Noyabrın 30-da boş qalan yerlərə keçiriləcək təkrar bələdiyyə seçkilərində Vətəndaş Həmrəylik Partiyasının 7 üzvü namizəd kimi iştirak edir.
VHP Təşkilat Şöbəsinin müdiri Samir Əsədli VHP.az saytına deyib ki, VHP-nin 10 nəfər üzvü namizədliyini irəli sürmüşdü və onlardan 7-sinin namizədliyi qeydiyyata alınıb: “ VHP-dən olan namizədlər öz təşəbbüsləri ilə seçkilərə qatılıblar. VHP olaraq təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə partiya olaraq qatılmamışıq. Təkrar seçkilər olduğu üçün, prosesdə fərdi qaydada təmsil olunmaq qərarına gəldik”.
S.Əsədli sonda bildirdi ki, VHP bütün seçki dairələri üzrə müşahidə aparmayacaq, yalnız üzvlərinin namizəd olduğu seçki məntəqələrində bələdiyyə seçkiləri müşahidə edəcək.
VHP Təşkilat Şöbəsi namizədləri seçki dairələri üzrə elan edib:
14 Saylı Xəzər I DSK
1. Zirə bələdiyyəsi- Quliyev Yaşar yaqub oğlu
50 saylı Qobustat-Xızı-Sumqayıt DSK
2. Poladlı bələdiyyəsi – Atayev Təbiyyət Əlirza oğlu
3. Sündü bələdiyyəsi -Yunusov Təbriz Qüdrət oğlu
64 Sabirabad II DSK
4. Şəhriyyar bələdiyyəsi – İbayeva Aysel Abbas oğlu
71 Masallı kənd DSK
5. Boradigah bələdiyyəsi – Muxtarov Əli Mütəllim oğlu
96 Goranboy-Naftalan-Tərtər DSK
6. Muzdular bələdiyyəsi – Abdullayev Əli Məhərrəm oğlu
108 Ağstafa DSK
7. Xətai bələdiyyəsi -Qasımov Nəsimi Qəməndər
Hafiz Mirzə
Onun vüsala qovuşması üçün isə heç uzağa getmək lazım deyil, xalqı özünə qaytarmaq, oyatmaq, marifləndirmək milli birliyə nail olmaq lazımdır. Buna görə də Əhməd bəy millətin maariflənməsi istiqamətində konkret və radikal addımlar atmağa başlayır. Onun əqidə yoldaşları Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov da bu sahədə mücadilə verir. Bakıda o əvvəlcə “Kaspi” qəzetində çalışır. Sonra Bakı şəhər dumasına üzv seçilərək fəaliyyətini daha da genişləndirir. Artıq Bakını erməni vəhşilikləri bürümüşdür. Müsəlmanlar onların cavabını daha sərt qaydada verməkdən çəkinmirlər. Erməni və türk məhəllələri arasında silahlı qarşıdurmalar daha da şiddətlənir və bütünlüklə ölkəni bürüyür, insanlar öldürülür, evlər, dükanlar, hətta neft mədənləri yandırılır. Erməni qoçularının, Amazaspın, Lalayanın və digərlərinin başçılığı ilə erməni quldur dəstələrinin törətdiyi vəhşiliklər əsərdə elə dolğun təsvir edilir ki, oxucu bütün bunları sakit oxuya bilməyəcək.Amma hökumət yenə də birtərəfli və qərəzli mövqe tutur. Ermənilər bütün bunlara görə yalnız müsəlman türkləri qınayır və mərkəzə bu cür yanlış məlumatlar göndərirlər. Peterburqda fəaliyyət göstərən ermənilər də bu sahədə qızğın fəaliyyət göstərir, hökumətə yanlış məlumatlar verirlər. Məqsəd türklərin Bakıdan deportasiya olunmasıdır. Belə bir vaxtda Əhməd bəy və dostları Hacı Zeynalabidin Tağıyevin də iştirakı ilə əks tədbirlər tökür və Peterburqa nümayəndə heyəti göndərirlər. Xarici İşlər Nazirliyində xarici ölkə səfirlərinin də iştirakı ilə keçirilən görüşdə Əhməd bəy və dostları əsil həqiqiətləri, müsəlman türklərin mədəni və elmi səviyyəsini göstərir və talanları əslində kimin törətməsini onlara sənədlərin dili ilə sübut edərək Bakını xilas edir. O eyni zamanda Qafqaz canişini ilə görüşüb türk dilində yeni bir qəzetin buraxılmasına razılıq alır.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbir keçirib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, dövlət müstəqilliyi barədə Konstitusiya Aktına imza atan Sabir Rüstəmxanlı isə keçmiş hərəkatçıları partiya maraqlarından çıxış etməməyə və birgə fəaliyyət göstərməyə çağırıb: “1991-ci ildə bizim bir səhvimiz oldu. Bu da dövlətimizin adını Şimali Azərbaycan Respublikası kimi göstərməməyimizdir. Bununla biz həm də cənubda yaşayan soydaşlarımıza dəstək vermiş olardıq”.
VHP Siyasi Şurasının üzvü Samir Əsədli “Mərkəz” qəzetinin ”TEZ-BAZAR” rubrikasında
Ibrahim Quliyev
Anar NİFTƏLİYEV
Rayon erməni silahlı birləşmələri tərəfindən 1992-ci ildə işğal edilib
“Vətəndaş Həmrəyliyi Partiyasının təkrar bələdiyyə seçkiləri ilə bağlı konkret qərarı qəbul etməyib”.
Planetimizin və insanlığın uzayda, kainatda tut¬du¬ğu yer, sivilizasiyanın taleyi və Yerlə Göyü birləşdirən sevgi… Xalq şairi Sabir Rüstəmxanlının yeni nəsr əsərində bu mövzular müstəvisində oxucunun diqqəti cəmiyyətimizin ciddi sorunlarına yönəldilir.
AMİP Mərkəzi Şuranın toplantısını VHP-nin qərargahında keçirə bilər. Belə ki, VHP bununla bağlı AMİP-in müraciətini gözləyir. Məsələ ilə bağlı VHP sədrinin müavini Samir Əsədli “OLAYLAR”a açıqlamasında bunları deyib: “AMİP Mərkəzi Şuranın toplantısını keçirmək üçün BŞİH-nə müraciət edib. Əgər BŞİH AMİP-ə bununla bağlı yer verməsə onda AMİP toplantını VHP-nin qərargahında keçirə bilər”.