Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Rafael Hüseynov Kolanı kəndində seçicilərlə görüşüb

    SONY DSC

    63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynovun Kolanı kənd sakinləri ilə avqustun 21-də keçirilən görüşü xalqımızın və yurdumuzun tarixində müstəsna əhəmiyyət daşıyan Qarabağ zəfərimiz, Kolanının bu qələbədəki imzası ilə bağlı düşüncələrdən başladı.

    Rafael Hüseynov bu görüşə şəhid məzarlarını ziyarətdən sonra gəldiyini bildirərək söylədi: “Son onillərin Azərbaycan məzarlıqlarını keçmiş qəbristanlıqlardan fərqləndirən, baxdıqca insanda həm qürur, həm də qəhər oyadan bir mühüm cəhət var.
    İndi Azərbaycan boyu əksər şəhər və kəndlərimizin məzarlıqlarında, o cümlədən Kolanıda da Azərbaycan bayrağı dalğalanmaqdadır.
    Bu bayraq və millət uğrunda şəhid düşmüş, Azərbaycana yaddaşlarda əbədi yaşayacaq rəşadət nümunəsi olan qələbə qazandırmış igidlərimizin qovuşduğu torpağımız indi hər zaman olduğundan daha nüqəddəsdir”.
    Kolanı kəndinin sosial-iqtisadi inkişafı ilə bağlı son illərdə görülmüş işlərdən bəhs edən Rafael Hüseynov bu istiqamətdə səylərin indən belə də ardıcıl olaraq davam etdiriləcəyini bildirdi.
    Kolanılı seçicilərin arzu və təkliflərini dinləyən, onların bir qisminin yazılı müraciıtlərini qəbul edən Rafael Hüseynov qaldırılan məsələlərlə bağlı müvafiq qurumlara müraciət edərək problemlərin həllinə mümkün köməklərini göstərəcəyini bildirdi.

  • Fəzail İbrahimli seçicilərlə görüşlərini davam etdirir

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Şərəfə kəndində seçicilərlə görüş keçirib. Seçicilər qarşısında çıxış edən F.İbrahimli son illər Azərbaycanın əldə etdiyi uğurlar, Zəfər savaşı ilə ərazi bütövlüyümüzün bərpası, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərindən və həm diplomatic, həm də iqtisadi sahədə yeni yüksəliş dövrü haqqında düşüncələrini bölüşüb. Səmimi şəraitdə keçən görüşdə Fəzail İbrahimli son 4 ildəki parlament fəaliyyəti və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edəcəyi, Masallının gələcəyi, daha da abadlaşdırılması yolunda səylərini artıracağını vurğulayıb. Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırıb, qaldırılan problemlərə münasibət bildirib.

     

  • VHP-çi Samir Əsədli Yardımlının Şəfəqli kəndində seçicilərlə görüşüb- FOTOLAR

    Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat mərhələsi çərçivəsində Yardımlının Şəfəqli kəndində seçicilərlə görüş keçirib. Yığıncağı açan VHP-nin səlahiyyətli nümayəndəsi Nəsimi Şərəfxanlı namizəd haqda məlumat verərək partiyanın fəaliyyətindən, seçki marafonundan və Milli Məclisdə VHP-nin deputat qrupunun işi barədə danışıb.
    Daha sonra deputatlığa namizəd Samir Əsədli çıxış edərək özünün seçki platforması haqda danışıb. Əslən Yardımlı rayonundan olduğundan buranın problemləri, yerli camaatı narahat edən məsələlər haqda məlumatlı olduğunu bildirən S.Əsədli mövcud çətinliklkərin həlli ilə bağlı fikirlərini səsləndirib. Deputatlığa namizəd VHP-nin parlament seçkiləri ilə bağlı mövqeyi, seçkiyə münasibıtindən danışıb. O, bildirib ki, VHP hər zaman milli birlik, vətəndaş həmrəyliyi ideologiyası ilə bağlı millətin, vətəndaşın yanında olub. Biz partiya olaraq milli mövqeyimizlə dövlətimizin xoş gələcəyi üçün çalışıb, bu yöndə mübarizəsini davam etdirib.
    Təıdbirin sonunda seçicilər namizdə suallar verib, qaldırılan məsələlər haqda müzakirə aparılıb.

  • Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

    Vətəndaş Həmrəyliyi Partiyasının 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimlinin Masallı rayonunun Xırmandalı kəndində seçicilərlə görüş keçirilib. Deputatlığa namizədin vəkilləri, kənd camatı, şəhid ailələri və qazilər iştirak etdiyi tədbirdə F.İbrahimli ötən parlament seçkilərindən bu yana ölkəmizin həyatında baş verən mühüm hadisələrə toxunmuş, Zəfər savaşı və beynəlxalq arenada diplomatik uğurlarımızdan danışıb. Səmimi şəraitdə keçən görüşdə Fəzail İbrahimli millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət, Masallının gələcəyi, daha da abadlaşdırılması yolunda səylərini artıracağını vurğulamışdır.

    Tədbirdə seçicilərdən Valeh Həsənov, Qulu Gözəlov, Şamil Abasov, Niftulla Əhmədov, Asif Cəfərov, Mürvət Abbasov, Hafis Qurbanov, İntiqam Əmənov, Əbirəli Yaqubov və başqaları çıxış edərək 1 sentyabr parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildiriblər. Görüşdə sakinlərin şikayətləri dinlənilib, təklif və problemlər qeydə alınıb və xatirə fotosu çəkilib.

  • Samir Əsədlidən Yardımlı seçicilərinə mesaj: “Hər zaman yanınızda olacam”

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 75 saylı Yardımlı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Çayüzü kəndində keçirib.

    Görüşü açıq elan edən VHP sədrinin müavinin Nəsimi Şərəfxanlı namizəd barəsində məlumat verib. O, əslən Yardımlıdan olan namizədin siyasi fəaliyyəti, gənclər hərakatında və ictimai-siyasi həyatda aktiv fəaliyyəti haqqında danışıb. Daha sonra seçicilər qarşısında çıxış edən Samir Əsədli VHP-nin siyasi fəaliyyətindən, 1 sentyabr parlament seçkilərində iştirakından danışaraq  Yardımlı rayonunun indiki sosial-iqtisadi durumu və deputat seçiləcəyi halda görəcəyi işlər haqda məlumat verib: “Mən Bakıda yaşasam da hər zaman Yardımlıya bağlı olmuşam, bu rayonun problemlərindən, insanların yaşayışından məlumatlıyam. Yardımlı təbii potensialı baxımdan ölkənin öncül rayonlarından biridir, amma bu potensialdan düzgün istifadə olunmadığından bu gün rayon datasiyada olan yeganə rayondur. Yardımlının tam şəkildə qazlaşdırılması, su probleminin həlli, iş yerlərinin açılması və ən başlıcası turizm sektorunun inkişafı ən vacib məsələlərdən biridir. Deputat seçiləcəyim halda bu problemlərin həllinin müvafiq dövlət qurumları qarşısında qaldıracağıma əmin olun. Bütün hallarda hər zaman sizinlə birgə, sizin yanınızda olacam!”.

    Çıxış edən şəhid atası Elşan Aslanov kəndin problemlərindən, müvafiq qurumların diqqətsizliyindən danışıb.

    Digər görüş iştirakçıları da fikirlərini bildirərək namizədlə müzakirə aparıblar. Sonda seçicilər 1 sentyabr seçkilərində Samir Əsədlini dəstəkləyəcəklərini bildiriblər.


  • Sığırlı sakinləri bütün səslərini Rafael Hüseynova vəd etdilər

    Milli Məclisə sentyabr ayının 1-də keçiriləcək növbədənkənar seçkilər ərəfəsində 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov növbəti görüşünü Kürdəmir rayonunun ən böyük və qədim kəndlərindən olan Sığırlıda keçirdi.
    Avqustun 17-də kənd camaatının ən müxtəlif təbəqələrini təmsil edən çoxsaylı gənclərin, ahılların, ağsaqqalların, ziyalıların toplandığı görüşdə hərarətlə qarşılanan Rafael Hüseynov əvvəlcə seçicilərlə Milli Məclisdə fəaliyyət göstərdiyi illər ərzində gördüyü işlər, Azərbaycanın yeni əsr içərisindəki böyük yüksəlişləri, ərazilərimizin düşmən tapdağından azad olunması və möhtəşəm zəfərimizlə yeni tariximizdə açılan büsbütün yeni səhifə haqqında düşüncələrini bölüşdü.
    Həm Birinci Qarabağ müharibəsində, həm 2016-cı ilin aprel döyüşlərində, həm də 44 günlük savaşda bütövlükdə 8 şəhid vermis Sığırlının qələbəmizdəki əvəzsiz payından söz açan Rafael Hüseynov vaxtilə vida məarsimlərində iştirak etdiyi həmin qəhrəmanlarımızın xatirəsinin həmişə anılacağını, onların qovuşduğu torpağımızın müqəddəsliyinin daha da artdığını, azad, inkişaflı, rifah içindəki günlərimizin varlığı naminə həyatlarını qurban vermis igidlərimizin xatirəsinin həmişə ehtiram və məhəbbətlə anılacağını bildirdi.
    Sığırlının həyatında son illərdə baş vermis müsbət dəyişikliklərdən yaxşı xəbərdar olduğunu söyləyən Rafael Hüseynov 10 il əvvəl inşa edilmiş və bütün müasir tələblərə cavab verən məktəb binasının, kəndin sürətli internətlə təmin olunmasının, enerji təminatı sahəsində ciddi irəliləyişlərə nail olunmasının və digər bu qəbil sevindirici irəliləyişlərin müqabilində hələ görülməli işlərin də az olmadığını söyləyərək bu istiqamətdə səlahiyyət və imkanları çərçivəsində həmişə səylər qoyacağını bildirdi.
    Kənd ziyalıları və Sığırlı ağsaqqalları çıxış edərək uşaqlıq illərindən bu yerlərlə bağlı olan Rafael Hüseynovun ictimai-siyasi, elmi və ədəbi-mədəni fəaliyyətlərini diqqətlə izlədiklərini, uğurları ilə iftixar etdiklərini, onu özlərinin tək namizədi saydıqlarını bildirmişlər.
    Kənd ictimaiyyətin nümayəndələri Sırılıdanın 7644 nəfər əhalisi, 5198 nəfər seçicisinin olduğunu qeyd edərək onların hamısının qarşıdakı seçkilərdə yekdilliklə Rafael Hüseynovu dəstəkləyəcəklərini vəd etmişlər.

  • Aysel Səfərli seçicilərlə görüşüb – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədi, VHP qadın qolunun rəhbəri, tanınmış şair Aysel Səfərli təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Məzahir Rüstəmov məhəlləsində keçirib.
    Yığıncağı VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli açaraq növbəti parlament seçkiləri, VHP-nin seçki plarforması, Milli Məclisdəki fəaliyyəti, partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolu və qarşısında duran işlər barədə məlumat verib.
    VHP-nin səlahiyyətli nümayəndəsi Gülnar Hüseynova millət vəkilliyinə namizəd barədə, onun həyat yolu, fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb.
    Daha sonra deputatlığa namizəd Aysel Səfərli seçki platforması, gələcəkdə görəcəyi işlər, Xətai rayonunun problemləri, seçiləcəyi təqdirdə ilk qarşısında duran işlərdən danışıb. Çıxışından sonra Aysel xanım seçicilərin suallarını cavablandırıb.
    Səmimi şəraitdə keçən görüşdə vətəndaşlar öz qayğıları, rayonun problemləri haqqında namizədə danışıblar.

  • VHP-nin təşkilat sədri ATƏT təmsilçiləri ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyası Gəncə şəhər təşkilatının sədri Orxan İslamzadə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidəçiləri Aleksandra Tein və Narve Rio ilə görüşüb.
    O.İslamzadə ATƏT DTİHB nümayəndələrinə VHP-nin seçki prosesində iştirakı, Gəncəbasar bölgəsində partiyanın namizədlərinin təşviqat kampaniyası haqda qonaqlara ətraflı məlumat verib. Qarşıdan gələn seçkilərdə də VHP-nin uğuruna əminliyini bildirən VHP Gəncə şəhər təşkilatının sədri vətəndaşların seçki fəallığı ilə bərabər yerli və xarici müşahidəçilərin fəaliyyətinin də seçki prosesində böyük rol oynadığını qeyd edib.

  • Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

    VHP-nin 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyasını davam etdirir.

    Növbəti görüş Yardımlı rayon Urağaran (Urakəran) kəndində keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsini yad etməklə başlayan görüşü VHP Ali Məclisinin üzvü Hacı Əliqismət Əlibəyli açaraq namizədin həyat yolu, fəaliyyəti barədə danışıb, VHP-nin siyasi-ideoloji proqramı haqda məlumat verib.
    Samir Əsədli çıxışında rayonun problemləri, əhalinin həyat şəraiti ilə bağlı çətinliklərdən söz açıb: “Dövlət proqramı çərçivəsində Yardımlıda böyük işlər görülə bilər. Rayonun problemləri çoxdur, xüsusi ilə iş yerlərinin olmaması gənclərin rayondan köçüb getməsinə səbəb olur. Biz həm də vətəndaş olaraq bölgəmizin, ölkəmizin gələcəyi üçün çalışmalıyıq. Seçilsək də, seçilməsək də, bu işləri görməyə çalışacağıq. Bu gün Yardımlının əsasən də kənd təsərrüfatı sahəsində xüsusi qayğıya ehtiyacı var. Taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etdirilməlidir. Turizim sahəsinə diqqət ayrılmalıdır. Rayonun buna potensialı var. Gəzməli, görməli yerləri çoxdur. Təbliğ olunmalıdır ki, insanlar gəlsin. İaşə, xidmət obyektləri turistə xidmət etmək üçün hazırlanmalı, qurulmalıdır. Yardımlı arxa planda qalmamalıdır”.
    Urakəran kənd məktəbinin tarix müəllimi Qabil Əsgərov kəndin problemləri haqda danışıb, Yardımlı raonunda kənd adlarının, həmçinin bu kəndin də adının qeyri-Azərbaycan toponimləri ilə əvəzlənməsinə diqqət çəkib.
    Samir bəy bu məsələni bütün hallarda diqqətdə saxlayacağını və müvafiq qurumlara müraciət olunacağını bildirib.
    Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə S.Əsədli seçicilərin suallarını cavablandırıb.

     

  • Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Göytəpə şəhərində keçirib. Tədbirdə iştirak edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı F.İbrahimli haqqında öz fikirlərini bildirib. Fəzail bəyin ziyalı, alim kimi üstünlüklərini bildirən xalq şairi onun millət vəkili kimi hər zaman ədalətlilik və xalqın mənafeyindən çıxış etdiyini deyib.

    Daha sonra F.İbrahimli bu gün dünyada xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Görüş zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri adiyyatı təşkilatların qarşısında qaldıracağını bildirdi.
    Tədbirdə çıxış edən seçicilərdən Mircəfərova Şəhla, Hacıyevin Mirabdulla, Cəfərov Gülhüseyn 1 sentyabr 2024-ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.