Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • VHP-çi gənc həbs edilib

    Bu gün gənc fəal  Ömər Məmmədov hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

    VHPress.az  xəbər verir ki, dünən yoxa çıxan Ömər Məmmədova bu gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə cinayət işi açılıb və barəsində həbs qəti-imkan tədbiri seçilib. O, hazırda Şüvəlandakı təcridxanada saxlanılır.

    Gənc fəal Ömər Məmmədov 26 fevral 1995-ci ildə Bakı şəhərində anadan olub. Şimali Kipr Türk Respublikasında yerləşən “Cyprus İnternational” universitetinin tələbəsidir. N!DA Vətəndaş Hərəkatının üzvü olub. O, 11 may 2013-cü ildən VHP Sabunçu RT-nin üzvüdür.

    2013-cü ildə bir qrup gənclə “Axın” marifləndiriçi hərəkatını təsis ediblər.

    Bu gün CM-nin 234.4.3 maddəsiylə ittiham olunaraq 3 aylıq həbsə məhkum edilib.

  • Sabir Rüstəmxanlı: “Kürdlərlə türklər arasında süni münaqişələr yaradılır”

    “İran Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların qabağına kürd kartını itələyir”

     

    Bir qədər əvvəl İran parlamentindəki kürd deputat Osman Əhmədi Kürdüstan vilayəti yaradılması təklifi ilə çıxış edib. Keçmiş kürd deputat Cəlal Cəlalzadə isə bir qədər də irəli gedərək İranın Qərbi Azərbaycan vilayətinin adının dəyişdirilərək Şimali Kürdüstan qoyulmasını təklif edib. Urmiyadan İran parlamentindəki kürd millət vəkili Abid Fəttahi də separatçı deputatların mövqeyini dəstəkləyib. 
    Qeyd edək ki, tarixi Azərbaycan torpaqları olan Urmiya və Qərbi Azərbaycan vilayətində kürd separatizminin fəallaşması İslam inqilabının ilk illərində baş verib. Ancaq həmin vaxt Azərbaycan ərazilərində baş qaldıran kürd militanları İslam Respublikası silahlı qüvvələri tərəfindən əzilib. Sonrakı illərdə də kürd separatçı fəaliyyətləri İran hakimiyyəti tərəfindən əzilsə də, xeyli dərəcədə fəal olan kürd qrupları İranda, xüsusən də Cənubi Azərbaycan ərazilərində toparlana biliblər. Hazırda Qərbi Azərbaycan vilayətindən seçilmiş bir neçə kürd əsilli deputat İran parlamentində təmsil olunur. 
    Millət vəkili Sabir Rüstəmxanlı baş verənləri son 100 ildə bölgədə gedən türk düşmənçiliyi siyasətinin davamı adlandırır. Deputatın fikrincə, uzun illərdir aparılan məqsədyönlü türk düşmənçiliyi siyasəti indi də kürdlər üzərində qurulub: “Əvvəlcə Avropa ölkələrinin yardımı ilə balkanlarda, Şimali Afrikada Osmanlıya qarşı bölücülük fəaliyyətləri başladıldı. Nəhayət, onu Anadolu ərazisində bir Türkiyə dövləti sərhədlərinə sığışdırdılar. Sonra isə hətta onu da bölüb parçalamaq və orada müxtəlif adlarda dövlətlər qurmaq kimi ifrat bölücü siyasət davam etdirilib. O zaman Atatürkün qəhrəmanlığı, dahiyanə siyasəti nəticəsində Anadoluda milli dövlət yaradıldı. Buna bənzər proseslər daha qədim zamanlarda, bu bölgədə iki böyük türk dövləti – Səfəvi və Osmanlı arasında da türk düşmənləri tərəfindən aparılıb. İndi də bu bölücülük davam edir. Azərbaycanı zəiflətmək, bu bölgədə diz çökdürmək üçün bir fars dövləti qurublar”.  
    Sabir Rüstəmxanlı deyir ki, min illər bu bölgədə yaşamış, bu bölgənin sahibi olmuş türk xalqlarını sıxışdırmaq, Qafqazı xristianların əlinə vermək, güneyi farslaşdırmaq və beləliklə, vaxtilə Avropanın böyük türk dediyi bir milləti bu bölgədən silmək siyasəti aparılır: “Burda erməni kartı, yunan kartı, bolqar, ərəb kartları oynanılıb. ”Böyük Ermənistan” planı uğursuzluğa düçar olduqdan sonra indi burda kürd oyunu oynanılır. Kürdlərin böyük əksəriyyəti bunun mənasızlığını, türklərlə yanaşı kürdlərə də qarşı olduğunu başa düşürlər. Ona görə də bu bölgədə yaşayan kürdlərin böyük əksəriyyəti Türkiyədən ayrılmaq, müstəqil kürd dövləti qurmaq haqqında düşünmürlər. Ancaq indi İraqın şimalında belə bir dövlət yaradılır. Bu qurumun nefti də var və onlar əl altdan bütün bölgə kürdlərini silahlandırır. Suriyada, Türkiyənin şərqində, İranın şimal-qərbində yaşayan kürdləri birləşdirib böyük Kürdüstan yaratmaq istəyirlər”.  
    Qərbdə kürdlərlə bağlı ciddi proyektlərin hazırlandığını qeyd edən deputatın sözlərinə görə, həm xaricdə, həm də bölgədə bir sıra qüvvələrin kürdlərlə türklər arasında münaqişə yaranmasında maraqları var: “Mən sonuncu dəfə Amerikada olanda Dona Rorabaherlə Güney Azərbaycan məsələsi haqda danışdım. Mən ona Azərbaycanın tərəfində olduğunu dedim, o isə mənə dedi ki, əlbəttə, azərbaycanlılar da kürdlər kimi parçalanmış, əzilmiş bir xalqdır. Biz Azərbaycanı da düşünürük. Mən ona dedim ki, əgər Azərbaycanı düşünürsünüzsə, o zaman bu Orta Doğu Projesi nədir? Bu planda Azərbaycanın əraziləri, hətta Naxçıvanın bir hissəsi Kürdüstan torpaqları kimi göstərilir. Bu cür layihələri müdafiə eləməkdənsə gedib indiki İran rejimini müdafiə etmək daha məqbuldur. Çünki indiki İran rejimində bizim torpaqlarımız heç olmasa öz əlimizdədir. Onları Avropada dəstəkləyən, media orqanları yaradan, separatizmə qol-qanad verən təşkilatlar var. İranın indiki və əvvəlki hakimiyyəti Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların qabağına kürd kartını itələyirlər. Azərbaycanlı millət vəkili bunun cavabını məclisdə yetərincə layiqli şəkildə verdi. Dedi ki, o yerin sahibləri ölməyiblər ki, kimlərsə gəlib asanca orada şimali Kürdüstan vilayəti yaratsın. Bu, əslində bölgənin iki böyük xalqı olan türklər və kürdlər arasında iğtişaş yaratmaqdır. Bu yolla mərkəzi hakimiyyət özünün apardığı irticaçı siyasəti gözdən yayındırmaq məqsədi güdür”.

    “Yeni Müsavat” qəzeti
  • Ora başqa dünyadır

    Vüsal Namiqoğlu

    O tərəflərin yazı yayı daha gözəl olur. Təbiyyətinin füsünkarlığı, cah cəlalı bir sözlə insanı ovsunlamaq üçün burda her şey var.

    93-dən bərə bir hissəsi ermənistan tərəfindən işğal olunan Fizulidən danışmaq isdəyirəm. Bəlkədə deyəcəksiniz hansı cah-cəlaldan dəm vurursan xaraba qalmış kəndlərini görməmisənmi? Bəli görmüşəm həmdə aylarla o dağılmış, yandırılmış evlərin arasından keçərkən ürəy ağrısını hiss edərək görmüşəm. Rayon mərkəzinə gedən yolun qabağını kəsən daşları, ot basmış asfalt yolun bütün ağrı acısını sinəmdə çəkərək izləmişəm.

    Ancaq nə dağıntılar, nədə ki millətin bu torpaqlara qarşı vəfasızlığı onun cah-cəlalını poza bilməyib, qürurunu qıra bilməyib.

    Hələ Fizulinin bizdə olan kəndlərinin tarix hopmuş daşları, küçələrini demirəm. Insanı özünü başqa aləmdə hiss edir buralarda.

    Aprel may aylarında uzaqdan da olsa görmək olur Fizulini. Alxanlıdan baxdıqca o dağları, dağların döşündə üstü parıldayan evlər, gecələr yollarında ulduz kimi sayrışan işıqlar. Bu gün o Fizulinin işığını erməni yandırsada, o üstü parıldayan evlərində düşmən yaşasada bizimdir o ellər, o obalar.

    İnsan hərbi xidmətdə olanda daha çox əzab çəkir. Silah əlində, erməni səndən ən uzaqı yarımsaatlıq məsafədə amma heç nə edə bilmirsən. Bəzən bir daş məsafəsində dayanıb  torpağın bağrında oyulmuş səngərdən baxmaq incidir insanı. Gözlə görüb ayaqla gedə bilməmək toxunur insana. Mən orda əmin oldum ki, biz heç də düşməndən qorxmuruq, qorxub qaçmamışıqda. Biz kimlərinsə qurbanına çevrilmişik. Avtomatına söykənib yanıqlı yanıqlı oxuyan əsgərin gözlərində gizlənib xilasımız.

    Əmim Fizuli döyüşlərində iştirak edib. Yanıma gələndə gözlərinin dolduğunu unuda bilmirəm. Gün ərzində onlarla insanın gəlib uzaqdan dədə-baba yurduna baxması, döyüş yoldaşlarını xatrlayıb ağlayanların göz yaşları insanın ruhuna xəncər kimi saplanırdı.

    Amma Fizuli o cahcəlalını hələ də insanın ruhunda hiss etdirir. Ora başqa dünyadır. Orda tarix özü danışır hər şeyi insana.

    Yazmaq istəyib yaza bilməyəcəyi hisslərlə dolur insan oralarda. Qarşımızdakıların da kim olduğunu orda öyrəndim, arxa arxaya atılan iki güllədən qorxub yuvalarına doluşan dovşanlardan seçilməyən düşmən dayanıb qarşımızda.

  • Ofelya Rəşidqızı-66

    Bu gün VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızının 66 yaşı tamam olur. VHP Siyasi Şurası ona təbrik ünvanlayıb. Təbrikdə deyilir:

    “Bu gün VHP-nin əqidəli silahdaşlarından olan Ofeliya xanımın doğum günüdur. Bu münasibətilə onu təbrik edir, ona həyatında və siyasi faliyyətində uğurlar diləyirik.

    Ofeliya xanım bu gün cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, milli birlik ideyasının alovlu təbliğatçısıdır. O, milli-azadlıq hərakatı kimi möhtəşəm siyasi mübarizə məktəbi keçmiş xanımlarımızdandır. Hələ sovet dövründə çalışdığı idarə, müəssisə və təşkilatlarda daim ətrafındakılara milli mənlik şüurunu, müstəqillik idealını aşılamağa çalışıb. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakultəsini bitirən Ofeliya xanım məhz yuxarıda qeyd etdiyimiz prinsipləri doğrultmaq üçün qəzetdə jurnalist kimi fəaliyyətə başlayıb.

    “Şuşa” qəzetində işlədiyi dövrdə o öz ziyalılığı, prinsipiallığı, milli mövqeyi ilə fərqlənib. Sonrakı dövrlərdə çalışdığı “Sensasiya” və “Qadın aləmi” qəzetlərində də bu mövqeyini qoruyub saxlayıb. 2000-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sıralarına qoşulan Ofeliya xanım qısa müddətdə partiya strukturlarında irəli çəkilmiş, sıravi üzvlükdən Şuşa rayon təşkilatının sədri vəzifəsinə yüksəlib.

     O, hazırda VHP Siyasi Şurasının üzvüdür. Əqidəli VHP-çi, öz siyasi mübarizəsində ardıcıl olan Ofeliya xanımı doğum günü münasibətilə bir daha təbrik edir, ona fəaliyyətində uğurlar diləyirik”.

    VHP Siyasi Şurası

  • Daşaltı əməliyyatından 22 il ötür

    Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 22 il ötür.


    APA-nın məlumatına görə, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.

    Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
    Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

    Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.

    Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

    Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.

    Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.

    Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

  • Bu gün VHP-də yeni yeni təyinatlar olub

    Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) yeni təyinatlar olmuşdur.

    VHP sədrinin sərəncamına əsasən tanınmış kinorejissor Rövşən Almuradlı partiya sədrinin mədəniyyət məsələləri üzrə müşaviri, Şəfəq Qulusoy VHP-nin Ümumi Şöbəsinin müdiri təyin olunublar.

  • «ЭЛ ЭРТАСИНИНГ ЭГАЛАРИ»

    Озарбайжон  Ватандош  Хамрайлиғи Партияси раҳбари, Озарбайжон Миллий Мажлиси депутати, Озарбайжон халқ шоири Собир Рустамхонли билан таҳририятимиз ўртасида дўстона алоқа ўрнатилган. «Ўзбекистон овози» мухбири Темур Аъзам интернет орқали у билан суҳбатлашди.

    Шоирнинг янги йил изҳорларини газетхонларимиз эътиборига ҳавола этамиз.

    «Улуғ ўзбек халқи!

    Муҳтарам қардошларим!

    Кириб келаётган Янги йилингиз муборак!

    Қадрли дўстлар!

    Ўзбекистон замини қадим-қадимдан Ўрта Осиёнинг маданият бешиги сифатида бутун дунёга донг таратган. Ўзбекистон деб аталмиш сеҳрли диёрда камол топган олиму фузалолар, шоиру саркардалар  ҳамиша  дунё аҳлини  лол  қолдириб  келган!

    Азизлар!

    Сизга  ҳавасим  келади!

    Шунинг учун ҳавасим келадики, ҳар тонг Сиз қадам қўяётган мана шу тупроқ, она замин Баҳоуддин Нақшбандий ҳазратларига севимли макон бўлган, ибн Синодек тиббиёт султонига илҳом берган, буюк Мир ­Алишер Навоийдек табаррук зотларнинг қадам излари қолган, Амир Темурдек жаҳонгирнинг туганмас меҳри билан йўғрилган, Улуғбекдек улуғ алломанинг нигоҳи тушган, Заҳириддин Муҳаммад Бобур қалбига мангу ишқ  сола олган ана шундай  бетакрор ва бебаҳо Ватан бу.

    Киндик қонингиз тўкилган замин тупроғини кўзларингизга сурсангиз, тавоф қилсангиз, бу қадим замин билан ҳар қанча фахрлансангиз арзийди!

    Буюк туркий халқлар тарихи, давлатчилиги, маданияти, адабиёти, қўйингки, ўтмишининг ҳар бир жабҳаси ва лаҳзаси Ўзбек халқининг донишманд алломалари, буюк бобокалонлари номи билан чамбарчас боғлиқ.

    Низомий Ганжавий тамаддун тошини қўйган, шарқликларгагина хоc маданият ва маърифат анъаналарини Ҳазрат Навоий ўзининг бетакрор битиклари билан бойитган, янада юксалтирган.

    Айни кунда ҳам буюк аждодлар зеҳни, илму салоҳияти, буюклиги қонида жўш урган элсевар ижодкорлар ҳамиша изланишда. Шу боис ҳам Ўзбекис­тонда кундан кун гуркираётган маданият ва санъат cоҳаларига ҳавас қилсанг арзийди киши!

    Хусусан, «Шарқ тароналари» фестивали ташкил этилишининг  ўзиёқ, Самарқанд, Бухоро, Хива каби кўҳна шаҳар обидаларининг қадимий кўркига маҳлиё бўлган хорижлик санъат ихлосмандлари қалбини ҳайратга солмоқда, санъатсевар дилларга севинч улашмоқда.

    Янги 2014 йил Ўзбекистонда Президент Ислом Каримов ташаббуси билан «Соғлом бола йили» деб эълон қилинди. Йилнинг эл эртасининг эгаси бўлмиш болаларнинг жисмоний ва маънавий баркамоллиги билан  номланиши, бу — Ўзбекис­тонда ёш авлод бахт ва истиқболига беқиёс эътибор қаратилаётганлигини кўрсатади.

    Биргина Ўзбекистон мактабларида маънавият дарси ўқи­тилаёт­ганининг ўзиёқ, юртингизда ёшларни ўзбекона руҳ, миллий қадриятлар, азалий анъаналар, ўзбекона урф-одатлар руҳида тарбиялаш масаласи давлат сиёсати даражасига кўтарилганлигидан далолат беради.

    Икки дўст ва биродар халқ ҳамиша бир-бирига елкадош, дарддош бўлиб келган. Буюк Қардошлар Дунёсининг гуллаб-яшнаши, янада яқинлашиши, ҳамфикр, ҳамоҳанг бўлиши учун аждодларимиз жуда катта ишлар қилишган.

    Бугунги авлод мана шу анъ­аналарни давом эттириб, янада юксалтириши зарур. Бунинг учун эса барча имконият ва шароитлар бор. Янги йил ўзбек ва озар халқлари дўстлигини янада мустаҳкамлаш йили бўлсин.

    Қадрли дўстлар!

    Кириб келаётган Янги йилингиз муборак!

    Мен сизларни ўз номимдан, қони ва жони Сиз-ла бир бўлган Озарбайжон халқи номидан самимий муборакбод этаман. Сизларга битмас соғлик, туганмас ризқ, озодлик ва мангу омонлик  тилайман.

    Ўзбекистон осмони ҳамиша мусаффо, ҳаётингиз тинч ва тўкин, кунларингиз ва кўнглингиз мудом хотиржам бўлсин. Худо ҳамиша ёр бўлсин.

    Самимият ва чексиз ҳурмат ила Сизларни севгувчи Собир РУСТАМХОНЛИ».

  • Xalq böyük bir xəyanətlə üz-üzədir

    Sabir RÜSTƏMXANLI

    Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını qurumağa qoymayan 20 yanvar fəlakətindən sonra ilk müraciətim də, verə biləcəyim ilk təsəlli və təskinlik də, içmək istədiyim ilk and da müqəddəs və böyük xalqın adınadır!

    Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb: ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa silahı olmayan, əli bağlı, lakin faciələrin içində də gözəllik və mərdliyini itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur
    xalq qalıb!

    Başı olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı olan, müdafiəçisi olmayan, bir yarası sağalmamış yeni yaralar alan xalq!

    Bir söz deyə biliriksə ona çatır. Ayrı gümanımız yoxdur! Ayrı ünvan axtarmıram!..

    Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin qanı qurumamış küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı dilimdə donub qalan bu söz idi: Xalqımın qanı tökülmüşdü…

    Göz yaşı yağışı altında, gül-çiçək ümmanından ömrün son sahilinə üzən tabutların taleyə, dərdə, düşmən niyyətinə xətt çəkən alqırmızı bəzəyini, uşaqdan-böyüyə iki milyon adamın üzündəki ifadəni görəndə bir daha inandım: uduzduğumuzu uduzmuşuq, bundan belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!…

    Bu milləti millət eləyən, minillərin fəlakətlərindən keçirib qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vurdu. Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm! Gördüm ki, cavan ömrünü xalqına, yurdunun azadlığına bağışlayanlar bir ata-ananın övladları deyil: Onları millətin taleyi doğub!

    Azərbaycanın bu başından o başına hüznlü-hüznlü asılan qara bayraqları, məhəllə-məhəllə qurulan çadırları, verilən ehsanları, gecikmiş qəzetlərdə hələ faciənin yüzdə birini göstərə bilməyən şəkillərə baxan kimi ürəyi gedən gül üzlü analarımızı-bacılarımızı görəndə başa düşdüm: şəhid ölümü son deyil, başlanğıcdır!

    Elə bil torpağımız qısırlaşmışdı: Bakıda, Gəncədə, Naxçıvanda, Lənkəranda, Gədəbəydə tökülən qanlarımız onun bərəkətini qaytardı!

    Şəhid dahilərimizdən biri — Şeyx Məhəmməd Xiyabaninin sözləri yadıma düşdü: Qurbanlar milləti təmizləyir! Bilirsiniz nə qədər ehtiyacımız var bu təmizliyə! Güney Azərbaycanı milli azadlıq hərəkatının başqa bir qəhrəmanının sözü də təsəlliyə döndü: Azadlıq ağacı cavanların qanı ilə suvarılmadıqca bar verməz!…

    Azadlıq ağacımız quruyurdu yavaş-yavaş… Yanvar ayında qanlı çiçəklər açdı!… Biz ömrümüzü xalqımızın ürəyinin, ruhunun, dünyasının axtarışına vermişik. 1990-cı ilin əvvəlində ən böyük xəzinəmizi, ən tükənməz sərvətimizi kəşf etdik.

    Varlığında dünyanın ən böyük təzadlarını yaşadan xalqım! Dahilərlə yanaşı alçaqlara da süd vermisən. Milyonlarla övladının qanı və canı bahasına qazandıqlarını asanlıqla hərraca qoyanların da var.
    Qurbanların sümükləri üstündə tikilən azadlıq binasını sonra öz övladlarının əli ilə dağıtdırıblar.

    Satqın bir rəhbər, başsız bir başçı, ipi özgələrinin əlində olan bir «lider» sənin illər uzunu qurduğun bir körpünü asanlıqla göyə sovurub. Qalmısan yenə əli qoynunda: o tayına, azadlığına, ümidlərinə uzaqdan, həsrətlə baxa-baxa!

    Lakin alçaqların xalqa nə dəxli! Xalq şahid olan, qurban gedən və dərd çəkəndir! Boş əllə hərbi texnikanın yolunu kəsən, ürəyinə, gözünə, açıq alnına sıxılan güllələrdən çəkinməyən oğul və qızlardı — xalq!

    Bakının o ağır, qanlı günlərini görəndən sonra özümü sanki yenidən dərk etdim. Xətailərin, Nəsimilərin, Sabirlərin, Mirzə Cəlillərin, Məmməd Əmin Rəsulzadələrin, Şeyx Məhəmməd Xiyabanilərin, Üzeyir bəylərin, Cavidlərin hansı mənəvi gücdən yarandığı indi mənə aydın oldu.

    Bugünkü «zəifliyini» özünə sığışdırmayan və əlacsızlığını dünyadan gizlətmək üçün tökülən qızıl qanlarını qızıl qərənfillərlə örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bələyən bir xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır.

    Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq meydanı, Dağüstü parkın bütün səki və xiyabanları yanvarın 22-də gül-çiçək xalısı ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil «açmışdı». Sanki Azərbaycan
    torpağının özü köksündən yaralanmışdı və fışqıran qanı qərənfil yağışı kimi iki milyonluq şəhərin başına yağırdı…

    Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin içində də gözəllik duyğusunu unutmayan, Şahidlər xiyabanına güldən hasar çəkən, şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan xalqımın ürəyindəki
    gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsulu ilə gecə-gündüz şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı kəndlərinin əli qabarlı, namuslu övladlarının fədakarlığı qarşısında baş əyirəm.

    Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin arxasında qara geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: Mənim bir oğlum var, təsadüfən sağ qalıb. Sevinmirəm! Oğul böyüdürük torpaq üçün! Övladı yurdun şəhidləri arasında yatan ana xoşbəxtdir. Anaları bu cür düşünən millət də xoşbəxtdir!

    …Dəfn günü Şəhidlər xiyabanında özünə yer tapa bilənlərin çoxu qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və bacılarımızın mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı onlara doğru çevirdi. Qadınlardan biri əlini qaldırdı, gül dəstəsini çətir kimi başına tutdu. Bir an sonra xiyabandakıların qara geyimi görünməz oldu. Sanki bir dirijor çubuğunun işarəsiylə üstlərinə qırmızı gül «örpəyi» çəkmişdilər!

    Bu boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudu — xalq dediyimiz!… Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca nöqtəsində torpağa tapşırıldı. 1918-ci ilin mart şəhidlərilə 1990-cı ilin yanvar şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı. Çoxumuz unutmuşduq indi əyləncə yerinə döndərilmiş bu parkın 1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale yeni bir «qulaqburması» verdi ki, indiki qurbanlarımızın hesabına bütün şəhidlərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət yeri olsun!..

    * * *
    Qanımız tökülmədən, qurban vermədən ötüşmək olmazdımı? İndi bu sual milyonlarla adamı düşündürür. Sumqayıt hadisələrinin kimlərin ssenarisi üzrə qurulduğunu, Bakının iki ildən bəri sakitliyinin təəccüb
    doğurduğunu, ona qarşı ciddi iğtişaş hazırlandığını, Mərkəzin demokratiya oyununu kiminsə başında çatlayacağını, rəhbərlərimizin qətiyyətsizliyinin fəlakətə apardığını bilə-bilə necə oldu ki, belə bir tələyə düşdük, düşməni sevindirdik?… Bu sualların hamısının cavabı veriləcək.

    Gələcək üçün yeni «ağ ləkələr» qoyub getməyə haqqımız yoxdur. Mərkəzi mətbuat həqiqəti nə qədər ciddi ört-basdır etməyə çalışsa da, respublika mətbuatı nə qədər sussa da tarix sözünü deyəcək…

    Mən konstitusiyanın kobudcasına pozulduğunu, fövqəladə vəziyyətin qeyri-qanuni elan edildiyini bir kənara qoyub (bu hamıya məlumdur), daha çox özümüzə aid məsələlərə toxunmaq istəyirəm.

    Əvvəlcədən onu deyim ki, bəzi çıxışlardakı «bu işdə hamımız günahkarıq, vaxtında birləşə bilməmişik, kütlənin qabağına düşməmişik, silahsız cavanlarımızı ordunun qabağından çıxara bilməmişik» fikri ilə mən də razıyam. Yəni, Azərbaycan xalq hərəkatı, əslində xalqın bütün intellekt, güc, zəka, siyasi mübarizə potensialını tam dolğunluğu ilə əks etdirə bilmir. Bir çox real qüvvələr xalq hərəkatından kənarda qalıb.

    Bunun bir səbəbi xalq hərəkatını idarə edənlər arasında uzun müddət mövcud olan qısqanclıq, «mənəmlik» duyğusudursa («ziyalılar satqındır», «məndən düz adam yoxdur» və s.), digər səbəbi hamin iddiaçı tərəflərin, real qüvvələrin, ziyalıların, mütəxəssislərin tərəddüdü, ətaləti, cəsarətsizliyidir…

    Üçüncü bir səbəb də var: bu da müxtəlif rəsmi idarələrin «saman altından su yeritməsi», xalq hərəkatında pozuculuq işi aparması, onun sıralarına «öz adamları»nı doldurub təfriqəçilik etməsidir. Təəssüf ki, bu kənar qüvvələr xalq hərəkatının bəzi liderlərinə də təsir göstərə bilib və müəyyən parçalanmalara nail olub.

    Xalq hərəkatında resept vermək, hamını öz iradənə tabe etmək olmaz. Demokratikləşmənin gözəlliyi rəngarəngliyindədir. Lakin Azərbaycan xalqının tarixi durumu bütün şəxsi iddiaları inkar edən, vahid bir
    platformada birləşmək tələb edir. Təəssüf ki, hətta ümumxalq taleyi də bəzi adamların vəzifə ehtirasına, tayfa davasına, qazanmaq və ya siyasi liderlik azarına üstün gələ bilmir. Buna görə də əsl can yanğısı ilə yaradılan demokratik əsaslı təşkilatlarla «kooperativ cəbhələr», yüyəni özgələrinin əlində olan təşkilatlar bir-birinə qarışır.

    Hamı da xalqın adından danışır. Pərakəndəlik camaatı çaşdırır. Qarşılıqlı münaqişələrdə ümumi dərd unudulur, ən yaxşı adamlarımıza belə ləkə yaxmaqdan çəkinməyən, yalan və böhtan dolu yazılar bir-birini əvəz edir. Ağır yas günlərimizdə ümumi işimizə mane olan belə dərdlərin təfərrüatına varmaq istəmirəm. Lakin hərəkat, nəhayət, faciəli yanvar günləri saf-çürük edilib qiymətləndirilməsə, kimin kimliyi bilinməsə sabah yenə kim daha bərk söyərsə, daha sürətlə uçuruma apararsa milli qəhrəmana dönəcək, real vəziyyəti görənlərə «qorxaq» və ya «xain» damğası vurulacaq, bu qədər qurbanlardan sonra hər şeyi yenə də sıfırdan başlamalı olacağıq…

    Yanvar faciələrinin günahını Azərbaycan Xalq Cəbhəsinin boynuna yıxmaq istəyənlər də çoxdur. Ölkə rəhbərinin çıxışlarında, mərkəzi mətbuat səhifələrində, hər yerdə AXC müxtəlif, bir-birinə zidd mövqelərdən atəşə tutulur. Həbs olunmuş bəzi səbatsız cəbhə üzvləri təzyiq altında televiziya kamerası qarşısında oturdulur və məlum ssenari üzrə müsahibə verirlər. Azərbaycanda Demokratik hərəkatın başında dayanan Xalq Cəbhəsi ətrafında məharətlə tor hörülür. Hətta Mərkəzdən gələnlərin çıxışlarında açıq-aşkar bildirilir ki, AXC hakimiyyəti ələ almaq istəyirdi və o dağıdılmalıdır.

    Biz məsuliyyəti boynumuzdan atmırıq. Ola bilsin ki, bu fəlakətin qarşısını almaq üçün və ya itkini azaltmaq üçün daha nə isə də etmək olardı. Ancaq kimin ağlına gələrdi ki, fövqəladə vəziyyət elan edilmədən ordu şəhərə girəcək, dinc, silahsız əhalinin üstünə qoşun yeridiləcək. Ölkənin bütün ordu növləri iki milyonluq şəhərə basqın edəcək. Kimin ağlına gələrdi ki, siyasi mübarizə aparan xalq – dövlət çevrilişinə hazırlaşan silahlı banda kimi qələmə veriləcək, sırf simvolik xarakter daşıyan piket və «barrikadalar» — silahlanmış düşmən cəbhəsi kimi «qəhrəmanlıqla» ləğv ediləcək, uşağa-böyüyə, qadına-kişiyə aman verilməyəcək. Kimin ağlına gələrdi ki, Sov.İKP MK-nın və Ali hakimiyyət orqanının rəhbərliyi səviyyəsində oyun gedə bilər; ziyalılarla, qadınlarla görüşlərində dönə-dönə «arxayın olun, ordu Bakıya girməyəcək!»— deyən Mərkəz nümayəndələri bir gün sonra «öz vəzifələrini yerinə yetirib», yəni, respublikanın rəhbərliyini kənar edib, əmri yerinə yetirib, Bakını ağlar
    qoyacaqlar. Kimin ağlına gələrdi ki, səni xarici düşmənlərdən qorumalı olan öz ordun özünə qarşı bu qədər amansız ola bilər?

    Kimin ağlına gələrdi? Lakin Xalq Cəbhəsinin idarə heyətində və isə bir fəlakətin yaxınlaşdığını başa düşürdük və buna öz münasibətimizi bildirmişdik. Xalq Cəbhəsi bütün milli və ictimai münaqişələrin siyasi danışıqlar yolu ilə, demokratik əsaslar üzərində həllinə çalışıb. Azərbaycan SSR Ali Sovetinin son sessiyaları buna misaldır. Lakin bu yolda məğlubiyyətdən yaxa qurtara bilməyəcəklərini bilən bəzi rəhbərlər AXC-yə quyu qazmağa başladılar. «Başqasına quyu qazan…». Buna görə də, cəbhənin bəzi radikal ovqatlı nümayəndələri ilə «danışıqlar» başlandı. Müdafiə Şurası və onun rayon şöbələri yaradıldı.

    Müdafiə Şurası fövqəladə vəziyyətdə özünü müstəqil elan etdi və əslində, AXC-nin iradəsinə, idarə heyətinin narazılığına etinasızlıq göstərdi. Həmin anlarda, təəssüf ki, biz də qətiyyətsizlik göstərmişik. Yarım milyonluq bir mitinqdə milli səfərbərlik elan edildi, silah söhbəti ortaya atıldı… Hamısı da rəhbərliyin razılığı ilə. Bu nə oyun idi, kimin planı üzrə hazırlanmışdı və nə məqsəd güdürdü?!

    Respublika rəhbəri nə ağılla zavoddakı görüşündə müdafiə dəstələrinin yaradılmasından söhbət açırdı və bu söhbət televiziya ilə bütün xalqa çatdırılırdı? Nəyə görə inandırılırdı ki, fövqəladə vəziyyətdə Müdafiə Şurası əsas mərkəzə çevriləcək?

    Bir-birini tora salmaq üçün iki tərəfli oyun gedirdi. Ancaq sən saydığını say, gör Mərkəz nə sayır! Sanki dünyadan xəbərsizdilər. Bütün bu havayı söz-söhbətin, əslində, ordu üçün Bakıya çağırış olduğunu unutmuşdular…

    Bununla doğrudanmı respublikanı müdafiə etmək istəyirdilər, yoxsa məqsəd Xalq Cəbhəsini və xalqı ləkələməkdi, ölkədəki demokratik qüvvələrə dərs verməkdi? 20 yanvar faciəsini bir həftə ondan əvvəl baş vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə hücumlarla əlaqələndirməyə çalışırlar. Biz xalqımızın humanist, nəcib sifətini qorumaq üçün hər cür vəhşiliyi, zorakılığı rədd edir və lənətləyirik. Onu da bilirik ki, Sumqayıt kimi Bakıda da bu hadisə çoxdan planlaşdırılırdı.

    Yanvarın 13-14-də Bakıda ölkənin müxtəlif guşələrindən gəlmiş yüzlərlə cinayətkar olub…

    Xalq böyük bir xəyanətlə üz-üzədir. Və bu xəyanət addım-addım həyata keçirilir…. Yoxsa, kim bilmir ki, 200 min adam Ermənistandan vəhşicəsinə qovulandan sonra, bütün bakılılar sinəsini sipər etsə də, rəsmi qaçqın statusu almamış bu qədər işsiz, evsiz, ac-yalavac, qəzəbli qonağı olan şəhərdə ermənilərin arxayın yaşaması fantastikadır və ya xalqın əsəbiylə oynamaqdır… Ölkədə bizi təkləmək, vəhşi, qaniçən kimi qələmə vermək üçün yüz cür tələ qurulur. Bizi qarşıda çox uzun bir mübarizə yolu gözləyir. Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan imkanlardan keçsə da, sonu məlumdur, sonu bizim arzularımızdır. Lakin arzulara yetmək üçün hələ çox durulmalı, ümumi mədəni səviyyəmizin, siyasi mübarizə səviyyəmizin artması haqqında hələ çox düşünməliyik.

    * * *
    Mən daha çox işin bizə görünən tərəfindən, öz səhvlərimizdən danışdım. Lakin ən ciddi sual cavabsız qalıb: görəsən bütün bu səhvlər olmasaydı, ordunun Bakıya girməməsinə təminat olacaqdımı?
    Ordu Bakıya niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birinə düz gəlmir. Söhbət sərhəddən gedirsə, sərhədlərin götürülməsi ölkənin müxtəlif regionlarında bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə etimadsızlıq, «istefa» tələbi narahatlıq doğururdusa—bu tələbi Moskvadan başlamış, ölkənin hər yerində eşidirik.

    Ermənistanla münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda gərək fövqəladə vəziyyət on illər boyu xəlvət silahlanan tərəfdə, hücum edən tərəfdə elan ediləydi, boş əllə müdafiə edilən tərəfdə yox. Kiminsə ağzından «islam respublikası» sözünün çıxması bəhanə olubsa, onda gərək «xristian monarxizmi» tərəfdarlarının yaşadığı Rusiya şəhərləri çoxdan orduyla doldurulaydı. Bu bəhanələrin heç biri 19—20 yanvar hadisələrinə haqq qazandırmır. Bir həqiqət ortaya çıxır ki, bizim rəftarımızdan asılı olmadan ordu şəhərə girməliymiş. «Azərbaycanlılara dərs vermək» planının kökləri çox dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti, daxili qoşun hissələrinin müşahidəçi mövqe tutması… hamısı bir zəncirin halqaları kimi bir-birinə bağlıdır. Azərbaycan xalqının ətrafında bu tor çoxdan və məharətlə hörülür.

    Fransız mətbuatında M.S.Qorbaçovun Azərbaycan hadisələrinə münasibəti iki sözlə belə ifadə olunub: «tatarlar qəzəblənir». Bizə elə gəlirdi ki, bu tatar sözü keçən əsrdə qalıb, çarizm yıxılanda bu sözlə də vidalaşmışıq… Köhnə söz yaşayırsa, bəlkə köhnə münasibət də yaşayır?

    Təkcə bu bir kəlmə indiki demokratiyanın üzünü və astarını aydın göstərir. «Birinə qazan, başqasına çay qaşığı…».

    Azərbaycan müstəqil respublikadırsa, niyə onun fikrinə məhəl qoyan olmayıb? Nəyə görə Azərbaycan parlamentinin qanuni qərarı SSRİ Ali Soveti tərəfindən qulaqardına verilir? Bu saymazlığın arxasında hansı acı
    həqiqət dayanır? Bəlkə ordunun Bakıya gəlişinin səbəbini elə həmin o acı həqiqətdə axtarmaq lazımdı?

    Nəhayət, bir-iki kəlmə da milli heysiyyət, özünə və öz xalqına hörmət haqqında. Son vaxtlarda rəsmi görüşlərdə, televiziya çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət götürüləndən sonra
    şəhərin sakitliyinə təminat vermək olarmı? Bu məsuliyyəti kim boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziyalılar da. Bunun qədər riyakar bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqına inanmayan, onunla dil tapa bilməyən adamlar bu xalqı necə idarə edə bilər? Məgər fövqəladə vəziyyətin ləğvindən qorxuya düşən ziyalılar bilmirlərmi ki, Bakıda heç bir iğtişaşı xalq salmayıb. Sakitlik istəyiriksə fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş ocaqlarını da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm binalardadır və dünyanın müxtəlif
    yerlərindən, Mərkəzdən üfürülüb közərdilir.

    * * *

    Şəhidlər xiyabanında bir həqiqəti də gördüm.

    Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə adamlardır.

    And yerimiz — onlardır.
    And yerimiz — xalqdır!

    (“Azərbaycan” qəzeti, 24 fevral 1990)

  • Sabir Rüstəmxanlı: “Bu cür ittihamlar yolverilməzdir”

    Bu sözləri “Axar.az”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri və millət vəkili  Sabir Rüstəmxanlı AXCP və Müsavat  partiyasından olan siyasətçilərin arasında gedən davadan danışarkən dedi. O bildirdi ki, kiminsə haqlı və ya haqsız olduğunu demək fikri yoxdur və hər iki tərəfin digərinə hörmət etməsi vacibdir:
    “Hazırda üzbəüz gələn insanların hamısı Meydan Hərəkatında bir addımlayan insanlardır. Siyasi maraqlara görə birinin digərinə təhqir söyləməsi yolverilməzdir. Partiyalararası münasibətlərin formasından asılı olmayaraq, şəxslər bir-birini təhqir etməməlidir”.

    Partiyalar arasındakı davadan danışan millət vəkili bildirdi ki, bu cür davalar artıq Azərbaycan siyasətində adət halını alıb və bu da çox pis haldır:
    ”Onsuz da Azərbaycanın siyasi həyatındakı proseslər göz qabağındadır.  Kim seçkiyə necə hazırlaşır, kimin əli kimin cibindədir və s. bu kimi  ittihamları 20 ildir ki, izləyirik. Partiyalar və onların mətbu orqanlarında qarşılıqlı ittihamların yazılması da ilk dəfə baş vermir. Bu cür çıxışlar və yazılar Azərbaycan siyasətində vərdiş edilmiş hala çevrilib. Çirkin və təhqiramiz fikirlərin mətbuatda yer almasına imkan verilməməlidir”.

  • N!DA Vətəndaş Hərəkatının üzvü, vicdan məhbusu Zaur Qurbanlıya

    Bu gün NİDA Vətəndaş Hərəkatının üzvü, şərlənərək həbs edilmiş Zaur Qurbanlının doğum günüdür, onun 27 yaşı tamam olur.  VHP Gənclər Təşkilatı vicdan məhbusuna doğum günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

    Hörmətli Zaur bəy!

    Səni doğum günü münasibəti ilə təbrik edirik!

    Zaur bəy! Sən bu gün Azərbaycanda demokratiya və azadlıq mübarizəsinin öncül simalarından birisən. Sən və həbsdə olan dostlarımız vətənimizə hakim olmaq iddisaında olan rejimə “belə davam etməz” mesajı vermisiniz . Sənin və Sizin timsalınızda mübarizlik simvola çevrildi. Sən və Siz Azərbaycan xalqının istibdad və zülm qarşısında əyilmədiyini dünyaya sübut etdiz. Bu mənada Zaur bəy, sən və sizlər xalqımızın XXI əsr tarixində yer aldınız.

    Hörmətli Zaur bəy!

    Səni VHP gənclər təşkilatı adından doğum günü münasibəti ilə təbrik edirik. Sən bizim təşkilatın üzvü olmasan da hər zaman səni özümüzlə bir sırada bilmişik. Səninlə mübarizə yoldaşı olmaq fəxrdir. Sənə mübarizəndə uğurlar arzulayırıq. Sənə və bütün gənlərimizə, həmyaşıdlarımıza bizim və övladlarımızn Azad, Bütöv və Demokratik Azərbaycanda yaşamağı arzulayırıq.

    DOĞUM GÜNÜN MÜBARƏK AZAD ZAUR QURBANLI

    VHP Gənclər Təşkilatı