Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Sabir Rüstəmxanlı Güney azərbaycanlılarına təşəkkür etdi

    Güney Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycan ordusuna öz dəstəklərini bildirmək üçün Təbrizdə yürüş keçirdilər. Onlar İran hakimiyyətinin təzyiqlərinə məruz qalsalar da, Azərbaycana sevgilərini göstərməkdən çəkinməyiblər.

    Bu barədə Modern.az-a danışan deputat Sabir Rüstəmxanlı deyib ki, İran rejiminə baxmayaraq cənubdaki soydaşlarımızın milli hissləri həmişə güclü olacaq:

    “Bütün dünya azərbaycanlıları, eləcə də cənubda yaşayan soydaşlarımız olanlara biganə qala bilməzdi. Onların milli hissləri, sözsüz ki, İranın siyasi həyatından fərqlidir. Soydaşlarımız İran yolu ilə Ermənistana hərbi yardım göstərilməsinə də öz etirazını bildirərək vətənpərvərliklərini bir daha nümayiş etdirdilər. Təəssüf ki, İran rejimi türkçülüyə, Azərbaycan devisinə qınaqlıqla yanaşır. Buna baxmayaraq, xalq öz sözünü deyir və bu milli hisslər getdikcə böyüyəcək. Qarabağ uğrunda tək bizim deyil, həm də bütün dünya azərbaycanlılarının ürəyi döyünür”.

    Deputat baş verənlərə görə soydaşlarımıza öz təşəkkürünü bildirib və bu yolda daima irərləmələrini arzulayıb.

    Fidan ƏLİ

  • Sabir Rüstəmxanlının adına saxta hesab açdılar-FOTO

    Azərbaycanın müharibə vəziyyətində olmasından istifadə edən təxribatçı düşmən qrupları ölkəmizə və ölkəmizin tanınmış ictimai siyasi xadimlərinə qarşı kiber təxribatları davam etdirirlər.
    Bu silsilədə növbəti təxribatlardan biri də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlıya qarşı baş verib. Sabir bəyin adına naməlum ünvandan twitter hesabı açılıb. Bildiririk ki, bu hesab Sabir Rüstəmxanlıya məxsus deyil və kiber təxribat xarakteri daşıyır.

  • Sabir Rüstəmxanlı: “Azərbaycan İsraildə səfirliyini açmalıdır”

    “İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”.
    “VHP.az” xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

    Onun sözlərinə görə, bu müsəlman ölkəsi dayanmadan Ermənistana köməklik edir:
    “Bu, İranın şüuru və bizə yanaşmasıdır. Azərbaycanın döyüşü dayandırmağını, çəkilməyini istəyirlər. Halbuki onların tələb etmək haqqları yoxdur. İran illərdir bu siyasəti yürüdür. Ən böyük diaspora təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın baş verənlərə münasibətlərini yaxından izləyirəm. Onların da fikri eynidir: İranın bu hərəkətini qətiyyətlə pisləyir və lənətləyirik.
    Eyni zamanda, dünyada yaşayan bütün soydaşlarımıza müraciət edirik ki, İrana nə düşündüklərini bildirsinlər. Fikirlərini, münasibətlərini İranın xarici ölkələrdəki səfirliklərinə çatdırsınlar. Özünü dünyada İslamın əsas mühafizəkarı kimi göstərən bir ölkə müsəlman-xristian qarşıdurmasının getdiyi bir vaxtda terrorçu xristian ölkəsi olan Ermənistanı dəstəkləyir. İranın Azərbaycanın haqq mübarizəsinə mane olmaq cəhdi İslam dünyasına böyük bir zərbədir. Bütün bunlar sübut edir ki, İran anti-islam, anti-din xarakterlidir. İslam dinindən danışması isə şovinist dini diktaturanın olduğunu üzə çıxarır. Və İslam dünyasına ciddi zərər vurur.
    Həmçinin təklif edirəm ki, biz növbəti səfirliyimizi İsraildə açaq”.
  • Sabir Rüstəmxanlıdan dünyaya çağırış: “Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarına, türk Dünyasına və sülhpərvər dünya ictimaiyyətinə müraciət qəbul edib. Həmin müraciəti diqqətinizə çatdırırıq:

