Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Bayrağımız dünyanın ən hündür binasında əks olundu – FOTO

    Dünyanın daha bir görməli yerində 28 may – Respublika Günü münasibəti ilə Azərbaycanın dövlət bayrağı əks edilib.
    BakuPost.az xəbər verir ki, BƏƏ-nin ən böyük şəhəri Dubayın əsas simvolu – dünyanın ən hündür binası Bürc Xəlifə Azərbaycan bayrağının rənglərinə boyanıb.

    Qeyd edək ki, Bürc Xəlifənin Onun hündürlüyü 828 metr təşkil edir və 163 mərtəbədən ibarətdir.
  • Siyasi partiyaların qurultay hazırlığı – “Karantin bitən kimi…” – SORĞU

    Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiq edilməsi bütün sahələrə olduğu kimi siyasi həyata da təsirsiz ötüşmədi. Bir çox siyasi təşkilatlar, partiyalar onlayn iş prinsipini önə çəkməklə bərabər, bəzi əhəmiyyətli tədbirlərin həyata keçirilməsini də ertələdilər. Bunun nəticəsidir ki, koronavirus təhlükəsinin sovuşmasını, karantin rejiminin bitməsini gözləyən bir çox siyasi təşkilatlar qurultay keçirməyə hazırlaşırlar.

    Bu barədə Modern.az-a danışan partiya rəsmiləri artıq hazırlıq işlərinin həyata keçirildiyini qeyd ediblər.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, bu il VHP də qurultay keçirməyi planlayırdı:

    “Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları keçiriləcək. Bu işlər başa çatdıqdan sonra qurultayın vaxtı elan ediləcək”.

    Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərlinin sözlərinə görə, qurultayla bağlı bütün hazırlıq işlərinin tamamlanıb, partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət hazırdır:

    “Karantin rejiminin aradan qaldırılmasından sonra biz qurultayımızı keçirib, sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

    “Ümid” Partiyasını da qarşıda qurultay gözləyir. Bu barədə məlumatı partiyanın sədr müavini Tamilla Qulami təsdiqləyib:

    “Yaxın zamanlarda bəzi rayon təşkilatlarında konfransın keçirilməsi, təşkilatlanmanın yekunlaşması ilə qurultayımızın reallaşması da mümkün olacaq. Partiyamızın elektron saytı yeniləndikdən, vətəndaşların istifadəsinə verildikdən sonra yüzlərlə onlayn üzvümüz oldu. Yaxın zamanlarda isə qurultayımız haqqında ictimaiyyətə məlumat verəcəyik”.

    Aysel Aslan

    modern.az

  • Torpağı dövlət edən şəxsiyyətlər… – FOTOLAR

    QURULUŞ MƏHƏMMƏD ƏMİN…

    Bizim SSRİ adlanan o xarabalıqlar altından çıxan tariximizdə üçrəngli bayrağımız da vardı, himnimiz də, gerbimiz də…

    Bir təsadüfmü? Neçə vaxtdır ATV kanalından izlədiyim “Quruluş Osman” dizisində 28 maya keçən gecə tarixə Osmanlı imperiyası kimi düşəcək dövlətin əsasını qoyurdular. Osman bu mübarizəyə qoşduğu tərəfdarlarına belə xitab etdi: “Neçə vaxtdır sancısını çəkdiyimiz dövləti bu gün quracağıq. Bu mübarək(kutlu)yolda Allah yar və yardımçımız olsun!”
    Dövlət qurmaq Allahın seçilmiş bəndəsinə verdiyi bir missiyadır şübhəsiz, bunun hər adamın boyuna biçilmədiyi, boynunun işi olmadığı məlumdur. Bu Peyğəmbərlik deyil. Amma nədirsə, elə bir vergidirdir ki, sən bu işi görməlisən, nəyin bahasına olursa-olsun bu dövlətçilik ideyasını yaymalısan, tərəfdar toplamalısan, həmfikirlər axtarmalısan və o ideya gerçəkləşməyənədək geri çəkilməməlisən. Ya dar ağacı gözləyir səni, ya şəhidlik, ya didərginlik. Tarixdə ən maraqlı və dəyərli şəxsiyyətlər də məncə, torpağı dövlət edənlərdir. Fatehlər onlardan sonra gəlir…
    Adam bu tarixi yükün altına girənlərin əzabını dərk etdikcə, bu gün 102 yaşı olan Cümhuriyyətimizi yaradanların nisgilli talelərinə də, dövləti qurarkən necə qururlu gün yaşadıqlarına qibtə edir. Dünya durduqca adları yaşayacaq tarix…
    Memar bir yaraşıqlı bina tikəndə uzaqdan dayanıb qururla baxır, baxır…1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətini quranların ona kənardan baxıb qürurlanmağa zamanları az oldu, əvəzində kənardan xarabalığına baxıb çərləyib öldülər. Yəqin ki, dünya tarixində bu cür qısa ömürlü dövlətlər, quruluşlar, ittifaqlar çox olub. Onların xarabalıqları üzərində bəlkə də daha möhkəm təməlli dövlətlər yaranıb, dağılıb, yenə qurulub…
    Amma bizim Cümhuriyyətin nisgili kimi olmayıb bəlkə də…Bizdən gizlətdikləri həqiqəti o vaxt bildik ki, artıq SSRİ deyilən yalançı dövlət dağılırdı və xarabalıqları altında o Cümhuriyyətin işartıları görünürdü. Bizim o xarabalıqlar altından çıxan tariximizdə üçrəngli bayrağımız da vardı, himnimiz də, gerbimiz də…Bu ən böyük təskinliyimiz oldu. Yaxşı ki, o kişilər bizə bunları miras qoyub qərib-qərib diyarlara getmişdilər…
    Bəzilərini bu gecə minnət və rəhmətlə yada salaq:
    Məhəmməd Əmin Rəsulzadə-Bakı doğumlu. Məzarı Ankarada.
     
