Bu gün İkinci Qarabağ savaşı şəhidi Elşən Aslanovun doğum günüdür. O 29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində anadan olub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 saylı orta məktəbdə alıb. İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün cəbbhəyə yollanıb. Gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
“Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu gün VHP Qaradağ rayon təşkilatının və Qızıldaş qəsəbə özək təşkilatının üzvləri şəhid Elşən Aslanovun məzarını ziyarət ediblər.
VHP Qaradağ Rayon Təşkilatının Məclis üzvü, Qizildaş Bələdiyyəsinin üzvü Seymur Əsədli, VHP Qızıldaş qəsəbə özək təşkilatının sədri Anar Polad şəhid Elşən Aslanovun şücaətindən, vətənpərvərliyindən danışıblar. Qeyd olunub ki, Vətən Müharibəsi başlanan kimi Elşən könüllü döyüşə yola düşüb. Onun Vətənə, elinə, obasına məhəbbəti hər zaman diqqət çəkib. Amma Elşən Vətən məhəbbətini gerçək həyatında da sübut etdi. Tədbirə toplaşanlar bütün Şəhidlərimizin, o cümlədən Elşən Aslanovun xatirəsinin daim uca tutulacağını bildirib.

Category: Xəbər
-
Şəhid Elşən Aslanovun xatirəsi yad edilib
-
Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşüb
Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı 27 sentyabr Anım Günü Neftçalada keçirilən tədbirlərdə iştirak etmişdir. S. Rüstəmxanlı anım günündə Neftçala rayonunda Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri ilə görüşmüş , Şəhidlər Xiyabanını ziyarət etmişdir. Rayon rəhbərliyinin də qatıldığı tədbirdə çıxış edən millət vəkili Azərbaycan xalqının Vətən Müharibəsində göstərdiyi şücaətdən söz açmış, Neftçala rayonunun bu prosesdə xüsusi rolundan danışmışdır.
Sabir Rüstəmxanlı Neftçalada həmçinin seçicilərlə görüşmüşdür. Xol Qaraqışlaq və Qırmızıkənddə olan millət vəkili əvvəlcə kənd şəhidlər xiyabanında olmuş, sonra seçiciləri qəbul etmişdir. Görüşdə seçicilərin problemləri dinlənilmiş, kəndlərdə yaşanan ümumi çətinliklər öyrənilmişdir. Sabir Rüstəmxanlı bəzi məsələləri yerindəcə müvafiq icra qurumlarının diqqətinə çatdıraraq həll etmiş, yol, elektrik enerjisi, görüş yerləri kimi ümumi problemləri lazımi oqanlar qarşısında qaldıracağına söz vermişdir.

-
Fəzail İbrahimli şəhidlərin anım günündə Biləsuvarda şəhid ailələri ilə görüşüb – FOTO
Azərbaycan Respublikası Milli Məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin birinci müavini, millət vəkili Fəzail Ibrahimli 27 sentyabr anım günündə Biləsuvar rayonunda şəhid ailələri ilə görüşüb, Şəhidlər Xiyabanını ziyarət edib.

-
Sabir Rüstəmxanlı şəhidlərin anım günündə Neftçalada Vətən Müharibəsi iştirakçıları ilə görüşüb
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı 27 sentyabr şəhidlərin anım günündə Neftçala rayonunda Vətən Müharibəsi iştirakçıları ilə görüşüb, Şəhidlər Xiyabanını ziyarət edib.

-
Şəhidlərimizi ehtiramla anırıq!
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad etmək məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.Qarabağ Azərbaycanın heysiyyat, milli qürur, şərəf məsələsidir. Həmin günlərdə hətta o torpaqlarda heç vaxt olmayan gənclərimiz belə sanki öz evini, ailəsini qoruyurmuş kimi canını dişinə taxaraq mübarizə apardı və nəticədə Ermənistan tərəfi ağ bayraq qaldırmağa məcbur oldu. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Vətən müharibəsi Azərbaycan tarixinin ən müqəddəs və şərəfli səhifələrindən biridir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhidlərimizin ruhu qarşısında sayğı ilə baş əyirik. Yaşasın Azərbaycan! -
Sabir Rüstəmxanlı: “Amili başla quyruğu səhv salıb”
Rusiya Hərbi Dəniz Donanmasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmilərinin sentyabrın 18-də Bakı limanına daxil olması müzakirələrə səbəb olub.Bir sıra ekspert və sosial şəbəkə istifadəçiləri bunu Azərbaycan və Türkiyənin Xəzər dənizindəki təlimlərinə cavab kimi qiymətləndiriblər.
Bundan başqa, İran İslam Respublikasının bir sıra şəxslərinin, xüsusən Ərdəbilin imam-cüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanı hədələməsi bu hadisələrin fonunda təhlil edilir.
Bildirilir ki, Pakistan, Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərindən sonra baş verənlər Moskva və Tehranın Bakıya mesajıdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, İranla Rusiyanın Azərbaycana münasibətinin bəllidir və iki dövlət sıx ittifaqdadır: “Hər iki dövlət Azərbaycan daxilində və xaricindəki prosesləri diqqətlə izləyirlər. Bakının bir il əvvəl 44 gündə işğalda olan əraziləri azad etməsi, bölgədəki quruculuq işləri, beynəlxalq nüfuzunun artması İranı narahat edir. Rusiya barədə bunu deyə bilmərəm, çünki Moskva ilə münasibətlər fərqlidir. Həm də Azərbaycan və Rusiya hakimiyyətlərinin münasibətləri normaldır və bu şəkildə də davam edir. Amma Rusiya erməni diasporasının təsirində olan başqa qüvvələr də var, xüsusən mətbuat orqanlarında onlar əleyhimizə ciddi çalışmaları nəticəsini göstərir. Bu, Ermənistana hərbi yardımda, Dağlıq Qarabağa qayıtmaq xəyallarında özünü göstərir. Konkret olaraq, Rusiyanın xarici işlər naziri dövlətin rəsmi siyasətini idarə etsə də, şəxsi simpatiyasını da gizlədə bilmir, bütün bunlar mürəkkəb münasibət sistemi yaradıb. Amma Azərbaycan bu şəraitdə özünün mövqeyini qoruyur, diplomatik-iqtisadi yolla işini görür”.
Sabir Rüstəmxanlı Rusiyadan fərqli olaraq İranla münasibətlərin daha mürəkkəb olduğunu düşünür: “30 il müstəqillik qazansaq da, Tehran içimizdə təsir dairəsini genişləndirməyə çalışır. İran Yaxın Şərqdə-Livandan, Suriyadan, Yəməndən başlamış bütün bu bölgələrdə təsirini genişləndirməyə çalışır. Bu bölgələrdə terror təşkilatları var ki, hamısı Tehran tərəfindən idarə olunur. Hətta Mərkəzi Asiyada da bunu görmək mümkündür, müxtəlif dərgilər buraxır. Amma Azərbaycanda din xətti işləyir. Dinə inanan insanların səmimi sevgilərindən istifadə edib daimi süni-şiə ayrı-seçkiliyini, aşırı şiəçiliyi qabardırlar ki, bunların arxasında molla rejimin “qara niyyətləri” dayanır. Təsadüfü deyil ki, Tehranın rəsmi dairələri Azərbaycanla xoş niyyətlərini bəyan etsələr də, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili təhdid edir və deyir ki, Azərbaycan İranın quyruğu ilə oynamasın. Ayətullah olsa da, İranın yaxın tarixini bilmir. Vaxtı ilə İran şahı 1945-1946-cı ildə ayrılmaq söhbəti gündəmə gələndə demişdi ki, İran yatmış şirdir, başı Azərbaycandır. Yəni baş kəsilsə, şir ölər. Tarix boyu iqtisadi-siyasi imkanlarına görə Azərbaycan İranın başı sayılıb. Amma Amili başla quyruğu səhv salıb, görünür, başı quyruq üzərində işləyir. Əslində, bölgələrimiz arasında dəmiryolunun açılması İranın iqtisadiyyatına köməkdir, çünki Rusiya ilə birləşdirir və Ermənistanla xətt yaranır. Təəssüf ki, bunu dərk etmirlər. 10 noyabr sənədinə görə, həmin dəhliz açılmalıdırsa, Tehran niyə bundan qıcıqlanır, – başa düşmək olmur. Üstəlik, bizə şiə qardaşı deyə-deyə işğalçıya yardım edib və istilada olan şəhər və kəndlərimizin talanmasında iştirakçı olub. Əgər İranın gözü qarşısında məscidlərimiz dağıdılıb, təhqir edilibsə, hansı şiə qardaşılığında söhbət gedə bilər? Hələ müharibə vaxtı güneylilərinin etirazına baxmayaraq Ermənistana silah yardımı edirdilər. İndi də separatçı rejim iddiasında olanları bəsləyirlər. Dəstək olaraq göndərdikləri nəqliyyat vasitələri də bizim ərazimizdən keçir, Azərbaycanın haqqıdır, onları yoxlamaq, fərqi yoxdur hansı dövlət olur-olsun. Azərbaycan ərazisinə gəlirsə, icazə almalıdır, bunu İranın mollası dərk etmirsə, bizim günahımız deyil”.
Meydan Tv
-
Sabir Rüstəmxanlı: “Birgə təlim keçirən Azərbaycan və Türkiyə orduları dünyaya birliyimizi göstərir”
“Bu gün Azərbaycan müstəqildirsə, biz bu müstəqilliyi 1990-cı ildə bərpa etməyi bacarmışıqsa, bərpa edilməli hansısa dəyərlərimiz olubsa, onun hamısını bu gün Türk şəhidliyində uyuyan 1130 şəhidə və o zaman Azərbaycan Ordusunun şəhid olan əsgərlərinə borcluyuq”.Bunu Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə yürüşdə iştirak edən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı bildirib.
S. Rüstəmxanlı deyib ki, Bakı erməni-bolşevik quldur dəstələrindən azad edilib və Azərbaycanın 2 illik müstəqilliyi bizim üçün bir örnək yaradıb: “Bu gün də Azərbaycan müstəqildir. Şükür, İkinci Qarabağ savaşında qalib gəlmişik, müstəqilliyimiz günü-gündən möhkəmlənir. Azərbaycan bir dövlət kimi 30 ildir ayaqdadırsa, bu, artıq Azərbaycan dövlətinin əbədi olacağına bir işarədir. Ona görə də biz bu gün Türk şəhidlərinin ruhunu sevindirməyə gəlmişik. Onlara demək istəyirik ki, Siz unudulmamısınız, yaşayırsınız. Sizin arzularınızın, ideallarınızın davamı olaraq bu gün yenə Azərbaycan və Türkiyə orduları bir yerdədir, bir yerdə təlim keçirir, dünyaya da bizim birliyimizi göstərir”.
APA
-
VHP-də yeni təşkilat sədrləri seçilib
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ucar, Lerik, Ağdam, Zərdab rayon və Şirvan şəhər təşkilatlarının növbədənkənar konfransı keçirilib. Pandemiya şərtlərinə uyğun olaraq onlayn qaydada keçirilən konfranslara VHP Mərkəzi icra Aparatının rəhbəri Samir Əsədli də qatılıb. Konfranslarda təşkillat sədrləri hesabatla çıxış edib.Təşkilati məsələlərə baxılıb. Badam Məmmədova Ucar rayon təşkilatının , Aqil Rəhimdiloğlu Şirvan şəhər təşkilatının , Kamran Musalı Zərdab rayon təşkilatının, Elxan Hacıyev Lerik rayon təşkilatının, Elvin Həsənoğlu Ağdam rayon təşkilatının yeni sədri seçiliblər.S.Əsədli ölkədəki ictima siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr barədə çıxış edib. -
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da maraqlı məqamlarla zəngin idi.AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edilib.
Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin hər kəs üçün xoşbəxt anlar yaşatdığını vurğulayıb. “Şuşaya gəlməyimizlə bizim ruhumuz yüksəlir, əhvalımız yüksəlir, başımız dikəlir və öz tariximizlə, öz varlığımızla qürur duyuruq”, – deyən Xalq şairi bu ucalığı xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə minnətdarlığını bildirib.
“Bu günlərdə təşkil olunun Vaqif Poeziya Günləri, əslində, sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır. Biz Şuşaya gələndə gördüyümüz o keçilməz yolları bizim ər oğullar Vətən sevdası, Şuşa sevgisi ilə qısa bir zamanda, çox sürətlə keçərək bu yerə gəlib çatıblar. Bu, misli görünməmiş bir qəhrəmanlıqdır. Əslində, bu, 30 il çox çətin günlər yaşamış ədəbiyyatımıza Azərbaycan əsgərinin verdiyi bir töhfədir. Bu, Azərbaycan əsgərinin göstərdiyi tarixi bir igidlikdir. Dünən Ali Baş Komandan bu qələbələrin nəticəsi olaraq Azərbaycanın söz ordusuna Vaqif məqbərəsini qaytardı. Sözün və silahın bir olduğu yerdə ölkə basılmaz. Məhz bu gün burada əyləşən söz, sənət adamları da daim Azərbaycan Ordusuna dayaq olmağa, onları yeni döyüşlərə ruhlandırmağa çalışıb. Bu gün nə yaxşı ki, sözümüzlə silahımız birdir. 44 günlük müharibə də bu birliyi bir daha göstərdi. Amma bu birliyin ən gözəl nümunəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan göstərdi”, – deyə Sabir Rüstəmxanlı vurğulayıb.Xalq şairi Vətən müharibəsində Qələbəyə həsr etdiyi “Qarabağa dönüş” poemasından bir parçanı oxuyub.
Vaqif Poeziya Günlərinin ikinci günündə Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin sədri Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar, “Əli Kərim poeziya evi”nin rəhbəri şair İbrahim İlyaslı, “Söz” ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə, AYB-nin mətbuat katibi şair Xəyal Rza, şairə Rəsmiyyə Sabir, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri şair Əkbər Qoşalı, AYB-nin Gənclər Şurasının sədri şair Faiq Hüseyn çıxış edərək şeirlərini oxuyublar. Tədbirdə Muğam Beynəlxalq Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Xəyal Hüseynovun ifaları dinlənilib.“Nizamidən Vaqifə” adlı poetik kompozisiyası isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.
Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vurulub.
Bu tədbir bir daha göstərdi ki, Şuşa Qarabağın mədəniyyət mərkəzi, musiqi beşiyidir. Bəli, Şuşa sarayı yenidən ucalır.
-
MİLLƏTİN ƏSƏB NÖQTƏSİ – Rüstəmxanlının Vəhabzadə haqqında yazısı
Sabir Rüstəmxanlı
Bu gün böyük şairimiz, müəllimim və dostum Bəxtiyar Vahabzadənin doğüm günüdür. Bu günlərdə onun oğlu hədəfdə olduğu kimi 24 il öncə özü hədəfdəydi. Aşağıdakı yazını ona mənəvi dayaq olmaq üçün yazmışdım…MİLLƏTİN ƏSƏB NÖQTƏSİ