Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • VHP Gənclər Təşkilatının konfransı keçiriləcək

    Aprelin 19-da saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının X konfransı keçiriləcək.

    Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Nicat Kamalın verdiyi məlumata görə, artıq konfransın nümayəndələri seçilib, bütün rayon təşkilatlarından konfransa seçilmiş şəxslərin siyahıları Təşkilat Komitəsinə təqdim olunub: “VHP Gənclər Təşkilatının sədrliyinə iki şəxs – Tural Hüseynli və İsmi Şahzadənin namizədlikləri qeydiyyata alınıb. Hər iki namizədin seçki platformasını və iş planlarını  Təşkilat Komitəsinə təqdim ediblər. Namizədlər səsvermə hüququna malik gənclərə təqdim olunub və onlar kampaniya dövründə öz seçki təbliğatlarını aparıblar. Eyni zamanda VHP Gənclər Təşkilatının Məclisinə 26, Nəzarət-Təftiş Qrupuna isə 4 nəfərin namizədliyi qeydiyyata alınıb”.

    Nicat Kamal sonda bildirib ki, səsvermə gizli şəkildə keçiriləcək:”Artıq səsvermə bülletenləri və mandatlar hazırdır. Həmçinin bütüx texniki işlər yekunlaşıb”,

  • Tarixi Şəxsiyyətin tarixi

    İSTİQLAL MÜBARİZİNİN HƏYAT VƏ FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ MÜKƏMMƏL ƏSƏR

    Özünü tanımayan, keçmişini, tarixini bilməyən və yaxud unudan, özünə və öz keçmişinə, tarixinə hörmətlə yanaşmayan insan, ictimai toplum ətraf-aləmdən anlayış, diqqət və hörmət uma bilməz. Zəngin tarixi təkamül yolu keçmiş, dünya mədəniyyət xazinəsinə dahi, bənzərsiz şəxsiyyətlərin irsini, ulu dövlətçilik tarixinin uğurlarını bəxş etmiş Azərbaycan xalqı bir çox dönəmlərdə özünün əzəmətli tarixini öyrənmək, bu tarixi obyektivcəsinə tarixi gerçəkliklərə uyğun olaraq araşdırmaq, özünü ətraf aləmə tanıtmaq, xalqın təkamül tarixində silinməz iz qoymuş şəxsiyyətləri layiqincə dəyərləndirmək imkanlarından məhrum olmuşdur. XIX əsrin ilk onilliklərində Azərbaycan dövlətçiliyinin itirlməsi, Vətənimizin şimal qisminin işğal olunaraq Rusiya imperiyasının tərkibinə daxil olunması, müstəmləkəyə çevrilməsi, 1918-1920-ci illərin qısamüddtəli azadlıq fəaliyyətindən sonra Sovet Rusiyasının işğalına məruz qalaraq yenidən müstəmləkə halına salınması, 1991-ci ilin sonralarından bu əsarətdə qalmağı həmin məhrumiyyətin başlıca səbəbi kimi dəyərləndirilir. Bu məqamda XIX əsrin məhşur alman mütəfəkkiri Hegelin fikri yada düşür: “Dövləti olmayan xalqın əslində tarixi də yoxdur!” (Kuzneüov V.N.Nemeükaə, «Klassiçeskaə filosofiə XVIII – naçala XIX vv. Moskva, 1989, str. 381»)

    XX yüzilliyin 90-cı illərin əvvəllərində müstəqil dövlətçiliyi yenicə bərpa etmiş Azərbaycan cəmiyyətində XIX əsrin sonlarında XX əsrin əvvəllərində təşəkkül taparaq xalqın ictimai-siyasi, mədəni, mənəvi yüksəlişi, siyasi müstəqqilliyi uğrunda əvəzsiz xidmətlər göstərmiş, lakin ömrünün son qismini mühacirətdə keçirməli olmuş fədakar, bənzərsiz tarixi şəxsiyyətlərin zəngin elmi, bədii irsinə böyük maraq vardı. Xalqın Azərbaycan istiqlalına sadiq qalmış qismində bu görkəmli şəxsiyyətlərin elmi, ədəbi irsinə “müraciət”, “qayıdış” faktları həmin zamanın diqqəti cəlb edən gerçəkliklərindən idi. Ötmüş əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı yeni istiqlal məqamının əzəlini yaşayırdı, insanların düşüncəsində, fəaliyyətində müstəqillik ovqatı vardı. Azərbaycanın siyasi müstəqilliyə yeni qayıdışı istiqlal məfkurəsini bitkin ideologiya, təlim halına gətirmiş şəxslərin irsinin xalqa tanıdılması ilə müşaiyət olunurdu.

    Tarixi şəxsiyyətlərin xidmətləri ilə bağlı olan mühakimələr onların müasir tələblərlə müqayisədə etmədikləri, edə bilmədikləri əsasında deyil, öz sələfləri ilə müqayisədə əldə etdikləri yeniliklərə, uğurlara istinadən yürüdülməlidir. Xüsusilə qeyd olunmalıdır ki, XIX əsrin II yarısında – XX əsrin ilk onilliklərində yaşayaraq gərgin ictimai-siyasi, mədəni-mənəvi, ideoloji, bədii fəaliyyət göstərmiş Vətən övladları (H.Zərdabi, M.Ə.Sabir, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, F.Xoyski, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov və b.) öz sələfləri ilə müqayisədə nəinki daha əzəmətli yeniliklər etmiş, uğurlar qazanmış, öz aktuallığını hətta XXI əsrdə də itirməmiş, irs qoyub getmişlər. Təəssüf ki, ötmüş əsrin 90-cı illərinin əvvəllərində həmin fədakər Azərbaycan övladlarının bu irsinin xalqa və beynəlxalq ictimaiyyətə tanıdılması prosesi məntiqi sonluğadək davam etmədi. Bu məqamda dahi Azərbaycan bəstəkarı, mədəniyyət xadimi, musiqişünası, dramaturqu, publisisti Üzeyir Hacıbəyovun (1885-1948) 1908-ci ildə “Tərəqqi” qəzetində nəşr olunmuş “Biz və dövr iş görürük?” adlı felyetonunun başlıca müddəaları yada düşür. Azərbaycan milli psixologiyasına dərindən bələd olan Üzeyir bəy Hacıbəyov ürək ağrısı ilə yazmışdı: “Biz bir iş görmək istədikdə bir şeyi yadımızdan çıxarırıq. O şey nədir? O şey nərdivandır! Necə yəni nərdivan? Nərdivan nədir? Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədricən yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar. Bu belə! Bundan başqa bir də biz həmişə başımızdan yekə iş görürük”  (Üzeyir Hacıbəyli, “Seçilmiş əsərləri”. Bakı, 1985. s. 384; Üzeyir Hacıbəyli, “Ordan-burdan”. Bakı, 1981. s. 112-114). Bir işi tamamlamadan digər bir işə keçid etmək və bütün keçidlərdə natamamlıq faktları saxlamaq kimi böyük bir problem hal-hazırda da Azərbaycan gerçəkliyi üçün aktualdır (X.Qasımov, “M.Ə.Rəsulzadənin elmi-ədəbi irsində orta çağların Azərbaycan mədəniyyəti məsələləri”. Şah İsmayıl Xətai, “III elmi-parktik konfransının materialları”, Bakı, 2008. s. 55).

    Özümüzü, keçmişimizi, tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətini, irsini öyrənmək, ətraf aləmə tanıtmaq, araşdırmaq, sahələrində natamamlığa, fasiləyə yol verməklə tədricən qloballaşan çağdaş dünyada Azərbaycan özəlliklərini itirmək olar. Tarixi elmlər doktoru, professor, çağdaş Azərbaycan ictimai-siyasi, mədəni həyatında görkəmli yeri olan C.P.Həsənlinin “Tarixi şəxsiyyətin tarixi: Əliməranbəy Topçubaşıv”(Bakı, 2013) adlı monoqrafiyası bu baxımdan diqqəti xüsusilə cəlb edir. C.P.Həsənlinin 12 fəsildən və 80 yarımfəsildən (paraqrafdan) ibarət olan bu kitabı Azərbaycanın böyük dövlət xadimi Əlimərdanbəy Topçubaşovun (1863-1934) həyatına və fəaliyyətinə həsr edilmiş, eyni zamanda rus dilinə tərcümə olunaraq 2014-cü ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində nəşr olunmuşdur. Əlamətdar haldır ki, bu irihəcmli, dərin məzmunlu monoqrafiya görkəmli Azərbaycan dövlət xadimi Ə.Topçubaşovun bu dünyaya gəlişinin 150, axirətə, əbədiyyətə qovuşmasının 80 illiyinə təsadüf etmişdir.

    C. P. Həsənli oxucuları Ə. Topçubaşovun həyat və fəaliyyətinin bütün cəhətləri ilə tanış etmək üçün müxtəlif dillərdə (azərbaycan, rus, türk, ingilis, fransız) olan yazılı qaynaqlara, sənədlərə, elmi ədəbiyyata müraciət etmiş, onları tənqidi sürətdə təhlil etmişdir. Bu məqamda Jorj Klemanso, Vudro Vilson, Duayt Eyzenhouer kimi dövlət xadimləri müxtəlif dövrlərdə, xüsusilə orta çağlarda və müxtəlif ölkələrdə bir çox siyasi xadimlərə həsr olunmuş, əsasən mədhiyyə səciyyəsi daşıyan salnamələri haqqında SSRİ-nin rəsmi dairələrinin sifarişi ilə sovet tədqiqatçılarının ötmüş əsrin 80-ci illərində yazdıqları əsərləri xatırladır. Cəmil Həsənlinin  monoqrafiyası həmin əsərlər, salnamələr kütləsindən tamamilə fərqlənir, müstəsna bir əsərdir, müəyyən şəxslərin, dairələrin sifarişinin nəticəsi deyildir, araşdırma obyekti mədh etmək məqsədinə xidmət etmir. Bu kitab bütün Azərbaycan xalqının sosial sifarişinə uyğun olaraq yazılmışdır, yeni nəslin fədakar sələflərə dərin minnətdarlığının ifadəsidir, onlara olan mənəvi borcumuzun qismən ödənilməsinin parlaq faktıdır. C.P.Həsənli bu monoqrafiyanı yazmaqla xalqın öz fədakar övladlarından birinə – Ə.Topçubaşova bu minnətdarlıq duyğusunu bildirmək, mənəvi borcu qismən ödəmək missiyasını şərəflə yerinə yetirmişdir.

    Azərbaycan tarixində ən parlaq şəxsiyyətlərdən biri olan Əlimərdanbəy Topçubaşov  “ömrünün ən azı əlli ilini fasiləsiz və yorulmadan çalışaraq xalq işinə sərf etmişdir” (M.Ə.Rəsulzadənin fikridir – red.). Nəcib nəsildən olmuş Ə.Topçubaşov gözəl ibtidai, orta təhsil almış, təhsilini öncə Sankt-Peterburq Universitetinin tarix-filologiya fakültəsində, sonra isə hüquq fakültəsində davam etdirmiş, əmək fəaliyyətinə Tiflisin dairə məhkəməsində başlamış, 30 yaşında ikən Azərbaycan mətbuatının banisi Həsənbəy Zərdabinin böyük qızı Pəri xanımla ailə həyatı qurmuşdur. Onun həyat və fəaliyyətinin erkən dövrü ilə bağlı olan faktlar öz əksini C.P.Həsənlinin monoqrafiyasının I fəslində tapmışdır. Ə.Topçubaşovun həyat və faliyyətinin Bakıda keçmiş dövrü əsərin II fəslində araşdırılır və oxuculara təqdim edilir. Bu dövrdə o, türk və müsəlman əhalisinin hüquqlarının yorulmaz müdafiəçisi kimi tanınmışdır. Rusiya imperiyasında baş vermiş 1905-ci il hadisələri Ə.Topçubaşovun fəaliyyət məkanını xeyli gücləndirirdi və o, Rusiya imperiyasında türklərin, bütün müsəlman xalqların hüquqları uğrunda mübarizə aparan mütərəqqi qüvvələrin öndərinə çevrildi. Onun bu mübarizəyə həsr olunmuş həyatı öz əksini C.P.Həsənlinin monoqrafiyasının III-VI fəsillərində tapmışdır.

