Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • İstanbul Universitetində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək

    Türkiyənin İstanbul Universitetində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək.

    17 oktyabr 2024-cü il tarixdə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin kitabxana zalında Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş təşkil olunacaq.

    Şairin həm də Türkiyədə yeni işıq üzü görmüş “Astar” və “Cocukluğa deyen kurşun” adlı kitabları təqdim olunacaq, imza günü keçiriləcəkdir.

    Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Professor.Dr. Hayati Develi, Prof. Dr. Ramazan Korkmaz, Prof. Dr. Yakub Çelik, Dr. Erol Ülgen , Türk Ədəbiyyatı Vəqfinin başkanı Serhat Kabaklı, Türk Ədəbiyyatı Jurnalının baş redaktoru, kitabların tərcüməçisi İmdat Avşar, Millət vəkili Tənzilə Rüstəmxanlı və başqaları iştirak edəcək, Azərbaycan ədəbiyyatında milli ruhun dirilişi mövzusunda qonaqların və tələbələrin qarşıslnda çıxışlar ediləcək.

  • Bu il sülh müqaviləsinin imzalanması mümkündür -PROQNOZ

    Azərbaycanla Ermənistan arasında sazişin əksər maddələrinin razılaşdırılması ilə bağlı bəyanatlar bunu deməyə əsas verir
     Prezidentin köməkçisi Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesindən bəhs edib. O, bəzi Qərb ölkələrinin erməni revanşizmini qızışdırdığını bildirib. H.Hacıyev sülhə həmişəkindən daha yaxın olduğumuzu desə də, qarşıda duran maneələri də istisna etməyib. Prezidentin köməkçisinin sözlərinə görə, əsas maneə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır: “Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Azərbaycanda ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələbi ilə səsini ucaltmalı olan erməni xalqı ilə də sülh razılaşması əldə etmək istəyirik”. Hikmət Hacıyev vurğulayıb ki, sülh müqaviləsi kağız parçası deyil: “Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır. Ona görə də erməni xalqının revanşizmdən, Qarabağ iddialarından əl çəkdiyi və mümkün sülh müqaviləsini gələcəkdəki Ermənistan hökumətlərinin revizionizmindən qoruyacaq referenduma ehtiyacı var”. H.Hacıyev vurğulayıb ki, Ermənistanın hərbiləşdirilməsi də məsuliyyətli və mütənasib olmalıdır: “İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı”. Prezidentin köməkçisi əlavə edib ki, müstəmləkə keçmişi olan bəzi Qərb dövlətlərinin Afrikadakı kimi, Qafqazda da öz siyasətlərinin və intriqalarının təbliği üçün Ermənistandan istifadə etməsi əks effekt verir: “Fransa və onun hökuməti region haqqında tam anlayışa malik deyil və Avropanın da əleyhinə olacaq geosiyasi səhvlərə yol verir. Ermənistanı hərbiləşdirmək və bununla da onun revanşizminə təkan vermək sülhə kömək etmir”.
     Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT tribunasından Bakıya səslənib. Baş nazir sülh sazişinin razılaşdırılmış maddələrini noyabrda baş tutacaq COP29 iqlim konfransına qədər imzalamağı təklif edib. Paşinyan hesab edir ki, bu, sülh prosesinin irəli aparılması üçün stimullaşdırıcı mühit yaratmağa kömək edə bilər.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a bildirib ki, ümumiyyətlə, son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində səylər gücləndirilib. Analitikə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı son çıxışı, bir sıra beynəlxalq təşkilatların iclaslarında sülh sazişinin əksər maddələrinin razılaşdırılması ilə bağlı bəyanatları ortadadır: 

    “Bununla yanaşı, bir sıra maraqlı qüvvələr Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəmirlər. Təbii ki, burada başqa məsələlər də var. Xüsusən, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülhə maneədir. Ermənistan rəsmiləri Azərbaycan Konstitusiyasında onlara qarşı ərazi iddialarının olması ilə bağlı əsassız ittihamlar səsləndirirlər. Halbuki Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiaları ilə bağlı heç bir müddəa yoxdur. Konstitusiyamızda qeyd olunub ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Burada kiməsə ərazi iddiasından söhbət getmir. Bütün bunlara rəğmən, sülh müqaviləsi gec-tez imzalanmalıdır. Əlbəttə, sazişin COP29-a kimi imzalanması yaxşı olardı. Hesab edirəm ki, il bitənədək sülh müzakirələrini yekunlaşdırıb sənədi imzalamaq mümkündür”.
  • VHP üzvləri Zəfər parkını ziyarət etdi – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr-Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.

    VHP.azxəbər verir ki, VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı və partiya fəalları parkın girişində xatirə daşının önünə gül dəstəsi qoyub.

    Sabir Rüstəmxanlı Zəfər parkını ziyarət etdi - FOTO

    Sabir Rüstəmxanlı Zəfər parkını ziyarət etdi - FOTO
    Sabir Rüstəmxanlı Zəfər parkını ziyarət etdi - FOTO

  • Azərbaycan ABŞ üçün Cənubi Qafqazda ən mühüm tərəfdaşdır

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb.

    “Yeni Müsavat” yazır ki, bu xüsusda 16 sentyabr tarixində Ermənistanın ABŞ-dakı səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb. Caşua Hak ötən il də ölkəmizdə olmuş, bəzi vəkillərlə görüşmüşdü. Onun Azərbaycana səfəri ABŞ dövlət katibi Entoni Blinkenin sentyabrın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan və sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarından sonraya təsadüf edir. Sentyabrın 16-da ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ hər zaman Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bir araya gətirmək üçün imkanlar axtarır.

    ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) inzibatçısının müavini İzobel Koulmanın Ermənistanın ABŞ-dakı səfirliyində keçirilən tədbirdə Azərbaycanı “hücum edərək nəzarəti ələ keçirməkdə” və 100 000-dən çox etnik ermənini öz evlərini tərk etməyə məcbur etməkdə” ittiham edib. Koulman USAİD-in Qarabağdan köçürülən insanlara yardım məqsədilə 18 milyon dollar məbləğində vəsait ayırdığını vurğulayıb. İ.Koulmanın bəyanatları və USAİD-in fəaliyyətləri Ermənistanda separatizm və revanşizmi açıq şəkildə dəstəkləyib. Nazirin də dediyi kimi, ABŞ təmsilçilərinin bu cür bəyanatlar vasitəsilə təşviq etdiyi siyasət də bölgədə sülhün bərqərar olmasına kömək etmir.

    Həmçinin bugünlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketinin həcmini iki dəfədən çox 120 milyondan 250 milyon dollara qədər artıracağı ilə bağlı məlumatlar gündəmdədir. Ermənistan Nazirlər Kabinetinin yaydığı xəbərə görə, maliyyə yardımı “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi” və digər sahələrə yönəldiləcək. Azərbaycan xalqı bu xəbərə təəccüblənmədi. Səbəb isə Qərbin Azərbaycana münasibətdə son otuz ildən artıq davam edən ən “ağır mirası” – ikili standartlar siyasətidir. Qərb siyasi institutları sırasında yer alan USAİD heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib.

    Məsələn, 1991-ci ildən USAİD Azərbaycana dəstək proqramlarına 450 milyon dollardan çox sərmayə qoyub. Habelə iqtisadi sahəyə əlavə 20 milyon dollardan çox vəsait ayırıb. 1992-ci ildən bəri isə USAİD Gürcüstana 1,8 milyard dollardan çox yardım göstərib. Hazırda 35 layihə üzrə fəaliyyət davam edir. Ermənistana isə 1992-ci ildən bəri USAİD tərəfindən təxminən 3,3 milyard dollar sərmayə yatırılıb. Hazırda 22 layihə üzrə dəstək davam edir. Eyni zamanda USAİD 2024-cü maliyyə ilində öz xoşları ilə Qarabağdan könüllü şəkildə köçən ermənilər üçün 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-ın 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı 31 milyon dollara çatıb.

    Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstək üçün 50 milyon dollar kredit ayırıb. Xüsusi vurğulamaq lazımdır ki, Samanta Pauer USAİD-ə milli təhlükəsizlik sektorundan gələn ilk şəxsdir. Onun həbsdə olan separatçı Ruben Vardanyanla birgə layihələri olub. Bu həqiqətlərlə yanaşı, USAİD nümayəndəsinin səfirlikdəki çıxışı səbri daşıran son damla oldu və bu təşkilatın maskasını tam yırtdı.

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin qənaətinə görə, ermənilərə bu qədər həyasız dəstəyin verilməsi ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir edir. Partiya rəsmisinin fikrincə, Azərbaycan ABŞ üçün Cənubi Qafqazda ən mühüm tərəfdaşdır, lakin Vaşinqtonun, ona bağlı təşkilatların davranışları əlaqələrə zərər vurur: “Ermənistanın əzizlənməsi Rusiyaya görədir. Bu siyasət uzun müddət davam edəcək. ABŞ Ermənistanda təsir imkanlarını artırdıqca bu dəstək güclənəcək. İntəhası, Vaşinqtonun yanlışı Azərbaycana qarşı Qarabağla bağlı ittihamların olmasıdır. Yəni erməniləri qucaqlayıb ruslardan ayırmaq istəyirsənsə, bunu bizə qarşı ədalətsizliyə yol verərək etməməlisən. Ancaq görürük ki, hələ də Qarabağa “hücumdan” danışırlar, dinc erməni əhalisinin guya zorla çıxarıldığını bildirirlər. Bu yalan təbliğat maşını dayandırılmalıdır”. VHP funksioneri hesab edir ki, ABŞ-la bu məsələlərdə açıq şəkildə danışmaq lazımdır: “Qərbin niyyəti erməniləri Qarabağa qaytarmaqdır. Elə Rusiyanın da bu arzusu var. Hətta İran da bu istəyini gizlətmir. Bir-birinə düşmən kəsilən dövlətlər ermənilərin qayıdışında həmrəydirlər. Ancaq ittihamlar uğursuzdur. BMT və digər beynəlxalq təsisatlar heç bir etnik təmizləmə faktı aşkarlaya bilməyiblər”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat” 

  • “Zatulin Azərbaycanın ərazi bütövlüyünə bir daha hörmətsizlik etsə, bu dəfə başqa şəkildə danışmaq lazım gələcək”.

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin hazırda mövcud olmayan, ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə darmadağın edilmiş qondarma “DQR”in “müstəqillik günü” münasibəti ilə erməni xalqını “təbrik” edən təxribatçı videomüraciət yayması ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.

    Bülbüloğlu vurğulayıb ki, müraciətində K.Zatulin guya “Rusiyada biganə qalmayan insanların” adından çıxış edərək, erməni cəmiyyətində revanşist qüvvələrə, separatçılara dəstək verərək, artıq başa çatmış münaqişəni canlandırmağa təhrik edir. “Daha ağırlaşdırıcı fakt odur ki, o, müraciətində separatçı rejimin keçmiş rəhbərləri və digər terrorçulara istinad edir. Onların əllərinin günahsız azərbaycanlıların qanına bulaşdığını unutmaq olmaz. Açıq şəkildə Zatulin Ermənistan tərəfindən ”persona non-qrata” elan edilmiş bir şəxs kimi, Rusiyada geniş yayılmış ekspansionist baxışları və narrativləri təbliğ edir, erməni milliyyətli himayədarlarının siyasi sifarişlərini yerinə yetirir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təxribatçı fəaliyyət göstərir. Bu kimi davranışların əvvəllərdə də dəfələrlə həyata keçirildiyini vurğulamaq lazımdır”, – məktubda bildirilir.

    Səfir habelə qeyd edib ki, Azərbaycanın və Rusiyanın arasında möhkəmlənən müttəfiqlik münasibətləri fonunda, xüsusilə Prezident Vladimir Putinin keçən ay Azərbaycana dövlət səfəri zamanı tərəflər yüksək əməkdaşlıq səviyyəsini təsdiqləyiblər, həmçinin, Rusiya dövlət başçısı Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə vermək istəyini ifadə edib: “Bu müsbət fon üzərində ‘”Yedinaya Rossiya” partiyasının üzvü olan bir şəxsin ölkəsinin rəsmi mövqeyinə qarşı çıxması, onun təkcə dövlət başçısının fikrini qəbul etmədiyini deyil, həm də hörmət etmədiyini göstərir. Bu, heç də təəccüblü deyil, çünki həmin şəxs 2023-cü ilin iyununda verdiyi müsahibədə “Rusiya öz məqsədlərinə nail ola bilməyib” demişdi. Təəssüf ki, Azərbaycan tərəfinin dəfələrlə Rusiya rəsmi orqanlarına müraciətinə baxmayaraq, Zatulinin müttəfiqlik münasibətlərini pozan və təxribatçı fəaliyyət göstərən hərəkətlərinə qarşı heç bir təsirli tədbir görülməyib. Bu, Milli Məclisin deputatları və Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarını narahat edir və iki ölkə arasında parlamentlərarası əməkdaşlığa mənfi təsir göstərir. Bu səbəbdən, hörmətli Vyaçeslav Viktoroviç, sizdən rəsmi mövqeyə uyğun olaraq prinsipial yanaşma göstərməyinizi və Konstantin Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı fəaliyyətlərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.

    Əlbəttə, bu, yalnız səfir Polad Bülbüloğlunun yox, Azərbaycan dövlətinin mövqeyidir. Odur ki, sual yaranır: səfirin müraciətinə cavab nə olacaq? Rusiya Putinin sədri olduğu hakim partiyanın üzvü Zatulini heç olmasa bu dəfə cəzalandıracaqmı? Necə – vəzifədən götürülməklə, töhmətlə, mandatı əlindən alınmaqla, yoxsa?.. Xatırladaq ki, Rusiyadakı erməni lobbisinin bəslədiyi bu yaramaz Azərbaycanın da “qara siyahısı”ndadır.

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli səfir P. Bülbüloğlunun etiraz məktubu göndərməsini düzgün addım hesab edir. Onun fikrincə, Azərbaycandan belə hörmətsizlik olsaydı, indi Kreml səs-küy salmışdı. S.Əsədli hesab edir ki, Zatulin erməni diasporunun təsiri altındadır və onlara qulluq edir: “Azərbaycanda hakim partiyanın parlamentdə olan heç bir üzvü Rusiyaya qarşı belə qərəzli danışmayıb. Zatulin isə hər çıxışında təhqirlər yağdırır, ittihamlar irəli sürür. Bu dəfə isə həddi aşaraq uydurma bir respublika ilə bağlı təbrik ünvanlayır. Onun təbriki ermənilərin heç də ürəyinə su səpə bilməz, çünki belə sözlər təsəlli də deyil. Hazırda Araik və digər separatçı liderlərin istintaqı yekunlaşıb, məhkəmə başlanacaq, digər canilər qaçıb İrəvanda gün keçirirlər, dinc əhaliyə gəlincə, Bakının tələbi hər kəsə aydındır – vətəndaşlığı qəbul etmək. Zatulin Azərbaycanın ərazi bütövlüyünə bir daha hörmətsizlik etsə, bu dəfə başqa şəkildə danışmaq lazım gələcək”.

    VHP funksioneri Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının daha aktiv işləməli olduqlarını düşünür: “Ermənilər Rusiyada fəaldırlar və hazırda diplomatik mübarizə gedir. Bizim təşkilatlar Zatulin kimilərin cavabını verməlidirlər. Rusiya dövləti özü müttəfiqliyin qaydalarına uyğun hərəkət etməyi başqalarına tövsiyə edir, indi buyursunlar, Zatulinə töhmət versinlər. Təbii ki, onun mandatının əlindən alınacağını gözləmək olmaz. Bunu etməyəcəklər. Yəni çıxışlarına görə bu addımı atmazlar. Lakin Zatulinə spiker Volodin tərəfindən açıq xəbərdarlıq olunmalıdır. Bu müştəbeh, təxribatçı və qudurğan deputat kimdir ki, Qarabağda mövcud olmayan, bir sutkaya darmadağın edilmiş keçmiş xunta rejimi haqqında danışır, hələ bir ”bayram təbriki” göndərir? Əgər ermənilər Qarabağı öz torpaqları saysaydılar, çıxıb getməzdilər. Sadəcə, Zatulin həmişəki kimi ermənilərdən aldığı rüşvətin əvəzini ödəyir. Azərbaycan məsələ qaldırmalı, ona cinayət işi açılması üçün iddia irəli sürməlidir”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • Samir Əsədli seçicilərlə növbəti görüşünü keçirib- FOTOLAR

    Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi Samir Əsədli Yardımlı rayonunun Vərov və Masallı rayonunun Qəriblər kəndində bir qrup seçici ilə görüşüb. VHP-nin Səlahiyyətli nümayəndəsi Yusif Xantemirov vamizəd barədə, onun həyat yolu haqqında iştirakçıları məlumatlandırıb.
    Daha sonra VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli seçicilərə öz platforması, bölgə ilə bağlı təklif və planlarından danışıb. Yardımlı və Masallı rayonunun coğrafi mövqeyindən irəli gələn üstünlüklərindən danışan namizəd bu potensialdan lazımınca bəhrələnmək üçün turizm və kənd təsərrüfatı sahəsində dövlət proqramlarının vacibliyini bildirdi. Samir Əsədliu qarşıda duran işlərdən, VHP-nin seçki platrorması, məramnaməsi, sosial-iqtisadi vəziyyətlə bağlı proqramı barədə məlumat verib.
    Sonda seçicilərin problemləri dinlənilib və onların sualları cavablandırılıb.

     

  • Fəzail İbrahimli seçki təşviqatı çərçivəsində növbəti görüş keçirib

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Bambaşı kəndində seçicilərlə görüş keçirib.
    Kənd camaatı tərəfindən hərarətlə qarşılanan F.İbrahimli əvvəlcə seçicilərlə son illər Azərbaycanın əldə etdiyi uğurlar, ərazilərimizin düşmən tapdağından azad olunması və möhtəşəm zəfərimizlə yeni yüksəliş tariximiz haqqında düşüncələrini bölüşüb.
    Milli Məclisdəki fəaliyyəti haqqına danışan namizəd bu gün dünyada xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Seçicilərin yüksək diqqət və səmimiyyəti ilə keçən görüşdə Fəzail İbrahimli özünün deputat fəaliyyəti barədə məlumat vermiş və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağını bildirib. Seçicilər adından çıxış edən Zahir Teymurov və Anar Dadaşlı kənd sakinlərinin 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini deyib.
    Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırdı, qaldırılan problemlərə münasibət bildirib.