    Bu gün dünyanın gözü Azərbaycandadır. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini diqqətlə izləyir. Dostlar cəbhədən gələn hər uğurlu xəbərə sevinir, düşmən həyacan və təşviş içində. 30 ildir Azərbaycan torpaqlarının işğal altında olmasını yada salmayan, yüzlərlə insanımızın əsirlikdə işgəncə altında qalmasını görməzdən gələnlər indi dilə gəliblər. Azərbaycan əsgərinin azadlıq savaşında atdığı ilk güllədən dərhal sonra Roma Papasından ABŞ prezidentinə, Rusiya Dumasından Almaniya kanslerinə qədər “narahatlıq”, atəşi dayandırmaq bəyanatı verilir. İllərdi Xocalı soyqırımına, erməni faşizminə, işğal faktına susan bu yalançı sülhpərvərlər indi Azərbaycanın haqq savaşından narahat olublar. Azərbaycamn beynəlxalq qanunlara və konstitusiyasına uyğun olaraq öz dövlət ərazisini qeyri-qanuni silahlı birləşmələrdən azad etmək və Ermənistanın işğalçılığına son qoymaq istəyir. Bu hərbi əməliyyatlara heç bir hüquq və haqq məhdudiyyət qoya bilməz! Azərbaycan xalqının səbrinin son həddidir və başlanan savaş torpaqların azad olunması ilə başa çatacaq!
    Azərbaycan xalqı və dövləti açıq düşmələ savaşdan geri durmayacaq və bu düşmənin havadarlarının sözü bizi haqq yolumuzdan qaytara bilməyəcəkdir. Amma dostla düşmənin tanındığı bu günlərdə bir xalq olaraq dostlarımızdan, canbir, qanbir qardaşlarımızdan umacaqlarımız da var. Hər zaman olduğu kimi, indi də Qardaş Türkiyə bütün varlığı ilə “Can Azərbaycan” deyərək yanımızdadır. Türkiyə dövləti diplomatik cəbhədə Azərbaycanı müdafiə edir, bütün Türk xalqı da öz dəstəyini göstərməkdədir. Eyni dəstək və mövqeni digər türk cumhuriyyətlərindən də gözləyirik. Erməni faşizmi bütövlükdə Türk millətini özünə düşmən elan edib. Bu gün savaş meydanında Azərbaycan əsgəri dayansa da, dünya siyasətində Ermənistan və havadarları antitürk siyasəti yürütməkdədi. Bu siyasətə qarşı Türk Dünyasının birlik və həmrəyliyi mütləqdir. Dünya imperalizminin yürütdüyü şər siyasətinə qarşı bu gün Qarabağda başlanan savaşla bütün Türk Dünyası “dur” mesajı verməlidir!
    Bu gün Qarabağda aparılan savaş 50 milyonluq Azərbaycan xalqının savaşıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı bu savaşın əsgəridir. Avropada, Amerikada, Rusiyada yaşayan soydaşlarımız Azərbaycanın haqq mübarizəsinin təbliğatçısına, erməni faşizminin açıq və gizli dəstəkçilərini susduran qüvvəyə çevrilməlidir. Savaşın ilk günlərindən Ermənistana hərbi və siyasi dəstək verən İran adlı fars-molla rejimiinin zülmü altında yaşayan milyonlarla soydaşımızın bu gün öz sözünü deməyə və düşmənin İran üzərindən gedən xilas yolunu bağlamağa ehtiyac var. Güney Azərbaycanda yaşayan soydaşlarımızın vətən sevgisinə güvənərək bu etiraz dalğasının nəticə verəcəyinə inanırıq.
    Azərbaycan Vətən Müharibəsində uğurlarını davam etdirir, Azərbaycan əsgəri zəfərə doğru savaşır. Tarix yazılan bu günlərdə Arazın güneyində yaşayan soydaşlarımıza, Dünya Azərbaycanlılarına və bütün Türk Dünyasına müraciət edirik: Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı

  • Sabir Rüstəmxanlı: “Bu gün xalq bir ordu və hər birimiz bir əsgərik. Şüarımız bu olmalıdır”.

    “Ermənistanın son hərbi təxribatları məqsədlidir. 1993-cü ildə Dağlıq Qarabağ və ətraf rayonlar işğal edildikdən sonra ermənilərdə bir cəzasızlıq vərdişi bir arxayınlıq yaranmışdı. Onlar beynəlxalq qurumların qərar və qənnamələrinə əməl etmirdirlər, işğalın daimi olacağını düşünürlər. Dişlərində necə deyərlər “şirə qalıb”. Hesab edirlər ki, yeni torpaqlar işğal edəcəklər”. Bu sözləri açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Onun sözlərinə görə, ermənilər istəyir ki, Qarabağın işğalını unudaq. Bundan başqa düşmən Azərbaycanın qərb bölgəsində yerləşən beynəlxalq kommunikasiya layihələrinə zərbə vurmaq istəyir:

    “Azərbaycanın qərb bölgəsində yerləşən beynəlxalq kəmərlərdə onların gözü var. Ermənistanın arxasında duran qüvvələrin də hədəfi həmin layihədir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir məqsədi də diqqəti hazırda ölkələrində yaranmış vəziyyətdən yayındırmaqdır. Ermənistan iqtisadi böhran hökm sürür. Ölkə iqtisadi fəlakətə doğru gedir. Bu isə Baş nazir Nikol Paşinyanın hakimiyyətinə təhlükə yaradır. Azərbaycana qarşı hərbi təxribatlara əl atmaqla onlarsiyasi böhrandan yan keçmək istəyirlər”.

    VHP sədrinin fikrincə, Ermənistanın hərbi siyasi rəhbərliyi istəyinə nail ola bilməyib:

    “Onlar hesab edirdi ki, yenə hansısa ərazini işğal edəcəklər və kimsə də onlara gözün üstdə qaşın var deməyəcək. Cəzasız qalacaqlar. Lakin Azərbaycan ordusunun peşəkar və qətiyyətli davranışı onlarn niyyətini puç etdi. Ermənilər bilsin ki, işğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”.

    Millət vəkili erməni silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı dinc əhalisinə qarşı aqressiv davranışını da pisləyib:

    “Erməni xisləti deyilən bir şey var. Onlar heç bir müharibə qanunlarına əməl etmirlər. Bu, 90-larda da belə olub, indi də belədi. Azərbaycan Prezidenti də son vaxtlar çıxışlarında qeyd edir ki, bu, erməni faşizmidir. Alman faşizmi vardı, məhv oldu getdi, indi Almaniya demokratik dövlətdir.

    Erməni faşizmi isə davam edir. Dövlət başçısı bunu müxtəlif beynəlxalq təşkilatlarda da vurğulayıb. Milli, dini mənsubiyyətə görə soyqırım törətmək erməninin dəyişməz xislətidir. O zaman çar Rusiyasına söykənib Qafqazda soyqırım həyata keçirirdilər.

    İndi də bu siyasət davam edir. Erməni üçün müqəddəs heç nə yoxdu. Onlar üçün ana-ana, ağsaqqal, ağbirçək, qadın, uşaq yoxdur. Hətta özünü ziyalı ayanlar belə deyirdilər ki, Xocalıları ona görə qırdıq ki, Azərbaycanın gözünü qorxudaq. Müharibənin öz şərtləri var, ancaq Xocalı göstərdi ki, ermənilər üçün bu şərtlər mövcud deyil. Hədəflərinə çatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar”.

    Sabir Rüstəmxanlı qeyd edir ki, bu gün Azərbaycanda heç bir siyasi partiyadan və yaxud hər hansı cinahdan olan insanlar fərqli düşünmür. Hamı torpaqlarımızın işğaldan azad olunmasının arzusundadır və bu məsələdə hamı Azərbaycan prezidentini, ordusunu dəstəkləyir. İstəyimiz birdir: “Xalq-ordu, hərəmiz bir əsgər”

    Sabir Rüstəmxanlı xüsusi olaraq vurğuladı ki, media və vətəndaşlar bu məsələdə həssas olmalı, təxribatçı məlumatlara uymamalıdır: “Yalançı informasiyalarla milləti ruhdan salan məlumatlara yol vermək olmaz. Azərbaycan və Türkiyə televiziya kanalları cəbhədə baş verənləri canlı şəkildə göstərməyə, xalqa, dünyaya məlumatlar çatdırmağa çalışırlar. Xalq da bu məlumatlara əsaslanmalıdır”.

  • “İşğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”- Sabir Rüstəmxanlı

    Ermənistanın son hərbi təxribatları məqsədlidir. 1993-cü ildə Dağlıq Qarabağ və ətraf rayonlar işğal edildikdən sonra ermənilərdə bir cəzasızlıq sindromu, bir arxayınlıq yaranmışdı. Onlar beynəlxalq qurumların qərar və qənnamələrinə əməl etmirdirlər, işğalın daimi olacağını düşünürdülər. Dişlərində necə deyərlər “şirə qalıb”. Hesab edirlər ki, yeni torpaqlar işğal edəcəklər”.

    Bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Məclisin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    Onun sözlərinə görə, ermənilər istəyir ki, Qarabağın işğalını unudaq. Bundan başqa düşmən Azərbaycanın qərb bölgəsində yerləşən beynəlxalq kommunikasiya layihələrinə zərbə vurmaq istəyir:

    “Azərbaycanın qərb bölgəsində yerləşən beynəlxalq kəmərlərdə onların gözü var. Ermənistanın arxasında duran qüvvələrin də hədəfi həmin layihədir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin biri məqsədi də diqqəti hazırda ölkədə yaranmış vəziyyətdən yayındırmaqdır. Ermənistan iqtisadi böhran hökm sürür. Ölkə iqtisadi fəlakətə doğru gedir. Bu isə Baş nazir Nikol Paşinyanın hakimiyyətinə təhlükə yaradır. Azərbaycana qarşı hərbi təxribatlara əl atmaqla siyasi böhrandan yan keçmək istəyirlər”.

    VHP sədrinin fikrincə, Ermənistanın hərbi siyasi rəhbərliyi istəyinə nail ola bilməyib:

    “Onlar hesab edirdi ki, yenə hansı ərazini işğal edəcəklər, kimsə də onlara gözün üstdə qaşın var deməyəcək. Cəzasız qalacaqlar, yeni topraqlar əldə edəcəklər. Lakin Azərbaycan ordusunun peşəkar və qətiyyətli davranışı onlarn niyyətini puç etdi. Ermənilər bilsin ki, işğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”.

    Millət vəkili erməni silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı dinc əhalisinə qarşı aqressiv davranışını da pisləyib:

    “Erməni xisləti deyilən bir şey var. Onlar heç bir müharibə qanunlarına əməl etmirlər. Bu, 90-larda da belə olub, indi də belədi. Azərbaycan Prezidenti də son vaxtlar çıxışlarında qeyd edir ki, bu, erməni faşizmidir. Alman faşizmi vardı, məhv oldu getdi, indi Almaniya demokratik dövlətdir.

    Erməni faşizmi isə davam edir. Dövlət başçısı bunu müxtəlif beynəlxalq təşkilatlarda da vurğulayıb. Milli, dini mənsubiyyətə görə soyqırım törətmək erməninin dəyişməz xislətidir. O zaman çar Rusiyasına söykənib Qafqazda soyqırım həyata keçirirdilər.

    İndi də bu siyasət davam edir. Erməni üçün müqəddəs heç nə yoxdu. Onlar üçün ana-ana, ağsaqqal, ağbirçək, qadın, uşaq yoxdur. Hətta ziyalılar belə deyirdi ki, Xocalını ona görə qırdıq ki, Azərbaycanın gözünü qıraq. Müharibənin öz şərtləri var, ancaq Xocalıda görmüşük ki, ermənilər üçün bu şərtlər mövcud deyil. Hədəflərinəçatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar”.

    Aydın
    Cebhe.info

  • Vətəndaş Həmrəyliyi Partiyası: “ Dövlətimizin və ordumuzun yanındayıq”

    Vətəndaş Həmrəyliyi Partiyası olaraq dövlətimizin, ordumuzun və əsgərlərin yanındayıq. Vətəndaş Həmrəyliyi Partiyası Torpaqlarımızın işğaldan azad olunması üçün tam səfərbərliyə hazır olduğumuzu  bildirir, ordumuza güvənirik.
    Xalqımızı, vətəndaşları səbrli, təmkinli olmağa, heç bir təxribatlara inanmamağa çağırırıq. Bu gün Azərbaycan xalqının birlik və həmrəyliyinə həmişəkindən daha çox ehtiyac var.
    Ordumuz işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir. VHP olaraq bir daha xalqımızı birliyə çağırır, ordumuza və dövlətimizə dəstək olduğumuzu bildiririk.
  • Azərbaycanda həmrəylik və uğur möhürünü vuran partiya

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda, 1992-ci il sentyabrın 26-da yaradılıb. Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında olduğu bir vaxtda yaradılan partiya çoxları üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlasa da zaman əksini sübut etdi. Gələcək siyasi uğurun, ölkənin siyasi sistemində dayanıqlı mövqe qazanılmasının səbəbi partiyanın təsis qurultayında Meydan hərəkatının lideri, şair və hərakatçı kimi xalq arasında böyük nüfuz qazanmış Sabir Rüstəmxanlı tərəfindən ifadə olunmuşdu: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”

    Bu çıxışdan və partiyanın yaranmaslnda 28 il keçib və bu gün ölkənin siysi durumu VHP liderinin irəli sürdüyü ideologiyanın nə qədər doğru və çağdaş olduğunu təsdiqləyir. VHP 28 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib. İdeologiyasına, siyasi kursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında öz sözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz milli mövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakim partiyadan sonra müstəqillik illərində keçirilən bütün seçkilərdə iştirak edib nəticə əldə edən yeganə partiyadır. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda Milli Məclisdə ikinci ən çox təmsilçiliyə malik partiyadır. VHP bütün dövrlərdə bələdiyyələrdə təmsil olunub. Bu gün 80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü var.
    Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin var olması VHP-nin əsas hədəfi olaraq qalır. Bu gün Azərbaycan siysi – ideoliji sistemində VHP prinsipləri qalın xətlə keçir: Biz yox- millətimiz, bizim sözümüz yox- xalqın sözü, böhtan yox-həqiqət, kin-küdurət yox- sevgi, siyasi oyunbazlıq yox-siyası əxlaq… Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır.
    Partiyanın 28 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!”
    Vətəndaş Həmrəyliyi Partiyasının 28 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq!

    VHP-nin Mərkəzi İcra Aparatı

     

     

  • Millət vəkili Həsənabad qəsəbəsində salınan şəhidlər parkına baş çəkib-FOTO

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Seçicilərlə görüşdən sonra millət vəkili rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanında görülən işlərlə tanış olmuşdur. Məlumat üçün bildirək ki, parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaqdır. Həsənabad kəndində də aparılan işlər artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə parkın açılışı olacaq.

     

  • Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşdü-FOTO

    Bu gün Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib. Neftçala şəhərindən və rayonun kəndlərindən olan vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları dinləmiş, problemləri ilə maraqlanmışdır. Bəzi vətəndaşların problemləri yerindəcə həll edilmiş, bəzi şikayətlər aidiyyatı qurumlara ünvanlanmışdır. Vətəndaşların qəbulunda icra hakimiyyətinin məsul əməkdaşı da iştirak etmiş, yerundə həll oluna biləcək məsələlərə münasibət bildirmişdir. Görüşdə rayonun bəzi kəndlərinin yol və qazla bağll çətinliklərə xüsusi diqqət yetirilmiş, qısa müddət ərzində bir neçə kəndlərdə bu problemlər yoluna qoyulduğu bildirilsə də, bəzi kəndlərdə hələ də yol və mavi yanacaq probleminin qaldığı diqqətə çatdırılmışdır. Millət vəkili seçicilərin diqqətinə çatdırmışdır ki, bu məsələ ilə bağlı hökumətə etdiyi müraciət müsbət cavablandırılmış və dövlət proqramı təsdiq edilmişdir. S.Rüstəmxanlı bütün təkliflərin ümumiləşdirilərək, aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirmişdir. Vətəndaşlarla söhbətdə millət vəkili pandemiya ilə əlaqədar yaranan mümkün problemlərlə də maraqlanmış vətəndaşların qarşılaşdıqları problemlərin həllinə imkan daxilində köməklik göstəriləcəyini bildirmişdir.
    Millət vəkili qərargahda keçirilən qəbuldan sonra rayon ərazisində olmuş, vətəndaşlarla yerlərdə də səyyar görüşlər keçirmişdir.