Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP Gəncədə Xocalı soyqırımının 30-cu il dönümünü qeyd edib

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xocalı, Göygöl rayon və Gəncə şəhər təşkilatların üzvləri  Xocalı soyqırımının 30- cu il dönümü ilə bağlı Gəncə şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

    VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov erməni seperatçılarının Qarabağda törətdiyi qətliamlardan, Xocalı soyqırımından, Qaradağlı faciəsindən , Umudlu kəndində və Dağlıq Qarabağda yerləşən digər Azərbaycan kəndlərində törədilən digər faciələrdən danışdı. Bildirdi ki, ermənilər onlara  göstərilən  dəstəkdən istifadə edərək   Dağlıq Qarabağda azərbaycanlılara qarşı vəhşiliklər törətdilər. 366- cı alayın birbaşa iştirakı ilə  erməni seperatçıları azərbaycanlı əhaliyə divan tutdular. Xocalı soyqırımı dünyanın gözü qarşısında bir millətə, bir xalqa qarşı törədilmiş ən böyük cinayətdir. Hələ də dünya ictimaiyyəti ermənilərin bu vəhşiliyinə göz yumurlar. Bu cinayətə Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan və digər erməni cəlladları rəhbərlik ediblər. Ermənilər hər zaman ruslara arxayın olaraq Qarabağa yerləşdikdən sonra azərbaycanlı əhaliyə qarşı silahlı müqavimət göstəriblər. Bu sovet rejiminin onlara göstərdiyi açıq dəstəkdən irəli gəlirdi bu onunla nəticələndi ki, Qarabağ torpaqları işğal olundu. 30 ildən sonra Qarabağın böyük bir hissəsi azad olunsa da Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd, Umudlu və bir çox yaşayış yerlərimiz erməni seperatçılarının nəzarətindədir. Hazırda ruslar bölgəyə yerləşdirilib. Biz hələ də doğulduğumuz, böyüdüyümüz torpaqlara gedə bilmirik. Xocalı soyqırımının 30- cu il dönümünü Xocalıda qeyd etməli idik. Təəssüf ki biz Xocalıya gedə bilmirik. Ümidimiz ordumuza və xalqımızadır ki, yaxın vaxtlarda işğalda olan bütün torpaqlarımız yağı düşməndən azad olunacaq.

    VHP Gəncə şəhər təşkilatının sədri Fizuli Həsənov və Göygöl rayon təşkilatının sədri, vətən müharibəsi veteranı Samil Bağırlıda çıxış edərək Xocalı soyqırımından, birinici və ikinci Qarabağ savaşlarından danışdılar, bildirdilər ki, 44 günlük vətən savaşında torpaqlarımızın böyük hissəsi işğaldan azad olunub, ümid edirik digər torpaqlarımızda azad olunacaq.

  • VHP-nin Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı bəyanatı

    1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Russiya Federasiyasının 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün, Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.
    XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
    Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edilib.
    Soyqırımın törədilməsindən 30 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətə münasibətdə biganəlik və ikili standartlar təcavüzkarda cəzasızlıq sindromunu gücləndirərək onu etnik təmizləmə və işğal siyasətini davam etdirməyə sövq edib. Dünya ictimaiyyətinin Xocalı soyqırımına adekvat reaksiya verməməsi mənəviyyatdan kənar olmaqla yanaşı, həm də qəbuledilməzdir, çünki gələcəkdə bu cür cinayətlərin təkrarlanmasına zəmin yaradır.
    Vətəndaş Həmrəyliyi Partiyası beynəlxalq təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırır.

  • VHP: “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

    Bu gün Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərbi hücum qərarı verib. Artıq bölgədə irimiqyaslı hərbi əməliyyatlar aparılır. Rusiya Ukraynanın infrastrukturuna və sərhədçilərinə raket zərbələri endirib. Dünyanın gözü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təcavüz olunur.

    Vətəndaş Həmrəyliyi Partiyası güc yolu ilə ölkələrin ərazilərinin bölünməsinə, sərhədlərin dəyişməsinə qarşıdır və bundan sonra da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

    Azərbaycanın Rusiya və Ukrayna ilə çox yaxşı və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Biz iki ölkə arasında hərbi qarşıdurmanın dərhal dayandırılmasını və Ukraynanın ərazi bütövlüyünün bərpa olunaraq problemlərin danışıqlarla həll olunmasını istəyirik.

    —-

    Civil Solidarity Party: “We support the sovereignty and territorial integrity of Ukraine”

    Today, Russian President Vladimir Putin decided to launch a military attack on Ukraine. Large-scale military operations are already underway in the region. Russia has fired rockets at Ukraine’s infrastructure and border guards. Ukraine’s sovereignty and territorial integrity are being violated in the eyes of the world.
    The Civil Solidarity Party opposes the division of territories by force, the change of borders, and continues to support the territorial integrity of Ukraine.
    Azerbaijan has very good and strategic partnerships with Russia and Ukraine. We demand an immediate cessation of hostilities between the two countries and the restoration of Ukraine’s territorial integrity and a negotiated settlement of the conflict.

    ——-

    Партия Гражданской Солидарности: “Мы поддерживаем суверенитет и территориальную целостность Украины”

    Сегодня президент России Владимир Путин принял решение о военном наступлении на Украину. В регионе уже идут широкомасштабные боевые действия. Россия обстреляла украинскую инфраструктуру и пограничников с ракетами. Суверенитет и территориальная целостность Украины нарушаются в глазах всего мира.
    Партия Гражданской солидарности выступает против раздела территорий силой, изменения границ и продолжает поддерживать территориальную целостность Украины.
    У Азербайджана очень хорошие и стратегические партнерские отношения с Россией и Украиной. Мы требуем немедленного прекращения боевых действий между двумя странами, восстановления территориальной целостности Украины и урегулирования конфликта путем переговоров.

  • Biz bütün qonşularla dinc yanaşı yaşamaq siyasəti yürüdürük

    Azərbaycanın millət və dövlət maraqları, yerləşdiyi coğrafiyanın şərtıəri, çatmaq istədiyi hədəflər, üzləşdiyi problemlər tələb edir ki, biz bütün qonşularla qarşılıqlı hörmət və dinc-yanaşı yaşamaq siyasəti yürüdək. Fevral ayının 23-də  Moskvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında imzalanmış Müttəfiqlik Bəyannaməsinin Azərbaycan tərəfini qane edən əsas prinsipi budur. Bundan öncə də 1997-ci, 2001-ci, 2004-cu, 2008 -ci illərdə iki ölkə arasında dostluq, əməkdaşlıq, qarşılıqçı əməkdaşlıq məsələlərini əhatə edən müxtəlif müqavilələr bağlanmış, bəyannamələr qəbul edilmişdir. 23 fevral 2022-ci il Bəyannaməsi həmin sənədlərin davamı, daha da möhkəmləndirilməsi olmaqla yanaşı şımal qonşumuzla bizim münasibətlərimizi yeni bir səviyyəyə qaldırır. Bu müqavilədə Azərbaycan dövlətçiliyini təhdid edən gizli məqamlar axtarmaq, bizcə, əsassızdır. Rusiya bizim böyük qonşumuzdur, orda milyonlarla azərbaycanlı yaşayır, iqtisadi və ictimai- mədəni əlaqələrimizin zəngin ənənələri var və çağdaş dünyada bütün bunları nəzərə almadan yaşamaq olmaz.
    Rusiya siyasətində özünü köhnə Sovetlər birliyinin varisi saymaq meylini gücləndirməyə çalışanlar olsa da küll halında iki ölkə arasında qarşılıqlı hörmət mühitini qorumaq lazımdır və biz bu xəttin getdikcə gücləndirilməsinin tərəfdarıyıq. Rusiya federasiyası dünya siyasətində və iqtisadiyyatında əsas söz sahiblərindən biridir, bölgəmizdə gedən proseslərə təsir imkanları böyükdür. 44 günlük Qarabağ savaşında biz bunun şahidi olduq. Buna görə də Rusiya ilə dostluq, əməkdaşlıq və müttəfiqlikdən, təbii ki, Azərbaycanın dövlət müstəqilliyi üçün, təhlükə yaratmadan, imtina etmək yolverilməzdir.
    Müttəfiqlik Bəyannaməsinin ən mühüm cəhətlərindən biri- 2020-ci ildəki savaşa son qoyan üçtərəfli müqvilənin ruhunu davam etdirməsindədir… Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətində müşahidə edilən bəzi neqativ cəhətləri də bu müqvilənin ümumi ruhuna uyğun aradan qaldırmaq olar.
    Azərbaycanın Gürcüstan və Ukraynanın ərazi bütünlüyünü tanımasına baxmayaraq, bu iki dövlətin ərazilərinin müəyyən hissələrini müstəqil qurum kimi tanıyan Rusiya federasiyası ilə, həm də dünyanın yeni müharibə təhlükəsi ilə üz-üzə dayandığı bir dövrdə, belə bir Müttəfiqlik Bəyannaməsi bağlaması ölkələrimiz arasındakı münasibətlərin dərinliyini və möhkəmliyini göstərməklə yanaşı, Azərbaycanın çoxtərəfli və balanslı xarici siyasətinin məntiq və uğurlu davamı sayılmalıdır.

    VHP Mətbuat Xidməti.

  • Fəzail İbrahimli: “Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsi ermənilərə də yerini göstərdi”

    “Bir sənəd imzalanmazdan öncə onun fəlsəfəsi, mahiyyəti, məqsədi açıqlanır, onun prinsipləri və hansı səbəbdən hazırlanması izah olunur. Moskvada  Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik  bayənnaməsində də bu məsələlər elə ilk bənddəcə öz əksini tapıb. Sənəddə deyilir ki, sənədi imzalayan tərəflər qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanaraq,  hərtərəfli bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə dönməz sadiqliyini bəyan edirlər. 43 maddəlik sənədin ilk müddəası bununla başlayır və bu da imzalanan sənədin əsas mahiyyətini bəlli edir”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

    Onun sözlərinə görə, burada tərəflərin bərabərhüquqlu səviyyədə müttəfilqik səviyyəsinin qurulması öz əksini tapıb.

    “Sənəddə əsas diqqəti çəkən məqam tərəflərin ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, dövlət  sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işinə qarışmamaq, mübahisələrin dinc yolla  həlli, güc tətbiq etməmək kimi məsələlərin əksini tapmasıdır. Bəyannamə sadəcə olaraq kiçik dövlətin böyük dövlətin himayəsinə sığınması, hansısa böyük dövlətə kürək söykəməsi yox, bərabərhüquqlu səviyyədə əməkdaşlığı və münasibətlərin qurulmasını özündə ehtiva edir”, – F.İbrahimli qeyd edib.

    Vitse-spiker əlavə edib ki, düzdür, imzalanan sənədlə bağlı müxtəlif fikir və mülahizələr  söylənilir: “Amma sənəddə əksini tapan 43 maddənin hansının maraqlarımıza zidd olduğu göstərilmir. Əgər fikir söylənilirsə, imzalanan sənəddə əksini tapan müddəalar ətrafında fikir mübadiləsi aparılmalıdır”.

    Azərbaycanla Rusiya arasında münasibətlərin tarixi köklərinin olduğuna diqqət çəkən vitse-spiker deyib ki, imzalanan bəyannamədən asılı olmayaraq iki qonşu  dövlətlər arasındakı münasibətləri tarix özü formalaşdırıb: “Bu sənəd sadəcə olaraq bu gün dünyada gedən siyasi, geosiyasi prosesləri və  dəyişiklikləri nəzərə alınaraq imzalanıb. Belə ki, bu gün dünyada baş verən proseslərdə dünya dövlətlərinin marağı və bu marağın altındakı məkrli niyyətlər formasında özünü büruzə verməkdədir. Belə olan halda Azərbaycan da dünyanın yeni düzəninə uyğun olaraq beynəlxalq münasibətlər sistemində dünya ölkələri ilə öz münasibətlərinə yenidən baxır və gələcək münasibətlərini formalaşdırır.  2021-ci ildə Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin təminatı baxımından mühüm rol oynayırsa, Rusiya ilə imzalanan sənəd sıx qonşuluq münasibətlərinin yaranmasına xidmət edir”.

    Rusiya ilə Azərbaycan arasında son illərdə formalaşan münasibətlər sisteminə toxunan vitse-spiker əlavə edib ki, bunun üçün son illərdə iki ölkə arasındakı münasibətlərə diqqət yetirmək kifayətdir: “2020-ci ilin 27 sentyabrından sonra  Rusiya Cənubi Qafqazda yeni siyasi kurs həyata keçirməyə başladı. Bunun nəticəsi olaraq Moskva Bakı ilə daha sıx münasibətlər qurmağa üstünlük verməyə başladı. Bu özünü 30 illik donmuş Qarabağ münaqişənin həlli ilə bağlı 44 günlük müharibə zamanı daha qabarıq formada büruzə verməyə başladı. Rusiya 44 günlük müharibə zamanı proseslərə aktiv müdaxilə etmədi. Əgər Rusiya müdaxilə etmək istəsəydi, ən müxtəlif məsələləri bəhanə edib addım ata bilərdi. Bununla da Azərbaycanla Rusiya arasında yeni münasibətlər sisteminin əsası qoyuldu. Bunun ardınca 2021-ci ilin əvvəlində iki ölkə arasında  yeni münasibətlərin formalaşması ilə bağlı mesajlar verilməyə başladı ki, bu da nəticə etibarı ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymasına gətirib çıxardı”.

    Vitse-spiker hesab edir ki, imzalanan sənəd həm də Ermənistana öz yerini göstərdi: “Cənab Prezidentin dediyi kimi sənəd bir çox məsələlərin həllinə rəvac verəcək. Sənədə Qarabağdakı erməni hərbi birləşmələrinin  çıxarılmasına, Ermənistanın Azərbaycanla sərhədlərini müəyyən etməsinə, Zəngəzur dəhlizinin açılmasına rəvac verəcək. Ümumiyyətlə imzalanan sənəd iki ölkə arasında bərabərhüquqlu, mehriban qonşuluq münasibətləri əsasında sıx əməkdşalığa xidmət edəcək”.

  • Samir Əsədli: “Sülhməramlıların bir vəzifəsi də hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etməkdir”

    Ermənistanın sabiq prezidentləri Koçaryan və Sarkisyan müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər. Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib ki, hər iki keçmiş prezident 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər. Qeyd olunub ki, onlar Qarabağın ermənilərə “məxsus olduğunu” və orada yalnız ermənilərin yaşamalı olduğunu, azərbaycanlıları qovmağı, şəhərdən və Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ ediblər. Xatırladaq ki, ötən həftə Qarabağdakı separatçıların başı Araik Arutyunyanın da həbs olunması, Azərbaycanda məhkəmə qarşısına çıxarılmasının mümkünlüyü açıqlanıb. Rəsmilər bununla bağlı istintaqın davam etdiyini deyiblər. 

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, adları çəkilən şəxslərin cinayətləri ortadadır. Partiya təmsilçisi qeyd edib ki, Ermənistanın qatil eks-prezidentləri – Robert Koçaryan, Serj Sarkisyan 1988-ci ildən bəri xarici güclərin və xüsusən Kremlin “fətvası” ilə erməni toplumunu Azərbaycanın üzərinə qaldıraraq münaqişəni və müharibəni qızışdıran əsas fiqurlar olublar: 
    “Təəssüf ki, bu gün də onlar İrəvanda və Xankəndidə öz bədnam, məkrli  işlərini görməkdədirlər. Azərbaycanın Qarabağ torpaqlarının bir hissəsində də eyni funksiyasını, çox güman ki, yenə də Moskvanın dediyi ilə oturub-duran Araik Arutyunyan davam etdirir.
    44 günlük savaş zamanı Gəncəyə raket atılmasına birbaşa göstəriş verdiyini etiraf etməsindən sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində 8 maddə ilə cinayət işi qaldırılaraq interpolla axtarışa verilmiş Arutyunyan 1 il 4 aydır ki, Azərbaycan torpaqlarında sərbəst gəzir.
     
     İstədiyi vaxt Xankəndi-Şuşa-Laçın-Gorus yolu ilə sərbəst şəkildə İrəvana, eləcə də xarici ölkələrə, həmçinin bizim üçün daha əlçatan olan Rusiyaya gedib-gəlir. 
    Eyni zamanda barələrində cinayət işi açılmış Koçaryan və Sarkisyan da rahat gəzib-dolaşırlar.
    Hesab edirəm ki, rəsmi Bakı bu istiqamətdə müvafiq strukturlarla birgə hərəkətə keçməli, məlum şəxslərin həbs edilməsi ilə bağlı zəruri addımlar atmalıdır. Araikin qanunsuz fəaliyyətini davam etdirməsinin qarşısı alınmalıdır. Sülhməramlılar və onların rəhbərləri də diqqətli olmalıdırlar.
     
    Sülhməramlıların bir vəzifəsi də hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etməkdir. Sülhməramlılar Arutyunyanın həbs edilməsinə yardımçı olmalıdır. Əks halda Azərbaycan tərəfi cinayət işi açdığı quldurları öz gücü hesabına zərərsizləşdirməlidir”. 

  • “Qazla bağlı problem bütövlükdə respublikada mövcuddur. Yanvar, fevral ayı olmasına baxmayaraq, artıq qazla bağlı limiti keçənlər var”.

    “Qazla bağlı problem bütövlükdə respublikada mövcuddur. Yanvar, fevral ayı olmasına baxmayaraq, artıq qazla bağlı limiti keçənlər var”.

    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

    Onun sözlərinə görə, bu qiymətləndirmə dəyişməlidir: “Bunu müzakirə etməliyik. Cərimə məsələsi Azərbaycanda artıq ciddi problemə çevrilib. Milli Məclis ölkədə ali qanunverici orqandır. Biz burada bir çox məsələ barədə danışırıq. Lakin bizim danışdığımız sanki divarlar üçündür. Bura göndərilən layihə ilə bağlı təklifi verən qurumlardan bizim danışdıqlarımıza reaksiya yoxdur. Cərimələr qaçılmazdır, amma cərimələri əhalinin maaş səviyyəsinə uyğunlaşdırmalıyıq. 300-400 manat maaş alan bir adam 400 manat cərimə verəndə necə dolana bilər? Cərimələr hər maaşa görə müəyyən edilməlidir. Hava ilə cərimə müəyyənləşdirmək olmaz. Cərimə məsələlərində çox diqqətli olmalıyıq”.

  • Sabir Rüstəmxanlı ” Tərtər işi”nin təşkilatçılarını hədəf aldı: cəzalanmalıdır!

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “Həqiqət üzə çıxarılmayınca, əsl təşkilatçılar və sifarişçilər ifşa olunub, cəzalandırılmayınca, onların adları cəmiyyətə açıqlanmayınca, “Tərtər işi” Azərbaycan Ordusuna, onun nüfuzuna qarşı məlum dairələr tərəfindən istifadə olunacaqdır.”

    Məlum olduğu kimi aylardır Azərbaycan ictimaiyyətini narahat edən “Tərtər işi” ilə bağlı ölkə rəhbərinin göstərişi ilə araşdırma başlanmış və artıq bu işdə adı keçən şəxslərin bir qismi həbs olunub. Məsələ ilə bağlı “Cumhuriyyət.az”-a açıqlama verən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ilk növbədə ordunun dövlət və millət üçün vazkeçilməz olduğuna diqqət çəkdi: “Azərbaycan 44 günlük savaşda qazandığı parlaq qələbə ilə dünya hərb tarixinə öz imzasını atdı. Bu savaş Azərbaycan ordusunun həm mənəvi, həm də taktiki və texniki qüdrətini tam şəkildə ortaya çıxartdı.  Ən önəmli olan və qələbədə ən müasir silahlardan da üstün şərt hərbçilərimizin dünyanı heyrətləndirən cəsarəti, ölümün üzərinə qorxmadan getmələri, çox çətin şəraitdə savaşmaq bacarıqları və nəhayət  bənzərsiz vətən sevgisi idi. Biz qələbəmizin gətirdiyi iftixar hissindən danışan zaman şirin canlarından keçmiş 3 min Şəhidimizin müqəddəs ruhları qaşısında baş əyir, Qazilərimizə Uca Allahdan tezliklə sağlamlarını arzu edirik və bunu bir ömür boyu etməliyik. İstər sülh, istərsə də savaş zamanı soyuq səngərlərdə millətimizin və dövlətimizin təhlükəsizliyini qoruyan əsgər və zabitimiz hamımızın qürur yeridir və onların adını, şərəfini göz bəbəyi kimi qorumaq hər kəsin vətəndaşlıq borcudur.”

    Millət vəkili açıqlamasında Tərtər hadisələrinin təsadüfi olmadığına da əsaslar gətirdi: “Bəlli olur ki, torpaqlarımızı savaşla geri ala biləcək gücümüzün ilk təsdiqi olan Aprel döyüşlərindən sonra Azərbaycan ordusunda başlayan “Tərtər əməliyyatı” nın əsas niyyəti silahlı qüvvələrin onurğa sütununu qırmaq, onun döyüş ruhunu sarsıtmaq və torpaqları güc yolu ilə almaq iqtidarında olduğu həqiqətinə şübhə yaratmaq, ordumuzu kürəyindən vurmaq olub. Bu baxımdan Ali Baş Komandan İlham Əliyevin  2017-ci ildə baş vermiş Tərtər hadisələrinin yenidən araşdırılmasına göstəriş verməsi, Baş Prokurorluğun bu hadisələrlə bağlı istintaq işini yeniləməsi əslində ordumuzun daha da güclənməsinə hesablanmış bir addımdır.”

    S.Rüstəmxanlı yeni başlayan istintaq prosesinin əhali arasında müsbət qarşılandığını bildirərək prosesin indiki həbslərlə bitməyəcəyinə ümidvar olduğunu qeyd etdi: “Bu gün artıq bu addımın nəticələri ortaya çıxır. Təbii ki, istintaqın əsas vəzifəsi bu işi araşdırarkən hələ də ordunun içərisində maskalanmağa müvəffəq olmuş “5-ci kolon” təmsilçilərinin  üzə çıxarmaqdır. Çünki indiki həssas dönəmdə bu ölüm-qalım məsələsidir və ordumuzun qüdrətini zəiflətmək niyyəti güdən çoxsaylı məkrli qüvvələrin mövcudluğu kimsəyə sirr deyil. 2017-ci ildə baş vermiş bu xain əməliyyatın zərəri hələ də orduya dəyməkdədir. Azərbaycan əsgəri, giziri, zabiti və s. bilərəkdən üz-üzə qoyulub. İşgəncələrə bilərəkdən çoxlu sayda hərbçi cəlb olunaraq, onlardan cinayətkar “düzəldilib”. Məqsəd Azərbaycan əsgərini bir-birinə qırdırmaq, düşmən etmək, qarşıııqlı zülm və aşağılamaqdır.
    Hansımızın qarşısına gətirib birilərini qoysalar və desələr ki, bu, vətən xainidir, satqındır, səninlə çiyin-çiyinə vuruşmuş əsgərləri qırğına verib, ermənilərə satıb və s. – buna necə reaksiya verərik, həmin şəxsə nə edərik? İndi bir tərəfdəkilər qətlə yetirilib, sındırılıb, şikəst edilib, həbsə atılıb, qarşı tərəfdəkilər isə cinayətkara çevrilib.. Mənim gördüyüm budur ki, hər iki tərəfdə hədət ordunun peşəkar, döyüşlərdə şücaət göstərmiş kadrları olub. Hər iki tərəf bədbəxt edilir və sıradan çıxarılır. Bütün bu oyunu quranlar, işgəncə, qətl əmrini verənlər ictimaiyyət üçün aşkarlanmalıdır və hər kəs bu xain layihənin, planın  başında duran yüksək çinli şəxslərin cəzalanmasını gözləyir. Həqiqət üzə çıxarılmayınca, əsl təşkilatçılar və sifarişçilər ifşa olunub, cəzalandırılmayınca, onların adları cəmiyyətə açıqlanmayınca, “Tərtər işi” Azərbaycan Ordusuna, onun nüfuzuna qarşı məlum dairələr tərəfindən istifadə olunacaqdır. İnanıram ki, 44 günlük savsşda qazandığımız qələbə  “Tərtər işi” nin açılmasında əsas açar rolunu oynayacaqdır.”

  • Samir Əsədli: “Nə sülhü qoruyurlar, nə silahlıları tərksilah edirlər, işləri erməniləri himayə etməkdir”

    On minlərlə ermənini Xankəndinə qaytarıblar

    “İstənilən vaxt rus sülhməramlılarının ərazidən çıxarılması tələbi ilə çıxış edə bilərik”
     
     
       Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti, daha dəqiq desək, mandatlarından kənar davranışları Azərbaycan ictimaiyyətində qıcıq və narahatlıq doğurur. Dünyanın heç bir bölgəsində sülhməramlılar münaqişələrin həllinə yardım etməyib. Çünki bu missiyanın daşıyıcıları həm də öz ölkələrinin maraqlarını təmsil edirlər. Sülhməramlılar daha çox tərəflərdən birinin maraqlarını dəstəkləyir.
    Elə bu tərəfkeşlik yeni münaqişənin yaranmasına zəmin hazırlayır. Bundan başqa, bir ölkə ərazisində başqa sülhməramlı missiyanın mövcudluğu həm də həmin dövlətin hərbi mövcudluğu deməkdir. Tarix onların olduqları dövlətə ziyan vurduqlarını artıq dəfələrlə təsdiqləyib. Bosniya və Hersoqovina, Mali, Mərkəzi Afrika Respublikası, Çad, Kosovo, Əfqanıstan, Kəşmir və digər yerlərdə baş verənlər buna sübutdur. 2020-ci il noyabrın 10-da imzalanan bəyanata əsasən, Rusiya sülhməramlıları Azərbaycanda yerləşdirilib. Onların fəaliyyəti sənədin 3-cü və 4-cü maddələri üzrə müəyyənləşdirilib. Qeyd olunub ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə paralel Ermənistan silahlıları Azərbaycan ərazisini tərk etməlidir. Lakin bir ildən çox vaxt keçsə də, erməni silahlıları ərazilərimizdən çıxarılmayıb.
    Bundan başqa, Laçın dəhlizi üzrə hər iki istiqamətdə hərəkətin təhlükəsizliyinə Azərbaycan tərəfin nəzarətinə şərait yaradılmayıb. 2020-ci il noyabrın 13-də Ermənistan vətəndaşı Norayr Mirzoyan və başqaları “RQD-5” markalı əl qumbarasını Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin postuna atıb. Rusiya sülhməramlıları onu saxlasa da, bir müddət sonra sərbəst buraxıblar. Bu terrorçu isə ölkəsində qəhrəman kimi qarşılanıb. Sülhməramlıların tərəfkeşliyi səbəbindən Mirzoyan barəsində indiyədək cinayət işi başlamayıb. Fransa prezidentliyinə namizəd Valeri Pekres sülhməramlıların nəzarəti altında olan Laçın dəhlizindən keçərək qanunsuz olaraq Azərbaycan ərazisinə gəliblər. Rusiyalı hərbçilər nə terrorçunu, nə də Pekresi yolxayıblar. Bu, Rusiya hərbçilərinin missiyasına uyğun fəaliyyət göstərmədiyini deməyə əsas verir. Deməli, sülhməramlıların məsuliyyətsizliyi və ya görməzliyi səbəbindən dəhliz vasitəsilə ermənilər istənilən qadağan olunan hərbi texnika və başqa maddələri, hətta narkotik maddələri belə daşıya bilər. Dövlət başçısı sülhməramlıların fəaliyyətindən narazılığını gizlətməyərək dəfələrlə bu tip halların qarşısını almağa çağırıb. Ölkə rəhbəri Qarabağa Ermənistan tərəfdən giriş-çıxışa sülhməramlıların icazə verdiyini də vurğulayıb. Hadisələr sübut edir ki, sülhməramlılar münaqişə zonalarında üçüncü tərəfdir. Rusiya sülhməramlılarının Azərbaycandakı fəaliyyəti, ermənilərə tərəfkeşliyi ilə öz maraqları və şərtlərini təmin etdiyini göstərir. Belə vəziyyət isə regionda gərginliyin artmasına şərait yaradır. Xatırladaq ki, sülhməramlıların xidmətinin başa çatması üçün təxminən 4 ilə yaxın vaxt qalıb. Rusiya sülhməramlıları ilə bağlı ölkə ictimaiyyətində iki əsas fikir var. Bir qisim hesab edir ki, 4 ildən sonra rus hərbçilərinin ölkədən getməsi təmin olunmalıdır. Digər kəsim isə düşünür ki, təyin olunmuş müddət başa çatmamış “sülhməramlılardan” xilas olmaq lazımdır. Əks halda Azərbaycana daha çox problem yaradacaqlar.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, 10 noyabr 2020-ci il bəyanatından dərhal sonra, həmin gecə Qarabağa yeridilən rus sülhməramlıları bundan cəmi 3 gün sonra ermənilərin Qarabağa daşınması və yerləşdirilməsi prosesinə başlayıb. Partiya rəsmisi xatırladıb ki, rus sülhməramlılarının canfəşanlığı nəticəsində on minlərlə erməninin Xankəndinə qayıtması təmin edilib:
     “Rus sülhməramlıları əraziləri minalardan təmizləyir, evləri təmir edir, ermənilər üçün modul tipli evlər, xəstəxanalar tikir, məktəblər açır, pulsuz müayinə və müalicə şəraiti yaradır, qanunsuz qurumlara texnika bağışlayır və s. Ən əsası isə Qarabağa yerləşən ermənilərin bütün ərzaq təminatı rus sülhməramlılarının üzərindədir. Sanki Ermənistan və Rusiya ermənilərin Qarabağda təkrar məskunlaşdırılması üçün bütün vasitələrdən istifadə edir və daha çox ermənini Qarabağa yerləşdirməyə çalışırlar. Bunun üçün ən böyük canfəşanlığı rus sülhməramlıları edir. Rus sülhməramlıları 10 noyabr bəyanatında əks olunmasına baxmayaraq, erməni silahlılarının Qarabağdan çıxmasını təmin etməyib. Əksinə, rus sülhməramlıları faktiki olaraq erməni silahlılar və keçmiş separatçı-qondarma qurum “rəsmiləri” üçün qalxan rolunu oynayır. Həmçinin, Azərbaycanın bir neçə dəfə kəskin etiraz bildirməsinə rəğmən, Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərinə Ermənistan rəsmiləri, hətta xarici ölkə nümayəndələrinin gəlişi müşahidə edilir. Onlara Laçın dəhlizindən keçməklə Azərbaycan ərazisinə daxil olmasına isə rus sülhməramlıları şərait yaradırlar. Halbuki, Laçın dəhlizi Qarabağda yaşayan ermənilərin Ermənistan ilə təhlükəsiz əlaqəsinin təmini üçün müvəqqəti olaraq yaradılan və rus sülhməramlılarının nəzarətində olan koridordur”.
     
    S.Əsədli vurğulayıb ki, bütün bunlar rus sülhməramlılarının missiyasını yerinə yetirmədiyi, daha doğrusu, başqa missiya ilə bölgəyə yerləşdirildiyi şübhəsinə ciddi şəkildə rəvac verir: 
    “Kəlbəcər-Vardenes yolunun açılması müzakirə mövzusu ola bilməz. Çünki bu, 10 noyabr bəyanatında əksini tapmayıb. Ona görə də sual yaranır. Rus sülhməramlıları Qarabağa sülhü qorumaq, yoxsa erməniləri himayə edib, onların dirçəlməsinə və növbəti dəfə baş qaldırmasına şərait yaratmaq üçün gəlib? Ərazilərimizdə sülhməramlıların fəaliyyətini müəyyən müddətə qədər biz də istəyirik. Ancaq faktiki olaraq, işğaldan azad edilmiş ərazilərdə möhkəmləndikdən, öz sərhədlərimizi tam müəyyənləşdirdikdən sonra istənilən vaxt rus sülhməramlılarının ərazidən çıxarılması tələbi ilə çıxış edə bilərik”.

  • Fəzail İbrahimli: “Zəngəzur Azərbaycan Kommunist Partiyasının qərarı ilə Ermənistana verilib”

    – VI çağırış parlament seçkilərində Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilməniz Sizin üçün nə dərəcədə gözlənilən oldu?

    – Gözlənilməz oldu. Adətən, parlamentdə vəzifələrə Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri, bitərəflər seçilirdi, orada müxalifəti təmsil etmək üçün oturulan bir kreslo yox idi. Ölkədə aparılan islahatlar fonunda parlamentdə də böyük islahatlar aparıldı, nəticədə mən Milli Məclis sədrinin müavini və komitə sədri seçildim.

    Bu, mənim üçün gözlənilməz olsa da, həyatda böyük təcrübə qazanmış insanam. Yaşım da, siyasi həyatım da, 20 illik parlament təcrübəm də əsas verirdi ki, bu vəzifənin öhdəsindən gəlim. Bu etimadı doğrultmaq fəaliyyətimin ana xəttini təşkil edir. Başqa sözlə, əsas məqsədim odur ki, cəmiyyət, dövlət və həmkarlarım qarşısında 20 ildə qazandıqlarıma ləkə salmayım və tikdiyim binanı silkələməyim.

    – Milli Məclisin sədr müavini seçildikdən sonra artıq mətbuata müsahibə verməyəcəyiniz barədə bir açıqlamanız uzun müddət müzakirə mövzusu oldu. Bu gün bu məsələyə aydınlıq gətirmək istərdinizmi?

    – Milli Məclisin sədr müavini olduğum dövrdə də qapılarım mətbuatın üzünə taybatay açıq olub. Mən ilk gündən bu günə qədər mətbuata müsahibə vermişəm. Mətbuata qapalı deputat o halda fəaliyyətini dondurur. Şəxsi telefonum bütün mətbuat nümayəndələrində var. Belə açıqlamam olmayıb, bunu tamamilə təkzib edirəm. Sizə verdiyim müsahibə də bunu sübut edir.

    Burada belə bir məqam ola bilər. Elə saytlar var ki, solaxay işlərlə məşğuldur. Dediyin sözün mənasını çevirir, sanki səndən ifadə alıb, öz istəyi doğrultusunda dövriyyəyə buraxır. Tanıdığım elə xarakterli mətbuatı nə qəbul etmirəm, nə də onlara müsahibə verə bilmərəm. Məsələn, mən bilirəm ki, sizin agentlik çox dürüst agentlikdir, çox rahatlıqla da müsahibə verirəm. Amma ola bilər ki, bəli, mən hansısa sayta müsahibə verməkdən imtina etmişəm, demişəm ki, qapım sizin üzünüzə bağlıdır. Çünki onların mahiyyətini, mənasını bilirəm. Mən “qara mətbuat”a heç vaxt müsahibə vermərəm.

    “Tahir Kərimlidə aldanmış kəvakib obrazıdır”

    – Deputat həmkarlarınızla münasibətləriniz necədir? Məsələn, kənardan elə təəssürat yaranır ki, Tahir Kərimli ilə ulduzunuz barışmır. Deputat həmkarınızın dövlət himni, ayların adı ilə bağlı təkliflərinə “bunlarla oynamaq olmaz”, “adları dəyişmək olmaz, bu məsələlərdən yan keçin”, “başqa məsələlərlə oynamaq olar” deyərək sərt reaksiyanızı ortaya qoymuşdunuz.

    – Öz aləmimdə hesab edirəm ki, Milli Məclisdə mənim hamı ilə münasibətim birmənalı yaxşıdır, əladır. Amma bu, böyük bir ailədir. Kiminləsə sənin xarakterin uyğun gəlir, onunla çox istiqanlı olursan. Kimin dərin məntiqə, haqqa, ədalətə söykənən fikirləri varsa, bəzən bir çıxışı ilə qəlbimi oxşayır. Düşünürəm ki, bunun genetik kodunda bir dürüstlük var ki, bu haqsızlığa dözmür, ədalətə xidmət edir.

    Tahir Kərimli Xalq Cəbhəsi ilə hakimiyyətdə olarkən cəbhəçi olmadığım üçün onunla münasibətim olmayıb. Cəbhədən çıxandan sonra həmişə ona hörmətim olub. Çünki Tahir Kərimlinin bir qışqırıq səhnəsi vardı… O zaman gördüm ki, Tahir Kərimlidə aldanmış kəvakib obrazıdır, gedən proseslərdən xəbəri olmayıb. İsmayıllıda Qorbaçovun həbsi barədə qərar verib, gəlib Ali Məhkəmənin sədri olub, hakimiyyətdə gedən proseslərin birindən də xəbəri olmayıb. O fəryad onun təmizliyi, paklığı ilə bağlı idi.

    Tahir Kərimli xaraktercə kövrək, mənəviyyatı çox yüksək adamdır. O, bəzən danışanda eyforiyalara varır, süjeti itirir. Deyəcəklər ki, marksistlərdən misal gətirir, ancaq Engels dahidir, onun bir sözü var. Engels deyir ki, çirkli su ilə yuyulmuş teştdəki uşağı çirkli su ilə bərabər tullamaq olmaz, məqsəd uşağı tullamaq yox, yumaqdır. Bəzən bizdə uşağı elə çirkli su ilə tullayırlar. Tahir Kərimli qüsura da yol verə bilər. Milli Məclisdə çıxış edirsənsə, qüsura da yol verə bilərsən. Susanda bilmirsən ki, ürəyindən keçən nədir?

    Milli Məclisdə küsülü olduğum adam yoxdur. Dostluq münasibətlərim, həmkarlıq münasibətlərim olan, bir də bir strukturda paralel işlədiyim adamlar var.

    – Tahir Kərimli bu üç qrupdan hansına daxildir?

    – Tahir Kərimli yaxşı oğlandır. Onun haqqında belə deyim…

    – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi dövlət-din münasibətlərini, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini necə dəyərləndirirsiniz? Bu aspektdə “Dini etiqad azadlığı haqqında” qanuna son dəyişikliklər hansı səbəbdən zəruridir?

    – “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub. Sonra qanunlarda xeyli dəyişikliyə ehtiyac yarandı, demək olar ki, qanunu ələk-vələk etdik. 2021-ci il iyunun 18-də qanuna dəyişiklik etdik, yenidən bir dəyişiklik zərurəti meydana çıxıb. Əvvəla, Azərbaycan Konstitusiyasına və respublikamızın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əsasən, Azərbaycan dini etiqad azadlığı ilə bağlı müasir çağırışlara cavab verən addımlar atılmalı idi. Bu, Milli Məclisin hazırladığı dəyişiklikdir. Biz indi 2021-ci il 18 iyunda edilən dəyişikliyə 5 maddədə dəyişiklik edirik. Bu dəyişikliklər elə-belə, yatıb yuxuda ortaya çıxmayıb. Biz Türkiyə təcrübəsinə istinad etdik. Məlum oldu ki, Türkiyədə bu sahədə təşkilati məsələlərlə dini məsələlər ayrıdır. Hazırda QMİ həm dini, həm də təşkilati məsələləri icra edir. Dəyişikliklə dini ibadət və ziyarət yerlərinə kadrların təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ötürülür. Dəyişikliklərdən ikincisi, din xadimlərinin attestasiyası, üçüncüsü, ianələrlə bağlıdır. Mən siyasətlə məşğul olandan hər kəs tərəfindən olmasa da, QMİ-nin ünvanına iki məsələ ilə bağlı daim tənqidlər, təhqirlər olub. Birincisi, təyinat məsələsi idi. Təbii ki, QMİ din xadimlərini Dövlət Komitəsinə məlumat verib, məsləhətləşib təyin edirdi. Bu insanlar ora təyin olunandan sonra Şeyxin yanına mələk libasında gəlirdilər. İndi Şeyx haradan bilsin ki, gələn adam buqələmundur, rəngini dəyişə bilir, dinə münasibəti din sevgisi deyil, balıqçının balığa münasibətidir. Aha, bir qüsur, hadisə baş verdi, Şeyxin bir məscidinin imamı xarab çıxdı, bütün KİV, ayrı-ayrı adamlar Şeyxin üzərinə gedirdi. Şeyx bundan pul alıb təyin etməmişdi, inanıb təyin etmişdi, indi xarab çıxıb. Amma bu xarab təkcə dini idarədənmi çıxır? Nə qədər etimad göstərilənlər etimadı doğrultmayıb, həbsxanada yatır. Bu, iqtisadiyyatda da, səhiyyədə də, siyasətdə də, hamısında var. Şeyxin canı qurtarır! Onun imicinə xələl gətirən ən böyük iş bu idi. Elə bil ki, qanuna bu dəyişikliklər Şeyx üçün bir sipərdir.

    İkincisi, ianələr məsələsidir. Səhərdən axşamacan ancaq deyirdilər ki, Şeyx nəzir qutularından varlanıb. Əslində, həqiqət belə deyildi axı! Bu, tamamilə təşkilatçılıq məsələləri idi. Hansı qurum cavabdeh olacaqsa, yaxşı, yaxud pis mənada artıq o qurumun adı hallanacaq.

    Şeyxə gəlincə, mən haqqında çox xoş sözlər deyə bilərəm. Şeyx haqqında ən güclü sözləri isə Ulu Öndər Heydər Əliyev deyib, ona yüksək qiymət verib. Prezident İlham Əliyev də Şeyxin əməyini daim yüksək qiymətləndirib. Şeyxin əlində heç nə də olmasa, tərcümeyi-halında bir vizit kartı var. Millət başsız qalanda, Mərkəzi Komitə, Ali Sovet qaçıb gizlənəndə Şeyx bu millətə sahib çıxdı, atalıq etdi. Şəhidlərimiz ortada qalmışdı, dəfn edən yox idi, Şeyx həmin Şeyxdir. Ona görə Şeyxin fəaliyyətini çox yüksək qiymətləndirirəm.

    Qanuna dəyişiklik isə Şeyxə qarşı yönəlməyib. Bu qanun dini etiqad azadlığı ilə bağlı yeni çağırışlara cavab vermək üçün atılan addımdır.

    “Nərimanov Zəngəzurun Ermənistana verilməsi barədə qərarın qəbulunda iştirak etməyib”

    – Yeri gəlmişkən, ictimai-siyasi fəaliyyət Sizi bir tarixçi kimi tarixi araşdırmalardan uzaq salmayıb ki?

    – Qətiyyən. Aspirantlarım, dissertantlarım var. Üstəgəl, Bakı Dövlət Universitetində fəaliyyətimi davam etdirirəm. İndi pandemiya şəraitində tədris prosesi müəyyən qədər onlayn gedir, amma mən fəaliyyətimi davam etdirirəm. Təbii ki, bu gün rejim yalnız saat 6-dan sonra mənə oturub işləmək imkan verir. Vaxtilə işlədiyim, ərsəyə gətirmək ərəfəsində olduğum bir kitabım üzərində işləyirəm. İnşallah, qismət olsa, tariximizin 1920-1930-cu illəri ilə bağlı maraqlı bir təhlil monoqrafiyadır.

    – Maraqlıdır, doktorluq dissertasiyanız hansı mövzuya həsr olunmuşdu? Bu mövzu hazırda nə dərəcədə aktualdır?

    – Mən doktorluq dissertasiyamı 1998-ci ildə müdafiə etmişəm. 1994-cü ildə dissertasiyanı hazır şəkildə gətirdim, 4 il qarşısında sipər oldular. Səbəb nə idi? SSRİ dağılıb, dissertasiyam “Azərbaycanda 1920-1930-cu illərdə sosial-siyasi proseslər” mövzusunda idi. Azərbaycanda həmin dövr alimlərinin demək olar ki, 30 faizi 1920-1930-cu illərlə məşğul olub. Üç opponentin üçü də sovet ideologiyası əsasında o dövrlə bağlı doktorluq müdafiə etmişdi. Elmi Şuranın üzvlərinin 90 faizi də demək olar ki, sovet dövründən müdafiə etmiş adamlar idi. Mən ilk olaraq bu dövrlə bağlı yeni milli-elmi konsepsiya əsasında dissertasiya yazdım, ona görə müdafiəsi uzun çəkdi. Dissertasiya müdafiəm səhər saat 11-də başladı, axşam saat 6-a qədər davam etdisə, təsəvvür edin ki, bu, nə deməkdir. 70 səhifəlik stenoqram oldu. Çox böyük mübarizə ilə dissertasiyanı müdafiə etdim. Bu bir vuruş, bir səhnə idi. Dissertasiyada Cümhuriyyətin devrilməsi, işğalın başlanılması, Azərbaycanda siyasi, milli təqiblərdən bəhs olunur. Nəriman Nərimanovun Azərbaycan tarixində misli olmayan bir rolu var. Bu gün Nəriman Nərimanovu tanımayanlar onun haqqında bəzən ağzıgöyçək kimi danışır. Amma ictimai hərəkatlar və siyasi partiyalar arxivi var, indi Prezidentin İşlər İdarəsinin nəzdindədir. Orada 907-ci fond var, Nəriman Nərimanov fondu deyirlər. Mən o fondla tanış olandan və Nəriman Nərimanovu kəşf edəndən sonra gördüm ki, o, Azərbaycan xalqının dahilərindən biridir. O vaxt Nəriman Nərimanovun üstünə gedirdilər. Mən 1996-cı ildə çıxan monoqrafiyamda Nəriman Nərimanova xüsusi bir fəsil – “Milli təmayülçü kommunist” fəsli həsr etdim. Bir məqamı da deyim. Azərbaycan 1920-ci ilin aprelində işğal olunur, 1920-ci ilin oktyabrında, 6 aydan sonra Azərbaycan Kommunist Partiyasının ikinci qurultayı çağırılır. İkinci qurultayın tribunasından çıxış edən Böyükağa Talıblı deyir ki, Azərbaycanın rəhbərliyi düzgün seçilməyib, Sərkisyan və Mirzoyanın Azərbaycana rəhbərlik etməyə haqqı yoxdur, çünki onlar ancaq Bakının Xəzər sahilində yerləşdiyini bilir. Deyir ki, Azərbaycana Azərbaycanın tarixini, mədəniyyətini, mənəviyyatını bilən milli kadrlar rəhbərlik etməlidir. İkincisi, deyir ki, biz istiqlalı belə hesab etmirdik, bu gün Bakıda Rusiya qoşunları dayanıb, bu, işğalçı qoşundur. Böyükağa Talıblı çıxışında bəyan edib ki, Azərbaycanda dövlət dili Azərbaycan dili olmalıdır. 1937-ci ildə Böyükağa Talıblını güllələdilər.

    Azərbaycanda 1920-ci ildə iki xətt yaranmışdı. Bunlar sərt və yumşaq xətt tərəfdarları idilər. Sərt xətt tərəfdarlarına Mirzoyan, Sərkisyan, digərləri, yumşaq xətt tərəfdarlarına Nəriman Nərimanov rəhbərlik edirdi. Nəriman Nərimanovun 50 yaşı vardı, qalanları cavan uşaq idi, Mirzoyanın 24, Xanbudaqovun 22 yaşı vardı. “Yeddi oğul istərəm” filmində məscidə it bağlamaq səhnəsi var, bu, tarixdən götürülüb. Nəriman Nərimanov qurultayda tribunadan dedi ki, yoldaşlar, İslama bu cür münasibət inqilab deyil, insanların heysiyyətini tapdalamaqdır. Dedi ki, siz xristianlıqla İslamı qarışdırmayın, xristianlıq ehkam, İslam isə həyatdır. Hətta dəfn mərasimi zamanı molla ölünün qulağına nəsə pıçıldayır. Onu lağa qoydular, fitə basdılar. Nərimanov belə bir şəxsiyyət idi. 1922-ci ilə qədər Moskvanın əl-qoluna dolaşdı, İnqilab Komitəsinin sədri idi. 1922-ci ildə gördülər ki, Nəriman Nərimanov bunlara mane olur, Zaqafqaziya Federasiyası yaradıldı, Nəriman Nərimanovu İcraiyyə Komitəsinin 4 sədrindən biri etdilər, portfelsiz nazir idi. Sonra da başladılar Azərbaycanda əl-qollarını açmağa. Belə tarixi xidməti olan şəxsiyyətləri tapdalamaq olmazdı. Mən dissertasiyamda məhz bunları təhlil etmişəm.

    – Nəriman Nərimanov həm də Zəngəzurun Ermənistana verilməsində günahlandırılır. Bu nə dərəcədə həqiqəti əks etdirir?

    – Birincisi, Zəngəzur Azərbaycan Kommunist Partiyasının Siyasi və Təşkilat Bürosunun qərarı ilə Ermənistana verilib. Nəriman Nərimanov partiya işində deyil, sovet işində idi, İnqilab Komitəsinin sədri idi. Hökumətin başçısı olduğu üçün Nəriman Nərimanovdan tələb etdilər ki, bu qərarı o oxusun. Nəriman Nərimanov Zəngəzurun Ermənistana verilməsi barədə qərarı oxuyub, o qərarın qəbul edilməsində iştirak etməyib, səs verməyib. Bu qərarı partiyanın Siyasi və Təşkilat Bürosu verib, səsvermə olmayıb.

    Avrasiyada vahid Türk xətti vardı və Zəngəzurun Ermənistana verilməsi böyük Türk xəttinin qırılmasının növbəti mərhələsi idi. Sibir türklərini assimilyasiyaya uğratdılar, Altay türklərindən təcrid etdilər. Orenburq Qazaxıstandan alındı, Həştərxandakı türklər isə assimilyasiyaya uğradı. Başqırdıstan, Tatarıstan, Çuvaşiya, eyni zamanda Orta Asiya türkləri Türk dünyasından təcrid olundu. Tatarlar Krımdan sürgün edildi. Türk dilli qaraçaylılar və balkarlar isə türksüzləşdirilmək istənilən Qafqazdan sürgün olundu. Zəngəzurun verilməsi təkcə Azərbaycan torpağının bir hissəsinin itkisi deyildi, bunun arxasında qlobal bir düşüncə vardı. Avrasiyada mövcud olan Türk xəttini qırdılar. İndi bu günə qayıdıram. Azərbaycanın xilaskarı, Ali Baş Komandan İlham Əliyev Zəngəzur dəhlizinin açılması üzərində durur. 200 ildən artıq müddət ərzində qırılan bu Türk xətti bu gün bərpa edilirsə, bunu anlamaq lazımdır. Avrasiyada qırılmış Türk xətti bu gün Prezident İlham Əliyev tərəfindən bərpa olunur.

    Nəriman Nərimanovun Zəngəzur məsələsində günahı nədən ibarətdir? Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində deyir ki, oğlum, sən bu sətirləri oxuyanda mən olmayacam, amma görəcəksən ki, sənin atan nə qədər cəsarətli adam olub. Bir epizodu da deyim. Bakıdan Nərimanovun qəbuluna Kübra adlı bir ziyalı qadın gəlir. Göz yaşı ilə deyir ki, doktor, mənim namusumu qoru. Nərimanov deyir ki, nə olub, sənə kim sataşır? Deyir ki, Mirzə Davud Hüseynov. Mirzə Davud Hüseynov da onun müavini olur, həm də fövqəladə məsələlərə baxır. Nərimanov soruşur ki, Mirzə Davud Hüseynov nə edir ki? Kübra xanım deyir ki, Mirzə Davud Hüseynov qızımın nişanlısı, gələcək kürəkənimlə dost olub, hakimiyyətə gələndən sonra dostuna da xəyanət edib, üstəgəl, qızımı məcbur edir ki, nişanı qaytar, ona gəl. Deyir ki, bu da azmış kimi hər gün evində axtarış apartdırır, onu tutub həbs etdirmək istəyir. Nərimanov Mirzə Davud Hüseynovu qəbuluna çağırtdırır, qadının dediklərini ona deyir, soruşur ki, bunlar düzdürmü? Mirzə Davud Hüseynov qızarır, başını aşağı salır. Nərimanov deyir ki, bir də bu hərəkətlərin təkrar olunsa, səni hərbi tribunala verəcəm. Qadına da birbaşa şəhər nömrəsini verir, deyir ki, problem olsa, ona zəng etsin. Qadın gedəndən sonra Nərimanov başını qoyur əllərinin arasına, fikirləşir ki, tanrım, mən belələri ilə bu milləti xoşbəxt edə biləcəyəm?!

    Yaxud Xanbudaqov çox dilli, savadlı adam olur, Nərimanov yanına gətirir, xəyanət etdiyi üçün qovur. O dəqiqə Mirzoyan Xanbudaqovu Mərkəzi Komitədə işə düzəldir və Nərimanova qarşı mübarizəyə başlayır. Nərimanov 1922-ci ildə getdi, 1923-cü ildə də bunun anasını ağlatdılar, 1937-ci ildə güllələdilər. Zəngəzur tarixi budur.

    “AMEA doğduğunu özü doğmalıdır”

    – Elmdən danışmışkən, bu gün Azərbaycan elminin lokomotivi sayılan Azərbaycan Milli Elmlər Akademiyasında böhranlı durum yaranıb, bir sıra institut direktorları Ramiz Mehdiyevi problemlərin əsas səbəbkarı sayır, onun AMEA prezidenti postundan istefasını zəruri sayır. Siz necə düşünürsünüz?

    – Hesab edirəm ki, AMEA doğduğunu özü doğmalıdır, bura kənardan müdaxilə ola bilməz. İndi Ramiz Mehdiyev haqqında hamı yazır, pozur, düşünür. Vaxtilə çörək, vəzifə verdiyi adamlar da yazır. Bəzən düzgün yazılar da olur. Mən bunları kənara qoyuram. Amma AMEA Rəyasət Heyəti var, bu məsələ bizim arzu və istəklərimizlə həll olunan məsələ deyil. Lakin AMEA Azərbaycan xalqının beynidir, o, saf olmalı, dürüst düşünməli, dedi-qodu olmamalıdır.

    – Sizcə, o beynin saf olması üçün Ramiz Mehdiyev getməlidir?

    – Biz bu məsələyə nöqtə qoyduq, digər suallara keçək.

    – Aydındır. 1973-1977-ci illərdə anadan olduğunuz Yardımlı rayonunun Çanaqbulaq kənd məktəbində müəllim işləmisiniz. Məktəblə, keçmiş müəllim yoldaşlarınızla əlaqə saxlayırsınız? Sizcə, indi niyə kəndlərdə müəllim problemi var?

    – Mən hər yay doğulduğum kəndə gedir, həmkarlarımla, həmyaşıdlarımla görüşürəm. Bəzən də problemləri olanda mənə müraciət edirlər. O torpağı, o yeri unutmamışam. Yay aylarında bir neçə gün kənddə qalıram, insanlarla çox səmimi görüşlərim olur. Kənd müəllimlərinə gəlincə, mən işlədiyim dövrdə 120 manat maaş alırdım, o pulla çox rahat dolana bilirdim. İndi kənddə yaşayırsansa, mütləq təsərrüfatla məşğul olmalısan. Müəllimin də təsərrüfatla məşğul olmağı vaxt və digər məsələlər nöqteyi-nəzərdən bir az problemlidir. Bu problemin köklü həlli olmalıdır. Təhsil Nazirliyində ciddi islahatlar gedir, onun şaxələrindən biri də kənd yerlərinin müəllimləri ilə bağlıdır. Biz də bu islahatı böyük ümidlə gözləyirik.

    – Bir neçə monoqrafiya, kitablar, dərsliklər, onlarla elmi əsərin müəllifisiniz. Bu gün orta məktəb dərsliklərindən şikayətlərə tez-tez rast gəlinir. Övladlarınız, nəvələriniz var, orta məktəb dərsliklərindən xəbərdarsınız. Dərsliklərdəki problemlər nədən qaynaqlanır?

    – Müstəqilliyimizin ilk illərində orta məktəblə bağlı tələm-tələsik işlər gedib. Məsələn, kitab yazılmalı idi. Ayrı-ayrı qurumlarda olan adamlar özünün dostunu, qardaşını, tanışını, bilişini səfərbər edirdi ki, tez olun, bu kitabı yazaq. Tutaq ki, Fəzail İbrahimliyə deyilirdi ki, sən 1920-1930-cu illərlə bağlı kitaba bir yazı ver. O da gedirdi, 30-50 səhifəlik leksiyasını götürürdü, ora-burasını qısaldırdı, verirdi. Birinci problemimiz buradan başladı. Leksiya, məruzə, kitab, monoqrafiya başda, dərslik başqa şeydir. Dərslik təhlilə söykənməli, dərsliyi yazan adamın pedaqoji təcrübəsi olmalıdır. İkincisi, elmi səviyyəsi olmalıdır. Üçüncüsü, dili və tarixi yaxşı bilməlidir. Bunların heç biri nəzərə alınmadan o dövrdəki nazirimiz kitabları nəşrə verdi, vəssalam. Sonrakı dövrlərdə yenə də…

    Bu günə gəlincə, aldığım məlumata görə, dərsliklərin nəşri ilə bağlı xüsusi komissiya yaradılır. Böyük bir komissiya yaranmalı, ekspertlər müəyyən olunmalıdır. Hər bir kitab ayrı-ayrı sahələr üzrə mütəxəssislərə verilməli, rəylər tam müsbət olandan sonra kitablar buraxılmalıdır. İkincisi, dövrün çağırışları nəzərə alınmalıdır. Tutaq ki, bu gün Azərbaycan qalib ölkədir, Qalib Azərbaycan xalqının tarixi yazılmalıdır. Birdən-birə hər şey olmur. Zaman özü ən böyük həkim, ən böyük təhlil verəndir. Güman edirəm ki, gənc, enerjili nazirimiz bu məsələlər üzərində də dayanacaq.

    Təhsil uzun müddət elə vəziyyətdə olub ki… Mən bir dəfə Milli Məclisdə çıxışımda dedim ki, təhsili aparıb reanimasiyaya saldılar. Bir müddətdir ki, palatadan çıxıb müalicə olunur. İndi də bir reabilitasiya dövrü var, onu keçir.

    “Kabab iyinə gələnlər gediblər”

    – Artıq bir müddətdir, ölkənin siyasi münasibətlər sistemində müəyyən dəyişikliklər müşahidə olunur. İqtidar-müxalifət münasibətləri yeni müstəviyə keçir. Bu barədə nə deyə bilərsiniz?

    – Müxalifət düşüncəsi cəmiyyətimizdə müxtəlif cür başa düşülür. Bir qrup hesab edir ki, müxalifət söyüş söymürsə, acı danışmırsa, artıq müxalifət deyil. Mənim fikrimcə, müxalifətin düşüncəsində, ruhunda və işində çox böyük dürüstlük olmalıdır. Sən özün düz olmalısan ki, qarşı tərəfi tənqid edə, qarşı tərəfdəki qüsurları görə biləsən. Qüsurlara yol verməməlisən ki, baş verən qüsurları demək səlahiyyətində olasan. Bizdə bu məsələdə siyasi düşüncələrdə fərq var. İqtidar-müxalifət münasibətləri qatı müxalifətə, yumşaq müxalifətə və s. bölünüb. Tutaq ki, qarşımdakına müxalifətəm, mən qüsurları onun üzünə deməliyəm. Bunu da sevindirici fakt yox, ürək ağrısı ilə irad formasında deməliyəm ki, bu qüsurların münasibətlərə, ölkəyə, dövlətə, millətə xələl gətirir.

    İkincisi, hakimiyyət uğrunda mübarizə bütün ölkələrdə gedir. Tutaq ki, ABŞ-ın özündə iki partiya var, biri qələbə qazanır, ikincisi onun əlini sıxır, növbəti seçkilərə qədər gözləyirlər. Sanki pusquda dayanan bir ovçu kimi gözləyirlər ki, hakimiyyətdə olanlar hansı qüsurlara yol verəcək. Bu, iqtidarın üzərinə böyük məsuliyyət qoyur ki, irad bildirən var, qüsura yol verməyim. İqtidar müxalifəti, müxalifət də iqtidarı düşmən obrazında təsəvvür etməməlidir, bu, heç vaxt fayda verən bir proses deyil. Bu, siyasətdir. Dini kitabımızda deyilir ki, min şəhidin görə bilmədiyi işi bir mürəkkəb damlası görür. Dünyanın 100 illik müharibələri olub, sonda bir barış, bir anlaşma olub.

    Vətən müharibəsi dövründə bir daha iqtidar-müxalifət münasibətləri ilə bağlı bir qürur duydum. Siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq Vətən və millətin təhlükədə olması şüarı hər bir kəsin əxlaqına sirayət etdi. Bütöv bir müxalifət cəbhəsi hakimiyyəti, dövləti dəstəklədi. Bu, tək hakimiyyətin dəstəklənməsi deyildi, millətin taleyinin həll olunduğu dövrdə vətəndaşlıq mövqeyinin ortaya qoyulması idi.

    Bəzən müxalifət düşərgəsində hadisələrin gedişində mənim özüm haqqında da elə fikirlər səslənir ki… Mən bunlara xüsusi önəm vermirəm. Hər kəsi xalq, dövlət tanıyır, kimin hansı yuvada hansı quş olduğunu hər kəs bilir.

    Yeri gəlmişkən, bəzi qüvvələrin ölkədə aparılan siyasi islahatlar prosesindən kənarda dayanmasına gəlincə, kim bu gün hakimiyyətə düşmən münasibət bəsləyirsə, hesab edir ki, elə müxalifət odur. Müxalifət sadəcə, kənarda dayanıb, “haçansa səni yıxıb, hakimiyyətə gələcəm” düşüncəsi ilə hərəkət edirsə, bu, düşüncə deyil. Bu, bir müharibə, bir düşmənçilikdir. Bu gün Azərbaycan başını uca tutmağa layiq məqamda yaşayır. Vətən müharibəsindəki qələbəmizə qədər belə qüvvələrin əsas arqumenti o idi ki, bugünkü iqtidar Qarabağı qurban verib, geri qaytarmaq istəmir və s. Bu gün isə bu boyda qələbə qazanılıb, 200 ildən bəri başımızın üzərindən “Demokl qılıncı” kimi asılan, dünya xristianlarının ağuşuna sığınaraq özünə bir qala quran erməni ocağını dağıtmışıq. O qaladan başımıza güllə və qumbara 200 ildir ki, yağdırılır, 114 kv.km ərazimizdən bizə 86 min kv.km ərazi qalıb. Sifarişçilər də, xristian dünyasının ağuşuna sığınan həmin qüvvə də eynidir.

    Təqvimə baxın, yanvarın 20-dən noyabrın 20-nə qədər hər ayda bir faciə, bir zədə var. Bir dəfə mənə tələbələrim sual verdi ki, müəllim, yanvar qırğın, fevral qırğın, may Şuşanın işğalı və s. Axı biz onlardan sayca çoxuq, ərazimiz böyük, gücümüz çoxdur, bütün məqamlarda ancaq qurban verib, faciə yaşamışıq. Bunun bir cavabı var. Bizim dövlətimizi əlimizdən almaq, türksüz Qafqaz yaratmaq istəyiblər. Biz xristian dünyası ilə üz-üzə qalmışıq. Biz dövlətçiliyimizi qurbanlar hesabına qoruyub saxlaya bilmişik. Yer üzündə elə millət varmı ki, 1918-ci ilin martında soyqırım yaşayıb, Bakıdan insanlar qaçıb, tərksilah olunub, Şaumyanın dəstəsi qırğın salıb, heç mart soyqırımının göz yaşları qurumayıb, 1918-ci ilin mayında özünə dövlət qurur. Bu, böyük cəsarət, böyük qələbədir. Təzədən həmin qüvvələr səfərbər olundu, müstəqilliyimiz əlimizdən alındı. 1990-cı ildə yanvar qırğını olub, böyük faciə yaşamışıq, 1991-ci ildə müstəqillik əldə etmişik. Biz erməni ilə cəmi bir dəfə 44 günlük Vətən müharibəsində təkbətək, üzə-üzə qaldıq, faciəvi surətdə məğlub oldular.

    Himnimizin qarşısında ayağa dururduq, amma üzüqara dayanırdıq. Çünki himnimizdə deyirik ki, səndən ötrü can verməyə, qan tökməyə cümlə hazırız…

    Şəhidlərimizin ruhu həmişə başımızın üstündə gəzirdi. Biz bunların qabağında üzü ağ olmuşuq. Dünya dövlətləri ilə diplomatiya müharibəsində Prezident tək dayandı, xalqımız isə vahid, əlbir oldu. Həmin vaxt iqtidar-müxalifət münasibətləri də bir cəbhəyə yönəldi. İndi nə oldu bizə? Belə düşünürəmsə, mən müxalifət deyiləm? Müxalifətçiliklə düşmənçiliyi bir-birindən fərqləndirmək lazımdır. Hər şey bitməyib, şimaldan, cənubdan iti caynaqlar, mənhus baxışlar yenə bizə ünvanlanıb. Vətən müharibəsində, bizim haqq işimiz zamanı cənubdan nələri yaşadığımızı gördünüz. Türk Dövlətləri Təşkilatına qoşulmağımız, Türk Dünyasının vahidliyinə qoşulmağımız nə qədər ağır bir prosesdir. Daxildəki bütün qüvvələrin əsas səyləri dövlətimizin, müstəqilliyimizin taleyi ilə bağlı məsələlərə yönəlməlidir.

    – 2000, 2006 (təkrar), 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilmisiniz, partiya sədrinin birinci müavinisiniz, ideoloji məsələlərə məsulsunuz. Partiya həyatında nə dərəcədə aktiv iştirak edirsiniz?

    – Birincisi, partiyanın sədri Sabir Rüstəmxanlı bir yerdəyik. Hər hansı problem baş verəndə partiyaya gedirəm, elə olur ki, Sabir Rüstəmxanlı bura gəlir. Görüşürük, Siyasi Şurada hansı məsələlərin müzakirə olunacağını məsləhətləşirik.

    İkincisi, partiyanın Aparatının əməkdaşları və Aparatın rəhbəri Samir Əsədli var, Samir Əsədli kifayət qədər ciddi işləyir. Ciddi məsələlər olduqda, birgə müzakirə əsasında ümumi nəticələrə gəlirik. Mənim partiya ilə münasibətlərim qarşılıqlı, səmimidir.

    – Siz VHP-nin siyasi sistemdə rolunu necə görürsünüz? Bəzən deyilər ki, bu VHP nə ilə məşğuldur, müxalifətdirmi? Partiya sədrinin birinci müavini kimi belə iradlara münasibətiniz necədir?

    – VHP-nin nə işlə məşğul olduğunun nəticəsi görünür, 3 üzvü Milli Məclisdədir. Onların da atdığı addımları, əməllərin hamını hesablasan, VHP bu işlərlə məşğuldur. Məsələn, Rəfael Hüseynov Avropa Şurasında Azərbaycanı çox hörmətlə, ləyaqətlə təmsil edir. Sabir Rüstəmxanlı Azərbaycan fikir tarixində öz yeri olan adamdır, Milli Azadlıq Hərəkatının öndə gedən ilk carçılarından biridir və müstəqilliyə səs verib. Fəzail İbrahimlinin də tərcümeyi-halından məlumdur ki, nə işlə məşğuldur.

    1992-ci ildə Azərbaycan parçalanırdı, xaos, hakimiyyət böhranı, o cümlədən ərzaq qıtlığı başladı. Belə durumda qarşıdurma yarandı, şimalda, cənubda ayrı-ayrı təşkilatlar, hakimiyyət daxilində qruplaşma yarandı, ölkənin başı üzərini qara buludlar aldı. Təsadüfi deyil ki, bir amala, bir məqsədə milləti yönəltmək hər bir ziyalının, hər bir vətəndaşın borcu idi. Həmin vaxt biz oturub fikirləşdik. Təbii ki, kənarda oturub baxmaq olmaz. Siyasi həyata bir partiya vasitəsi ilə daxil olmaq, fikrini demək, proqramını izah etmək, ölkə həyatında iştirak etmək üçün 1992-ci ilin oktyabrında VHP-ni yaratdıq, həmin ilin noyabrında isə Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın adını seçmək məsələsinə gəlincə, ölkəni parçalamaq ideologiyasına alternativ olaraq həmrəylik ideologiyasını irəli sürdük. Bizi sağdan, soldan niyə vururlar? Deyirlər ki, hücum edirik, söyüş söyürük, gəlin bizimlə olun. Biz mitinq edirik, siz də bizimlə mitinq edin. VHP öz yolu, öz fikri olan partiyadır. Deyirlər ki, danış, deyim kimsən. Biz danışırıq, VHP-ni də həmin danışığın nəticəsi kimi görmək olar. Biz dövlətimizə, millətimizə, xalqımıza bağlı bütün düşüncələrin tərəfindəyik və həmrəy olmağı həmişə dəstəkləmişik. Həyat sübut etdi ki, həmrəylik dünyanın, həyatın, Vətənin, dövlətin xilasıdır. Qardaşlar arasında həmrəylik yoxdursa, düşmən olurlar. Ər və arvad arasında həmrəylik yoxdursa, ayrılırlar. Biz həmrəylik ideyasının arxasınca gedirik.

    – Ancaq həmrəylik ideyasının əsas götürüldüyü VHP-dən bir çox tanınmış simalar müxtəlif vaxtlarda müxtəlif səbəbləri əsas gətirərək ayrılıb, ancaq Siz qalmısınız. Sabir Rüstəmxanlı ilə uzun illərdir ki, bir arada olmanızı, birgə addımlamağınızı nə ilə bağlayırsınız?

    – Günəş altında yer axtaranlar, partiya vasitəsi ilə özünü parlamentə pərçim etmək istəyənlər, siyasi həyatdan təcrid olunub təzədən VHP vasitəsi ilə siyasi həyata qayıtmaq istəyənlər kabab iyinə gəliblər. Görüblər ki, yox, başqa iy gəlir, özləri gediblər, biz qovmamışıq. Amma VHP-ni yaradan Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və digərləri partiyadadır. Partiyanı yaradanların biri də getməyib.

    – Növbəti parlament seçkilərində də namizəd olmağı düşünürsünüzmü?

    – Mola Nəsrəddindən soruşurlar ki, ərəblər soyumuş aşa nə deyir? Molla Nəsrəddin də bilmirmiş. Cavab verir ki, ərəblər aşı soyutmurlar, isti-isti yeyirlər, ona görə onun adını bilmirəm…

    APA

    Ramiz Mikayıloğlu