    Böyük həyat və mübarizə təcrübəsi olan Əlimərdanbəy Toçubaşov Azərbaycanda müstəqil dövlət qurucularının ön cərgəsində olmuş, Azərbaycan Parlamentinin ilk sədri seçilmiş, Paris Sülh konfransında Azərbaycan Cümhuriyyətinin nümayəndə heyətinə başçılıq etmiş, Versalda öz ölkəsinin qabaqcıl dünya dövlətləri tərəfindən tanınmasına nail olmuşdur. O, ABŞ prezidenti Vudro Vilsonun (1912-1920) qəbul etdiyi ilk Azərbaycan dövlət xadimi idi. C.P.Həsənlinin əsərinin VII-X fəsillərində Ə.Toçubaşovun siyasi, diplomatik fəaliyyətinin həmin mərhələsinin başlıca məqamları araşdırılır və oxuculara təqdim edilir. 1920-ci ilin aprel ayının 28-də “yeniləşmiş” Rusiyanın rəsmi dairələri Azərbaycanda olan mühafizəkar, qyeri-milli qüvvələrin dəstəyinə arxalanaraq, ölkəmizə hərbi müdaxilə təşkil edərək AXC hakimiyyətini devirdilər. Ə.Topçubaşov və onun məsləkdaşları bu təcavüzlə, doğma Vətənin yenidən əsarətə düşməsi faktı ilə barışmadılar. Ə.Topçübaşov ömrünün sonunadək Azərbaycanın siyasi müstəqilliyinin bərpa olunması uğrunda mübarizə apardı. Cəmil Həsənlinin kitabının XI-XII fəsillərində onun bu mübarizə tarixi ilə bağlı olan məqamlar araşdırılaraq nəzərimizə çatdırılır. Monoqrafiyada xüsusilə qeyd edilir ki, o, Qafqaz xalqlarının ictimai-iqtisadi, siyasi, mədəni birliyi ideyasının yorulmaz təbliğatçısı olmuşdur. 1934-cü ilin iyul ayının 14-də erməni siyasi mühacirləri istisna olmaqla Qafqazı tərk etmiş bütün siyasi mühacirlər Qafqaz Konfederasiyasına dair paktı imzaladırlar. Azərbaycan Milli Mərkəzi adından bu paktı Ə.Topçubaşov və M.Ə.Rəsulzadə (1884-1955) imzaladılar. Həmin sənədi qəbul etmiş qüvvələr Sovet Rusiyası tərəfindən hərbi təcavüz yolu ilə Qafqaz xalqlarının siyasi müstəqilliyinə son qoyulmasına qəti etirazlarını bildirir, həmin xalqların siyasi müstəqilliyini bərpa etməkdə, Qafqaz Konfederasiyasını yaratmaqda qərarlı, israrlı olduqlarını göstərirdilər. Lakin XX əsrin 30-cu illərin sonlarına doğru sovet rejiminin “yeniləşmiş” imperiya daxilində öz mövqelərini gücləndirməsi, Avropa ölkələrində fəaliyyət göstərən Qafqaz mühacirlərinin pərakəndə hala düşməsi, xüsusilə 1934-cü ilin noyabr ayının 5-də Ə.Topçubaşovun Paris yaxınlığındakı Sen-Klu məntəqəsində vəfat etməsi bu arzunun gerçəkləşdirilməsini qeyri-mümkün hala gətirdi. Onun dəfni Avropadakı Qafqaz, Mərkəzi Asiya və Rusiya mühacirlərinin əzəmətli nümayişinə çevrildi. Bu mərasimdə çıxış etmiş M.Ə.Rəsulzadə demişdi: “Biz Əlimərdanbəyin vəfatı ilə milli həyatımızda mühüm mərhələni təcəssüm etdirmiş insanla vidalaşırıq, çünki Əlimərdanbəy Topçubaşovun adı bütöv bir nəslin və həyatın müəyyən bir dövrünün sinonimidir”. O, xüsusilə qeyd etmişdi ki, Ə.Topçubaşov “Qafqaz Konfederasiyası ideyasının ilk carçısı olmuşdur”.

    Əlimərdanbəy Topçubaşov bu ideyanı hələ 1914-cü ildə, gürcü şairi A.R.Seretelinin (1840-1914) dəfn mərasimində elan etmişdi. M.Ə.Rəsulzadə Ə.Topçubaşovun dəfn mərasimində qeyd etmişdi: “Şübhə yoxdur ki, Qafqaz konfederalistləri onun simasında bu ideyanın ən qocaman nümayəndələrindən birini itirmişlər…  Biz – azərbaycanlılar Əlimərdanbəyin simasında milli hərəkatın müəyyən dövrünün nümayəndəsini, müstəqil Azərbaycanın böyük dövlət xadimini, Azərbaycanın müstəqilliyi uğrunda görkəmli mübarizi itirmişik… O, bu dünyaya mübariz kimi gəlmişdi. Həmin illərdə Rusiya türkləri və xüsusilə azərbaycanlılar özlərinin milli həyatının quruculuğunda, yeni mərhələnin başlanğıcında idilər… O, ömrünün sonuna qədər dili, qələmi, coşqun enerjisi ilə milli mübarizənin müdafiəçisi olmuşdur”.

    C.P.Həsənli əsərin “Nəticə” qismində qeyd edir ki, Əlimərdanbəy Topçubaşovun 70 illik həyatından bəhs edən bu kitab bir qədər gecikmişdir. Bu məqamda xalqımızın “gec olsun, güc olsun” deyimini xatırlamamaq qeyri mümkündür. Bir qədər “gecikmiş bu kitab”ın gücü, əhəmiyyəti göz qabağındadır və əsər müəllifinin öz uğuruna sevinməyə, həyatı milli mücadilədə keçmiş sələflərinə tarixçi borcunu ödədiyinə görə fəxr etməyə haqqı var.

    XVIII əsrin ilk onilliklərindən XIX yüzilliyin ilk onilliklərinədək xanlıqlar şəklində, pərakəndə halda olmuş, 1918-ci ilin mayınadək Rusiya imperiyası tərkibində qalmış Azərbaycanın siyasi müstəqilliyi 1918-1920-ci illərin tarixi gerçəkliyi olmuş və bu tarixi məqamda xalqımızın aparıcı siyasi xadimlərindən biri, Vətənin siyasi müstəqilliyini hər şeydən uca tutmuş Ə.Topçubaşov olmuşdur. Bu, onun Azərbaycan xalqının tarixini, mədəni-mənəvi dəyərlərini dərindən bilıməsi, yaşadığı ekstremal, mürəkkəb, taleyüklü dövrün xalqla bağlı olmuş problemlərini aydın sürətdə anlaması və Azərbaycanın, xalqın inkişaf perspektivlərini düzgün müəyyənləşdirməsi ilə bağlı idi. Ə.Topçubaşov XX əsrin 20-ci ilində yenidən rus (sovet) təcavüzünə məruz qalmış, bu yüzilliyin 70 ilini də müstəmləkə halında yaşamış Azərbaycan xalqının dövlətçilik tarixinin, ənənələrinin əzəmətinə istinadən xalqın siyasi potensialına dərin ümidlər bağlayırdı. O, XX əsrin böyük qismini əsarətlə yaşamış doğma xalqının müstəqil yaşamaq hüququna malik və layiq olduğunu yorulmadan xalqın özünə və beynəlxalq aləmə sübut etməyə çalışırdı. Ə.Topçubaşovun müasiri olmuş M.K.Atatürkün (1889-1938) fikrincə, “əgər bir millət böyükdürsə, özünü tanımaqla daha böyük olu”. (Utkan Qocatürk. “Atatürk”. Bakı, 1991, s.157). Doğma xalqını öz əzəmətinə, xoş gələcəyinə inandırmağa çalışmış Ə.Topçubaşov son nəfəsinədək nəcib ənənlərinə sadiq qalmış, xalqa xidmətin misilsiz nümunəsi kimi millətin qan yaddaşına köçmüşdür.

    Ə.Topçubaşov hətta 1918-1920-ci illərdə (Azərbaycan Cümhuriyyəti dövründə) siyasi həyatda, vəzifədə ön mövqelərə çıxmağa can atmamış, xalqa xidməti özünün başlıca vəzifəsi hesab etmişdir. “Millətə əfəndilik (ağalıq – red.) etmək olmaz, xidmət etmək olar. Bu millətə xidmət edən, onun əfgəndisi olur”. (Utkan Qocatürk, “Atatürk”.s.128). Ə.Topçubaşov millətə bütün varlığı ilə xidmət etmiş, zəngin irsi ilə yaxın gələcəkdə də həmin xidmətini davam etdirən bu cür millət “əfəndilərindəndir”. Ə.Topçubaşov şəxsiyyətinin əzəməti Cəmil Həsənlinin iki dildə nəşr olunmuş fundamental əsərində mükəmməl, aydın şəkildə təqdim edilir və düşünürük ki, onun haqqında bu üslebda ikinci bir əsərin yazılması qeyri mümkündür. Azərbaycan tarix elminə bəxş etdiyi bu töhfəsinə görə C.P.Həsənliyə dərin minnətdarlığımızı bildirir və ona yeni uğurlar diləyirik.

     

    Xeyirbəy Qasımov,

    Dilavər Əzimli

    AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi əməkdaşları   

  • Sabir Rüstəmxanlı “Əsərlərin dili ilə” rubrikasında – MÜSAHİBƏ

    “Biz Yerdən daha çox Göyə bağlıyıq”

    “Əsərlərin dili ilə” rubrikasının budəfəki qonağı zəngin həyat yolu keçən, həm ictimai-siyasi fəaliyyəti ilə, həm də əsərləri ilə təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır

    – Sabir müəllim, 1971-ci ildə “Tanımaq istəsən” sualını kimə ünvanlamısız, kimi tanıtmaq istəyirdiz?

    – Əslində bu, şəhərli bir qıza sevgi ünvanı idi. 24 yaşım vardı. Deyirdim ki, əgər məni tanımaq istəyirsənsə, mənim doğulduğum kəndə, dağlara gəlməlisən, böyüdüyüm mühiti görməlisən. Onda məni duya bilərsən. Şerin məzmunu budur. Kitabın ümumi məzmunu isə bir vətəndaşlıq səciyyəsi daşıyır. Cavan söz adamı, şer həvəskarı kimi gəlmişəm bu meydana. Əgər məni tanımaq istəyirsənsə, bu kitabı oxu – kitabın qayəsi budur. Bu kitab şerə bir vəsiqəm, ədəbiyyata bir vətəndaşlıq pasrortum idi.

    – Bu pasportu alandan sonra “Sevgim-sevincim”dən “Xəbər gözləyirəm” dediniz. Bir soraq ala bildinizmi?
    – Aldım, amma çox sonralar. O vaxta qədər vətən movzusu və özünü təsdiq anlamında olan şerlərimi “Sevgim-sevincim”də topladım. Yəni, dedim ki, bu mənəm – kənddən, kasıb bir ailədən çıxmış oğlan. Bunu dostlarıma, həm də oxucularıma deyirdim. Və ümid edirdim ki, bu kitab onlarla qurduğum ünsiyyəti atrıracaq. Xəbəri isə… Əslində insan ömrü boyu intizar içində yaşayır, hansısa xoş soraq, xoş xəbər gözləyir. Biz isə, bir azərbaycanlı olaraq, ömür boyu Azərbaycanın bütövlüyü xəbərini, SSRİ-nin dağılacağı və müstəqillik qazanacağımızın xəbərini gözləmişik. “Xəbər gözləyirəm” mənə çox maraqlı bir tarixçə də yaşatdı. O şerim ilk dəfə qəzetdə çap olunmuşdu. Bir gün Bəxtiyar Vahabzadə mənə zəng edib evinə çağırdı. Getdim, söhbət etdik. Dedi ki, mən ömür boyu o günü, o xəbəri gözləmişəm. Və çalışmışam bu haqda şer yazım, amma yaza bilməmişəm. Sən yazmısan, sağ ol. Bu şer mənə çox təsir etdi, mən də sənə bir şer yazdım. Sonra “İnqilab istərəm, yenə inqilab” şerini mənə oxudu. Bu şer sonra onun kitablarında dərc olundu.

    – Bəs “Gəncə qapısı”nda nə baş vermişdi?
    – Gəncə sözünün yasaqlandığı bir vaxt idi, Sovetlər birliyində şəhərimizin milli adının qorunmasına imkan vermirdilər. Gəncə sözünü deyənə təzyiqlər olurdu – Kirovabad deməliydin. Kitabda iki sujet var. Birinci odur ki, qardaşımın 4 yaşlı qızı rəhmətə getmişdi, onu kəndə aparırdım. Masallıya qədər avtobusda getdik, oradan Yardımlıya maşın tutmaq istədik, dağlıq yer olduğundan heç kəs getmək istəmirdi. Uşağı bükmüşdük deyə, hiss olunmurdu. Tələsirik, axşam düşür deyə məcbur olub birinə vəziyyəti danışdım. Dedi mən meyit apara bilmərəm. Axırda xəstəxanaya gedib təcili yardım maşını götürüb getdik kəndə. Mənə çox ağır gəldi ki, neçə qardaşıq, bizim bir maşınımız yoxdu ki, şəhərə gedib-gələ bilək. Qərara aldım ki, necə olur-olsun maşın alım. Cibimdə isə maşın nədi, bir təkər almağa da pulum yoxdu. Yazıçı nəşriyyatında baş redaktor işləyirdim. Bakıya qayıdandan sonra bu əhvalatı nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayevə danışdım. Bir il sonra – 1982-ci ildə kitabım çap olunmalı idi. Əjdər müəllim mühasibi çağırıb tapşırdı ki, həmih kitabın qonorarını yüksək qiymətlə hesablasın və 70 faizini mənə versin. O vaxt belə qanun var idi. Amma pulu alsam da məndən əvvəl maşın növbəsinə duranlar vardı. Əjdər müəllim onlardan da soruşub öyrəndi ki heç birinin indi maşın almaq inkanı yoxdu. Onlar da mənim kimi kasıb işçilər idilər. Odur ki, növbəmi əvvələ dəyişdi. Beləliklə qonarara bir az da borc əlavə edib maşını aldım. Yəni hələ çap olunmayan həmin kitabın mənə belə köməyi oldu. Sonra rəhmətlik Nüsrət Kəsəmənli ilə Kutaisidə keçirilən “Mayakovskinin şeir günləri”nə getmişdik. Orada Geras monastrını təqdim edirdilər. Mən dəstədən ayrılıb cığırla meşəyə tərəf getdim. Gördüm cığırın sonunda meşəyə açılan hasar var, üzərində də ərəbcə yazılar. Hasar məni çağırırdı. Əlimi vurdum, sanki canlıydı, içində ürək döyünür, əlimi yandırırdı. Baxdım ki, bu, məşhur Gəncə qapılarından biridi. Orada dayanıb öz-özümə pıçıldayırdım:

    Salam gəncə qapısı,
    Salam duzum, çörəyim…

    Elə bil misralar göydən süzülürdü. Bu vaxt dəstə də gəldi. Orada gürcülərlə mübahisəm oldu. Bələdçi deyirdi ki, bu, zəfər nişanəsi olaraq Gəncədən gətirilib. Dedim nə zəfər, Gəncə yerin altına getmişdi, özünü müdafiə etmək imkanı yox idi. Siz də gəlib kömək etmək əvəzinə qapını oğurlayıb gətirmisiz. Avtobusda da gürcülərlə qarşılaşmamız oldu. Amma sonra onlar bizdən üzr istədilər. Biz qayıdandan sonra Moskvadan – komsomolun Mərkəzi Komitəsindən yazmışdılar ki, Sabir Rüstəmxanlı ilə Nüstət Kəsəmənlini bir daha belə tədbirlərə göndərməyin, dava salırlar. O axşam “Salam Gəncə qapısı” şerini yazdım. Bakıya dönəndə artıq fikrimdə gələcək kitab hazır idi.

