Vətəndaş Həmrəyliyi Partiyasının Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı açıqlaması
Açıqlamada deyilir: “Güney Azərbaycanda baş verən təbii fəlakət nəticəsində yüzlərlə soydaşımız həlak olub, minlərlə insan isə yaralanıb. Bu ağır faciəyə görə bütün millətimizə, xüsusilə də faciə qurbanlarının yaxınlarına dərin hüznlə baş sağlığı verir, millətimizin başı sağ olsun deyirik.
Zəlzələ ilə bağlı kədərimizlə yanaşı qapalı İran hökumətinin bəzi hərəkətləri də təəssüf doğurur. Fars rejimi belə ağır gündə də informasiya qapalılığını saxlayır. Zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla, dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama verdilər. İran rəhbərliyi isə bu məsələdə də hamıdan gec davrandı. Bu günə qədər də itkilər haqda tam və ətraflı məlumat verilmir.
Türkiyədən və Azərbaycandan İran xalqına başsağlığı verildiyi və yardım üçün müraciət edildiyi halda, rəsmi Tehran əhaliyə yalnız başsağlığı barədə məlumatı çatdırıb.
İndi təbii fəlakətdə zərər çəkənlərin ehtiyacı ən çox çadıra, yataq ləvazimatlarına və ərzağadır. Amma Tehran hökuməti bütün yardım edən ölkələrə rədd cavabı verir.
Təbrizdə xəstəxanalara gedib qan vermək istəyən insanlara orucları pozulmasın bəhanəsilə geri qaytarılır və qan alınmır. Təbriz, Urmu, Ərdəbil, Xoy, Sulduzda yüzlərcə insan Qızılay ofislərinin qarşısına yığılıb qan vermək istəsə də, onların müraciətinə baxılmır. Bütün bunlar bizi təəssüfləndirir. Zəlzələ qurbanlarına yardım etmək istəyən Azərbaycan vətəndaşlarına İranın Azərbaycandaki səfirliyinin şərait yaratmaması barədə məlumatlar var. İranın Bakıdakı səfirliyi bu yanlışı dərhal aradan qaldırmalıdır. Azərbaycan vətəndaşlarının öz soydaşları olan faciə qurbanlarına bu ağır anlarda kömək etmək istəkləri təbiidir və İran dövləti bunu anlayışla qarşılanmalıdır”.
VHP olaraq zəlzələ nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyimizi bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik.
İqtidaryönlü gənclər təşkilatları rəsmi Bakının İranda həbs olunan gənc şairlərin azadlığa buraxılması üçün var gücü ilə çalışdığını deyərək, gəncləri təsirli aksiyalar keçirməyə dəvət ediblər. Müxalif yönümlü gənclər qurumlarının təmsilçiləri isə daha ciddi addımların atılmasının zəruri olduğunu bildiriblər. Onların fikrincə, bu iki gənc şair fars rejiminin siyasi qurbanına çevrilməməlidir.
Rafiq Manaflı: “Ictimai Palata parlament seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsinə nail ola bilmədi”
Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatı bu gün “Dedemin insanları” filminin nümayişini keçirib.
Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, VHP Gənclər Təşkilatı gənc yazar Dilqəm Əhmədlə gənclərin görüşünü təşkil edib.
Anomal istilər ictimai-siyasi səhnədə də passivlik yaradıb. Elə buna görə də yay gələndən bəri aksiyalar, flaş-moblar keçirilmir.
Dünən Güney Azərbaycanda zəlzələ baş verib. Xeyli sayda insan ölüb, minlərlə insan yaralanıb.
İran saytından_1.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
GAMOH təşkilatı Güney Azərbaycan’da meydana gələn dəprəm fəlakətindən dolayı üzüntüsünü bildirərək ölənlərə tanrıdan rəhmət, yaxınlarına və Güney Azərbaycan Türk millətinə başsağlığı verir.
Cəmiyyətin demək olar ki, bütün sahələrinə nüfuz edən internet kitab aləmini də öz imkanlarına daxil edib. Bu gün kitab oxumaq üçün kitabxanaya getməyə və ya pul verib mağazadan almağa ehtiyac yoxdur. Kompyuterinizin qarşısından ayrılmadan da internetdə axtarışa verib və ya hansısa elektron kitabxanaya daxil olub sizi maraqlandıran ədəbiyyatı əldə edə bilərsiniz. Bunun üçün beynəlxalq dillərdən birini, məsələn, ən azı ingilis dilini bilməyiniz yetərlidir. Maraqlıdır, vaxt və əldə etmək baxımından sərfəli olan elektron kitabxanalar ənənəvi kitabların nüfuzuna necə təsir edir? Cəmiyyətimizin kitaba verdiyi mənəvi dəyəri elektron kitablara da aid etmək olarmı? Nə üçün real kitablara deyil, elektron kitabxanalara müraciət edirlər? Suallarımıza cavab tapmaq məqsədilə VHP Siyasi Şurasının üzvü Samir Əsədlinin fikirlərini öyrəndik.
Azərbaycan İslam Partiyasının sədrinin müavini Vaqif Abdullayevin vəfatı Azərbaycan ictiamiyyəti üçün böyük itkidir. Vaqif Abdullayev islam dinini dərindən məniməmiş kamil şəxslərdən biri idi. O, islam əqidəsinin, islam əxlaqının cəmiyyətimizdə möhkəmlənməsi üçün çox işlər görürdü. belə bir insanın vaxtsız vəfatı bizim hər birimizi bərk kədərləndirmişdir. Vaqifə bəyə Allahdan rəhmət, yaxınlarına, qohumlarına səbr diləyirik. Vaqif Abdullayev onu tanıyanların qəlbində əbədi yaşayacaq.