Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialında Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə məktəblilərin və oxucuların görüşü keçirilib.
VHP.az xəbər verir ki, tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları və kitabxana filiallarının müdirləri, kənd ziyalıları və Balaxanı orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan 11 nömrəli filialın müdiri Məlahət Bədəlova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.
Tədbirin aparıcısı Səidə Məmmədova çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı haqqında məlumat verib.
Sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və şagirdlər üçün böyük əhəmiyyətindən danışıb. Xalq şairi 30 illik Qarabağ həsrətimizə son qoyulmasından, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Xalq şairi Sabir Rüstəmxanlı oxucuların və məktəblilərin suallarını cavablandırıb, tövsiyələrini verib.
Sonda məktəblilərə diplom və şairin imzalı kitabları təqdim olunub.


Sanksiyalar dərinləşir, Kreml maliyyə çətinliklərinə görə kənar bölgələrdə hərbçilərini saxlaya bilməyəcək
“Rusiya Qarabağda delimitasiya və demarkasiya rıçaqlarından istifadə edərək orada vəziyyəti qəlizləşdirməyə və Qarabağ məsələsində təzyiqləri artırmağa çalışır”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xocalı, Göygöl rayon və Gəncə şəhər təşkilatların üzvləri Xocalı soyqırımının 30- cu il dönümü ilə bağlı Gəncə şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Bu gün Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərbi hücum qərarı verib. Artıq bölgədə irimiqyaslı hərbi əməliyyatlar aparılır. Rusiya Ukraynanın infrastrukturuna və sərhədçilərinə raket zərbələri endirib. Dünyanın gözü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təcavüz olunur.