



Kamran Musayev – VHP Zərdab RT sədri




























Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbayccanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının təbriki:
17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq Şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 18 Oktyabr – Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Vətəndaş Həmrəyliyi Partiyası Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Əziz soydaşlarım, bacılar və qardaşlar!
Sizləri Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, əminamanlıq arzulayıram. İslam dinində ən müqəddəs ay sayılan Ramazan ayının orucluğu insanın bu dünyada ən böyük cihadı sayılan öz nəfsi ilə mübarizəsidir. Bu ayda insanlar Tanrı qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Bu ayda tutduğunuz orucun, qıldığınız namazların qəbul olunmasını, dualarınızın həyata keçməsini arzulayırıq. Əminik ki, insanların, əmin-amanlıq, halallıq, sülh, xoşbəxt gələcək naminə etdiyi duaları həm də əməllə təsdiqlənəcək, arzuların həyata keçməsində rol alacaq.
Ramazan ayının millətimizə, ölkəmizə, insanlığa xeyir, əbədi sülh gətirməsini, işğaldan azad olan torpaqlarımızın tezliklə abad olunmasını, ölkəmizdə milli həmrəyliyin daimi olmasını, qardaşlıq və dostluq duyğularının güclü və daimi olmasını arzulayırıq.
Əziz soydaşlarımız!
Sizin dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunsun , Uca Yaradan öz mərhəmətini xalqımızdan, dövlətimizdən əsirgəməsin”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir: “Əziz bacı və qardaşlarım! Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət, yurdumuza əmin-amanlıq arzulayıram.
Bu Novruzun tariximizdə xüsusi yeri var. Dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfədir ki bayramı torpaqlarımızın azad olunduğu bir şəraitdə keçiririk. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada, dərd yerimiz olan Xocalıda, bizə tarixi muras olan Xankəndində dalğalanır. Belə bir sevinci gerçəkləşdirən şəhidlərimizin ruhu qarşısında sayğı ilə baş əyir, qazilərimizə can sağlığı diləyirik.
Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq!
Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.
Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!”
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqına təbriki:
“Əziz soydaşlarım!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideya uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir. Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.
Bu il Xalqımızın Birliyi, Həmrəyliyi və Müzəffər Ordumuzun qətiyyəti ilə torpaqlarımız tam şəkildə işğaldan azad edildi, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və bir çox şəhərlərimizdə üçrəngli bayrağımız ucaldıldı. Qarabağn işğaldan azad edilməsi bir daha Milli Həmrəyliyimizin təntənəsi kimi yaddaşlara həkk olundu. Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil. Bu gün də Azərbaycanın gələcəyi, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də – bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.
Əziz soydaşlar, bacılar və qardaşlar!
31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur. Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram.”
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin üzvü, tanınmış jurnalist Anar Niftəliyevin 50 yaşı tamam olur.
Anar bəy 7 noyabr 1973-cü ildə Şamaxıda anadan olub. 1995-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində, “Xalq”, “Millətin səsi”, “Azadlıq” və s. qəzetlərdə işləyib. Hazırda Axar.az saytının baş redaktorudur.
20 ildən artıqdır VHP üzvü olan Anar bəy partiyamızın tarixində öz istedadı və əməyi ilə xüsusi bir iz qoymuş əqidə yoldaşımızdır. O, həm partiya üzvü, həm jurnalist, həm də bir alim kimi hər zaman özünü əsl vətəndaş, vətən və millət sevgisini içində gəzdirib. Anar bəy sözü və qələmi ilə Azərbaycan mətbuatında xüsusi mövqe qazanan, dəyərli elmi araşdırmaları və tərcümələri ilə şərqşünaslıq elminə böyük töhvələr verən bir şəxsdir. O, bir alim, yazar və jurnalist kimi hər zaman Azərbaycan adına çalışmış, bütün həyatı boyu layiqli vətəndaş və əsl insan kimi nümunə olmuşdur. Anar bəy hər zaman haqq bildiyi mövqeyində prinsipiallığı və qətiyyəti ilə seçilmişdir.
Dəyərli əqidə yoldaşımızı 50-ci doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram. Yüz illərdir Azərbaycanda fərqli dini inanclar, mədəniyyətlər və adət-ənənələr sülh və əmin-amanlıq içində, azad şəkildə yaşayır. Bu birlik, həmrəylik və qardaşlıq xüsusiyyətlərimizi yaşatmağa davam edirik. Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir. Vətənimizin azadlığı, bütövlüyü uğrunda müsəlman, xristian və yəhudi vətəndaşlarımız birgə çalışır.
Əziz həmvətənlər!
Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz və gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlığı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!”
Hörmətlə,
VHP Siyasi Şurası
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Əziz bacılar və qardaşlar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizə əmin-amanlıq, hər birinizə can sağlığı, ailə səadəti və firavanlıq arzulayıram.
Novruz xalqımızın ən qədim və milli bayramlarından biridir və min illərlə soydaşlarımız Baharın gəlişini yüksək əhval-ruhiyyə və sevinclə qarşılamışlar. Ən çətin tarixi dövrlərdə, Novruz bayramı dövlət səviyyəsində qadağan edildikdə belə, xalqımız bu mərasimi təmtəraqla keçirmiş, min illərin ənənəsini yaşatmış, milli ruhunu, milli kimliyini ayaqda saxlamağı bacarmışdır.
Novruz – təkcə torpağın oyanması, ruzi-bərəkət, bolluq rəmzi deyil, həm də ruhumuzun təzələnməsi, qan yaddaşımızda yaşatdığımız adət-ənənlərimizin, dünyagörüşümüzün, həyata baxışımızın təzahürü, milli arzu və istəklərimizin ifadəsi, xalq olaraq Tanriya dua mərasimlərimizin cəmləşdiyi törəndir. Elə bu səbəbdən biz hər il arzulayırdıq ki, gələn il Novruz bayramını Şuşada, Kəlbəcərdə, Laçında keçirək. Artıq bu arzumuz reallaşıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi, əsgər və zabitlərimiz döyüş meydanında qəhrəmanlıqlar göstərdi. Biz artıq Şuşadayıq, o müqəddəs tarixi torpaqlarımızdayıq. Bu bayram günündə gözünü qırpmadan canını bu vətən üçün qurban verən şəhidlərimizi sayğıyla yad edirik. Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq!
Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.
Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!”