dün­ya­da qan qa­rı­şıq­lı­ğı var. Kim özü­nü han­sı mil­lət­dən he­sab edir­sə, onu elə hə­min mil­lə­tin nü­ma­yən­də­si ki­mi qə­bul et­mək la­zım­dır”.

     

    RA­MİL
    “Ölkə” qəzeti

  • Felmar Ələkbərli-65

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Felmar Ələkbərlini 65 illik yubileyi münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz Felmar bəy!

    Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

    Siz uzun illər müxtəlif vəzifələrdə özünüzü peşəkar kadr kimi göstərmisiniz. Amma Şin zavodunun direktoru ikən tutduğunuz yol Azərbaycanın müstəqillik, birlik, azadlıq ideyalarına sadiqliyinizin bariz nümunəsi kimi sizi bizlərə və xalqa tanıtdı. Siz heç bir təzyiqə baxmayaraq, Milli Azadlıq Hərəkatının içərisinə atıldınız və o dövr üçün böyük bir cəsarət göstərərək, Məhəmməd Əmin Rəsulzadənin heykəlini zavodun həyətində ucaltdınız. Bu, Azərbaycanda Rəsulzadənin ilk heykəli olaraq şərəfli tariximizə və sizin tərcümeyi-halınıza yazıldı.

    Azərbaycan müstəqilliyini əldə etdikdən sonra başlayan vətəndaş cəmiyyəti quruculuğundan da kənarda qalmadınız və biz sevinirik ki, siz demokratiya, insan haqları və vətəndaş cəmiyyəti istiqamətində apardığınız mübarizəni vətəndaş həmrəyliyi ideologiyası daxilində, bizimlə bir sırada aparırsınız. Milli birlik, vətəndaş həmrəyliyi ideologiyasının hər bir dönəmdə nə qədər önəmli olduğunu siz də bizim qədər çiyinlərinizdə və cəmiyyətimizdə hiss etmisiniz. Qarabağ savaşında, torpaqlarımızın işğalında vətəndaş həmrəyliyi və milli birliyin olmamasının da rol oynadığı tarix o qədər də uzaqda deyil. Hazırda da dünyanın indiki nizamında, daha doğrusu, nizamsızlığında milli birlik ideyasının Azərbaycan xalqı və dövlətçiliyimiz üçün qiymətini anlamaq çətin deyil.

    Bu ideyanı insan haqları və vətəndaş cəmiyyəti quruculuğu ilə uzlaşdırmaqla aparılan mübarizə bir ziyalı missiyasıdır və siz də bu missiyanızı uzun illərdir ki, şərəflə daşıyırsınız.

    Hörmətli Felmar bəy!

    Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, uzun illərdir uğurunda çalışdığınız Vətəni bütöv görmək səadətinin nəsib olmasını arzu edirəm.

  • “Nida”çılara hökm oxundu

    Mayın 6-sı Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida”çı gənclərə hökm oxunub.

    “Media forum” saytının müxbiri Bakı Ağır Cinayətlər Məhkəməsindən xəbər verir ki, Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

    Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Hökmə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

  • “Bunun söz azadlığına nə aidiyyəti var?”

    İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının növbəti 17-ci sessiyası toplantısında millət vəkili Gövhər Baxşəliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

    VHP-nin mətbuat xidmətindən verilən məlumata görə, Təşkilatın yekun bəyamnaməsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətindən millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək dünyada baş verən son hadisələrə münasibətini bildirib. S.Rüstəmxanlı Fransadakı son terror hadisəsindən sonra dünyada daha da artan anti-islam əhval ruhiyyəsi və bunun müsəlman dünyasında illər uzunu sürən qlobal savaşlar, işğalçılıq, bölücülük, beynəlxalq hüquqla daban-dabana zidd olan layihələrlə açıq və gizli bağlılığı barədə danışıb:

    “Söz azadlığını müdafiə edən Avropanın “1915-ci ildə Türkiyədə soyqırımı olmayıb” deyənlərə cəza tətbiq etməsi hansı məntiqə söykənir?

    ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa terroru dövlət siyasətinə çevirmiş Ermənistanın işğalçılığına nədən “dur” demir? İllər uzunu davam edən terror əməllərinin qarşısını almaq, zorakılığa məruz qalmış bir milyon Azərbaycan insanının hüquqlarının qorunması istiqamətində nədən heç bir iş görmür? Parısdə olduğu kimi, Qarabağda, Xocalıda, Suriyada, İraqda, Əfqanıstanda, Fələstində, Türkiyədə terror qurbanı olanlar, Kıprısda, Kırımda hüquqları tapdalanan müsəlmanlar da insandır axı! Nədən bu məsələlərdə səsi çıxmayan və ya münaqişələrin dərinləşməyində maraqlı olan qüvvələr növbə özlərinə çatanda bütün dünyanı ayağa qaldırmağa çalışırlar? Beynəlxalq təşkılatlar öz prinsiplərini qoruya bilmir, böyük güclər ikili standartlarla, qərəzlə ancaq özlərinə sərf edən siyasəti dəstəkləyirlər. Bir milyard yarım insan “mənim müqəddəs kitabıma toxunma, peyğəmbərimi təhqir etmə” deyirsə, xahiş və tələb edirsə və bir ovuc cahil bu insanların inancına sayğı göstərmirsə, bunun sızin azadlığınıza nə aidiyyəti? Bu əsil vandalizmdir…”

    Daha sonra Doğu Türküstan məsələsindən danışan millət vəkili deyib ki, islam dünyasının Qərbdə üzləşdiyi problemlərlə yanaşı, Şərqi də unutmamalıyıq:

    “Dünyanın gözünün qarşısında Çin ağlasığmaz vəhşiliklə bütöv bir müsəlman-türk xalqını məhv etməkdədir. Uyğur xalqı Mərkəzi Asiyada islamı ilkin qəbul edən yüksək mədəniyyət sahibi olan bir xalqdır. Geniş ərazisi, çox böyük təbii sərvətləri olan Doğu Türküstan öz etnik varlığını, dilini, adət-ənənəsini məhz islam dini sayəsində qoruyub saxlaya bilib. Təkcə Kaşqar şəhərində 1500 məscid var. Çin bu xalqa müsəlman kimi yaşamağı qadağan edir. Onlar namaz qıla, oruc tuta bilmir, azan oxunmur, məscidlər bağlanıb. Bu din və vicdan soyqırımı qarşısında dünya susur, lakin biz susa bilmərik. Doğu Türküstan müsəlmanlarını müdafiə etmək bizim borcumuzdur və yekun Bəyannamədə uyğur türklərinin faciəsini bütün dünyaya bir daha xatırlatmalıyıq”.

    S.Rüstəmxanlı qarşılarında duran böyük problemlərin həlli üçün islam ölkələri arasında birlik və bərabərliyin güclənməsinin, bu ölkələrdə demokratiyanın, hüququn aliliyinin, ədalətin, haqqın, halallığın bərqərar olmasının, millətləri şəxsi və ailə maraqlarına qurban verən diktatorluğa son qoyulmasının zəruriliyi, bu ölkələrinin islam adına layiq bir şəkildə idarə edilməsi və inkişafının qaçılmazlığı məsələlərini də vurğulayıb.

    Bundan əlavə Əməkdaşlıq Təşkilatının Humanitar, Hüquq, Sivilizasiyalar və Dinlərarası dialoq Komitəsinin yanvarın 18-də keçırılən yığıncağına sədrlik etmiş Azərbaycan nümayəndə heyətinin başçısı Gövhər Baxşəliyeva da islam dünyası ətrafında cərəyan edən oyunlar, islamı qəsdən terror qurumları ilə bağlamaq cəhdləri, beynəlxalq təşkilatların müsəlman ölkələrdəki münaqişələrin həllində maraqlı olmamaları, hadisələrə ikili standartlarla yanaşmaları barədə Azərbaycan respublikasının rəsmi mövqeyinin də ifadə olunduğu məruzə ilə çıxış edib. O, sessiya çərçivəsində keçirilən Müsəlman Qadınları Konfransında da islam aləmində qadınların problemlərı barədə danışıb.

    Sessiyanın ayın 20-də keçirilən yığıncağını isə giriş sözü ilə Türkiyə Böyük Millət Məclisinin başqanı Cəmil Çiçək açıb. Və həmin gün İƏTPİ 17-ci sesiyasının işçı proqramı və gündəliyi təsdiq edilib, İƏTPİ Baş katibinin, İcraiyyə Komitəsinin məruzələri dinlənilərək sessiyanın işi yekunlaşdırılıb.

  • “Bu terakt bizim hər birimizə qarşı yönəlib”””

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Çarli Hebdo” (“Charlie Hebdo”) redaksiyasında törədilən terrorla bağlı Fransa dövlətinə və xalqına başsağlığı verib.


    VHP mətbuat xidmətindən musavat.com-a daxil olan başsağlığı məktubunda bildirilir:
    “Fransanın paytaxtı Paris şəhərində “çarli Hebdo” (“Charlie Hebdo”) redaksiyasına terrorçuların hücum etməsi və 12 nəfərin qətli bütün Azərbaycan vətəndaşları kimi məni də dərindən sarsıtmışdır.
    Öldürülənlərdən 8 nəfərinin jurnalist olması isə bir yazar və keçmiş qəzetçi olaraq bu faktı mənim üçün həm də mənəvi baxımdan ikiqat sarsıdıcı etdi. 
    Dünyada heç bir rejim, heç bir silah söz azadlığını təhdid edə bilməz. Söz müqəddəsdir və onun təhdidi bütün dünya ziyalılarına, söz adamlarına, demokratik dəyərlərə yönəlmiş hücumdur. Bu baxımdan Fransada jurnalistlərin qətli təkcə Fransa xalqına deyil, bizim hər birimizə qarşı yönəlmiş vəhşilikdir. 
    Azərbaycan erməni terroru ilə üz-üzə olan, onun faciələrini dəfələrlə yaşayan bir ölkədir və mən bu dəhşətin miqyasını və ağrısını çox gözəl anlayıram. Ona görə də bu ağır günlərdə Sizin dərdinizi bölüşdüyümü, bu faciəni öz faciəm bildiyimi nəzərinizə çatdırır, Sizin simanızda ölənlərin yaxınlarına və bütün Fransa xalqına dərin hüznlə başsağlığı verirəm”.