Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Samir Əsədli Sırıq kəndində seçicilərlə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Sırıq kəndində seçicilərlə görüşüb. Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad etməklə başlayıb. VHP Ali Məclisinin üzvü Əliqismət Əlibəyli görüşü açaraq Milli Məclisə seçkilər, seçki marafonu haqda danışıb və partiyanın dairə üzrə namizədi barədə seçiciləri məlumatlandırıb.
    VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli tədbir iştirakçılarını salamlayaraq partiyanın fəaliyyətindən, seçki marafonundan və Milli Məclisdə VHP-nin deputat qrupunun işi barədə məlumat verib. Seçiciləri seçkidə aktiv olmağa və öz səslərini qorumağa çağıran Samir bəy öz seçki platforması, VHP-nin parlament seçkiləri ilə bağlı mövqeyi, seçkiyə münasibətindən danışıb. Deputatlığa namizəd bildirib ki, VHP hər zaman milli birlik, vətəndaş həmrəyliyi ideologiyası ilə bağlı millətin, vətəndaşın yanında olub. Biz partiya olaraq milli mövqeyimizlə dövlətimizin xoş gələcəyi üçün çalışıb, bu yöndə mübarizəsini davam etdirib. Yardımlı rayonunun ümumi problemlərindən danışan S.Əsədli bölgənin inkişafı ilə bağlı təkliflərini səsləndirib.
    Tədbir zamanı seçicilər suallar verib, namizəd onları dinləyib və suallara cavab verib.

  • Şirvanda VHP-çi namizəd seçicilərlə görüşüb- FOTO

    51 saylı Şirvan seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Zöhrab İsmayılov təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Şirvan şəhər mədəniyyət sarayında keçirilən görüşü VHP sədrinin müavini Samir Əsədli açaraq namizəd haqqında məlumat verərək partiyanın parlament fəaliyyəti, 1 sentyabr seçkilərində iştirakı haqqında danışıb.

    Daha sonra deputatlığa namizəd çıxış edərək deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən bəhs edib. O bildirib ki, bir şirvanlı olaraq mən də şəhərimizi abad görmək istəyirəm: “Bu səbəbdən platformamı, görülməsi nəzərdə tutulan işləri və platformamı sizlərə təqdim edirəm. Əvvəla, şəhər infrastrukturunda görüləcək işlərin ardıcıllığını təmin etməyə, plana alınmış tiklilərin tikintisi, təmir və pərpasını sürətləndirməyə çalışacam. Sahibkarları Şirvan şəhərinə yönləndirməklə yeni iş yerlerinin açılması üçün əlimdən gələni edəcəm. Deyilənlərin, sadalananların sadəcə söz kimi qalmasını yox, reallaşdırılmasını istəyirsinizsə, sizlərdən tək ricam, səsinizə sahib çıxın ki, biz də sözümüzü tutaq! Doğru seçimi etmək sizlərin əlindədir”.
    Vətən Müharibəsi veteranı Elvin Abbasov və Şirvan şəhərəri N.Quliyev adına tam orta məktəbin direktoru Mətanən Zərbəliyeva çıxış edərək seçiciləri seçki günü fəal olmağa və Zöhrab bəyə səs verməyə çağırıblar.
    Çıxışdan sonra seçicilər Zöhrab bəyə suallarını verib, şəhərin problemləri ilə bağlı müzakirələr aparılıb.

    Bütöv yazını göstər
  • Fəzail İbrahimli seçicilərlə görüşlərini davam etdirir

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Çaxırlı kəndində seçicilərlə görüş keçirib. Seçicilər qarşısında çıxış edən F.İbrahimli ötən parlament seçkilərindən sonra ölkədə yaranmış yeni siyasi-iqtisadi durum, Zəfər savaşı ilə başlayan inkişaf və yüksəliş mərhələsindən, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərindən və həm diplomatic, həm də iqtisadi sahədə yeni yüksəliş dövrü haqqında düşüncələrini bölüşüb. Seçicilərin yüksək diqqət və səmimiyyəti ilə keçən görüşdə Fəzail İbrahimli özünün deputat fəaliyyəti haqda məlumat vermiş və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağını bildirmişdir. Seçicilər adından çıxış edən Ziyafət Məmmədov Çaxırı kənd sakinlərinin 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini deyib. Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırıb, qaldırılan problemlərə münasibət bildirib.

  • Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Gülnar Hüseynova təşviqat kampaniyası çərçivəsində Ucarın Çiyni (Qaradağlı), Bərgüşad, Məlikballı kəndlərində seçicilərlə görüşüb. Görüş zamanı VHP-çi namizəd öz platforması, Ucarla bağlı lahiyələri, seçiləcəyi təqdirdə görəcəyi işlər haqda vətəndaşlara məlumat verib. O, bildirib ki, biz birlikdə Ucar üçün çalışmalıyıq, Ucarın aqrar sahəsi inkişaf etdirilməli, yeni iş yerləri açılmalıdır.
    Çıxışdan sonra seçicilər namizədə suallar verib. Hər bir sualı cavablandıran Gülnar xanım vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirib.

     

  • VHP namizədindən Yardımlının inkişaf proqramı: “Turizm və kənd təsərrüfatı…”

    Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Avaş kəndində seçicilərlə görüşüb.

    Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilb.
    Daha sonra VHP-nin səlahiyyətli nümayəndəsi Nəsimi Şərəfxanlı çıxış edərək Milli Məclisə seçkilər, seçki marafonu haqda danışıb və partiyanın dairə üzrə namizədi barədə seçiciləri məlumatlandırıb.
    Daha sonra deputatlığa namizəd Samir Əsədli çıxış edərək Avaş kəndinin tarixi, kəndin yerləşdiyi coğrafi yerin yüksək turizim potensialına malik olmasından, ümumiyyətlə rayonun inkişafı üçün bölgəyə turist axınının vacibliyindən və bununla bağlı təkliflərindən danışıb. O, çıxışında bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, bölgələrin, hər bir rayonun gələcək inkişafı ilə bağlı proqramı, təklifləri var. Deputat seçiləcəyi təqdirdə Yardımlıda kənd təsərrüfatının, aqrar sahənin zamanın tələbinə uyğun inkişafı, bölgəyə turist axınının güncləndirilməsi ilə bağlı xüsusi təkliflərlə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirən S.Əsədli son illər rayonun Nisəqala kəndinə turist axınının güclənməsini nümunə çəkib. O bildirib ki, bölgə bu sahə ilə inkişaf edə bilər və insanların maddi rifahı yaxşılaşar. Rayonda işsizlik problemini xüsusi olaraq vurğulayan deputatlığa namizəd gənclərin kütləvi surətdə kəndləri tərk etməsinin ciddi problem olduğunu qeyd edib. Kənd insanının yaşamı üçün iş sahələri qurumlalıdır ki, kəndlərdən şəhərə axınının qarşısı alınsın.
    Sonda seçicilərin suallarına cavab verilib və onlarla səmimi söhbət aparılıb.

  • RAFAEL HÜSEYNOV HACIQABUL VƏ KÜRDƏMİR RAYONLARINDA ŞƏHİD AILƏLƏRİNİ ZİYARƏTLƏRİNİ DAVAM ETDİRIR

    Sentyabrən 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər ərəfəsində 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deptatlığa namizəd Rafael Hüseynov ayrı-ayrı qəsəbə və kəndlərdə izdihamlı görüşlərini davam etdirləmklə yanaşı hər iki rayonda şəhid ailələrinə də müntəzəm baş çəkir.
    Rafael Hüseynov Hacıqabul rayonunun Şorbaşı, Paşalı,, 2-ci Paşalı, Udulu, 2-ci Udulu, Tağılı, Qunbalı kənd sakinləri ilə görüşlərdən əvvəl və sonra bu kəndlərdəki bir sıra şəhid ailələrini, 14 şəhidin xatirəsinə həsr edilmiş kompleksi ziyarət etmiş, müxtəlif evlərdəki şəhidlərin xatirəsinə həsr olunan guşə və kiçik muzeylərlə tanış olmuşdur.
    Rafael Hüseynov demişdir ki, hazırda “Hacıqabul şəhidləri” adlı tammetrajlı publisistik-sənədli film üzərində işləyir.
    Materialları toplama mərhələsi başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanacaqdır.
    Rafael Hüseynov Azərbaycan tarixinə adlarını qanları və yenilməz ruhları ilə həkk etmiş şəhidlərimizin rəşadət tarixçələrini gələcək nəsillərə parlaq nümunə kimi təqdim etmək üçün belə işlərin bütün ölkə miqyasında görülməsinin vacibliyini vurğulamışdır.
    Şəhid ailələrinin daim dövlətimizin diqqətində olduğu və qayğısı ilə əhatə edildiyini söyləyən Rafael Hüseynov baş ucalığımız şəhidlərin xatirəsini yaşatmaq və salnamələşdirmək üçün hər kəsin öz mümkün töhfəsini verməli olduğunu diqqətə çatdıraraq deyib ki, Vətən torpağını düşmən istilasından xilas etmiş bu qəhrəman övladlara millət hər zaman minnətdar olacaqdır.

    SONY DSC

  • Udulu sakinləri Rafael Hüseynovla görüşdə onları düşündürən vacib mövzular ətrafında müzakirələr aparıblar

    Hacıqabulun mərkəzindən 50 kilometrədək məsafədə yerləşən bu kəndlər yalnız bölgənin deyil, bütün Azərbaycanın ən əski tarixli məskənlərindəndir.
    Azərbaycan Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Rafael Hüseynovun avqustun 23-də Udulu, İkinci Udulu, Qubalı, Tağılı kəndlərinin sakinləri ilə görüşündə hər dəfə olduğu kimi söhbət ən müxtəlif istiqamətlərə yönəlsə də, yenə gəlib buraların tarixindən keçdi. Əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan bu yerlərin camaatının bir çox sosial və iqtisadi problemlərinin həlli istiqamətində son illərdə dövlətin mütəmadi qayğısı sayəsində xeyli nəzərəçarpacaq işlər görülmüşdür.
    Çıxış edən sakinlər bunları minnətdarlıq duyğusu ilə qeyd etdikdən sonra deputat Rafael Hüseynovun Udulu kənd məktəbinin inşası ilə bağlı göstərdiyi səyləri, sonralar həmin məktəb üçün əlavə korpusun inşasındakı köməklərini də razılıq hissi ilə yada saldılar.
    Görüşdə içtirak edən yerli ziyalılardan bir qismi görkəmli elm adamı, milli tariximiz və mədəniyyətimizin bilicisi olan Rafael Rafael Hüseynova belə bir sualla müraciət etdilər ki, həmişə “Udulu” deyilmiş kəndin adının indi yol göstəricilərində, rəsmi möhürlərdə və bir çox sənədlərdə “Udullu” kimi yazılması nə dərəcədə düzgündür? Akademik Rafael Hüseynov bunun doğru olmadığını və tarixi həqiqəti təhrif etdiyini bildirərək mütləq islah ediləməli olduğunu söylədi.
    Akademik dedi ki, “Qədim türk sözləri” kitabında “Ud” sözü “inək” mənasında işlənir. Dolanışıqları maldarlıqla bağlı olan Şirvan əhalisinin bu sahə ilə bağlı kəlmələri toponimlərə çevirməsi təbii idi. “Udulu” sözünün mənası inəkli, yəni mal-qarası bol olan yer deməkdir. Elə eyni şəkildə buralardan çox da uzaqda yerləşməyən, bənzər həyat tərzinə malik olan Kürdəmir rayonundakı “Sığırlı” kəndi adlanıb və “Udulu” ilə “Sığırlı” əslində sinonim sözlərdir. Kəndin adını “Udullu” yazanlar on görə səhv edirlər ki, sözün kökü “Udul” yox, məhz “ud”dur. Ona görə də ləngimədən yanlış “Udullu” yazılışı aradan görürlməlidir.
    Udulu camaatı və ətraf kəndlərin Rafael Hüseynovla görüşdə içtirak edən sakinləri dövlətin və millətin həyatında mühüm əhəmiyyət kəsb edən Milli Məclis seçkilərinin uğurla keçəcəyinə ümidvar olduqlarını bildirərək həmişə olduğu kimi bu dəfə də fəallıq gpstərəcəklərini söylədilər.

     

  • VHP-çi namizəd beynəlxalq müşahidəçilərlə görüşüb

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının ölkəmizdə olan seçki müşahidəçiləri Timo Laine (Finlandiya) və Nicola Busse (Almaniya) Vətəndaş Həmrəyliyi Partiyasının 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Gülnar Hüseynova ilə görüşüblər. Görüş zamanı seçkinin gedişadı, təşviqat kampaniyası və seçicilərlə görüş ərtafında müzakirə aparılıb.
    G.Hüseynova VHP-nin seçki praktikası, partiyadan olan namizədlər haqda qonaqları məlumatandırıb və müşahidəçilərin suallarını cavablandırıb.

  • Əyyub Qiyas Sumqayıtda seçicilərlə görüşüb

    42 saylı Sumqayıt şəhər seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, tanınmış yazıçı Əyyub Qiyas təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Sumqayıt şəhər 1saylı Uşaq və gənclərin İnkişaf Mərkəzində keçirilən tədbir dövlət himninin sədaları altında başlayıb. Namizədin vəkili Ehtiram İlham tədbiri açdıqdan sonra Azərbaycan torpaqlarının azadlığı və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca söz alan VHP sədrinin müavini Yusif Salmansoy partiyanın seçki kampaniyasından, seçicilərə təqdim edilən sosial-iqtisadi proqramdan danışıb. Daha sonra deputatlığa namizəd haqda məlumat verən natiq Sumqayıt üçün onun layiqli namizəd olduğunu bildirib. Daha sonra AYB-nin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazarlardan Şəhriyar del Gerani, Aysel Səfərli, Şərif Ağayar və ictimai fəal Şirzad Pirallahi çıxış ediblər.
    Sonda namizəd öz platforması barədə danışıb və seçicilərin suallarını cavablandırıb.

  • Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

    Yeddinci çağırış Azərbaycan Milli Məclisinə seçkilər ərəfəsində aparılan təbliğat-təşviqat kompaniyası çərçivəsində 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynovun avqustun 23-dəki növbəti görüşü Şopbalıda, bu kəndin və qonşu Paşalı ilə İkinci Paşalılnın sakinlri ilə oldu. Söhbətinin əvvəlində Rafael Hüseynov görüşün təyin edildiyi ünvana gəlib çatmaqçün Hacıqabulun dağlara sığınan bu kəndlərinə gətirən körpüdən və yoldan keçdiyini söyləyərək əlavə etdi ki, buradakıların hamısı həmin körpünün dünənini yaxşı xatırlayır. Dar və qəzalı vəziyyətdə olan həmin körpü hər gün, xüsusən də yağılı-donuşluqlu payız-qış aylarında daim dəhşətli qəzalar vəd edirdi, oradan keçən hər maşının aşağı yuvarlanmaq təhlükəsi vardı. Köhnə körpüdən keçməməksə mümkünsüz idi, çünki ayrı yol yox idi.
    Rafael Hüseynov dövlətimizin qayğısı nəticəsində indi orada çox rahat və güvənli, uzun illər insanlara xidmət edəcək etibarlı körpünün tikildiyini qeyd edərək həmin işin baş tutması üçün özünün də illərcə körpüyə döndüyünü, problemi dəflərlə Milli Məclisdə qaldırdığını, müvafiq dövlət qurumlarına müracitlə bu körpünün plana salınması, layihələşdirilməsi, maliyyəsinin ayrılmasının sürətləndirilməsi üçün çalışıdğını bildirdi. İndi isə gözəl nəticə ortadadır və heç bir xeyilrli, gözəl iş can yandırmadan, ardıcıl məşğul olmadan öz-özünə, sadəcə arzulamaqla başa gəlmir.
    Rafael Hüseynov Şorbaçı, Paşalı və İkinci Paşalının yalnız yol və körpü məsləsinin deyil, işıq, qaz, içməli su problemlərinin də uğurla həll edildiyini, təsərrüfat suyu ilə əlaqədar da işlərin getdiyini diqqətə çatdırıb.
    Dövlətin xalqın rifahının gün-gündən yüksəlməsinə göstərdiyi qayğıdan razılığını ifadə edən kənd sakinləri həmişə olduğu kimi qarşıdakı seçkilərdə də mütəşəkkillik göstərəcək, səs verib inandıqları millət vəkili ilə əl-ələ qarşıda duran vəzifələrin də uğurla həll olunması üçün çalışacaqlarını bildirdilər.