    – “Sağ ol, ana dilim” deyib niyə təşəkkür edirdiz, o da sizi hansısa çətinlikdən qurtarmışdı?
    -O dövrdə ana dili, bir növ yasaq edilmişdi, rus dilinə isə bir heyranlıq vardı. İndiki respublika sarayında Ümumittifaq poeziya bayramı keşirilirdi. Hamı rusca şer oxuyurdu, mən də cavanların adından çıxış edirdim. Birinci şerin adını öz dilimizdə – “Sağ ol, ana dilim” deyəndə salon məni uzun müddət alqışladı. Şeri oxudum və düşündüm ki, mənim ömrümün əsas istiqamətlərindən biri milli varlığımızı, kimliyimizi qorumaq uğrunda mübarizədi. Ona görə də kitabın adı belə olmalıdı.

    – Bəs “Qan yaddaşı”nda nə gizlənmişdi?
    – Bu, bir tarixi hadisəni dirçəltmək xəttidi. Bərdədə süb çağı rəhmətlik Fərman Kərimzadə ilə getdik Qalaya. Gördük ki, qala divarları yanında 6-7 yaşlı bir uşaq zoğal budaqlarını kəsib ox-yay düzəldir. O, bilmir ki, bu, qaladı, bu köhnə divarlar arasında nə zamansa savaş olub. Amma qanının diktəsiylə orda ox-yay düzəldirdi. Bax o vaxt bir şer yazdım ki, görünür tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından.

    – “Ömür kitabı”nız neçə səhifə oldu. Bir ömür o kitaba sığıb, ya yox?
    – Yox, əlbəttə sığmaz. Əslində əvvəlki kitablar da elə ömür kitabımın səhifələri idi. Mən o kitabı bir səhifə – Azərbaycanın quzey səhifəsi kimi yazmışdım. Düşünürdüm ki, güney Azərbaycana kedəndə kitabın ikinci hissəsini yazacam. Təəssüf ki, Güney Azərbaycanlıları Konqresindəki fəaliyyətim, güneylə bağlı yazılarım İrana gedən yollarımı bağladı və mən ikinci hissəni yaza bilmədim. Amma düşünürəm ki, sonra yazdığım “Xətayi yurdu”, “Meydan hadisələri haqqında” sənədli roman, “Göy Tanrı” Cavad Xan” əslində ömür kitabımın səhifələridi. “Ömür kitabı” həm də mənim tale kitabımdı. O mənada ki, 250 minə yaxın tirajla çap olunub və dünyanın bir çox dillərinə tərcümə olunub. Və bu kitab mənə böyük şöhrət gətirdi, bayaq dediyim maddi sıxıntılardan qurtardı, sonrakı həyatımda rahatlığıma yol açdı. Heç kəsi eşitmək istəməyən bir milyon insan meydanda məni dinləyirdi. Çünki gənclər içlərində o kitabla silahlanmışdılar. Kitab, əslində, mənim sonrakı siyasi həyatımın, dünyada gördüyüm işlərin bir növ təməli oldu.

    – “Zaman məndən keçir” demisiz. Zaman haradan gəlirdi, sizdən keçib hara getdi, sizə nə verdi, nə alıb apardı?
    – Bir şair, bir qələm adamı heç vaxt təkcə öz ömrünü yaşamır, həm də millətinin, insanlığın tarixini yaşayır. Ona görə də heç nə qırılmır, bir nəsildən o biri nəslə ötürülür. Zaman anlayışı hələ tam izah olunmayıb. Zaman geridən irəli gedir, ya irəlidən geri gedir? Biz belə bilirik ki, keçmişdən gəlib gələcəyə gedir. Çinlilərin təsəvvürünə görə isə zaman üstən aşağı tökülür. Amma hər necə olur-olsun, zaman bizim içimizdən keçir:

    Ürəyim bir qaçqın düşərgəsidi,
    Keçir körpələrin göz yaşı məndən.

    Mənə elə gəlir ki, azərbaycanın bütövlük taleyi mənim içimdən keçir. Səni ölümə aparırsa, zaman kədərli bir şeydi. Eyni zamanda bu qısa ömürdə nəsə qazana bilirsənsə, bu da zamanın sənə hədiyyəsidi. Ona görə zamanla dil tapmaq, zamanı sevmək, dəyərləndirmək və ondan istifadə etməyi bacarmaq böyük işdir.

    – “Xətai yurdunda” təzə nə gördüz, köhnədən nə qalıb?
    – Torpaqlarımızı itirmişik, Xətainin yaratdığı boyük dövlətin xırda bir parçası qalıb əlimizdə. Amma Xətainin ruhu hələ tam ölməyib, yaşayır. Bir vaxt meydan da Xətai ruhu ilə qanadlanmışdı. Bu gün şerlərimizdə də Xətai ruhu var. Nə qədər mübahisəli olsa da ictimai-siyasi görüşümüzdə də Xətai var. Türkiyədə “Xətai deyimləri” var ki, daim aşıqların dilində səslənir.

    – Bəs “Göy Tanrı”dan nə istəyirdiz?
    – Soruşurdum biz haradan gəlmişik?

    – Cavab ala bildiz?
    – Ala bildim. İnsan bir varlıq olaraq nə qədər Yerə bağlıdısa, o qədər də Göyə bağlıdı. Ona görə də Göyü unutmaq olmaz. Biz Yer adlı balaca bir qum dənəsinin üstündə oturmuşuq, elə bilirik ki, hər şey bizim iradəmizə bağlıdı. Halbuki biz Yerdən daha çox Göyə bağlıyıq. Bu, həm Allaha bağlılıqdı, həm kainata bağlılıqdı. Həm də, mənə elə gəlir ki, insanlar torpaqdan yox, bəlkə də göydən gəldiklərinə görə kökündə bir işıq dayanır. Və o işığın arxasında başqa – yeni torpaq var. Görünür, biz hansısa məhv olmuş planetdən gəlmiş insanlarıq, svilizasiyanın Yerə xilasa gəlmiş adamlarıyıq.

    – “Bütövlük həsrəti”ni nə zamandan çəkirdiz, bu həsrət sona yetdimi?
    – Bütövlük həsrəti gəncliyimdən – ilk yazılarımdan başlamışdı. Çünki mən Yardımlıda, sərhəddə doğulmuşam. Anamın dilindən eşitdiyim ilk mahnı “Qaragilə” idi. Bu mahnı Təbriz inqilabı süquta uğrayandan sonra ordan köçənlərin dilində gəlmişdi güneyə. Yaylaqlara gedəndə o taydan eşitdiyimiz səslər də uşaqlıqdan ürəyimi Azərbaycanın bütövlük həsrəti ilə doldurub. Yazdığım ilk şeirlərimdə də belə misralar var:

    Mənim ürəyimtək Təbriz başında
    Niyə yellənmirsən, bayrağım, niyə?

    – Nə olmuşdu ki, “Atamın ruhu” deyib, onu yaddaşa yazdız?
    – Atam dünyasını dəyişəndə ruhunun bədənindən necə üçduğunu hiss elədim. O ruh mənim başıma dolana-dolana bütün gün məndən ayrılmadı. Hətta adamlarla əl görüşəndə elə bilirdim əlim əlcəkdədi. Sanki bir skafandır geyinmişdim, ayağım yerə dəymirdi. Anamın tövsiyəsi ilə qüsullanandan sonra hiss etdim ki, hansısa bir yanğı ilə, bir kosmik səslə o ruh məndən ayrılıb getdi. Ondan sonra sakitləşdim, ayağım yerə dəydi. Bu qeyri-adi yaşantıdan sonra inandım ki, doğrudan da ruh ölməzdi. Ondan sonra atamın həyatını yazdım. İlk cümləsi də belədi ki, “Atam mənə həyatı sevdirmişdi, ölümü də sevdirdi”. Çünki o gündən ölümü sevməyə və ruhlar haqqında daha çox düşünməyə başladım. İndi bu qısa insan ömrünün ölümlə bitdiyi fikrindən uzağam. Ölümlə insan həyatı bitmir, başqa bir həyat başlanır.

    – Bəs “Ölüm sirvəsi”ni necə, görmək olur?
    – Əslində, ölümsüz insanlar, millət üçün canını fəda edənlər, qəhrəmanlar və ruhun ölməzliyinə inananlar – hamısı ölüm zirvəsinə qalxmış insanlardı. Cavad xan Gəncə üçün öldü, amma əslində həmin zirvəyə ucaldı. Cavad xanın dövründə rusların ayaqları altına xalça sərməklə zəngin yaşayanlar, ya da qaçıb canını qurtaranlar da neçə il sonra öldülər. Amma onlar hamısı unuduldu. Cavad xan isə heç zaman unudulmur, yaşayır. Ölüm zirvəsi budur.

    – Bu dünyadan çox şey aparan “Sunami” sizdən nə alıb apardı?
    – Sunami məndən heç nə aparmayıb, mənə gətirib. Yəni biz kosmosun içindəki bir qum dənəsinin içində oturmuşuq və hər gün də o sunamilərin içindəyik. Kosmosdan bizə müxtəlif axınlar, təzyiqlər, meteor yağışları, zərərli qaz kütlələri və s. gəlir, biz daimi bu təzyiqin altındayıq. Belə olan halda bu balaca Yeri yerdəki balaca sunamilərdən qorumalıyıq. Bir kosmik sunami var, bir də içimizin-özümüzün yaratdığımız sunami. Yəni, biz təbiəti məhv edirik. Kitabda söhbət Şamaxı rəsədxanasından gedir. Rəsədxananın ətrafında tikilən kababxanaların tüstüsündən rəsədxananın “gözü bağlanıb”, göyü görmürsən. Və uçan boşqabda göydən gələn birisi rəsədxanada işləyənə deyir ki, niyə gözünüzü bağlamısınız. O da cavab verir ki, başqa yerlərdə də rəsədxanalar var Gələn də deyir ki, yox, siz gözünüzü nahaq bağlamısız, çünki hər kəs öz gözü ilə baxmalıdı. Və orda bir sevgi xətti də var. Bu, Yerlə Göy arasında olan bir sevgidi. Əslində mən o romanı yazanda özümü təzədən kəşf elədim. Gördüm ki, bütün sunamilərdən üstün bir “sevgi sunamisi” var və o, bizi kosmik sunamilərdən qoruyur.

    – Və bu sunami sizə “Əbədi Sevda”nı gətirdi…
    – Əbədi sevda, bəlkə də elə ədəbi sevdadı. Çünki birinci kitabımda o, lirik bir sevgi üstündə qurulmuşdu. Bu kitabdakı şeirlərin də çoxu lirik, sevgi şeirləridi. Amma “Əbədi sevda” Azərbaycan, türk dünyası – bir ucu Çin, bir ucu balkanlar olan Türk Avroasiyası haqqında bir şeirdi. Şeirin məzmunu belədi ki, geçmişi görməyən, kimliyimizdən, tariximizdən və böyüklüyümüzdən xəbərsiz adamlar içimizdəki bu əbədi sevdanı duya bilməzlər. Bu əbədi sevda bizim milli varlığımıza olan sevdamızdı.

    – Millət vəkili, siyasi xadim, ədəbiyyat adamı… Sabir müəllimin başında bu gün hansı sevda dolaşır?
    – Siyasət keçib gedər, qalan ədəbiyyatdı. Məni siyasətə gətirən də ədəbi yaradıcılığımdakı vətəndaşlıq gücüdü. Buna görə həmişə ədəbiyyata borclu olmuşam. Dünyanın müxtəlif ölkələrində 55-dən çox kitabım çap olunub. İndi isə yeni əsərlər üzərində işləyirəm. Çox vax şeirlərimi yolda, telefona yazıram, sonra gedib köçürürəm. Bunu xırda siyasət maraqlarına qurban verə bilmərəm və düşünürəm ki, artıq siyasətdən getməyin vaxtı çatıb.

    İsmət Ələkbərqızı

    simsar.az

  • Bu gün Sabir bəy digər partiya sədrləri ilə görüşür də, münasibətləri də var

    Müsavat Partiyasının üzvləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlını partiya başqanı İsa Qəmbər barədə səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə qınayır. 
    VHP sədrinin fikrincə, nə Müsavat, nə də AXCP bu partiyalara hazırda başçılıq edən şəxslərin zəhməti ilə yaranmış partiya deyil. S. Rüstəmxanlı bildirib ki, bu partiyalar arasındakı konfliktlər xalqın iradəsinə vurulan zərbədir. 
    Müsavatçılar isə VHP sədrini bu fikirlərinə görə tənqid ediblər. VHP-çilərin bir qisminin AXCP və Müsavatın təsisçisi olduğu İctimai Palata və Milli Şuraya göndərməklə onu ikili oyun oynamaqda ittiham ediblər.
    VHP Ali Məclisinin sədri Rafiq Manaflı bu ittihamlara münasibət bildirdi. Onun sözlərinə görə, VHP sədrinin dediyi fikirlər Sabir Rüstəmxanlının konkret Əli Kərimli və İsa Qəmbərin fərdi münasibətlərindən irəli gələn məsələdir: “Bu, VHP-nin mövqeyi deyil. Müsavat və AXCP hərəkatdan çıxan partiyalardır. Amma bu gün partiya başında duranlar öz qurultaylarında partiya üzvləri tərəfindən seçilən adamlardır. Biz eyni cəbhədə olan adamlardıq. Nə qədər başqalarını günahlandırırıqsa, eyni dərəcədə özümüzü günahlandırmalıyıq. Qalib gələ bilmiriksə, müxalifətin zəif düşməsində kimisə suçlayırıqsa, özümüzün də üzərinə məsuliyyət düşür. 1994-cü ildən ümumi hərəkatın içərisindəyik. Müxtəlif münasibətlər, razılıq və narazılıqlar olub. Bunlar da insanların bir-birinə qarşı fərdi münasibətlərini formalaşdırıb. Bu gün Sabir bəy digər partiya sədrləri ilə görüşür də, münasibətləri də var. Konflikt yoxdur, hadisələrə ümumi və fərdi baxışını söyləyib”.
    R. Manaflı əlavə edib ki, VHP-nin ideologiyasının nəticəsidir ki, partiyada diametral fərqlənən fikirlər var: “VHP-də bu məsələlər başqa cür qurulub. Müxtəlif fikirlilik həmrəylik ideologiyasının yeritdiyi xəttini nəticəsidir. Sabir Rüstəmxanlı ilə razılaşıb-razılaşmadığımız məqamlar var, amma o, belə məsələlərdə tolerantlıq nümayiş etdirir. Partiyada ciddi müzakirələr gedir, amma ümumi işə zərbə vurmur və konflikt yaratmır. Məsələn, biz İctimai Palata çərçivəsində fəaliyyət göstərəndə partiya daxilində belə diskussiya gedirdi ki, qurum dağılacaq. VHP-də müxtəlif düşüncəli insanlar var. Prezident seçkilərində isə vahid cəbhə ilə bir yerdə seçkilərə getdik. İndi seçkidən sonrakı dövrdür. Manevrlər edirlər, Müsavat təkbaşına fəaliyyətə üstünlük verir və Milli Şuradan çəkildi, digərləri qurum daxilində fəaliyyət göstərir və onun gücləndirilməsi üçün çalışır. Müxalifətin bir yerdə olması təkcə partiya iradəsindən asılı deyil, ictimaiyyətin münasibətindən də asılıdır”.
    NƏRGİZ
  • “Azərbaycanın demokratikləşmədən başqa alternativi yoxdur”

    Samir Əsədli: “Ölkənin siyasi kursunda hər hansı yanlış addım bizi yenidən Kremlin işğalı altına sala bilər”

    Hazırkı geopolitik məkanda baş verən gərgin hadisələr, şimal qonşumuzun işğalçılıq ambisiyalarının yenidən baş qaldırması və bundan ruhlanaraq Azərbaycan daxilində də bəzi köhnə bolşevik təfəkkürlü insanların fəallaşması bir çox siyasi qurumların ölkədaxili və ölkəxarici siyasətə diqqətlərinin artmasına səbəb olub. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri  Samir Əsədli də bizimlə müsahibəsində əsasən son günlər regionda baş verən ciddi siyasi proseslərə və belə bir məqamda siyasi partiyalar qarşısında duran vəzifələrə toxundu

       Samir bəy, prezident seçkilərindən artıq altı ay vaxt keçib. Kifayət qədər gərgin keçən seçki marafonundan sonra siyasi səhnədə süstlük yaranıb… Ümumiyyətlə, ölkədəki hazırkı ictimai-siyasi durumu necə qiymətləndirərdiniz?

    – İlk öncə deyim ki, mən siyasi meydanda süstlük olması fikri ilə razı deyiləm. Bəzən yanlış müqayisələr və təhlillər aparılaraq düzgün olmayan nəticələr çıxarılır. Axı seçki dönəmi ilə seçkidən sonrakı dövr eyni ola bilməz. Bu, hətta demokratik ölkələrdə də dəfələrlə təsdiqlənmiş bir prinsipdir. Ən yaxın keçmişimizdə qardaş Türkiyə Cümhuriyyətinin örnəyi göz qabağındadır. Bəlkə də son 30 ilin ən gərgin hadisələrindən biri baş verdi. Seçkidən sonra isə gördüyünüz kimi sakitlik yaranmışdır.Bu siyasi mübarizənin qaydasıdır.Azərbaycana gəldikdə isə diqqətlə izləyəndə görərik ki, sakitlik yalnız görüntü xarakteri daşıyır.Seçki dönəmindəki aktivliyi yəqin ki, Milli Şuranın keçirdiyi mitinqlərlə izah edirsiniz. Amma gəlin seçkidən sonra baş verənlərin xronikasına diqqət edək: Seçkidən bir müddət sonra Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması cəmiyyətdə böyük etirazlara səbəb oldu, daha sonra “Sovetski”nin söküntüsü ilə bağlı aksiyalar keçirildi, bunun ardınca BDU tələbələrinin açıq etirazları oldu, elə həmin ərəfələrdə metro keçidlərində ticarətlə məşğul olanların narazılıqlarının şahidi olduq. Bütün bunlar zəncirvari prosesin davamıdır. Özü də onları hansısa siyasi təşkilat, müxalifət təşkil etmirdi,cəmiyyətdən gələn etiraz səsləri idi. Azərbaycan cəmiyyəti bu gün də daxili bir gərginlik yaşayır.Sakitlik yalnız aysberqin görünən tərəfidir.

    – Açıq görünən gərginlik isə daha çox xarici məsələlərlə bağlıdır. Azərbaycanın daxıl olduğu geopolitik məkanda mürəkkəb proseslər baş verir.Son zamanlar Ukraynada baş verən hadisələri necə qiymətləndirirsiniz?

    – Mən istərdim bu məsələyə beynəlxalq hüquq, beynəlxalq münasibətlər sistemindən əvvəl tarixilik baxımından yanaşaq. Krım bizim üçün hər şeydən öncə tarixən türklərin yaşadığı bir məkandır.Rus imperiya siyasəti bu baxımdan ikinci dəfə Krımı işğal etdi.Birinci işğaldan sonra minlərlə Krım türkü sürgün edilmişdi, indi yaranmış situasiya dəyişməyəcəksə, bu gedişat da türklər üçün xoş gələcək vəd etmir.Digər tərəfdən, dünya iradəsini, beynəlxalq hüquq prinsiplərini – özü də daşlaşmış, dünyada sülh və ədaləti təmin edən prinsipləri ayaq altına atan ölkə Azərbaycan üçün uzaq təhlükə deyil.Bu Azərbaycan torpaqlarını işğal edən Ermənistanın siyasi, iqtisadi və hərbi himayədarı olan, Xocalıda Azərbaycan türklərinə qarşı əsgərləri genosid siyasəti aparan Rusiyadır.Yəni baş verənlər bizə bir daha gerçək işğalçını tanıtdırdı, onun gücünü və dünyanın bu güc qarşısında susqunluğunu göstərdi.Nəhayət, üçüncü vacib məqam demokratiya və Qərbin imici ilə bağlıdır.İşğaldan əvvəl Ukraynada demokratiya uğrunda gedən kütləvi aksiyalardan əvvəlki prosesdə hər kəsin, dünyanın sülhsevər və demokratik kəsiminin içində bir sevinc var idi.Ukraynanın Avropa Birliyinə üzv olması, Maydanda fədakarlıq göstərən Ukrayna xalqının siyasi haqlarından məhrum edilməyəcəyi, tam əksinə bu istəklərin təmin olunacağı anlamına gəlirdi.Ancaq təəssüflər olsun ki, sonluq heç də düşünülən kimi olmadı.Baş verən kütləvi aksiyalardan sonra devrilən Rusiya yönümlü Yanukoviç üçün sonrakı prosesin siyasi revanşı-Putinin Krımı Amerika və Avropanın yüksək səsli etirazlarına baxmayaraq dünyanın gözü önündə işğal etməsi oldu.

    – Dedikləriniz Ukrayna ətrafında baş verən proseslərin gələcək inkişafı ilə bağlı pessimist rəy yaratmırmı?Bu böhranın son vəziyyətini necə dəyərləndirirsiniz?Hadisələrin sonrakı inkişafını necə görürsünüz?

    – Xeyr, mən heç də gələcək barədə bədbin deyiləm. Sadaladıqlarım bu gün mövcud olan və təəssüf yaradan reallıqdır.Ukrayna xalqı öz iradəsini ortaya qoyub, bu ölkə artıq Avropanın bir hissəsidir.Bu yalnız coğrafi yox, həm də siyasi anlamda belədir.Rusiya dolayı yollarla olsa da, Krımda separatizmi dəstəkləməklə, bu ərazini Ukraynadan qoparmaqla bu böyük uğura, əlbəttə, kölgə salıb.Amma Krımın Ukraynadan qopardılması müvəqqəti bir tədbirdir.Rusiyanın özündə də demokratikləşmə prosesi sürətlənəcək.Demokratikləşmə bütün millətlərin gedəcəyi ümumi, universal bir gələcəkdir.Perspektivdə Rusiyanın özündə demokratikləşmə geniş vüsət əldə etdikdən sonra o zaman Rusiyanın ayrı-ayrı zamanlarda səbəbkar olduğu etnik, separatist münaqişələr də həllini tapacaq.Krım da bu zaman həll olunacaq.BMT Baş Məclisindəki səsvermə də göstərdi ki, dünyanın mütləq əksəriyyəti referendumun nəticələrini tanımadı və Krımı Ukrayna ərazisi olaraq görməkdə davam edir.

    – Amma Rusiyanın işğalçılıq siyasəti o səviyyəyə çatıb ki, Moskvada hər hansı bir qonşu ölkənin razılığı olmadan, müvafiq müqavilə bağlanmadan bu ölkənin ərazilərinin Rusiyaya birləşdirilməsi haqqında qanun layihələri müzakirə olunur. Bunun isə Azərbaycan üçün də acı nəticəsi ola bilər. Rusiya Azərbaycanın şimal bölgələrində süni problemlər yarada, burada qondarma referendumlar təşkil edib və ölkəmizin bir hissəsini işğal edə bilər.Bu da Azərbaycanın müstəqilliyi üçün çox ciddi təhlükədir.

    – Mən sizin dediklərinizə bir faktı da əlavə edim ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bəyan edib ki, milli qrupların öz müqəddəratını təyin etmək hüququ var. Bu isə o deməkdir ki, Putin qonşu ölkələri açıq təhdid edir. Normal təfəkkürlə düşünsək görərik ki, Putinin bu bəyanatı Rusiya prezidentinin reallıq hissini itirdiyini göstərir. Çünki Rusiyadakı Çuvaşiya, Tatarıstan, Qaraçay-Çərkəz, İnquşetiya, neçə ildir azadlıq mübarizəsi aparan Çeçenistan, Kabardin-Balkar, Dağıstan, Sibirdə olan muxtariyyətlərin də öz müqəddaratını təyin etmək hüququ var. Putin belə bir isterik bəyanatla BMT Təhlükəsizlik Şurasının Rusiyanı da müdafiə edən əsas sənədlərinə qarşı çıxdığını anlamalıdır. Rusiya prezidenti keçmiş postsovet ölkələrini bu bəyanatla təhdid edir. Amma başa düşməlidir ki, özü də bu qəbildən olan dövlətlərdəndir. Sosial narazılıqların zəngin və gərgin olduğu dövlətlərdən birinin başında durur. Bu əslində Rusiyanın sonu ilə bağlı Putinin siqnalıdır. Hamıya eyni vaxtda müharibə elan etmək heç kimə xoşbəxtlik gətirməyib. Putinin hamı ilə düşmən olmaq bəyanatı Rusiya üçün təhlükəlidir. Rus xalqı bundan nəticə çıxarmalıdır və çıxaracaq da.

    – Bu hadisələr zamanı xüsusi təbliğatla Rusiyanın yürütdüyü siyasətin Azərbaycan üçün də təhlükəli məqamları beyinlərə yeridilir. Bildirilir ki, Rusiyanın Azərbaycana qarşı da bu tip addımlar atmaq niyyəti ola bilər…

     – Tamamıilə əsassız bir fikirdir. Rusiya təhlükəsi Azərbaycanda bilərəkdən şişirdilir. Azərbaycan xalqı qəsdən, özü də məhz Ukrayna nümunə göstərilərək qorxuda saxlanılır ki, guya xalq demokratiya, Avropaya inteqrasiya istəsə, yenidən Rusiya aqressiyası ilə üzləşər. Azərbaycan xalqı bu kimi qorxunun altında yaşamamalıdır. Əksinə, son baş verənlər əyani şəkildə göstərdi ki, inkişafın və təminatın yolu demokratiyadan keçir. Əks düşüncə Kremlə, işğalçıya doğru aparan yoldur. Ukrayna xalqı müəyyən itkilər bahasına olsa da, milli maraqlar baxımından çox tarixi, böyük bir əhəmiyyətli uğurlara imza atdı və Pribaltikadan sonra sovet streotiplərinin tam məhv edildiyi, Rusiya təsir xofunun yenildiyi bir ölkəyə çevrildi. Bu proseslərdən Azərbaycan cəmiyyəti qorxu hissi keçirməməli, əksinə dərs götürməlidir. Xalq hər zaman ayıq olmalı, ayaqda olmalıdır ki, ölkənin siyasi kursunda sapınmaya yol verə biləcək azacıq belə yanlışlığa imkan verməsin. Azərbaycanın Qərbə inteqrasiyası, demokratikləşməsi, o cümlədən Qarabağı özünə qaytarması üçün yaxşı fürsətlər yaranıb. Amma bunun reallaşması üçün hakimiyyətin də müəyyən addımlar atması lazımdır. Azərbaycan hökuməti üçün çox yaxşı, əlverişli zəmin yaranıb ki, demokratik islahatlara başlasın və Avropa ilə bağlı strateji seçimini etsin. Azərbaycan hökuməti tarixi situasiyanın da təsiri altında nəhayət bu seçimini etməlidir və Azərbaycanın demokratikləşmədən başqa alternativ yolu yoxdur. Hamı başa düşməlidir ki, Azərbaycanın artıq manevr imkanları tükənib. Balanslı siyasət üçün heç bir imkan qalmır. Azərbaycan tərəddüd etmədən seçimlərini etməlidir. Çox təəssüf ki, biz bunun ilkin əlamətlərinə belə rast gəlmirik. Maydan hərəkatından bu yana Ukraynada baş verən proseslərə Azərbaycan rəsmilərindən demək olar ki, heç bir açıqlama gəlmədi. Deyək ki, bu susqunluq siyasi taktikadır. Hökumət səbrlə hadisələrin sonunu gözləyir və nəticə aydın olan kimi qalibin tərəfini tutacaq ki, “nə şiş yansın, nə kabab”. Bəs Krım tatarlarının prezidentə ünvanladığı müraciət? Mustafa Krımoğlu İlham Əliyevə ünvanladığı kömək üçün müraciətin də üstündən sakitcə keçildi. Axı söhbət bir türk liderinin türk dövlət başçısına müraciətindən gedir.

    – Son olaraq ölkə gündəmini zəbt edən əsas mövzulardan biri olan dini təriqətlərlə bağlı məsələyə münasibət bildirmənizi istərdik. “Vəhabi ovu”nun ardınca “nurçu repressiyası” başlayıb. Bu məsələlərə münasibətiniz necədir?

    – Mən konkret olaraq hər hansı bir təriqət və ya dini cərəyan haqda söz demək istəməzdim. Bu kifayət qədər geniş bir mövzudur. Əlbəttə, hər hansı bir cərəyan terror, şiddəti təbliğ edir, tərəfdarlarını bu istiqamətə yönəldirsə dövlət buna qarşı mübarizə aparmalıdır. Amma bu mübarizə siyasi məqsədlərə xidmət edərək kampaniya xarakteri daşımamalıdır. Azərbaycan vətəndaşlarının Suriyada milli maraqlara, dövlətçiliyimizə aidiyyatı olmayan məqsədlər üçün döyüşməsi və həlak olması ölkədə ideoloji sahədə boşluğun olmasından xəbər verir. Yaxud Türkiyədəki siyasi mübarizənin Azərbaycana köçürülməsində də yanlışlıqlar var. PKK-nı hələ də terrorçu təşkilat kimi tanımadığımız halda AKP hökumətinin daxili problemlərində canfəşanlıq göstərdik. Mən bunun əleyhinəyəm. Azərbaycan üçün Əli bəy Hüseynzadənin ifadə etdiyi və Məhəmməd Əmin Rəsulzadənin bayraq olaraq yüksəltdiyi ideologiya var: “Türkçülük, Müasirlik, İslam”. Bu ideologiyanı dövlət siyasəti olaraq təbliğ etsək digər problemləri də həll etmiş olarıq.

     

    Nəsimi Şərəfxanlı

    Qurban Namazəliyev

  • VHP rəsmisi Tbilisidə keçirilən konfransda iştirak edib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  Siyasi Şurasının üzvü Samir Əsədli martın 31-dən aprelin 3-nə kimi Gürcüstanın paytaxtı Tibilisi şəhərində səfərdə olub. 

    VHP Mərkəzi İcra Aparatının məlumatına görə, partiya  rəsmisi Niderlandın Çoxpartiyalı Demokratiya İnistitunun Cənubi Qafqaz nümayəndələyinin dəvəti ilə Gürcüstanın paytaxtında keçirilən konfransa qatılıb. Konfransda VHP təmsilçisi ilə yanaşı, YAP-ın, Gürcüstanın Milli Hərəkatı Partiyasının, “Gürcü Arzusu” Koalisiyasının və Ermənistandan hakimiyyətdə olan Respublikaçılar Partiyasının və müxalifətçi Azad Demokratlar Partiyasının nümayəndələri də iştirak ediblər. 

    Konfrans Cənubi Qafqaz Gənclərinin II Forumunun hazırlığına həsr edilib. Toplantıda Forumun müzakirə etdiyi məsələlər konsensunla razılaşdırılıb. Belə ki,  Cənubu Qafaz Ölkələrinin xarici siyasəti, ölkələrin siyasi sistemi, insan hüquqları, Cənubi Qafqazın iqtisadi inkişafı, gənclərin partiya və dövlət idarəçiliyində rolu, etnik azlıq və tolerantlıq, Cənubi Qafqaz xalqlarının əməkdaşlıq perespektivləri forumda müzakirə üçün qəbul edilib. 

    Samir Əsədli  səfər zamanı Avropa Parlamentinin deputatı,  Sosial Demokratlar Qrupunun prezidenti Hannes Swoboda və Niderlandın Çoxpartiyalı Demokratiya İnistitunun Cənubi Qafqaz Nümayəndəliyinin rəhbəri  Levan Tsutskiridze ilə də görüşüb.

    Qeyd edək ki, Cənubu Qafqaz Gənclərinin II Forumu aprel ayının 26-27-i  Gürcüstanın Kutaisi şəhərində Gürcü Parlamentinin binasında keçiriləcək.

  • VHP ictimai-siyasi prosesləri müzakirə etdi

    VHP Mərkəzi Qərargahında partiyanın Siyasi Şurasının iclası keçirilib.

    VHP mətbuat xidmətinin məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və geopolitik durum, partiyanın rayon təşkilatlarının konfranslarının keçirilməsi və bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub.

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycandakı infrstruktur layihələri zamanı sakinləri narazı salma ənənəsinin durmadan genişlənməsi, müxalifət düşərgəsindəki durum, həmçinin Ukrayna ətrafında başlayan hadisələrin dünya düzəminə təsiri barədə danışıb.

    VHP Ali Məclisinin sədri Rafiq Manaflı Azərbaycanda “Rusiya xofu”nun yaradılması üçün müəyyən qüvvələrin hərəkətə keçdiyini və bu tendensiyaya qarşı mübarizənin vacibliyini bildirib.

    Daha sonra cari məsələlərdən danışan Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli rayon təşkilatlarının konfranslara hazır olduğunu deyib. Qərara alınıb ki, rayon təşkilatlarının konfranslarının keçirilməsi üzrə qrafik Siyasi Şuraya təqdim edilsin.

    Siyasi Şura may ayının 11-də partiyanın Ali Məclisinin sessiyasının keçirilməsi haqda qərar qəbul edib.

  • Sabir Rüstəmxanlı məktəblilərlə görüşüb – Foto

    Dünən Yazıçılar Birliyinin təşkilatçılığı ilə Bakının 20 saylı məktəbində Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçirildi.

    “Axar.az” xəbər verir ki, əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq, şagirdlər Sabir Rüstəmxanlının yaradıcılığından, müstəqillik savaşından, milli mücadiləsindən danışdılar, şairin şairlərini səsləndirdilər. Sabir Rüstəmxanlının sözlərinə yazılmış mahnıları məktəblilərin ifa etməsi isə böyük hərarətlə qarşılandı.

    Xüsusi slaydla Sabir Rüstəmxanlı yaradıcılığını nümayiş etdirən məktəblilər eyni zamanda şairin ssenarisi əsasında çəkilən “Cavad xan” filmindən parçalar nümayiş etdirdilər, Şəfiqə Axundovanın Sabir Rüstəmxanlının sözlərinə yazdığı və Xalq artisti Alim Qasımovun ifasında məşhur “Bağışla” mahnısı səsləndi.

    Tədbirin sonunda Xalq şairinin özünə söz verildi. Məktəblilərin xahişi ilə “Vətən” şeirini oxumaqla çıxışına başlayan Sabir Rüstəmxanlı milli düşüncə, milli ruh, gənclərin tərbiyəsinin istiqamətləri, yaradıcılıq yolu və s. barədə fikirlərini bildirdi.

    Daha sonra Sabir Rüstəmxanlı gəncləri maraqlandıran sualları cavablandırdı. Xalq şairinin yaradıcılığının ilk illəri, məktəb, xüsusilə ilk sevgisi ilə bağlı xatirələrini danışmağa çətinliklə də olsa, razılaşması gənclərin alqışları ilə müşayiət olundu.





    Bu gün Yazıçılar Birliyinin təşkilatçılığı ilə Bakının 20 saylı məktəbində Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçirildi.

     

    “Axar.az” xəbər verir ki, əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq, şagirdlər Sabir Rüstəmxanlının yaradıcılığından, müstəqillik savaşından, milli mücadiləsindən danışdılar, şairin şairlərini səsləndirdilər. Sabir Rüstəmxanlının sözlərinə yazılmış mahnıları məktəblilərin ifa etməsi isə böyük hərarətlə qarşılandı.

     

    Xüsusi slaydla Sabir Rüstəmxanlı yaradıcılığını nümayiş etdirən məktəblilər eyni zamanda şairin ssenarisi əsasında çəkilən “Cavad xan” filmindən parçalar nümayiş etdirdilər, Şəfiqə Axundovanın Sabir Rüstəmxanlının sözlərinə yazdığı və Xalq artisti Alim Qasımovun ifasında məşhur “Bağışla” mahnısı səsləndi.

     

    Tədbirin sonunda Xalq şairinin özünə söz verildi. Məktəblilərin xahişi ilə “Vətən” şeirini oxumaqla çıxışına başlayan Sabir Rüstəmxanlı milli düşüncə, milli ruh, gənclərin tərbiyəsinin istiqamətləri, yaradıcılıq yolu və s. barədə fikirlərini bildirdi.

     

    Daha sonra Sabir Rüstəmxanlı gəncləri maraqlandıran sualları cavablandırdı. Xalq şairinin yaradıcılığının ilk illəri, məktəb, xüsusilə ilk sevgisi ilə bağlı xatirələrini danışmağa çətinliklə də olsa, razılaşması gənclərin alqışları ilə müşayiət olundu.

    – See more at: http://axar.az/news/14654#ad-image-4

  • Rövşən Almuradlı – 60

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı tanınmış rejissor və VHP sədrinin mədəniyyət msələləri üzrə müşaviri Rövşən Almuradlını 60 illik yubileyi münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:  “Əziz Rövşən bəy!

    Sizi 60 illik yubileyin münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, cansağlığı arzulayıram. Siz Azərbaycanın həm teatr, həm də kino rejissorluğunu özündə birləşdirməyi bacaran azsaylı istedadlı sənət adamlarımızdansınız. İstər teatrda, istərsə də film sahəsində əldə etdiyiniz uğurlar həm də Azərbaycanın məşhur ziyalısı, teatr və kino xadimi Adil İsgəndərov ənənələrinin yaşaması və inkişafı deməkdir.

    Hələ gənclik illərindən siz vətənini, millətini sevən bir ziyalı olaraq onun azadlığı, milli şüurun inkişafı üçün əlinizdən gələni etmisiniz, hətta bəzən öz həyatınızı da riskə qoymusunuz. Sizin rejissorluğunuz altında tamaşa qoyulmuş Mövlud Süleymanlının “Dəyirman” əsəri dövrünün siyasi mənzərəsini özündə əks etdirməklə ciddi ədəbi müzakirələrə səbəb olmuşdu. Məhz bu əsər sizin cəsarətli rejissor olduğunuzu bir daha təsdiqlədi. 

    “Hücum” qısametrajlı filmi əgər erməni işğalının tarixi qatına işıq tuturdusa, “Yük” filmi milli burjuaziya, Azərbaycanın klassik xarakterinin ifadəsidir.

    Sizin həm böyük bir vətənpərvər, həm də rejissor kimi ən böyük uğurunuz isə əlbəttə ki, “Cavad xan” filmidir. Hələ gənclik illərindən düşüncəmə və ruhuma hakim kəsilən, bir neçə şeirimdə adı keçən, poema və roman həsr etdiyim Gəncəli Cavad xanın ekranlaşdırmasında göstərdiyiniz fədakarlıq, gecə-gündüz demədən çalışmalarınız artıq yaradıcılıq zirvəsidir. Hələ inkişafda olan, texniki və maddi bazası formalaşmamış Azərbaycanfilm sənayesinin daxili imkanları hesabına belə bir film ortaya qoymaq müştərək zəhmətimiz, daha çox isə sizin yorulmaz əməyiniz və milli duyğulara könüllə, canla bağlılığınızın nəticəsidir.

    “Cavad xan”dan sonrakı teatr fəaliyyətiniz, İsmayıl Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” pyesini səhnələşdirməyiniz də incəsənətimiz üçün bir hadisə idi.

    Əziz Rövşən bəy!

    Həmişə işin ağırından, çətinindən yapışmaq, çiynini ən ağır yükün altına vermək təkcə istəyinizin, arzunuzun deyil, həm də taleyinizin, istedadınızın diqtəsidir. Hazırda sizin kimi istedadlı rejissorun bu qədər yaradıcılıq enerjisi olmasına baxmayaraq, istədiyini səhnələşdirmək, ekranlaşdırmaq imkanından məhrum olması, dövlət sifarişli tamaşa və filmlərindən ayrı salınması bütün ziyalılar kimi, məni də narahat edir. Ancaq 60 yaşın böyük hissəsini bu cür enmə və qalxmalar, təlatümlər içərisində keçirən şəxs kimi inanıram ki, bütün baş verənlər sizin yaradıcılıq əzminizi qırmayacaq, öz istedadınıza arxa çevirməyəcəksiniz. Bu inadınızla nail olduğunuz yaradıcılıq uğurlarını yenə də davam etdirə biləcəksiniz.

    Əziz Rövşən bəy!

    Sizi bir daha ad gününüz münasibiətilə təbrik edir, uzun ömür və yaradıcılıq uğurları arzulayıram”.

  • Biz kimin varisləriyik

    “Azərbaycan dövləti 10 milyonu təmsil etməsinə baxmayaraq, 50 milyonluq düşüncəsindən vaz keçməməmlidir”

     

    08 aprel 2014-cü il tarixində saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Dil Qurumu İctimai Birliyi “Azərbaycanın yeni tarixi: biz kimin varisiyik?” mövzusunda elmi konfrans keçirib. Tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri,filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) AMEA Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor Ramiz Əsgər, AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov, tarix elmləri doktoru Nəsib Nəsibli,professor Cəmil Həsənli, tanınmış türkoloq, publisist, Bəxtiyar Tuncay digərtarixçi alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Konfransı Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri Sabir Rüstəmxanlı açaraq bildirib ki,əgər ölkədə müstəqillik yolunda etibarlı, uzun hədəflərə, yüzilliklərə istiqamətlənmiş bir yol seçilirsə, orda vətəndaş cəmiyyəti hökmən yaxından iştirak etməli və getdikcə dövlətin yükünə şərik olmalıdır: “Dilçiliklə bağlı dövlətin rəsmi qurumlara, ən əsası da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstituna kifayyət qədər vəsait ayrmasına baxmayaraq, onun xərclənməsi ilə bağlı xeyli mübahisələr mövcuddur. Azərbaycan Dil Qurumu isə dövlətdən heç bir maliyyə yardımı almadan illərdir mənəvi dünyamızın çox mühüm sahəsi olan dillə bağlı layihələr, konfranslar həyata keçirir. Bizim təşəbbüsümüzlə televiziyalarda çoxlu verilişlər yayımlanıb. Əslində “Dil haqqında” qanuna dair ölkə başçısının sərəncamının da ortaya çıxmasında QHT-lərin, o cümlədən Azərbaycan Dil Qurumunun ciddi təsiri olduğunu düşünürəm”.

    VHP sədri deyib ki, Azərbaycan Dil Qurumu yeni layihələrə start verib: “Bu layihənin məqsədi ən yaxın tariximiz, ümumiyyətlə milli ideologiya, mənəvi dünyamız və cəmiyyəti ciddi narahat edən bir çox problemlərin müzakirəsinə nail olmaqdır. Təbii ki, dillə məşğul olan elmi qurumlar, AMEA-ya daxil olan Tarix İnstitutu, Fəlsəfə İnstitutu və o cümlədən tədris müəssisələri var. Hər biri bizim müzakirəsinə toplaşdığımız işlərlə bağlı müəyyən qədər işlər görürlər. Amma Azərbaycan Dil Qurumu olaraq biz bu mövzuların həyata keçirilməsində bir sıra qüsurlar və bu sahədə milli xətdən uzaqlaşmalar görürük. Bu gün ən yaxın tariximiz, ümumiyyətlə milli ideologiya, mənəvi dünyamızla bağlı cəmiyyəti narahat edən bir sıra problemlər ortalığa çıxır. Ona görə də biz ictimaiyyətin səsini, rəyini və bu məsələlərə münasibətini bildirməliyik”.

    Sabir Rüstəmxanlı vurğulayıb ki, hələ də ölkədə sovetlər dövründən qalma ənənələr mövcuddur: “Yaxın tariximizə, xüsusilə 1988-ci ildən bu tərəfə, 1918-1920-ci il Azərbaycan Xalq Cumhuriyyəti dövrünə münasibət istənilən səviyyədə deyil. Eyni zamanda dilimizə, milli kimliyimizə, adımıza da münasibət də məni qane etmir. Azərbaycanın 23 ildir müstəqil olmasına baxmayaraq, hələ rus soyadından qopa bilməmişik. Bundan başqa, millətimizin adından tutumuş və digər məsələlərlə bağlı mübahisələr var. Xüsusən milli ideologiyamızda problemlər yaşanmaqdadır. Ancaq Azərbaycan Dil Qurumunun müzakirələri kiminsə və ya hansısa təşkilatın tənqidinə yönəlməyib. Biz sadəcə millətin, xalqın səsini elmi dairələrə çatdırmaq istəyirik”.

    Millət vəkili həmçinin AMEA Tarix İnstitutunu sərt tənqid edib: “Tarix İnstitutu Azərbaycanın ən yaxın tarixi ilə bağlı 7 cildlik kitab yazıb. Lakin bu nəşrlər toplusu lazım olan səviyyədə hazırlanmayıb. Kitabı necə istəyiblər, o cür də yazıblar. Həmin kitablarda bəzən kiminsə asqırmasını yazdıqları halda, məsələn, 1991-ci ilin oktyabrında “Azərbaycan” qəzetinin çapa başlaması, yaxud da Dağlıq Qarabağa xalq yardımı ilə bağlı müəyyən addımlar atılması kimi faktlar dərc olunmayıb. Tarıxə belə münasibət yolverilməzdir. Kitabı oxuduqda nəşr müəlliflərinin Azərbaycan tarixindən bilgilərinin az olduğu qənaətinə də gəlinir. Bunlar ya Azərbaycan tarixini kifayət qədər bilmir, ya da tarixə subyektiv münasibəti var. Yəni qeyd etdiyim kitabla bağlı onlarla belə misal çəkmək olar. Ümumiyyətlə bizə tarix lazımdır və yaxud lazım deyil. Əgər lazımdırsa, obyektiv tarix yazmalıyıq. Yox lazım deyilsə, heç nə yazmalı deyil. Açığı, son illər Tarix İnstitutunda xeyli işlər görülməsinə baxmayaraq, yenə də İqrar Əliyev dövrünün ənənələrindən tam qopa bilməyiblər”.

    Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan dövləti 10 milyonu təmsil etməsinə baxmayaraq, 50 milyonluq düşüncəsindən vaz keçməməmlidir: “Biz bir millətik və 50 milyonuq. Növbəti müzakirələrimiz milli idelogiya məsələlərinə həsr olunacaq”.

    Bundan sonra AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu)məruzə ilə çıxış edib: “Müstəqil dövlət olduğumuz halda bu günə qədər vahid milli konsepsiya, milli ideya və milli ideologiyadan çıxış edə bilmirik. Xüsusilə, milli ideologiya kimi təqdim olunan “azərbaycançılıq”,”türkçülük”, “islamçılıq” və başqalarının bəzən bir-birinə zidd, bəzən də birləşdirici milli ideyalar kimi tədqim olunması, nəinki elmi ictimaiyyəti, hər bir vətəndaşı da düşündürür. Bizə elə gəlir ki, bu məsələlərin kökünü artıq 20 ildən çox müstəqil olmağımıza baxmayaraq, sözün həqiqi mənasında müstəqil, azad yəni sovet ideologiyasının təsirindən uzaq şəkildə düşünə bilməməyimizdə axtarmalıyıq. Bu isə o deməkdir ki, siyasi-hüquqi və maddi-cismani cəhətdən azadlıq əldə etsək də, hələlik fəlsəfi-psixoloji və mənəvi-ruhi baxımdan onu qavraya bilməmişik. Məhz bunun nəticəsidir ki, siyasi-hüquqi, maddi, mənəvi və s. baxımdan bizlər özümüzü, cəmi iki il (1918-1920) ömür sürmüş Azərbaycan Cümhuriyyətinin varisi elan edib, 71 il yaşamış Azərbaycan Sovet Sosialist Respublikasından (Azərbaycan SSR) imtina etməyimizə baxmayaraq, bəzi hallarda nəinki mənəvi-ruhi cəhətdən, hətta maddi-cismani və siyasi-hüquqi baxımdan da sonuncunun xələfi kimi çıxış edirik. Belə ki, ilk Cümhuriyyətin dövlət adı “Azərbaycan Cümhuriyyəti”, millət və dilinin adı “türk” olub, bu gün onun varisi kimi çıxış edən Respublika da müstəqilliyini bərpa etdikdən sonra (1991), bu məsələlərlə bağlı ilk dövrlərdə (1992-1995-ci illər) eyni ideoloji xətti davam etdirdiyi  halda, 1995-ci ildən etibarən dövlətin adı yenə də “Azərbaycan” kimi qalsa da, millət və dilin adı isə dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Halbuki millət və dil adı kimi “Azərbaycan” termini Azərbaycan SSR dövründə, konkret olaraq 1936-cı ildən sonra rəsmi status alıb və həmin andan etibarən “türk” anlayışına qarşı qoyulub. Deməli, özünü Azərbaycan Cümhuriyyətinin varisi elan edən bir Respublika və onun vətəndaşları 1995-ci ildə baş tutan ümumxalq səsverməsi nəticəsində, konkret millət və dil məsələsi ilə bağlı Cümhuriyyət dövründə qəbul edilən qərarlara, qanunlara və s. deyil, Azərbaycan SSR dövründə SSRİ imperiyasının başçıları və ideoloqları tərəfindən təsbit olunmuş qərarlara, qanunlara, fərmanlara və s. sahib çıxıb . Yəni Azərbaycan SSR-ə olan “sevgi”miz, bağlılığımız bizi könüllü surətdə məhz onun mirası olan “Azərbaycan dili”, “Azərbaycan milləti”nə və s. qayıtmağa sövq edib. Başqa sözlə, etiraf etsək də, etməsək də bugünkü Azərbaycan Respublikası və onun vətəndaşları ötən 20-23 il ərzində Azərbaycan Cümhuriyyətinin varisi olmağa çalışıb bu sahədə müəyyən işlər görsələr də, ancaq Azərbaycan SSR-ə olan “sevgilər”i bir çox hallarda özünü açıq şəkildə büruzə verir. Bu baxımdan indi nə qədər iddia etsək də ki, Azərbaycan Cümhuriyyəti və onun milli mənəvi dəyərləri bizə daha doğmadır, əslində bir çox hallarda bu söz olaraq qalır. Doğrudur, kimlərsə deyə bilər ki, Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi olmaqla yanaşı, Azərbaycan SSR dövründə qəbul edilmiş bəzi qanunları, qərarları (Azərbaycan dili, Azərbaycan milləti və s.) və s. də qəbul edə bilərlər. Fikrimizcə, millətin həyatı üçün bir son dərəcə zəruri olmayan məsələlərlə bağlı qərarları, qanunları və s. indi də qəbul etmək olar. Ancaq millətin adı, dili, ərazisi və s. ilə bağlı məsələlərə isə bu cür yanaşmaq qətiyyən doğru deyildir”.

    Onun sözlərinə görə, yalnız millət və dilin adı ilə bağlı deyil, ərazi məsələsində də Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin deyil, faktiki olaraq Azərbaycan SSR-nin varisi kimi çıxış edir: “Bu günədək nədən Azərbaycan Cümhuriyyətinin ərazisinin deyil, məhz Azərbaycan SSR ərazisinə varis çıxmağımzla bağlı doğru-dürüst fikirlərə, açıqlamalara rast gələ bilmirik. Bu baxımdan millət və dilin adı problemi ilə yanaşı, ərazi məsələsində də varislik problemi gündəmə gətirilməlidir. Ümumiyyətlə, əgər bu gün söhbət “türkçülük” və “azərbaycançılıq” arasındakı fərqlərdən gedirsə, onda Azərbaycan Respublikasının varisinin Azərbaycan Cümhuriyyəti, yoxsa Azərbaycan SSR-nin olması məsələsi də gündəmə gəlməlidir. Başqa sözlə, milli ideologiya ilə bağlı ilk növbədə Azərbaycan Respublikasının varislik probleminə, yəni özünü Azərbaycan Cümhuriyyətinin varisi elan edən bir respublikanın, həmin Cümhuriyyətin milli mənəvi dəyərlərinə, xüsusilə onun başlıca ideoloji prinsiplərinə nə dərəcə də sahib çıxıb-çıxmaması məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, bu gün milli ideologiyanın “azərbaycançılıq”, “türkçülük”, “islamçılıq” və s. hər hansı bir adla adlandırılması əsas problem deyildir. Daha doğrusu, milli ideologiyaya hansı adın verilməsi və həmin ada uyğun addımların atılması problemin başlanğıcı deyil, ən son pilləsidir. Fikrimizcə, milli ideologiyanın hər hansı bir adla (“türkçülük”, “azərbaycançılıq”, “islamçılıq” və s.) adlandırılması müəyyən əhəmiyyət kəsb etsə də, ondan əvvəl gələn iki vacib faktor: 1) millətin və dilin; və 2) dövlətin adı var. Bu iki vacib amili bir kənara qoyaraq, ancaq milli ideologiyanın “azərbaycançılıq”, yoxsa “türkçülük” və s. adlandırılması üzərində müzakirələr aparmaq artıq ikinci dərəcəli məsələdir. Əslində dövlət, millət və dilin adı ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra bütün hallarda milli ideologiya, hətta müəyyən kənaraçıxmalar olsa da, bütövlükdə bu amillər əsasında təşəkkül tapacaq.Deməli, varisliklə bağlı əsas problem dövlət, millət və dilin hansı adla adlandırılması məsələləri ilə bağlıdır. Əslində 1995-ci il Konstitusiyasında dövlətin adının – “Azərbaycan”ın millət və dilin adına çevrilməsilə mənəvi-ideoloji baxımdan yeni bir situasiya yaranmış və “azərbaycançılığ”ın təməl prinsipləri müəyyənləşmişdir. Belə ki, ilk müstəqil Konstitusiyada öz əksini tapan “Azərbaycan dövləti”, “Azərbaycan dili”, “Azərbaycan xalqı” və s. anlayışlar  “azərbaycançılığ”ın yaranması üçün əsas arqumentlərə çevrilib. Məhz bu arqumentlərdən çıxış edən “azərbaycançı” ideoloqların fikrincə, “azərbaycançılıq” çağdaş dövrdə Azərbaycandakı azərbaycanlıları, o cümlədən dünya azərbaycanlılarını özündə birləşdirən ən doğru milli ideologiyadır. Hazırda “azərbaycançı”ların əksəriyyəti milli ideologiya məsələsində birmənalı şəkildə üstünlüyü “azərbaycançılığ”a verib, “türkçülük”dən ən yaxşı halda tarixə qovuşmuş milli ideya kimi bəhs etdikləri halda, onlardan bəziləri bu iki anlayışın sintezindən çıxış etməyə çalışırlar. Ancaq “azərbaycançı”lardan bəzilərinin “türkçülüy”ün və “azərbaycançılığ”ın sintezindən çıxış etmələri belə problemin köklü həlli üçün yetərli olmur”.

    Faiq Ələkbərov deyib ki, SSRİ dövründə və ondan əvvvələr yaranmış milli və antimilli ideyaların mahiyyəti və məzmunu araşdırılmadan, onlar arasındakı fərqlər göstərilmədən indi bəzi tədqiqatçılar və başqalarının hansısa hökmlər çıxarmaları təəssüf doğurur:“Üstəlik, bəziləri bu və ya digər formada milli ideyaları sovet dövründə olduğu kimi antimilli ideya kimi qələmə verməyə çalışır, “milli (türk) Azərbaycan” ideyasını deyil, sovet ideoloqlarının ideyalarının məhsulu olan “sovet (beynəlmiləl)) Azərbaycan” ideyasını milli ideya kimi təqdim edirlər. Eyni zamanda “azərbaycançılıq” anlayışı ilə bağlı bir çox hallarda ifrata varılır, “türkçülük” isə bu ifratçılığın içində çox sönük formada təqdim edilir. Bizə elə gəlir ki, modernləşmənin vacibliyi, dövlətçiliyin qorunması, bütün etnik qrupların maraqlarının nəzərə alınması və s. ad altında “azərbaycançılığ”ın bu qədər şişirdilməsi, əvəzində türkçülüyün az qala radikal millətçilik, ən yaxşı halda tarixə qovuşmuş bir ideya kimi bir kənara qoyulması qətiyyən doğru deyil.Hazırda cəmiyyətdə daha çox tənqid  olunan, dövlət səviyyəsində əsərləri ən az çap olunan da milli aydınlarımızdır. Məsələn, dövlət səviyyəsində milli aydınlarımızdan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Almas Yıldırım, Əmin Abid Gültəkin və başqalarının cəmi bir cildlik “Seçilmiş əsərləri” işıq üzü görüb. Halbuki Ə.Hüseynzadənin, xüsusilə Ə.Ağaoğlunun bütün külliyyatının nəşrinə böyük ehtiyac vardır. Ən çox diqqətçəkən isə odur ki, milli ideoloqumuz, Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin dövlət səviyyəsində heç bir cildlik olsun belə “Seçilmiş əsərələri” də işıq üzü görməyib. Ancaq bütün bunların əvəzində SSRİ dövründə əsərləri çap olunmuş Azərbaycan türk aydınlarının bütün əsərləri dövlət səviyyəsində latın qrafikası ilə yenidən nəşr olunub. Əlbəttə biz onun əleyhinə deyilik ki, niyə M.Rahim, C.Cabbarlı, S.Rüstəm, R.Rza, S.Vurğun, C.Məmmədquluzadə, S.Rəhman, H.Cavid və başqalarının əsərlərinin tam külliyyatı yenidən – latın qrafikası ilə Azərbaycan oxucusuna çatdırılır. Sadəcə bütün bunlarla yanaşı, SSRİ dövründə əsərlərinə tamamilə yasaq qoyulmuş Rəsulzadələrin, Ağaoğluların, Hüseynzadələrin və başqalarının da bütün külliyyatının dövlət səviyyəsində nəşrini  görmək istəyirik. Fikrimizcə, onların əsərləri Azərbaycan cəmiyyətində geniş yaylması həm də ona görə lazımdır ki, istər elmi ictimaiyyət, istərsə də kütlə arasında həmin mütəfəkkirlərimizin irəli sürdükləri milli ideyalar haqqında dolğun bilik formalaşsın.Hazırda Azərbaycan tarixinə, mədəniyyətinə və fəlsəfəsinə baxışda da ikilik özünü büruzə verir. Bununla bağlı belə bir müqayisə aparmaq pis olmazdı ki, Azərbaycan Cümhuriyyətini Sovet Rusiyası işğal etdikdən sonra (1920-ci il 27 aprel) kommunizmi təbliğ etmək məcburiyyətə çevrilmişdi. Xüsusilə əli qələm tutan və az-çox istedadı olan hər bir kəsdən tələb olunurdu ki, sosializmi tərif edən elmi və bədii əsərlər yazsınlar. Demək olar ki, 1920-1930-cu illərdə hamı “rus kommunizmi”nin mahiyyətinə uyğun olaraq “mədəni quruculuq” adı altında buna məcbur edilirdi. S.Rüstəm, S.Vurğun, R.Rza, M.Rəfili və başqaları ilə yanaşı, millətçi-türkçü, mövqeyi ilə tanınan H.Cavid, Ə.Cavad, C.Cabarlı, A.İldırım, Ü.Hacıbəyli kimi aydınlarımızdan bu tələb olunurdu. Demək olar ki, milli və beynəlmiləlçi ruhu daşımalarından asılı olmayaraq onların hamısı sosializmi tərifləyən bu cür əsərlər də yazıblar. Sadəcə, milli ruhlu aydınlarımız, özəlliklə Cavid, Cavad, İldırım sosializmə həsr etdikləri əsərlərində belə bu və ya digər şəkildə milli ruhu yaşatmağa çalışıblar. Bu onların sözün həqiqi mənasında tapındıqları ideya və məsləyin dəyişməməsinin ifadəsi idi. Adətən, o kəslər əqidə və məsləklərini tez-tez dəyişirlər ki, onlar məslək və əqidə ilə yaşayanlar deyil, zəmanə və mühitlə uyğunlaşanlardır. Bu mənada, Cavid, Cavad, Cabbarlı (fikrimizcə, Cabbarlının irsini sovet ideologiyası çox təhrif etdiyi üçün ona daha çox “beynəlmiləl” don geyindirilib), İldırım, Çobanzadə kimi aydınlarımız məslək və əqidə sahibi idilər. Sovet Rusiyası milli aydınlarımızın Vətənlərini işğal etsələr də, “Rus kommunizmi” onların milli ruhunu və milli şüurunu işğal edə bilməmişdi. Bu bir reallıq idi. Bu reallığı görən və milli aydınlarımızın ruhunu dəyişdirə bilməyən sovet ideoloqları son çarə olaraq repressiyaya əl atmalı olublar.Eyni tarixi hadisəni, ancaq tamamilə fərqli yöndə Azərbaycan müstəqilliyini bərpa etdkidən sonra yaşadıq və yaşamaqda da davam edirik. Belə ki, SSRİ dövründə sovet ideologiyasına uyğun Azərbaycan fəlsəfəsini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini, Azərbaycan ədəbiyyatını yazanlar, imperiyanın süqutu və ictimai quruluşun dəyişməsindən sonra isə sözdə milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyətlə bağlı monoqrafiya və kitablar yazmağa başladılar və davam da edirlər. Çünki bütün bu sahələrdə aparıcı rol məhz onların əlindədir. Halbuki “rus kommunizmi” ideologiyasının hökmranlığı dövründə formalaşmış, sovet beynəlmiləlçiliyinin təbliğatçıları və ideoloqları olmuş bu insanların əksəriyyətinin nə dərəcədə məslək və əqidə dəyişdirmələri özü çox mübahisəli məsələdir. Hər halda heç kəsə sirr deyil ki, onlar sovet dövründə “rus kommunizmi” ideyasına uyğun olaraq əsərlərində Marksı, Lenini, Stalini, Nərimanovu və başqalarını tarixi şəxsiyyətlər kimi idealladırıb, əvəzində Rəsulzadəni, Yusifbəylini, Xoyskini və başqalarını “müsavatçı” cəlladlar, Azərbaycan xalqına düşmən kimi qələmə veriblər.Müstəqilliyin ilk illərindən başlayaraq bu cür alimlərin əksəriyyəti birdən-birə 180 dərəcə dəyişib, SSRİ dövründə yazdıqlarını və dediklərinin əksini iddia etməyə başladılar. Əlbəttə, bütün bunlar daha çox eyforiya altında baş verdiyi üçün çox geçmədi ki, sovet dövrünün yetişdirməsi olan alimlərin əksəriyyəti daha ehtiyatlı davranmağa çalışdılar. Bu ehtiyatlılıq da ondan ibarətdir ki, bir tərəfdən SSRİ dövrünü və sovet ideologiyasını kəskin şəkildə tənqid etməkən qaçmağa başladılar. Çünki başa düşdülər ki, sovet dövrünün ideyalarının tamamilə əksinə çıxmaq dolayısıyla özlərini inkar etməkdir. Bu baxımdan onlar SSRİ dövrünün ideyalarını elə bir formada tənqid etməyə çalışdılar ki, müəyyən mənada özlərini sığortalaya bilsinlər.

