Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Layihə Parlamentin müzakirəsinə göndərilib. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərarı ümumxalq referendumunda verilməlidir. Category: Gündəm
-
Ermənistanın Avropa İttifaqına qatılmasına çox vaxt lazımdır – ŞƏRH
Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Layihə Parlamentin müzakirəsinə göndərilib. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərarı ümumxalq referendumunda verilməlidir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsi vətəndaş təşəbbüsü kimi parlamentin müzakirəsinə çıxarılıb, indi hökumət buna müsbət mövqe bildirməyi təklif edir. Mirzoyan qeyd edib ki, son illərdə Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik əlaqələr var, bunlar müxtəlif, eləcə də təhlükəsizlik sektorunu əhatə edir: “Aİ Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə dəstək verməyə hazır olduğunu da bildirib. Baş nazirin da bəyan elədiyi kimi, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxın olmağa hazırdır”. Xatırladaq ki, ötən ilin son aylarında Ermənistanda avropayönlü siyasi partiyalar Aİ-yə üzvlük prosesinə dərhal başlamaq üçün imza toplamışdılar.Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Avropa İttifaqına üzvlüyün əsas şərtlərindən biri münaqişə və müharibə vəziyyətinin olmamasıdır. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya prosesi başa çatmayıb və sülh müqaviləsi imzalanmayıb:“İnanmıram ki, bu proses yekunlaşmadan Ermənistanı Avropa İttifaqına üzv qəbul etsinlər. Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan və sərhədlər dəqiqləşəndən sonra bu prosesdə məsafə qət edilə bilər. Əks təqdirdə bu məsələnin həlli inandırıcı görünmür. Əgər Ermənistanın Qərbə inteqrasiya siyasəti səmimidirsə, İrəvan öz qonşuları ilə normal əməkdaşlıq etmək niyyətindədirsə, ilk növbədə ərazi iddialarından vaz keçməlidir. Ermənistanın sadəcə Azərbaycana deyil, Türkiyə və Gürcüstana da ərazi iddiaları var. Konstitusiyada qonşu dövlətlərin ərazilərinə iddialar qalmaqdadır. Ermənistan birinci növbədə referendum keçirərək Konstitusiyasını dəyişməli, qonşu dövlətlərin ərazi bütövlüyünü tanımalıdır. Ən əsası isə Azərbaycanla sülh müqaviləsini bağlamalıdır. Bu məsələlər həllini tapmadan Ermənistanın Aİ üzvlüyünə qəbul edilməsi həmin problemlərin Aİ səviyyəsinə qaldırılmasıdır ki, bunun baş verəcəyinə inanmıram. Aydın məsələdir ki, Ermənistanın Aİ-yə üzv olmasına ən çox çalışan Fransa Prezidenti E.Makrondur. Makron buna nail olmaq istəyirsə, birtərəfli qaydada Ermənistanı müdafiə etmək əvəzinə İrəvanı Bakı ilə sülh sazişini imzalamağa sövq etməlidir”.Min illik plan açıqlandı – Yaxış Şərq layihəsi belə işləyirmiş

Sabir Rüstməmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Teleqraf.com-un suallarını cavablandırıb:
Onunla müsahibəni təqdim edirik:
– Suriyada rejim dəyişikliyi baş verdi. Ölkə hələ tam toparlanmasa da müəyyən müsbət işartılar var. Bu hadisələrin digər regionlara təsiri haqqında nə demək olar?
– Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra bölgədə proseslər fərqli istiqamətdə cərəyan etməyə başlayıb. Sözsüz ki, bu hadisələr digər bölgələr kimi Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Amma gələcəyi görən siyasətçilər və dövlət başçıları vəziyyəti dəyərləndirib öz xalqlarının, millətlərinin xeyrinə bundan istifadə edə bilərlər. Faktiki olaraq bölgədə min ildir ki, davam edən bir prosesin başa çatmadığı müşahidə edilir.
– Uzun müddət “ərəb baharı”, “Yaxın Şərq layihəsi” kimi planlardan bəhs edilirdi. Baş verənləri bu xronologiyanın tərkib hissəsi hesab etmək nə dərəcədə məntiqlidir?
– Əslində Əfqanıstan, İraq, Suriyada baş verən hadisələr burada terror təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dini və etnik qarşıdurmaların artması ABŞ-nin ortaya atdığı “Yaxın Şərq layihəsinin” addım-addım həyata keçirilməsidir. Eyni zamanda burada İslam düşmənçiliyi də var. İsrailin atdığı addımlar, Avropa və Rusiyanın bu ölkələrdən yararlanmaq istəyi min il öncə bölgədə başlamış səlib yürüşünün hələ də bitmədiyini göstərir. İslam, türk düşmənçiliyi hələ də qalmaqdadır.
– Bölgə ilə bağlı ilkin plan nədən ibarət idi?
– Məqsəd bölgədəki dövlətləri bölüb, parçalayıb xırda knyazlıqlar yaratmaqdır. Dünyanın böyük güclərinin əsas arzusu məhz budur. Fransa, ABŞ-nin atdığı addımlar bu yolun davam etdiyini göstərir. Suriyada baş verənlər eyni ssenarinin tərkib hissəsidir. Həmçinin bu ölkədə öz millətini zülm altında saxlayan dövlət başçısı sonunu əvvəlcədən görməli idi. Həbsxanalardan azad edilənlərin sayı və digər amillər, insanlığa sığmayan əməllər gec-tez üzə çıxacaqdı. Bu hərəkətləri edən ölkə başçısı bilməliydi ki, bıçaq sümüyə dayananda xalq fil kimi hər şeyi ayağının altına ata bilir. Bunu isə Rusiyaya qaçıb sığınan Bəşər Əsəd bilmədi.
– Suriyanın gələcəyi ilə bağlı proqnozlar necədir?
– Proseslərin gələcəyi Suriyada hakimiyyəti ələ alan müxalif qüvvələrin və daxili güclərin nə qədər tez bir-biri ilə dil tapa biləcəyindən asılıdır. Çünki onların davranışları dövlətinin taleyini həll edir. Ölkələrinin taleyini qumara qoymamağı bacarmalıdırlar.
– Türkiyənin Suriyada baş verənlərə yanaşması necədir?
– İrandan fərqli olaraq Türkiyə Suriya ilə sərhəd bütövlüyünü tanıyır. Rəsmi Ankara bu gün Suriya dövlətinin parçalanmasına qarşıdır. Türkiyə Suriyanın bütöv bir dövlət kimi yaşamasını istəyir. Arzu edilən də odur ki, bu ölkə bütöv şəkildə qala bilsin. Çünki burada parçalanmanın olması əvəzində bir neçə dövlətin yaranması qonşu ölkələrə yaxşı heç nə vəd etmir.
– Parçalanmış Suriyanın taleyi qonşu ölkələr üçün nə kimi təhdidlər yarada bilər?
– Bu sözsüz ki, qonşu ölkələrə təhlükə yaradır. Burada Türkiyənin taleyi daha çox düşündürücüdür. Ona görə də, Suriyanın torpaq bütünlüyü, ərazisinin qorunması, dövlətin yenidən toparlanması önəmlidir. Bu, ən azı Amerikanın “Yaxın Şərq planı”nın pozulması üçün lazımdır. Çünki bu bölgədə yaşayanlar talelərini özləri həll etməlidir. Suriya qədim bir dövlətdir. Onun üzərində belə bir oyunun baş verməsi nəticədə İrana, Türkiyəyə də təsir edəcək. İranda olan xalqımızın taleyi bizi düşündürürsə, millətin ziyanına, onların qırğına verilməsi hesabına nələrinsə olması arzu olunmur. İstək odur ki, millət addım-addım öz haqqını müdafiə etsin və ona çatsın.
– Bölgədə olan dağıdıcı güclərin Suriyanı parçalamaqda əsas planları nədən ibarətdir?
– Suriyanın şimalından dəhliz açıb Aralıq dənizinə çıxmaq istəyən terrorçuların niyyəti baş tutmadı. Onlar ərazidən çıxarıldı. Eyni zamanda Rusiya Suriyanın Tarsus şəhərindən çıxdı, Rusiya gəmilərini belə limanlardan çəkib apardı. Hazırda İsrailin Suriyanın cənubundan təhdidləri qalıb. Qolan təpələri İsrail tərəfindən götürülüb. Ona görə də, bütün bu təhdidlərə qarşı Suriya dövlətinin toparlanması lazımdır.
Müəllif: Tapdıq QurbanlıVHP bələdiyyə seçkilərində iştirak edəcək
Vətəndaş Həmrəyliyi Partiyası 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.Bu barədə Bakupost.az -a VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.O qeyd edib ki, artıq partiyanin bələdiyyə seçkiləri seçki qərargahı fəaliyyətə başlayıb:“VHP-nin səlahiyyətlə nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndəsi təsdiq edilib. Yaxın günlərdə seçkilərdə iştirakla bağlı müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına, ardınca isə bələdiyyələr üzrə namizədlərin müvafiq sənədləri seçki dairələrinə təqdim ediləcək”.Qeyd edək ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.Sabir Rüstəmxanlı Beynəlxalq Aytmatov Akademiyasının fəxri üzvü seçilib
Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib. Bu barədə qərar Beynəlxalq Aytmatov Akademiyasının Rəyasət Heyətinin iclasında verilib.
Qeyd edək ki, Aytmatov İctimai Akademiyası 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatının irsinin saxlanılması və genişləndirilməsi məqsədilə yaradılıb. Akademiyanın iyirmi illik fəaliyyəti ərzində dörd ildən bir onun fəxri və həqiqi üzvləri – görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları seçilirlər.Adam erməniləri xəyal dəryasından oyadıb, reallığa qaytarmaq istəyir və bu istiqamətdə addımlar atır
“Ermənistan səhərlər özünü qərbyönlü, günorta iranyönlü, axşam isə rusiyayönlü kimi göstərir. Lakin Nikol Paşinyanın prioriteti Türkiyədir”. Bunu erməni politoloq Vigen Akopyan deyib. O bildirib ki, bu hökumətin geosiyasi prioriteti Türkiyədir. Akopyanın sözlərinə görə, anti-Rusiya və qərbyönlülük sadəcə reallığı gizlətmək üçün fondur: “Hökumət başçısı dəfələrlə özünün real prioritetlərini göstərib”. Akopyan deyir ki, Qərb Paşinyanın hakimiyyətdə olmasından maksimum istifadə etməyə çalışsa da, ona ciddi yanaşmır: “Qərb anlayır ki, Paşinyanın başlatdığı işi sona çatdıra bilməyəcək. Paşinyan isə onun hakimiyyətdə qalmasında yeganə maraqlı tərəfin Türkiyə olduğunu bilir. Buna görə də Ərdoğanla görüşünü öz qələbəsi hesab edir. Onun fikrincə, bu görüş sayəsində Ərdoğanın simasında siyasi ata qazana bilib”.Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanı Rusiyanın cəngindən tam çıxartmaq istəyir və bu yöndə fəaliyyət göstərir. Ekspert vurğulayıb ki, Ermənistanın KTMT və MDB çərçivəsində bir sıra tədbirlərə qoşulmaması, ötən gün Moskvada bəyannamələrə imza atmaması, Rusiyayönümlü şəxslərin hakimiyyətdən uzaqlaşdırılması da bunun bariz nümunəsidir:“Amma bütün hallarda Ermənistanı Rusiyadan qopartmaq hələki çətindir. Çünki Ermənistan dövləti həmişə Rusiyanın vilayəti kimi fəaliyyət göstərib. Paşinyana qədər Ermənistana rəhbərlik etmiş şəxslərin hamısı Rusiyanın bölgə valisi olublar. Moskvanın bütün tapşırıqlarını icra ediblər. Hətta Ermənistanın enerji sektoru, dövlət müəssisələri Rusiyanın əlində, nəzarətindədir. Ermənistan sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Bunlar göstərir ki, Ermənistan tam olaraq Rusiyanın nəzarəti altında olub. Azərbaycan torpaqlarının işğal olunmasının əsas səbəbkarı da Rusiya olub. Rusiyanın açıq dəstəyi, diktəsi və tapşırığı ilə ermənilər Azərbaycan torpaqlarını işğal etmişdilər. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanı Rusiyanın nəzarətindən çıxartmağa çalışması göz önündədir”.S.Əsədli vurğulayıb ki, baş nazir qərbyönlü siyasətə üstünlük verir və çalışır ki, qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə normal münasibətlər qurulsun: “Paşinyanın Qarabağla bağlı atdığı addımlar da ortadadır. Görünən odur ki, bu adam erməniləri xəyal dəryasından oyadıb, reallığa qaytarmaq istəyir və bu istiqamətdə addımlar atır. Amma Rusiyanın Ermənistandakı dayaqları o qədər güclüdür ki, bunu çətinliklə həyata keçirir və əngəllərlə üzləşir. Paşinyan bilir ki, ermənilərin bölgədə normal yaşaması üçün iki əsas məqam var. Birincisi, Türkiyə ilə sərhədlərin açılması, ikincisi isə Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır. Paşinyan bu yöndə addımlar atsa da, daxildən təzyiqlərlə üzləşir və verdiyi sözlərin əksəriyyətini yerinə yetirmir. Çünki Rusiya hər vəchlə İrəvan hökumətinin qarşısını almağa çalışır. Yəqin ki, zamanla problemlər öz həllini tapacaq. Azərbaycanla sülh sazişi imzalanarsa, Türkiyə ilə Ermənistanın sərhədləri də açılacaq”.VHP-32
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təsisedilməsindən 32 il ötür. VHP 1992-ci il sentyabrın 26-da ilk qurultayını keçirib. Partiya ciddi ictimai-siyasiqarşıdurmalar, iqtisadi xaos, hakimiyyət uğrundaçəkişmələr və Birinci Qarabağ müharibəsinin kəskinləşdiyidönəmdə vətəndaş həmrəyliyi ideyasının təbliğinə başlayıb. Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanınmüstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranmasıDövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsədə, bu məqama gətirib çıxaran yol 1988-ci ilin Meydanhərəkatından başlamışdı. Bu mənada VHP-nin yaranması1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edənhadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitinməntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları ciddi şəkildə narahat edirdi. VHP-ninyaranmasına səbəb siyasi təcrübəsizlik, xarici amillərnəticəsində meydana çıxan real vətəndaş qarşıdurmasıtəhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyətduyğusu idi. VHP yarandığı gündən nicat yolumuzunVətəndaş Həmrəyliyində olduğunu bəyan etdi. VHP hazırda seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu iləölkənin aparıcı siyasi partiyalarından biridir. Müstəqillikdönəminin bütün parlament və bələdiyyə seçkilərindəiştirak edib və uğur qazanıb. Vətəndaş HəmrəyliyiPartiyasının bu günə kimi 8 qurultayı keçirilib. Hazırdapartiyanın respublikanın 81 bölgə (şəhər/rayon) vəNaxçıvan muxtar respublika təşkilatı fəaliyyət göstərir.Bu gün ölkədə gedən proseslər və siyasi partiyalarınbəyan etdiyi ideoloji sistem VHP-nin 32 il öncə irəlisürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğununümayiş etdirir. Siyasi leksikonumuza VətəndaşHəmrəyliyi ifadəsini məhz VHP gətirmişdir.
Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşıolan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsilolunurlar.
Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsisolunduğu ildən parlamentdə təmsil olunan VHP hazırdademokratik qüvvələr düşərgəsində ön sırada dayananpartiyalardan biridir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər veriləndemokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfiolaraq qalır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!
VHP Türk Şəhidliyini ziyarət etdi
Bu gün Bakının işğaldan azad olunmasının 106-cı ildönümü münasibətilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri Şəhidlər Xiyabanında Türk Şəhidliyini ziyarət edib. Partiya üzvləri abidə önünə gül dəstələri qoyub, şəhidlərin ruhunu sayğı ilə yad edilib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxış edərək 1918-ci il 15 sentyabrda Bakının azad olunmasının tarixi əhəmiyyətindən bəhs edib.

Türk birliyi Avropa modeli formasında öz əksini tapmalıdır
Xəbər verdiyimiz kiçi, Türk Dünyası Ortaq Əlifba Komissiyasının Bakıda üçüncü iclası keçirilib.Bakıvaxtı.az-ın məlumatına görə, Türk Akademiyasının prezidenti Şahin Mustafayev Komissiyanın ancaq Türk dünyası üçün əlifba yaradılması layihəsi ilə məşğul olduğunu bildirib:
“Əsas məqsədimiz ortaq əlifba yaratmaqdır. Türk dünyasının dövlət başçıları bizdən hazır əlifba gözləyirlər. Nəticələri yekunlaşdırmaq üçün cəmi iki günümüz var”.
Ş.Mustafayevin sözlərinə görə, türk ölkələri və xalqları vahid əlifbaya keçid məsələsində artıq ciddi akademik irəliləyiş əldə ediblər, lakin siyasi qərarların qəbulu müəyyən vaxt apara bilər.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Bakıvaxtı.az-a deyib ki, VHP və partiya sədri Sabir Rüstəmxanlı ortaq türk əlifbasının qəbul olunmasının ilk təşəbbüskarlarındandır və bununla bağlı müxtəlif təkliflərlə, layihələrlə çıxış edib.
Onun sözlərinə görə, VHP sədri həm Azərbaycan parlamentində, həm də Türkiyə, Qazaxıstan, Özbəkistan səfərlərində, Rusiyanın tərkibində olan muxtar türk respublikalarına gedişində bu məsələni daim gündəmə gətirib:
“Biz ortaq türk əlifbasının qəbul və təsdiq olunmasının tərəfdarıyıq. Ortaq türk əlifbası türk ölkələrini bir-birinə daha çox yaxınlaşdıracaq. Ortaq əlifba tətbiq olunandan sonra ortaq dil məsələsinin həlli də asanlaşacaq. Türk dövlətləri iqtisadi-siyasi-mədəni əlaqələrlə yanaşı, dil baxımından da bir-birinə yaxınlaşmalıdır. Çünki ortaq danışıq dili olmalı, vahid dil forması tətbiq edilməlidir ki, türk dünyası ilə əlaqələr genişlənsin”.
Müsahibimiz bildirib ki, Türk birliyi sözdə yox, əməldə olmalı və Avropa modeli formasında öz əksini tapmalıdır. Bunun üçün gərəkən addımlar atılmalıdır:
“Ortaq türk əlifbası ilk növbədə dilçi-alimlərin, mütəxəssislərin işidir. Təbii ki, bu həm də siyasi qərardır. Elə etməliyik ki, əlifba işlək vəziyyətdə olsun və istifadə edilsin”.
Həmsöhbətimiz vurğulayıb ki, ortaq türk əlifbası hansı formada qəbul olunacaqsa, bütün türk respublikalarının orta məktəblərində, ilk siniflərində tədris edilməlidir:
“Türk dünyasının əlaqələri sadəcə liderlər səviyəyəsində yox, xalqlar, cəmiyyətin bir-birinə açılımı səviyyəsində olmalıdır. Birliyimizin daim olması üçün bu, çox vacib məqamdır. Avropa modelindəki kimi türk respublikaları arasında da sərhəd və gömrük-keçid məntəqələri də tədricən aradan qaldırımalıdır. İnsanlar türk dünyasında sərbəst gəzib-dolaşmaq imkanı əldə etməli, istədikləri türk respublikasında yaşaya, işləyə, təhsil ala bilməlidir”.
Aydın Baxış
VHP sədr ATƏT-in seçki missiyasını qəbul edib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında 1 sentyabr növbədənkənar parlament seçkisini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib. S.Rüstəmxanlı VHP-nin seçki təcrübəsi, 1 sentyabrda keçiriləcək parlament seçkilərində partiyanın iştirakı, qeydə alınmış namizədlər haqda qonaqlara ətraflı məlumat verib. Qarşıdan gələn seçkilərdə də VHP-nin uğuruna əminliyini bildirən partiya sədri vətəndaşların seçki fəallığı ilə bərabər yerli və xarici müşahidəçilərin fəaliyyətinin də seçki prosesində böyük rol oynadığını qeyd edib.Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən missiyanın rəhbəri missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib. O, Azərbaycandakı seçki mühitini və təşviqat kampaniyalarının gedişatını öyrənmək məqsədilə seçkilərdə iştirak edən partiyalar və namizədlərlə görüşlər keçirdiklərini söyləyib. Görüşdə missiya rəhbərinin müavini Elissavet Karagiannidou və siyasət üzrə analitik Noemi Arçidiakono, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli iştirak edib.

Sabir Rüstəmxanlının Ramiz Mehdiyevə cavabı -VİDEO
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının 1996-cı ildə Milli Məclisdə həmin dövrdə Prezident Aparatının rəhbəri olan Ramiz Mehdiyevlə mübahisəsini əks etdirən görüntülər yayılıb.
Axar.az xəbər verir ki, proses 1994-1995-ci ildən başlamış, həmin vaxt PA rəhbəri olan Ramiz Mehdiyev Mətbuat və İnformasiya Nazirliyini bir neçə dəfə yoxlatdırmış, nəticə almadıqda isə PA-nın mətbu orqanı olan “Xalq qəzeti” də daxil olmaqla, bir neçə media qurumunda həmin vaxt mətbuat və informasiya naziri Sabir Rüstəmxanlının əleyhinə kampaniya başlatmışdı.
Sabir Rüstəmxanlı o kampaniyaya həddən artıq geniş bir cavab yazaraq, dərc etdirmiş və bunun arxasında Ramiz Mehdiyevin dayandığını bildirmişdi. Bir müddətdən sonra isə (1995-ci il) Sabir Rüstəmxanlı nazir vəzifəsindən istefa verərək, parlament seçkisinə qatılmış və deputat seçilmişdi.
Buna baxmayaraq, Ramiz Mehdiyev “köhnə rəqibini” növbəti dəfə Milli Məclisdə “vurmaq” qərarına gəlmişdi.
Sabir Rüstəmxanlının Ramiz Mehdiyevə Milli Məclisdəki cavabını təqdim edirik: