“AzPolitika.info” Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox deputatla təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı ilə seçkilər, həbs olunan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının onun seçilməsinə mane olmaq cəhdi, gələcək fəaliyyəti və parlamentdə olmayan müxalifətlə münasibətləri mövzusunda söhbətləşib.
Author: vhpadmin
-
Bu dəfə də əslində dediyimi təsdiq etdim, sübut etdim ki, istənilən rayondan seçilə bilərəm.
Müsahibəni təqdim edirik:VHP-nin sədr müavini vitse-spiker oldu – Fəzail İbrahimli kimdir?
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli vitse-spiker seçilib.BakuPost xəbər verir ki, bununla da Parlametin rəhbərliyi tam formalaşıb.Spiker Sahibə Qafarova, birinci vitse-spiker Əli Hüseynli, spikerlər isə Adil Əliyev və Fəzail İbrahimli olub.Seçkinin ədəbiyyat havası – Sabir Rüstəmxanlı yazır
1
Neftçalanın tanınmış ziyalılarından söz düşəndə ilk növbədə şəxsən tanıdığım adamları, görkəmli qələm sahiblərini, indi artıq haqq dünyasında olan İmamverdi Əbilovu, Əjdər Ağayevi, Tofiq Abdini xatırlayıram. Çünki onların hər biri haqqında unudulmaz xatirələrim var. Köhnə iş yoldaşım, yazıçı, pedaqoq Allahverdi Eminov, aktyor Nadir Hüseynov, bu gün də doğma ocaqlarından ayrılmamış qələm dostlarım Soltan Abbas, Zabil Pərviz də respublikanın ədəbi, mədəni mühitində Neftçalanı həmişə ləyaqətlə təmsil etmişlər.
Milli Məclisə seçkilər mənə Neftçalanı bir daha gəzib-görmək, rayon camaatı ilə yaxından tanış olmaq imkanı verdi. Xatirələr təzələndi, köhnə mübarizə yoldaşlarımı, xalq hərəkatının fəallarını aradım, yaşlı Neftçala ziyalılarını ziyarət etdim, Azərbaycan Yazıçılar Birliyinin yerli üzvləri ilə, eləcə də həvəskar şair və nasirlərlə görüşdüm, “Kür-Xəzər” ədəbi məclisinin bir toplantısında iştirak etdim.
Rayona elə ilk gəldiyim gün görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi İmamverdi Əbilovun evini, onun işığını qoruyan, yolunu davam etdirən oğlu Etibar müəllimi ziyarət etdim. Təsadüfən evin başqa bir övladı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, araşdırmaçı-alim, gözəl qələm sahibi Azər Turan da Bakıdan gəlmişdi. İmamverdi Əbilov əfsanəvi bir şəxsiyyət idi, evi də Azərbaycanın fikir mərkəzlərindən biri idi. Səməd Vurğundan başlayaraq bir çox böyük söz və sənət adamı, üstəlik respublikamıza gələn tanınmış şəxslər bu evin qonağı olublar… İmamverdi müəllim onların xatirəsini, avtoqraflarını, bağışladıqları kitabları səliqə ilə qoruyub saxlayıb. Mənim də bu evə ilk gəlişimdən qırx beş ildən artıq vaxt keçir. İmamverdi müəllimin kitabxanası bir xəzinədir və söhbət zamanı Etibar mənim də illər öncə bu kitabxanaya düşmüş avtoqraflı kitablarımı tapıb gətirdi. Bu kitablar o uzaq illəri yadıma saldı, onda İmamverdi müəllimlə məktublaşmaqla yanaşı, bir neçə dəfə məktəbli Azərdən də məktub almışdım və onun düşüncə genişliyi, mənəvi yetkinliyi ürəyimi qürurla doldurmuşdu…
Övladları heç nəyə toxunmayıblar, bütün otaqları, dəhlizi dolduran kitabxana sahibinin sağlığında olduğu kimi qalır. Məncə, bu azdır, Mədəniyyət Nazirliyi bu evi bir muzeyə çevirməlidir. Muzeyin yanında bir oxu zalı tikilsə, bu kitab xəzinəsi həm də neftçalalıların üzünə açılar…
Unudulmaz görüşlərimizdən biri də Xıllı kəndində oldu. Rayonun çox hörmətli, qocaman müəllimlərindən Xanoğlan Məmmədova baş çəkməyə getmişdik. Onun həyət-bacasının səliqə-sahmanı, bağ-bağatın, sanki rəssam əli ilə çəkilmiş kimi mükəmməl düzəni diqqətimi cəlb elədi. Xanoğlan müəllimin yaşı səksəni keçsə də, iti hafizəsi, mükəmməl nitqi, ölkədə baş verən hadisələri diqqətlə izləməsi, dəqiq mülahizələri gənclərdə qibtə doğuran bir səviyyədədir. Məni çoxdan yazdığım bir şeirimlə qarşıladı:
Qılıncam, ovxarım sözlə, inamla,
Min ilin başında yurdun səsiyəm.
Özüm bu günlərə kül ola-ola
Gələcək günlərin pərvanəsiyəm…
Kimsə bu misraları onun qədər həm gözəl deyə, həm də yüksək peşəkarlıq və sayğı ilə təhlil edə bilməzdi. Bu söhbətlə Xanoğlan müəllim, əslində, Neftçalada başlanan görüşlərimə xeyir-dua verdi.
Sonrakı günlərdə Soltan Abbasa da baş çəkdim, seçilmiş əsərlərinin 5 cildliyini vərəqlədim; Zabil Pərvizin, Ənvər Əliyevin şeirlərini dinlədim.
Yenicə bələdiyyə sədri seçilmiş Gülqədəm Mirzəzadənin “Səmavi” şeirlər kitabının və bəstələdiyi mahnıların lirik ovqatı onu gündəlik işindən, kənd həyatından qoparmır, əksinə, camaat üçün məşğuliyyət yerləri açmaq səylərini artırır, qadın inkişaf mərkəzi və anaların hüquqlarının qorunması ilə bağlı plan və arzuları genişlənir.
Görüşlərimizin ən fəal təşkilatçılarından olan şair Fərhad Əzizbəyli ilə indiyədək yaxından tanış olmaq imkanı tapmadığıma təəssüfləndim. Çünki o, Neftçalada yaşasa da, yaradıcılığı, kitabları əyalət səviyyəsindən çoxdan çıxmışdır və çağdaş poeziyamızın seçilən nümunələri ilə səsləşir. Bunu təsdiq etmək üçün 2019-cu ildə nəşr edilmiş və sayca ikinci olan “Zəmanət” şeirlər toplusunu gözdən keçirmək yetərlidir.
Həyatdan 23 yaşında, nakam getmiş ilahiyyatçı-şərqşünas Əbil Əbilovun fəlsəfi düşüncələrinin və gündəliyindən parçaların toplandığı və ölümündən sonra nəşr edilmiş “Sevda türküsü” kitabından günlərlə ayrıla bilmədim. Gənc yaşından Şərqin, Qərbin poetik və fəlsəfi cərəyanlarını mükəmməl şəkildə öyrənən, Nəsiminin aşiqi olan, vəhdət-i vücud və hürufizm haqqında yazılarının mükəmməlliyi ilə heyrət doğuran Əbil Tanrıdangəlmə, fitri bir istedad sahibi olmuşdur. Atası Etibar müəllimə “kaş o kitabı mənə verməyəydin” deməkdən başqa söz tapmadım. Çünki kitabı oxuyandan sonra belə bir təfəkkür və qələm sahibinin vaxtsız vəfatı adamı daha çox yandırır. Yalnız o kitabı oxuyandan sonra böyük dostumuz İmamverdi Əbilovun ailəsinin və bütövlükdə Azərbaycan şərqşünaslıq elminin Əbilin şəxsində nə boyda bir alimi itirdiyini təsəvvür etmək olur.
2
Neftçalanın yetişdirdiyi qələm sahibləri arasında rayonun ictimai, mədəni, pedaqoji həyatında xüsusi xidmətləri və yeri olan nasir, publisist Ruhəngiz Əşrəfqızının (Nəcəfova) yaradıcılığı haqqında ayrıca danışılmalıdır. Heyif ki, onun nəşr olunan roman, povest və hekayələri, publisistikası ədəbi-tənqidimizin diqqətindən kənarda qalmış, yetərincə dəyərləndirilməmişdir…
Ruhəngiz xanım müəllimdir, indi Xolqaraqaşlı kənd orta məktəbində direktor vəzifəsini daşıyır; rayonun lider qadınlarından biridir. Kitabları, təşkilatçılıq qabiliyyəti, mükəmməl natiqlik məharəti ona xüsusi hörmət qazandırıb. Bir müddət Neftçala şəhərində Heydər Əliyev adına Mərkəzin direktoru olub.
Ruhəngiz xanım Neftçalanın Qırmızıkənd kəndində həkim ailəsində doğulub. Ata tərəfi muğanlı, anası Qazaxın Şıxlı kəndindən Eminovlar nəslindəndir. Kür coşqunluğu, Araz saflığı birləşib onun xarakterində.
Seçki görüşlərindən vaxt tapanda Ruhəngiz xanımın bir neçə kitabını oxudum və elə ilk əl atdığım “Bir kəndin tarixi” əsərində (Bakı, “Araz” nəşriyyatı, 1999) onun bir publisistdən, jurnalistdən daha çox nəsr ustası olduğunu gördüm. Kitab xoş bir niyyətlə yazılıb: müəllif doğulub boya-başa çatdığı kəndin tarixini qələmə alıb. Bu, arxeologiyaya və qədim kitablara, arxiv materiallarına söykənən tarix deyil, adamların şahid olduğu, insanların yaddaşına yazılmış, canlı və real tarixdir. Bir kəndin tarixi bizə həm də Muğanın keçmişini, yaşadığı çətinlikləri, üzləşdiyi faciələri, eləcə də çaylarını, göllərini, gəmilərin yan aldığı sahilləri, daim təbiətlə çarpışmada olan, selə qoşulub axan, yurdlarını tərk edən, lakin sonradan yenə qayıdıb gələn cəsur insanlarını, bu yerlərin adət-ənənələrini, yetişdirdiyi məşhur şəxsiyyətləri, repressiya qurbanlarını, böyüklərini tanıtdırır. Təkcə tanıtdırmır, həm də sevdirir.
Kitab belə başlanır: “Su kəndi ağzına götürüb aparırdı. Qamış, taxta parçaları, müxtəlif ev əşyaları suyun lal, lakin güclü axınına tabe olaraq sürətlə üzürdü. Haradansa suyun güc verib çıxardığı bir qurumuş ağac gövdəsi kəhrəba rəngli nehrə ilə yanaşı üzürdü. Onlar bir-birinə sürtünə-sürtünə, dəyə-dəyə irəliləyirdi. Birdən kötük güclü bir təkanla nehrəyə dəyib onu parça-parça etdi.
…Günəş göyün qərb bucağında buludların ətəyindən sürüşüb ətrafa son, sönükləşmiş şüalarını saçırdı”.
Bu, müəllifin doğma kəndinin Kür-Araz daşqınlarında tez-tez yaşadığı bir təbii fəlakətin rəsmidir. Rəssam fırçasından çıxmışa bənzəyən canlı bir mənzərədir. Bu rəsmi yalnız sel fəlakətini görüb yaşamış adam belə ustalıqla çəkə bilərdi. Sel oxucunu da alıb aparır, sanki… Cavad bəyin ailəsini, selə qarışıb axan heyvanlarını xilas etmək üçün vurnuxduğunu əks etdirən bu başlanğıc böyük yazıçımız İsmayıl Şıxlının “Dəli Kür” romanının təsvirlərini xatırlatdı mənə.
Ruhəngiz xanımın bir-birindən maraqlı hekayə və povestlərinin çoxunun mövzusu kənd həyatından alınmışdır. Buna görə də “Kəndimizin dəmir atları” (Bakı, “Müəllim” nəşriyyatı, 2003) və “İtmiş povestlər” (Bakı, “Araz” nəşriyyatı, 2007) adlı kitabları da elə “Bir kəndin tarixi”nin davamı kimi oxunur. Erməni-bolşevik qırğınlarında, repressiya və İkinci Dünya müharibəsi illərində, 1990-cı ilin Qara yanvarında, Qarabağ savaşında nə qədər qurbanlar versə, dəyərli insanlarını itirsə də, bu kənd yaşayır, öz adət-ənənələrini, toyunu-şənliyini, əkinini-biçinini davam etdirir; nəsillər dəyişilir, sistemlər çökür və yenisi qurulur, böhranlar adamları imtahana çəkir, lakin həyat dayanmır; cavanlar cəbhədə, vətənlə qürbət arasında, ailələr kəndlə şəhər arasında, Muğan sellə quraqlıq arasında, insan ləyaqəti ehtiyacla harınlıq, məhəbbətlə xəyanət arasında, yer üzü işıqla qaranlıq arasında… Ruhəngiz xanımın həyatın bu təzadlı, lakin canlı və qırılmaz axarını böyük təravət və koloritli lövhələrlə əks etdirir. Etnoqrafik zənginlik, iti müşahidə. İnsanlara və təbiətə böyük sevgi onun nəsrinin başlıca əlamətlərindəndir. Hekayə hekayə dalınca, esse esse dalınca və hər birində kəndin ocaqlarını sönməyə qoymayan halal adamları, yuxarıda təsvir olunan nehrə kimi ehtiyacın amansız kötüklərinə çırpılıb dağılan ailələr, montyor, sürücü, inşaatçı, müəllim, həkim, balıqçı, tələbə, şagird… Muğanın səhərləri və axşamları, Aylı gecələri, quşları və cırcıramaları, kəndarası yolların gizlinləri, doğulan və ölən sevgilər, Rusiya sevdasının qırdığı sevgilər, qaçırılan qızlar, taleyə boyun əyməkdən başqa yolu qalmayan ata-analar… Ruhəngiz Əşrəfqızı bu həyatı dadlı-şirəli bir dillə öz əsərlərinə köçürür. Muğanın qızaran və qaralan üfüqləri, ümid dolu səhərləri, qərib axşamları, yağışı, qarı, torpağının ətri, bir sözlə, başqalarına solğun görünə bilən təbiəti Ruhəngiz xanımın nəsrində ardıcıl təsvir obyektidir və bəlkə də heç bir başqa mətndə onun əsərlərində olduğu qədər canlı, real-romantik boyalarla əks etdirilməmişdir.
Ruhəngiz Əşrəfqızının yazı tərzi və üslubu da maraqlıdır: “Bir kəndin tarixi” – bədii publisistika nümunəsi olaraq sözçülükdən uzaq bir tərzdə, daha çox sənədlərə. adamların xatirələrinə söykənərək, dəlilli-sübutlu yazılıb, şəxslərin portreti bəzən onların öz qeydləri ilə tamamlanır. “Kəndimizin dəmir atları”ndakı hekayələr realist boyalarla çəkilib, burda da hər hekayə bir həyat hadisəsindən qidalanır, bəziləri novella kimi gözlənilməz sonluqla bitir. Esselərin bir çoxu dastan didaktikası tərzində qələmə alınıb; keçmiş olaylar bu gün üçün həyat dərsi kimi təqdim edilir.
“İtmiş povestlər”də isə sevgi mövzusunun gətirdiyi qanadlı-romantik üslubla öz həyat yolunun, ailə tarixinin, xiffət dolu xatirələrin gətirdiyi zərif psixoloji üslub iç-içədir.
Müəllimlik Ruhəngiz xanıma yeniyetmələrin, məktəbli gənclərin öz yaşları üçün təbii olan yaşantılarını, ilk məhəbbətin gətirdiyi psixoloji burulğanları, ilk görüşlərin xoşbəxtliyini, ayrılıq acılarını, həyat yolunun başlanğıcında keçilən tərəddüdləri yaxından müşahidə etmək imkanı vermişdir və bütün bunlar onun əsərlərində pedaqoji sərhədlər qorunmaqla gözəl təsvir edilir.
Müəllifin “Qayıdış” romanı bu gün üçün aktual olan bir mövzuya yeni dövrün gətirdiyi problemlərlə üzləşən adamların taleyinə, həmişə olduğu kimi yenə də gündəmdən düşməyən şəhər-kənd münasibətlərinə həsr edilmişdir. Çətinliklər, işsizlik adamları şəhərə üz tutmağa məcbur edir. Şəhər bir cazibə mərkəzinə dönüb. Torpaqdan ayrı düşən insanlar şəhərin evsizliyinə, ağır şəraitinə baxmayaraq, geri dönmək istəmirlər. Bu ikili həyat sevgiləri yarıda qoyur, ailələri dağıdır, yüz illərlə formalaşmış milli əxlaq və adət-ənənələri sınağa çəkir. Ruhəngiz Əşrəfqızı bu iki ailəni, kəndi və şəhəri eyni dərəcədə maraqlı detallarla təsvir edir. Qüdrət və onun ailəsi, yoldaşı Zəminə oğlu Aqşin əsərin əvvəlində hansı həvəslə şəhərə can atırlarsa, burda işləyib ev-eşik sahibi olurlarsa, əsərin sonunda Aqşin eyni həvəslə öz şəhərli həyat yoldaşı Günellə birlikdə kəndə qayıdır. Ata ocağının sönmüş işıqlarını yandırır.
Ruhəngiz xanımın yaradıcılığına bu kəndlərin qorunmasına, ata ocaqlarının daim gur yanmasına yardım edən güclü bir yurd-torpaq sevgisi hakimdir. Çağdaş qadın nəsrimizdə onun xüsusi və bənzərsiz yeri var.
Haraya və nə məqsədlə getməyimizdən asılı olmayaraq Ədəbiyyat havası həmişə nəfəsimizi genişləndirir.
17.02.2020
Haqqımda şayiə yaydılar ki… – Neftçalalılara müraciət
9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsində qalib gələn Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı seçicilərinə təşəkkür edib.
Axar.az xəbər verir ki, S.Rüstəmxanlı Feysbuk hesabında təbliğat-təşviqat prosesində qarşılaşdığı çətinliklərdən bəhs edərək, ona dəstək olanlara minnətdarlığını bildirib.
Millət vəkili növbəti 5 il ərzində rayon sakinlərinin problemləri ilə daim maraqlanacağına söz verib:
“Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 25 gün Neftçaladan ayrılmadım; kəndləri gəzdim, otuzdan çox görüş keçirdim, ağsaqqallara və köhnə dostlara baş çəkdim, Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin və doğma insanların məzarlarını ziyarət etdim, yerli qələm sahiblərinin ədəbi məclislərinə qatıldım, yas mərasimlərinə getdim, yaxın ailələrə qoşulub qız evinə elçi düşdüm, rayonun sənaye müəssisələrində, başqa istehsalat sahələrində oldum. Yerli ziyalılar, siyasi partiyaların liderləri, köhnə hərəkatçı tanışlarım, getdiyimiz kəndlərin camaatı hər yerdə məni böyük sayğı və sevgiylə qarşıladılar. Bakıdan vəkillər, təbliğatçılar dəvət etməyə ehtiyac qalmadı, Neftçala aydınları, xüsusən köhnə hərəkatçı dostlarım mənim seçki kampaniyamda yaxından iştirak etdilər. Görüşlərin keçirilməsi, seçicilərlə sərbəst ünsiyyət üçün rayonda ideal şərait yaradılmışdı. Əleyhimə təbliğat aparanlar da az deyildi. Bu məqsədlə xüsusi debatlar təşkil olunaraq iyrənc “gəlmə-yerli” söhbəti ortaya atılmışdı; qərargahımın qarşısında təcili yardım maşını saxlatdırıb evlərə zəng vuraraq mənim infarkt olub Bakıya qayıtmağım və seçkilərdə iştirak etməyəcəyim barədə şayiələr yaymışdılar. Bütün bunlara baxmayaraq, rəqiblərimdən heç biri şəhər mərkəzində və kəndlərdə mənim qədər gur və səmimi görüşlər keçirə bilmədi. Komandamızın qüsursuz və qanunlara sayğıyla apardığı iş və xalqın sevgisi öz nəticəsini verdi.
İmkan düşəndə həmin olayları geniş təhlil edəcəyəm.
İndi isə mənə səs verən, yardımlarını əsirgəməyən bütün neftçalalılara təşəkkürümü bildirmək istəyirəm. Səs verməyənlər də sağ olsunlar. Seçki dövründə həmrəylik göstərmiş bütün müsavatçılara, Ümid Partiyasının üzvlərinə, digər siyasi partiyaların nümayəndələrinə, Neftçalanın qələm sahiblərinə ən səmimi minnətdarlığımı bildirirəm. İnanıram ki, mənimlə yanaşı mübarizə aparmış 13 nəfər namizəd də bundan sonra mənə rəqib kimi yox, oxucu, həmkar, dost kimi baxacaq. Qarşıdakı 5 ildə mən neftçalılarla bir yerdə olacaq və onların sorunlarının həllinə çalışacağam. Allah yar və yardımçımız olsun!”
Əlövsət Əliyev azadlığa buraxıldı- VIDEO
“Leqat” Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi, xalq şairi Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb.BakuPost xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.Bununla bağlı saytımıza açıqlama verən S.Rüstəmxanlı bildirib ki, hələ Əlövsətin özü ilə danışa bilməmişik:“Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib”.Qeyd edək ki, hazırda Almaniyada yaşayan Əlövsət Əliyev mühacir qalmaqalına görə alman polisi tərəfindən saxlanılmışdı.Sabir Rüstəmxanlının telefon nömrəsi
Nazlı AğayevaMövzuda çətinlik yoxdu, sadəcə hardan başlamaq barədə tərəddüd var. On üç il əvvəldə qalan xoşbəxt ömrə gedib ordan indiki boşluğa qayıtmağın qorxusu var. Xatırlanması zor və xoş olan çox şeylər ki, o xoşlardan biri 2003-cü ilin təxminən avqust ayında baş verdi. Ölkədə ən maraqlı, ən fəal prezident seçkisi ərəfəsində dairələrinin formalaşacağı son gün idi. Qəbələ dairəsində Vətəndaş Həmrəyliyi Partiyasının bir yeri qalıbmış. O yer uğrunda yerli hökümət dağa-arana adam salıb Sabir Rüstəmxanlını axtarırdı. Xəbəri dairədəki katib mənə verib, gör neynirsən, dedi.VHP barədə heç nə bilmirdim. Əlimdə indiki texniki imkanlar da yox idi ki, əlaqə saxlayıb o yer barədə xahiş edəm. Bakıdakı dostlardan birinə zəng vurdum, partiyanın telefon nömrəsini tapdı. Zəngimə ciddi səsli bir xanım cavab verib o məsələnin Sabir bəyin səlahiyyətində olduğunu bildirdi. O da təzə çıxıbmış, o gün daha qərargaha qayıtmayacaqmış. Prezidentliyə namizədliyi qeydə alınmış məşhur partiya sədrinin mobil nömrəsini təsadüfü bir adama verməzdilər ki. Bunu xahiş etməyin özü dənsizlik olardı. Daim hadisələrin içində olan biri olaraq kənarda qalmağın ağırlığı çökdü çiynimə.Çarəsizcə telefonu sığallayarkən qəfildən həmin nömrəyə zəng getdi. Bayaqkı ciddi səsli xanımın səsini eşidib özümü itirdim. Düyməni basmaq yaxşı çıxmaz deyə bundan betərini edib sədrin mobil telefonunu soruşdum. Gözlədiyimin tam eyni olaraq xanım bunun mümkün olmadığını söyləyib dəstəyi qoydu. Pərt halda özümü söyməyə başlamışdım ki, telefona zəng gəldi və… Həmin xanım ötkəm səslə mənə kağız-qələm götürməyə imkan verib ani fasilədən sonra sədrinin telefon nömrəsini dedi.Bu anlayışlı xanımın VHP-nin “dəmir ledisi” Almaz Qəhrəmanlı olduğunu sonra öyrənəcəkdim. O anlarda isə daha həyəcanlı bir zəngim vardı. Özümü şagird kimi toplayıb cavab gələn kimi allah bilir hansı kəlmələrlə Sabir Rüstəmxanlıya Qəbələdə adımın iqtidar tərəfdə o qədər də yaxşı hallanmadığını söyləyib dairə barədəki xahişimi çatdırdım. Birnəfəsə əzbərimdən bitən kimi Sabir bəy “narahat olma, bacım, öyrənib indi özüm sənə zəng vuracam”, dedi. Quruyub qalmışdım. O boyda adam mənə niyə qayıdıb zəng vursun ki? Bir-iki dəqiqə keçə-keçməyə məni yığıb dedi ki, artıq MSK-da dairələrin formalaşması başa çatır, tələsnək lazımdır. Təcili əsas göstəricilərimi faksla partiyaya göndərməyi tapşırdı. Qaçaqaçla işin axırında rəfiqəmin mühasib olduğu idarənin faksı ilə sənədləri göndərdik. Nəticəyə o qədər ümidli deyildim. Bədbin-bədbin anama əhvalatı danışanda telefon növbəti dəfə səsləndi. Sabir bəy dairənin üzvü olmağım münasibətilə məni təbrik edib, anama çoxlu salam göndərdi. O arada Nazlı olaraq macal tapıb anamla yaşadığımı çatdıra bilmişdim. Həyəcandan ala gözləri dolan anam yavaşdan dillənib: “şair ürəyidi a bala, bəs nə bilmişdin”, dedi. Ardınca ənənəvi qərarını verib məni Sabir Rüstəmxanlını bacısı “elan etdi”.O bacı-bu bacı, indiyə qədər o məşhur adamın qardaşlığını hər addımda duyub hiss etdim. Xəstə oldum, əli üstümdə oldu, yasımız düşdü, sükana oturub tozlu-kəsəkli yollarla dünyanın o qırağındakı ucqar kəndimizə özünü çatdırdı. Qəfil itirdiyim qardaş acımı təsəlli etdi, dərdimi-qayğımı mümkün olduğu qədər yüngülləşdirməyə çalışdı.Təsadüf elə gətirdi ki, həyatdan erkən gedən bacısı Azadə ilə dostlaşdıq, isnişdik bir-birimizə. O zaman ki, gözəl ürəkli, gül üzlü Azadə artıq xərçəngə əsir düşsə də, təslim olmurdu. Onu tanıdığım bir ilə yaxın müddətdə ailəsinə, övladlarına olan tükənməz sevgisinə köklənib xəstəliklə vuruşdu. Heyhat, gün gəldi, bir qış səhərində mən Sabir Rüstəmxanlıya başsağlığı verməyə getdim.Sabir Rüstəmxanlı ilə aramızdakı kövrək bağlar bizi doğmalaşdırdı. Onunla bağlı çox şey danışa bilərəm. Amma yaxın adamlar hisslərini cümlələrlə ifadə etməyə ehtiyac görməzlər. Yazı seçkiyə düşdüyünə görə sadəcə bir məsələni xatrladım ki, Sabir Rüstəmxanlı nə zaman hardan seçildisə səsini millətin ayağına gedərək qazanıb.P.S. Son cümləni reklam üçün deyil, müqayisə üçün yazdım. Ən azından internet əsridir, hamı hər şeyi izləyə bilir.Sabir Rüstəmxanlı Aşağı Qaramanlıda seçicilərlə görüşdü – VİDEO
Xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinin sakinləri ilə görüşüb.
“BakuPost” xəbər verir ki, S.Rüstəmxanlı görüş zamanı sakinlərin istək və təkliflərini dinləyib, onlarla fikir mübadiləsi aparıb.Görüş əsnasında çıxışçılar iqtisadi, sosial problemlərin illərdi həll edilmədiyini, rayonun təbii resurslarından, daxili imkanlarından lazımı səviyyədə istifadə olunmadığını, bunun da sakinlərin güzəranında müxtəlif çətinliklər yaratdığını bildiriblər.Onu da vurğulayıblar ki, namizədlər içində illərdi üst-üstə qalaqlanan bu problemləri həll edə biləcək yeganə şəxs Sabir Rüstəmxanlıdır. Çünki onun bu sahədə uzun illər ərzində toplanmış zəngin təcrübəsi var.Sakinlər namizədlər arasında Sabir Rüstəmxanlı adını gördükdən sonra problemlərinin respublika səviyyəsində dilə gətiriləcəyinə, Neftçalanın iqtisadi durumunun güclənəcəyinə inandıqlarını vurğulayıblar.S.Rüstəmxanlı isə bildirib ki, iştirak etdiyi bütün görüşlərdə səsləndirilən problemləri tək-tək qeydə alır. Millət vəkili seçiləcəyi təqdirdə təkrar görüşlər keçirəcək və problemlərlə daha yaxından tanış olacaq. Bundan sonra isə Neftçala sakinlərini narahat edən, güzəranlarını ağırlaşdıran problemlərin həlli üçün vahid plan hazırlayacaq:“Bu plandan sonra var gücümlə çalışacam ki, Neftçalanın inkişafı ilə bağlı ayrıca bir qanun olsun, ayrıca bir qərar qəbul edilsin”.Fəzail İbrahimli Komanlı kəndinin sakinləri ilə görüşdü – FOTO
Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Fəzail İbrahimlinin Cəlilabad rayonunda seçicilərlə görüşləri davam edir.
O, bu gün Cəlilabad rayon Komanlı kəndinin sakinləri ilə görüşüb.
F.İbrahimli əvvəlcə ötən dövrdə millət vəkili kimi gördüyü işlərdən danışıb, ötən dövrdə seçicilərlə daimi təması, onların problemlərinin həllində iştirakından danışıb.
Görüşdə kənd sakinləri, müharibə veteranları, ziyalılarla ölkənin bu günü və yaxın keçmişi müzakirə olunub, habelə əhalinin hazırkı qayğıları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Fəzail İbrahimli görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırıb, millət vəkili seçiləcəyi halda yenə də seçicilərin etimadını doğruldacağını bildirib.
Görüşdə iştirak edən seçicilər fevralın 9-da yüksək fəallıq göstərəcəklərini və ən layiqli namizəd kimi Fəzail İbrahimliyə səs verəcəklərini bildiriblər.
Milli Məclisdə Sabir Rüstəmxanlı kimi müdrik, sayıq insanların olması zəruridi
Xalqın,millətin xosbəxt gələcəyini düşünən hər bir vətəndaş bu seçkidə düzgün qərarlar qəbul etməlidir
Çox hörmətli Sabir bəy!
Rayonumuzda olarkən mənə hədiyyə etdiyiniz milli taleyimizlə bağlı dəyərli “Milli taleyimiz və biz” kitabınızı (Bakı – 2018) bir daha oxudum, dəqiq, dürüst analitik təfəkkürünüzü bir daha alqışladım. Ona görə bir daha ki, Sizin bu və başqa bu kimi vacib mövzulardakı incə polemikalarınızı mətbuat səhifələrində, televiziya verlişlərində, internet saytlarında və şəbəkələrində, elektron mediada çox oxumuş, izləmiş, həmişə də analitik təfəkkürünüzün dərinliyinə, dürüstlüyünə, geniş eridusiyanıza, yüksək polemika mədəniyyətinizə heyran qalmışıq.
Heyif ki, bizdə polemika mədəniyyəti çatmır, diskussiya iştirakçıları çox vaxt söysöylənən fikirləri təhlil etmək, o fikirlərdəki səhvləri, yanlışlıqları açıb göstərmək, aydınlaşdırmaq əvəzinə onları kökündən inkar edib danır, yalnız öz həqiqətini sübut etməyə çalışırlar. Buna ümumən nihilizim deyilir. Bu da olduqca səhv, ziyanlı yoldur. Siz heç vaxt heç kəsi inkar edib danmırsınız, söylənən fikirlərə münasibətinizi bildirir, həmin fikirlərdəki məhz səhv məqamları açıb göstərir, aydınlaşdırırsınız. Özü də qışqır-bağır salmadan, səsinizin tonunu zərrə qədər də qaldırmadan, özünüzün sakit, təmkinli və təkidli ahənginizlə. Çoxumuza elə gəlir təkid səsin tonunda, sözlərin bərkdən deyilməsindədir, unuduruq ki, bu, fikrin mahiyyətində, həqiqətin özündədir. Var gücünlə qışqırıb təkidlə aləmə car çəksən də ikini ikiyə vuranda heç vaxt beş etməz, ikini ikiyə vuranda dörd etməsi kimi sadə həqiqəti isə lap yavaşdan desən də təkidli səslənər.
Çox hörmətli Sabir bəy, Sizin parlament seçkilərinə namizədliyinizi bizim 61 saylı Neftçala Seçki Dairəsindən irəli sürmək təşəbbüsünüz köhnə tanış kimi məni ürəkdən sevindirdi. Namizədliyinizi Azərbaycanın istənilən bölgəsindən irəli sürsəydiniz yekdilliklə dəstəklənərdiniz, Neftçalanı seçməyiniz bizə etimadınızdan xəbər verir. Buna görə həmyerlilərimiz adından Sizə təşəkkürümü bildirirəm… Əksər Neftçala seçiciləri, Neftçala ictimaiyyəti, Neftçala hərəkatçıları kimi, onlardan bir qədər də artıq maraqla mən də ilk gündən milli azadlıq hərəkatındakı fəaliyyətinizi ardıcıl izləmiş, həlledici məqamlardakı dəyanətinizi, qətiyyətinizi ürəkdən alqışlamışam. Ona görə bir qədər artıq maraqla ki, rayonumuzun sakinlərindən Sizə bir köynək yaxınam, Sizi gənclik illərindən tanıyıram. Dövrünün elitar ali məktəblərindən olan Azərbaycan Dövlət Universitetinin eyni fakültəsində, eyni kursunda təhsil almışıq. Filoloji fakültənin sizin təhsil aldığınız dil-ədəbiyyat şöbəsində, gərək ki, hər birində 20-dən artıq tələbə olan 2 qrup var idi, həmin fakültənin tərkibindəki bizim jurnalistika şöbəsində isə 17 tələbə təhsil alırdı. Fəlsəfə, Sov.İKP tarixi, Azərbaycan ədəbiyyatı tarixi, xarici ölkələr ədəbiyyatı tarixi, digər bu kimi ümumi fənlərin mühazirələrində qruplarımız patok halında birləşdirilir, böyük bir auditoriya əmələ gəlirdi. O qədər tələbənin arasında ilk gündən sayılıb-seçilmək, müəllimlərin, tələbə yoldaşlarının diqqətini cəlb etmək, yaddaşda qalmaq asan deyildi. Amma o vaxt Siz bunu bacardınız, sonrakı dövrdə də götürdüyünüz xətti dönmədən davam etdirdiniz.
O vaxt o böyük auditoriyadakı tələbələr arasında çox istedadlı gənclər var idi. Sonralar onların bir çoxu tanınmış alim, şair, nasir, siyasətçi kimi yetişdi, müxtəlif sahələrdə ölkəmizə layiqli xidmətlər göstərdi. Həmin nəslin nümayəndələri arasında Siz özünüzün istedadınız, mərdliyiniz, cəsarətiniz, vətənpərvərliyinizlə həmişə diqqəti cəlb etmiş, ən çətin, həlledici vaxtlarda milli azadlıq hərəkatının ön cərgələrində olmusunuz.
Yuxarıda yazdıqlarım məsələnin subyektiv tərəfidir. Sizə hörmətimizin, rəğbətimizin, etimadımızın kökü, səbəbləri isə dərindir. Siz azad, müstəqil Azərbaycanımızın təməl daşını qoyanlardan biri, birincilərindənsiniz, son dövr milli azadlıq hərəkatının həmişə ön cərgələrində addımlamış, onu çətin yollardan keçirib qələbəyə qovuşdurmusunuz. Vətən, xalq qarşısındakı çoxsaylı xidmətlərinizi saymaqla qurtarmaz. Təkcə müstəqillik düşüncəmizin ilk carçısı “Ömür kitabı”nızı happy wheels demo və müstəqil mətbuatımızın ilk qaranquşu “Azərbaycan” qəzetini götürmək bəsdir. Ən önəmlisi isə Sizin heç kəsə bənzəməyən ölən ruhunuz, xüsusiyyətinizdir. Hər bir xalqın, millətin birliyi, uğuru üçün vacib olan özəl ruhunuz, xüsusiyyətiniz.
Ölkə başçısı byük siyasi iradə nümayiş etdirərək parlamentin buraxılması və yeni parlamentin formalaşdırılması barədə sərəncam imzalayıb. Allah eləsin xalqımız, səsvermə hüququna malik seçicilər bu imkandan istifadə edərək özünün ən layiqli nümayəndələrini yer parlamentə üzv seçsin, fəal, çevik, işgüzar bir Milli Məclis formalaşdırsın. Heç kəsin bacarığını, qabiliyyətini, vətənə, xalqa xidmət hisslərini şübhə altına almadan yeni parlamentə ən layiqli namizədlərdən birini də Sizi hesab edirik. Çox istərdik yeni formalaşan Milli Məclisin tərkibində Sizi də görək. Bunun üçün malik olduğunuz xüsusiyyətləri bir daha seçicilərin yadına salmağı, onları həlledici məqamda düzgün addım atmağa çağırmağı vacib hesab edirik. Bir heç tanınmayan, bir də hamıya yaxşı tanış olan şəxslər barədə söz demək, fikir formalaşdırmaq çətindir. Sizin geniş təbliğə, seçicilərə əlahiddə təqdim olunmağa ehtiyyacınız yoxdur, bütün respublika ictimaiyyəti kimi rayonumuzun sakinləri, namizədliyinizi irəli sürdüyünüz dairənin seçiciləri də şəxsiyyətinizə, ədəbi, ictimai-siyasi fəaliyyətinizə hərtərəfli bələddirlər. Amma deputatlığa namizədlərimiz arasında Sizə üstünlük verilməsi zərurətini hörmətli seçicilərin diqqətinə çatdırmaq, onların yadına salmaq vacibdir.
Hər bir cəmiyyətdə üç təbəqəyə böyük ehtiyac duyulur: ziyalılara, ağsaqqalara və möminlərə. Bütün cəmiyyətdə də ən az təsadüf olunan məhz bu üç təbəqədit. Bəzi cəmiyyətlərdə onların sayı yox dərəcəsindədir. Ziyalını, ağsaqqalı, mömini başqa təbəqələrdən fərqləndirən başlıca xüsusiyyət bütün məsələlərə münasibətdə şəxsi anbisiyadan uzaq olmaq, cəmiyyətin fövqündə dayanmaq, yalnız xalqın, millətin, kütlənin taleyini, müqəddəratını düşünməkdir. Dünyanın kəskin şəkildə qütbləşib üz-üzə dayandığı bir dövrdə bu qəbildən olan insanlara daha ciddi ehtiyac duyulur. Yalnız bu mövqedə dayanan insanlar bütün təbəqələrə yaxınlaşıb onları eyni məcarada birləşdirməyi bacararlar. Sizin şəxsiyyətiniz, sədri olduğunuz “Vətəndaş həmrəyliyi” partiyası da bu ali məqsədə xidmət edir, xalqı, milləti eyni ideya ətrafında birləşdirərək müstəqilliyimizi möhkəmlətməyə cəhd göstərir.
Ən dəyərli xüsusiyyətlərinizdən biri xalqın, millətin taleyinə, müqəddəratına heç vaxt biganə qalmamağınız, bununla bağlı ən vacib məsələlərin müzakirəsi zamanı vaxtında sözünüzü deməyiniz, təklifinizi verməyiniz, qəbul olunan qərarlara təsir göstərməyinizdir. Biz bunların dəfələrlə canlı, əyani şahidi olmuşuq. Inanırıq bundan sonra da həmin təsirin çox şahidi olacağıq.
Gələcək gəncliyə məxsusdur, ölkəmizdə yeni təfəkkürə malik güclü müasir gənclik yetişib. Son illər gənclərə etimad daha da artəb, ən mühüm vəzifələr onlara həvalə olunub. Ancaq gənclər o vaxt xalqımız, millətimiz üçün faydalı, dəyərli işlər görə bilərlər ki, köklərindən, əsllərindən qopub ayrılmasınlar, milli-mənəvi dəyərlərimiz üzərində ucalsınlar. Bu cəhətdən Milli Məclisdə Sizin kimi müdrik, sayıq yaşlı nəslin nümayəndələrinin mövcud olması zəruridir. Müdriklər yaş yetirəndə qocalmırlar, Dədə Qorqud kimi piraniləşib bir olurlar, cavanlar onlardan daim məsləhət, tövsiyə alırlar. Xalqın, millətin xöşbəxt gələcəyini düşünən hər bir vətəndaş, hər bir seçici bütün bunlar barədə ciddi düşünməli, bu ali məclisə məhz Sizin kimi vaxtında dürüst fikirlər söyləyib, düzgün qərarlar qəbul etdirməyi bacaran şəxsləri deputat seçməlidirlər. inanırıq rayonumuzun seçiciləri də seçimlərini düzgün aparacaq, yekdilliklə Sizin lehinizə səs verəcəklər. bu, Sizdən çox seçicilərin özlərinin xeyrinə atılmış mühüm bir addım olacaq.
Əlövsət Polad
Neftçala şəhəri
Sabir Rüstəmxanlı Piter Teylerlə görüşüb – FOTO
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı Seçki Müşahidə Missiyasının rəhbəri səfir Piter Teyler və missiyanın siyasi təhlilçisi Sasha Pajevic ilə görüşüb.
Görüş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təşəbbüsü ilə baş tutub.
Görüşdə fevralın 9-na təyin edilmiş növbədənkənar Milli Məclis seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sabir Rüstəmxanlı VHP-nin seçki fəaliyyəti, namizədlərin fəaliyyəti, seçkilərlə bağlı VHP-nin mövqeyi və ölkədəki seçki mühiti barədə məlumat verib.
Görüşdə VHP Siyasi Şurasının üzvləri Samir AsadLi, Arif Ismayilbeyli və Felmar Alakbarli də iştirak ediblər.






