Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • BAGT VHP-ni təbrik etdi

    Bütöv Azərbaycan Gənclər Təşkilatı (BAGT) Vətəndaş Həmrəyliyi Partiyası (VHP)-ni  yaşı münasibətiylə təbrik bəyanatı yayıb.

    Bəyanatda deyilir: “ VHP Azərbaycanın müstəqillik tarixində, ölkəmizin demokratikləşməsi, insan haqlarının qorunması yönündə sivil mübarizə aparmış partiyadır Partiyanın rəhbərliyində bu gün gənclərin də təmsil olunması Partiyanın gənclər siyasətinin dolğun və aydın göstərir. VHP rəhbərliyi və Partiya təkcə quzey Azərbaycan yox Güney Azərbaycan məsələsin hər zaman siyasi meydana gətirməklə bir daha Azərbaycan insanın harda olmasından asılı olmayraq, soydaşlarımızın haqqlarının qorunması yönündə çalışan partiyadır. BAGT olaraq VHP-nin rəhbərliyin və üzlərini bu xoş günlərində təbrik edirik. Fəaliyyətlərində uğurlar arzilayırıq..”

  • Azərbaycan Avropa Hərəkatı VHP-ni təbrik edir

    Hər bir ölkədə bütün növ mədəniyyətlərin formalaşması üçün siyasi mədəniyyətin olması vacib amillərədn biridir. Bunun üçün isə ilk növbədə sivil metodlardan istifadə edən partiyaların olması şərtdir. Vətəndaş Həmrəylik Partiyasının (VHP) yarandığı gündən sivil metodologiyadan istifadə edərək əqidəli siyasi mübarizə aparması Azərbaycanın siyasi mədəniyyətinə böyük töhvələr vermişdir.
    Azərbaycanda Avropa sivil sferasına uyğun siyasi rəqabətin olması istiqamətində fəaliyyət göstərən Beynəlxalq Avropa Hərəraktının (BAH) yerli nümayəndəliyi olaraq bu bizi çox sevindirir. 
    20 illik fəaliyyətiniz boyu Azərbaycan siyasi sferasında göstərdiyiniz fəaliyyətın dəyərləndirilməsini özümüzə borc bilirik. 
    Azərbaycan Avropa Hərəkatı (AAH) olaraq Vətəndaş Həmrəylik Partiyasının rəhbərliyini və bütün üzvlərini partiyanın 20 yaşı tamam olması münasibəti ilə təbrik edirik, fəaliyyətində uğurlar arzu edirik. 
    Əminik ki VHP bundan sonra da sivil metodlarla Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətinin davam etdirəcək.

    Dərin hörmətlə,
    Azərbaycan Avropa Hərəkatının Prezidenti
    Ramin Hacılı
  • Cабир Рустамханлы назвал Афродиту и Клеопатру проститутками

    «Я не представляю, в каком городе мира кроме Баку, и в целом Азербайджане, можно найти столько домов торжеств и ресторанов с вымышленными названиями», – выразил свое негодование депутат Милли Меджлиса Сабир Рустамханлы.

    Как информирует shebeke.az со ссылкой на Gun.Az, депутат отметил, что заключение брака, создание семьи – это святое дело, и никто не хотел бы его каким-либо образом очернить. По его словам, каждый мечтает, чтобы этот торжественный день прошел в незапятнанном, чистом месте и остался в памяти на всю жизнь.

    «Но посмотрите, сколько в Баку ресторанов, названных именами античных проституток?! «Афродита», «Клеопатра» и другие подобные имена. Некоторые из них названы людьми, которые не любят наш язык и преследуют цель оскорбить наш народ.

    Открывают дома торжеств, рестораны, и если не могут им подобрать названия в честь своих предков, то называют по-разному, лишь бы, не на азербайджанском языке. За всем этим стоят люди, ненавидящие Азербайджан и азербайджанский народ. Именно поэтому они дают своим ресторанам, домам торжеств имена проституток, а наши дети вынуждены делать в них свадьбы», – заявил он.

    Я думаю, что это пора прекращать, и нужно внимательно отнестись к этому вопросу, подчеркнул депутат.

  • VHP yeni qurumda təmsil olunmayacaq

    Sabir Rüstəmxanlı: “İçdən səmimiyyət olmadığına görə, müxalifətin bir araya gəldiyi qurumlar tez bir zamanda sıradan çıxır”

     “Azərbaycan müxalifətinin son illərdə dəfələrlə müxtəlif qurumlarda birləşib-ayrılmasını o qədər görmüşük ki, indi hər hansı bir  yeni birlikdə təmsil olunmaq fikrimiz yoxdur”-  vhp.az xəbər verir ki, bunu  açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı  müxalifət partiyasının təsis etdiyi Demokratik Qüvvələrin Məşvərət Məclisinə münasibətini bildirərkən deyib. 

    VHP sədri qeyd edib ki, içdən səmimiyyət olmadığına görə, müxalifətin bir araya gəldiyi qurumlar tez bir zamanda yarandığı kimi də  sıradan çıxırlar: “Ona görə də indi  biz bir partiya olaraq, vaxtımızı bu cür proseslərə sərf etmək istəmirik”.

    S.Rüstəmxanlının sözlərinə görə, DQMM-in  məlum yığıncağında VHP-nin də nümayəndəsi iştirak edib, amma bu o demək deyil ki, partiya sözügedən qurumun rəsmi üzvüdür:  “VHP təmsilçisi DQMM-in yığıncağında iştirak edib. Amma eyni zamanda, ciddi, qəti bir birlik yaranmayana qədər bizim hansısa  bu tipli qurumlar da təmsil olunmağımız mümkün deyil,  bizim belə bir fikrimiz yoxdur. Əgər səmimi, ciddi bir niyyət olsa, müxalifət arasında ciddi bir  birlik, təşkilat yaransa, onda biz o məsələyə baxa bilərik və baxacağıq…”.

  • VHP Nigar Yaqublunun həbsində narahatdır

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası Müsavat partiyasını üzvü Nigar Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Müsavat partiyasının Məclis üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtimobil qəzasının araşdırılması və istintaq aparılması qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarının birbaşa vəzifə səlahiyyətlərinə aiddir.

    “Ancaq nəzərə aldıqda ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi qaldırılarkən istintaq müddətində təqsirkar qismində şübhəli bilinən şəxs, xüsusilə xanım  barəsində məhəmə prosesinə qədər həbs qəti-imkan tədbirinin seçilməsi presedenti yoxdur, onda Nigar Yaqublunun həbsinin siyasi motivli olması ehtimalı yaranır.

    Siyasi rəqibə qarşı Azərbaycan hakimiyyəti indiyə qədər qeyri-məqbul və qeyri-demokratik vasitələrdən istifadə etsə də, milli-mənəvi dəyərləri həmişə qorumağa çalışıb. Müsavat partiyasının başqan müavini olan Tofiq Yaqublunun qızı Nigar Yaqublunun siyasi sifariş əsasında həbs olunmasını təsdiqləyən faktlar isə hakimiyyətin bu sahədə illərlə qoruduğu milli dəyərin pozulması anlamına gələ bilər.

    VHP Siyasi Şurası bu tendensiyanın yaranmasından ciddi narahatlığını bildirir və bəyan edir ki, bu hal milli dəyərlərə xüsisu önəm verən Azərbaycanda arzu olunmayan qeyri-siyasi mübarizə mühitinin yaranması təhlükəsini doğura bilər. Buna görə də VHP SŞ ölkənin siyasi hakimiyyətindən vətəndaş sülhünün güclənməsi və milli-əxlaqı dəyərlərimizə hörmət əlaməti olaraq hadisəyə birbaşa müdaxilə etməyi və müvafiq qərar qəbul etməyi xahiş edir”.

      VHP Mətbuat Xidməti      

  • VHP-dən ramazan təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

    Təbrikdə deyilir:

     

    “Əziz müsəlmanlar!

    Sizi Ramazan bayramı münasibəti ilə təbrik edir, ayların sultanı olan Ramazan ayında tutduğunuz orucun, ibadət və dualarınızın qəbul olunmasını Allahdan diləyirəm.

    Ramazan ayı insanın öz nəfsi ilə mübarizəsini əks etdirməsi baxımından hər bir fərdin dünyagörüşündə xüsusi iz buraxan təqvimdir. Təsadüfü deyil ki, ayların sultanı olaraq qəbul edilən Ramazan halallığın, paklığın, könül toxluğunun təntənəsi hesab edilir.

    Bu ayda müsəlmanların həm də göz, qulaq, söz pəhrizi saxlaması dünyanın, yaranışın fəlsəfi mahiyyətini anlamaqda və bütün fanilərin bir gün Haqqın qarşısında duracağı hikmətinin dərkində mühüm rol oynayır. İnsanlar bu ayda təmizlənir, şeytani hisslərdən uzaqlaşır; halalla haram bu ayda bir-birindən ayrılır, ətraf aləmə tam ayrı gözlə baxmaq fürsəti qazanır. Bu baxımdan Orucluq ayı və Ramazan bayramından üzüağ, könlütox çıxan, qəlbi möhürlənməyən bütün soydaşlarımızı qutlayıram, Haqqın Ədalətini bu ayda belə dərk etməyənlərə isə hidayət arzulayıram.

    Ramazan ayı həm də insanların öləri, millət və ümmətlərin əbədi olduğunu xatırladır. Bu müqəddəs bayram ərəfəsində Dünya Azərbaycanlılarını Tanrı və millətimiz adına, ədalətin və haqqın təntənəsi naminə canları və malları ilə daha geniş mübarizə aparmağa, daha sıx birləşməyə çağırıram.

    Tanrı bu müqəddəs gündə dualarımızı qəbul etsin və xalqımızın əsrlərdən bəri üzləşdiyi ayrılığa, bölünmələrə son qoysun, haqq uğrunda mübarizəmiz başa varsın! 

    Təəssüflə qeyd etməliyəm ki, Cənubi Azərbaycanda baş verən zəlzələ, soydaşlarımızın üzləşdiyi fəlakət, yüzlərlə bacı-qardaşımızın həyatını itirməsi üzüntüsü ilə Ramazan bayramını qarşılayırıq. Bu günlərdə həlak olan soydaşlarımıza bir daha Allahdan rəhmət diləyir, onların doğmalarına səbir arzulayıram”.

  • “Vahid türk əlifbasına keçilməlidir”

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının Gün.Az-a müsahibəsi:

    – Sabir bəy, son dövrlər yenidən əlifba dəyişikliyi məsələsi gündəmə gəlib.

    Siz bir millət vəkili, ən əsası söz adamı olaraq bu haqda nə deyərdiniz, fikrinizcə, əlifbada müəyyən hərflərlə bağlı dəyişikliklərə və ya islahatlara doğrudanmı, ciddi ehtiyac var?

    – Bilirsiniz, mən lap əvvəldən Azərbaycan əlifbasının türk (Türkiyə) əlifbası ilə bir şəkildə olmasını istəmişəm, bunun tərəfdarı olmuşam, Milli Məclisdə məlum müzakirələr zamanı onu müdafiə etmişəm.

    Bütün müzakirələrdə fikrim bu olub ki, Türkiyə ilə bizim əlifbamız eyni cür olmalıdır, burada fərq olmamalıdır. Yəni, eyni bir dildə danışan, kökəncə eyni olan bir xalqın iki əlifbası ola bilməz. Onsuz da biz hələ ötən əsrin əvvəllərində latın qrafikasına keçəndə, yəni, ərəb əlifbasından imtina edəndə güneyli qardaşlarımız bizdən aralı düşüblər. İndi müəyyən bir fərqlə Türkiyədən də aralı düşürük.

    O vaxt təəssüf ki, dilçilər bu məsələdə daha çox yer aldılar, mən isə dedim bu məsələ biz dilçilərin işi deyil, bu məsələyə elmi yanaşmadan daha çox, siyasi yanaşma lazımdır. Amma əfsuslar olsun ki, bu məsələyə siyasi yanaşma olmadı, dilçilərin mövqeyi belə demək mümkünsə, nəzərə alındı. Axı, əslində bu – əlifba bir xidmət vasitəsidir.

    Məsələn, Türkiyə türkləri “ə” hərfini bizdən çox işlədirlər, amma “e” yazırlar. Nə olacaq ki? Dünya dağılmayıb ki? Bir də “ğ” yoxdur orda, dil bir az da cingiltili olub, daha gözəl səslənir. Onlar da bir şey itirmirlər, yəni, qoy əlifbamız eyni  cür olsun, bəlkə o biri türkdilli respublikalar da bizə baxacaqlar, onlar da bir əlifba qəbul edəcəklər?!

    – Sizcə, vahid əlifbanın hansı üstünlükləri var və ya ola bilər?

    – Əgər vahid türk əlifbasına keçilərsə, onda o “kiril”dəki günahlar və bizi ayrı salmaq üçün düşmənin ortaya atdığı ayrı-seçkiliklər də unudulacaq, aradan qalxacaq, o cümlədən, kitablarımızın da tirajı artacaq, qəzetlərimizin də tirajı yüksələcək, bir-birimizi də daha rahat oxuyacağıq.

