Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Fəzail İbrahimli Cəlilabad rayonunda seçicilərlə görüşlərini davam etdirir- FOTO

    Fəzail bəy Cəlilabad rayon Göytəpə şəhərində və Ağdaş şəhərində görüşlər keçirib.

    69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Cəlilabad rayonunda seçicilərlə görüşlərini davam etdirir. Fəzail bəy Cəlilabad rayon Göytəpə şəhərində və Ağdaş şəhərində görüşlər keçirib. Seçicilərin fəallığı ilə keçən görüşlərdə deputatlığa namizəd son dövrdə parlamentdəki fəaliyyətindən danışmış, çıxış edən seçicilər onun deputat fəaliyyətindən razılığını bildirmiş, ayrı-ayrı problemlərin həllində iştirakından danışmışlar.

    Deputatlığa namizəd Fəzail İbrahimli öz platforması ilə seçiciləri tanış etmiş və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırmışdır. Görüşlər zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri adiyyatı təşkilatların qarşısında qaldıracağını və həllinə nail olacağını bildirdi.

    Çıxış edənlər 9 fevral 2020 – ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.

  • Fəzail İbrahimli Cəlilabadda seçicilərin problemlərini dinlədi – FOTOLAR

    69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Cəlilabad rayon Privolnoye kəndində əhali ilə görüş keçirib. Hər yerdə böyük coşqu ilə keçən görüşlərdə əhali öz problemlərindən danışıb və namizədə onları maraqlandıran suallarla müraciət edib.
    BakuPost xəbər verir ki, Fəzail İbrahimli seçiciləri qarşısında öz platformasını geniş formada izah edərək seçiləcəyi halda rayonun problemlərinin həlli üçün əlindən gələni edəcəyini və ləyaqətli bir millət vəkili olacağına söz verib.
  • Fəzail İbrahimli Mübariz İbrahimovun ailəsindən xeyir-dua aldı -FOTOLAR

    69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Milli Məclisə namizəd Fəzail İbrahimli secki təbliğatına start verib. Seçicilərlə görüşlərinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata yurdundan başlayan Fəzail bəy qəhrəmanın atası Ağakərim kişi ilə görüşüb. Şəhidin atası Ağakərim İbrahimovla görüşən F. İbrahimli qeyd edib ki, Mübariz İbrahımovun Millı Qəhrəman adına layiq görülməsi onun şərəfli döyüş yoluna verilən ən böyük qiymətdir. “Bu gün Azərbaycanda hamı Mübarizi tanıyır, bütün gənclərimiz ondan danışır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, Azərbaycan öz torpaqlarını geri qaytarmayıb, bizim Mübariz kimi qəhrəmanlara ehtiyacımız var. O, öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bunun üçün Azərbaycanın qəhrəman övladları, canını bu torpaqların yolunda hər an qurban verməyə hazır olan igidlərimiz var. Mübariz Azərbaycana gərəkli olan çox gözəl bir nümunə göstərdi. Öz həyatını qurban vermək bahasına olsa belə, o, sübut etdi ki, “biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Onun bu qəhrəmanlığı bizim hər birimiz üçün nümunədir”- deyə deputatlığa namizəd vurğulayıb.
    Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu, dövlət və xalq tərəfindən ailələrinə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirib. Şəhidin atası vurğulayıb ki, övladını itirsə də, o Azərbaycan xalqının timsalında 9 milyonluq ailə qazanıb və lazım gələrsə əlində silah vətən torpaqlarını işğalçılardan azad etməyə hazırdır. Ağakərim İbrahimov həmçinin Fəzail bəyə təşəkkür edərək ona seçki prosesində uğurlar arzulayıb.

  • “Sabir bəy bizi seçdi, biz də onu seçəcəyik” – Neftçalalılar çağırış etdi – VİDEO

    61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürən VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı Tatarməhəllə kəndinin sakinləri ilə görüş keçirib.

    BakuPost xəbər verir ki, kənd sakinləri S.Rüstəmxanlının gördüyü işlərdən danışıb, onun zaman-zaman mətbuatda xalqın problemləri ilə bağlı qaldırdığı məsələlərdən söz açıblar. Onlar S.Rüstəmxanlının yaradıcılığını, eləcə də ictimai fəaliyyətini yaxından izlədiklərini qeyd ediblər.
    Seçicilər S.Rüstəmxanlıya səs verəcəklərini və bundan qürur hissi keçirdiklərini bildiriblər:
    “Bu dairədən xeyli adam namizəd olsa da, biz Sabir Rüstəmxanlını seçirik. Çünki səsimizi aidiyyəti qurumlara çatdıra bilən bir şəxsiyyətin millət vəkilimiz olmasını istəyirik. Burdan namizədliyini irəli sürən digər biri seçilsə də, qapılar arxasında gözləyəcək. Amma Sabir bəy həmin qapıları asanlıqla aça bilən şəxsiyyətdir. Buna görə də neftçalalılar, eləcə də kəndimizin sakinləri yekdil olaraq, Sabir Rüstəmxanlını dəstəkləyirik”.
    Tədbirdə çıxış edən Ümid Partiyasının Neftçala rayon təşkilatının sədri Əlibaba Əliyev ölkənin tanınmış şəxsiyyətlərinin Sabir Rüstəmxanlı haqqında dedikləri fikirləri səsləndirib, sonra isə sakinlərin yekdil olaraq ona səs verəcəyini deyib:
    “Sabir bəy Neftçalanı seçdi, biz də onu seçəcəyik. Bu, bizim vətəndaşlıq missiyamızdır. Mən başqa namizədlərin plakatlarına baxanda, onların verdikləri vədlərlə tanış olanda, açığı, təəssüf hissi keçirirəm. Qardaşlar, axı sadaladığınız problemləri həll etmək sizin gücünüz daxilində deyil! Namizədlər arasında həmin məsələləri həll edə biləcək bir insan var, o da Sabir bəydir. O, Xalq şairidir, o, ölkə hüdudlarından kənarda da tanınan şəxsdir, o sözü məmurlar tərəfindən eşidilən, hörmət qoyulan ictimai xadimdir. Ona görə də, sizin qapınıza gələn namizədlərə deyin ki, bağışlayın, bizim namizədimiz var, o, Sabir Rüstəmxanlıdır”.
    Çıxışçı bu dairədən deputatlıq iddiasına düşən şəxslərə də səslənib:
    “Mən də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm. Eyni addımı Müsavat Partiyasının yerli təşkilatının sədri də atdı. Mən təklif edirəm ki, yerdə qalan namizədlər də Sabir Rüstəmxanlını dəstəkləsinlər, namizədliklərini geri götürsünlər”.
    Daha sonra çıxış edənlər bildiriblər ki, kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm addımlar atılıb; kəndə həm yol, həm qaz xətti çəkilib. Amma onlar qonşu kəndlərdə həm yol, həm də qaz xəttinin çəkilməsi ilə bağlı problemlərin olduğunu bildiriblər. Sabir Rüstəmxanlıdan xahiş ediblər ki, seçiləcəyi təqdirdə həmin problemlərin həlli istiqamətində müəyyən işlər görsün.
    Sonda kənd sakinləri ayrı-ayrılıqda çıxış edərək şəxsi problemləri barədə danışıblar. Bəziləri təhsil, iş, bəziləri sosial müavinətlərlə bağlı problemlərini dilə gətirərək, S.Rüstəmxanlıdan kömək istəyiblər.
  • “Bu, neftçalalılar üçün tarixi şansdır” – Sabir Rüstəmxanlı görüşlərini davam etdirir – VİDEO

    61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, Xalq şairi Sabir Rüstəmxanlı seçicilərlə görüşlərini davam etdirir.

    Bu gün Yuxarı Qaramanlı kəndinə gedən Xalq şairini sakinlər alqışlarla qarşılayıb, onun Neftçalanı seçməsindən məmnun olduqlarını bildiriblər.

    Deputatlığa namizədin vəkili, Neftçalanın tanınmış ziyalılarından olan Etibar Əbilov Sabir bəyin Neftçalanı seçməsinin yerli əhali üçün tarixi şans olduğunu dilə gətirib.
    O, Sabir bəyin yaradıcılığından, keçdiyi həyat yolundan bəhs edib və hər bir sakini bu prosesdə aktiv olmağa səsləyib: “Milli Məclis təcrübə meydanı deyil. Orda xalqın dərdini dilə gətirə bilən, səsi hər yerdən eşidilən, hörmət sahibi olan şəxslər təmsil olunmalıdır. Şəxsən mən çox fəxr edərəm ki, bizim rayonu Sabir Rüstəmxanlı boyda şəxsiyyət təmsil etsin. Müstəqilliyə gedən yol Meydandan başladı. Meydan hərəkatı deyəndə isə ilk yada düşən Sabir Rüstəmxanlı olur. S.Rüstəmxanlı xalqımızın o şəxsiyyətlərindədir ki, meydan hərəkatında bütün Azərbaycan xaliqi ona öz adından danışmaq səlahiyyəti vermişdi. İndi biz Neftçala adından ona bu səlahiyyəti niyə verməyək?
    Onun biz neftçalalıları Milli Məclisdə təmsil etməsini niyə istəyirəm? Mənə Milli Məclisdə xalqın güvəndiyi, xalqın istək-arzularını dilə gətirən, cəsarətli, qətiyyətli insan lazımdır. Mənə Milli Məclisdə xalqımızın rifahına xidmət edəcək qanunları qaldıran, onu həyata keçirə bilən, tətbiqinə nail ola bilən insanlar lazımdır. Mənə Milli Məclisdə xalqın mənafeyini öz mənafeyindən üstün tutan insanlar lazımdı. Mənə Milli Məclisdə sözü ciddiyə alınan söz sahibi lazımdı.

    Sadaladığım keyfiyyətləri yalnız Sabir Rütəmxanlıda görürəm. Milli Məclisə seçkilərdə səhvə yol vermək bağışlanmazdır. Çünki bu səhvi düzəltmək üçün 5 il lazımdır. Ona görə də seçimimizdə yanılmayaq və Sabir bəyə səs verək”.
    Sonra sakinlər çıxış ediblər, kəndin problemlərindən danışıblar, S.Rüstəmxanlıdan bu problemlərin həlli üçün kömək istəyiblər.
  • “Oğlum da namizəd olsaydı, mən Rüstəmxanlını seçərdim” – Seçicilərlə görüş + VİDEO

    61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı seçicilərilə növbəti görüşünü keçirib.

     
    BakuPost xəbər verir ki, Xol Qaraqaşlı kəndində baş tutan görüşdə kənd sakinləri adından çıxış edən Azərbaycan dili və Ədəbiyyat müəllimi İdris Abbasov Sabir Rüstəmxanlıya bu rayonu seçdiyi üçün minnətdarlıq edib:
    “Mən bu kənddə 50 il dərs demişəm. Bu baxımdan hamının adından danışmaq haqqı hiss edirəm özümdə. Sizi kimi bir ziyalının, həmişə xalqın dərdini öz dərdi hesab edən bir şəxsiyyətin bizi deputat kimi təmsil etməsindən yalnız qürur hissi keçirmək olar. Sabir müəllim bu millətə həmişə sədaqətlə xidmət edib. Mən inanıram ki, bizim Neftçalamızı da eyni şövqlə təmsil edəcək. Hələ deputat seçilməyib, amma artıq rayonumuzda bir canlanma hiss olunur. Problemlərimizin həlli istiqamətində müəyyən addımların atılacağı xəbərlərini eşidirik. Sizi əmin edirəm ki, hamımız birmənalı şəkildə sizi dəstəkləyəcəyik”.
    Daha sonra çıxış edən rayon ziyalılarından olan Fərhad Əzizbəyli çıxış edib:

    “Vaxt var idi siz cavan oğlan idiniz, amma ölkənin ağsaqqal kişiləri ilə bir yerdə ölkənin taleyüklü məsələlərini həll edirdiniz. İndi o ağsaqqalların çoxu həyatda yoxdu. İndi ölkədə 4-5 ağsaqqal varsa, onlardan biri sizsiniz. Siz onsuz da seçilmiş adamsınız. Deputatı seçmək olar, amma ağsaqqalı biz seçmirik, özü seçilir, tale seçir. Sabir bəy çox böyük şəxsiyyətdir, nəinki biz neftçalalılara, bütün Azərbaycana, türk dünyasına lazım olan siyasətçidir. Mən onu lap gənclik illərindən tanıyıram. Ona görə də, mən qohumumu, şagirdimi, rayonlumu deyil, Sabir Rüstəmxanlını dəstəkləyirəm. Əgər mən Sabir bəyi dəstəkləyirəmsə, inanıram ki siz də dəstəkıəyəcəksiniz. Biz onu 20 il deputat kimi sınamışıq və görümüşük ki, həmişə xalqın sözünü deyib, millətin dərdini dilə gətirib.
    Məni sizin hamınız tanıyırsınız. Bilirsiniz ki, mən heç vaxt kiminsə xoşuna gəlmək üçün söz demərəm. Sizə tam səmimiyyətimlə bildirirəm: əgər, bu dairədən mənim oğlum da namizəd olsaydı, mən Sabir bəyi dəstəkləyərdim. Çünki o mənim arzularımı həyata keçirən adamdı: bayrağımızı görmək istəyirdim, Sabir bəy o bayrağı dalğalandırandı; himimizi eşitmək istəyirdim, o himimizin bərpasında müstəsna xidmətlər göstərdi; o, müstəqillik aktına imza atanlardan biri oldu.
    Mən sevinirəm və fəxr edirəm ki, meydan hərəkatında mən də Sabir bəyin yanında olmuşam.
    İnanıram ki, seçki günü hər bir neftçalalı bu böyük şəxsiyyətə səsini verəcək, onu özünün təmsilçisi edəcək”.
    Sonra Sabir Rüstəmxanlının vəkilləri, daha sonra isə kənd sakinlərinin çıxış edib.
    Görüşün sonunda Sabir Rüstəmxanlı Neftçalanın problemlərindən danışıb. Bu rayonla bağlı geniş planlarının olduğunu, insanları narahat edən problemlərin həlli üçün ayrıca bir proqramın hazırlanmasının vacibliyini bildirib.
  • Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ABŞ səfirinin müşaviri Piter Kaufmanla görüşüb.

    Görüşdə ölkədə və regionda baş verən ictimai-siyasi məsələlər, Azərbaycan-ABŞ əlaqələri müzakirə edilib.
    Görüşdə VHP Mərkəz İcra Aparatının rəhbəri Samir Əsədli də iştirak edib.

  • Millətin dirçəldiyi gün… – Siyasətçilər VHP-də bu tarixin işığına yığışdı – FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) 17 noyabr Milli Dirçəliş Gününün 31-ci il dönümü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn , Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli, BAP sədri Elşad Musayev, Ağ Partiya sədri Tural Abbasi, Azərbaycan Demokratiya və Rifah (ADR) sədri müavini Adil Qeybulla,  Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu, Müsavat Partiyası Məclisinin üzvü Sabir Məmmədli, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, Ümid Partiyasından Rüfət Muradlı, AMİP sədri Arzuxan Əlizadə və başqaları iştirak edib.
     
    BakuPost.az xəbər verir ki, tədbirin açılış nitqini VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı edib. Partiya sədri tədbirə qoşulanları Milli Dirçəliş günü münasibətilə təbrik edib və 1988-ci ilin noyabr-dekabr aylarını əhatə edən milli-azadlıq hərəkatının şanlı tarixi haqqında danışıb:
    “Bu bizim tariximizin parlaq bir hadisəsi idi. Həmin hadisələr ümumi xalq hərəkatının başlanğıcı idi. Həmin günlərdə meydanlarda Azərbaycanın müstəqilliyinin bünövrəsi qoyulurdu. Bu hadisələr zamanı mən həm də Azərbaycan hakimiyyətinin məsələyə nə dərəcədə vecsiz yanaşdığının şahidi oldum. Meydan hərəkatı əslində ,fevraldan başlamışdı. Daha sonra mitinqlər böyüdükcə universitetlərdən tələbələr küçələrə çıxaraq “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar səsləndirirdilər. Birdən-birə küçələr adamlarla doldu və getdikcə hərəkat böyüdü. 1988-ci ildə camaat meydana axıb gəlirdi. Bu zaman böyük kütlə yuxarıdan gəlmirdi, Xətai rayonu səmtindəki zavodlardan gəlirdi. Əvvəlcə gələndə bizi Sabirin heykəlinin qarşısında saxlamağa çalışdı. Burada camaat oturdu heç bir yerə tərpənmədilər. Sonra dedilər mitinqi gəlib Siyasi Maarif Evinin qarşısında keçirin. Fuad Musayevlə, Vəli Məmmədov da oradadır. Mən onlara dedim ki, mikrofonları burda niyə qurursunuz axı?
    Gələn böyük insan kütləsi ilə burada mitinq keçirmək olmaz. Ən yaxşısı budur ki, camaat meydana buraxılsın. Razılıq oldu və demək olar ki, biz hamımız – bütün kütlə qaça-qaça meydana dolduq. Beləliklə meydan hərəkatı başladı. Birinci günün şüarları da elə Qarabağla bağlı idi. Sonra bir neçə gün keçdikdən sonra bizə icazə verildi ki, mitinqin tələblərini toplanan kütləyə çatdıraq. Bizə televiziyada vaxt da verdilər. O zaman mən, rəhmətlik Əbülfəz Elçibəy və Aydın Məmmədov getdik verilişə çıxış etməyə. Bizim verilişdən sonra meydanda nələrin baş verdiyindən bütün respublikanın xəbəri oldu.
    Keçid məqamı isə ordunun meydana gəlməsindən sonra başladı. Ordu meydana gəldi və mühasirəyə aldı. Bizim Əfqanıstanda vuruşmuş uşaqlar müdafiə komitəsi yaratdılar. O komitəyə rəhbərlik edənlərdən biri də Nurəddin Mehdixanlı idi. Elə birinci gün tankın lülələrinə qərənfil keçirib bir növ barış elan etdilər.
    Artıq biz meydanda Moskvadan Qarabağ məsələsinin həllini tələb edəndə məsələ ciddiləşdi. Məlum oldu ki, Moskva bu məsələnin həllinə maraqlı deyil və s. Artıq bu meydan hərəkatı artıq Qarabağı müdafiə hərəkatından milli azadlıq hərəkatına çevrildi. Milli azadlıq hərəkatının şüarları və tələbləri dəyişildi. Bu hadisələr mənim fikrimcə, Azərbaycan xalqına bir tarix dərsi keçmiş oldu. Millət orada unutduğu bütün hadisələri xatırladı. Bu çox böyük hadisə idi və SSRİ-nin dağılma prosesi də bu meydandan başlamışdı”.
    Daha sonra Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn çıxış edib:
    “Aydın məsələdir ki, bu proseslər heç də 17 noyabrda başlamamışdı. Hələ 1987-ci ildə SSRİ-də olan proseslərin təsiri altında bir sıra respublikalarda milli oyanış müşahidə olunurdu. İlk təşkilatlar meydana gəlmiş, tədbirlər keçirilməyə başlanılmışdı. İlk reaksiya isə 1987-ci il dekabrda Elmlər Akademiyasında Ziya happy wheels demo Bünyadov tərəfindən ortaya qoyuldu, çıxış edildi və xüsusi qərar qəbul edildi. İlk publik hərəkat başladı 19 yanvarda meydanın özündə. İlk hərəkat universitet tələbələri və ziyalı elitası tərəfindən başlanılıb. Azərbaycan gəncliyi nəyə qadir olduğunu elə meydanlara gələrək sübut etmiş oldu. 17 noyabr hadisəsi ona görə tariximizin fenomen, özəl, fərqli müstəqil hadisəsidir ki, ora sadəcə meydana toplanmış insanlar yox, bütün respublika həmin meydana kilitləndi. Bu meydan hərəkatı sanki bir müstəqil orqanizm kimi ortaya çıxdı. Özünün qanunlarını, məntiqini ortaya qoydu”.
    Sonra AXCP sədri Əli Kərimli çıxış edib:
    “17 gecə, 8 gün çəkmiş bu hərəkat ilk növbədə Qarabağla bağlı idi. Topxana harayı, Qarabağın boşaldılması əsas siqnal idi. 9 noyabr universitetin qarşısında mitinqimiz olmuşdu. Orada Mərkəzi Komitəyə bir həftə vaxt vermişdilər. Böyük bir ümumxalq hərəkatı başlanıldı və tarix yazıldı. Dinc mübarizə tarixində 17 gün gecə-gündüz davam edən, 100 minlərin iştirak etdiyi oturaq mitinq təcrübəsi yarandı. Biz bu təcrübəni bütün dünya üçün yaratdıq. Bundan sonra dünyada baş vermiş bütün Məxməri inqilablar, oturaq mitinq təcrübəsi var ki, onu biz yaratmışıq. Milyonlar bu prosesdə iştirak etdi. Milli ideya orada bərpa olundu. Qarabağın vazgeçilməz olması bu hərəkatda üzə çıxdı. Millət olaraq Qarabağ üçün və müstəqillik üçün etdiyimiz fədəkarlıqlarımızın da kökü o meydanda qoyulmuşdu. O milyonların etirazlarının səbəbi 70 il ərzində toplanmış haqsızlıq, hüquqsuzluq, müstəqillik istəyi idi ki, meydanda püskürdü”.
    Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.
  • VHP-də toplantı (17.11.2019)- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Laçın, Ağdam, Zəngilan və Qubadlı rayon təşkilatlarının Məclis üzvlərinin iştirakı ilə toplantl keçirilib.
    Toplantıya sədrlik edən VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli 17 Milli Dirçəliş günü ilə bağlı hər kəsi təbrik edib, daha sonra ölkədə baş verən siyasi proseslər, partiyanın fəaliyyəti və qarşıda duran işlər barədə məlumat verib.
    Laçın rayon təşkilatının sədri Həmzalı Məmmədov, Ağdam rayuon təşkilatının sədri Həsən Xəlilov, Qubadlı rayuon təşkilatının sədri Xasay Vəliyev və Zəngilan rayuon təşkilatının sədri Kamil Əliyev başçılıq etdikləri təşkilatların fəaliyyəti barədə məlumat veriblər.

  • Tarix dərsi: Sabir Rüstəmxanlı sirləri açdı – VİDEO

    REAL TV-də yayımlanan “Tarix dərsi”ndə Sabir Rüstəmxanlı bir çox sirlərə aydınlıq gətirir

    REAL Televiziyasında həyata keçirilən bu layihənin əsas məqsədi yaxın keçmişimizi bir daha yada salmaqdır. Çünki tarixini unudan gələcəyini qura bilməz.

    Tarix dedikdə isə müasir tariximizi nəzərdə tuturuq. 1988-ci ildən başlayan prosesləri…

    1988-1989-cu ildə Azərbaycanda Milli Azadlıq Hərəkatı kifayət qədər genişləndi. Bu isə tək Azərbaycanda deyil, Sovetlər Birliyinin müxtəlif ölkələrində də baş verirdi…