Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • İsrailin Azərbaycandakı səfirliyinə!

    İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli

    səfiri cənab Rafi Apraza 

     

    Hörmətli cənab səfir!

    Sizi İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    İsraillə Azərbaycan iqtisadi, siyasi, hərbi sahədə əməkdaşlıq edən ölkələr kimi mühüm strateji tərəfdaşlar sayılırlar. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və işğal faktını gündəmə gətirən ölkə olaraq İsrailin tutduğu mövqe Azərbaycan xalqında daim rəğbətlə qarşılanır. Təsadüfü deyil ki, yəhudilər Azərbaycana həmişə doğma münasibət göstəriblər, çünki Azərbaycan xalqından daim sevgi, hörmət və qardaşlıq görüblər.

    İnanıram ki, fəaliyyətiniz müddətində dövlətlərimiz arasındakı siyasi, ictimai, mədəni əlaqələr daha da möhkəmlənəcəkdir.

    Bir daha Sizi yeni görəviniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

    Yaxın günlərdə Sizinlə şəxsən tanış olmaq istəyi ilə,

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Milli Məclisin deputatı

  • Gənclər aktiv siyasətə qoşulmalıdırlar

    Bu gün siyasi partiyaların Gənclər Təşkilatlarında kifayət qədər fəal gənclər var. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak etsələr də, nədənsə mətbuat və cəmiyyət onları o qədər də tanımır. Aktiv gəncləri olan partiyalardan biri də Vətəndaş Həmrəyliyi Partiyasıdır. Partiyanın Gənclər Təşkilatının sədri Pünhan İmanlı və onun müavini Vüsal Namiqoğlu olsa da, çoxları elə bilir ki, VHP Gənclər Təşkilatının sədri Samir Əsədlidir. Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının sədr müavini Vüsal Namiqoğlu isə bu fikirlə o qədər də razılaşmır. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

    – Əslində bu il Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının sədri Pünhan İmanlı seçildi. Əvvəl Emil Bağırlı idi, o da kifayət qədər tanınırdı. Samir Əsədlinin üzdə olmasının səbəbi onun Sabir Rüstəmxanlının gənclər üzrə müşaviri olmasıdır. Samir Əsədli Sabir Rüstəmxanlının gələcək üçün yetişdirdiyi siyasətçidir. Ona görə daha çox üzdədir.

    -Yəni, Samir Əsədli Sabir Rüstəmxanlının davamçısıdır?

    – Ən azından gənc lider kimi yetişdirir. Başqa partiyalarda isə bu məsələyə o qədər də diqqət yetirilmir.

    – Bir az özün barədə məlumat verərdin. Səhv etmirəmsə, Türkiyədə təhsil almısan. Nə vaxtdan VHP-nin üzvüsən?

    – 2010-cu ildən etibarən partiyanın üzvüyəm. Türkiyədə təhsil aldığıma görə aktiv fəaliyyət göstərə bilmirdim, yay tətillərində imkan olurdu. Bu ilin iyun ayından etibarən, məzun olandan sonra partiyanın Gənclər Təşkilatının təşkilati işləri üzrə sədr müavini seçildim. 

    – 2 ildir ki, partiyanın üzvüsən və demək olar ki, Türkiyədə yaşamısan. Necə oldu ki, Gənclər Təşkilatının sədr müavini seçildin?

    – 2 ilin özü o qədər də qısa müddət deyil. Zaman çox sürətlə hərəkət edir. Xüsusən də Türkiyədə fərqli təşkilatlarda çox aktiv şəkildə fəaliyyət göstərmişəm. Təşkilatçılıq qabiliyyətim yüksəkdir. Eyni zamanda başqalarından fərqli xüsusiyyətim olduğunu düşünmürəm. 

    – Bəs niyə məhz VHP?

    – Mən Türkiyəyə getməzdən əvvəl Azərbaycanda siyasətlə məşğul olmamışam. Azərbaycanda siyasətlə məşğul olmaq barədə fikrim də olmayıb. Türkiyədə oxuduqdan sonra oradakı gənclərin ictimaiyyətdə nə qədər akiv rol oynadıqlarını gördüm və özümə sual verdim ki, mən niyə Azərbaycanda belə işlə məşğul olmayım? Sosial şəbəkələrdən Samir Əsədli ilə tanış oldum və VHP-yə üzv oldum.

    – Səncə, Azərbaycan gənci mütləq şəkildə siyasətlə məşğul olmalıdır?

    – Zənn etmirəm ki, gənc aktiv olmaq üçün siyasətə qoşulmalıdır. Və ya sırf siyasət sahəsində aktiv olmalıdır. İnsan maraqlarına uyğun bir sahə ilə məşğul olmalıdır. Şəxsən mən siyasətlə məşğul olmağı sevirəm. Düzdür, bəlkə də professional siyasətlə məşğul olmağı bacarmıram, amma bu sahəni sevirəm. Bəzi gənclər öz sahəsində püxtələşərək bu ölkəyə xidmət edə bilərlər. Sadəcə siyasətlə məşğul olmağa ehtiyac yoxdur. 

    – İllərdir Türkiyədə yaşamısan. Oradakı Gənclər Təşkilatları necədir?

    – Açığı, Türkiyədəki Gənclər Təşkilatları ilə bizim Gənclər Təşkilatlarımız müqayisə olunmayacaq dərəcədə fərqlidir. Ən önəmlisi odur ki, Türkiyədəki bütün təşkilatarda təşkilatçılıq çox yüksək səviyyədəddir. Bəlkə də genimizdə olan xüsusiyyətdir ki, bizdə birinin dediyi söz başqasının boğazından keçmir və ya yuxarıdan verilən göstərişlər əmr kimi qəbul olunur. Türkiyədə bunun tam tərsinədir. Türkiyədəki təşkilatların bizdən ən böyük fərqi ondan ibarətdir ki, onların ana ideologiyası var. Gənclər bunun uğrunda fəaliyyət göstərirlər. Bizdə isə Gənclər Təşkilatlarının demək olar ki, hamısı eyni istiqamətdə fəaliyyət göstərir, hamısının məqsədi və məramı eynidir. 

    – Siyasətə yeni qoşulan gənclərdənsən.Türkiyə təcrübəsini yaxşı bilirsən. VHP üçün nələr edə bilərsən?

    – Orada 5 il qazandığım təşkilatçılıq qabiliyyətini istəyirdim ki, ən azından VHP-də icra edim. Hələ ki bu, bir az qeyri-mümkündür. Bizim insanlarımızda təəssüf ki, hələ ideoloji təfəkkür formalaşmayıb. 

    – Sabir Rüstəmxanlı gənclərlə maraqlanırmı? Məsələn, səni tanıyırmı?

    – Bəli, tanıyır. Gənclər Təşkilatının sədrinin seçildiyi qurultayda Sabir bəy şəxsən iştirak etmişdi.

     

    – 2 aydır ki, Gənclər Təşkilatının sədr müavinisən. Təşkilatda nə dəyişiklik etmisən?


    – Komanda olaraq 2 ay ərzində yetərincə işlər görmüşük. 4 tədbir keçirmişik. Birinci tədbirimizə – “Mənim vətəndaş hüquqlarım” mövzusunda keçirilən tədbirə aktiv gənclər qoşulub. Xalid Hüseyninin “Çərgələng uçuran” romanı əsasında çəkilən filmin nümayişi keçirilib. O tədbirə neytral gənclər də qatılmışdı. Sevindirici hal o idi ki, kənardan gəlib bizimlə tanış olmuşdular. Həmin o filmdən sonra 10-15 gənc bizim sıralarımıza qatıldı. Gənc yazar Dilqəm Əhmədlə görüş keçirmişik. Türk filmi olan “Dədəmin insanları”nın nümayişini keçirmişik.

    – Filmdən söz düşmüşkən, az öncə Müsavat Partiyasında da film nümayişi keçirıldi. Bu ənənə sizdən başlayıb?

    – Ola bilsin ki, əvvəllər də film nümayişi olub. Amma diqqətimi cəlb edən odur ki, gənclərin yüksək qatılımından sonra digər təşkilatlar da film nümayişinə başladılar. Düşünürəm ki, bu yay ilk addımı biz atmışıq. 

    – Yəni, Müsavat və digərlər partiyaların gəncləri sizdən örnək götürüb?

     

    – Götürüb deməyək. Bu, sırf bizə aid olan, bizim əlimizdə olan bir şey deyil. Sadəcə, baxıb eyni şeyi ediblər. 

    – Bu, Türkiyədən götürülmüş təcrübədir?

    – Türkiyədə vəziyyət tamamilə fərqlidir. Artıq insanları aktiv cəmiyyətə çəkmək üçün bu vasitələrdən istifadə olunmur. Bizim üçünsə bu, böyük işdir. Türkiyədə belə cılız işlərə ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanda bu cür tədbirlərə ehtiyac var. Çünki başqa cür gənclərimizi bir araya toplamaq qeyri-mümkündür. 

    – Sizcə, gənclər niyə aktiv həyatı istəmir?

    – Gənclərin böyük hissi məsələyə fərdiyyətçi yanaşır. Məncə, səbəblərin başında təhsil sistemi durur. İkici faktorun ailə olduğunu düşünürəm. Ailənin gənclər üzərində basqısı var. Ailədə işləyənlərin iş yerlərini itirmək qorxusu var. Fikrimcə, belə olmalı deyil. Bu ölkə də, bu hakimiyyət də bizimdir. Nəticə etibarilə hakimiyyətin funksiyası millətə xidmət etməkdir, millətin funksiyası da hakimiyyətə xidmət. İki faktor bir araya gəlməli, hakimiyyətlə cəmiyyət əl-ələ verib fəaliyyət göstərməlidir. 

    – Bir şey diqqətimi cəlb edir. Hətta Sabir Rüstəmxanlı parlament kürsüsündən kəskin ifadələr səsləndirdiyi halda başda Samir Əsədli olmaqla gənclərdə bu aktivlik hiss olunmur…

     

    – Mən zənn etmirəm ki, Samir Əsədli və ya digər gənclər məsələlərə daha loyal yanaşır. Hətta tam tərsinə, gənc olaraq biz fikrimizi bildirməkdə daha azadıq. Sabir Rüstəmxanlı siyasi arenadadır. Bəlkə də onun üçün fikir bildirməyə nələrsə mane ola bilər. Sabir bəy lazım gəldiyində sözünü açıq-aşkar deyir. Bizim gənclərimiz də yetərincə aktivdir. 

    – Məsələn, mitinqlərə VHP-çilər fərdi qaydada qoşulsa da, partiyanın belə bir qərarı yox idi…

    – Bütün mitinqlərdə VHP aktiv iştirak edib. VHP-nin qərargahı mitinq iştirakçılarının mərkəzi qərargahına çevrilib. İstər plakatların, istər şüarların hazırlanması bizim partiyanın qərargahında təşkil olub. Mən Türkiyədə olduğum üçün iştirak etməmişəm. Amma gənclərimiz aktiv iştirak edib. Mitinqləri sadəcə Müsavat və AXCP-nin adına bağlamaq düzgün deyil. Elə bir mitinq və tədbir olmayıb ki, VHP-nin Gənclər Təşkilatı digər partiyaların Gənclər Təşkilatından bir addım aşağıda olsun. 

    – Səncə, gənclər VHP-ni niyə seçməlidir?

    – Bizim partiyanın digər partiyalardan ən böyük fərqi ondan ibarətdir ki, ideologiya, millət fərqi qoyulmadan istənilən Azərbaycan vətəndaşı VHP-yə üzv ola bilər. Adından da göründüyü kimi bu, vətəndaşların birliyi, həmrəyliyi partiyasıdır. Bizim gənclər arasında isti münasibət gənclərə imkan verir ki, gəlib bizə qoşulsun. Partiyamızın sahib olduğu şərait də buna imkan verir. 

    – Yəni digər partiyalarda münaqişə, milli ayrı-seçkilik var?

    – Zənn etmirəm ki, digər partiyalarda milli ayrı-seçkilik olsun. Partiya səviyyəsində olduğuna inanmıram. Ola bilsin ki, partiyanın hansısa üzvündə hansısa millətə qarşı aqressiya var. 

    – Son vaxtlar facebook sosial şəbəkəsində müsavatçılarla cəbhəçilər arasında qarşıdurmalar olur. VHP-çi gənclərin belə qarşıdurmalara münasibəti necədir? 

    – VHP-nin ən böyük özəlliyi odur ki, həmişə barışdırıcı mövqedə olub. İstər digər təşkilatlar arasında, istərsə də partiyaların Gənclər Təşkilatları arasındakı münaqişədə. Münaqişələrin partiya səviyyəsində olduğuna inanmıram. Ola bilsin ki, gənclərin şəxsi problemlərdən qaynaqlanır. 

    Nərgiz 
    Teleqraf.com

  • “Bu gün İctimai Palatanın namizəd elan etməsi doğru deyil”

    Rafiq Manaflı: “Başqa şəxslərin də namizədliyi gündəmə gətirilə bilər”

    İctimai Palatada təmsil olunan iki böyük partiyanın liderinin prezidentliyə namizəd olacağını elan etməsi narazılığa səbəb olub. AXCP ilə Müsavat üzvləri sosial şəbəkələrdə bir-birlərini hədəfə belə alırlar. Bu məsələlər ətrafında sillarımıza İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı cavab verib.
    – Rafiq müəllim, İctimai Palatanın Koordinasiya Şurasının son toplantısında hansı məsələləri müzakirə etmisiniz?
    – İclasa Əli Kərimli sədrlik edirdi. O da bu haqda mətbuata məlumat verib. Seçkilərdə iştirakla bağlı məsələ müzakirə edilib. Eləcə də həbsxanadakı vəziyyət diqqətə alınıb və Müsavatın rayon təşkilatına olan müəyyən təzyiqlər haqda söhbət aparılıb. 
    – Bəs memorandum nə məsələdir?
    – Seçkilərlə bağlı bir sənəddir. Son zamanlar mətbuatda, namizədlərin, vahid namizədin kim olması haqda çoxlu suallar var. Onunla bağlı memorandum qəbul olundu ki, ilk öncə demokratik seçki mühiti yaradılsın. Həmçinin İctimai Palata daxilində İsa Qəmbərlə Əli Kərimlinin namizədlikləri ortaya çıxmışdı. Biz onların ikisinin də namizədliyini qəbul etdik. Amma gələcəkdə başqa şəxslərin vahid namizədliklə bağlı müzakirəsi istisna edilmir. Hazırda iki namizəd var və gələcəkdə onlardan birini müəyyənləşdirəyəcəyik.
    – Memorandumda namizəd kimi Əli Kərimli ilə İsa Qəmbərin adı çəkilir. Bu, o deməkdir ki, palatada namizədliyə başqa layiqli şəxslər yoxdur?
    -Xeyr. İctimai Palata vətəndaş hərəkatıdır və vahid təşkilata çevrilir. Bu təşkilatda ziyalı adamlar çoxdur. Amma reallıqlar da var. Elə-belə dayandığı yerdə heç kim namizədliyini irəli verməz. Nəzərə alın ki, seçkini udmaq, dövləti idarə etmək məsələləri var və bunlar ciddi məsələlərdir. Bu baxımdan İctimai Palata daxilində müxtəlif fikirlər səsləndirilir. 
    – İctimai Palatada prezident seçkiləri, namizədliyin irəli sürülməsi məsələsinin müzakirə edilməməsi haqda ümumi razılaşma əldə olunmuşdu. Ancaq İsa Qəmbər və Əli Kərimli namizəd olacaqları haqda bəyanat verdilər. Koordinasiya Şurası bu şəxslərdən razılaşmanı niyə pozduqlarına dair izahat tələb edibmi?
    -Xeyr.
    – Nəyə görə?
    – Açığı, mən hesab etmirəm ki, onlar hansısa razılaşmanı pozublar. Həm İsa Qəmbər, həm də Əli Kərimli namizəd olmağa iddia qoyublar. Amma həm də qeyd ediblər ki, onların ayrılıqda namizəd olmasındansa, müxalifətin seçkiyə vahid namizədlə getməsi daha əhəmiyyətlidir.
    – Bunu Əli Kərimli deyib. İsa Qəmbər isə konkret namizəd olacağını və qalib gələcəyini iddia edib…
    – İsa Qəmbər müxtəlif sualların fonunda belə deyib. Amma Koordinasiya Şurasında bu istiqamətdə müzakirə edilib. Orada İsa Qəmbər bu fikrini ifadə edib. Həm də AXCP və Müsavat öz sədrlərinin vahid namizəd olmasına iddialıdır. Onlar təbliğatlarını bu istiqamətdə quracaqlar. 
    – Bu fakt İctimai Palata üçün problem yaratmır?
    – Xeyr. Heç bir problem yaratmır.
    – Necə problem yaratmır ki, sosial şəbəkələrdə partiyaların üzvləri və bəzi hallarda funksionerləri bir-birlərini ittiham edirlər?
    – İttiham… Sosial şəbəkə geniş anlayışdır və siz də bilirsiniz ki, ora nəzarət etmək mümkün deyil. Həm də sosial şəbəkələrdə gizli adlarla müxtəlif təxribat xarakterli fikirlər, ittiham dolu yazılar gedir. Ancaq külli halında hər partiya öz namizədini təbliğ etməlidir, başqa partiyanın namizədinin əleyhinə iş aparılmamalıdır. Biz hesab edirik ki, təxribat xarakterli çıxış olmamalıdır. 
    – Baş verənlər göstərmirmi ki, İctimai Palata bir qurum kimi seçkilərdə iştirak edə bilməyəcək?
    – Mən sizin fikrinizlə bölüşmürəm. Həm də bu gün əsas məsələ demokratik seçki mühitinin yaradılmasıdır. Belə bir mühit olmalı, normal şərait yaranmalıdır. Əks təqdirdə, namizədin kim olmasının mənası yoxdur. Bundan başqa, nəzərə almaq lazımdır ki, namizədliyin irəli sürülməsinə bir ildən çox vaxt qalır. Müxtəlif reallıqlar yarana bilər. Odur ki, bu gün İctimai Palatanın namizəd elan etməsi doğru deyil.
    – Amma seçki mühitindən daha çox İsa Qəmbər və Əli Kərimlini müzakirə edirsiniz…
    – Görünən dağa bələdçi lazım deyil. Bu, aydındır. Əvvəlcədən də bilinirdi ki, iki namizəd var və onların ikisindən birini seçməliyik. Vaxtı gələndə bunu edəcəyik.

    – Siz Əli Kərimlini seçəcəksiniz, yoxsa İsa Qəmbəri?
    – Mən nə cəbhəçi, nə də müsavatçıyam. Seçim anı gələndə kimin qalib gəlmək imkanı varsa, daha şanslıdırsa, onu seçəcəyəm. Amma bir daha qeyd edirəm ki, proseslər sürətlə inkişaf edə bilər. 
    – Siz VHP-nin üzvüsünüz. Əgər seçkidə VHP də namizədini irəli sürsə, kimi müdafiə edəcəksiniz?
    – Biz bu məsələni müzakirə eləmişik. Prezident seçkilərində VHP namizədlə iştirak etmək niyyətində deyil. Müxtəlif cür məsələlər var. Biz hesab edirik ki, müxalifətin vahid namizədlə seçkiyə getməsi çox önəmlidir. Biz bunu Siyasi Şurada müzakirə etmişik. Bu gün üçün VHP olaraq bizim namizədlə seçkidə iştirak etmək niyyətimiz yoxdur. 

    – Bəs VHP kimi müdafiə edəcək?
    – Hələlik bir söz demək olmaz. Zamanı gələndə bu müzakirə ediləcək. İctimai Palatada Əli Kərimli və İsa Qəmbərin namizədliyi müzakirə oluna bilər. Həm də bu məsələ açıq olduğundan başqa şəxslərin namizədliyi gündəmə gətirilə bilər. Əgər vahid namizəd məsələsinin üzərində durulsa, VHP onu müdafiə edə bilər. 

    Nemət 

    “Gündəlik Teleqraf” qəzeti

  • ABŞ Milli Demokratiya İnstitutuna

    ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri

    cənab Aleks Qriqoryevsə

     

    Hörmətli cənab Qriqoryevs!

    ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyatdan keçməsini məmnunluqla qarşıladığımızı nəzərinizə çatdırmaq istərdim. İnanıram ki, fəaliyyətinizin bərpası ölkəmizdə demokratiyanın inkişafı və sivil toplumun formalaşmasında göstərdiyiniz xidməti davam etdirməyə əlavə imkanlar qazandırır və bu yolda Sizə uğurlar arzulayıram.

    Vətəndaş Həmrəyliyi Partiyası ölkənin aparıcı partiyalarından biri kimi Sizinlə böyük məmnuniyyətlə əməkdaşlıq etməyə hazırdır.

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Milli Məclisin deputatı

  • VHP yubiley mərasimi keçirəcək

    Sentyabrın 29-da Vərəndaş Həmrəyliyi Partiyasının 20 illik yubileyi geniş şəkildə qeyd olunacaq.

    VHP Təşkilat Şöbəsindən verilən məlumata görə, VHP-nin rayon təşkilatlarının iştirakı ilə Ali Məclisin sentyabrın 29-na təyin edilən ümumrespublika toplantısı partiyanın mərkəzi qərargahının akt zalında gerçəkləşəcək. Ali Məclisin toplantısından sonra isə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında partiyanın yaranmasının 20 illiyinə həsr olunmuş mərasim keçiriləcək.

    Yubiley mərasiminə ölkənin aparıcı siyasi partiyalarının rəhbərliyi, ziyalılar, millət vəkilləri və diplomatik korpus nümayəndələrinin dəvət olunacağı gözlənilir.

    Xatırladaq ki, Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci il sentyabrın 26-da təsis qurultayını keçirib. “Vətəndaş həmrəyliyi”, “millibirlik” idealogiyasını təbliğ edən VHP ölkənin aparıcı siyasi partiyalarından biridir.

     

    VHP Mətbuat Xidməti

  • “Hər dəfə əlifba dəyişdikcə tariximiz də ordan başlamış olur”

    Son vaxtlar Azərbaycan əlifbasına dəyişiklik edilməsi, əlifbadakı bəzi hərflərin başqa cür yazılışı məsələsi gündəmə gəlib. Məsələ Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun münasibət bildirməsindən və bəzi hərflərin uğursuz olduğunu deyərək onların dəyişdirilməsinə tərəfdar olduğunu deməsindən sonra daha ciddi şəkil alıb. Qeyd edək ki, M. Kərimov Azərbaycan əlifbasının tam şəkildə dəyişdirilməsinin tərəfdarı olmadığın deyib. Lakin əlavə edib ki, “ə” kimi bəzi uğursuz hərflər dəyişməlidir: “Belə hərflər həqiqətən, problemlər yaradır. Bunun əvəzinə başqa işarə tapmaq daha məqsədəuyğun olardı. Bu hərf üstündə iki nöqtə olan “a” kimi verilsə, yaxşı olar. Mənə elə gəlir ki, bu haqda düşünmək lazımdır. “Ç” və “Ş” hərfləri kompüterlərdə, internetdə müəyyən problemlər yaratsa da, hər halda onların işarəsi artıq qəbul olunub: “Amma “ə” hərfi mənə heç münasib gəlmir. İstifadəçilərin kompüterlərdən istifadəsini daha rahat etmək üçün bu hərfi dəyişmək məqsədəuyğun olardı”.
    Məlumat üçün bildirək ki, “ə” hərfi 1992-93-cü illərdə də üstündə iki nöqtə olan “a” kimi yazılıb. Lakin sonradan bunun süni yazılış forması olduğu qənaətinə gəlinərək “ə” hərfinin əvvəlki formada yazılışına başlanılıb. Bu baxımdan hazırkı müzakirələrin nə ilə yekunlaşacağı maraq doğurur.

    Mövzu ilə bağlı söhbətləşdiyimiz Vətəndaş Həmrəyliyi Partiyasının sədri,  “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, əlifba islahatı təkcə elmi deyil, siyasi bir işdir. Onun sözlərinə görə bu istiqamətdə istənilən formada iş aparılarkən son dərəcə ehtiyatlı olmaq lazımdır. Millət vəkili həmçinin qeyd edib ki, o, mövcud Azərbaycan əlifbasında dəyişiklik edilməsinə qarşıdır və yalnız ortaq türk əlifbasının yaradılması ideyasını dəstəkləyir: “Türk dilində danışan ölkələrin ümumi əlifbası olmalıdır. Necə ki, ərəblərin vahid əlifbası var. Bütün Avropada müəyyən hərfləri birləşdirib latın dilində əlifba yaradıblar. Səslər fərqli ola bilər. Hər səsə görə işarə düzəltmək lazım deyil, belə bir öhdəlik yoxdur və mümkün də deyil. Yox, əgər söhbət türk xalqlarının vahid əlifbasının yaradılmasından deyil, hansısa hərflərin əlifbamızdan çıxarılmasından gedirsə, mən buna qarşıyam. Hansısa işarənin xarici görünüşü pisdir, yaxud kompüterdə yoxdur deyə onun çıxarılmasını, yaxud əvəzlənməsini doğru saymıram. Mən bu məqsədlər üçün əlifba dəyişikliyinin tərəfdarı deyiləm. Amma eyni zamanda Türkiyə ilə Azərbaycanın vahid əlifbasının yaradılması naminə müəyyən dəyişikliklərə gedilməsini məqbul sayıram”.

    Səxavət Həmid
    “Gündəlik Teleqraf” qəzeti 

  • ABŞ-ın Azərbaycandakı səfirliyinə!

    ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli

    səfiri cənab Riçard Morninqstara

     

    Hörmətli cənab səfir!

    Sizi ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    Amerika Birləşmiş Ştatları Azərbaycan üçün böyük əhəmiyyətə malik olan tərəfdaş ölkədir. Qərbə inteqrasiya siyasətini prioritet istiqamət kimi müəyyənləşdirən Azərbaycanın inkişafında ABŞ-ın tutduğu mövqe ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə, Azərbaycan torpaqlarının işğal altında olduğu məqamda dünyanın ən böyük güclərindən olan ABŞ-ın ölkəmizdə bütün məsələlərə obyektiv və humanistcəsinə yanaşan bir səfirinin olması xalqımızın maraq dairəsindədir. Ümid edirəm ki, Azərbaycanın coğrafi durumunu və ərazisinin işğalı ilə bağlı qarşılaşdığı çətinlikləri nəzərə alaraq göstərdiyiniz fəaliyyət ABŞ-Azərbaycan əlaqələrinin inkişafına əlavə töhvələr verməklə Amerika Birləşmiş Ştatlarının xalqımız arasındakı ədalətli olması imicini daha da gücləndirəcək və rəğbəti artıracaqdır.

    Bir daha Sizi yeni görəviniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

    Yaxın günlərdə Sizinlə şəxsən tanış olmaq istəyi ilə,

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

  • “Xeyirxahlıq ədəbiyyatda həmişə yenidir”

    Tаnınmış udmurt yаzıçısı Vyаçеslаv Аr-Sеrgi хаlq yаzıçısı Sаbir Rüstəmхаnlının şəхsi dəvəti ilə bir nеçə аy bundаn öncə rеspublikаmızdа qоnаq оlmuşdur. О, S.Rüstəmхаnlının yоl yоldаşlığı ilə Аzərbаycаnın bir çох dilbər guşələrini gəzmiş, ədəbi-ictimаi görüşlərdə iştirаk еtmişdir. V.Аr- Sеrqi Аzərbаycаndаn qаyıtdıqdаn sоnrа “Vsluşаtsyа v sеbyа” аdlı yеni kitаbını nəşr еtdirmişdir. Kitаbdа Аzərbаycаn mədəniyyətinə, ədəbiyyаtınа, tаriхinə, müаsir ədəbi prоsеslərə gеniş yеr vеrilmişdir. Kitаbının dеmək оlаr ki, hər səhifəsində Sаbir Rüstəmхаnlının ədəbi – ictimаi fəаliyyətindən, хеyirхаhlığındаn, insаnpərvərliyindən  dаnışаn müəllif оnu özünə ustаd hеsаb еtdiyini də bildirir. V. Аr –Sеrginin kənаrdаn Аzərbаycаnа bахаn bir müəllif kimi fikirlərinin охuculаrımız üçün  mаrаqlı оlаcаğını nəzərə аlаrаq оnun kitаbındаkı “Хеyirхаhlıq” həmişə yеnidir” müsаhibəsini dilimizə çеvirib dərc еtməyi qərаrа аldıq. 

    -Vyаçеslаv, ənənəvi suаl оlsа dа, bundаn yаn kеçmək mümkün dеyil: siz əvvəllər Аzərbаycаndа оlmusunuzmu?
    -Bu vахtаdək Аzərbаycаnа gəlmək  mənə nəsib оlmаyıb. Bu il isə iki dəfə gəlmişəm. Birinci dəfə mаy-iyun аylаrındа Şаmахıdа görkəmli Аzərbаycаn şаiri Mirzə Ələkbər Sаbirə həsr оlunmuş  pоеziyа günlərində iştirаk еtmək üçün. Оndа Bаkı, Şəki və bir sırа digər şəhərlərlə tаnış оlmuşаm. Оktyаbrdа isə Bаkıyа yаrаdıcılıq lаyihəmi gеrçəkləşdirmək üçün хüsusi plаnlа gəldim. Ümumiyyətlə, təəssüf еdirəm ki, indiyədək Qаfqаzlа gеniş tаnış оlа bilməmişəm. Bir vахtlаr yаlnız uzаq Аbхаziyаdа və Dаğıstаndа оlmuşаm. Bütün bu səfərlər əlbəttə ki, ədəbi tədbirlərə dəvətlə bаğlı оlub. Yаzıçıyа sаdəcə turist оlmаq qismət dеyil, hər bir səfər zаmаnı müəyyən mаtеriаl tоplаnır, sоnrа оnlаr kаğız üzərinə köçürülür və dаhа sоnrа çаpа gеdir. Yаrаdıcılıq ахtаrışlаrındа fаsilələr оlmur, bu yаzıçı həyаtının müsbət və mənfi tərəfləridir. Аzərbаycаndа оlmаğı həmişə аrzu еtmişəm. Аzərbаycаn yаzıçı əməyi və düşüncəsi üçün münbit tоrpаq və nəhаyətsiz zəmidir. Burаdа tоrpаğın hər qаrışı, hər dаş pаrçаsı Аzərbаycаn хаlqının pаrlаq, həm də  kədərli səhifələrə mаlik оlаn əyilməz ruhunun tаriхinin sübutudur. Аzərbаycаn görkəmli şаirlərin bеşiyi və ilhаm pərisidir. Bu tоrpаq zаmаn və özü hаqqındа nüfuzеdici fikirlərin bаlаbаnıdır. Аzərbаcаn insаn şərəfi və ləyаqəti uğrundа mübаrizədə vicdаnı оyаdаn zurnаdır. Аzərbаycаn ürəkdən sızıltı və iztirаbı qоvаn Kür və Аrаzın ritmilə çırpınаn qаn və əsəbin bаrаbаn kimi döyünən nəbzidir. Аzərbаycаn bir dənə də bаyаğı lаqеydlik və məhdudiyyət nоtu оlmаyаn muğаmdır.

    Аzərbаycаn kеçən günlərimizin müqəddəs kədərinin qоpuzudur. Аzərbаycаn bizim həyаt yоlumuzdа bizdən аsılı оlаn və оlmаyаn itkilərimiz hаqqındа kədərimizin tаrıdır. Bах, bеlə bir Аzərbаycаnа, mаyаkа dоğru ürəyim dаim аtlаnıb. Mənim cаvаbımı hаnsısа gəlişi gözəl ifаdələr kimi qəbul еtməyin, bu, həqiqətən bеlədir. Bеləcə mən göylərin irаdəsi ilə аçıq ürəklə, dоstcаsınа, pеşimаn оlmаdаn bu il  Аzərbаycаnа gəldim.

    -Siz hаnsı məqsədlə Аzərbаycаnа gəlmisiniz? Bu bаrədə məlumаt vеrə bilərsinizmi?
    -Mən Аzərbаycаnа, ustаdımın və dоstumun yаnınа gəlmişəm. Bunun çох işıqlı və həttа dеyərdim ki,  rоmаntik bir tаriхçəsi vаr. Hər bir şаirin yаrаdıcılıq yоlunun bаşlаnğıcındа оnu ustаd kimi ədəbiyyаtа yönləndirən bir insаn оlur. Mənim həyаtımdа bеlə bir insаn gözəl udmurt şаiri Vlаdimir Vаsilyеviç Rоmаnоv оlub. Оnun mənim ədəbi üslubumun fоrmаlаşmаsındаkı dоst və pеşəkаr məsləhətləri bir vахtlаr təhsil аldığım Udmurt Dövlət Univеrsitеtinin və Mоskvа Ədəbiyyаt Institutunun prоfеssоrlаrının ən pаrlаq mühаzirələri qədər dəyərli оlub. Mən bunu illərdir ki, аçıq-аşkаr hiss еdirəm.  Bəzən isə оnlаrdаn dа üstün оlub. Bеlə ki, tаmаm yеniyеtmə bir müəllifi – məni Vlаdimir Rоmаnоv öz “qаnаdı” аltınа аldı və tаlе mənə bu təkrаrаоlunmаz insаnlа həqiqi dоstluq qismət еtdi. Bizim dоstluq münаsibətlərimiz 1989-cu ildə Vlаdimir Rоmаnоv vəfаt еdənə qədər dаvаm еtmişdir. Əlbəttə, mən bu gün də хəyаlən оnunlа məsləhətləşirəm, оnu həm söhbətlərdə, həm də yаzılаrımdа хаtırlаyırаm…
    Vlаdimir Rоmаnоv SSRI-nin ən аpаrıcı milli rus müəllifləri plеyаdаsınа mənsub idi. О, еnеrjili, iti zəkаlı, səmimi insаn və əsl şаir idi. Аrtıq оnunlа ilk tаnışlıq illərində mən оndаn Gənc Yаzıçılаrın Ümümittifаq sеminаrındа tаnış оlduğu аzərbаycаnlı həmkаrı Sаbir Rüstəmхаnlı hаqqındа еşitmişdim. Еlə о zаmаn mən Аzərbаycаn ədəbiyyаtı ilə ciddi şəkildə mаrаqlаnmаğа bаşlаmışdım.  Хüsusilə də Nizаmi Gəncəvi yаrаdıcılığınа hеyrаnlığım məndə оnun “Lеyli və Məcnun” pоеmаsını udmurt dilinə tərcümə еtmək idеyаsını dоğurdu. İllər ərzində bu idеyа mənim tərəfimdən pеаllаşdı. Mən pаrаlеl şəkildə Nəsiminin, Хətаinin, Füzulinin, Nаtəvаnın, Mirzə Ələkbər Sаbirin, təbii ki, müəsir müəlliflərin – Sаbir Rüstəmхаnlının, Bəхtiyаr Vаhаbzаdənin, Аnаrın, Musа Yаqubun… yаrаdıcılığı ilə tаnış оldum. Ölkəmizin о zаmаnkı dövri ədəbi оrqаnlаrındа Sаbir Rüstəmхаnlının аdını görəndə sеvinir və хəyаlən оnа dоstu Vlаdimir Rоmаnоvun və öz аdımdаn sаlаm göndərirdim. Sаbir Rüstəmхаnlının özü iləsə şəхsi tаnışlıq mənə bu ilin аprеlində Kаzаndа Qаbdullа Tukаyın хаtirəsinə həsr оlunmuş ədəbiyyаt günlərində qismət оldu. Mən özümü təqdim еtdim- о dоstcаsınа bаşını yеllətdi. Mən оnа Vlаdimir Rоmаnоvu хаtırlаdаndа о, dərhаl gülümsəyib, məni qucаqlаdı. Kаzаn günləri müddətində biz ədəbiyyаtımız, хаlqlаrımız… bаrədə çох söhbətlər еtdik. Bir – birimizi bаşа düşə-düşə çох şеylər bаrədə dаnışdıq. Sоnrа isə mən Sаbir bəyə bеlə bir suаl vеrdim:

    -Bəs bu gün Аzərbаycаn nеcə yаşаyır?
    -Sənin bu suаlınа mən cаvаb vеrə bilmərəm, – dеyə gözlərini qıydı və dərhаl dа əlаvə еtdi, – sən özün Bаkıyа gəlməlisən və hər şеyi də öz gözlərinlə görməlisən. Səni Bаkıdа gözləyirik. Qеyd еtmək lаzımdır ki, öz dövründə, yəni ötən əsrin 90-cı illərində Sаbir Rüstəmхаnlının işıq üzü görən “Ömür kitаbı”dərhаl Rusiyаnın milli müəlliflərinin ən çох охunаn məşhur kitаblаrı siyаhısınа düşüb. Özünə hörmət еdən milli müəllif üçün bu kitаbı охumаmаq mümkünsüz bir iş və özünə hörmətsizlik idi. Bu kitаb hаqqındа Mоskvа görüşlərində də həmkаrlаrlа istənilən qədər müzаkirələr аpаrmаq оlаrdı. Çünki оnun mövzusu bizim çохmillətli ədəbi mühitimizin ən düşündürücü məqаmlаrını əhаtə еdirdi. Kitаb öz хаlqı hаqqındа bütün milli müəlliflərə hədsiz yахın оlаn tаriхi həqiqətin yаzıçı məhvərini önə çəkirdi. Mən həmişə “Ömür kitаbı”nı Аzərbаycаn хаlqının müаsir həyаt kitаbı ilə müqаyisə еtmək istəmişəm. Üstəlik, Аzərbаycаn çinаrının köklərinin sаçаqlаrını öz əllərimlə hiss еtmək, bu diyаrın dumduru dаğ çеşmələrinin suyunu dаdmаq, хəyаllаrımdа Хəzər dənizinin sаhillərində dаyаnmаq istəmişəm. Bunа görə də cаvаbı yubаndırmаdım və ustаdımın dоstunа, qısаcа dеsək, ustаdımа dеdim: Çох sаğ оl, Sаbir bəy, gələcəyəm. Bеləliklə də, mən Bаkıyа, Sаbir Rüstəmхаnlının isti və qоnаqpərvər оcаğınа gəldim. Dаhа bir məqаm.  Ilk gənclik çаğlаrımdаn türk dünyаsının, birinci növbədə оnun ədəbiyyаtı, mədəniyyəti, tаriхi və türk хаlqlаrının mеntаlitеti ilə kifаyət qədər mаrаqlаnmışаm. Bundаn əlаvə, tələbəlik illərimdə qədim qоnşumuz tаtаrlаrın dilini dаnışıq səviyyəsində öyrənmişəm. Bu, mənə türk intоnаsiyаsını həm məişət səviyyəsində, həm də  şеirin ritmi çərçivəsində hiss еtməyə imkаn vеrib, illər ərzində böyük həcmdə türk müəlliflərinin əsərlərinin tərcümə işində mənim əlimdən tutub. Mən Tаtаrıstаndа, Bаşqıdstаndа, Özbəkistаndа, Türkmənistаndа, Qаzахıstаndа оlmuşаm. Həmin yеrlərdə türk müəllifləri ilə çох yахşı yаrаdıcılıq əlаqələrim yаrаnıb. Оnlаrın bəziləri mənim əsl dоstlаrımа çеvriliblər. Dеdiyim kimi, Аzərbаycаn həmişə mənim diqqətimi çəkib. Yеri gəlmişkən, Rusiyаdа хеyli sаydа аzərbаycаnlı yаşаyır. Оnlаr əsаsən ticаrət və хidmət sаhələrində çаlışırlаr, аncаq mənim fikrimcə, əsl Аzərbаycаn mədəniyyətinin həqiqi dаşıyıcılаrı məhz öz vətənlərində yаşаyırlаr. Еl аrаsındа dеyildiyi kimi, hаrdа dоğulublаr, оrаdа lаzım оlublаr. Mən istəyirdim ki, bu fоlklоr аksiоmаsını rеаllıqdа yохlаyım. Bir аz qаbаğа qаçаrаq qеyd еdim ki, təsəvvürlərim məni аldаtmаdı.

    -İlk növbədə nələr sizdə təəssürоt оyаtdı və Аzərbаycаn səfərindən nələr yаdınızdа qаlаcаq?

    -Mənim yаzıçı yоllаrım həm Rusiyаdа, həm də оndаn kənаrdа müхtəlif yеrlərdən kеçib. Mən qаrşımа çıхаn şəhərlərin görünüşünə хеyirхаhlıq duyğulаrı ilə yаnаşırаm. Əlbəttə ki, bu vахtа qədər mən Аzərbаycаn şəhərləri, хüsusilə də, Bаkı hаqqındа çох еşitmişəm, bunа görə də mən bu şəhərlə çохdаn tаnıdığım, köhnə tаnışım kimi görüşdüm. Аmmа əsаs görüşüm Аzərbаycаn хаlqı ilə оnun vətəbnindəki görüşüm оldu. Mən burаdа kаsıb və vаrlı, kədərli və şən, lаkin hаmısı bir əlin bаrmаqlаrı kimi birləşən insаnlаrlа görüşdüm. Sаbir Rüstəmхаnlının mеhribаn аurаsı, gеniş qəlbi hеsаbınа Аzərbаycаnın bir çох şəhər və kəndlərində оldum, hеç vахt əlаqə yаrаdа bilmədiyim ticаrət аdаmlаrı istisnа оlmаqlа ən mаrаqlı insаnlаrlа görüşdüm. Оnlаrın аrаsındа dеputаtlаr, yаzıçılаr, аlimlər, müəllimlər, mühəndislər, fəhlələr, аrtistlər, çоbаnlаr, pоlis işçiləri, tələbələr… vаr idi. Оnlаrın əksəriyyəti ilə gələcəkdə də dоstluq еtmək, görüşmək istəyirəm. Bu gеniş ürəkli, аçıq qəlbi insаnlаr əsl iş аdаmlаrıdır. Mən оnlаrlа çоrək kəsdim, həttа söhbətаrаsı sükut pаuzаsındа dа оnlаrın mənə- yаzıçıyа, qоnаğа nеcə хеyirхаh münаsibət bəslədiyini hiss еdirdim.
    Аzərbаycаnlılаr еv tikməyi, uşаq böyütməyi, аğаc əkməyi bаcаrırlаr. Və bunu gözəl, еtibаrlı, səlqəli şəkildə еdirlər. Mənim həmkаrım, böyük dоstum Sаbir Rüstəmхаnlı bах mənə bеlə görüşlər bəхş еtdi. Məhz оnun qəlbinin və dünyаgörüşünün gеnişliyi, хеyirхаh insаnlаrа – öz həmvətənlərinə еhtirаmı, bаğlılığı, öz dоğmа Аzərbаycаnınа məhəbbəti bu görüşlərin səmimiliyinə хidmət еdirdi. Оndа bu məhəbbət kоr-kоrаnə yаrаnmаyıb, оnun vаlidеynlərinin, əcdаdlаrının, öz хаlqının хеyirхаh ənənələrinin gеnеtik dаvаmıdır.     
    Vаllаh, ürəklər qоvuşаndа – yəni udmurt lаmpаsı Аzərbаycаn qəlbinin, təbiətinin, tаriхinin yüksək vоltlu güclü еnеrji mənbəyinə tохunаndа mən hiss еtdim ki, özüm də bir аz аzərbаycаnlı, dаhа dоğrusu, Yаrdımlı аzərbаycаnlısı оlmuşаm. Mən bunа səmimi – qəlbdən şаdаm və оlduqcа rаzıyаm. Çünki biz hаmımız bir mаtеrikin yаrımаdаsıyıq.

  • VHP seçkidə kimi dəstəkləyəcək?

    Samir Əsədli : “Bəlkə situasiya elə gətirəcək ki, Sabir Rüstəmxanlı müxalifətin vahid namizədi olacaq”

    “Bu gün Sabir Rüstəmxanlının prezident seçkilərində namizədliyini irəli sürmək barədə fikri yoxdur. Amma situasiyanın necə olacağını məlum deyil. Bəlkə zaman elə gətirəcək ki, Sabir Rüstəmxanlı özü müxalifətin vahid namizədi olacaq”. Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli VHP sədrinin seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Sabir Rüstəmxanlı ilə şəxsən bu mövzuda danışıq aparmayıb. 

    S.Əsədli bildirib ki, müxalifət partiyaları seçkilərə vahid namizədlə qatılarsa, VHP də müxalifətin vahid mövqeyini müdafiə edəcək: “Vahid namizəd məsələsi ümumiyyətlə, İctimai Palatanın gündəmindən çıxarılıb. Zamanı çatanda bir partiya funksioneri kimi məsələyə münasibət bildirəcəyəm.

    Hesab edirəm ki, 2012-cü ilin prezident seçkilərinə müxalifət vahid namizədlə qatılacaq. Müxalifətin vahid namizədi isə İsa Qəmbər, Əli Kərimli, Sabir Rüstəmxanlı və ya Lalə Şövkət ola bilər”.

    Nərgiz
    “Gündəlik Teleqraf” qəzeti

  • VHP hakimiyyətə etiraz etdi

    Vətəndaş Həmrəyliyi Partiyasın Siyasi Şurasının bu gün növbəti toplantısı keçirilib.

    Toplantıda VHP-nin 20 illik yubileyinin keçirilməsinə hazırlıq məsələləri, 2013-cü il prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətin inteqrasiya perspektivləri və s. müzakirə olunub.

    VHP sədri Sabir Rüstəmxanlının ölkədəki ictimai-siyasi vəziyyətlə və geopolitik durumla bağlı məruzəsindən sonra çıxışlar, o cümlədən VHP-nin yubiley tədbirinin keçirilməsinə hazırlıqla bağlı Təşkilat Komitəsinin hesabatı dinlənilib.

    Siyasi Şura “VHP-20” kitabçasının və “VHP-20” video çarxının hazırlanması ilə bağlı təkliflərini irəli sürüblər.

    Son günlər paytaxtın müxtəlif bölgələrində sakinlərin evlərinin sökülməsi zamanı kompensasiyaların nəzərdə tutulduğundan qat-qat az ödənilməsi və bunun da haqlı narazılığa səbəb olması da ciddi müzakirə edilib. Müzakirələrdən sonra VHP Siyasi Şurası bəyanat qəbul edib.

    Bəyanatda bildirilir ki, “Şəhərin müəyyən hissələrində hər kvadrat metr üçün 1500 manat nəzərdə tutulsa da, rəsmi qurumlar bu məbləği ödəməkdən imtina edir, razılaşmayan sakinlərin mülklərini isə barbarcasına uçurur, insanları küçələrə tökürlər. Müşahidələr göstərir ki, bir çox hallarda yaşayış sahəsinin faktiki ölçüləri, qeyri-yaşayış sahələri və s. nəzərə alınmır, müxtəlif bəhanələr gətirilir və nəticə etibarilə ödənilən kompensasiya hər kvadratmetrə görə 300 manata qədər endirilir. Bu isə sakinlərin nəinki həmin ərazidə, hətta Bakının ucqarlarında belə normal mənzil almasına kifayət etmir. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası bu halları vətəndaşların dövlətdən qəsdən narazı salınması kimi dəyərləndirir və ayrı-ayrı qurumların bu özbaşnalığını kəskin şəkildə pisləyir”.

    Bəyanatın sonunda VHP Siyasi Şurası rəsmi dövlət qurumlarının hər kvadratmetr üçün nəzərdə tutulan məbləği faktiki yaşayış sahələrinə əsasən verməli olduğunu və vətəndaşların mülkiyyət hüquqlarının qorunmasının vacibliyini önə çəkir: “Hakimiyyət bu narazılıqları dərhal aradan qaldırmalı və vətəndaşları təmin edən kompensasiyanın ödənişini həyata keçirməlidir”. 

    VHP Mətbuat Xidməti