Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Dəyişək ki, üzümüzə tüpürməsinlər

    Əlövsət Əliyev

    Bu gün taksi ilə məhkəməyə gedirdim. Tıxacdan xilas olmaq istəyən sürücü sürəti artırdı, sağda gedən “Prado” markalı maşını keçmək istədiyi zaman həmin maşının sürücüsü əyləşdiyim maşına tərəf tüpürdü.

    Tüpürcək əyləşdiyim maşının mən tərəfdə olan qapısının şüşəsinə yapışdı. Bəxtim gətirdi, çünki şüşə açıq da ola bilərdi. 

    Bu hadisədən sonra ofisə qayıdana kimi yollarda hərəkət edən maşınları və onların sürücülərini daha diqqətlə izləməyə başladım. Xatirələrimi də gördüklərimə əlavə edərək bəzi qeydlər apardım, nəticədə bu yazı ərsəyə gəldi. 

    Hər il dünyanın 15-20 inkişaf etmiş şəhərində olan biri kimi deyə bilərəm ki, Bakı dünyada ən bahalı minik maşınlarının idarə olunduğu şəhərlərdəndir. Burada ən bahalı nəqliyyat vasitələrini idarə edənlər, ən bahalı paltar geyinən, ən bahalı saat, üzük, boyunbağılar taxan, ən bahalı siqaretlər çəkən bəylər və ümumi sayları doğum faktına görə azalan, nəqliyyat vasitələrini idarə etmə baxımından isə sayı sürətlə artan xanımlardır. 

    Günümün bir hissəsini idarə etdiyim maşında yollarda – daha dəqiq ifadə etsək Bakının tıxaclarında keçirməli oluram. Nəyə görəsə mən tıxaclarda daha çox pis hadisələrin şahidi oluram. Bir müddət öncə qardaşım Faiqlə Tbilisi prospekti ilə gedirdik. Maşını mən idarə edirdim. Tixac olduğundan maşını aşağı sürətlə idarə edirdim. Bu vaxt qarşıdakı maşını idarə edən sürücü qapını acaraq əlində olan zibil torbasını sol tərəfə səkinin ustünə tulladı. Faiqə baxdım, o, da baş verənləri və necə əsəb keçirdiyimi görmüşdü. Maşından düşərək zibil torbasını götürdü, həmin maşına yaxınlaşaraq zibili sürücünün qucağına tulladı və maşına qayıtdı. Öz zibilini “qəbul edən” “Mersedes”in sürücüsü heç bir hadisə olmamış kimi yoluna davam etdi. Həmin günü özümü əla hiss etdim və inandım ki, həmin şəxs bir daha zibilini küçələrə atmayacaq. 

    Dünən günün sonunda bir dostum məni Park Bulvarda Zeytun Restoranında yeməyə dəvət etdi. Restorandan çıxdıqdan sonra maşını götürmək üçün dayanacağa gəldik. Bizdən öncə dayanacaqdan iki maşın çıxdı. Maşınlara nəzarət edən şəxs həmin maşının sahiblərindən qəbzi alıb baxdıqdan sonra havaya tulladı. Mən qəbzi təqdim edəndə nəzarətçidən qəbzə baxdıqdan sonra onun məndə qalmasını istədim. O, etiraz etdi və bildirdi ki, mən o qəbzi sizdən almalıyam. O zaman mən ona az öncə gördüklərimlə bağlı etirazımı bildirdim. Nəzarətçi qəbzi havaya tullamayacağına və tullantılar üçün nəzərdə tutulan tutumlara atacağına söz verdi. 

    Hər gün belə halları təkrar etməliyik. Ən azından öna görə ki, sürücülər üzumüzə tüpürə-tüpürə, kibrit çöpləri, siqaret kötükləri və ya qutuları, su butulkaları, yemək qalıqları olan torbaları, hətta bəzi hallarda isə evlərimizdən götürdüyümüz zibili hara gəldi atmaqla şəhəri və Azərbaycanı zibilə döndərməkdə davam edənlərin sayı azalsin. Bəlkə buna görədir ki, Bakıda küçələri təmizləyənlərin sayı başqa ölkələrlə müqayisədə dəfələrlə çöxdur. Ən pisi odur ki, insanlar maşınlarında olan zibilləri küçələrə atmaqdan heç çəkinmirlər də. Bundan da pisi bunu uşaqlarının yanlarında, bəzən isə onların iştirakı ilə edirlər. 

    Bu pis vərdişlərin haradan qaynaqlanmasını bilmirəm. Amma çoxlarımız tərəfindən qəbul olunan hal budur ki, evimiz, həyətimiz, maşınımız təmiz olsun. Evimizin, həyətimizin, maşınımızın zibilini necə olur olsun özümüzdən uzaqlaşdıraq və başqalarının başına tökək. Bəlkə elə buna görədir ki, həyətlərimizin sərhədlərı və mənzillərimiz böyüdükcə Azərbaycanın ümumi sərhədləri kiçilir. 

    Bu problemin həlli üçün nəyi, haradan, necə başlamalı olduğumuzu bilmirəm. Amma onu bilirəm ki, bütün zibillərin tərəddüd etmədən hara gəldi tullanması yalnız bizdədir. Bunu da hami bilir ki, bu pis vərdişlərə son qoymaq ucun məhəllələrə, küçələrə, kəndlərə, qəsəbələrə, şəhərlərə və bütün Azərbaycana hamı öz evi kimi baxmalı və sevməlidir. Məncə bunu bacararıq ən azından bu səslərin sayılması deyil ki bacarmayaq. Bir də ki, məncə həyətlərimizin təmiz, həyatımızın isə natəmiz oldugu cəmiyyətdə yaşamalı deyilik. 

    İnzibati Xətalar Məcəlləsinnin 104.3 maddədəsinə görə “Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə – fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 500 manat miqdarında cərimə edilir”. Həmin Məcəllənin 153.2-ci maddəsinə görə isə, sərnişinlər tərəfindən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa görə otuz manat miqdarında cərimə edilir.

    Bəlkə də bu “ölü” maddələrin tətbiqinə başlamaq bu kimi hallarin qarşısının alınması üçün başlanğıc ola bilər.

    Başlayaq ki, üzümüzə tüpürənlər az olsun.

    P.S. Bu gün Bakıda güclü külək əsir. Külək maşınların və evlərin pəncərələrindən küçəyə atılmış məişət tullantılarını havada oynadır. Daha güclü küləklər bizim kənddə də əsir. Amma həmin küləklər güllərin ləçəklərini, ağacların tökülən yarpaqları və təndirlərin bərəkətli ətrini yayır ətrafa.

  • Xankəndinin işğalından 22 il ötür

    1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb

     

    Bu gün Xankəndinin işğalından Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 22 il keçir. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.

    Azərbaycanlıların Kərkicahandan çıxması üçün 3 yol var idi: Kərkicahandan birbaşa Şuşaya, Ərminavan ərazisi, Bakı-Xankəndi-İrəvan magistral yolu.

    İşğalların bir çoxusunu həyata keçirən 366-cı moto-atıcı alay Kərkicahanla Xankəndinin arasında yerləşirdi. Ərminavandakı binalar isə partladılmış və bina yolun üstünə düşmüşdü. Yol bağlanmışdı. Təkcə yol Bakı-Xankəndi-İrəvan magistralı idi.
    Bəzi məlumatlara görə, həmin magistral tərəfdən Ağdam və Xocalı əhalisi köməyə gəlirdilər. Şəhər işğal olunan zaman əsir düşən insanların gözləri, başları və digər yerləri kəsilir. Meyidlər yandırılır və ya itə yem edilir. İnsanların dərisi soyulur və s.

    Atışma səhərə qədər davam edir və erməni qüvvələri qalib gəlir. İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılır. Şuşa elə bir yerdə idi ki, Xankəndi ovuc içi kimi görünürdü. Kərkicahan Xankəndiyə nisbətən, daha da yaxın idi və ermənilərin texnikası orada idi.
    İşğal gününə qədər Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

    İşğal nəticəsində 34 nəfər şəhid olur, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

    İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

    Allah bütün şəhidlərə rəhmət eləsin!
  • VHP Sabir Rüstəmxanlının Məclisdəki çıxışının stenoqramını yaydı – Səbəb

    Tarif Şurasının qiymətlərin artırılması qərarından sonra parlamentdə başlayan müzakirələrdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da çıxış edib. VHP mətbuat xidməti bəzi media orqanlarında partiya sədrinin sözlərinin təhrif edildiyi səbəbindən, Milli Məclisdən götürülən stenorqamı olduğu kimi mediaya göndərib.

    Stenoqramın mətni belədir:

    “Hörmətli Milli Məclis, hörmətli Sədr! Bu günlərdə mən bir sıra rayonlarda olmuşam və əhalinin kənd təsərrüfatına qayğının artması ilə bağlı razılıqlarını eşitmişəm. Deyək ki, torpağın əkilməsi ilə bağlı müəyyən vəsaitlər ayrılır, yanacağa güzəştlər vardı, doğrudan da, bu, məni sevindirirdi. Amma dağ rayonlarında bunun müqabilində o şəraitdə işləyə bilən texnikanın azlığı çox ciddi problem yaradır. Əkənlər, biçənlər, dövlətin yardımı ilə torpağa qayıtmaq istəyənlərçoxdur, meyl artır, amma deyirlər, yaxşı, biz məhsulu hansı texnika ilə yığacağıq? Buna uyğun texnika yoxdur. Buna görə də dağ rayonları üçün xırda kənd təsərrüfatı müəssisələrinin, servislərinin yaranması son dərəcə vacibdir və bunu həll eləmək lazımdır. Camaatın xoş əhvalını görmüşdüm və təsəvvür edirəm ki, orada bu gün yanacağın qiymətinin artması necə təsir bağışlayacaq.

    Bəzi dostlarımız buradan bizi Avropa ilə və dünya ilə müqayisə edirlər ki, benzinin qiyməti Avropada da yüksəkdir, dünyada da yüskəsdir. Doğrudur, benzinin qiyməti Türkiyədə də bizdən 2-3 dəfə artıqdır. Sən yanacağın qiymətində dünyaya yaxınlaşmaq istəyirsənsə, bunun o biri tərəfi nəzərə alınmırsa, bu, məntiqsizlikdir və onu göstərir ki, məsələyə kompleks yanaşmırıq. Mən bunu demək istəyirəm.

    İkinci, bizim hər birimiz kommunal xərclərlə bağlı sıxıntılar yaşayırıq. Kommunal xərclər, suyun qiyməti, əmlakın qiyməti, qazın qiyməti… Hansı təşkilat necə istəyirsə, “mənim işimin maya dəyəri artıqdır, buna uyğun olaraq qiyməti artırıram” deyərək qiyməti artırır. Nəzərə almırlar ki, insanın bunu verməyə imkanı var, yoxsa yoxdur.

    Hər birimiz Azərbaycanın bir rayonuna gedib-gələndə benzinə bir təqaüdçünün pensiyasından, yaxud minimum əmək haqqından bir az da artıq pul verməliyik, ya gərək Milli Məclis zəhmət çəksin benzin xərclərimizi versin, ya da bizim də rayonlarla əlaqəmiz kəsiləcək. 3-4 dəfə get, Milli Məclisin deputatının əmək haqqı yetməyəcək. Bəs sıravı vətəndaş neyləsin? Çox sağ olun”.

    Tarif Şurasının qiymətlərin artırılması qərarından sonra parlamentdə başlayan müzakirələrdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da çıxış edib. VHP mətbuat xidməti bəzi medoa orqanlarında partiya sədrinin sözlərinin təhrif edildiyi səbəbindən, Milli Məclisdən götürülən stenorqamı olduğu kimi mediaya göndərib.

     

    Stenoqramın mətni belədir:

     

    “Hörmətli Milli Məclis, hörmətli Sədr! Bu günlərdə mən bir sıra rayonlarda olmuşam və əhalinin kənd təsərrüfatına qayğının artması ilə bağlı razılıqlarını eşitmişəm. Deyək ki, torpağın əkilməsi ilə bağlı müəyyən vəsaitlər ayrılır, yanacağa güzəştlər vardı, doğrudan da, bu, məni sevindirirdi. Amma dağ rayonlarında bunun müqabilində o şəraitdə işləyə bilən texnikanın azlığı çox ciddi problem yaradır. Əkənlər, biçənlər, dövlətin yardımı ilə torpağa qayıtmaq istəyənlərçoxdur, meyl artır, amma deyirlər, yaxşı, biz məhsulu hansı texnika ilə yığacağıq? Buna uyğun texnika yoxdur. Buna görə də dağ rayonları üçün xırda kənd təsərrüfatı müəssisələrinin, servislərinin yaranması son dərəcə vacibdir və bunu həll eləmək lazımdır. Camaatın xoş əhvalını görmüşdüm və təsəvvür edirəm ki, orada bu gün yanacağın qiymətinin artması necə təsir bağışlayacaq.

    Bəzi dostlarımız buradan bizi Avropa ilə və dünya ilə müqayisə edirlər ki, benzinin qiyməti Avropada da yüksəkdir, dünyada da yüskəsdir. Doğrudur, benzinin qiyməti Türkiyədə də bizdən 2-3 dəfə artıqdır. Sən yanacağın qiymətində dünyaya yaxınlaşmaq istəyirsənsə, bunun o biri tərəfi nəzərə alınmırsa, bu, məntiqsizlikdir və onu göstərir ki, məsələyə kompleks yanaşmırıq. Mən bunu demək istəyirəm.

     

     

    İkinci, bizim hər birimiz kommunal xərclərlə bağlı sıxıntılar yaşayırıq. Kommunal xərclər, suyun qiyməti, əmlakın qiyməti, qazın qiyməti… Hansı təşkilat necə istəyirsə, “mənim işimin maya dəyəri artıqdır, buna uyğun olaraq qiyməti artırıram” deyərək qiyməti artırır. Nəzərə almırlar ki, insanın bunu verməyə imkanı var, yoxsa yoxdur.

    Hər birimiz Azərbaycanın bir rayonuna gedib-gələndə benzinə bir təqaüdçünün pensiyasından, yaxud minimum əmək haqqından bir az da artıq pul verməliyik, ya gərək Milli Məclis zəhmət çəksin benzin xərclərimizi versin, ya da bizim də rayonlarla əlaqəmiz kəsiləcək. 3-4 dəfə get, Milli Məclisin deputatının əmək haqqı yetməyəcək. Bəs sıravı vətəndaş neyləsin? Çox sağ olun”.

    – See more at: http://axar.az/news/3413#sthash.q6jvFGFn.dpuf

  • SONU GÖRÜNMƏYƏN YOL

    Sabir RÜSTƏMXANLI

    Universitet illərimizdən yadigar bir buklet – dəvətnamə var, “Qönçələr” adlı. Unuversitetin ədəbi məclisi buraxmışdı. Hər dəfə ordakı dostlarımızı xatırlayanda, tələbəlik şəkillərimizə baxanda ürəyim sızıldayır. Hələ yalnız tələbə yoldaşlarımız və ya sayı o qədər də çox olmayan ədəbiyyat həvəskarları arasında tanınsaq da niyyətimizi gizlətmirdik; başımız havalıydı və ədəbiyyata da yeni bir hava gətirmək arzusundaydıq.

    Deyəsən ümumuniversitet şeir axşamı ərəfəsində, ya da ədəbi birliyimizin reklamı kimi buraxılmışdı.
    O vaxt universitetdə, digər ali məktəblərdə, zavodlarda, yataqxanalarda milli ruhu körükləyən, diqqəti canlı, bədii sözə yönəldən, kitabın təbliğinə xidmət edən belə şeir axşamları tez-tez keçirilirdi və 1988-ci ildə meydanlara axışan insanların çoxu o şeir məclislərindən keçib gəlmişdilər.
    “Qönçələr”dəki saf gözləri, gözəl üzləri ilə gəncliyimizin o ümid və sevgi dolu illərini yenidən göz önündə canlandıran, dirildən dostlarımın çoxunu bu gün təqdim etməyə və tanıtmağa ehtiyac yoxdur: Nüsrət Kəsəmənli, Eldar Baxış, Ramiz Rövşən, Seyran Səxavət… Nüsrətlə, Eldar xeyli vaxtdır ayrılıb gediblər; ölüm sözünü artıq sayıram, çünki bir çox canlılardan daha canlıdırlar, sözləri və xatirələri ilə dipdiridirlər. Ramizlə Seyran ömürlərinin ən müdrik, yaradıcılıqlarının ən bəhrəli çağındadırlar.
    O şəkillərimizlə bizi qırx beş ildən artıq bir vaxt ayırır. Azdır-çoxdur deyə bilmərəm. Xalqımız bir şər imperiyasından qopmaq, müstəqilliyini əldə etmək xoşbəxtliyi ilə yanaşı, haqsız savaşın faciələrini yaşayır. Yüzildən-yüzilə, minildən-minilə adlamış, ehkamların, sistemlərini çöküşünü, saxta ideologiyaların, qondarma liderlərin əriyib yoxa çıxmasını görmüşük. Bütün bunların ən gözəl salnaməsi və rəsmi dostlarımın yazılarıdır. Nə qədər sarsıntılar yaşasalar da ədəbiyyatımız və gələcəyimiz üçün gərəkli olan bir çox tarixi, mənəvi, psixoloji, poetik məqamları sözə köçürüb yaşatmağı da bacarmışıq.
    O dəstənin içində “qönçə” sözünə ən çox layiq olan bir xanım qız da var idi: Rüzgar Əfəndiyeva.
    Biz oğlanların ruhu, ovqatı, üsyankar təbiəti ilə qönçə sözü qətiyyən uyğun gəlmirdi. Bu söz təkcə Rüzgara yaraşırdı.
    Yaşıla çalan gözləri, uzun, sarışın, bir az da qızılı saçları, incə rəftarı ilə o başqa qızlardan seçilirdi; belələri haqqında “zəmanə adamı deyil” deyirlər.
    Rüzgar doğrudan da zəmanə adamı deyildi. Onun öz zaman, məkan anlayışı vardı. Bir şeirində dediyi kimi:

    Dünya gözümün içində,
    Ömrüm dözümün içində,
    Öldüm özümün içində,
    Bir misram qolumdan tutdu.

    Saçımda ağ ümman yatıb,
    Dalğasında zaman batıb,
    Hər günümə güman çatıb
    Bir misram qolumdan tutdu.

    Dünyanı gözünə yığan, ömrün dözmək məcburiyyətindən adlayan, öz içində dirilib öz içində ölən insan bəzən bir şeir misrasının ümidinə qalır. Bu, insan taleyinin şəklidir, eyni zamanda ədəbiyyatın əbədiyyətini, insanın yalnız öz əməyində yaşaya biləcəyini göstərən gözəl bir poetik tapıntıdır. Ancaq onu əlavə eləmək olar ki, Rüzgarın öz qolundan, oxucularının qolundan tutan, özünü yaşadan, oxucularının içini işıqla, gözəl duyğularla dolduran misraları, şeirləri çoxdur.
    Biz Rüzgarı şeirindən əvvəl sevmişdik. Hələ bircə misrasını eşitmədən onun saflığını, tərbiyəsini, sakit danışığını, solğun, titrək təbəssümünü, bizlərdən və dünyadan çox öz içinə baxan baxışlarını dəyərləndirmişdik… Bilirdik hansı evə getsə, hansı ocağa bağlansa ora xoşbəxtlik aparacaq…
    Rüzgar şeir oxumaqdan çox dinləməyi xoşlardı. Bizə ilk dəfə hansı şeirini təqdim etdiyini də xatırlamıram, ancaq mənə elə gəlir onun şeir ömrü, ədəbi taleyi o vaxt oxunandan dillərə düşən aşağıdakı misralarından başlamışdı:

    Tənə də, giley də yersizdir daha,
    Qaytar o alışan, yanan eşqimi.
    Sənin ki ürəyin buz bağlayıbdır
    Qaytar o üşüyən, donan eşqimi.
    Mənim üəryimdə dünyaya gəlib
    Sənin ürəyində sönən eşqimi…
                    (“Qaytar eşqimi”)

    Yeri gəlmişkən, bilmirəm “525-ci qəzet”-də “100 gözəl sevgi şeiri”silsiləsindən yazdığı esselərlə televiziyaların bayağı meyxana və kiflənmiş qəzəl təbliğatı mühitində boğulan gənc oxucunun diqqətini əsil sevgi poeziyasının gözəlliyinə, zəngin duyğular və ruh fədakarlığı ənənələrinə yönəltməyə çalışan istedadlı yazıçı Pərvin öz layihəsinə uyğun Rüzgarın şeirləri ilə maraqlanıb yoxsa yox! Maraqlansa bu şeir haqqında “525-ci qəzet”in bir səhifəsini dolduran bir esse yazardı.
    Çünki bu altı misrada bir adama yox, milyonlarla insana xas olan və doğrudan da, düşündürən sevgilər tarixçəsi, çoxlarının keçdiyi yol, məhkumluq troyektoriyası var və Rüzgar bunu yığcam şəkildə gözəl ifadə edib.
    Rüzgarın qələmində, yazısında min illik qadın poeziyamızın ənənələri yaşayırdı: ana-bacı taleyi, qadın fədakarlığı, saf məhəbbət, sədaqət, ocağa bağlılıq, övlad sevgisi, insan ruhunu təbiət gözəllikləri ilə iç-içə görüb təsvir etmək. O da hamı yazan mövzulardan yan ötə bilmir: ömrü də yaz-payız fəsillərindən keçirən dünya və onun gözəllikləri – dağı, aranı, yolu, aylı gecələri, yağışı, qarı, çiçəkləri onu da duyğulandırır.
    Ancaq Rüzgar bütün bunlardan və bir çox başqa mövzulardan məhz öz səsi və ahəngiylə, fərqli poetik dillə danışır.
    Uzun müddət nə yazdığından, necə yazdığından xəbərsizdim. Sağlığında nəşr etdirdiyi “Yol gedirəm” kitabı dünyasını dəyişəndən sonra çatdı mənə. Oxudum və insan təbiətinin dəyişilməzliyinə, ardıcıllığına heyrətləndim.
    Gördüm Rüzgar ədəbiyyata hansı sevgiylə, hansı səmimiyyətlə gəlmişdisə – eləcə də gedib. İlk şeirləri ilə son şeirləri eyni eşqlə, eyni kədərlə, eyni səmimiyyətlə yazılıb.
    Əslində bu üç söz – səmimiyyət, sevgi və kədər onun yaradıcılığının mayasıdır.
    O qədər boynumu bükmüşəm ki, mən,
    Bilsə bənövşələr çəmənə çıxmaz!

    Rüzgar Əfəndiyeva universitetə, ədəbiyyat dərnəklərinə doğrudan da boynubükük zərif bənövşə kimi gəlmişdi. Təəssüf ki, bənövşə taleyi yaşamaq, milli taleyimizin gətirdiyi boynubüküklük duyğusu ondan ömrünün sonuna kimi ayrılmamışdı.
    Rüzgarın kəndlə, təbiətlə, içindən keçib gəldiyimiz günlərin müxtəlif rəngləri, yaşantıları, olayları ilə bağlı gözəl şeirləri var: “Kənd uşaqları”, “Gecə açan çiçəklər”, “Yol gedirəm”, “Gördüm payızdı”, “Şuşam” və s. Ancaq, şübhəsiz, o ilk npövbədə bir sevgi şairəsiydi.
    Təsadüfi deyil ki, şeirlərinə çoxlu bir-birindən gözəl mahnı bəstələnib.
    Onun mahnı janrının ustadlarından olan bəstəkar Oqtay Kazımi ilə əməkdaşlığı bu gün populyar olan bir çox gözəl mahnının yaranması ilə nəticələnmişdir.
    Son kitabında həm Oqtay Kazımi, həm də Elza İbrahimova, Nəriman Məmmədov, Bahadur Hüseynov və Hüseynağa Qurbanovun bəstələdiyi şeirləri də yer alıb.
    Rüzgarın mahnıları minlərlə ürəyin məhrəm duyğularının ifadəsidir.
    Bir əhvalat danışmışdılar mənə. Xaricdən gələn qonaqları qaçqın düşərgəsinə aparırlar. Gəzib, baxır, camaatla söhbət edirlər; onsuz da faciənin dərinliyi göz qabağındadır.
    Geri dönəndə qaçqın şəhərciyindən çıxan yolun üstündə bir uşaq görürlər. Uşaq onlara əhəmiyyət vermədən, daşın üstündə cırıq şalvarından çıxmış dizini qucaqlayıb öz-özünə oxuyurmuş:

    Gəzdiyin yerləri çox dolanmışam,
    Eşqinin oduna gizli yanmışam,
    Artıq bahar deyil, qarlı bir qışam
    Odlanıb yansan da axtarma məni!

    Bu, vəziyyətdə yaşayan, yarıçılpaq uşağın səsindəki toxluq və cingilti, ruhu göylərə cəkən sehir, hamını ayaq saxlamağa məcbur edir. Uşaq öz işindədir:

    Çıxıram dağlara, ay gülüm, sənsiz,
    Daş da qəribsəyir dumansız, çənsiz,
    Dolan bu dünyanı, get, dolan mənsiz,
    Peşiman olsan da, axtarma məni!

    Gələnlər gözüyaşlı ayrılırlar ordan. Bu Rüzgar Əfəndiyevanın sözünün sehridir.
    Səsim ona çatsaydı deyərdim səni axtarmağa ehtiyac yoxdur.
    Misraların oxucularının dilində, özün də doğmalarının, oxucularının arasında, sonu olmayan yoldasan.

  • Sabir Rüstəmxanlı: “Fikirlərim süngü ilə qarşılanmayacaq”

    “Deputat statusu təkcə maaşdan ibarət deyil, həm də mənəvi məsələdir. Biz bu institutun nüfuzunun qalxması üçün əlimizdən gələni etməliyik”.

     “Axar.az”ın məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı parlamentin plenar iclasında çıxışı zamanı deyib. Deputat statusu haqda danışan S. Rüstəmxanlı deyib ki, deputatlar da bu cəmiyyətin bir hissəsidir:

    “Son illər müşahidə etdiyim bir sıra məqamlara münasibət bildirmək istəyirəm.  Deputatların hörməti onların gördüyü işlərlə bağlı deyil, həm də vətəndaşların ona müraciəti, bunun nə ilə nəticələnməsindədir. Deputatın icra imkanı yoxdur, o, ancaq bu haqda icra orqanlarına müraciət edə bilir.  Fikrimcə, icra orqanları bu məsələləri diqqətə almalıdır ki, deputatın rolu artsın. Mən bilmirəm ki, bu mexanizm necə olmalıdır. Biz burada onlarla təkliflər veririk. Bəs bu təkliflər hara gedir. Hələ bir dövlət qurumu görməmişəm ki, bizə məktub yazaraq bildirsin ki, Milli Məclisdə qaldırdığınız məsələni həll etdik”.

    Deputat həmçinin qeyd edib ki, son illər Bakıda mühüm beynəlxalq tədbirlər keçirilir. Onlardan biri də humanitar forumdur: “Mən bütün ömrümü bu sahəyə həsr etmişəm. Özümü Azərbaycanın humanitar sahəsinə təsir edən insanlardan hesab edirəm. Amma belə adamlardan birini də tədbirdə görmürəm. Milli Məclisin deputatlarının müəyyən hissəsi ora dəvət edilir, amma humanitar sahə ilə işləyənlər yox. Məncə, burada ölçü-biçi olmalıdır. Mən bunu mədəniyyət tədbirləri ilə bağlı deyə bilərəm. Yubileylər və tədbirlər təşkil edilir, amma bu sahəni bilən deputatlar orada olmur. Mən deputatam amma bura gələn şəxsi qəbul etmək, içəri buraxmaq üçün komitə sədrindən icazə almalıyam. Mən yanıma gələn adamı özüm qəbul etməliyəm. Bütün xarici ölkələrdə deputatın qəbul otağı var. Deputatın hüququ olmalıdır ki, yanına gələn şəxsi özü qəbul etsin”.

    O daha sonra deyib ki, fikirlərinin süngü ilə qarşılanmayacağını düşünür.

    Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, əhali üçün ən əlçatan Milli Məclis və deputatlardır: “Diqqətlə fikir verəndə bunu görmək olur. Həm də deputat hörmətini özünü qazanır. Amma bəzən biz özümüz-özümüzə diqqət vermədən lazımsız ifadələr işlədir və hörmətdən salırıq. Fikrimcə, özümüz bir-birimizin hörmətini qaldırmalıyıq. Çox danışmaq istəmirəm, yəqin ki, məni çoxları başa düşdü. Vaxtilə 4 deputat bir hökumət telefonu ilə işləyirdi. İndi vəziyyət tam fərqlidir. Biz özümüzü yazıq səviyyəsinə çatdırırıq. Olmaz belə”.

  • Namusunuz olsun, dayanın!

    Son vaxtlar “namus cinayətləri” haqqında oxumaqdan da, eşitməkdən də yorulmuşam. Bu “söz birləşməsi”ndən istifadə olunmaması xahişi ilə KİV rəhbərlərinə rəsmi müraciətlər də göndərmişəm. Hətta sevdiyim jurnalist dostumdan bu mövzuda yazı yazmasını da xahiş etmişəm. Lakin redaktorların və jurnalist dostumun nəinki reaksiyasını gördüm, üstəlik həmin KİV-lərdə qızını, qohumunu, anasını zorlayanlar haqqında həqiqətə uyğun olub-olmadığını bilmədiyim, əslində bu cür hadisələrin adiləşməsinə xidmət edən yazıların artmasının şahidi oldum. Odur ki, məni narahat edən “namus üstə qətl” məsələlərinə münasibət bildirməməyi artıq özüm üçün dözülməz hesab edirəm. Hər xalqın, regionun, kəndin, tayfanın, bəzi hallarda isə ailələrin çox ciddi önəm verdiyi dəyərlər mövcuddur. Bu dəyərlər zaman-zaman dəyişməkdə davam edir. Hazırda mətbuatda ən çox hallanan dəyərlərdən biri “namus”la bağlıdır. Azərbaycan mətbuatı heç bir əsas olmadan namus ifadəsini daha çox qadınlarla bağlayır və bir qayda olaraq qadınlar əleyhinə törədilmiş cinayətlərə bəraət qazandırmaq üçün ondan vasitə kimi istifadə olunur. Mətbuatda hər gün rastlaşdığımız namus üstə ərin arvadını, qardaşın bacısını, kişinın 20 il əvvəl boşadığı keçmiş arvadını, oğulun anasını öldürməsi kimi xəbərlər adiləşdikcə insanlar daha da etinasız olur. Baş vermiş cinayətlərin bu cür təqdim olunması “oğru aləmi”nin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Baxmayaraq bəzi hallarda hakimlər də bu vəziyyətdən istifadə edərək belə qatillərə daha yüngül cəzanın təyin olunmasına cəhd edirlər. Namus Azərbaycanda ən çox işlənilən ifadə olsa da, qanunvericilik dəqiq anlayışını müəyyən etməyib. Lakin tarixən Azərbaycanda namus daha çox qadınlara şamil olunub. Sanki bu ifadənin kişilərə heç bir aidiyyatı yoxmuş kimi. Uzun illər öncə Ə. Ağaoğlu namusun ancaq qadınlara şamil olunmasını qətiyyətlə pisləyirdi. O, cəmiyyətdə qeyri-rəsmi nikah mübahisələrini təhlil edərkən müqəddəs hesab edilən namus anlayışının sadəcə qadına aid etməklə əxlaq qaydalarında nə qədər aşağı olmamızı xatırladır və buna təəssüflənirdi. Hər gün mətbuatdan oxuduğumuz məlumatlar ötən illər ərizndə vəziyyətin heç də dəyişmədiyini göstərir. Mətbuat işçiləri namusu daha çox qadında, həm də qadın bədəninin bəlli nöqtələrində axtarırlar. Sanki namus və əxlaq sözünün Azərbaycan kişisinə heç bir aidiyyəti yoxdur. O da faktdır ki, Azərbaycan kişisinin namussuz, əxlaqsız olması nədənsə ona heç vaxt qadınlar kimi ölüm və ya zorakılıq gətirmir. İllər öncə Ə. Ağaoğlu bunu daha mükəmməl ifadə edirdi: “Əxlaqı təkcə cinsi münasibətlərlə məhdudlaşdıranlar insanı yalnız qurşağa kimi təsəvvür edənlərdir . Halbuki beldən yuxarı qəlb və ruha aid olan əxlaq sahələrində vəziyyət daha acınacaqlıdır”. Bu günümüzü əks etdirən cox gözəl bir ifadə formasıdır. 2012-ci ilin rəsmi məlumatına görə, Azərbaycanda 5 478 qadın zorakılıq qurbanı olub. Birmənalı olaraq onların əksəriyyətini “namus cinayətlərinin qurbanları” adlandıra bilərik. Əslində cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutulmayan namus və ya əxlaqi dəyərlərin qorunması mümkün deyil. Haqlı olaraq Ə. Ağaoğlu qeyd edirdi ki, dünyanın heç bir yerində bizim mühitdə olduğu qədər namusdan danışıldığı halda bizim qədər namusa etinasız yanaşılmır. Yaltaqlıq, oğurluq, vətənə xəyanət, hakimiyyətin mənimsənilməsi, övladların istismar olunması, başqasının əmlakını talama, övladını hərbi xidmətdən yayındırma, qızlarını məcburi ərə vermə, başqasının qanunla qorunan şəxsi həyatına müdaxilə də namussuzluq kimi qiymətləndirilməlidir. Namus pula satılmamaq, yaltaqlıq etməmək, başqasının malını, mülkünü mənimsəməmək, zəhmətinə xor baxmamaq, həqiqəti ört-basdır etməmək, insanları şər, böhtan və yalanın qurbanına çevirməməkdir. Namus ifadəsindən istifadə edib namus cinayətləri ilə alver edənlərə səslənirəm. Dayanın! Namusunuz olsun! Oxucu toplamaq xatirinə “namus cinayətləri” deyib namusla alver etməyin!

  • “Deputatların əmək haqlarının artırılmasını tələb etməmişəm” – MÜSAHİBƏ

    Sabir Rüstəmxanlı: “Ömrümün əhəmiyyətli hissəsini qısa və cari siyasətlərə həsr elədim”
    Ötən gün Milli Məclis üzvlərinin əmək haqları artırıldı. Ölkədə yüksək maaş alanlar zümrəsinə daxil olan millət vəkilləri bundan sonra 210 manat çox əmək haqqı alacaqlar.
    Milli Məclisin son sessiyasında qiymət artımını tənqid edən VHP sədri, xalq şairi, deputat Sabir Rüstəmxanlı millət vəkillərinin rayona gedib-gəlməsində problemlərin olduğunu deyərək, yanacağın qiymətinin artırılmasının onlara əlavə problem yaradacağını bəyan etmişdi. 
    İki gün əvvəl isə bəlli olub ki, Sabir Rüstəmxanlının müəllifi olduğu “Göy tanrı” romanı alman, “Ömür kitabı” əsəri isə ingilis dilinə tərcümə edilib. Bütün bu məsələləri müzakirə etmək məqsədilə dünən xalq şairi ilə görüşdük və bizi maraqlandıran suallara cavab almağa çalışdıq. 
    – Sabir bəy, müəllifi olduğunuz kitab Almaniyada nəşr edilib. Bu kimlərinsə şəxsi təşəbbüsü hesabına edilib, yoxsa özünüzün gördüyü işin nəticəsidir?
    – Mənim kitabım ilk dəfə deyil ki, xaricdə nəşr edilir. İyirmiyə yaxın kitabım Azərbaycanda çap olunubsa, bundan da artığı xaricdə nəşr olunub. Təxminən iyirmi beş kitabım ölkədən kənarda çap edilib. Məsələn, mənim İranda üç kitabım yayımlanıb. Təbii ki, kitabımın fars dilində çap edilməsinə imkan vermirlər, odur ki, kitablarım Azərbaycan dilində nəşr edilib. Həm də bu kitablar leqal şəkildə yoxdur. Sadəcə olaraq məni tanıyanlar, mövqeyimi bilənlər və kitablarımı sevən dostlarımız bunu yayımlayırlar. Bu olduqca müsbət haldır. 
    Türkiyədə səkkizə yaxın kitabım nəşr edilib. Təkcə “Göy tanrı” əsəri üç dəfə təkrar yayımlanıb. Bu qardaş ölkə ilə bərabər Rusiyada da kitablarım çap edilib. Həmçinin “Göy tanrı” Özbəkistanda özbək dilində nəşr edilib. Yəni kitablarımın xarici ölkələrdə müxtəlif dillərdə tərcümə edilməsi təcrübəsi var. Sonuncu dəfə isə “Göy tanrı” əsəri Almaniyada alman, “Ömür kitabı” isə Böyük Britaniyada ingiliscə nəşr edilib. Təbii ki, heç kim təşəbbüsü üzərinə götürərək müəllifin kitabını çap etdirmir. Əlbəttə, təşəbbüskarlar, məni tanıyan dostlarım, habelə bu kitablarla maraqlanan insanlar var. Məsələn, mənə Çindən məktub gəlib və xahiş edilib ki, “Göy tanrı” romanını uyğur dilinə tərcümə edib nəşr olunmasına icazə verim. Bu müraciətdən sonra gedib onlarla görüşdüm, tərcüməçilərlə maraqlandım. Məlum oldu ki, romanın türkcəsi onların əlinə keçib və buna baxandan sonra tərcüməyə başlayıblar. Bir sözlə, bu mənim şəxsi təşəbbüsüm deyildi və əlim də oralara çatmır. Amma mənim dostlarım, tanışlarım var. Eləcə də ədəbiyyatımızın təbliğində və tanınmasında maraqlı olan insanlar var. Fikrimcə, əslində ilk addımlar elə bu cür atılır. Sonradan təbii ki, nəşriyyatlar da bunu çap etməkdə maraqlı olacaqlar. Amma siz elektron kataloqlara girsəniz görəcəksiniz ki, bu kitablar nə qədər yayılıb. Önəmlisi kitabın nəşri və başqa dillərdə yayılmasıdır. 
    – Kitab çapı həmçinin biznes hesab edilir. Siz ən çox oxunan müəlliflərdənsiniz. Kitab çapından gəlir əldə edə bilirsinizmi?
    – Çox təəssüflər olsun ki, son 20-25-ildə Azərbaycanda kitab gəlir gətirən sahə deyil. Əksinə, müəlliflərin özü kitabı çap etdirir. Amma çox oxunan kitablar da var. Maraqlı olduğu üçün sizə deyim ki, şəxsən mən Azərbaycanda bir çox kitablarımın nəşr edilməsinə pul vermirəm. Nəşriyyat özü mənim kitabımı çap edir və deyir ki, sizə bu sayda kitab verəcəyik, yerdə qalanını isə özümüz satıb pulunu çıxaracağıq. Dövlətin bu istiqamətdə siyasəti olmalıdır. Ədəbiyyatın müəyyən hissəsinə qonorar verilməlidir. Kitabların nəşri və yayılması naminə bunlar edilməlidir. İndi bizdə reallıq belədir ki, həm latın qrafikasına keçidlə bağlı, həm də ictimai formasiyanın dəyişməsi səbəbindən kitaba maraq azalıb. Təəssüflər olsun ki, Türkiyəyə kənardan daxil olan bizim kimi müəlliflərin kitabı da gəlir gətirmir. Ola bilsin ki, nəşriyyata müəyyən gəlir daxil olur, amma müəlliflərə gəlir vermir. Ancaq Rusiya və Almaniya kimi nəhəng ölkələrdə müəllif tanınandan və oxucu çevrəsi qazanandan sonra kitablar böyük tirajla çap edilir. Bu zaman da kitab böyük gəlir gətirə bilir. Ancaq bu bizim üçün hələ də arzu olaraq qalır. 
    – Siz elan etmisiniz ki, yenidən Milli Məclisə seçkilər zaman namizədliyinizi irəli sürməyəcəksiniz. Bu sizin fikrinizdir, yoxsa təhrif edilib?
    – Yox. Mənim fikrimdir. Hələ bu barədə düşünmürəm. Ola bilsin ki, heç namizədliyimi irəli sürməyəcəyəm. 
    – Siz partiya sədri, siyasətçisiniz. Milli Məclis də siyasi meydan hesab edilir. Partiya sədri nədən siyasi meydanda olmasın?
    – Partiya ancaq sədrdən ibarət ola bilməz. Partiyalarda sədrlə yanaşı kifayət qədər şəxs var ki, deputat olmağa layiqdir. Başqa sözlə, mən olmaram, başqası olar. Fikrimcə, burada faciə yoxdur.
    – Bu sizin qəti fikriniz deyil?
    – Nəzərə almaq lazımdır ki, hələ qarşıda bir xeyli vaxt var. İkincisi də, partiyanın maraqları, ümumi ictimai-siyasi vəziyyət, situasiyanın diktəsi və s. amillər mövcuddur. Şübhəsiz ki, seçki zamanına qədər bütün bunlar saf-çürük ediləcək. 
    İkincisi, hesab edirəm ki, biz ömrümüzün və vaxtımızın kifayət qədərini siyasi proseslərə təhvil verdik. Amma ədəbiyyat bizim əsas işimizdir. Vaxtilə kitaba, müəllifə, fikirlərə ciddi hörmət var idi. Təsəvvür edin ki, bir zamanlar meydanda insanlar əllərində kitabla gəzirdilər. Bu kitabların müəllifi də meydanlarda idi. Həmin dövrdə ortada siyasətçilər də yox idi və insanlar da məhz bu kitabların müəlliflərinə, ziyalılara inanırdılar. İndi isə Azərbaycanda vəziyyət dəyişib. Ən azı mən həmin ruhu öz kitabımda qorumağa çalışıram və imkanım daxilində bundan sonra da kitablarım yazılacaq. Bir var gündəlik cari siyasət, birdə var ədəbiyyatın əbədi siyasəti. Mən ömrümün əhəmiyyətli hissəsini qısa və cari siyasətlərə həsr elədim. Amma mənim üçün məqsəd və niyyət gündəlik siyasətdən daha böyükdür. 
    – Milli Məclisin son sessiyasında siz bir sıra məsələləri, o cümlədən son qiymət artımı haqda problemləri qaldırmışdınız. İki gün əvvəl isə Milli Məclisin deputatlarının əmək haqqı 210 manat qaldırıldı. Bunu necə qiymətləndirirsiniz?
    –  Açığını deyim ki, Milli Məclisdə nə mən, nə də digər millət vəkilləri demədi ki, deputatların maaşı artırılsın, buna ciddi ehtiyac var və s. Şəxsən mən dedim ki, Milli Məclisin deputatı ölkədə ən yüksək maaş alan zümrəyə daxildir. Amma yanacağın qiyməti artandan sonra deputatların rayona gedib gəlməsi çətinlik doğuracaqsa, görün, sıravi vətəndaş hansı vəziyyətdə qalacaq. Şübhəsiz ki, qiymət artımı istər-istəməz bütün sahələrə təsir göstərəcək. Kommunal xərclər, yol haqqı artır, bazar bahalaşır. Bu bahalaşma əhalinin bütün zümrəsinə təsir edib. Deputatların maaşının artırılması ilə iş düzəlmir. Sözümün mənası odur ki, mən çıxışımda problemə toxunmuşam, daha deməmişəm ki, deputatların əmək haqqı artırılmalıdır. 
    – Millət vəkillərinin əmək haqlarının artırılması sizcə, cəmiyyətdə necə qarşılanacaq?
    – Təbii ki, əhali bunu müsbət qarşılamayacaq. Əslində sizə deyim ki, aradan keçən son illərdə xırda faizlərlə olsa da, əhalinin əmək haqlarında artım baş verib. Son bir ildə isə mən bildiyim qədər bir çox sahələrdə maaşlar 10 faiz civarında artıb. Əlbəttə, maaş artımı yanacağın qiymətlərinin bahalaşması müqabilində çox cüzidir. Ancaq bütün hallarda əhalinin əmək haqlarında artım olub. Deputatlar isə 5 il öncə hansı səviyyədə maaş alırdısa, indi də həmin səviyyədə alırdılar. Biz bunu başqa ölkələrin parlament üzvlərinin əmək haqları ilə müqayisə edəndə çətin olur. Ən azından bu müqayisədə aldığımız maaşın miqdarını deyə bilmir, bəzən utandığımızdan bu rəqəmi gizlədirik. Çünki onların əmək haqlarının məbləğini bildikdən sonra bu haqda danışmağa çətinlik çəkirik. Odur ki, Milli Məclisin deputatlarının əmək haqlarının artırılması haqda qərarı qeyri-adi qarşılamağı da doğru hesab etmirəm. İstərdim ki, ölkədə təqaüdçülərimizin və az miqdarda əmək haqları alanların, sosial müdafiəyə ehtiyacı olan təbəqənin əmək haqqı yüksək olsun. Bu həm də bizə imkan verər ki, daha rahat danışaq. 
    – İqtisadçılar yanvardan sonra yeni qiymət artımı haqda anons verirlər. Siz yeni qiymət artımı gözləyirsinizmi?
    – Tarif Şurası məsələyə kompleks yanaşmalıdır. Qiymət artımı baş verəndə bir çox həmkarlarımız və eləcə də digər şəxslər odlu-alovlu çıxış edərək xarici ölkələrdə yanacağın qiymətinin bizdən 2-3 dəfə baha olduğunu qeyd edirdilər. Amma nəzərə almırdılar ki, həmin ölkələrdə əmək haqqı bizimlə müqayisədə bir neçə dəfə artıqdır. Qiymət artımına əmək haqqının artımı konteksində baxılmalı, bu proses bərabər aparılmalıdır. Yəni əmək haqqı artmadan qiymət artımına getmək olmaz. Çünki bu əhalinin kasıblaşmasına gətirib çıxarardı. 
    İkincisi, burada nəzərə alınmayan bir məqam var. Son zamanlar ekologiya məsələsi qaldırılır, həmçinin deyilir ki, Azərbaycan benzini yararsızdır, yeni standartlara keçilməlidir. Yəni keyfiyyət məsələsində müəyyən narahatlıq ifadə edilir. İndi qiymətini artırdığımız yanacaq ola bilsin ki, xaricdə bizdən iki dəfə bahadır, amma həm də iki dəfə keyfiyyətlidir. Yəni Avropada baha qiymətə benzin alsan da, onunla daha çox yol getmək olur. Burada ikitərəfli məqam ortaya çıxır. Başqa sözlə, aşağı keyfiyyətli benzinin baha qiymətə satılması insanlara daha çox ziyan vurur.
    – Nəqliyyatda və metroda qiymət artımı baş verə bilərmi?
    – Sizə deyim ki, iqtisadiyyata kompleks baxıldığı kimi qiymət artımına da bu cür yanaşmaq lazımdır. Çünki bunların hamısı bir-biri ilə bağlı məsələlərdir. Dövlət müdaxilə etməsin və qiymətlərdə artırılmasın. Ancaq ictimai nəqliyyat vasitəsi rayondan Bakıya gəlirsə və bu zaman yanacağa daha çox pul verəcəksə, təbii ki, bu pulu sərnişinlərdən çıxarmağa çalışacaq və bunun üçün müxtəlif yollar axtaracaq. Bu isə istər-istəməz bütün sahələrə təsir göstərəcək. Çalışmalıyıq ki, qiymət artımı sosial təminatı zəif olan təbəqəni bir qədər də pis duruma salmasın. Bunun üçün hesab edirəm ki, müəyyən tədbirlər həyata keçirilməlidir.
  • Bizim Sabir

    Kamil Vəli Nərimanoğlu

    (Dostum Sabir Rüstəmxanlı haqqında söz)

    Beyvəfadan, müxənnəsdən, nakəsdən
    Nə söz qaldı sənətkara dəyməmiş?!

    Aşıq Ələsgər
    **** 
    Ürək sözlərimi qələmə aldığım bu yazıda nə “Rüstəmxanlı” sözünü, nə “müəllim” kəlməsini, nə də “Xalq şairi”, “millət vəkili” təyinlərini işlətməməyə çalışacağam.
    Sabir Bəyin siyasi fəaliyyətindən də çox danışmamağa söz verirəm. Çünki siyasət bizi ayıran, ədəbiyyat isə birləşdirən tərəfdir. İrəlidə çox zaman görmədiyim üçün mən özümü birləşdirən tərəfə aid edirəm. Dünyanın elə tərəfləri var ki, biz Sabirlə bir yerdə olmamışıq.
    Birləşmək, ayrılmaq, yenidən birləşməkdən də söz getmir. Dünyanın elə tərəfləri də var ki, biz Sabirlə bir olmuşuq. Desəm ki, Sabir bizim öncümüz olub, bu sözün səmimiyyətinə inanın.
    Mən 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olanda Sabir III kursda oxuyurdu. III kursun simvolu Sabir idi. Necə ki, II kursun simvolu Ramiz Rövşən idi. IV kursun simvolu Azər Abdulla, V kursun simvolu İsmayıl Məmmədov.
    Biz daxil olan ildə universiteti bitirənlərin simvolu isə rəhmətlik Aydın Məmmədov idi.
    Simvol, yəni “mən Sabirin kursunda oxumuşam” deyəndə ağıla gələn ilk adam Gülxanım Vəliyeva da, Qara Tağızadə də, Nəzakət Qafqazlı da, nə bilim kimlər də ola bilər. Ancaq o kursda simvol adam Sabir idi.
    Bu bəlirgənlik yalnız şöhrətlə bağlı deyil. Burada şöhrət də var, mehribanlıq da, xarizma da…

    Əgər mənim oxuduğum bu 5 ilə gedib- gələnləri də daxil etsək, o dövrün ən məşhur tələbəsi şübhəsiz ki, Sabir idi.
    Sabirin o gözəl və əzab- əziyyət dolu tələbəlik illərində komsomol iclasındakı “nitqini” heç unuda bilmirəm. Kənddən gəldiyi elə ilk baxışda sezilən bu arıq, kəskin baxışlı və hamımıza qarşı ciddi olan bu oğlan gənc kommunist əxlaqına yaraşmayan və yaşlı kommunist əxlaqının daşıyıcılarını da heyrətdə qoyan bu “nitqi” ilə “komsomol təşkilatı” adlı məşhur təşkilatın daşını daş üstə qoymadı. Dekan üzünü yana çevirdi, partiya təşkilatı katibi yavaşca salonu tərk etdi, müəllimlər pıçhapıça başladı. Sabirsə “Bu nə universitetdir, bu nə yataqxanadır, bu nə artistlikdir”, deyib qızışdıqca salon da qızışır, hərəsi bir dərədən, bir obadan gələn tələbələr “mən Sabirin oxuduğu universitetin tələbəsiyəm” qürurunu yaşayırdı.
  • Azərbaycanda Milli Dirçəliş Günüdür

    17 noyabr Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı hesab olunur 

     

    25 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin “olum, ya ölüm” savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü.
    Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır.
    Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı – 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.
    Bayramınız mübarək!!!
  • Vatanparvarlik tuyg‘usi insonni buyuk ishlarga, mo‘jizalar yaratishga undaydi

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının Özbəkistanın “Ozbekiston ovozi” qəzetinə müsahibəsi.

    Vatanparvarlik tuyg‘usi insonni buyuk ishlarga, mo‘jizalar yaratishga undaydi

    deydi Azerbayjan xalq yozuvchisi, Azerbayjan Milliy Majlisi deputati Sobir Rustamxonli

    — Men O‘zbekistonga ilk bor 1985 yilda jurnalist sifatida kelgandim. U paytlarda Azerbayjanning «Adabiyot va san’at» gazetasida ishlar edim, — deydi u. — Safardan ko‘z­langan maqsad Samarqandni ko‘rish edi. O‘shanda mo‘‘jizalar shahri Samarqand haqida maqola yozganman. Keyinchalik «Umr kitobi» nomli asarimda ham Samarqand xotiralarini yodga olgandim. Ayniqsa, Af­ro­siyob, Ulug‘bek observato­riya­si, Shohi Zinda, Go‘ri Amir maqbarasi va albatta, Registon maydoni menda chuqur taassurot qoldirgandi. O‘sha paytda Samarqandni o‘rganish uchun turli mamlakatlardan olimlar kelgan ekan. Men ular bilan ham suhbatlashib kitobimga kiritganman. O‘z­bekistonga bo‘lgan ilk tashrifim xotiramdan hech qachon o‘chmaydi.

    2004 yilda ikkinchi marta Toshkentga parlament saylovlari paytida kuzatuvchi sifatida kelganman. Poytaxtdan tashqari Namangan va Andijonga ham borgan edik. Bundan tashqari, mening iltimosim bilan Buxoro va Xiva shaharlarini ham ziyorat qildik. Samarqand, Buxoro va Xiva nafaqat O‘zbekistonning, balki butun dunyoning marvaridi hisoblanadigan tarixiy shaharlardir.

    O‘zbekistonlik yaqin do‘stlarim mening «Ko‘k tangri» kitobimni o‘zbek tiliga tarjima qilishdi va uning taqdimotida qatnashish uchun yana keldim. Taqdimot marosimida o‘zbekistonlik ko‘plab adabiyot darg‘alarining ishtirok etgani ko‘nglimni ko‘tardi. Ushbu tadbirda Azerbayjanning klassik shoiri Fuzuliyning g‘azallar to‘plami ham taq­dim etildi. O‘ylaymanki, O‘z­bekistonda Fuzuliyni Azerbayjandagidan kam sevishmaydi. Navoiyga qanday ehtirom ko‘rsatishsa Fuzuliyni ham shunday e’zozlashadi.

    — Yuqorida yurtimizning qadimiy shaharlarida bo‘lganingiz haqida gapirdingiz. Poytaxtimiz Toshkent to‘g‘risida qanday fikrdasiz?

    — Men bu safargi tashrifimda Toshkentda qanchalik keng ko‘lamda ishlar olib borilayotganining guvohi bo‘l­dim. Yo‘llar keng va ravon, shaharning tarixiy qismlari, ko‘ngilochar bog‘lar saqlanib qolgan.

    Yana bir narsani alohida ta’kidlashni istardim, o‘zbek xalqi o‘zining tarixiga hurmat bilan qaraydi. Sovet tuzumi davrida tazyiq o‘tkazish evaziga sizlarning tarixingiz soxtalashtirilgan. O‘sha davrda chop etilgan ensiklopediya­ga Amir Temur nomi kiritilmagandi. Bu esa tarixga nisbatan juda katta nohaqlik edi. Bugun shahar markazida buyuk sarkarda Amir Temurning haykali savlat to‘kib turibdi. Bu galgi kelishimda Nizomiy nomidagi pedagogika universitetiga ham bordim. Uning oldida buyuk azer shoiri Nizomiy Ganjaviyning ajoyib hay­kali ishlangan ekan. Men bundan nafaqat ich-ichimdan xursand bo‘ldim, balki shunday shoirning vatandoshi ekanimdan g‘ururlandim. O‘z navbatida bu ehtirom uchun o‘zbek xalqiga, O‘zbekiston hu­kumatiga tashakkur izhor qi­laman.

    Bundan tashqari, O‘zbekiston tarixi davlat muzeyiga ham bordim. Bu dargoh yurtingizning buyuk tarixini o‘zida mujassam eta olgani bilan aha­miyatli deb o‘ylayman. U yerdagi bir-biridan noyob eksponatlarni maroq bilan tomosha qildim. Kunning ikkinchi yarmida esa do‘stlarim meni «Qatag‘on qurbonlari xotirasi» muzeyiga olib borishdi. Juda ham go‘zal majmua yaratilibdi. Yana bir narsani alohida ta’kidlashni istardim, ushbu majmuani kuzatish jarayonida qadimiy o‘zbek me’morchiligining zamonaviy texnologiyalar asosida takomillashgan ko‘rinishiga guvoh bo‘ldim. Yog‘och o‘ymakorligining mahsuli bo‘lmish ustunlarga qaragan kishi hayratlanadi. Ichkarida esa mustabid tuzum qurbonlari aks etgan suratlar bor. U davrlar juda og‘ir bo‘lgan. Buni nafaqat o‘zbek xalqi, balki azerbayjan xal­qi ham boshidan o‘tkazgan.

    Bundan tashqari, Ikkinchi jahon urushi ham bizning qalbimizda bitmas yaralarni qol­dirgan. O‘shanda qanchadan-qan­cha kavkaz xalqlari O‘zbekiston­ga yoppasiga ko‘chirilgan. Mehmondo‘st o‘zbek xalqi ularni quchoq ochib kutib olgan.

    Sobiq ittifoq mafkurasining eng razil tomoni xalqni o‘z o‘tmishidan uzoqlashtirish bo‘lgan. Ya’ni ularga manqurtlar kerak edi. O‘zining mustaqil fikri yo‘q, kitob o‘qimagan, hayot haqida tasavvurga ega bo‘lmagan odamlarni istalgan tomonga boshqarish mum­kin. Ular aynan o‘sha qabih yo‘l­dan foydalanishgan.

    Mustaqillik maydonini aylanishni ham yoddan chiqarmadim, albatta. Markazga o‘rnatilgan Mustaqillik va ezgulik monumentining bir qismi bo‘lgan ona va bola haykali go‘zal ishlangan. Ushbu maydon O‘zbekiston mustaqilligining ramzi. Aynan siz yoshlar mustaqillikning abadiyligini ta’minlashingiz kerak. Bilasizmi, maydonda menga eng ma’qul kelgan joy qayer bo‘l­di? Xotira maydoni. Bu maydonda Ikkinchi jahon urushi qurbonlarining ismi yozilgan ramziy kitoblar bor ekan. Bunday katta ko‘lamdagi ishni amalga oshirish ota-bobolarga ko‘rsatilgan juda katta hurmat belgisi. Motamsaro ona haykali juda ham ta’sirchan ishlangan.

    Men Toshkentni aylangan paytimda ko‘plab kitob do‘konlariga kirdim, tarixiy obidalarni aylandim. Va O‘zbekistonda ma’naviyat masalalariga alohida e’tibor qaratilayotganiga amin bo‘ldim. Maktab darsliklarini ham kuzatdim. 5-6 sinfdan boshlab ma’naviyatga oid darslar o‘tilar ekan. Bu juda ham to‘g‘ri qaror. Chunki o‘sib kelayotgan avlodlar o‘zlarining buyuk ma’naviy qadriyatlaridan xabardor ulg‘ayishlari kerak, ajdodlariga munosib bo‘lib voyaga yetishlari zarur. Ota-bobolaringiz ularni eng mukammal holatda sizga yetkazganlar. Sizlar ham o‘z navbatida avlodlarga qoldirishingiz kerak.

    Eng asosiy jihatni ham ­aytib o‘tay. Men Prezident Islom Karimovning «Yuksak ma’naviyat yengilmas kuch» asarini azer tilida o‘qib chiqdim. Bu kitobni men ma’naviyatga kirishning kaliti deb hisoblayman. Yoki masalaga boshqacharoq yondashadigan bo‘l­sak ma’naviyat masalalari Islom Karimovning ana shu kitobidan boshlanadi. U ma’naviyatga bag‘ishlangan eng mukammal asar.

    Men Toshkentga ko‘p marta kelganimni yuqorida aytdim. Lekin har safar yangi taas­surotlar og‘ushiga tushib qolaman. Odamlar ochiqko‘ngil, mehmondo‘st. Toshkent ozoda shahar. Eng asosiysi tinchlik hukmron. Odamlar bir-biri bilan o‘zaro hurmatga qat’iy rioya qilgan holda muomalada bo‘lishadi. Xalqingizni ma’naviyati yuksak ekani ham yaqqol ko‘rinib turibdi.

    — Siz yozuvchi bo‘lish bilan birga Azerbayjan Milliy Majlisining deputati hamsiz. Siyosatchi sifatida O‘zbekiston va Azerbayjanning aloqalarini qanday baholaysiz?

    — Bir gal O‘zbekiston Prezidenti Azerbayjanga tash­rifi sharafiga uyushtiril­gan marosimda men ham qatnashganman. O‘shanda Prezidentingizning azerbayjan ­xalqi sha’niga aytgan samimiy gaplari bir umrga yodimda saq­lanib qolgan. Shuningdek, Bokuda Navoiy hayka­lining ­ochilish marosimida Islom Karimovning chiqishi juda ham ta’sirli bo‘lgan edi. O‘shanda biz bu inson azerbayjan xal­qini qanchalik sevishini, hurmat qilishini his qilgandik.

    Shuningdek, Azerbayjanda O‘zbekiston bilan turli sohalarda o‘rnatilgan o‘zaro aloqalar yuksak qadrlanadi. Jahon va mintaqada tinchlik hamda barqarorlikni ta’minlash masalalarida ham ikki davlat rahbarlarining fikri ko‘pincha bir joydan chiqqan.

    — O‘zbek adabiyotining hozirgi davr vakillaridan kimlarni taniysiz?

    — Ikki qardosh mamlakatning bu sohadagi aloqalari ko‘p asrlik tarixga ega. Bu ezgu an’ana hamon saqlanib kelayapti. Azerbayjanga borishgan paytlarida Normurod Nar­zullayev, Abdulla Oripovlar bilan tanishib, uzoq suhbat qur­ganmiz. Ulardan tashqari Ibrohim Yusupov va Zulfiyaxonim hurmatga loyiq ijodkorlar edi.

    Azerbayjanda kitoblari azer tiliga tarjima qilingan o‘zbek adabiyoti namoyandalarini yaxshi bilishadi. Jumladan, Oybek, Mirtemir, Abdulla Qahhor, Abdulla Qodiriy, Hamid Olimjon, Maqsud Shayxzodalarni tilga olishim mumkin. Maqsud Shayx­zoda Azerbayjanda tug‘ilgan bo‘lsa ham umrining asosiy qismini O‘zbekistonda o‘tkazdi va o‘zbek xalqining eng sevimli shoirlaridan biriga aylandi. Biz bu bilan faxrlanamiz.

    Yaqinda buyuk sarkarda, davlat arbobi Amir Temurning «Temur tuzuklari» kitobi azer­bayjan tiliga tarjima qi­linib, nashr etildi. Bokuda Mirzo Ulug‘bek ko‘chasi bor. Albatta, Alisher Navoiy haykali­ni ham alohida aytish kerak.

    Bizni xursand qiladigan bir jihat borki, O‘zbekistonda chop etiladigan «Jahon adabiyoti» jurnalida azerbayjanlik ko‘plab shoir va yozuvchilarning ijod namunalari e’lon qilinadi. O‘z nav­batida O‘zbekistondagi do‘st­larimiz bizga uni yetkazadilar.

    Sobiq ittifoq davrida turmush tashvishlari bilan o‘ralashib qolgan odamlar kitob­dan, tarixdan, ma’naviyatdan, ma’rifatdan uzoqlashdilar. Hozir o‘sib kelayotgan yosh avlod esa kitob o‘qishga qaytayotgani meni quvontiryapti. Bu holatni O‘zbekistonda ham, Azerbayjanda ham kuzatishimiz mumkin.

    — O‘zbekiston xalqiga tilaklaringiz?

    — Qardosh xalqlar ko‘p. Lekin ular orasida o‘zbek va azerbayjan xalqlari kabi yaqin bo‘lgani kam topiladi. Istardimki, ikki davlat o‘rtasida aloqalar faqat mustahkamlansin, yangi darajalarga ko‘tarilsin, yuksalsin. O‘zbek yoshlari Amir Temurning, Ulug‘bekning avlodi ekanliklarini hech qachon unutishmasin. Ularga munosib bo‘lishga doimo intilishsin. Inson hayotda biror-bir narsaga erishishni istasa unda eng avvalo, vatanparvarlik tuyg‘usi kuchli bo‘lishi kerak. Ana shu tuyg‘u sizlarga doim hamroh bo‘lsin.

    «O‘zbekiston ovozi» muxbiri

    Temur A’ZAM suhbatlashdi

    http://www.uzbekistonovozi.uz/uz/articles/index.php?ELEMENT_ID=4487