    Həmçinin, 80 milyonluq Türkiyənin buraxdığı bütün kitablara daha da rahat əlimiz çatacaq və sair. Kompyuter məsələsində də nəzərə almışdıq ki, “ə” klaviaturada yoxdur, biz yazırıq, amma göndərəndə problem yaranır.

    Bütün bunlar hamısı o zamanlar ciddi müzakirə olunmuşdu və müəyyən razılığa gəlinmişdi. Təəssüf ki, o vaxt dilçilər belə qərara gəldilər ki, yox, 34 hərf-işarə qəbul edək, hər türk respublikası da bunu öz bildiyi kimi gəlib götürsün.

    Türkiyədə 28 hərfdir. İndi biz getdik 32 hərf götürdük, qazax 33, o birisi 34. Yəni, bu 6-7 hərfin müxtəlif variantları var – iki hərfi bir yerdə yazırlar və ayrı bir səs kimi səslənir. İndi məlum olur ki, bu 6 hərfin sayəsində daha 60 variant yaranır, bir-birimizin aramızda yaranan, yaşanan uçurumların aradan qaldırılması bir qədər də dərinləşir.

    Bu mənada mən Türkiyə ilə Azərbaycanın vahid əlifba işlətməsinin tərəfdarıyam və hesab edirəm ki, vahid əlifbanın tam oturuşması, bütün xırda qüsurlardan azad olunması üçün də müəyyən vaxt tələb olunur. Bunu da nəzərə almalıyıq.

    Bildiyiniz kimi, vaxtilə bilirsiniz rus-kiril əlifbasına keçəndə “ya”, ondan sonra “yu” hərflərini də qəbul etmişdik və sair. Amma zaman keçdikcə onlar da aradan qaldırıldı. Burada da bu xırda qüsurlar, xırda fərqlər aradan qaldırıla bilər və mən hesab edirəm ki, əgər 1400 illik ərəb əlifbasından gələcəyin müsafirləri əl çəkirsə, o zaman daha asan olan bir əlifba əldə etmək xətrinə, əslində bunlardan imtina edib Orxan-Yeniseyə də qayıtmaq olardı, əski türk əlifbasına da qayıtmaq olardı. Amma biz güneylə inteqrasiyanı, qaynaşmanı vacib hesab edirik…

    – Hesab edirsiniz ki, burada bu məqam da nəzərə alınmalıdır…

    – Əlbəttə ki. Bunsuz ayrı cür ola bilməz. Ona görə bu – vahid türk əlifbasını qəbul edəriksə, onu da elə qəbul etməliyik ki, Türkiyə ilə eyni olsun. Ya gərək Türkiyə əlavə olaraq “ə”ni, “x”nı qəbul etsin, ya da biz Türkiyə variantını qəbul edək, başqa yol yoxdur.

    Türkiyədə bu illər ərzində böyük bir okean qədər geniş kitab məhsulları var və belə halda Türkiyənin bundan imtina etməyini düşünmək ağlasığan görünmür, eləcə də, Türkiyənin əlifbası kifayət qədər elə bizim dilin tələblərinə cavab verir. Onda, mənə elə gəlir ki, tərəddüd etmədən – hər halda siyasi qərar qəbul etmək gərəkdir – Azərbaycanla Türkiyə və digər türk respublikaları vahid bir əlifbaya keçməlidirlər.

    Kamil Həmzəoğlu
    Gün.Az

  • Siyasi partiyalar sosial şəbəkələrdən necə istifadə edir?

    Sosial şəbəkələr insanların sosiallaşması, biri-biri ilə əlaqə qurması üçün çox önəmlidir. Son dövrlər həm də siyasilərin diqqətini çəkən sosial şəbəkələrin istifadəçiləri, günü- gündən artır. Dünya ölkələrinin əksər siyasiləri, hətta ölkə prezidentləri də sosial şəbəkələrdə fəaliyyət göstərir, müəyyən məsələlərə münasibət bildirirlər. Azərbaycanda da bu ənanə artıq formalaşmağa başlayıb. 

    Bəs Azərbaycandakı mövcud siyasi partiyaların fəaliyyətində sosial şəbəkələrin rolu hansı səviyyədədir? 

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının sədri Samir Əsədlibildirib ki, sosial şəbəklərdə ən aktiv partiyalar VHP, Müsavat və AXCP-dir:

    “İndiki internet əsrində siyasi partiyaların sosial şəbəkələrdəki fəaliyyəti çox mühümdür və son illərdə siyasi təşkilatlar demək olar ki, təbliğat işlərini sosial şəbəkələrdə aparır. Demək olar ki, “Tvitter” və “Facebook”da siyasi partiyaların fəaliyyəti və təbliğatı ilə bağlı, müntəzəm olaraq məlumatlar yayılır. İnternetdə aktiv olan insanlar operativ olaraq, partiyaların fəaliyyətindən xəbər tutur. Həmçinin partiyaların mətbuat xidmətlərinin gündəlik informasiyaları sosial şəbəkələrdə paylaşılır və KİV-lər də bundan faydalanır. Sosial şəbəkələrdə əsasən AXCP, VHP və Müsavat partiyaları daha aktivdir. Bu partiyaların sosial şəbəkələrdə hesabları, səhifələri və qrupları var”.
     
    Samir Əsədli sosial şəbəkələrdəki aktiv fəaliyyətləri nəticəsində, partiyanın sıralarına xeyli gəncin daxil olduğunu deyib:

    “VHP-nin üzvləri sosial şəbəkələrdə xüsusilə aktivdir. VHP Gənclər Təşkilatı üzvlərinin bütün sosial şəbəkələrədə profilləri var. Bu şəxslərin sosial şəbəkələrdə aktivliyi, partiyanın cəmiyyətdə daha çox təbliğ olunmasına gətirib çıxarır. Xeyli sayda gənc, eyni zamanda xaricdə təhsil alan azərbaycanlı tələbələr partiyamızın sosial şəbəkələrdə fəaliyyətini izlədikdən sonra, sıralarımıza qoşuldular. 100-dən artıq gənc “Facebook”dakı təbliğatımızın nəticəsi olaraq, partiyamıza üzv oldu. Demək olar ki, hamısı aktiv partiyaçıdır. Son zamanlar demək olar ki, partiyanın rayon təşkilatlarının sədrlərinin çoxunun “Facebook”da profili var. VHP-nin özünün isə “Tvitter” hesabı açılıb. Həmçinin “Facebook”da Sabir Rüstəmxanlının, VHP Gənclər Təşkilatının və bir çox rayon təşkilatlarının fan-səhifələri fəaliyyət göstərir”.

    Sədan Bünyadova

    Publika.az

     

  • Qubadlının işğalından 19 il ötür

    Qubadlı rayonunun işğalından 19 il ötür. 19 ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993- cü il avqustun sonlarında Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını olduğunu göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib geri çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşdu. Məğlub olmaq istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qalır. Buna səbəb silahın olmaması, ordunun normal fəaliyyət göstərə bilməməsi və düşmənin kifayət qədər güclü silahlanması idi.

    1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil olub. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutub və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı.

    Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix – diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb,talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

    Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 sakini şəhid verib, 146 nəfər əlil qalıb. 

  • Kıprıs Türk Respublikasının Azərbaycan nümayəndəliyinə!

    Kıprıs Türk Cumhuriyyətinin Azərbaycan Respublikasındakı
    nümayəndəliyinin rəhbəri cənab Sadəddin Topuqçuya

     

    Hörmətli cənab səfir! 

    Sizi Kıprıs Türk Cumhuriyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    KKTC Azərbaycan xalqı üçün “Yavru Vətən”dir və qanıbir, canıbir soydaşlarımızın illərlə verdiyi mücadələni, tanınmaq və özünü təsdiqləmək, doğal haqqını qorumaq sahəsində apardığı siyasəti daim dəstəkləyir.

    Əlbəttə “Yavru Vətən”ə iddialı güclərin yaratdığı problemlər hazırda sizlərdən qat-qat artıq fəaliyyət və ictimaiyyətlə iş tələb edir. Azərbaycan sizin ikinci vətəninizdir və buradakı fəaliyyətinizin daim ictimai diqqət və sayğı ilə qarşılanacağı şübhəsizdir. Görəviniz müddətində iki qardaş xalq arasında mədəni, ədəbi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində üzərinizə düşən missiyanın yerinə yetirilməsində sizə yardımçı olmaqdan şərəf duyacağımı ehtiramla nəzərinizə çatdırıram. Bir daha sizi yeni görəviniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

    Yaxın günlərdə sizinlə şəxsən tanış olmaq istəyi ilə.

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili