Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • “Ziyalının sərbəst yaşamaq imkanı yoxdur”

    Sabir Rüstəmxanlı: “Kitabları bukinistə yox, kənd kitabxanasına verərəm”

    Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Kulis.az-a müsahibəsi

    Sabir Rüstəmxanlının partiya qərargahındakı otağına daxil olanda onu masa arxasında qəzetləri vərəqləyən gördüm. Ziyalılığına xas adətlə qalxıb müsafirinə “xoş gəlmisiniz” edib yer göstərdi. Sonra tez-tez bir-birinin ardınca beş-altı qəzeti o üz-bu üzünə çevirib kənara qoydu.

    – Heç oxumadınız?

    – Oxumalı bir şey var ki… Gəlin bu masa arxasında qarşı-qarşıya əyləşək ki, sizə yazmaq rahat olsun.

    Görünür, qəzetlərdə özü haqda nə isə yazılıb-yazılmaması ilə maraqlanırmış. Yenicə yerləşdikləri qərargahdakı otağında hələ hər şey öz yerini almamışdı. Kitablar isə artıq geniş otağın eni-boyu bərabər kitab rəflərinə düzülüb.

    – Nə çox kitabınız var?

    – Hələ bundan ikiqat artıq kitab evdə varımdır.

    – Mən bu yaxınlarda köhnə kitabları qoymağa yer tapmadığımdan bukinistə verdim ki, heç olmasa kimsə oxusun.

    – Mən bukinistə yox, kəndimizin kitabxanasına verərəm, amma hələ özümə lazımdır.

    – Kəndlərdə kitabxana qalıb ki?

    – Məktəblərdə qalır. Prezidentin sərəncamı ilə klassik ədəbiyyatımız və dünya ədəbiyyatı böyük tirajla çap olunub, məktəblərə də göndərilib. Bəzən mənasız bir şeyi elə şişirdib problem yaradırıq ki, amma görülən böyük bir işi heç eynimizə almırıq, normal qəbul edirik. Halbuki qısa bir müddətdə latın qrafikası ilə o qədər tirajla kitab çap olunması asan məsələ deyil.

    Ümumiyyətlə, bizdə keçmişin üstündən asanlıqla xətt çəkmək meyli var. Elə bil ata-babamızın yaşantısı deyil. Kirillə çap olunmuş kitabların hamısını kütləvi surətdə məhv etdilər. Kitabxanalardan yığışdırdılar. 37-ci illə indinin nə fərqi oldu!? Onda da kitab qatilliyi vardı, indi də elə. Biz Milli Məclisdə mədəniyyət haqqında qanunda yazmışdıq ki, kitabxanalar özəlləşdirilə bilməz, hansısa məmur onu düzəldib “bilər” etmişdi. Bunun çox böyük mübahisəsi getdi. Kitabxanalar özəlləşdirildi və sonralar kitabı qovdular. Bir çox böyük kitabxanalar ləğv olundu. Kəndlərdə bütün kitabxanalara qıfıl vurulub, yağışlar binanın içinə yağır kitablar məhv olur. Yeni kitablar kəndlərə, heç rayon mərkəzlərinə gedib çıxmır. Sovet vaxtı iki yolla gedirdi, “Kəndkitab” və “Azərkitab” yolu ilə. İndi onların heç biri yoxdur. Kitab satış mərkəzləri olsa belə, ora yeni kitablar getmir. Sual doğur: Azərbaycan xalqına kitab lazım deyil, oxumaq istəmir?

    – Vurğulayırlar ki, oxumaq istəmirlər, oxuyan xalq deyilik…

    – Yalandır. Sovet vaxtı kolxozçuların əmək haqqından kitab pulu çıxıb ona kitab verirdilər. Bu bir dövlət siyasəti idi. İlk vaxtlar kolxozçu etiraz edirdi, növbəti aylar isə özü kitab istəyirdi. Ən ucqar rayonlarda kitab oxumaq istəyənlər var, qoy bu əvvəlki kimi kütləvi olmasın, amma var.

    “Oxuyan xalq deyil” fikri düşmən sözüdür, bu xalqı alçaltmaq, gözdən salmaqdır. Kitabı xalqa çatdırmaq, təbliğ etmək lazımdır. Mənim bir kitabım 250 min tirajla çıxırdı və bir həftəyə satılırdı. Astaradan durub Bakıya kitab dalınca, əlbəttə, gələ bilməyəcək. Kitab getməlidir rayonlara, bölgələrə. Nəşriyyatlarımız çətinliklə işləyir. Əlavə dəyər vergiləri kitab istehsalını, satışını oturdur. Bir çox ölkələrdə kitab işini əlavə dəyər vergisindən azad edirlər ki, kitab ucuz olsun hamı ala bilsin. Bizdə kitaba üç-dörd mərtəbəli vergi var.

    İndi böyük mədəniyyətimizin bir sahəsini özümüz dalana dirəmişik. Hökumət Evinin arxasında 16 mərtəbənin böyük bir hissəsi kitab evi idi. Mən nazir olanda istədilər, vermədim, indi oranı ticarət obyektləri ediblər. Kitab Pasajımız da getdi. Kitabları küçəyə tökdülər, sonra ordan da ləğv etdilər. Buna baxmayaraq, nəşriyyatlar kitab çap edir. Az da olsa çap olunur. Əvvəllər təzə çıxan kitabdan kitabxanalara göndərilirdi. İndi bu sistem yoxdur.

    Kitab Palatası bir arxiv kimi əhəmiyyətini itirib. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu ki, guya azad sözün qarşısını alır. Əslində Mətbuat və İnformasiya Nazirliyi kitabla bağlı bu məsələləri tənzimləyirdi. İndi tənzimləyici orqan yoxdur, bu sahə başsız qalıb. İnformasiyanı dünyaya yaymaq o nazirliyin işi idi, indi başıpozuqluq var. Hər şeyin özəlləşməsi yaxşı işdir, amma mədəniyyət dövlət nəzarətində olmalıdır. Kitaba dövlət dəstəyi olmasa, mümkün deyil. Klassik ədəbiyyatımızı çap edib onun qonorarı hesabına müasir ədəbiyyatı çap edirdik.

    – Kitablarınızı çap etdirməkdə çətinlikləriniz var?

    – Yox, asanlaşıb, amma bunu yalnız imkanı olan adam etdirə bilir. Bilgisayarda 15 cild əsərlərim var. Onları ardıcıl çap etdirmək üçün böyük pul lazımdır. İki ildə bir qənaət edib bir kitab çap etdirirəm. Çox çətindir. Dövlət vəsaiti ilə kimlərsə kitab çap etdirir. Vaxtilə kitabları dövlət hesabına çap etdirirdilər. Xalq şairi kimi elə bir xüsusi status görmürəm.

    – Çıxışlarınızdan birində “ədəbiyyat adamı divara qısnanıb” deyəndə bunları nəzərdə tuturdunuz?

    – Çox məsələlər var. Azərbaycanda bu gün ziyalılara hücum var. Bu hücumun bir hissəsi xaricdən gəlir. Bir hissəsi özgə belindən gələnlərin işidir. Bir hissəsi də öz biganələrimizin əməyidir. Fikir formalaşdırıblar ki, Azərbaycanda ziyalı yoxdur. Əlbəttə, bu mühitdə ziyalı olmaq çox çətindir.

    Normal ziyalı millətinin fədaisidir. Heç bir təzyiqin qarşısında əyilmədən millətə sözünü deyən, önündə gedən, lazım gəlsə dərisi soyulsa belə geri çəkilməyən adamdır. İndi ziyalıları qəsdən sındırırlar. Ziyalı o vaxt bu göstəricilərə cavab verə bilər ki, heç olmasa Mirzə Ələkbər Sabir kimi bir sabun tiyanı olsun. Mirzə Ələkbərin sabun tiyanı bu gün bizim sahibkarlıqdan qat-qat sərbəst idi. Bu gün o sabun tiyanının sahibi kiminsə xoşuna gəlməsə, onu yüz tərəfdən boğacaqlar. Sərbəst yaşamaq imkanı yoxdur ziyalının. Mən gənc yazarlara təqaüdlər verilməsinin əleyhinə deyiləm, amma bu onları asılı vəziyyətə salmasın. O təqaüdlərin quluna çevirməli deyillər. Ona istedadına görə verilməli və deyilməlidir ki, nə istəsən yaza bilərsən, hətta tənqid etməkdən çəkinmə.

    Ədəbiyyat daha ciddi işdir. Yazıçıları, ziyalıları iqtidar müxalifətə ayırmaq düzgün deyil. Ziyalı millətin bel sütunudur. Kütlə millətin şüurunu irəli apara bilməz. Yıxar, sökər, dağıdar, kimisə yıxar, yenisini gətirər, amma bilmək olmaz ki, o gətirilən hansı səviyyədədir. Ziyalı damla-damla, kəlmə-kəlmə təfəkkürü hörür. Ədəbiyyata bir qısqanclıq var. Ədəbiyyat adamları maddi sıxıntı içindədirlər, yetim kökündə. Yazıçı dostlarım var ki, əyinlərində uzun illər geyindikləri nimdaş kostyum var.

    Gəncləri çox sevirəm, imkan olduqca onlara yol açmaq lazımdır. Son vaxtlar gənc yazarlarda bir inkarçılıq, nankorluq var. Sən kimisə bəyənməyə bilərsən, amma inkar edə bilməzsən. Heç kim Bəxtiyar Vahabzadəni inkar edə bilməz. O bir dövrdür. Ədəbiyyatı zamana görə qiymətləndirmək lazımdır.

    Kimsə bu gün Əli Vəliyevi, Süleyman Rəhimovu bəyənməyə bilər, amma təmiz türk dilində yazmaqda ona çata bilərmi? Nə olsun ki, sovet ədəbiyyatını yaradıb. Nizami, Füzuli də hansı şaha mədhiyyə yazıb. Yazar dövrün, zamanın fövqündədir, çünki ədəbiyyat yaradır. O vaxt deyirdilər ki, Bəxtiyar Vahabzadə gündə bir maşın dəyişir. Amma indi yüz maşınla Bəxtiyar Vahabzadəni geri qaytarmaq olar? Maşın ötəridir, qalan Bəxtiyar Vahabzadə xəzinəsidir. Siyasi ayrı-seçkiliyi ədəbiyyat mühitinə daşımaq olmaz.

    – Divara qısnan yalnız ədəbiyyat adamlarıdır?

    – Pul kapital millətin mənəviyyatını ayaqlayıb keçir. Görünür yaşadığımız kapitalizmin qanunu budur. Kitab sərgilərinin təşkili, xalçaçılıq sənətimizin, muğamımızın YUNESKO irsi tərəfindən qorunmasına nail olmaq böyük uğurdur, amma küll halında milli mədəniyyətimiz sıxıntı içindədir. Məsələn, “Cavad xan” filmi çəkmişik göstərməyə yer tapmırıq. Tarixi filmlərin çəkilməsi haqda prezident fərmanı var. Bu film çəkilib niyə mən icra hakiminə xahiş etməliyəm ki, bu filmi camaata göstərək.

    Hərdən mənə elə gəlir ki, bəzi məmurlarımız hesab edir ki, bizə mədəniyyət lazım deyil. Araz Elsəs nadir istedad sahibidir, güneylə quzey arasında körpüdür. Mən ona Bakıda konsert verməsi üçün yer ala bilmədim. Millət vəkili, xalq şairi yer tapa bilmədi. Bakıda istənilən xaricinin milliyəti məlum olmayan adamın konsertini təşkil edib, pul da verirlər.

    Bu gün Türkiyə ilə rəsmi səviyyədə münasibətlər var, amma kiməsə bu sərf etmir. 200 ildir güneydə, quzeydə Rusiyanın əli ilə repressiyalar, qırğınlar, Dərbəndi, Zəngəzuru əlimizdən aldı. Əlifbamızı dəyişdi, tariximizi saxtalaşdırdı. Qarabağ torpağını əlimizdən alıb verdi erməniyə. Bu gün müstəqil Azərbaycanda yenə Rusiyanın təbliğatını aparanlar var. Mən belə adamları anlamıram.

    – Biz sizə şikayət etməliydik bunları, siz şikayət edirsiniz?

    – Haqlı sözdür. 20 ildir rusun soyadını dəyişmək üçün mübarizə aparırıq. Kimsə deyir ki, yox, ata bilmərik. Hansı fikirlə? Deyirik, icra edən qurumlar bu qulağından alıb o birindən verirlər. Siz danışın, biz istədiyimizi edəcəyik-düşünənlər var.

    Ramilə QURBANLI

    http://www.kulis.az/news.php?id=2461

  • VHP sədri Milli Məclisdə İstiqlaldan danışdı

    “Mədhiyyələrdən özünüzü qoruyun, tənqiddən qorxmaq lazım deyil”

    Milli Məclisin iclasında deputat Arif Rəhimzadə də çıxış edib və bildirib ki, 1991-ci ildə keçmiş Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə 43 deputatın səs verməsi yanlış məsələdir. Modern.az saytının məlumatına görə, A.Rəhimzadə deyib ki, bu məsələ həmin mart ayının 8-də müzakirəyə çıxarılıb. “Bu məsələ ondan ibarət idi ki, deputatlar Azərbaycanın SSRİ-nin tərkibində qalmasına ya referendum yolu ilə razılıq verməli idilər, ya da bunun o vaxtki Ali Sovet tərəfindən həll olunmasına razılıq verməli idilər”.

    A.Rəhimzadə bildirib ki, o zaman rəhbərliyə inanmadığı üçün bu məsələnin referendum yolu ilə həllinə imza atıb: “Sadəcə bu gün məsələ ilə bağlı yanlışlıqlar var. Guya 43 nəfər deputat müstəqillik aktına imza atib”. A.Rəhimzadənin bu sözləri istiqlalçı deputat Sabir Rüstəmxanlının etirazına səbəb olub. O bildirib ki,  Arif Rəhimzadənin dediyi sözlər həqiqətə uyğun deyil: “Doğurdan da həmin vaxt SSRİ-nin saxlanılıb-saxlanılmaması məsələsi müzakirəyə çıxarılıb və SSRİ-nin saxlanmamasına qarşı çıxanlar elə müstəqilliyimizə imza verən deputatlar kimi dəyərləndirməlidirlər. Ola bilsin ki, Arif Rəhimzadənin yaddaşında bu cür qalsın, ancaq həqiqət mən dediyim kimidir, Arif Rəhimzadənin dediyi kimi deyil”.
    S.Rüstəmxanlı bildirib ki, 1991-ci ildə müstəqilliyin lehinə imza atan 43 nəfərdən biri olduğuna görə, qürur duyur. Xalq hərəkatından danışarkən deyib ki, bu məsələyə yanaşmada Milli Məclisdə iki münasibət ortaya çıxır: “Bir qism israrla deyir ki, SSRİ-nin dağılması ayrı-ayrı respublikalardakı xalq hərakatından irəli gəldi, digər qism isə deyir ki, yuxarıdan oldu. Mən hesab edirəm ki, bunları bir-birindən ayırmaq düzgün deyil. Hər ikisinin birliyindən doğdu”. S.Rüstəmxanlı qeyd edib ki, xalq hərəkatı Heydər Əliyevlə birgə fəaliyyət göstərirdi, Ayaz Müttəllibov, Əbdürrəhman Vəzirovun rejiminə qarşı fəaliyyət göstərirdi: “Biz heç vaxt Heydər Əliyev rejiminə qarşı mübarizə aparmamışıq. Sonra bəzən “43-lər”lə bağlı fikirlər səsləndirilir ki, onlara müəyyən köməkliklər olunsun. Məsələn, müəyyən dövrdə nazir işləmiş Firudun Ağasıoğlu böyük alimdir, amma bu gün acından ölür. Ona hər hansı köməkliyi kim edə bilər? Sonra mən üzümü İlham Əliyevə tuturam, rəhmətlik atanız Heydər Əliyev deyirdi ki, “mənim çörək verdiyim çox adamlar bəzən mənə qarşı çıxırlar”. Mədhiyyələrdən özünüzü qoruyun, tənqiddən qorxmaq lazım deyil. Tənqid inkişaf üçündür, inkişafa köməklik edən məsələdir. Tənqiddən qorxmaq lazım deyil. Niyə Milli Məclisdə bu gün deyilmir ki,  bir qrup məmur xalqa qarşıdır? Xalqa qarşı olmaqla elə o, İlham Əliyev, Heydər Əliyev siyasətinə qarşıdır”.
    S.Rüstəmxanlı qeyd edib ki, burda keçmişdən gələcəyə körpü yaratmaq lazımdır.

  • VHP hakimiyyəti ittiham etdi

    Vətəndaş Həmrəyliyi Partiyası “Xural” qəzetinin əmlakının müsadirə edilməsini pisləyib.

    Partiya hesab edir ki, bu, azad və müstəqil mətbuata qarşı səlib yürüşüdür: “Hakimiyyət azad mətbuata qarşı bu formalı və digər hərəkətləri ilə cəmiyyətdə və beynəlxalq aləmdə öz imicinə ciddi zərbə vurur. Heç bir halda, azad və müstəqil mətbuat basqı edilə bilməz.
    Mətbuat millətin aynasıdır və bu aynanı ləkələmək, qırmaq bütün hallarda mənfi nəticələrlə müşayiət olunacaq. Bütün hallarda eyibləri və qanun pozuntuları gizlətmək üçün mətbuatı hədəf seçmək YAP hakimiyyətinə baş ucalığı gətirmir. Mətbuat nə qədər azad və müstəqil olarsa, dövlət də bir o qədər güclü olar. Bu, heç kimə baş ucalığı gətirmir”.

  • Türkiyənin dərdi bizim dərdimizdir

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyə xalqına başsağlığı verib.

    Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülə ünvanlanan başsağlığında deyilir:

    “Hörmətli Cümhur başqanı!

    Türkiyə Cümhuriyyətinin Van şəhərində insan tələfatına səbəb olan zəlzələ xəbərini dərin üzüntü və kədər içində qarşıladım. Qardaş ölkədə baş verən bu faciə hər bir Azərbaycan türkünün qəlbində çox ağrılı bir iz saldı.

    Zəlzələ nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, şəxsən Sizə və bütün Türk xalqına dərin hüznlə başsağlığı verir, dərdinizə şərik çıxır, yaralananlara Allahdan şəfa diləyirəm.

    Allah rəhmət eləsin!”

  • “Mayaları batdığına görə narahatdırlar”

    Sabir Rüstəmxanlı İranın Azərbaycana qarşı təhdidlərinin artmasını bununla əlaqələndirir 

    Son günlər İrandan Azərbaycanın ünvanına yönələn təhdidlər bir-birini əvəz etməkdədir. İran sanki müxtəlif hadisələrdən istifadə etməklə Azərbaycana təzyiqləri gücləndirir. Tehran rəsmiləri və mollalar gah Azərbaycanda dindarlara qarşı təzyiqlərdən, gah dövlət sərhədini pozan iranlı əsgərin Azərbaycan sərhədçiləri tərəfindən öldürülməsindən, gah da digər məsələlərdən istifadə edərək gərginliyi artırmağa çalışırlar. Hətta, İran rəsmilərinə yaxın şəxslərdən biri Azərbaycanın Təbrizdəki konsulluğuna hücum olacağı barədə xəbərdarlıq səsləndirməkdən də çəkinməyib. Bəs görəsən İran rəsmilərinin bu aqressivliyinin səbəbi nədir? Bu mövzu ilə bağlı suallarımızı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıya ünvanladıq. 

    – Sabir bəy, İranın Azərbaycana qarşı təhdid dolu bəyanatlarının artmasını nə ilə əlaqələndirirsiniz?
    – Bilirsiniz, son 20 ildə İran Azərbaycanda maneəsiz şəkildə fəaliyyət göstərir. Bu imkandan istifadə edərək müxtəlif dini qurumlar dəstəklənib, məscidlər tikilib, mədrəsələr yaradılıb. İrana bağlı ictimai təşkilatlar şəbəkəsi formalaşdırılıb. Azərbaycanla dostluq və qonşuluq münasibətlərini inkişaf etdirmək adı ilə ölkədə böyük bir şəbəkə qurublar. Öz missionerlərini hətta, respublikanın regionlarına da səpələyiblər. Biz də demişik ki, yaxın qonşumuzdur, 30 milyona yaxın soydaşımız var. Bütün bunları nəzərə alıb İranla yaxşı qonşuluq münasibətləri qurmağa çalışmışıq və düz etmişik. 

    İstəmişik ki, əhalisinin yarısı azərbaycanlı olan İran vətəndaşları Azərbaycana rahat gəlib-getsinlər, problem yaşamasınlar. Amma unutmuşuq ki, İran təkcə Azərbaycanda deyil, ümumilikdə Yaxın Şərqdə öz hegemonluğunu formalaşdırmağa çalışır. Bu məqsədlə din faktorundan istifadə olunur. İranın şovinist rejimi indi bu siyasəti Azərbaycana da tətbiq etmək istəyir. İndi hesab edirlər ki, uzun müddətdir formalaşdırdıqları bu şəbəkənin hərəkətə keçməsinin vaxtı çatıb. Bu məqsədlə müxtəlif təxribat xarakterli variantlara əl atırlar. 
    – Məqsədlərinə nail ola bilirlərmi?
    – Yox. Onlar bir şeyi unudurlar ki, Azərbaycan regiondakı digər dövlətlərdən fərqlənir. Burada onların təxribatlarına uyacaq kütlə yoxdur. Düzdür, İran şəbəkəsi Azərbaycanda əhalinin yoxsulluğundan, bəzi kəsimlərin dini savadsızlığından müəyyən məqamlarda istifadə edə bilirlər. Onlar müəyyən məscidlərdə, yas mərasimlərində, dini tədbirlərdə təbliğat aparmaq imkanına malikdirlər. Amma məqsədlərinə tam nail olmaq imkanları yoxdur. Azərbaycan dünyəvi dövlətdir. Bu ölkə həmişə yüksək mədəniyyəti, dünya səviyyəli musiqisi, teatrı, elmi ilə tanınıb. Bütün istiqamətlər üzrə dahi insanlar yetişdirib. İndi belə bir respublikanı yenidən İran mollalarının istədiyi rejimlə yönəltmək mümkün deyil. Bunu İranda da görürlər və əsəbiləşirlər. Görürlər ki, illərdir xərclədikləri pullar, çəkdikləri əziyyət effekt vermir. Bir növ mayaları batdığına görə narahatdırlar. Belə olan halda da eyforiyaya qapılıb Azərbaycan əleyhinə təhdid dolu bəyanatlar verirlər. 
    – İran hökumətinə bağlı qüvvələrdən birinin rəhbəri hətta Azərbaycanın Təbrizdəki konsulluğuna hücum olunacağı ilə bağlı açıq xəbərdarlıq edib.
    – Neçə illərdir İran mətbuatı və «Səhər» kanalı Azərbaycanla elə bu dildə danışır. Rəsmi Tehran bütün vasitələrdən istifadə etməklə anti-Azərbaycan təbliğatı aparmağa çalışır. Biz də bunu görürük, amma qonşuluq münasibətlərini pozmamaq, milli çıxarlarımız naminə susuruq. Digər tərəfdən, bölgədə gedən proseslər də İranı özündən çıxarır. Şimali Afrika ölkələrində demokratikləşmə prosesləri gedir. İraq, Liviya xalqları diktatorları deviriblər. Hazırda Suriyada da vəziyyət gərgindir. İran görür ki, ətrafındakı rejimlərin halqası daralır. Bu işi təşkil edənlərə qarşı heç nə edə bilmirlər, acıqlarını Azərbaycandan çıxmağa çalışırlar. Yəni eşşəyə gücləri çatmır, palanla mübarizə aparırlar. Təbrizdəki konsulluğumuza hücumla bağlı hədəyə gəldikdə isə nəzərə almaq lazımdır ki, bu şəhərdə bizim milyonlarla soydaşımız yaşayır. Əgər onlar mollaların fitvası ilə konsulluğumuza hücuma imkan versələr, bu, cəhalətin ən yüksək nöqtəsi olacaq. Gərək soydaşlarımız buna imkan verməsinlər. Onların kifayət qədər gücü var və bundan istifadə edib mollaların qarşısını almalıdırlar. 
    – Molla rejimi İrandakı toy mərasimlərində azərbaycanlı müğənnilərin iştirakına da qadağa qoyub. 
    – Mən yenə də deyirəm, İran əhalisinin yarısı azərbaycanlıdır. Bu cür inzibati metodlarla azərbaycanlıların milli mənlik şüurunun formalaşmasının qarşısını ala bilməyəcəklər. Şimaldan gedən müğənnilərin qarşısını alacaqlar, Azərbaycan mahnılarını cənublu qardaşlarımız özləri oxuyacaqlar. İran heç bir vasitə ilə cənubdakı soydaşlarımızla bizim əlaqələrimizi kəsə bilməyəcək. Heç bir dövlət heç bir xalqa toyu, yası ilə bağlı qadağa qoya bilməz. İranın başında dayananların çoxu Azərbaycan türkləridir. Onların qeyrəti varsa buna yol verməməlidirlər. Qadağalarla bizim millətin iradəsini qıra bilməzlər. Əksinə, bu cür qadağalar tərs effekt verəcək. İran rejimi bu cür gülməli qadağalar tətbiq etməklə milli hisslərin oyanmasına təkan verəcək. 
    – Sizcə yaranmış vəziyyətdə Azərbaycan hansı mövqe tutmalıdır?
    – Əlbəttə ki, biz İranda insan hüquqlarının pozulması, cənubdakı soydaşlarımıza qarşı aparılan siyasət, tariximizin saxtalaşdırılması cəhdlərinə qarşı etirazımızı bildirməliyik. İranda Azərbaycan adının unudulması üçün əllərindən gələni edirlər. Ölkəmizi gah aran adlandırırlar, gah da bizə qarşı torpaq iddiaları ilə çıxış edirlər. Bütün bunlar çox ciddi təhdidlərdir və Azərbaycan dövləti baş verənlərə öz etirazını bildirməli və bunu Tehrana çatdırmalıdır.

    İlham QULİYEV
    “Kaspi” qəzeti

  • II Gənclər Forumu keçirilib (Foto, Video, Radio, Bəyanatlar)

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi Qərargahında müxalifətdə olan gənclər təşkilatlarının forumu olub. Forumda VHP, AXCP, KXCP, BQP, Müsavat, AMİP, ADİP, ADP, Ümid partiyalarının gənclər təşkilatlarının üzvləri, “Dalğa”GH, “Nida” VH, “Azad Gənclik” GT, “Demokrat” GT üzvləri və  müstəqil gənclər  iştirak ediblər. 

    Forumdakı çıxışların ana xəttini Azərbaycan hökumətinin gənclər siyasətinin demokratik gəncliyin əleyhinə yönəlməsi, ölkədəki siyasi məhbuslara azadlıq təşkil edib. 

    “Azərbaycanda iqtidarın gənclər siyasətinin nəticəsində 9 gənc siyasi məhbusdur, universitetlərdə demokratiya uğrunda mübariz gənclərə təzyiqlər göstərilir, toplaşmaq və media azadlıqları tapdanır”, – deyə Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Samir Əsədli qeyd edib. 

    Samir Əsədli gənclərin problemlərindən danışaraq Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyətə gəldiyi gündən bəri müxalifət və müxalif düşüncəli insanların təzyiqlərə məruz qaldığını və hakimiyyətin müxalifətə qarşı səlib yürüşünə çıxdığını deyib. Eyni zamanda, təhsil sistemindəki problemlərdən danışan S.Əsədli bu sahənin bərbad vəziyyətə salındığını bildirib. 

    Gənclər iqtidarın gənclər siyasətinin iflasa uğradığını, bu siyasət üçün ayrılan milyonlarla manat vəsaitin səmərə vermədiyini bildirib. “Yeni gəncliyin qarşısında çoxsaylı problemlərin həlli durur. Bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, Əliyev avtoritar rejimi, sosial ədalətsizliyin aradan qaldırılması, azad və ədalətli seçkilərin keçirilməsi, Güney Azərbaycandakı 35 milyonluq azərbaycanlının hüquqları uğrunda mübarizədir.  Azərbaycan gənclərinin xəyalları olan Bəxtiyar Hacıyev, Cabbar Savalan, müxalifətçi gənclər həbsdədir. Bu iqtidar Neft Akademiyasına həlak olan gənclərin qanları qurumamış gül bayramı keçirir. Öz balaların yarım milyonluq  toylarında paçka-paçka şabaş verir, amma cəbhədə şəhid olan əsgərlərin taleyi ilə maraqlanmır, onların yasına qatılmır”, – deyə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı qeyd edib. 

    Forum iştirakçıları ölkə gənclərini iqtidarın səmərəsiz gənclər siyasətinə qarşı birləşməyə çağırıb. Azərbaycan gəncliyini ən çox narahat edən demokratik azadlıqların və hüquqi dövlətin olmamasıdır. “Gənclər yalan üzərində qurulmuş siyasətə qarşı mübarizə aparmalıdır. Gənclik yalandan imtina edib, mübarizə yolunu seçməlidir”. – deyə Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı bildirib. 

    Forumda 2 aprel mitinqi ilə bağlı həbs edilən gənclərin azadlığa buraxılmasının vacibliyi qeyd edilib. Gənclər  hesab edir ki, iqtidarın son zamanlar gəncləri həbsə məhkum etməsi onun mübarizə istiqamətinin dəyişdiyini göstərir. “Bu gün artıq 1990-cı illərdə Azərbaycanın müstəqilliyinə nail olmuş insanların demokratiya uğrunda mübarizə aparan övladlarını həbs edirlər. İqtidar artıq kimlərdən qorxduğunu çox yaxşı nümayiş etdirir. Azərbaycanda dövlət suverenliyi qazanılıb. Amma, xalqın suverenliyi əldə edilməlidir. Konstitusiyanın birinci maddəsinə uyğun olaraq xalq hakimiyyətin mənbəyinə çevrilməlidir”, – deyə vəkil  Xalid Bağırov bildirib. 

    VHP Gənclər Təşкilаtının sədri Еmil Bаğırоv çıхışındа sоn 9 аydа 80 əsgər ölümünə tохunub və qеyd еdib кi, nоrmаl ölкələrdə bеlə hаl оlsа о ölкənin müdаfiə nаziri istеfаyа gеdir, bizdə isə nаzirin оğlunа vəzifə vеrirlər.
    АDP Gənclər Təşкilаtının sədri Cəmil Həsənli çıхışındа hакimiyyətin gənclər siyаsətini кəsкin pislədi və qеyd еtdi кi, Аzərbаycаn hакimiyyətinin gündə pаfоslu çıхışlаrlа еlаn еtdiyi gənclər siyаsəti аrtıq iflаsа uğrаyıb.

    “Dаlğа” Gənclər Hərəкаtının sədri Оrхаn Nəbiyеv çıхışındа təhsil prоblеmlərindən dаnışdı və о bildirdi кi, Аzərbаycаn təhsil uçrumа аpаrılır.
    АDIP Gənclər Təşкilаtının sədri Rаmin Hаcılı çıхışındа gəncləri birgə fəаliyyətə və bir оlmаqа səslədi: “ Təmsil оlunduğumuz düşərgələrdən fərqli оlаrаq biz gəncliк bir оlmаlıyıq və birgə fəаliyyət göstərməliyiк. Çünкi biz gəncliк ölкəni düşdüyü ətаlətdən qurtаrа biləriк

     “NIDА” Vətəndаş Hərəкаtı Idаrə Hеyətinin üzvü Еtibаr Sаlmаnlı vəкillərə qаrşı еdilən hаqsızlıqdаn dаnışdı və qеyd еtdi кi, hакimiyyət bu əməli ilə bütün təbəqələrdən оlаn insаnlаrı susdurmаq istəyir.

    Sоnrа, АMIP Gənclər Təşкilаtının sədri Əfsəddin bəy, “Dеmокrаt” Gənclər Təşкilаtının sədri Rövşən Əsədоv, “Аzаd Gəncliк” Gənclər Təşкilаtının sədri müаvini Rüfət Əhədzаdə, jurnаlist Аnаr Gərаylı, Müsаvаtdаn Yеgаnə хаnım, АХCP-dən Rаmil Qаfаrоv, КХCP Gənclər Təşкilаtının sədri Cеyhun Nəbiyеv və digərləri çıхış еtdilər.

    Fоrum ölкədəкi mövcud siyаsi vəziyyət və siyаsi məhbuslаrlа bаğlı bəyаnаt qəbul еdib. Sənədlərdə hакimiyyətdən siyаsi islаhаtlаr кеçirməsi, vətəndаş hüquqlаrınа hörmət еtməsi, siyаsi rеprеssiyаlаrа sоn qоymаsı, tоplаşmаq və mеdiа аzаdlığının təmin еdilməsi tələb еdilib.

     

    VİDEO görüntüI 

    http://youtu.be/sjHypzH_4i4

     

    Azadlıq Radiosunda dinlə:

    http://www.azadliq.org/audio/broadcastprogram/398512.html

     

     

    02 noyabr 2011-ci il tarixli Gənclər Forumunun siyasi məhbuslarla bağlı

     

    B Ə Y A N A T I

     

    02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb.

    Məhkəmələrin gedişi zamanı müqəssir hesab edilən şəxslərin sərbəst ifadələri, onların və vəkillərin məhkəmədə etdikləri son çıxışları qaldırılan cinayət işinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta malik olmadığını və bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi. Zərərçəkənlərin öyrədilmiş və ya bu işə məcbur edilmiş şəxslərdən, ittiham tərəfinin şahidlərinin isə əsasən hüquq-mühafizə orqanlarının işçilərindən və ya onların agentura şəbəkəsindən ibarət olduğu sübut olundu.

    Məhbusların və onların vəkillərinin təqdim etdiyi təkzibedilməz faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işinin saxta olduğunun sübuta yetirilməsi, vəkillərin qaldırdıqları qanunauyğun vəsatətlərin heç bir qanuni əsas göstərilmədən, bəzən isə vəsatətlər oxunmadan hakimlər tərəfindən bir qayda olaraq təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi, zərərçəkənlərin və şahidlərin təqsirləndirilən şəxslərə qarşı kobudluqlarının hakimlər tərəfindən qarşısının alınmaması, dövlət ittihamçısının vəkillərin verdiyi sualları heç bir əsas olmadan çıxarılmasını tələb etməsi və hakimin buna sözsüz əməl etməsi və s. bu işin siyasi sifariş olduğunu təsdiqləyən faktlar sırasındadır.

    Artıq Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Nəsimi rayon məhkəməsinin çıxardığı hökmə əsasən Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il və Elnur Məcidli 2 il, Göyçay rayon məhkəməsinin çıxardığı hökmə əsasən Vidadi İsgəndərli 3 il azadlıqdan məhrum ediliblər. Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Fuad Qəhrəmanlı 2 il şərti cəzaya məhkum edilib.

    02 aprel mitinqinə hazırlığı pozmaq məqsədilə şərlənərək həbs olunan Şahin Həsənli qanunsuz silah saxlamaq ittihamı ilə avqust ayında Şəmkir rayon məhkəməsinin çıxardığı hökmə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilib.

    Arif Alışlı, Elnur İsrəfilov, Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Zülfüqar Eyvazlı və Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb, 6 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.

    Hənçinin Bəxtiyar Hacıyev və Cabbar Savalanlı da siyasi fəallıqlarına görə daha öncə azadlıqdan məhrum edilmişlər ki, onların da vicdan məhbusları olduqları artıq sübut olunmuşdur.

    Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad edilməsi tələb edilir.

    Gənclər forumu hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız ittiham olunan dönməz mübarizləri – vicdan məhbuslarını ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır.

     

     

     

    02 noyabr 2011-ci il tarixli Gənclər Forumunun siyasi məhbuslarla bağlı

     

    B Ə Y A N A T I

     

    02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb.

    Məhkəmələrin gedişi zamanı müqəssir hesab edilən şəxslərin sərbəst ifadələri, onların və vəkillərin məhkəmədə etdikləri son çıxışları qaldırılan cinayət işinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta malik olmadığını və bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi. Zərərçəkənlərin öyrədilmiş və ya bu işə məcbur edilmiş şəxslərdən, ittiham tərəfinin şahidlərinin isə əsasən hüquq-mühafizə orqanlarının işçilərindən və ya onların agentura şəbəkəsindən ibarət olduğu sübut olundu.

    Məhbusların və onların vəkillərinin təqdim etdiyi təkzibedilməz faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işinin saxta olduğunun sübuta yetirilməsi, vəkillərin qaldırdıqları qanunauyğun vəsatətlərin heç bir qanuni əsas göstərilmədən, bəzən isə vəsatətlər oxunmadan hakimlər tərəfindən bir qayda olaraq təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi, zərərçəkənlərin və şahidlərin təqsirləndirilən şəxslərə qarşı kobudluqlarının hakimlər tərəfindən qarşısının alınmaması, dövlət ittihamçısının vəkillərin verdiyi sualları heç bir əsas olmadan çıxarılmasını tələb etməsi və hakimin buna sözsüz əməl etməsi və s. bu işin siyasi sifariş olduğunu təsdiqləyən faktlar sırasındadır.

    Artıq Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Nəsimi rayon məhkəməsinin çıxardığı hökmə əsasən Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il və Elnur Məcidli 2 il, Göyçay rayon məhkəməsinin çıxardığı hökmə əsasən Vidadi İsgəndərli 3 il azadlıqdan məhrum ediliblər. Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Fuad Qəhrəmanlı 2 il şərti cəzaya məhkum edilib.

    02 aprel mitinqinə hazırlığı pozmaq məqsədilə şərlənərək həbs olunan Şahin Həsənli qanunsuz silah saxlamaq ittihamı ilə avqust ayında Şəmkir rayon məhkəməsinin çıxardığı hökmə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilib.

    Arif Alışlı, Elnur İsrəfilov, Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Zülfüqar Eyvazlı və Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb, 6 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.

    Hənçinin Bəxtiyar Hacıyev və Cabbar Savalanlı da siyasi fəallıqlarına görə daha öncə azadlıqdan məhrum edilmişlər ki, onların da vicdan məhbusları olduqları artıq sübut olunmuşdur.

    Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad edilməsi tələb edilir.

    Gənclər forumu hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız ittiham olunan dönməz mübarizləri – vicdan məhbuslarını ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır.

     

     

  • Gənclər Atatürk parkinda Türkiyəyə dəstək aksiyasi keçirdi

     Oktyabrın 26-da müxalif gənclər Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. AXCP Gənclər Komitəsinin təşkilatçılığı ilə keçirilən aksiyaya VHP, Müsavat, ADP, üzvləri, “Nida” və başqa gənclər təşkilatlarının fəalları qatılıb.

    Səfirliyin önündəki Atatürk parkına yığışan fəallar Türkiyəyə qarşı PKK terrorunu lənətlədiklərini bildiribər. Gənclər hər zaman Türkiyənin yanında olduqlarını və ona dəstək verəcəklərini qeyd ediblər.

    “Media forum” saytının məlumatına görə, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı qeyd edib ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir: “Azərbaycan hakimiyyəti də öz manefələri naminə çıxış etməli deyil. Biz heç zaman Türkiyə ilə soyuq münasibətlərin tərəfdarı olmamışıq və bundan sonra da olmayacağıq. Türkiyə həmişə Azərbaycanın yanında olub və gələcəkdə də belə olacaq. Azərbaycan hökuməti isə Türkiyəyə münasibəti dəyişməli, PKK-nı rəsmi bəyanatlarında səsləndirdiyi kimi reallıqda da terrorçu təşkilat kimi tanımalıdır”.

    Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı deyib: “Hamıya məlumdur ki, ötən günlərdə xain PKK hücumu zamanı qardaş ölkə Türkiyə bir gündə 24 şəhid verdi. Terror aktları, demək olar, hər gün davam edir. Üstəlik, Vanda baş verən zəlzələdə 400-dən çox insan həyatını itirib. Bu gün bütün dünyaya çatdırmaq istədik ki, hər zaman qardaş Türkiyənin yanındayıq. Biz gənclər təşkilatlarının fəalları olaraq Türkiyəyə əlimizdən gələn yardımı və dəstəyi verməyə hazırıq və verəcəyik də”.

     VHP sədrinin gənclərlə iş üzrə müşaviri Samir Əsədlidə çıxış edərək  bildirib ki, Atatürk dediyi kimi  Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Bizdə, Azərbaycan türkləri olaraq hesab edirik ki, Türkiyənin kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Biz bir millətik və bizi heç bir qüvvə və iqtidarlar bir-birimizdən ayıra bilməz. İqtidarlar arasında münasibətlərin aslı olmayaraq biz Türk milləti olaraq bir yerdəyik.  

    Polis aksiyaya müdaxilə etməyib.

  • Forum Condemns Government’s Youth Policy

    The office of the Azerbaijan Civil Solidarity Party (ACSP) held a forum of youth activists of opposition parties and independent youth organizations today. The speeches during the Forum expressed an idea that the official youth policy is directed against the democratic youth. At the same time, demands were made for the release of the convicted youth activists.

     “The authorities pursue policies that have resulted in the political imprisonment of 9 youth activists,” said the head of the ACSP youth organization Samir Asadli.

    “Universities put pressure on the democratically minded youth. They violate the freedoms of assembly and expression,” he added.

    The participants noted that the youth policy of the government collapsed and the waste of huge sums of money had no effect.

    “There are big problems before the young. This is the liberation of the occupied territories, the elimination of the authoritarian regime and social injustice, the holding of free and fair elections, and the struggle for the rights of 35 million Azerbaijanis in Southern (Iranian) Azerbaijan,” said the head of the Popular Front Party’s (PFPA) youth committee Abulfaz Gurbanli.

    He also pointed out that the authorities jail young activists, but are not interested in the fate of soldiers at the front. At the same time, the oligarchs spending millions on the weddings of their children.

    The forum participants urged young people to consolidate. “Young people must fight against the false policy of the authorities,” said the deputy chairman of the youth organization of the Musavat Party Sakhavat Soltanly.

    The lawyer Khalid Bagirov noted that the authorities imprisoned the children of those who fought for the independence of Azerbaijan.

    The forum adopted a declaration calling for political reforms, respect for civil liberties, an end of repression, and release of political prisoners.

     

  • “Bayraq dövlətin ən ciddi atributlarından biridir””

    Sabir Rüstəmxanlı: “9 noyabr Dövlət Bayrağı Günü Azərbaycan xalqının öz dövlətinə, tarixi kökünə və milli ideallarına bağlılığını artırır”

    “Dövlət Bayrağı Günü Azərbaycan xalqının öz dövlətinə, dövlətçiliyinə, tarixi kökünə və milli ideallarına bağlılığını artırmağa imkan verir”- bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib: “Bayraq dövlətin ən ciddi atributlarından biridir, xüsusilə türklər arasında ta qədimdən bəri bayraqlar son dərəcə müqəddəs tutulub və bizim bütün qədim milli adətlərdə, tariximizdə və mədəniyətimizdə bu ənənə qalıb”.
    Onun sözlərinə görə, bayrağa sitayiş, bayrağı müqəddəsləşdirmək çox qədim bir ənənədir və bizim dövlət ənənələrimizin qədimliyindən və milli təşkilatlanmanın çox böyük ənənələrə malik olmasından xəbər verir: “Azərbaycan Respublikasının bayrağı da bizim millətin ideallarına uyğun, son dərəcə mükəmməl düşünülmüş bir bayraqdır. Dünayının ən gözəl, ən böyük bayraqlarından biri Bakıda ucaldılıb. Bayraq bir növ bizi öz ətrafında birləşdirən simvollardan, rəmzlərdən biridir və gələcəyimizi müəyyənləşdirməkdə, savaşımızı, milli yolumuzu müəyyənləşdirməkdə bizə kömək edir və ona görə də mən bu bayrama ciddi bir bayram kimi baxıram”.
    Sabir Rüstəmxanlı bildirib ki, bayraq sevgisini uşaqlarımıza da öyrətməliyik.
    Xatırladaq ki, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

  • VHP seçkilərə partiya yox, fərdlər səviyyəsində qatılıb

    Samir Əsədli: “Namizədliyi irəli sürülən 10 nəfərdən 7-si qeydiyyata alınıb”.

    Noyabrın 30-da boş qalan yerlərə keçiriləcək təkrar bələdiyyə seçkilərində Vətəndaş Həmrəylik Partiyasının 10 namizədi iştirak edəcək.

    VHP sədrinin müavini Samir Əsədli Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, 10 nəfərdən 7-sinin namizədliyi qeydiyyata alınıb. Onun sözlərinə görə, namizədlər öz təşəbbüsləri ilə seçkilərdə iştirak edirlər.

    “Təkrar bələdiyyə seçkilərinə partiya olaraq qatılmamışıq. Sadəcə olaraq, partiyamızın 10 üzvü seçkilərdə iştirak edir və hamısı da partiya mənsubiyyətini göstərib. Namizədlərin 2 nəfəri Bakı, yerdə qalanları isə rayon bələdiyyələrinə keçirilən seçkilərdə iştirak edir. Təkrar seçkilər olduğu üçün, prosesdə fərdi qaydada təmsil olunmaq qərarına gəldik”, – S.Əsədli dedi.

    Onun sözlərinə görə, seçkilərə ilk əvvəl 50 nəfərin qatılmaq fikri olsa da, sonradan VHP-də aparılan müzakirələr nəticəsində həmin şəxslərdən yalnız 10 nəfər bələdiyyələrdə təmsil olunmaq üçün mübarizəyə qatılmaq qərarını qətiləşdirib.

    S.Əsədli sonda bildirdi ki, VHP üzvlərinin namizəd olduğu bələdiyyə seçkiləri müşahidə edəcək.

    Orxan Hun 
    Milli.Az