  • Rafael Hüseynov şəhidlər xiyabanını ziyarət edib, Qarabağ qaziləri ilə görüşüb

    63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov avqust ayının 28-də Hacıqabul şəhər Mədəniyyət Mərkəzində Qarabağ qaziləri, şəhid ailələrinin təmsilçiləri və müharibə veteranları ilə görüşdən sonra onlarla bidgə şəhid məzarlarının ziyarətinə yollanmışlar.
    Əvvəlcə Hacıqabul şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edilmişdir.
    Rafael Hüseynov Şəhidlər Xiyabanının girəcəyində ucaldılmış və 1941-1945-ci il müharibəsində, 1918-ci ilin martında ermənilərin törətdikləri soyqırımlarda, Qarabağda torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində qəhrəmanlıqlar göstərmiş azərbaycanlıların xatirəsinə həsr edilən abidə kompleksinə çiçəklər düzmüşdür. Şəhid məzarları bir-bir ziyarət edildikcə onlarla növbəti görüşə gəlmiş qazilər keçmiş cəhbə yoldaşları ilə bağlı xatirələrini söyləmişlər.
    Daha sonra Birinci və İkinci Qarabağ savaşında hacıqabulluların göstərdiyi şücaətlərdən, böyük zəfərimizə hacıqabullu cavanların qanları və canları ilə atdığı müqəddəs imzadan bəhs edən Rafael Hüseynov onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə etmişdir. Birinci və İiknci Qarabağ müharibəsində hacıqabulluların göstərdiyi rəşadətin tarixindən, böyük zəfərimizə bu rayonun verdiyi töhfələrdən bəhs edən Rafael Hüseynov torpaqlarımızın düşmən tapdağından azad olunmasını millətin vüqar və ləyaqətinin yüksəlməsinə xidmət edən misilsiz hadisə olduğunu söyləmişdir.
    Birinci Qarabağ savaşında 192, İkinci Qarabağ müharibəsində 24 şəhid verən Hacıqabulun Vətən torpaqlarının işğaldan qurtarmasında canını fəda etmiş igidlərin xatirəsinin həmişə uca tutduğunu deyən Rafael Hüseynov qələbəmizdə qazilərin də əvəzsiz payı olduğunu vurğulamışdır.
    İkinci Qarabağ savaşında Hacıqabuldan 700 əsgər və zabitin iştirak etdiyini bildirən natiq onların hər birinin bu tarixi zəfərdə özünəməxsus payı olduğunu diqqətə çatdırmışdır.
    Çoxsaylı sualları cavablandıran Rafael Hüseynov şəhid ailələri və qazilərin daim dövlətin xüsusi diqqətində olduğunu, bundan sonra da onların problemlərinin həllinə həmişə dəstək göstəriləcəyini bəyan etmişdir.

  • Akademik Rafael Hüseynov Ahıska türkləri ilə görüşüb

    Hacıqabul rayonunun Meyniman kəndində yaşayan Axısxa türləri ilə avqustun 28-də Milli Məclisə növbəti seçkilərin təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşən 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov bu mövzunun illərdən bəri onun üçün dogma olduğunu bildirdi.
    O xatırlatdı ki, Axısxa türkləri arasından çıxmış görkəmli şəxsiyyətlər haqqında silsilə məqalələrin və kitabların müəllifi olmaqla yanaşı, bu insanların daim arzusunda olduqları öz tarixi vətənlərinə qayıtmaq məsələsi ilə bağlı da vaxtilə Avropa Şurası Parlamentv Asssambleyasında çıxışlar etiş, sənədlər hazırlamışdır.
    Arxada qalan illərdə də bu bölgədən seçilmiş deputat kimi Azısxa türklərinin problemləri ilə daim maraqlandığını söyləyən Rafael Hüseynov qarşıdan kədərli bir yubileyin gəldiyini, bu ilin noyabrından Axısxa türklərinin 1944-cü ildə sovet siyasətinin nəticəsi kimi öz tarixi vətənlərindən – Gürcüstandakı Mesxetiya bölgəsindən Mərkəzi Asiyaya məcburən sürgün edilmələrinin 80 ilinin tamam olduğunu yada salıb.
    O qeyd edib ki, bununla bağlı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Mirzə Baxış Nadim adına Şirvan filialı xətti ilə cari ilin sonlarında elmi sessiya keçirilməsi planlaşdırılır.
    Hacıqabulun ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edən Axısxa türklərinin problem və qayğıları ilə bağlı da ətraflı fikir mübadiləsi apaıldı, bu istiqamətdə əməli nəticələrə nail olmaqdan ötrü mümkün yollar müzakirə edildi.

  • Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Masallı rayonu Köhnə Alvadı kəndində keçirib. Açıq havasa keçirilən görüş böyük seçici fəallığı ilə baş tutub. Deputatlığa namizədi böyük sevgi ilə qarşılayan kənd camaatı onnun ziyalı, alim, millət vəkili kimi hər zaman ədalətlilik və xalqın mənafeyindən çıxış etdiyini deyib. Daha sonra görüşdə çıxış edən F.İbrahimli bu gün dünya siyasi müstəvisində xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Görüş zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri qeydə alıb. Tədbirdə çıxış edən Fərhad Bağırov, Məmmədəli Ənnağıyev, Ramazan Qurbanov, Cabir Qasımov, Ramazan Qurbanov 1 sentyabr 2024 – ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirib.