Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlı haqda biblioqrafiya nəşr olunub

    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılmışdır. Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.

    Biblioqrafiya Sabir Rüstəmxanlının bir ədib və ictimai siyasi xadim kimi yaxın dövr tariximizdə Azərbaycan  mühitində müstəsna mövqe tutduğunu təsdiqləyir. Sabir Rüstəmanlının həyatı haqqında geniş məlumat əks olunan nəşrdə onu ədəbi yaradıcılığında hər zaman sadiq qaldığı milli azadlıq idayalarının ictimai siyasi fəaliyyəti ilə gerçəkləşdirdiyi oxucu üçün aydın olur.

    Biblioqrafiya ədəbiyyatşünas alimlər, tətqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulmuşdur.

  • Sabir Rüstəmxanlının biblioqrafiyası nəşr olunub

    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılmışdır. Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.

    Biblioqrafiya Sabir Rüstəmxanlının bir ədib və ictimai siyasi xadim kimi yaxın dövr tariximizdə Azərbaycan  mühitində müstəsna mövqe tutduğunu təsdiqləyir. Sabir Rüstəmanlının həyatı haqqında geniş məlumat əks olunan nəşrdə onu ədəbi yaradıcılığında hər zaman sadiq qaldığı milli azadlıq idayalarının ictimai siyasi fəaliyyəti ilə gerçəkləşdirdiyi oxucu üçün aydın olur.

    Biblioqrafiya ədəbiyyatşünas alimlər, tətqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulmuşdur.

  • VHP Qadınlar Şurasına yeni sədr seçilib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının növbəti konfransı keçirilib. Toplantını VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi  dəqiqəlik sükutla yad edildi.

    İclasın gündəliyi təsdiq edildikdən sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışdı:  Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq Azərbaycanda həmişə qorunub. Azərbaycan qadınları illərlə ana dilini unudulmağa qoymadı: laylalar, ənənəyə bağlılıq milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə Qadınların ön sıralarda görməyimiz təsadüfü deyildi. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında kişilərlə çiyin-çiyinə olan Azərbaycan qadını son 30 ilin işğal acısını da hamıdan artıq içində yaşatdı.  İkinci Qarabağ savaşında dünyaya səs salan döyüş qəhrəmanlığında məhz Azərbaycan qadınlarının yetişdirdiyi övladların imzası var. Bu gün də dövlət quruculuğunda, cəmiyyətin maariflənməsi və inkişafında Azərbaycan Qadını ön sırada durur. Vətəndaş Həmrəyliyi Partiyası da yarandığı gündən qadınların fəaliyyətinə önəm vermiş, hər zaman partiyanın rəhbər strukturlarında qadınlar təmsil olunmuşdur. Bu il yaranmasının 30 illiyini qeyd edən VHP ideologiyasının, siyasi xəttinin sabitliyinə görə Azərbaycan siyasi sistemində xüsusi yer tutur və heç şübhəsiz bu prosesdə bizimlə birgə yol gələn qadınların xidməti müstəsnadır. Sizin hər birinizə şəxsi həyatınızda uğurlar diləyir və partiya fəaliyyətində bundan sonra da aktiv olacağınıza ümid edirəm”.

    Daha sonra VHP Qadınlar Şurasının üzvləri Narıngül Nadır, Şəfəq Sahibli, Aysel Bəgəliyeva, Kəmalə Hüseynova, Müşfiqə Baləddinqızı, Gülər Eldarqızı çıxış edərək Vətəndaş Həmrəyliyi Partiyasının keçdiyi tarixi yoldan, qadınların siyasi fəaliyyətinin cəmiyyət üçün faydalarından bəhs etmiş, VHP-çi qadınların partiya işində iştirakının daha da artırılmasının zəruriliyindən bəhs etmişdir.

    Daha sonra gündəliyə uyğun təşkilati məsələyə baxılmışdır. VHP Qadınlar Şurasının sədr əvəzi Şəfəq Qulusoy hesabat məruzəsi ilə çıxış etmiş , partiya strukturunda yeni vəzifə tutduğu üçün bu vəzifəni apara bilməyəcəyini bildirib. VHP Qadınlar Şurasının 17 nəfərdən ibarət Məclis üzvü seçildi. Tanınmış yazar Aysel Xanlarqızı VHP Qadınlar Şurasının sədri, Narıngül Nadir, Aysel Bəgəliyeva və Aydan Səfərova VHP Qadınlar Şurasının sədrinin müavinləri seçildi.

  • “Şeytan barmağı” öz işindədir

    Azərbaycan avtomobillərini erməni separatçıların yoxlaması hiddət doğurdu
     
    “Separatçı və işğalçıların, eləcə də Rusiya hərbçilərinin torpaqlarımızdakı təxribatçı davranışlarına göz yummaq, hadisələri malalamaq olmaz”
       Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilinin yoxlanmasını əks etdirən video-görüntülər sosial şəbəkədə kəskin etirazlara səbəb olub. Çəkiliş zamanı aydın olub ki, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən avtomobillər sadəcə Rusiya sülhməramlıları yox, “polis” uniforması geyinmiş erməni separatçılar tərəfindən də yoxlanılır. Separatçıların Azərbaycan torpaqlarında özlərini “ev sahibi” kimi aparması və Rusiya sülhməramlılarının buna imkan verməsi ölkə ictimaiyyətini hiddətləndirib. Ekspertlərin fikrincə, rus “sülhməramlıları” narazılıq doğuran addımlarla xalqın səbr kasasını doldurmaqdadır. 
     
    Yayılan video-görüntülərlə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, təxminən bir il əvvəl Qarabağda bir dəstə erməni Drmbon kəndi istiqamətində avtomobil yolunu bağlayaraq, ultimatum irəli sürmüşdü. Həmin vaxt 5-10 nəfərlik “aksiya” iştirakçılarının qarşısına çıxan sülhməramlı general “erməniləri başa düşdüyünü” və onların tələbinin rəhbərliyə çatdırılacağını demişdi. Sözarası Qarabağı da “Artsax” adlandırmağı unutmamışdı: 
    “Bu faktı boş yerə xatırlatmıram. Bunun ardınca sosial şəbəkələrdə Ağdərə-Kəlbəcər yolu ilə Kəlbəcərə tikinti materialları daşıyan maşınlarımızın Azərbaycan bayrağı və nömrəsi ilə hərəkətinə sülhməramlılar tərəfindən qadağa qoyulmasına dair video yayılmışdı. Məlum olmuşdu ki, rus hərbçiləri Suqovuşandan o yana avtomobillərimizin Azərbaycanın suveren ərazilərinə öz bayrağı altında hərəkətinə “icazə” vermir. Tikinti materiallarını boşaltdırır və öz maşınlarına yüklətdirir. Çünki bu daşımanı ancaq Rusiya nömrəli maşınlar həyata keçirə bilər. İndi Azərbaycan avtomobillərini erməni separatçılarının yoxlaması da eyni senarinin tərkib hissəsidir. Sülhməramlıların bizim maşınların Ağdərə-Kəlbəcər yolu ilə hərəkətinə qadağa qoymasının səbəbi Qarabağla Ermənistanı birləşdirən ikinci yolun – Ağdərə-Vardenis yolunun açılması tələbinə rəsmi Bakının razılıq verməməsidir. Şübhəsiz, icazə verib-verməmək bizim haqqımızdır. Söhbət Azərbaycanın suveren sərhədləri daxilindəki ərazilərdən və yollardan gedir. Üçtərəfli razılaşmada Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeganə yol – Laçın dəhlizi göstərilib. Deməli, ermənilər canları çıxıb həmin yolla hərəkət etməlidirlər”.
     
    S.Əsədliyə görə, Qarabağa “şeytan barmağı” kimi girən Rusiya ordusu bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarımızda sərbəst hərəkətimizə icazə vermir: 
    “Ruslar burada sözün əsl mənasında ağalıq edirlər. Qarabağ “münaqişəsi”nin odu 44 günlük savaş nəticəsində, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına söndürülsə də, közü hələ Laçın dəhlizindəki kəndlərdə, Xankəndi, Xocalıda, Əsgəranda, Ağdərə və Xocavənddədir. Separatçı və işğalçıların, eləcə də Rusiya hərbçilərinin torpaqlarımızdakı təxribatçı davranışlarına göz yummaq, hadisələri malalamaq olmaz. Əgər üzərindən keçsək, bir müddət sonra oxşar faciələr yenidən təkrarlanacaq”.
  • Sabir Rüstəmxanlı: “Ukrayna ilə müharibə Dünya müharibəsinin başlanması üçün əsas ola bilər”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “Ukrayna öz yolu olmasını istəyir və bunun üçün də Rusiyaya müqavimət göstərir. Həm də kifayət qədər ciddi müqavimət. Ən azı Ukraynadakı indiki siyasi sistem Rusiyadan fərqlənir və kifayət qədər demokratikdir, daha azad və daha sərbəstdir”.

    Reyting.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

    S. Rüstəmxanlı deyib ki, Qərbin Ukrayna ilə bağlı siyasəti ikibaşlıdır və bu təəssüf yaradır. Onun sözlərinə görə, son 30 ildə Qərbin mövqeyini dəfələrlə görmüşük:

    “Qərb söz deyir, amma onu yerinə yetirməkdə imkanı yoxdur. Nə BMT, nə ATƏT, nə də Avropa Şurasının belə imkanı mövcud deyil. Hazırda Ukraynaya Qərb ölkələrindən silah göndərilir, bu ölkə silahlandırılır. Amma Ukraynada nüvə-atom silahları yoxdur. Zamanında var idi, amma məhv edildi. İndi də Rusiya ilə üz-üzə qalır və bu, Ukrayna üçün sərfəli deyil. Amma eyni zamanda Ukrayna Çeçenistan, heç Qazaxıstan da deyil”.

    S. Rüstəmxanlı qeyd edib ki, Ukrayna və Rusiya müharibəsinin başlanması dünya üçün fəlakət olardı: “Bir daha deyirəm, Ukrayna Çeçenistan deyil. Bu ölkə ilə müharibə fəlakətlərə yol aça, növbəti Dünya müharibəsinin başlanması üçün əsas ola bilər”.

    S. Rüstəmxanlı əlavə edib ki, Avropa qurumları da bu böhranda birmənalı mövqeyə sahib deyil: “Belə məsələlərdə qəti mövqe əhəmiyyətlidir. Avropa bir tərəfdən Ukraynanı müdafiə edir, digər tərəfdən də enerji baxımından Rusiyadan asılıdır. Məsələn, qazı, nefti Rusiyadan alırlar, “Şimal Axını-2”ni müdafiə edirlər. Almaniya kimi nəhəng ölkə ortada qalıb. Elə Fransa da. Yalnız ABŞ ciddi mövqe ortaya qoyur. Bununla da hər şeyi yoluna qoymaq mümkün deyil. Avropa bu məsələdə ikibaşlı oynayır. Belə atnmosferdə məsələnin həlli uzanacaq”.

    ___________________________________________________________

    “Putin bilir ki, NATO Rusiya sərhədlərinə yaxınlaşsa…” – Sabir Rüstəmxanlı

    “Mən kök və genetik olaraq bir-birilə yaxın rus və ukrayna xalqının savaşını arzu etmirəm. Onlar eyni kökdən gələn xalqlardır. Bunu da həm Ukrayna, həm də Rusiyanın rəhbərləri, öndə gələn ziyalıları dəfələrlə qeyd ediblər. Rus ordusundakı zabitlərin böyük hissəsi Ukrayna kökənlidir. Bir xalqın iki qanadını üz-üzə qoymaq dünyanın alçaq yanaşmasıdır. Bunlar doğru deyil”.

    Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı bildirib.

    O əlavə edib ki, hər iki tərəfin özünə görə məntiqi var:

    “Məsələn, Putin NATO-nun Rusiya sərhədlərinə doğru yaxınlaşmasını istəmir, bunun necə nəticələnəcəyini bilir. Eyni zamanda Ukraynanın da mövqeyi bəllidir. Ukrayna müstəqil olmaq, Rusiyadan asılı olmamaq, qərbin bir parçası olmaq, Avropa standartlarına uyğun sistem qurmaq istəyir. Hər cəhətdən Rusiyanın indiki rejimindən uzaqlaşaraq, Avropaya yaxınlaşmağa çalışır. Ukraynalılar Rusiyaya nə qədər yaxın olsa da, qardaş xalqlar olsalar belə Rusiyanın dövlət sistemi fərqlidir. Putinin tutduğu yol məlumdur. Bəlkə də, bu Rusiyanın çıxarlarına uyğundur, amma dünyada qəbuledilməyən roldur. Rusiyanın öz siyasətçilərindən biri yazırdı ki, hakimiyyəti əldən vermək olmaz, 2024-cü il seçkilərinə hazırlaşmaq lazımdır. Ola bilsin ki, Rusiyanın geosiyasi durumu, tarixi şəraiti buna uyğundur. Amma dünya bunu qəbul etmir”.

  • VHP bölgə təşkilatları Rəsulzadəni yad edib

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bölgə təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci il dönümü ilə bağlı toplantılar keçirilib.

    VHP Tovuz, Yevlax, Şirvan, Biləsuvar və Goranboy rayon təşkilatlarının keçirdiyi toplantılarda Rəsulzadənin ictimai-siyasi fəaliyyəti, Cümhuriyyət dönəmindəki rolu və Azərbaycanın ictimai-siyasi fikir tarixindəki rolu müzakirə edilib.

    VHP Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu çıxışında bildirib ki, Rəsulzadə Cümhuriyyətin ideoloji-siyasi bazasının əsas banilərindən biridir: “Bu gün biz də Cümhuriyyətimizin dəyərlərinə sahib çıxmalıyıq. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir. Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycanın dövlətçilik ənənələrinin başlanğıcı sayılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. O, millətin lideridir”.

    VHP Yevlax rayon təşkilatının sədri Vüqar Cəfərli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biridir: “Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun taleyinin Cümhuriyyətdən sonrakı dövrü də çox keşməkeşli olub. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikirləri istiqlaliyyət əldə etmək istəyən xalqların şüarına çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü dövlətimiz AXC-nin varisidir. Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıyıq”.

    VHP Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli  Rəsulzadənin Cümhuriyyət dövründəki fəaliyyəti, AXC-nin quruculuğ dövründəki işlərindən geniş bəhs edib: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan adına, həm də Şərqin ilk demokratik dövlətinin qurucusudur. Məhəmməd Əmin Rəsulzadənin keçdiyi mübarizə yolunu bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Rəsulzadənin ideoloji-siyasi sistemi yüz  il sonra da aktuldır və “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı dünya siyasi sisteminin bu gün də qəbul etmək zorunda olduğu prinsipdir.”

    VHP Şirvan şəhər təşkilatının sədri Aqil VəliVHP Biləsuvar rayon təşkilatının sədri Məharət Ağayev çıxışlarında Azərbaycan dövlətçilik tarixində Rəsulzadənin rolu və yeri barədə danışıblar. Natiqlər çıxışlarında Rəsulzadənin cümhuriyyətdən əvvəlki və mühacitdəki fəaliyyıtindən, Azərbaycan uğrunda fəaliyyətindən bəhs ediblər.

    VHP Biləsuvar rayon təşkilatı
    VHP Goranboy rayon təşkilatı
    VHP Şirvan şəhər təşkilatı
    VHP Tovuz rayon təşkilatı
    VHP Yevlax rayon təşkilatı
  • Samir Əsədli: “Ermənilərin istəkləri əsas deyil. Burada onların məcbur olduğu davranışdan söhbət gedə bilər”

    Türkiyə ilə münasibətlərin qurulması erməni cəmiyyətində indi əsas tələb kimi səslənir
     
    “Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “savaşmaq yerinə əməkdaşlıq” siyasətinin dəstəklənməsi Rusiyanın hərbi intriqalarının önlənməsi baxımından çox önəmlidir”
     
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Erməni Fondları İttifaqının sədri Bedros Şirinoğlunu qəbul edib. Mətbuata qapalı keçirilən görüş təxminən 45 dəqiqə davam edib. Təfərrüatlarla bağlı açıqlama verilməsə də, müzakirələrin Türkiyə-Ermənistan münasibətləri ilə bağlı olduğu vurğulanıb. Son günlər Türkiyə mediasında İrəvan-Ankara arasındakı yeni münasibətlərlə bağlı ardıcıl məqalələr dərc edilir. Ümumiyyətlə, hər iki ölkənin diplomatik mənbələri baş verənlərlə bağlı qiymətləndirmələr aparırlar. 
    Türkiyə ilə Ermənistan arasında keçiriləcək görüş üçün məkanın Ankara və İrəvan olmasını istədiklərini vurğulayırlar. Görüş üçün başqa ölkəyə ehtiyac olmadığını qeyd edirlər. Ermənistan və Türkiyə arasında normallaşma prosesində xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutsa da, təmaslar barədə rəsmi İrəvanda müxtəlif fikirlər səslənməkdədir. Ermənistan iqtidarı və ümumilikdə böyük biznes nümayəndələri Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəklərini açıq şəkildə dilə gətirirlər. Bununla belə, fərqli fikirləşənlər də var.
     Məsələn, tarix elmləri doktoru Hayk Demoyan hesab edir ki, münasibətlər yalnız ticarətlə məhdudlaşmır və bu danışıqlardan Türkiyə öz maraqları üçün istifadə edəcək. Demoyana görə, danışıqların növbəti mərhələsində yeni şərtlərin ortaya çıxması perspektivləri var. Lakin bu perspektivlər arasında ümidverici detallar azdır: “Türkiyə ilə münasibətlərin koordinasiyası Ermənistanın vəziyyətini daha da pisləşdirir. Ermənistan və Türkiyə Xarici işlər nazirliklərinin xüsusi nümayəndələrinin ilk görüşünün yekunlarına dair bəyanatlarının eyni məzmunlu olması bunu sübut edir”. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, xüsusi nümayəndələrin növbəti görüşü fevralın ortalarında İstanbulda baş tuta bilər. Ekspertlərə görə, Ermənistan və Türkiyə arasında gələcək diplomatik danışıqlar kontekstində risklər var. Birincisi, Ermənistan və Azərbaycan arasında gərginlik qaldığı üçün danışıqlar özlüyündə çox həssasdır. Ermənistan qüvvələri tərəfindən sərhəddə təxribatlar baş verir, dinc sakinlərin yaralanması halları davam edir. İkinci risk Türkiyədə yaxınlaşan seçkilərlə əlaqədardır ki, bu da normallaşma perspektivlərini ölkənin daxili siyasi vəziyyətindən asılı hala salır. Bununla belə mürəkkəb perspektivlərə baxmayaraq, nikbinlik də mövcuddur.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan ictimaiyyəti Türkiyə ilə münasibətlərin bərpa olunması adına atılan istənilən addımı dəstəkləyir. Partiya təmsilçisi vurğulayıb ki, Ermənistanla bağlı addımların müəyyən dərəcədə yumşalması vacibdir:
     “Biz qalib dövlətik. Qalib dövlət üçün bu cür addımların atılması normal qəbul olunmalıdır. İndiki halda ermənilər ictimai rəyi hazırlamağa daha çox üstünlük verəcəklər. Ermənilər azərbaycanlıların Şuşada, Qarabağda, Kəlbəcərdə olmasını da istəmirdilər. Amma artıq bu kimi istəklər öz əhəmiyyətini itirib. Çünki ermənilərin istəkləri əsas deyil. Burada onların məcbur olduğu davranışdan söhbət gedə bilər. Onlar da məcburdurlar ki, bu kimi məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alsınlar. Əks halda Ermənistana daha böyük zərbə dəyəcək. Bunu da ermənilər başa düşürlər. Türkiyə ilə kommunikasiya əlaqələrinin və iqtisadi münasibətlərin qurulması Ermənistan cəmiyyətindəki antitürk ovqatını və müharibə aqressiyasını zəiflədəcək. Öz həyat şərtlərini təmin etmək istəyən sadə ermənilərin Türkiyə ilə əlaqələri ənənəvi stereotipləri zəiflədib müharibə təbliğatı aparanların sosial bazasını daraldacaq. Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “savaşmaq yerinə əməkdaşlıq” siyasətinin dəstəklənməsi Rusiyanın hərbi intriqalarının önlənməsi baxımından çox önəmlidir. Bu, birmənalı şəkildə Azərbaycanın da maraqlarına uyğundur”.
     
    S.Əsədliyə görə, ermənilər ərazi iddialarından imtina etməzsə, o zaman nə müqavilə, nə də sülh olar:
     “Ermənistan mütləq bu iddialardan imtina etməlidir ki, Azərbaycanla sülh sazişi imzalansın. Əks təqdirdə Ermənistan yenidən böyük problemlər yaşamalı olacaq. Türkiyə ilə münasibətlərin qorunması xalqın istəyi, tələbi olaraq Ermənistan siyasətində bir faktora çevriləcək. Bu da Azərbaycanın maraqlarına tam uyğundur. Türkiyə Ermənistana daha səmərəli təzyiq etmək imkanı qazanacaq”.

  • 1990-cı ilin yanvar hadisələri Neftçalada qeyd edilib

    1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət etdi. Digər rayonlarda olduğu kimi, Neftçalada da günahsız və əliyalın sakinlərə divan tutuldu, 2 nəfər öldürüldü, 50-ə yaxın insan həbs edildi. Yanvarın 25-də Nurəddin Ağahüseynov Neftçalanın mərkəzində şəhid olur. Sovet əsgərləri tanklarla rayon mərkəzinə daxil olarkən, onunla üz-üzə gəlirlər və Nurəddini şəxsi avtomobilində güllələyirlər.

    Vətəndaş Həmrəyliyi Partiyası Neftçala rayon təşkilatı və 20 Yanvar Cəmiyyətinin Neftçala Şöbəsi 25 yanvar faciəsinin 32-ci ildönümü qeyd edib. Neftçala şəhərindəki 20 Yanvar abidəsi ziyarət edilib.

    Tədbirdə VHP Neftçala rayon təşkilatının sədri, o dönəmdə Neftçalada Milli Azadlıq Hərəkatının liderlərindən olan Fərman Hüseynov çıxış etmişdir. O deyib: “Sovet hərbi birləşmələri paytaxtımız Bakı şəhərində törətdiyi qanlı cinayəti 25 Yanvar1990-cı il tarixdə hərəkatın ən qaynar nöqtərindən sayılan Neftçala rayonunda da eyni vəhşiliklə davam etdirdi. Həmin gün axşam Neftçala şəhərinin mərkəzində yerləşən AXC-nin qərərgahına tanklarla, BTR-lə, 3 hərbi maşınla dolu əli silahlı əsgərlərlə heç bir xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən maşınlar, Bakıda həlak olmuş şəhidlərə saxlanılan “ Yas çadırları”, ümumiyyətlə diqqəti nə çəkdisə hər şeyi güllə yağışına tutuldular. “Azadlıq, müstəqillik istəyirdiniz, indi sizləri güllələyib bu gölməçələrdə basdıracağıq” deyərək əsgərlərə avtomatlarını hazırlıq vəziyyətinə gətirmələri əmr edildi. Bu vaxtı ölümün yaxınlaşdığını hiss edən qorxmaz, qəhrəman övladlarımız xorla kəlmeyi-şəhadətlərini oxudular. Son anda əsgərlər güllələmə fikrindən daşındılar. Çoxlu güllə yarası almasına, üstəlik vəhşi əsgərlərin amansız fiziki təzyiqlərinə dözməyən Əbülfəz Cəfərovun bağıra-bağıra dediyi sözlər hamını diksindirdi: “Qardaşlar, ölürəm. Anama deyərsiz, mən Vətənim üçün ölürəm!”

    Nəhayət əmr gəldi ki, tutulanlar vertolyotlara daşınsınlar. Əlləri tellərlə bağlanmış, döyülməkdən sir-sifətdən çıxmış, hər yanlarından qan axan hərəkat fəallarını döyə-döyə, qundaqla vura-vura vertolyotun döşəməsinə qalaqladılar. Vertolyot Xəzər dənizinin üstündən uçanda, əsgərin biri vertalyotun qapısını açaraq bağırdı: – Bu türkləri Xəzər dənizinə tullayın, azadlıq istəyirdilər, getsinlər balıqlara yemi olsunlar. Böyük cəhənnəm məşəqqəti yaşayan bu qəhrəman övladlar nəhayət Bakıya, Şüvəlan həbsxanasına atıldılar. Bəziləri xəstəxanaya, qalanları isə həbsxana həyatına məhkum etdildilər.

    1990-cı ilin Yanvarında xalqımızın qanı axıdıldı, dəhşətli faciə yaşadıq. Ancaq məhz o günü Azərbaycan xalqı Sovet İmperiyasının bel sütununu sındırdı. Özünün Qəhrəmanlıq, şərəf tarixini yaratdı. 1991-ci ilin Oktyabrın 18-də Müstəqil dövlətini elan etdi. 20 Yanvar hadisələrində şəhid olanlar, qazi olanlar, zərər çəkənlər Azərbaycan Müstəqilliyinin ilk qaranquşları və ilk memuarları oldular”.

     

     

     

     

  • Fəzail İbrahimli malayziyalı nazir müavini ilə görüşdü

    Yanvarın 21-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, VHP-çi millət vəkili Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    “VHP.Az” xəbər verir ki, vitse-spiker Azərbaycanla Malayziya arasında yaxın münasibətlər mövcuddur və siyasi, diplomatik əlaqələrimiz yüksək səviyyədə olduğunu və    gələcək əlaqələrin daha da dərinləşməsində qarşılıqlı əlaqələrdə parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.

    Fəzail İbrahimli Azərbaycanın 44 günlük Vətən müharibəsində Malayziyanın ölkəmizin haqq işini dəstəklədiyini xatırlayaraq, bu dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.  Vitse-spiker Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illər ərazində həyata keçirdiyi vandalizm, maddi-mədəni irsimizə, xüsusilə də məscidlərimizə qarşı qeyri-insani davranışları barədə qonaqlara məlumat verib.

    Milli Məclisin sədr müavini Malayziyanın beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

    Azərbaycana üçüncü dəfə səfər etdiyini deyən Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffar budəfəki səfəri çərçivəsində keçirəcəyi görüşlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür səfərlər iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından çox mühümdür. Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə kimi bir sıra məsələlərin həllində birgə fəaliyyət göstərməyin və bundan xalqlarımızın mənafeyi naminə bəhrələnməyin tərəfdarıdır.

    Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb, ölkələrimizin daha firavan gələcəyə nail olacağına əminlik ifadə edilib.

  • Ötən illər ərzində iqtisadiyyat böyüməyə davam edib, ancaq gəlirlər bərabər bölüşdürülməyib

    Ölkənin indiki halı məhz Nazarbayevin “əl işidir”
     
    Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin 225 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarından xeyli sonra xalqa müraciəti birmənalı qarşılanmayıb. Nazarbayevin müraciətini analiz edən siyasilər sabiq rəhbərin gecikmiş açıqlamasını müxtəlif aspektlərdə şərh ediblər. Bir qisim politoloqlar Nazarbayevin əvvəlcədən proseslərin içində olduğunu, olayları kənardan yönləndirdiyini iddia ediblər. Digər qisim isə iddia edib ki, Nazarbayevin çıxışı montaj olunub, nitqi qayçılanıb. Həttə “elbaşı”nın məcburən danışdırıldığını söyləyənlər də çıxıb. 
    Nazarbayevin çıxışı ilə bağlı söz-söhbəti dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Nazarbayev dövlət idarəçiliyindəki yeganə rəsmi postunu – Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini itirib. Onun sözlərinə görə, Nazarbayev indi sadəcə “Elbası”dır: “Kasım-Jomart Tokayev Şuraya özünü rəhbər təyin edib. Nazarbayev 2019-cu ildə ona prezidentliyini, 2021-ci ildə isə Qazaxıstan Xalqları Assambleyasının sədri və hakim “Nur Otan” Partiyasının rəhbəri vəzifələrini təhvil vermişdi.
    Amma “Elbası” titulu məsuliyyət yaradır və ona görə də hazırda baş verənləri ölkədə hamı Nazarbayevlə, onun ailəsi və yaxın çevrəsiylə əlaqələndirir. Aksiya iştirakçıları “Qoca, get!” şüarını səsləndirdilər, heykəllərini aşırdılar. Çünki Qazaxıstanın indiki halı məhz Nazarbayevin “əl işidir”. Hazırda Qazaxıstan böyük ərazisi və ambisiyaları, az sayda əhalisi, region və dünya siyasətinə ondan da az təsiri olan xammal ölkəsidir. Nazarbayev uzun illər boyu xalqa çiçəklənmə vəd edirdi, amma əldə olunmuş uğurlar o qədər də çox deyil. Ötən illər ərzində iqtisadiyyat böyüməyə davam edib, ancaq gəlirlər bərabər bölüşdürülməyib.
     
    Dəyişikliklərin qaçılmaz olduğunu ekspertlər hələ bir neçə il əvvəl vurğulayırdılar. Nazarbayev prezident kürsüsünü qəfildən Tokayevə güzəştə gedəndə bəziləri varisi “sosial kamikadze” adlandırmışdılar. İndi Nazarbayevin ara sakitləşəndən sonra ortaya çıxması eyni taktikanı gündəmə gətirir”.