    Əlimərdan bəy Topçubaşov-Tiflis doğumlu. Məzarı Parisdə.
     
    Fətəli Xan Xoyskİ-Nuxa doğumlu. Məzarı-Tiflisdə.
     
    Nəsib bəy Yusifbəyli-Gəncə doğumlu. Məzarı Göyçay göstərilib.
     
    Məhəmmədhəsən Hacınski-Bakı doğumlu. Məzarı-Tiflisdə.
    Əhməd bəy Ağaoğlu- Şuşa doğumlu. Məzarı İstanbulda.
     
    Rəhim bəy Vəkilov-Qazax doğumlu. Məzarı-Tiflisdə.
     
    Həmid bəy Şaxtaxtinski-Naxçıvan doğumlu. Vəfat yeri Arxangelsk.
     
    Əkbər ağa Şeyxülislamov-İrəvan doğumlu. Vəfat yeri Paris…
    …Uzun illər təkcə dövlətimizi quran kişiləri dərbədər salmayıblar, həm də Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətimizi bizdən gizlədiblər. Dövləti gizlətmək!? İnanılmaz kimi görünür, amma məhz belə olub!
    Şərqdə ilk demokratik parlamentli respublika quran şəxsiyyətləri qalın-qalın tarix kitablarında düşmən kimi damğalayıblar. O ideyaların hələ məhv olmamış cücərtilərini ürəklərində daşıyan ziyalılarımızı 37-ci ildə ya güllələdib, ya da sürgündə çürüdüblər.
    Məhəmməd Əmin Rəsulzadə və əqidədaşlarının böyüklüyü dövləti elan etmələri ilə məhdudlaşmır, onun demokratik əsaslarını, idarəedilməsini, inkişaf prinsiplərini, dinə təməl baxışını yaradıblar. Heç kimin bayrağı ilə işim yox, amma XX əsrin əvvəllərində belə mənalı bayrağı yaratmaq və ucaltmaq hər yox, ər kişilərin işi olub.
    Onlarla fəxr edək!
    Nazim SABİROĞLU,
    Musavat.com

  • ŞUŞA ANDİÇMƏSİ ONA GÖRƏ BAŞ TUTDU Kİ…

    Fəxrəddin MEHDİYEV, hüquqşünas

    İllər keçəçək, bu ilin 21 may tarixi ağır, üzüntülü gün kimi yaddaşlarda qalacaq. Həmin gün Şuşanın Cıdır düzündə erməni qəsbkarları beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, Azərbaycan ordusunun sərhədyanı bölgələrdə genişmiqyaslı hərbi təlimlərinə baxmayaraq, inauqurasiya mərasimi keçirdilər. Ona görə də bu tarix dərin düşüncələr və ciddi hərəkətlər üçün istinad nöqtəsi olmalıdır.

    Bu ay həm də icra strukturlarında yüksək məmurların korrupsiya ilə bağlı həbsləri ilə yadda qaldı. İcra hakimiyyəti başçılarının hətta imkansız ailələrə maddi yardımları mənimsəməsi də çox düşündürücü və üzüntülü oldu.

    Nə üçün belə hadisələr baş verir? Məsələyə bu suala cavab axtarışı kontekstindən baxaq:

    Dünyada hər bir hadisənin səbəbi və ya səbəbləri var. Dünya, səbəb-nəticə qanunları ilə yaşayır. Cəmiyyətin də inkişafı müəyyən obyektiv qanunlara tabedir. Görünən odur ki, biz bu qanunlarla yaşamırıq, ona görə də həmin qanunlar bizi cəzalandırır. Məncə, bunun başqa cür izahı yoxdur.

    Siyasi elmlər öyrədirlər ki, xalqlar millətləşmə, demokratikləşmə, qloballaşma mərhələlərindən keçirlər.

    “Millətləşmə” dedikdə söhbət xalqın bütövləşməsindən gedir. Bütövləşmə, vətənləşmə ideyasını ali dəyərə çevirir. Tarixi proses göstərdi ki, bizdə millətləşmə başa çatmadı. Əgər bu başa çatsa idi, keçən əsrin əvvəllərində böyük mütəfəkkir, şair M.Ə.Sabir belə yazmazdı:

    Millət necə tarac olur olsun, nə işim var?! 

    Düşmənlərə mötac olur olsun, nə işim var?!

    Maarifçi mütəfəkkirlərimiz M.Ə.Sabir, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Əhməd Bəy Ağayev və başqaları bu sahədə çox işlər gördülər. Lakin uzun dövr ərzində müstəmləkə idarəçiliyində, xanlıqlar dövründə yaşamaq nəticəsində formalaşmış siyasi düşüncə tərzini dəyişmək mümkün olmadı. Sovet dövründə də mütərəqqi düşüncəli insanlarımız fiziki cəhətdən məhv edildi. Bütövləşmə siyasi düşüncəsi dayandı. Sovet İttifaqı dağılanda bunun acı nəticəsi olaraq əks proses baş verdi: tayfalaşma, qəbilələşmə, regionlaşma və bu da erməni qəsbkarlarına torpaqlarımızı zəbt etməyə şərait yaratdı. Ermənilərdə isə millətləşmə prosesi erməni kilsəsinin başçılığı ilə başa çatmışdı.

    İkincisi, “Demokratikləşmə” mərhələsi. Demokratiya insanlara azadlıq verir. Azadlıq isə insanların seçim imkanlarıdır. Demokratiya seçki yolu ilə siyasi nəsillərin dəyişməsini dinc yolla həyata keçirir və elitanı formalaşdırır. Elitanın formalaşması yalnız və yalnız azad, ədalətli seçki yolu ilə baş verir. ABŞ dövlətinin yaradıcılarından biri Tomas Cefferson deyirdi ki, aristokratiyanın formalaşması seçkidən keçir…

    SSRİ dağılanda müsdəqillik əldə edən müttəfiq respublikaların əksəriyyəti super prezidentli respublika idarəetmə sisteminə keçdilər və sonradan onların bəziləri, o cümlədən Gürcüstan prezidentli – parlamentli, Ermənistan isə parlamentli idarəçiliyə keçdilər. Bizdə isə bu dəyişiklik baş vermədi, əksinə, demokratik proseslərin təminatçısı kimi çıxış edən proporsional seçki sistemindən belə imtina olundu.

    İnkişaf etmiş ölkələrin siyasi həyatında parlament müstəsna rol oynayır. Əsasən parlament seçkiləri ilə siyasi elita formalaşır və yeniləşir. Bu isə əsasən proporsional seçki yolu ilə baş verir və siyasi partiyalar seçki dövründə xalqdan aldığı etimad müqabilində kollektiv məsuliyyət daşıyır.

    Ümumiyyətlə, dünyada elmi, texniki-texnoloji, hüquqi sahədə olduğu kimi idarəçilikdə də beynəlxalq normalar və standartlar formalaşıb. Bizdə də sistem bu normalara və standartlara uyğunlaşmalıdır. Başqa yol yoxdur.

    Üçüncüsü, “Qloballaşma”. Qloballaşma obyektiv prosesdir. Dünyada aparıcı iki tendensiya mövcuddur: demokratiya və inteqrasiya. Qloballaşma şəraitində yaşamaq üçün hər bir ölkə beynəlxalq əmək bölgüsündə öz yerini tutmalıdır. Təbii sərvətlərin mövcudluğu ölkənin inkişafının təminatı deyil, əsas məsələ həmin sərvətlərdən necə istifadə edilməsidir. Əks halda ölkə xammal və ucuz işçi qüvvəsi kimi qalmağa məhkumdur. Qloballaşma şəraitində inkişaf etmiş ölkələr elm tutumlu sahələri inkişaf etdirməklə beyin məhsullarını dünya bazarına çıxarırlar. Qloballaşma dövründə əsas istiqamət insan inkişafıdır və prioritetlər isə elm, təhsil, texnologiya, innovasiya iqtisadiyyatıdır. Ölkənin simasını bu meyarlar müəyyən edir. Bütün bunlar isə yenə də yanlız demokratikləşmədən keçir. Biz də bu yolu seçməliyik. Başqa yol yoxdur!

    Beləliklə, 21 may tarixində Şuşa şəhərində erməni qəsbkarlarının inauqurasiyasının baş tutma səbəbi bizim Millətləşmə, Demokratikləşmə, Qloballaşma mərhələsindəki problemlərimizdir.

    Buradan ikinci əbədi sual yaranır: Nə etməli?

    Sözsüz, islahatlar aparılmalıdır!!! İslahatlar dedikdə, fundamental dəyişikliyə səbəb olacaq konstitusion islahatdan söhbət gedə bilər. Çünki siyasi və idarəçilik sferasındakı islahatlar keyfiyyət dəyişikliyini yarada bilər. Belə bir islahta zərurət var. Bunu iqtidarın, müxalifətin və ictimaiyyətin nümayəndələri də bildirirlər. ABŞ-ın prezidenti olmuş Franklin Ruzveltin belə bir ifadəsi var: “İslahatları mümkünsüz edən hakimiyyət inqilabları zəruri edir”. Əlbəttə, inqilab fəlakətdir. Təkamül yolu daha faydalı, sivil, optimal, doğru yoldur.

    Konstitsiya islahatlarını aparmaq, siyasi sistemi təkmilləşdirmək, seçki sistemini yenidən qurmaq lazımdır. Bunlar elə məsələlərdir ki, hamı bu nöqtədə birləşə bilər. Bu isə cəmiyyətə bütövləşməyə, demokratikləşməyə, qloballaşma şəraitində yaşamağa və inkişaf etməyə təminat verə bilər. Bu birləşmə nöqtəsi həm də istinad nöqtəsidir.

  • Tanrıya gedən yolun yolçusu – SABİR RÜSTƏMXANLI

    Züleyxa NADİR

    Adam var ki, bu millətin göz dağıdı. Adam da var ki, bu millətin gözünün işığıdı. Adam var ki, bu xalqın baş qaxıncıdı. Adam da var ki, bu xalqın baş tacıdı…

    Adam var ki, sadəcə vəzifə borcunu çoxlu sayda məmurla müqayisədə vicdanla yerinə yetirir, gördüyü işi ürəklə, can-başla həyata keçirir, kimsəyə minnət qoymur. Nə xalqdan, nə də dövlətdən bir umacağı olmur.
    Adam var ki, bu xalqa, bu millətə, bu dövlətə bir qəpiklik xeyri dəyməyib. Amma imkanı başından aşır: vəzifəsi, pulu, sərvəti, var-dövləti ilə öyünür. Üstəlik də haqqında nələr yazılmır ki?! “İnsanlığı, xeyriyyəçiliyi belə, vətən sevgisi, yurd eşqi, torpaq məhəbbəti elə” deyə mədhiyyələr yazaraq dağ başına qaldırılır. Halbuki dağ başına qaldırılan o adam dağın ətəiyindən zirvəyə baxan biridi. Amma nə etməli? Həyatda hər kəsi layiq olduğu yerdə tutsaydılar nə vardı ki?!
    Adam da var ki, bütün ömrünü, mənalı həyatını, şərəfli taleyini, bilik və bacarığını, qabiliyyətini, savadını, əxlaqını xalq, millət və dövlət üçün xərcləyir, sözün həqiqin mənasında onu tanıyanların və tanımayanların hörmətini qazanır, milyonlarla insanın sevimlisinə çevrilir. Amma bir dəfə olsun “mən varam” deyə haray salmır, efirləri zəbt etmir. Sadəcə çalışır. Sadəcə vətəni sevir. Sadəcə xalqı, milləti üçün əlindən gələni edir. Gördüyü işləri kimsənin gözünə soxmur. Millətin bu günü, gələcəyi üçün çalışır. Azərbaycan naminə hər cür fədakarlığa gedir. Bu yolda döyülür, söyülür, amma bir dəfə də olsun “uf” demir, getdiyi yoldan çəkilmir. O, yaşayır-yaradır, bacardığı qədər xalqına xidmət edir. Və… çox maraqlı, ziddiyyətli, rəngarəng həyatla yanaşı, çox şərəfli bir ömür sürür. Bu ömürdə nələr olmur ki?! Bir göz qırpımında keçən taleyində o qədər tufan qopur ki… amma bu tufanda onun həyatı örnək olur.
    Yazdığım bu parametrləri şəxsiyyətində cəmləşdirən insan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlıdı. O Sabir Rüstəmxanlı ki, təkcə örnək olan keşməkeşli ömrü deyil, həm də “Ömür kitabı” bizim ömrümüzdə çox böyük rol oynayıb. 30 il əvvəl “Ömür kitabı” o dövrdəki gəncliyin ömründə bir işıq oldu, milli şüurun inkişafında böyük rol oynadı. Əldən-ələ gəzən, dillərdə dastan olan, bayraq kimi meydanlarda dolaşan o kitabla yatıb-dururduq. Kitab bizim üçün “Quran” dəyərində müqəddəs idi. “Ömür kitabı” bestsellerə çevrilmişdi. Bu, o zaman idi ki, Azərbaycanda milli – azadlıq hərəkatı başlamışdı. Azadlığa həris olan xalq meydanlarda gecələyir, “Ömür kitabı”nı əlindən yerə qoymurdu. Vətən, vətəndaşlıq, ikiyə bölünmüş millətin dərdi və əzabı üsyankarcasına qələmə alınmış bu kitab o zamanlar olduğu kimi indi də mənim stolüstü kitabımdı. Yaxşı xatırlayıram, bu kitab gəlin köçən qızlara cehiz verilirdi. Bu, müəllif üçün xoşbəxtlik deyilmi? Daha hansı yazarın kitabını analar qızlarına cehiz verib? Mən xatırlamıram…
    Sabir Rüstəmxanlının “Ömür kitabı” onun ömür yolunun bayrağıdı. Azərbaycanda hər kəs onun ömür yoluna yaxşı bələddi. Bu yol çox zəngindi, həm də çox çətin, hər kəsin keçə bilmədiyi keçidlərlə doludu. Sən gərək vətənə, millətə o qədər bağlı olasan ki, ömrünü şam kimi əridib Sabir müəllimin keçdiyi yoldan adlaya biləsən. Xalqına, millətinə sevgi ilə dolu olan bu yol onun amalı, həyat qayəsidi. İllər öncə başlayan yol hələ də davam edir. Həmin yoldakı ağrı-acılar Sabir müəllimin yaşamından yan keçmədi. Amma o bütün ağrılara, acılara sinə gərdi, mənliyini, qürur və şəxsiyyətini qorudu. O, illərin işgəncəsindən keçdi, amma sınmadı, parçalanmadı, yolundan sapmadı, sarsılmadı. Mənəvi paklıq, əsil ziyalılıq nümunəsi göstərdi. Bu, onun şəxsiyyətindəki dəyərli məqamdı.
    Sabir Rüstəmxanlı ilə şəxsi tanışlığım, bir yaxınlığım yoxdu. Jurnalist fəaliyyətimdə bircə dəfə onunla görüşüb müsahibə götürmüşəm – səhv etmirəmsə, 1994-cü il idi, mətbuat və informasiya naziri vəzifəsində çalışırdı. Vəssalam. Qalan bütün zamanlarda onu Azərbaycan Xalq Hərəkatının aparıcı simalarından biri olaraq, həm də dəyərli ziyalı kimi izləmişəm, müşahidə etmişəm, bədii yaradıcılığına üz tutmuşam. Yaxşı xatırlayıram onunla söhbət edərkən tutduğu nazir postu ilə bağlı sualın cavabında dedi ki, bu vəzifə mənim ömür kitabımın sıradan bir səhifəsidi. Yəni bəzən sevinclə, bəzən göz yaşı, bəzən də duyğu ilə oxunan səhifədi. Prozaik, bir qədər də işgüzar səhifədi.
    Qəlbində vətən, millət sevgisi güclü olan insanlar üçün vəzifə kreslosunun yumşaqlığı önəm daşımır. Vəzifə onlar üçün gəldi-gedərdi. Onların canına suçəkən kimi hopan sevginin adı vətənin bu günü və sabahı üçün apardığı mübarizədi. Sabir Rüstəmxanlı da məhz mübariz insandı, xalq qəhrəmanı zirvəsinə çatacaq qədər döyüşkəndi. Vaxtilə xalq hərəkatının meydan günlərində o, bu qəhrəmanlığı nümayiş etdirib. Onun Azadlıq Meydanındakı tribunadan səsləndirdiyi fikirləri, irəli sürdüyü təklifləri hələ də unutmamışıq. Demək olardı ki, SSRİ-yə meydan oxuyurdu, qorxmurdu. Sabir Rüstəmxanlı məhz həmin qorxmazlığın çiynində ucaldı, sevildi, nüfuz sahibi oldu.
    Sabir Rüstəmxanlı haqqında çəkinmədən deyə bilərik ki, o, sadə və təvazökar, əqidəsində saf olan, demokratik, aydın və açıq fikirli bir ziyalıdı. Azərbaycan sovetlər birliyinin tərkibində olanda 70 illik bir susqunluq dövrü yaşandı. O illərdə düşüncələrə, azad fikirlərə buxov vurulmuşdu. Amma gün gəldi ki, xalqını sevən, onun yolunda həyatını qurban verməyə hazır olan ziyalılar həmin buxovu qırdılar və bir daha susmadılar. Danışdılar, yazdılar, xalqın qarşısına çıxdılar, cəsarət nümayiş etdirdilər. Yeri gələndə döyüldülər, həbsxanalara salındılar, amma əqidələrindən geri dönmədilər. Onlar çox cəfalara dözdülər. Həmin cəfakeşlərdəndi Sabir Rüstəmxanlı. O, demokratik mühitin formalaşmasında, milli-azadlıq hərəkatının Azadlıq meydanına və ölkənin rayonlarına, kəndlərinə yayılmasında böyük rol oynadı. Həmişə xalqın önündə getdi, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olunmasına çalışdı. Bunlar bir şairin, yazıçının, ziyalının çiyninə götürdüyü ağır və müqəddəs yük idi. Sabir müəllim bu yükdən heç vaxt yorulmadı, usanmadı.
    Sabir Rüstəmxanlının bu dünyada missiyası vətənini, millətini və xalqını təmənnasız sevməkdi. Heç bir qarşılıq gözləmədən bu yolda irəliləməkdi. Bu yolun sonu Tanrıya qovuşmaqdı. Şair özü də bunu gözəl bildiyi üçün yazır:
    Vaxt oyunu? Anım – ildir, illərimsə – an,
    Mənzilimə bir çatacaq uşaqla karvan.
    Qədərimiz həm yaradan, həm yaradılan
    Yol gedirəm üzü göyə, üzü Tanrıya!
    İnanıram ki, Tanrı bu gün dünyaya gələn şairi özünün uca məqamında əbədi qoruyacaq. Tanrıya gedən yolun yolçusunu təbrik edirəm!
    Yolun uğurlu olsun, Sabir Rüstəmxanlı!
  • Kırım türklərinin deportasiyasından 76 il ötür

    1944-cü il may ayının 18-20-də 400.000-dən çox tatar türkü Krımdan sürgün edilib. Stalinin göstərişi ilə sovet cəlladı Beriya tərəfindən etnik təmizləmə həyata keçirilib. Üç gün ərzində qadınlar, uşaqlar və yaşlılar mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistana aparılıb.
    Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biridir. Sürgün zamanı 8 mindən çox Kırım tatarı aclıq, susuzluq və havasızlıq şəraitinə dözməyərək yolda həlak olub, 10 mindən çox tatar türkü isə kəskin köçürmə şəraitinə dözməyərək ölüb.
    Stalin Krım tatarlarının bütün izlərini aradan itirməyə çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıya alınmasında Krım tatarlarının adının çəkilməsini qadağan etmişdi.
    1956-cı ildə hakimiyyətə gələn yeni Sovet lideri Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla, Stalinin apardığı siyasəti tənqid etsə də, Krım tatarlarının geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair qərar qəbul etmədi. Krım tatarları 1980-ci illərin sonlarında yenidənqurma hərəkatının başlanmasına qədər Mərkəzi Asiyada yaşamağa davam etdilər. Məhz həmin dövrdə 260.000 tatar yenidən öz əvvəlki yurd-yuvasına geri qayıda bildi. Onların sürgünü 45 ildən sonra başa çatdı. Krım tatarlarının geri qayıtması haqqında olan qadağa ləğv olundu və Krım Ali Şurasının 14 noyabr 1989-cu ildə qəbul etdiyi qərara əsasən Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiya cinayət kimi qəbul olundu.
    2004-cü ilə qədər tatarların böyük hissəsi Krıma geri qayıtdı və yarımadanın əhalisinin 12 faizini təşkil etdilər. Yerli hakimiyyət onların geri qayıtmasına heç bir köməklik göstərmədi, həmçinin itirdikləri torpaqlara görə kompensasiya vermədi.
    12 dekabr 2015-ci ildə Ukrayna Ali Radası bu hadisələrin soyqırım kimi tanınması barədə qərar qəbul etdi və 18 may günü Ukraynada “Krım tatarlarının soyqırımı” günü kimi ölkə təqviminə salındı.
    Bu gün Krım yarımadası yenidən rus işğalına məruz qalıb. Krım tatarları yenidən Krımın azadlığı üçün mücadilə aparırlar.

  • Laçın rayonunun işğalından 28 il keçir

    Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 28 il keçir.

    APA-nın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

    İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

    İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

  • Rəsulzadənin nəvəsi Paşinyanın iddialarına cavab verdi

    Rəis Rəsulzadə: “Ona 24 saat vaxt vermişdilər ki, sən təcili şəkildə Almaniyanı tərk etməlisən!”

    “Belə iddialara arxiv sənədləri ilə ən mükəmməl cavabı Mamuliya (Fransa Strateji Araşdırmalar İnstitutunun professoru Georgi Mamuliya-E.P.) verib. Sübuta yetirib ki, Nijde ilə Rəsulzadəni heç vaxt eyniləşdirmək olmaz. Araşdırmaçı alim yazmışdı ki, Nijdə nə ilə məşğul olub, Rəsulzadə hansı faəliyyəti göstərib. Əslində o cavabdan sonra Rəsulzadə ilə bağlı iddialara əhəmiyyət verməyə dəyməz. Kimlər belə iddialar irəli sürürsə, demək olar ki, gedin, tarixi yaxşı öyrənin, orda-burda eşitdiklərinizə əsasən, ağzınıza gələni danışmayın”.

    Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadə bu fikirləri Musavat.com-a açıqlamasında söylədi.

    Ermənistanın baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadənin ünvanına şər-böhtan səsləndirməsinə cavabında R.Rəsulzadə bildirdi ki, Məhəmməd Əminə Almaniya hökuməti ilə əməkdaşlıq təklifi edilsə də, bu təklif qəbul olunmayıb: “Çünki almanlar Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmirdilər. Ona görə də Rəsulzadə legionerlər qarşısında çıxış edərkən bildirmişdi ki, siz ancaq öz Vətəniniz uğrunda mübarizə apara bilərsiniz, sizin başqa xalqlarla işiniz yoxdur. Belə olduqda ona 24 saat vaxt vermişdilər ki, sən təcili şəkildə Almaniyanı tərk etməlisən! Beləliklə, Rəsulzadəni “persona non qrata” (“arzuolunmaz şəxs”-red.) elan etdilər. Bu mövzuda danışanlar gərək əvvəlcə tarixi yaxşı öyrənsinlər, sonra danışsınlar”.

    R.Rəsulzadə Paşinyanın iddialarına toxunaraq qeyd etdi ki, Rəsulzadə faşistlərin ideologiyasına tam zidd gedirdi: “Hətta Məhəmməd Əmin bu barədə yazı da yazmışdı və Nəsiman Yaqublu həmin yazını mətbuatda dərc etdirmişdi. Amma bu gün bizim ən böyük dərdimiz Qarabağın işğal altında olmasıdır. Bir şeyi anlamaq lazımdır ki, bu, düşməndir. Biz ona nəsə deyəndə, o da nə istəsən, deyə bilər. Şuşada 8-9 mayda nə oyunlar çıxartdılar, rəqs elədilər, indi də Qarabağda saxta “prezident”in andiçmə mərasimini keçirməyə hazırlaşırlar. Bu məsələləri qaldırmalıyıq. Ermənistanda iddia edirlər ki, “demokratik seçki” keçiblər və üzlərini Qərbə doğru çeviriblər. Bu məsələdə Paşinyan xal qazandı. Baxmayaraq ki, ermənilər Rusiyadan asılıdır. İndi biz əsas məsələləri qoyub, olmayan məsələlərdən danışmalı deyilik. Bilməliyik ki, bu, düşməndir və nə istəsə, deyə bilər”.

    Rəis bəy onu təəssüfləndirən bir məqama da toxundu: “Moskvadan mənə zəng etmişdilər ki, bizim özümüzkülərdən də kimsə nəsə yazıb. Belələri özləri araşdırmır, sovet tarixini oxuyur, ona uyğun nəsə yazırlar. Belələri Azərbaycanın müstəqilliyinin, istiqlalının düşmənləridir. Onlar yenə də Azərbaycanı Rusiyaya calamaq istəyirlər. Rəsulzadənin Rusiyaya qarşı hər hansı ittihamı yox idi. Deyirdi biz bütün xalqlarla dinc, yanaşı, qonşuluq əşraitində yaşaya bilərik, amma biz onlarla azad, müstəqil ölkə kimi əməkdaşlıq edə bilərik, müstəmləkə kimi yox. Təbii ki, Rusiya neçə əsrlərdir işğalçılıq siyasətindən əl çəkmir, bu gün də o əlamətləri görürük. Gürcüstanda, Ukrayndada baş verənlər, Krımın işğalı faktdır. Bu siyasət o dövlətin mahiyyətindədir. Ona görə də bu məsələləri qarışdırmaq lazım deyil”.

    R.Rəsulzadə qeyd etdi ki, düşmənin bu saxta iddiaları növbəti dəfə Rəsulzadə ilə bağlı məsələni aktuallaşdırır: “Sual olunur, bizdə Rəsulzadəyə abidə niyə qoyulmur?”Rəis bəy hesab edir ki, Bakının mərkəzində Məhəmməd Əminə möhtəşəm abidə qoyulsa, bu, düşmənə tutarlı cavab olar: “Bu, çox ciddi məsələdir və buna baxmaq lazımdır. İkincisi də biz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan dəvlətin vətəndaşlarıyıq, bütün dünya bunu qəbul edir. Bu günlərdə Prezident Tramp da Respublika günü münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Azərbaycanın bütün ictimaiyyəti, mediası, alimləri ortaya mövqe qoymalıdır ki, Paşinyan kimilər susdurulsun. Eyni zamanda Qarabağ haqqında ciddi düşünmək lazımdır. Fakt budur ki, Minsk Qrupu heç bir iş görmür”.

    Elşad Paşasoy,
    Musavat.com

  • Rafiq Manaflı Milli Şuradan istefa verdi

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

    “Report”un məlumatına görə, R.Manaflı bu barədə özünün “Facebook” hesabında yazıb.

    O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini vurğulayıb.

  • Mayın 20-si Sabir Rüstəmxanlının 74 yaşı tamam olur

    Sabir Rüstəmxanlı
    Sabir Rüstəmxanlı

    Dostluqda sədaqətli, yoldaşlıqda nəzakətlidir. Əliaçıq olduğundan dost məclislərində səxavət göstərməkdən zövq alır, zərrəcə təlaş hissi keçirmir. Sabit xarakterə malikdir, zamanın çətinlikləri iradəsini sındıra bilmir. Hadisələrə qarşı soyuqqanlı və səbrlidir, ani reaksiya verməyə tələsmir. Riskdən uzaq olan bu adam adətən hər problemi öz axarında həll etməyə çalışır. Dürüstlük ən başlıca meyarıdır…

    Dəniz səviyyəsindən 1800 metr yüksəklidə, ucqar bir dağ kəndində, çoxuşaqlı bir ailədə dünyaya gəlib. Həmyaşıdlarından istedad və bacarığı ilə fərqləndiyindən təhsil həyatında böyük rol oynayıb. Onu adi kənd uşağından mükəmməl siyasətçi səviyyəsinədək yüksəldə bilib. Partiya sədri, deputat, Xalq şairidir…

    …Ömür-gün yoldaşı Tənzilə xanım ölkəmizin tanınan fəal ictimai simalarındandır. Dörd övladı var- iki oğlan, iki qız…

    Çox məsuldar çalışır. Ölkə əhəmiyyətli səmərəli işlərlə məşğuldur. Yaradıcılığında olduğu kimi siyasi aləmdə də xeyli uğurlara imza atıb. Sanki anadan siyasət üçün doğulub. Artıq beşinci dəfədir ki, ölkənin qanunverici orqanında təmsil olunur…

    Dadlı yeməkləri xoşlayır. Şiriniyyata meyillidir. Öz həyətində bağbanlıq etməkdən yorulmur. Dünyanı gəzib dolaşsa da özünü ata-baba yurdunda olduğu qədər rahat hiss etmir. Musiqi dinləməkdən zövq alır. Uğurlu daşı opal, sevdiyi rənglər yasəməni, narıncı və yaşıldır. Ruhu ağ rəngdədir, səsi göyə çalır. Onurğa sütunu onu narahat edən ən zərif yeridir…

    Gəncliyində fırtınalı bir həyat yaşasa da, yaşlandıqca rahatlığa, əmin-amanlığa can atır. Əqidəsinə sədaqətlidir. Və bu sədaqət onu daha əzəmətli göstərir. Parlaq zəkalı, iti zehinli, müdrik, təbiətcə zəngin aydınlarımızdandır. Məntiqli danışmağı xoşlayır, mükəmməl natiqdir…

    Gözəl olan nə varsa əhvalına müsbət təsir bağışlayır. Çoxlarından fərqli olaraq həyatı olduğu rəngdə görə bilir, realistdir. Bütün ömrü boyu haqq-ədalətin, tapdanmış hüquqların bərpası uğrunda çalışıb, kəskin qarşıdurmalara son qoymağa səy göstərib. Təsadüfü deyil ki, rəhbərlik etdiyi partiyanın adı da bu amalları özündə əks etdirir- “Vətəndaş Həmrəyliyi Partiyası”…

    Haqqında söhbət açdığım Sabir Rüstəmxanlı hələ gənclik yaşlarından yüksək istedadı və əməksevərliyi ilə insanların diqqətini cəlb edib. Mübarizliyi, yaradıcılığı, güclü yaddaşı, özünəinamı, dəqiqliyi, hədsiz təmkini ona xalqın məhəbbətini qazandırıb…

    O, harada olursa olsun çıxış edərkən və ya dinləyərkən siz onun daxildən gələn hisslərlə davrandığının şahidi ola bilərsiniz. Bu insan bütün hallarada özündə səmimiyyəti qoruyub yaşada bilir. Cılız hisslər onun həndəvərində ya birləşib tam olur, ya da ki, mənasız bir nəsnəyə çevrilir. Məntiqə, dürüstlüyə söykənən hər nə varsa onun yanında daha da əhəmiyyətli və parlaq görünür…

    Mayın 20-sində, təbiətin ən gözəl çağında dünyaya gəlib. Bu gözəllik onun taleyinə, ömür yoluna, varlığına hoparaq təbii, orjinal bir rəngə çevrilib- Sabir Rüstəmxanlı adlı bir rəngə…

    Bəli, illər ötəcək, nəsillər dəyişəcək, əlahəzrət zaman çox insanları keçmişdə saxlayıb unutdurmağa çalışacaq. Amma Sabir Rüstəmxanlı imzası əbədi yaşayacaq…
    74 yaşın mübarək, ELOĞLU!

    Elman Eldaroğlu