Şeyxlik, şahlıq zamanı,
Category: Arxiv
-
Keçmişi yox, gələcəyi düşünmək zamanı…
Yaradanın fərmanı,Bir şah gəldi cahanaNeçə dərdin dərmanı.(Azərbaycan bayatısı)Son vaxtlar türk seriallarında Səfərvi-türk dövlətinin qurucusu Şah İsmayıl Xətai (Şah Xətai) və oğlu Şah Təhmasib əsassız aşağılanmlara məruz qalırlar.Əlbəttə, istənilən dövrü araşdırmaq olar, həmin dövrə aid səhvləri tapmaq olar. Amma, deyəsən türk bədii seriallarını yaradanlar serialların həmin dövrə aid hissələrində Şah Xətaini aşağılmaq istəklərini artıq “özlərini təsdiq” düsturuna çevirmək cəhdlərinə döndərirlər.Bu məsələ ilə bağlı AzərbaycanTürkiyə Evi (ATEV) bu il aprelin 5-6-sı Bakıda “Şah Xətai-Sultan Səlim simpoziumu” düzənlədi. Həmin tədbirə həm Azərbaycan, həm də Türkiyə tərəfdən nüfuz və söz sahibi olan xeyli elm adamları qatıldılar.Əslinə qalarsa, həmin tədbirin düzənlənməsinə səbəb son zamanlar Şah Xətai şəxsiyyətinə artan hücumlar idi.Həmin tədbirdə adı çəkilən məsələyə kifayət qədər əsaslı, düşünülmüş mövqe sərgiləndi. Həmin zaman kəsiyində baş verən hadisələrin səbəbləri açıqlandı.Bizim düşüncəmizə görə, Şah Xətai şəxsiyyətinə aşağılayıcı münasibət sadəcə gerçəkləri bilməməkdən doğur. Daha bir belə yanaşma Səfəvi-türk dövlətinin Osmanlı-türk dövləti önündə duruş gətriməsindən qaynaqlana blər. Bütün Qərb dünyasını lərzəyə salan Osmanlı-türk imperiyası bütün cidd cəhdlərinə baxmayaraq Səfəvi-türk imperiyası üzərində heç zaman əsaslı üstünlük qazana bilmədi.Şah Təhmasib Osmanlı və Səfəvi arasındakı döyüşlərində hər iki tərəfdən əsgərlərin hünərinə belə dəyər verdi: “Osmanlı əsgəri kimi cəsarətli, Səfəvi əsgəri kimi sədaqətli əsgər yoxdur”. Fikrimizcə, bu dəyər bu günə də aydınlıq salır.Başqa bir cəhətdən, istər Şah Xətaini aşağılayanlar, istər Sultan Səlimi tərif edənlər bu iki şəxsin gerçəkdə layiq olquqlarından heç nəyi azaldıb, heç nəyi də artıra bilməyəcəklər. Əgər bir çoxları bu yolla Şah Xətaini gözdən salacaqlarını düşünürlərsə səhv edirlər. Əksinə, bununla Sultan Səlimi ucaldacaqlarını düşünürlərsə yenə də səhv edirlər. Olanlar tarixdə olduğu kimi qalıb. Bu gününadamlarının tarixə baxışı və mövqeyi şəxsin mövqeyindən o yana heç nə deyil.Amma bu adamları başa düşmək istəyirik. Başqa bir niyyətimiz yoxdur. Əgər bu günün türk serialları Şah Xətaini bacarıqsız kimi təqdim etmək istəyirsə, o zaman qüdrətli və azman Sultan Səlim niyə ona qalib gələ bilmədi? Bu yanaşma tərzilə, görün Sultan Səlim nə qədər “bacarıq”sız olub ki, “bacarıq”sız Şah Xətaiyə qalib gələ bilməyib. Deməli, buradan çıxan nəticə budur ki, hər iki türk böyüyü bacarıqsız adamlar olub. Bəs o zaman bu bacarıqsız adamlar tarixə necə imza atıblar? Düşünün, bacarıqsız adam tarixə imza ata bilərmi? Axı, tarixdə belə olmayıb ki, bacarıqsızlar onu yarada və imza ata. Əgər belə deyilsə, hər ikisi bacarıqlı adamlar olubsa, bu şəxsiyyətləri o zaman aşağılamağın adı nədir. Bax, bunu anlamaq istəyirik.İndi, bu seriallarda Şah Xətaini aşağılamaq xətti nədən qaynaqlanır? Bunun bir neçə cavabı var. Həmişə bir çoxlarının kənarda axtardığı “düşmən izi, Türkiyə Azərbaycan qardaşlığına zərbə vurmaq istəyənlər izi” var. Bir də öz içmizdə olan düşmənlər var. Amma, Allah xətrinə, bu düşmənləri hansısa şəxslər şəklində anlamayın. İnsanın daxilindəki cahilliyindən, nadanlığından, özündən bixəbərliyindən böyük düşməni ola bilməz. Fikrimizcə, belə insanlar “bilmir ki. bilmir” qisminə aid olan insanlardır.Burada ən böyük “düşmən” Türkiyə təəssübünü türk bilriyindən önə qoymaqdır. Osmanlı təəssübünü önə qoymaqdır. Əgər belə düşünsək ki, “niyə Şah Xətai Sultan Səlimə qarşıə savaşdı?” o zaman həm də düşünməliyik ki, “niyə Sultan Səlim Şah Xətainin imperiyasına hücum etdi?” Əgər tərəflər olaraq hər kəs özünü haqlı biləcəksə, o zaman tarixi əhəmiyyət aşkara çıxmayacaq.Belə düşüncə olacaqsa, onda bu sual ortaya qoyulacaq ki, “Sultan Səlim niyə Səfəvi-türk imperiyasının ərazilərinə təcavüz edib? Bu savaşı Sultan Səlim açıb, bu qoşunu o gətirib. Çaldırandan paytaxt Təbrizə yaxın məsafədə, Səfəvi-türk imperiyasının sərhədlərinin lap içərilərində döyüş gedib. Məgər, Şah Xətai imperiyasını qorumamalı isi? Həmin torpaqları Sultan Səlimə hədiyyə etməli idi?Qazi Osman, Sultan Mehmet Fatih Osmanlı türkləri və günümzümn Türkiyəsi üçün kimdirlərsə, Şah Xətai də Səfəvi imperiyası türklərinə, günümzün Azərbaycan türklərinə odur. Bizlər bu şəxsin qurduğu, məhz bizlər üçün qurduğu imperiyanın əraziləində yaşayırıq. Buna görə heç kəsə və heç kimə boyun borcumuz yoxdur. Olmayacaq da. Nə də elə düşünməsinlər ki, Şah Xətaiyə hansısa aşağılamalar, həqarətlər cavabsız qala bilər. Bu gün “Şahi Əzəm”in, “mürşidi kamil”in müdafiəsi boynumuzun borcu qədər müqəddəs işdir. Xahiş edirik ki, bunu heç kəs unutmasın. Nə Azərbaycan daxilindəki, nə Azərbaycan xaricindəki antixətaiçilər bunu unutmasınlar.Amma bizləri nə Osmanlıya, nə Osmanlı böyüklərinə nifrət, həqarət, aşğılamaq üstündə böyütmədilər. Əkisnə, “Türkiyə ümid yerimiz, qan qardaşımız, can dostumuz” deyə bizlərə aşılandı. Düşüncəmə görə, bu gün Azərbaycanda Türkiyə sevgisi Türkiyədəki Azərbaycan sevgisindən qat-qat çoxdur. Səbəbi? Səbəbi budur ki, bizləri ürfanın “bütün varlıqlara eşq” fəlsəfəsi üstə böyütdülər.Tarixdə bu və ya digər əsaslar üstə bir-birinə qarşı vuruşan imperiyalar olub. Amma heç birinin digərinə bu qədər uzun sürən kin-küdurətu qalmayıb. Elə düşündürən məsələlərdə biri də bu kin-küdurətin bu qədər uzanması, günümüzə qədər gəlməsi və sanki bu gün olmuş kimi qalmasıdır.Kinin olduğu yerə eşq gəlməz, övkə baldan şirin olar. Hər halda atalar bu sözləri əsassız deməyib. Bir biləcəkləri var. Bir də qəzəb olan yerdə ədəb olmaz ki! Bu gün Şah Xətaiyə münasibətdə belə bir ədəsizlik yaşanır. Bu ədəbsizliyi aradan qaldırmaq zamanıdır. Azərbaycanda istənilən qədər Şah Xətai sevənlər var. Bu gün Azərbaycan adına varlığımız təməlində ona bağlıdır. Biz şahımızdan, tarixdə qürur yerimiz olan zatdan, qazandığı qələbələrindən imtina etmək düşüncəsində deyilik. Buna çalışanlar bunu bizdən gözləməsinlər.Çaldıran döyüşünün səbəbi isə ancaq iki fatehin bir-birinə savaş açmasının, bir-birinə meydan oxumasının nəticəsidir.Zaman fatehlərin zamanı, zaman fatehliyin zamanı idi. İstər Şah Xətai, istər Sultan Səlim hər ikisi fateh idi. Hə ikisi fatehliyin düsturlarına söykənirdi. Bunu da söyləməyi zəruri bilirik ki, fatehlər üçün bütün ideoloji vasitələr və o cümlədən, din özü də fatehliyin düsturuna kökləndirilir. Fatehliyin özündən başqa dini olmur, fatehliyin dini fatehliyin özüdür. Bu hadisələrə dəyər vermək üçün bu gündən o günə yox, elə o gündən o günə baxmaq lazımdır. Həmin dövrün dəyər, tələb və şərtləri baxımından yanaşmaq lazımdır.Bu səbəb üzündən 1514-cü ildə Çaldıranda baş verən savaşa eyni millətin iki nəhəng imperiyasının bir-birinə qarşı gəlməsi, türklərin bir-birinə qılınc çalması kimi təfsir edilə bilməz. Bu iki fatehin bir-birilə üz-üzə gəlməsi idi. Necə ki, Roma imperiyası, Bismark, Napoleon fatehlik döyüşləri edib, eləcə də bu iki fateh də bu düsturdan kənarda qalmayıb. Fatehliyin düsturu dünən də belə idi, əgər sabah fatehlik olacaqsa, yenə də eyni distur işə düşəcək. Bu səbəb üzündən hər iki fateh öz dövrünün nəhəngləri idilər, hər ikisinə hörmət və ehtiram ifadə edirik.Sultan Səlimin də, Şah Xətainin də söykəndikləri əsaslar eyni idi. Osmanlı-türk imperiyası ürfan məktəbinin əxilik, Səfəvi-türk imperiyası isə səfəviyyə (qızılbaşlıq) siniflərinə aid idilər.Çaldırandakı döyüşlə Sultan Səlim Şah Xətaiyə yeganə söz sahibinin özü olduğunu təsdiq etdirmək istəyirdi. Əsas qayə bu idi. Şah Xətai də bu iddiaya cavab qoymaqla Sultan Səlimə öz kimliyini göstərirdi. Odur ki, Çaldıran döyüşü iki fatehin bir-birinə “bu mənəm! Bu da mən!” özünütəsdiqi idi.Çaldıran döyüşündə qalib olmadı. Yəni, Osmanlı-türk imperiyası Səfəvi-türk imperiyasını siyasi səhnədən silə bilmədi. Amma həmin ildən iki imperiya araslında başlanan lokal savşalar 1555-ci il Amasiya sülhü imzalanana kimi davam etdi. Bir sözlə, anlatmaq istədiyimiz budur ki, fatehlər üçün millət, fatehlər üçün məzhəb və s. problem olmur.Bəziləri bu günkü Türkiyəni “əjdahalar” əlindən alaraq dövlətə çevirən misilsiz tarixi sima Mustafa Kamal Atatürkü Azərbaycanı satmaqda ittiham etmək istəyir.Bunu yazanlara yerlərində sakit oturmalarını, bilmədikləri tarixi hadisələrə burunlarını soxmamağı tövsiyyə edirik. Hətta qurban verilmişiksə belə, öz qardaşımıaza qurban getmişik, bunun kimlərəsə dəxli yoxdur. Belə ürək bulandıran müqayisələr üstə Şah Xətai sevgisi sərgiləməsinlər. Belə şəxslərin məqsədi Şah Xətaini müdafiə etmək yox, elə Atatürkü aşağılamaqdır. Buna isə izn vermərik.Bütün türk böyüklərinə bir daha hörmət və ehtiram ifadə edirik.Əgər bundan sonra da Şah Xətai şəxsiyyətinə hücumlar, aşağılamalar davam edəcəksə, bunun adı ancaq və ancaq qəsd ola bilər. Bunu başqa cür təfsir etmək sadəcə mümkün deyil. Bunu hansısa ideoloji xətt, siyasi yön kimi də dəyərləndirmək mümkündür.Görünür, Çaldıran savaşının 2014-cü ildə tamam olan 500 illiyinə kimlərsə “sürprizlər” hazırlayır. Kimlərsə, bu “tarixi yubiley”dən Şah Xətai şəxsiyyətinə hücumlar üçün istifadə etmək istəyir, indidən buna “əsas”lar düəzldir.Amma, daha bir tarixi bu şəxslərin yadına salmaq istəyirik. 2015-ci ildə ermənlərin gözəlim Türkiyəyə ünvanladığı “erməni soyqrımı” iddiasının 90 ili tamam olur. Baxın, düşmən də belə iddiaya hazırlaşır. Bunu fikri yayındırmaq üçün demirik. Qarşıda baş verəcəkləri Türkiyə türklərinə xatırlatmaq üçün deyirik ki, sonra bizlərə “demədi demə”sinlər.Bəlkə, hamımız bir yerdə bu yalan, iftira və böhtan olan, amma dünyanın gerçək sandığı iddiaya qarşı birgə əzm qoysaq daha yaxşı olar.Hə, Türkiyənin məzhəb sevdalıları, buna nə deyirsiniz? Davammı, ya tamammı?Tofiq Türkel -
Bu gün Nəcəf Nəcəfovun doğum günüdür
Nəcəf bəy 1955-ci il iyunun 24-də Bakıda anadan olub. 80-ci ilin əvvəllərindən “İnşaatçı” qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra “Vışka” qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il N.Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə “Molodyoj Azerbaydjana” ölkənin ən populyar və sevimli qəzeti olub. 1989-cu idən N.Nəcəfov siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. “Azadlıq” qəzetinin ilk baş redaktoru olub.
1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə “Turan” informasiya agentlyini təsis edib. 1992-1993-cü illərdə Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin müşaviri olub.
Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
-
Alimlər bir araya gəldi
“Azərbaycan Alimlər Birliyi” “Azərbaycanın sabahını düşünərkən” adlı elmi konfrans keçirmişlər. Konfrans Dünya Azərbaycanlıları Konqresinin qərargahında baş tutmuşdur. Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, professor Cəmil Həsənli, fəlsəfə elmləri doktoru Yadigar Türkel, Arxeologiya və Etnoqrafiya tarix elmləri üzrə fəlsəfə doktoru Xaləddin Xəlilli, Fəlsəfə, Sosialogiya, Hüquq İnstitunun əməkdaşı Yasəmən Qaraqoyunlu, Şərqşünaslıq İnsititunun əməkdaşları Mirzə Ənsərli, Zülfiyyə Vəliyeva, İqtisadyyat İnstitunun əməkdaşı iqtisad elmləri üzrə fəlsəfə doktoru Əli Hüseynov, Tarix İnstitunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xeyirbəy Qasımov , M.Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisi İbrahim Quliyev iştirak etmişlər. Konfransı giriş sözü ilə millət vəkili Sabir Rüstəmxanlı açaraq Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq aləmdəki mövqeyi, iki bölünmüş xalqın haqlarının dünyada tanıdılması istiqamətində alimlərimizin görə biləcəyi işlərdən danışmışdır. Millət vəkili vurğulamışdır ki, belə tədbirlər bundan sonar da müntəzəm keçirilməli, Azərbaycanın həyatında alimlərin fəaliyyəti genişlənməlidir.
Fəlsəfə elmləri doktoru Yadigar Türkel bir tədbirdə Azərbaycanın dünəni, bu günü, sabahı barədə söhbət açmağın mümkün olmadığını bildirərək Azərbaycan elminin strateji məqsədləri barədə öz fikirlərini tezis şəklində açıqladı. O, plüralist demokratiyanın cəmiyyətdə bərqərar olması üçün alimlərin üzərinə böyük yük düşdüyünü bildirdi. Professor Cəmil Həsənli Azərbaycanın sabahının təhsilimizlə bağlı olduğunu vurğulayaraq təhsilimizdə ciddi islahatlara ehtiyac olduğunu dilə gətirdi. “Bu ilki buraxılış imtahanlarının nəticələri təhsilimizin son dərəcə ağır vəziyyətinin göstəricisi oldu. Məzunların 46,7 faizinin bilik səviyyəsi qeyri –qənaətbəxş kimi qiymətləndirilmişdir. Sabah bu gənclər ölkənin sahibləri olacaq. Onlar bu cəmiyyətə nə verə bilərlər”, -deyə alim öz həmkarlarına müraciət etdi. Cəmil müəllim daha sonra bütün yükün dövlətin üzərinə qoyulmasının da müsbət yanaşma olmadığını bildirdi. O, hər bir fərdin fəal vətəndaş olaraq, cəmiyyətdə gedən məsələlərə münasibət bildirməsini vacibliyini qeyd etdi.
Etnoqraf alim Xaləddin Xəlilli ölkədə kitaba münasibətin acınacaqlı vəziyyətdə olduğunu bildirdi. Alim etnoqrafiya haqqında tutarlı əsər yazdığını, lakin dövlət səviyyəsində əsərinin laqeydliklə qarşılanmasından şikayətləndi.
Yasəmən Qaraqoyunlu isə çıxışında ilk öncə tarix elminə münasibətini açıqlayaraq, bu sahədə dəqiq konsepsiya olmadığını dilə gətirdi. O, tarixə yanaşmada imperatorluq prinsipinin vacibliyini qeyd etdi. Yasəmən xanım daha sonra Gürcüstan azərbaycanlılarının və bütövlükdə Qərbi Azərbaycan probleminə toxundu.
Şərqşünaslıq İnstitunun əməkdaşı Mirzə Ənsərli bir çox bəlalarımızın ağsaqqallıq institunun pozulmasından yarandığını qeyd etdi. “Mən geneologiya ilə məşğulam. Öz kəndimizin kitabını yazmışam. Bunu niyə görə etdim? Ona görə ki, çox adamlar öz babalarından o yananı tanımır. Bu halda hansı milli kökdən, ənədən danışmaq olar?”
İqtisadçı alim Əli Hüseynov alimlərin sosial – iqtisadi problemlərindən danışdı. Konfransda belə tədbirlərin müntəzəm keçirilməsi qərara alındı. Konfrans ictimaiyyətə müracitlə işini yekunlaşdırdı.
-
18 iyul 1908-ci ildə Məşrutə – Konstitusiya inqilabı qələbə çalıb
18 iyul 1908 -ci ildə Təbrizdə Səttarxan inqilabı qələbə çalmışdır. Səttar xan xalqımızın qəhrəman oğullarından olub. Şərq aləmində ilk əncümən-yəni xalq məclisinin təşkili də Səttar xanın adı ilə bağlıdır. Səttar xan hərəkatı şərq alımində ilk demokratik hərəkat da sayıla bilər. Səttar xan 1866-ci ildə Güney Azərbaycanın Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur.
1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilir. Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Səttərxanın fədailər dəstəsi şəhəri “ağ bayraqlar”dan təmizləyib, Təbriz İran inqilabının (1905-1911) mərkəzinə çevrilib. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır.
Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə “Səttar xan” adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir. Səttar xan və Bağır xan (ortada) Azərbaycan məşrutəçı inqilabçılar ilə Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür.
1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır. Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Bəzi mənbələrə görə Səttar xan əslən erməni olan Yəprəmxan adlı biri tərəfindən vurulmuşdur.
Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir. 1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən “Azadlıq cəbhəsi” qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1945-ci ildə yaranmış Azərbaycan milli hökuməti onun və Bağır xanın heykəllərini Təbriz şəhərində ucaltmış, Təbriz küçələrinə onların adları verilmişdir. Səttar xanın qəhrəmanlığına, onun xalqına və azadlıq inqilabına olan sədaqətini tərrənnüm edən saysız-hesabsız şeir və poemalar yazılmışdır.
-
Fətəli xan Xoyski (Video)
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, ilk baş nazir Fətəli xan XoyskiFətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir.
Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. 1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdi. O, 22 dekabr 1806-cı il tarixdə Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 3 sentyabr 1814-cü il tarixdə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı – müvəkkil vəzifəsini icra etmişdir.
Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.
Siyasi fəaliyyəti
1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir. F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi – mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak etmiş və həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiə etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu.
1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu. 1918-ci il
sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək demişdir: “Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.” (Azərbaycan qəzeti, 19. IX. 1918. № 2) Professor V. İ. Razumoskinin 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı məqaləsində məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur. F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdı. 1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxdı. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər naziri vəzifəsinə icra etmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri olmuşdur. 1920-ci il yanvarın 2-də RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarı G. V. Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etdi. Ayın 19-da Xoyskinin verdiyi cavabda göstərilirdi ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir. G.V. Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq, Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirmiş və onun təklifini rədd etmişdir. 1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunmuşdur.
Martın axırında Çiçerin sonuncu notasını göndərmiş, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri alınmışdır. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə getmişdir. 1920-ci ilin iyunun 19-da erməni milliyətcisi, qatil Aram Yerganian (Ermənistan Milli Qəhrəmanı) tərəfindən arxadan güllə ilə vurulmuş və M. F. Axundovun yanında dəfn edilmişdir.
-
Əlimərdan bəy Topçubaşov (Foto-Video)
Əlimərdan bəy Topçubaşov 1862-ci ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. İlk təhsilini I Tiflis gimnaziyasında almış və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir. Lakin 1889-cu ildə qəbul edilmiş universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə verməmişdir. Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis geodeziya məktəbində hüquqdan dərs demişdir. 1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra mürəkkəb məhkəmə proseslərini udmuşdur. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi “Kaspi” qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu illərdə onun yuzlərlə məqalələri dərc edilmişdir. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış etmişdir. Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Ə.Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulmuşdur. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının – “İttifaqi müslümün” yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I- IV qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş, “İttifaqi müslümün” qurultaylar tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdur. 1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Ə.Topçubaşov da olmuşdur.
Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Azərbaycandan Birinci Dövlət Dumasına İsmayıl xan Ziyadxanov, M.Əliyev, Ə.Xasməmədov və b. yanaşı Ə.Topçubaşov da seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-10-da Vıborqda iclas keçirdilər və “Vıborq müraciətnaməsi”ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur. Ə.Topçubaşovun siyasi və ictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmuşdur. 1917-ci il martın 5-də Bakıda İctimai təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı Ə.Topçubaşov da Komitənin tərkibinə daxil oldu. İyul ayında isə Komitənin 33 nəfərdən ibarət yeni heyət təşkil olundu. Ə.Topçubaşov yeni Komitənin sədri seçilmişdir.
1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Ə.Topçubaşov və b. seçildi. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin xalqlara qarşı apardığı zidd siyasəti pisləyərək dedi ki, köhnə rus hökumətinin Rusiyada yaşayan qeyri-rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti olmuşdur, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir. 1917-ci il avqustun 12-15-də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Azərbaycan nümayəndəsi – Ə.Topçubaşov da var idi. Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova tapşırdı. Ə.Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. 1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Ə.Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi. Oktyabr-noyabr aylarında isə Ə.Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir. Ə.Topçubaşov 1918-ci il 30 mart-1 apreldə Bakıda bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Caparidzenin başçılıq etdiyi “sülh konfransı”nın iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə
Ə.Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. F.Xoyskinin o dövrlərdə İstanbulda olan Azərbaycan nümayəndəliyinin sədri Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi teleqramda oxuyuruq: “Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir”. 1918-ci il avqustun 23-də Gəncədən yola düşən Ə.Topçubaşov Tiflis, Batum marşrutu ilə hərəkət edərək, çox çətinliklərdən sonra sentyabrın axırlarında İstanbula çatmışdır. Ə.Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşmüş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Mondros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə “Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur… Azərbaycan Respublikasına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır“. 1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda M.Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilmişdir. Tarixçi F.Kazımzadənin yazdığı kimi: “Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüqüqşünas, öz görüşlərində dözümlü idi”. Dekabrın 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi.
Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Dağlılar İttifaqının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Onlar da İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Ə.Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Bu bir ay ərzində Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti Vudro Vilsonla görüşü ölmüşdür. 1919-cu il mayın 28-də ABŞ prezidenti V.Vilson Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələrini qəbul etdi. Ə.Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, V.Vilson onları əmin etdi ki, “…bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq… işində böyük Amerikanın köməyini və yardımını alacaqdır”. Ə.Topçubaşovun bilavasitə iştirakı ilə hazırlanmış “Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris sülh memorandumu” sülh konfransının katibliyinə təqdim edildi. Bu sənəd 14 bölmədən ibarətdir. Burada konfrans nümayəndələrinə Azərbaycanın tarixi-etnoqrafik, iqtisadi və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə öz fəaliyyətlərini gündən-günə genişləndirərək Gürcüstan, Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya, Ukrayna nümayəndələri ilə birlikdə 1919-cu il iyunun 13-də, iyulun 7-də, oktyabrın 8-də Paris sülh konfransı sədrinə etiraz notası, bəyannamə, məktub göndərdi. 1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndələrindən Ə.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.Sereteli və Z.Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. Ə.Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa məlumat verib böyük dövlətlər tərəfindən
tanınma üçün təşəkkürünü bildirdi. Eyni zamanda bildirdi ki, Azərbaycan Respublikası böyük dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de yure tanınmasını gözləyir. Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: “Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur… bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik… Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq… Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Ə.Topçubaşov 1920-1934-cü illərdə Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O,1920-ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir. Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur. Qeyd etmək lazımdır ki, Əlimərdan bəyin anası Sevər xanım Vəkilovlar nəslinə mənsub idi.
-
Ziyadxanov qardaşları (Video)
İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb. İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və “Xalq Azadlığı” partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib.
İsmayıl xan təkcə Qafqazda deyil Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib. Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən və xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəldib. O, ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində qeyd edir ki, “Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”. İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əli Mərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdir.1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı. 1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanovun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub. 1918-ci il 18-22 mart tarixində Stepan Şaumyan yaxın dostu Stepan Lalayevin başçılğı altında Daşnak ordusunu Şamaxıya göndərdi. Şamaxıya girən ermənilər şəhəri top atəşinə tutdular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi. Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi gələnə qədər davam etdi. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malokan kəndi olan Qozlu çaya çəkildilər. İsmayıl xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malokanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndən sonra verdikləri sözdən imtina etdilər. İsmayıl xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də ayıq-sayıq olsunlar. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı. Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əks-ingilabçı kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarla bu insana qarşı bir məhəbbət və xalq sevgisi hiss olunur. Dar gündə kiçik bir dəstə ilə Şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı xalq arasında böyük rəğbət qazanır. Arxiv sənədlərində göstərilir ki, “Xan dəstəsi” gedəndən sonra Şamaxının əsl müsibəti başladı. Şamaxı qəzasının 58 kəndi yerlə yeksan edildi. 7 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirildi. Öldürülənlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Həm bu qırğın və talanlar ağlasığmaz bir qəddarlıqla həyata keçirilir, müsəlmanlar nəinki diriykən, hətta öldürüldükdən sonra vəhşicəsinə təhqir edilirdi.
İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cumhuriyyətinin 2-ci hökümətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. 1919–cu ilin yazında İran höküməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Onun başçılıq etdiyi nümayəndə heyəti qəməri təqvimi ilə cəmaüddisani 1337-ci ildə Tehrana gəlib. Azərbaycan heyətinə Möqtədirilmülk bağında iqamətgah verilib və Məcidüssəltənə onları qəbul edib. Sənədlər məcmusunda bildirilir ki, İsmayıl xan iki ölkə arasında yaxşı iqtisadi-siyasi əlaqələr qurulması üçün İranın rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirdi. Danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən Ismayıl xan, İran tərəfindən isə XIN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzaladı. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmışdı.
Azərbaycan XI ordu tərəfindən işğal edildikdən sonra 5 may 1920-ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə İsmayıl Xan Ziyadxanovun mülkü və torpaqları müsadirə edilir. Özü isə Qızıl ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnir. Ziyadxanovların mülkü sovetlər dövründə içtimailəşib, uzun illər burada müxtəlif təşkilatlar fəaliyyət göstərib. Hazırda Gəncə Tarix-diyarşünaslıq müzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir.
İsmayil xan 1920-ci ildə vəfat edib. İsmayıl xan Sənubər xanımla ailə qurmuşdu. -
Türk tarixinin yeni dövrü
Sabir RüstəmxanlıBu yaxınlarda mətbuatda çap olunmuş “Dövlətçilik əxlaqı və ya bizim olmayan adamlar” adlı yazımda bir ifadə var idi. “Millətə öcəşmək olmaz”. Türkiyədə baş verən olayları izlərkən həmin ifadəni xatırladım. Çünki qardaş ölkədə xalqın ayağa qalxmasının bir səbəbi də, Türkiyə mətbuatının yazdığı kimi, uzun illərdən bəri bəzi yönəticilərin çəkinmədən xalqın üstünə gəlmələri, türk mənəvi dəyərlərini hədəf seçmələridir.
Təxminən 15-16 il bundan öncə isə böyük şairimiz Bəxtiyar Vahabzadəyə hücumlar olanda “Millətin əsəb nöqtəsi” adlı başqa bir yazı ilə bu sayğısızlığa etirazımı bildirərək qeyd eləmişdim ki, elə ziyalılar və mənəvi dəyərlər var ki, onlar millətin əsəb nöqtəsidir, onlara toxunmaq olmaz. Hadisələrin gedişində Türkiyə mətbuatında bu iki fikrimlə üst-üstə düşən xeyli yazılar oxudum. Qəzetlərin birində, eyni ilə mənim illər öncə dediyim kimi, millətin “sinir uclarından” bəhs edilirdi. Bu sinir ucu və ya əsəb nöqtəsi bir park da ola bilər, bir torpaq parçası da, bir abidə də, hətta bir insan da. Xalq illər boyu çox şeyə dözər, amma həmin əsəb nöqtəsinə toxunulanda birdən qasırğaya dönər…
Hamımızın öz dövlətimiz kimi təəssübünü çəkdiyimiz, ən böyük güvənc yeri saydığımız Türkiyədə son illərdə baş verən hər bir olay Azərbaycanda da geniş əks-səda doğurur, yanğı oyadır. Bir yandan ölkənin inkişafı ilə qürur duyur, sevinir, bir yandan da terror atəşində qovrulan bölgələrin ağrısını yaşayır, övladını itirən ailələrin göz yaşları içimizə axır, terrorun bir an öncə durdurulmasını arzulayır, orduya, bəzi yurdsevər insanlara yönəli suçlamaların, tutuqlamaların, sonu görünməyən məhkəmələrin nəticələrini bütün türk xalqı ilə birgə səbirsizliklə gözləyirik.
İstanbuldakı Gəzi parkı ilə bağlı xalq ayaqlanması kiməsə təsadüfi iş kimi görünə bilər. Ancaq Türkiyəni və türk xalqını az-çox tanıyan adamlar üçün bu gözləniləndi. Bütün ölkəni bürüyən bu hərəkat öncə xalq arasında ümumi narazılıq, necə deyərlər, “küçə-bazar söhbəti” şəklində, mətbuatda, televiziya verilişlərində, sosial şəbəkədə yayılırdı və bu umumi ovqatın sonucsuz qalmayacağı da göz qabağındaydı…
Xalqın ənənəvi istirahət yeri olan Gəzi parkında alış-veriş mərkəzi tikmək istəyi və ağacların qırılması səbir kasasını daşıran sonuncu damla oldu…
Bu barədə Türkiyə mətbuatında gedən yazıların demək olar ki, hamısında Gəzi parkının əslində bir təkan olduğu bildirilir. Yəni hər şey doğrudan da istanbulluların gələnəksəl istirahət yerinə, “İstanbulun ciyəri” adlandırılan parkda ağacların qırılmasına etiraz kimi başlamışdı, lakin sonra xalqın bu dinc dirənişinə əhəmiyyət verilməyəndə, mitinqə çıxanlar haqqında yetkililərin çıxışlarında aşağılayıcı sözlər səslənəndə, polisin dinc nümayişçilərə qaz saldırısı başlananda ağacqoruma hərəkatı butün Türkiyəni bürüdü və qarşısıalınmaz xalq ayaqlanmasına çevrildi… Yazıların demək olar ki, hamısında vurğulanan budur:
“Nədir bu olay? Kimdir bu insanlar? Bir gecə anidənmi gəlmişdilər? Yoxsa 10 ildir aşağılanmanın, yadlaşdırılmanın, …ikinci bir sinif vətəndaş görülmənin, “bir ovuc” sanılmanın, həyat tərzləriylə, sinir uclarıyla oynamanın yaratdığı bir duyğu addım-addım gətirmişdi onları Gəzi parkına?” (Ərtoğrul Özkök. “Hürriyyət” qəzeti, 3 iyun.)
“…Bu millətin qoyun olduğu, pək çok basqıya, haqsızlığa baxmayaraq səssiz qaldığı, asanlıqla küçəyə çıxmadığı düşünülürdü… İllərcə əsgərdən, polisdən və başını bəlaya soxmaqdan çəkinən çoxluğun asanlıqla bir araya gəlməyəcəyi iddia edilirdi. Milyonların küçəyə tökülməsi ancaq “təşkilati işlərlə” açıqlana bilirdi. Gəzi parkı dirənişi bambaşqa bir Türkiyəni göstərdi bizə”. (Məhvəş Evin. “Milliyyət” qəzeti, 3 iyun).
Belə görünür ki, bu xalq ayaqlanması Türkiyənin mətbuatını da çaş-baş qoydu. “Bu millət əl-ələ verdimi çaşıb qalırsan” adlı başqa bir yazıda eyni ruh davam etdirilir. “Sürprizlərlə doludur bu ölkə. Ormanları yox etdin, səs çıxmadı. Amma bir ağacın ardınca gedərsən. …Baş Qərargah rəisini qapadarsan içəri. Ordu komutanlarını, qüvvət komutanlarını həbsə atarsan. Kardondan ordu yaparsan… Hüququ yıxarsan, məhkəməni bitirərsən, savcı (prokuror) sən olarsan, hakimin yerinə oturarsan. Amma göz yaşlarını silə-silə balkonlarına çıxan o insanların ürəklərində bir böyük məhkəmə qurular və məhkum olarsan”. (Bekir Coşqun. “Cümhuriyyet” qəzeti, 3 iyun).
Türkiyənin normal günlərdə bir-birindən fərqli mövqedə dayanan qəzetlərindən gətirdiyim bu sitatlar xalq hərəkatının mahiyyətini açmağa yardım edir və onun qardaş ölkədə hansı həyəcanla qarşılandığı və necə bir fikir birliyi yaratdığını aydın göstərir.
Meydanlara axan insanların istəyini və məqsədini Əhməd Xaqan “Hüriyyet” qəzetindəki bir cümləsi ilə dəqiq ifadə etmişdir: “Sadəcə özün kimi olanların özgürlüklərinin qayğısını çəkirsənsə, mən də öz azadlığım üçün ayağa qalxaram”.
Bu, Türkiyədəki xalq hərəkatının başlıca əlamətlərindən biri idi. Öncə parkı qorumaq istəyi, sonra happy wheels demo bütövlükdə türk kimliyinin, türk varlığının, Atatürkçülüyün, milli heysiyyatın, Vətən bütövlüyünün müdafiəsinə qalxma!
Etirazın, dirənişin bir gündə ölkənin 67 elinə yayılması, meydanlara milyonlarla insanın axması Türkiyə tarixində görünməmiş bir işdir. Mən Ankaradaydım. Xalqın toplandığı Qızılayın, aşağı-yuxarı, 200 metrliyindəki bir oteldə qalırdım. Meydana tələsən və ordan qovulan gəncləri izləyir, onlarla söhbət edirdim. Ara-sıra meydana yaxınlaşsam da, atılan qaz bombalarının təsirindən gözümün və boğazımın yanması məni geri dönməyə məcbur edirdi. Otelin foyesində gözlər yaşarırdı, otağın pəncərəsini açsam, orda qalmaq olmazdı. Meydan tərəfdən atılan qaz bombaları önümüzdən vızıldayıb keçir, gəncləri qovan polislər ara-sıra otelin önünə kimi gəlirdilər. Gənclər qaçır, sonra yenidən geri dönürdülər. Ya da gedənlərin yerinə yeni axınlar doldururdu meydanı. Gecə-gündüz arasıkəsilməz, idarə olunmayan, lakin nizamli, inadlı bir hərəkət vardı Ankarada. Təkcə Qızılay deyildi, şəhərin bir çox meydanları dolub-daşırdı. Gənclər qaz bombasının üstünə gedirdilər – gülləyə uçan ilan kimi. Meydanı dolduranların aramsız hərəkətində bir qarışqa çalışqanlığı vardı. Elə ilk gündən doyunca “qaz yeyəcəklərini” nəzərə alıb, müdafiə üsullarını da düşünmüşdülər. Hamının üzündə maska, əllərində su… Maskası olmayanlar baş örtükləri və şarflarıyla qorunmağa çalışırdılar.
Gördüyüm bu mənzərə 1988-ci ilin noyabr-dekabr aylarında Bakının Azadlıq meydanında Nemətlə birgə idarə etdiyim mitinqlərin ovqatını xatırladır və ürəyimi qəribə bir kədər bürüyürdü. Ankaranın mərkəzi bibər qazından yanır, amma gənclər geri çəkilmir. Hətta İstanbulda polisə geriçəkilmə əmri veriləndən sonra da Qızılayda polis-vətəndaş qarşıdurması davam edirdi. Səbəbi sadədir. Bura başkənddir, Başbakanlıq, Məclis burdadır, meydanın növbəti addımının nə olacağını bilmək olmaz…
16-17 yaşlı yeniyetmələrin, hətta uşaqların qarşısıalınmaz hərəkəti və əzmkarlığı məni duyğulandırırdı… Bəli Türk gəncliyi budur! Türk xalqı budur! Son illərdə Türkiyədə və çevrədə gedən prosesləri bədbinliklə izləyənlərə, “türk xalqını sındırdılar”, “bu xalq bir də özünə gəlməz, qəddini dikəldə bilməz” deyənlərə, Türkiyənin milli iradəsini sarsıtmağa, onu Atatürk yolundan sapdırmağa çalışanlara bundan gözəl cavab ola bilməzdi!.. Qazdan boğulan, qaçıb otelə sığınan gənclər üz-gözlərini yuyub yenidən meydana qatılırdılar, səssizcə, hay-küy salmadan, gileylənmədən. Üzlərinə baxan kimi onların gördükləri işə nə dərəcədə ciddiyyətlə yanaşdıqlarını başa düşürdün.
…Otelin önündə, pilləkənlərdə oturmuş gənclərlə söhbət edirəm. Konservatoriya tələbələridir – klassik musiqi alətlərində çalanlar, vokalistlər, simfonik orkestrlərdə çalışmağı hədəf seçənlər, bizdəki düşüncəyə görə, Qərbin təsiri altinda yadlaşıb xalqdan uzaq düşmüş gənclər. Suallarıma qısa, amma inamlı cavab verirlər. “Nə qədər davam edəcək mitinqiniz?” “İqtidar geri çəkilənədək!” “Nə etməlidir iqtidar?” “Bu gün başbakan televizorda meydanlara çıxanları bir ovuc çapoulcu adlandırıb! Qoy xalqdan üzr istəsin!” Qızlar xorla: “Biz çapoulcuya bənzəyirik?” – soruşurlar. “Təbii ki, yox! Amma araqarışdıranlara uymayın, birliyinizi pozmayın! Sizinlə qurur duyuruq”, – deyirəm.
Görünür, nümayişlərin gizli senaristləri də var. Məsələn, qazan-qaşıq çalmaq harda, kimin yadına düşdüsə, bir gündə bütün ölkəyə yayıldı. Psixoloji təsiri çox güclüdür bu hadisələrin. Dostlarımız danışırdılar ki. 14-15 yaşlı uşaqlarını evdə zorla saxlayırlar, “biz də getməliyik” deyərək, ata-analarını biganəlikdə ittiham edirlər…
Əlbəttə, hər bir hərəkatın başlanğıcı olduğu kimi, sonu da olmalıdır, yoxsa əndazədən çıxar, ondan əyri niyyətlər üçün istifadə etmək istəyənlər çoxalar, düşmən barmağı araya girər. Və son günlərdə bunun bəzi əlamətləri də görünür. Lakin bütövlükdə bu hərəkat böyük bir dərsdir.
Ən böyük dərsi yuxarıda dedim: Xalqa öcəşmək olmaz! Ona sayğısızlıqla yanaşmaq, “mən hakiməm, nə istəsəm onu edəcəyəm, haranı istəyirəm yıxacağam, yaxacağam!” – demək olmaz… Qanunların işləmədiyi, vəzifə sahiblərinin özlərini qanunun yerinə qoyduqları, özlərini qanun kimi apardıqları yerdə, ədalətin bərqərar olmadığı şəraitdə möhkəm və uzunömürlü sabitlikdən söhbət gedə bilməz!
Xalqla dialoq, onu dinləmək vacibdir… Hakimiyyəti yalnız ordu gücünə qorumaq, milləti vəd və əsassız ümidlərlə uzun müddət aldadıb uyutmaq olmaz! Dünyanın gözündə parıltılı görünməkdənsə, ilk növbədə öz xalqının qarşısına çıx – səmimiyyətlə, olan vəziyyəti, reallıqları gizlətmədən!..
Səhərdən axşama “ləbbey” deyən məmurlara arxalanmaqdansa, acı həqiqəti deyən xalqa, onun nümayəndələrinə güvən!..
Türkiyədə baş verən son olaylarda türk xalqı öz sarsılmaz iradəsiylə yenidən kəşf olundu! Bu hadisələrə kölgə salmaq istəmirlərsə, bu vəziyyətdən türk düşmənlərinin yararlanmasını istəmirlərsə, Türkiyənin Baş bakanı bir an öncə xalqa üz tutaraq bir barış və xalqla hesablaşmaq ruhu sərgiləməlidir. Başqa yol görünmür.
Bütün yad müdaxilələrin gətirdiyi qüsurları nəzərə almasaq, bütövlükdə Gəzi ayaqlanmasını, heç bir tərəddüd etmədən, Türkiyə tarixində yeni bir dövrün başlanğıcı hesab etmək olar… -
M.Ə.Rəsulzadənin Azərbaycan gəncliyinə xitabı
Ey gənclik!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərində Azərbaycan Türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə sancacaq və bu yolda ya Qazi ya da Şəhid Olacaqsan!
M.Ə.Rəsulzadə

-
Demokratiyanın iflası?
İbrahim QuliyevBizdə məsəl var, hər kəs közü öz qabağına çəkər. Buna böyük siyasətdə dövlətlərin marağı deyilir. Məsələn, “İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları var” qanadlı ifadəsi Çörçilə məxsusdur. Tetçer isə deyirdi ki, “Siyasətdə dostluq anlayışı mənafe kimi qəbul edilməlidir”. Bütün bunlar böyük evolyusiyanın sonunda bəşəriyyətin gəldiyi yekun qənaətdirmi?
Bunun son və yaxud yekun qənaət olub-olmadığını bilməsək də, amma bir həqiqət var ki, bu gün dünyanın super gücləri dünya idarəetməsində bu prinsipdən çıxış edirlər. Balaca dövlətlərin hakimiyyət orqanları isə əksinə, közü xalqlarının əlindən alıb, öz qabaqlarına çəkməklə məşğuldurlar. Bu da əslində qlobal idarəetməni həyata keçirənlərə əlavə dəstəvuz verməkdir. “Dünya süfrəsindən kənrda qalan” və hədsiz var-dövlət hərisi olan ikinci-üçüncü dərəcəli ölkələrin başçılarının yürütdüyü daxili siyasət onları öz xalqlarından ayırmaqla istər-istəməz vassala çevirir, asılı edir. Amerika və digər nəhəng dövlətlər isə məhz bu ikinci – üçüncü dərəcəli ölkələrin maliyyələri hesabına daxili qarşıdurmalardan, təbəqələrarası konfliktlərdən yan keçə bilir. Bu ölkələri idarə edən şəxslərin hesabına dünya iqtisadiyyatının 60 faizini, maliyyəsinin isə 85 faizini əlində cəmləşdirib. Bu, rəsmi statistikadır, qeyri-rəsmi statistika isə daha acınacaqlı faktları ortalığa qoyur.Bütün bunlar isə “demokratiya” frazasının bir gizli “məqsəd”, “fərdi mənafe”, “individual maraq” kimi başa düşülməsini bir daha təsbit edir. Təbii ki, dünyanın ikinci-üçüncü dərəcəli ölkələrində də həqiqi demokratik seçkilər keçirmək, məhz vətəndaşların istədiyi hakimiyyəti formalaşdırmaq mümkündür. Amma gəlin görək bunu dünya siyasətini yönləndirən ölkələr istəyirmi? Öz xalqlar tərəfindən dəstəklənən ölkə başçıları onlara lazımdırmı?Suala cavab vermək üçün dünyanın siyasi xəritəsinə baxmaq kifayətdir. Yaxın Şərqdə gedən demokratikləşmə prosesi bu regionda ən despotik quruluşa malik olan Səudiyyə Ərəbistanından yan keçir. Orta əsrlər prinsipləri ilə idarə olunan bu ölkə heç bir insan hüququ tanımır, xalqının üzərinə səlib yürüşləri həyata keçirir, dini dözümsüzlük son həddədir, ölkənin var-dövləti bir neçə vəhhabi şeyxinin əlində cəmləşib. Bütün nazirlər, rəsmi strukturların başçıları kral və onun ailə üzvlərindən ibarətdir. Onda niyə bu ölkənin demokratikləşməsi heç kimin yadına düşmür? Niyə heç bir rəsmi dövlət statusu olmayan Liviya prezidenti Qəddafi anti-demokratik “ünsür” kimi küçədə döyülə-döyülə öldürülür, amma Səudiyyə kralına toxunulmur? Yenədəmi lənətə gəlmiş “maraqlar” hər şeyi həll edir?Demokratiya bəşəriyyətin ən son və ən müsbət qənaətidir. Demokratiya bütün cəmiyyət üzvlərinə özünü insan , bəşəriyyətin hüquqlu nümayəndəsi kimi hiss etməyə imkan verir. Demokratiya şərti izah və kommentariyaları sevmir. Ya o, ya ümumdünya prosesi kimi getməli, ya da yer üzündən silinməlidir. Bir ölkədən, xalqdan onu tələb etmək, digər despota isə xalqı ilə istədiyi kimi rəftar etməyə şərait yaratmaq, onun despotizminə bəarət vermək demokratiyanın iflasıdır, onun bir dəyər kimi öz əhəmiyyətini itirməsidir.İraq və Əfqanıstanda baş verən proseslər də bir vaxt dünya ictimaiyyətinə insan haqları və demokratiyaya cəhd kimi təqdim olundu. Amma “demokratikləşdirmə yolunda” baş verən cinayətlər və bu gün də baş verməkdə olan amansız terror hadisələri xalqları qorxudur, bu qlobal prosesə inamını azaldır. Super dövlətlərin strateji və iqtisadi marağının xalqların taleyindən və dünyanın demokratikləşmə prinsipindən qat-qat yüksəkdə olduğu qənaətinə gətirir. Yerli hakimiyyətlər də məhz bu faktlardan istifadə edərək demokratiya tələb edən insanların üzərinə yeriyir, onları qamçı və dubinka ilə qorxudur. Bir çox ölkələrdə son illər baş alıb gedən anti Amerika təbliğatının, super dövlətin guya dünya müstəmləkəsi yaratması barədəki hay-küylərinin kökündə də məhz “son illərin bu acı təcrübəsi” dayanır. Bu təcrübə despotik rejimlərə rahat işləmək, rahat talançılıq siyasəti yürütmək imkanı verir.Bütün bunlar demokratiyanın vüsət götürməsinə çox böyük əngəllər yaradır. Demokratiyanı n qeyri-standart bir nəsnə, istənilən ölçüyə girən rezin ayaqqabı olduğuna adamları inandırır.Azərbaycan xalqı artıq 20 ildən çoxdur ki, demokratiya şüarı ilə mübarizə meydanına atılır. Amma dünya siyasətinə demokratiya terminini gətirən ölkələr nəinki bu məsələdə xalqı dəstəkləmir, əksinə rejimlərə dəstəvuz olurlar. Bu da Şərqdə demokratiyanın iflası barədə düşüncələrə bəraət qazandırır. Amerika və digər demokratik hesab etdiyimiz Qərb dövlətləri Azərbaycanda bu gün mövcud olan xaotik hakimiyyətin xalq tərəfindən heç bir dəstəyi olmadığını, onun özü-özünü iflasa uğratdığını görür. Görür ki, bu xalq insan haqları və demokratik seç ki uğrunda dönmədən 20 ildən artıqdır mübarizə aparıb. Amma rəsmi Amerika buna göz yumur. Bu günədək bir dəfə də olsun bir insanın 2 dəfədən artıq prezident ola bilməsinin konsititusiya ilə yasaqlandığını açıq-açığına üzə vurmayıb. Və nəinki üzə vurmayıb, hətta ABŞ-ın Azərbaycandakı səfiri cənab Moninqstar bu günlərdə müxalifət nümayəndələrini bir yerə toplayıb qəti şəkildə hakimiyyət dəyişikliyi olmayacağı barədə xəbərdarlıq edib. Onda bunun harası ümumdünya demokratik prosesi oldu? Niyə bizim insanlara Qərb vətəndaşları kimi yaşamağa imkan verilmir?Onsuz da Azərbaycan xalqı öz arzuladığı yola çıxacaq. Qərb istəsə də- istəməsə də. Amma biz istəməzdik son illər dünyada gedən antiamerikan əhvali-ruhiyyə Azərbaycanda da möhkəmlənsin. Rusiya ilə Qərb arasında manevr etməklə hakimiyyəti qorumaq istəyən qüvvələr bu əhvali-ruhiyyədən bəhrələnsinlər. Bizim Qərbə inteqrasiya prinsiplərimizin qarşısına təbliğatı baryer qoysunlar. Ümid edirik ki, dünya ölkələrində sosialoji rəyi öyrənən institutlar bu münasibətlərdən çıxış edərək demokratiyaya ikili yanaşmanın böyük dövlətlərin imicinə vurduğu zərər barədə onların başçılarını gec-tez xəbərdar edəcək.