    Bu mənada, təsadüfən yuxarıda göstərmədik ki, Cavadlar, Cavidlər, İldırımlar Sovet Rusiyası işğalından sonra məcburən sosializmə həsr etdikləri əsərlərində belə milli ruhu yaşatmaqda davam etmişlər. Eyni hadisəni Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli ədəbiyyata, milli fəlsəfəyə, milli mədəniyyətə, milli tarixə həsr olunmuş elmi və bədii əsərlərdə sovet ruhunu əks etdirənlər təkrarlayırlar. Fikrimizcə, hazırda millilik pərdəsi adı altında sovet ruhunu yaşadanlar da müəyyən mənada buna məcburdurlar.Digər tərəfdən sovet dövründə formalaşmış alimlərin əksəriyyəti vaxtilə tənqid etdikləri milli və dini dəyərlərə münasibətdə də ehtiyatlı hərəkət etməyə başladılar. Belə ki, bu məsələyə də daha çox milli maraqlara uyğun deyil, şəxsi mənafələrini qorumaq naminə bir növ ikili standartlardan yanaşdılar. Hətta sovet dövrünün bəzi ziyalları SSRİ dövründə yaşadığımıza görə keçmiş kommunistləri deyil, milli mücadilədə şəhid və qazi olmuş Yusifbəyliləri, Rəsulzadələri, Xoyskiləri, Cavadları, Yıldırımları və başqalarını suçlama kampaniyası apardılar və aparırlar da. Fikrimizcə, bir çox hallarda məqsədli şəkildə milli mücadilə aparmış şəxsiyyətlər haqqında mənfi rəy formalaşdırılır. Bunun əvəzində isə SSRİ dövrünün “sovet beynəlmiləlçiliyi”nin tərənnümçüləri olan şəxsiyyətlər (istər dövlət xadimləri olsun, istərsə ziyalıları olsun) haqqında müsbət rəy formalaşdırlır. Şübhəsiz, bütün bunların fonunda “Azərbaycan tarix” və “Azərbaycan fəlsəfəsi tarixi” kitablarının milli ruhdan uzaq şəkildə yazılması çox düşündürücüdür. Çünki biri tarixi şüur, digəri mədəni-əxlaqi şüurla bağlıdır. Bunlar isə milli şüurun əsas ünsürləridir. Ancaq həmin kitablarda milli ruhdan çox sovet ruhunun iyi gəlir. Bunun üçün hər iki institutun uyğun əsərlərini diqqətlə oxumaq kifayətdir. Sovet ruhundan qurtulmayanlar arasında müəllimlərdə vardı. Bu baxımdan sovet təhsil sistemini və sovet ideologiyasından qurtula bilməyən müəllimlərin də müstəqillik dövrünün nəslini milli şurda formalaşdırması inandırıcı görünmür. Maraqlıdır ki, sovet təhsil siteminin yüksək keyfiyyətindən danışan bu müəlimlərin əksəriyyəti indiki təhsil sistemindəki boşluqları başqa yerdə axtarırlar. Halbuki indi orta və ali məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti istəsək də, istəməsək də sovet dövrünün müəllimləridir. Belə olduğu təqdirdə bəs onlar niyə əvvəlki təhsil keyfiyyətini şagirdlərə verə bilmirlər? Buna əngəl olan nədir? Sovet təhsil sistemini müdafiə edən bu cür müəllimlərin fikrincə, problem onlarda deyil, təhsil sitemindəki boşluqlarla bağdlır. Fikrimizcə, onlar bu məsələdə müəyyən qədər haqlıdırlar. Yəni doğrudan da təhsil sistemində hələ də problemlər qalmaqdadır. Ancaq bu məsələnin bir tərəfidir.Fikrimizcə, şagirdlərə istənilən səviyyədə təhsil və tərbiyə verilməməsində Təhsil Nazirliyinin yarıtmaz əməlləri, konkret bir sistemə düşə bilməməsi ilə yanaşı, sovet dövrünün təfəkküründən qurtula bilməyən müəllimlər və təhsil işçiləri də günahkardırlar. Onlar nə qədər yaxalarını qırağa çəksələr də, etiraf olunmalıdır ki, şagirdlərin əksəriyyətində milli şüurun (vətənpərvərlik, millətpərvərlik, insanpərəvrlik, islampərvərlik və s.) istənilən səviyyədə formalaşmamasında müəllimlər və təhsil işçiləri də müəyyən rol oynayırlar. Onların dünyagörüşü sovet təfəkkürünə əsaslandığı üçün yeni nəsildə müstəqillik və millilik ruhunu formalaşdırmaqda çətinlik çəkirlər. Bu yalnız onların bunu istəməmələri ilə bağlı deyil. Çünki onların arasında bunu istəyənlərin əksəriyyəti belə təfəkkür baxımından yeni nəsillə uğyunlaşa bilmirlər.Məsələn, sovet təfəkkürlü müəllimlərin İslama baxışı ilə yeni nəsil müəllimlərin İslama baxışı eyni deyil. Sovet təfəkküründə təhsil alan müəllimlərin əksəriyyəti istər-istəməz İslama yenə də rus kommunizmi məfkurəsindən yanaşırlar. Hətta onların arasında marksizmi – “rus kommunizmi”ni tənqid edib İslamı müdafiə edənlərin də əksəriyyəti bunda səmimi deyillər. Bu onların danışıqları ilə əməllərinin üst-üstə düşməməsində də açıq şəkildə  hiss olunur.Başqa misal kimi göstərə bilərik ki, sovet müəllimlərinin və ziyalıların Azərbaycan xalqının tarixi şəxsiyyətləri olan Babəkə, Şah İsmayıl Xətaiyə, Koroğluya, Cavadxana, M.Ə.Rəsulzadəyə, S.Vurğuna, Ə.Hüseynzadəyə, N.Nərimanova münasibəti ilə yeni nəslin onlara baxışlarında xeyli dərəcədə fərqliliklər var. Bu o demək deyil ki, yeni nəsil müəllimləri və ziyalıları hər şeyi doğru qiymətləndirirlər. Əlbəttə, belə bir müddəa ilə çıxış etmək yanlışlıq olardı. Ancaq yeni nəslin şüurunda həmin şəxsiyyətlərə, qəhrəmanlara, ümumiyyətlə tarixi və mədəni abidələrə münasibətdə çatışmazlıq varsa, bunun da əsas günahkarları məhz sovet dövrün müəllimləri və ziyalılarıdır. Çünki onların əksəriyyəti SSRİ dövründə “rus kommunizmi”ni təbliğ edirdilər, müstəqillikdən sonra ona uyğunlaşmaq adı altında dünyagörüşləri ilə uyğun gəlməyən, öz anlamlarında yeni bir şeylər ifadə etməyə çalışdılar. Fikrimizcə, əgər sovet təfəkkürünün daşıyıcıları olan müəllimlərin və alimlərin  əksəriyyəti öz sözlərində, yazdıqlarında səmimi deyillərsə, zəmanəyə uyğun hərəkət edirlərsə, o zaman yeni nəsildən hansı mənada böyük ümidlər gözləmək olar”.

    Tarix elmləri doktoru Nəsib Nəsibli vurğulayıb ki, milli şüur və mənəviyyət məsələsində ciddi axsaqlıqlar var: “Biz kimin varisiyik?Biz Azərbaycan Respublikasının hüquqi cəhətdən Azərbaycan Xalq Cümhuriyyətinin varisidir deyirik, bununla fəxr edirik. Bizə deyirlər ki, türkdilli, yəni dönməyik. Guya fars olmuşuq, türklər, monqollar gəlib və bizi bir az türkdilli ediblər. 90 il əvvəl Azərbaycan bir model qoyub. Həmin vaxt Osmanlı monarxiya, İran şahlıq idi. İndi 90 il sonra Körfəz ölkələrinin yoluyla gedirik. Milli şüur və mənəviyyat məsələsində bərbad vəziyyət var. Biz o dövrdə türk idik və türk oğlu türk deyirdilər. Bəs onda türkoğlu azərbaycanlı haradan çıxdı? Buna necə məntiqlə yanaşmaq olar? Bizim millətimiz türkdür və onun idelogiyası da türkçülükdür. Vətənimizin adı Azərbaycandır, vətənçilikdir, onun da azərbaycançılıqdır. Bunlar ayrı-ayrı şeylərdir, eyni zamanda bir-birini tamamlayan məsələlərdir”.

    AMEA Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor Ramiz Əsgərsöyləyibki, Azərbaycan Respublikası Azərbaycan SSR-in varisidir: “Çünki Xalq Cümhuriyyəti dövründə olanlar hamısı vəfat etdi, qalmadı. Amma biz mənəvi olaraq AXC-nin varisiyik. Biz gərək duyğularla danışmayaq. Azərbaycan SSR-in  siyasi xəttini bəyənib-bəyənmirik, bu başqa məsələdir. Əgər İslamıqsa niyə islamlaşırıq, türküksə niyə türkləşirik? Bunu şüara çevirməyin mənası yoxdur. Müasirləşməni başa düşmək olar. Bizə Azərbaycançılıq lazımdır, bundan vaz keçə bilmərik. Niyə slavyan dili yoxdur. Çünki serb serbdir, rus rusdur”.

    AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri,filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı onun fikirlərinə sərt şəkildə etirazını bildirib: “Qəti şəkildə qəbul edə bilmərəm ki, Azərbaycan SSR-in varisi indiki Azərbaycandır. Biz AXC-nin varisiyik. Prezident sərəncam verəndə yazılır ki, Mirzə Fətəli Axundzadə, bizim bəzi tarixçilər, professorlar yazır Axundov. Kim bizim qayğımıza qalacaq? Özümüz bunu etməliyik. O gün sevindirici bir hadisə oldu. BMT-də müdafiə etdiyinə görə Ukrayna Xarici İşlər NazirliyiAzərbaycan türkcəsində bizə məktub göndərmişdi”. Onun sözlərinə görə, AMEA Tarix İnstitutunun nəşr etdiyi 7 cildlik “Azərbaycan tarixi” kitabı deyil: “Bu kitab yalnız oçerklərin məcmusudur. Ancaq AMEA-nın Mədəniyyət İnstitutunda Mühacirət ədəbiyyatı şöbəsinin açılması, fəaliyyət göstərməsi təqdirəlayiqdir”. 

    AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunluvurğulayıb ki, türksüz azərbaycançılıq formalaşdırılır: “Bu konfransları müqavimət göstərməküçün keçiririk. Ölkə daxilində türküçülüyə nifrət formalaşdırılır. O qədər qırmızı xəttə keçirlər ki, heysiyatımıza toxunur. Biri Mili Məclisdə türkə nifrət etdiyini açıq şəkildə deyir. Bu gün rəsmi təbliğat çoxmillətli Azərbaycan üzərinə qurulub. Son on ildə Azərbaycançılıq haqda kitablara baxıram, çoxmillətli ölkə kimi təqdim edilir, türksüz Azərbaycan formalaşdırmaqla İranı bu ölkəni götürməsinə imkan yaradırsınız. Təklif edirəm ki, Azərbaycan prezidentinə məktub göndərilsin. Az qala türk milləti inkar edilir. AMEA-da bir kəlmə türk sözü yazanda çapa buraxılmır.Müvəffəqiyyət sözü yerinə uğur yazılanda çapdan keçmir, nədir ki, türk sözüdür.Bu məsələlərə münasibət bildirilməlidir”.

    Professor Cəmil Həsənlimövzu ilə bağlı fikirlərini belə açıqlayıb: “Əslində biz Axundovun milləti olmalıydıq, təəssüf ki, onun personajlarının milləti olmaqdayıq. Dilimizin və millətimizin adını tez-tez müzakirəyə çıxarmamalıyıq.Bu elə də yetkinlik təzahürü deyil.İngilislər tərtib etdiyi əlifbaya indi imkan olsa müdaxilə edərdilər, amma dözürlər, dəyişmirlər.Hələ 60-70-ci illərdə Azərbaycan kəndlərindən Qafqaz canişininə yazılan məktublar farsca idi.Bugünkü türkçülüklə bağlı düşüncələri sərhədlərdə məhdudlaşdırmalıyıq.Çünki bir söz deyəndə o biri qalxır ki, yox bu mənimdir, mənə məxsusdur.Çünki elə regionda yaşayırıq ki, mürəkkəb bir vəziyyət yaranıb.Bu gün kiminsə Hələbə getməsi xaricdir.Nəsimi üçü ora getmək müsəlman mədəniyyətinin areal idi. Dövr dəyişib, XVIII əsrdə Avropanın yarısı latınca danışırdı, indi latınca kim danışır? Bəlkə sovet olmasaydı, bəlkə daha çox şeylər olardı.Ona görə də keçmişi dəyişmək mümkün deyil, gələcəyi dəyişmək haqda düşünək”.

    Tanınmış türkoloq, publisist, Bəxtiyar Tuncayın məsələyə yanaşması fərqli olub: “Biz nə Midiya, nə Manna, nə də Qaraqoyunluda doğulmuşuq. Biz ulu öndərimiz Rəsulzadənin varisləriyik.Dövlət o dövlətin varisidir.Hökumət isə yox.Rəsulzadəyə münasibətdən görünür ki, hakimiyyət onun varisi deyil.Hakimiyyətdə olan qrup Rəsulzadə varisi yox, Naxçıvan xanlığının varisidir.Bu gün müzakirə etdiyimiz problemlərin kökü də hakimiyyətdən qaynaqlanır”.

    Tədbirdə həmçinin digər ziyalılar da çıxış edərək öz fikirlərini bölüşüblər.