Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • İş adamları diaspora ilə birgə fəaliyyət göstərməlidirlər – Siyasi şərhçi

    Bu sözləri Diaspora.TV-yə VHP-nin Diasporla iş şöbəsinin müdiri, siyasi şərhçi Real Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan bazarında bir çox ölkələrin brendlərinə rast gəlinsə də, “Made in Azerbaijan” yazılan hər hansı bir məhsula dünya bazarında az rast gəlinir:
    “Halbuki Azərbaycanı dünya bazarında təmsil edə biləcək çoxlu sayda məhsullar var. Bu işdə diasporanın rolu çox önəmlidir. Milli brendin əsas məqsədi ölkənin beynəlxalq aləmdə imicini artırmaq və onun haqqında xoş təəssuratlar yaratmaqdır. Bu isə diasporanın məqsədləri ilə üst-üstə düşür. Milli brend sahibi olmaq üçün iş adamları diaspora ilə birgə fəaliyyət göstərməlidirlər”.
    Real Cəfərli hesab edir ki, eyni zamanda, xaricdə yaşayan azərbaycanlı soydaşlarımız da təşəbbüslə çıxış edib sistemli iş aparmalıdırlar.
    Jalə
    Diaspora.TV
  • Tənzilə Rüstəmxanlı Neftçalada seçiciləri ilə görüşdü – FOTO

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı növbəti dəfə Neftçala seçiciləri ilə görüşüb.

    VHP.az xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su və internet xəttlərinin çəkilişinin düzgün layihələndirilməsi, o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı məsələlər qabardılıb.

    Millət vəkili şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırıb, onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.

    Digər seçicilərin də hər birinin arzu və istəkləri, eyni zamanda qaldırdıqları sosial problemlər, vətəndaşların təklif və tələbləri millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib.

    Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.

    Belə ki, millət vəkili Tənzilə Rüstəmxanlı “Azəriqaz” rəhbəri Azər Məmmədovla görüşərək Neftçala rayonu Yeniqışlaq və Qaravəlli kəndlərində əhalinin təbii qaza tələbatının təmin edilməsi üçün qaz təchizatı infrastrukturunun qurulması və qaz xəttlərinin çəkilməsi istiqamətində tədbirlər görülməsi məsələsini idarə rəhbərinin diqqətinə çatdırıb və bu görüşdən müsbət rəy alınıb.

    Eyni zamanda, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovla da görüşən millət vəkili Neftçala rayonunun Həsənabad qəsəbəsində yaşanan əhalinin içməli su ehtiyacının təmin edilməsi üçün su təchizatı infrastrukturunun qurulması və su kəmərlərinin çəkilməsi ilə bağlı qurum rəhbərinə müraciət edib. Görüş zamanı məsələnin ən qısa zamanda və operativ şəkildə həll edilməsi üçün Zaur Mikayılov göstəriş verib.

    Görüşdə həmçinin Neftçala RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vasif Əliyev də iştirak edib. O da, öz növbəsində, qeyd olunan məsələ və problemlərə münasibətini bildirib, tədbir görülməsi üçün müvafiq qeydlər aparıb.

    Qeyd edək ki, millət vəkili Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü hər ay mütəmadi olaraq keçiriləcək.

  • Millət vəkili Fəzail İbrahimli vətəndaşları qəbul edib

    Milli Məclisin deputatı Fəzail İbrahimli Masallı rayonunun Şərəfə kəndində vətəndaş qəbulu keçirib. İlk öncə kənd Şəhidlər xiyabanını ziyarət edən Millət vəkili ötən bir ay ərzində gördüyü işlərdən danışıb, vətəndaşların problemlərini dinləyib. Görüşdə Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və deputatın köməkçisi Faiq Ağayev iştirak edib.


  • VHP-nin Avropa İttifaqının Azərbaycana haqda son qətnaməsiniə münasibəti:

    Vətəndaş Həmrəyliyi Partiyasının Avropa İttifaqının Azərbaycana haqda son qətnaməsiniə münasibəti:

    VHP-nin açıqlamasında deyilir: “Avropa Parlamenti Azərbaycana qarşı yeni qətnamə qəbul edib. Maraqlıdır ki, Vətən müharibəsi zamanı, müharibədən sonrakı dövrdə, eləcə də ötən ilin sentyabrında ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra Avropa İttifaqının ölkəmizə qarşı qətnamələri ardıcıl xarakter daşıyıb. 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib.
    Avropa Parlamentinin sonuncu qətnaməsinin leytmotivi, guya insan haqlarıdır. Ancaq bugünkü beynəlxalq arenada insan hüquqları çoxdan spekulyasiya və manipulyasiya alətinə çevrilib. Son qətnamə ilə bağlı da Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Avropa Parlamenti ondan erməni hərbi cinayətkarları və separatçıları azad etmək üçün istifadə etməyə çalışır. Çünki qətnamınin Azərbaycan-Ermənistan münasibətlərinə dair hissəsində Avropa İttifaqının ikili standartlardan çıxış etdiyini açıq şəkildə ortaya çıxır. Heç bir fakta söykənmədən Azərbaycan ordusunun Ermənistan ərazilərindən çıxarılması tələb olunur, Qarabağla, hərbi əsirlərlə bağlı məsələlərdən bəhs olunur. VHP bəyan edir ki, bu sadalananlar Avropa İttifaqının səlahiyyətlərinə aid deyil. Avropa İttifaqı prosesə münasibət bildirməyi, müdaxilə etməyi öz vəzifəsi hesab edirsə, obyektiv yanaşma sərgiləməlidir. Azərbaycan əsgərlərinin Ermənistan ərazilərində olması iddiası sərhədlərin müəyyənləşmədiyi bir halda tam əsassız və cəfəngdir. Vaxtilə qanunsuz şəkildə Azərbaycan ərazilərinə soxulan və həbs edilən erməni əsirlərin əksəriyyəti azad olunub. İndi həbsdə olanlar isə hərbi, siyasi cinayətkarlardır. Onlar Azərbaycan-Ermənistan münaqişəsinə əsas olan separatçı rejimin liderləri, bir çox şəhərlərimizin bonbalanması əmrini verən şəxslərdir. Bu şəxsləri beynəlxalq hərbi tribunala cəlb etməliyik. Onların cinayətləri dünyanın gözü qarşısına çıxarılmalıdır. Qarabağdan könüllü şəkildə köçən ermənilərin geri qayıdış məsələsində də Avropa İttifaqı qərəzli mövqe ortaya qoyur. Ermənistandan qovulmuş yüz minlərlə Qərbi azərbaycanlının öz tarixi yurdlarına qayıtması daha ədalətli mövqe olardı. Avropa İttifaqının bəzi üzvləri Ermənistanı yenidən silahlandırır, gücləndirir, yardım edir. Vətəndaş Həmrəyliyi Partiyası Avropa İttifaqının son qətnaməsini qətiyyətlə pisləyərək bu yanaşmanı münasibətlərə böyük zərbə kimi qiymətləndirir”.

  • Sabir Rüstəmxanlı ABŞ səfirliyinin müşavirini qəbul edib

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbayn Respublikasındakı səfirliyinin müşavirini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, bölgədə və dünyada baş verən proseslər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.nlı ABŞ səfirliyinin müşavirini qəbul edib
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbayn Respublikasındakı səfirliyinin müşavirini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, bölgədə və dünyada baş verən proseslər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

  • Sabir Rüstəmxanlı Beynəlxalq Aytmatov Akademiyasının fəxri üzvü seçilib

    Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib. Bu barədə qərar Beynəlxalq Aytmatov Akademiyasının Rəyasət Heyətinin iclasında verilib.

    Qeyd edək ki, Aytmatov İctimai Akademiyası 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatının irsinin saxlanılması və genişləndirilməsi məqsədilə yaradılıb. Akademiyanın iyirmi illik fəaliyyəti ərzində dörd ildən bir onun fəxri və həqiqi üzvləri – görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları seçilirlər.

  • VHP sədrinin 18 oktyabr təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 18 Oktyabr – Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
    Təbrikdə deyilir:
    “Əziz soydaşlar!
    18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.
    1991-ci il oktyabrın 18-də parlament tərəfindən “Müstəqilllik Haqqında Konstitusiya Aktı” qəbul olundu. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi. Bu gün xalqımızın həyatında müstəsna əhəmiyyətə malik, Azərbaycan tarixinə qızılı həriflərlə yazılmış bir gündür. Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə, repressiyalar sinə gərmiş Azərbaycan xalqı üçün müstəqilliyin əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi.
    Artıq Dövlət Müstəqilliyinin Bərpası gününü xüsusi sevinc və coşqu ilə qeyd edirik. Bu gün Azərbaycan istiqlalının və bu istiqlalı ötən əsrin əvvəlində elən edən böyüklərin ucaltdığı üçrəngli bayraq Şuşada,Xankəndində dalğalanır. Qarabağ savaşını qələbə ilə bitirən xalqımızın Azərbaycan dövlətini, bütövlüyümüzü və istiqlalımızı əbədi qoruyacağına inanırıq.
    Əziz soydaşlar, bacılar və qardaşlar!
    Mən bir daha Sizi bayram münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik, uğurlar və fəal vətəndaşlıq mövqeyi arzulayıram.
    Tanrı Azərbaycanımızı qorusun!”
  • Adam erməniləri xəyal dəryasından oyadıb, reallığa qaytarmaq istəyir və bu istiqamətdə addımlar atır

     “Ermənistan səhərlər özünü qərbyönlü, günorta iranyönlü, axşam isə rusiyayönlü kimi göstərir. Lakin Nikol Paşinyanın prioriteti Türkiyədir”. Bunu erməni politoloq Vigen Akopyan deyib. O bildirib ki, bu hökumətin geosiyasi prioriteti Türkiyədir. Akopyanın sözlərinə görə, anti-Rusiya və qərbyönlülük sadəcə reallığı gizlətmək üçün fondur: “Hökumət başçısı dəfələrlə özünün real prioritetlərini göstərib”. Akopyan deyir ki, Qərb Paşinyanın hakimiyyətdə olmasından maksimum istifadə etməyə çalışsa da, ona ciddi yanaşmır: “Qərb anlayır ki, Paşinyanın başlatdığı işi sona çatdıra bilməyəcək. Paşinyan isə onun hakimiyyətdə qalmasında yeganə maraqlı tərəfin Türkiyə olduğunu bilir. Buna görə də Ərdoğanla görüşünü öz qələbəsi hesab edir. Onun fikrincə, bu görüş sayəsində Ərdoğanın simasında siyasi ata qazana bilib”.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanı Rusiyanın cəngindən tam çıxartmaq istəyir və bu yöndə fəaliyyət göstərir. Ekspert vurğulayıb ki, Ermənistanın KTMT və MDB çərçivəsində bir sıra tədbirlərə qoşulmaması, ötən gün Moskvada bəyannamələrə imza atmaması, Rusiyayönümlü şəxslərin hakimiyyətdən uzaqlaşdırılması da bunun bariz nümunəsidir: 
    “Amma bütün hallarda Ermənistanı Rusiyadan qopartmaq hələki çətindir. Çünki Ermənistan dövləti həmişə Rusiyanın vilayəti kimi fəaliyyət göstərib. Paşinyana qədər Ermənistana rəhbərlik etmiş şəxslərin hamısı Rusiyanın bölgə valisi olublar. Moskvanın bütün tapşırıqlarını icra ediblər. Hətta Ermənistanın enerji sektoru, dövlət müəssisələri Rusiyanın əlində, nəzarətindədir. Ermənistan sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Bunlar göstərir ki, Ermənistan tam olaraq Rusiyanın nəzarəti altında olub. Azərbaycan torpaqlarının işğal olunmasının əsas səbəbkarı da Rusiya olub. Rusiyanın açıq dəstəyi, diktəsi və tapşırığı ilə ermənilər Azərbaycan torpaqlarını işğal etmişdilər. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanı Rusiyanın nəzarətindən çıxartmağa çalışması göz önündədir”.
      S.Əsədli vurğulayıb ki, baş nazir qərbyönlü siyasətə üstünlük verir və çalışır ki, qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə normal münasibətlər qurulsun: “Paşinyanın Qarabağla bağlı atdığı addımlar da ortadadır. Görünən odur ki, bu adam erməniləri xəyal dəryasından oyadıb, reallığa qaytarmaq istəyir və bu istiqamətdə addımlar atır. Amma Rusiyanın Ermənistandakı dayaqları o qədər güclüdür ki, bunu çətinliklə həyata keçirir və əngəllərlə üzləşir. Paşinyan bilir ki, ermənilərin bölgədə normal yaşaması üçün iki əsas məqam var. Birincisi, Türkiyə ilə sərhədlərin açılması, ikincisi isə Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır. Paşinyan bu yöndə addımlar atsa da, daxildən təzyiqlərlə üzləşir və verdiyi sözlərin əksəriyyətini yerinə yetirmir. Çünki Rusiya hər vəchlə İrəvan hökumətinin qarşısını almağa çalışır. Yəqin ki, zamanla problemlər öz həllini tapacaq. Azərbaycanla sülh sazişi imzalanarsa, Türkiyə ilə Ermənistanın sərhədləri də açılacaq”.
  • VHP-dən ABŞ konqresmenlərinə sərt cavab: “Terrorçunun milləti olmur!”

    Vətəndaş Həmrəyliyi Partiyası bir qrup konqres üzvünün ABŞ dövlət katibi Entoni Blinkenə ünvanlanmış müraciətlə bağlı etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir: Azərbaycanın beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü təmin etməsi bir çox ermənipərəst dairələri ciddi narahat edib. Tarixi ədalətin bərpasını heş cür həzm edə bilməyən bu qüvvələr addımbaşı hər cür bəhanələr, əsassız fikirlər və gülünc ittihamlarla ölkəmizi hədəfə alırlar. Çox təəssüf ki bu sırada uzun illər Azərbaycanla iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlıq edən Amerika Birləşmiş Ştatları da bu kampaniyada yer alır. Bu günlərdə ABŞ Senatının 10, Konqresinin 48 üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciət tək ABŞ-Azərbaycan münasibətlərinə zərbə deyil, həm də beynəlxalq hüququn, haqq və ədalətin ayaqlar altına atılmasıdır. Özünü dünyaya demokratiya və ədalət beşiyi kimi təqdim edən bir ölkənin ali qanunverici orqanında yer alan şəxslərin bu yanaşması ancaq təəssüf doğura bilər. Müraciət müəlliflərinin “siyasi məhbus”, “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah və narkotika dəllallarıdır! Terrorçunun milləti olmur! Dünyada yaxşı və pis terrorçu olmamalıdır! ABŞ təmsilçilərinin müraciətində adları çəkilənlərlə Nyu-Yorkda Dünya Ticarət Mərkəzini partladan terrorçulardan heç bir fərqi yoxdur. Bu mənada müraciətə imza atanlar həm də ABŞ-ı hədəf alan terrorçuları müdafiə etmiş olurlar.
    Vətəndaş Həmrəyliyi Partiyası ABŞ dövlət katibinə ünvanlanan müraciəti ABŞ-Azərbaycan münasibətlərinə xaincəsinə zərbə, həmçinin erməni avantürizmini dirçəltmək və bölgədə müharibə alovlandırmaq cəhdi kimi qəbul edir. Başda Fransa olmaqla, həmin müraciət müəlliflərinin də daxil olduğu ermənipərəst koalisiya anlamalıdır ki, bu kimi gülünc və təxribatçı addımlar Azərbaycanı öz hədəfindən yayındıra bilməz.
    Vətəndaş Həmrəyliyi Partiyası yaxın zamanda erməni terrorbaşçılarının ədalət məhkəməsi qarşısında layiqli cəzalarını alacaqlarına əmindir.
    Eyni zamanda ölkədə insan haqları və müəyyən siyasi azadlıqlarla bağlı problemlərin daxildə, heç bir xarici təsir olmadan həll olunacağına ümid edir və hakimiyyətin bu sahədə ardıcıl, humanist addımlar atacağına inanırıq.

  • Əgər Paşinyanın konkret məqsədi Türkiyə ilə sərhədlərin açılması və dünyaya çıxışdırsa, İrandan, Fransadan qulağına pıçıldanan nağıllara qulaq asmamalıdır

    Ermənistan beynəlxalq aləmin “gözündən pərdə asmaq” üçün Bakı ilə simvolik sülh sənədi imzalamağı təklif edir; xarici və yerli ekspertlər isə deyirlər ki, İrəvan Paris, Vaşinqton, Moskva və Tehrana bel bağlayıb öz problemlərinin həllini qıraqda axtardıqca, heç bir sülh müqaviləsi olmayacaq

    Ermənistan rəhbərliyinin Azərbaycanla beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq istəməməsi artıq həqiqətdir. Görünən həm də budur ki, Nikol Paşinyan hökuməti beynəlxalq birliyin gözündən pərdə asmaq üçün Bakı ilə simvolik sülh sənədi imzalamağı təklif edir ki, o da təbii ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulması, yeni müharibə riskinin aradan qalxması üçün yetərli olmayacaq.

    “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu səbədən rəsmi Bakı haqlı olaraq, ciddi hüquqi dəyər daşımayan istənilən formal sənədin imzalanmasına qarşıdır. Son olaraq, bu barədə danışan xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 29-da BMT tribunasından bir daha bəyan etdi ki, İrəvanla yarımçıq sülh sənədi imzalanmayacaq. Azərbaycanın əsas şərti bəlli: Ermənistan öz konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı istinadı çıxarmalıdır. Təəssüf ki, İrəvan buna tələsmir. Ona görə ki, revanşist planlardan tam əl çəkməyib. Nə barədə ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə ötən həftə etdiyi çıxışında bir daha Ermənistana xəbərdarlıq edib…

    “Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq”.Bunu isə rusiyalı tanınmış ictimai xadim, siyasi ekspert Maksim Şevçenko deyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ABŞ-dakı 5 noyabr prezident seçkisindən asılı olacaq: “Ya Donald Tramp, ya da Kamala Harris… Ümumiyyətlə, regiondakı durum dünyadakı vəziyyətdən asılıdır. Dünyada bu gün müharibələr baş verir. Cənubi Qafqaz regionunda isə bununla belə, sevindirici proseslər müşahidə olunur. Həm Azərbaycan, həm də Gürcüstan böyük geosiyasi vəhşilərin aləti olmamaq üçün mübarizə aparır”.

    Ekspert vurğulayıb ki, bu gün Ermənistanda Qərblə, ABŞ və Fransa ilə əlaqədar güclər dominantlıq təşkil edir: “Qərb bu gün Ermənistandan alət kimi istifadə edir. Ona görə də hesab edirəm ki, problem daha da çoxalacaq. Ermənistan manipulyasiya subyekti kimi Qafqaz xalqları arasında barışığın əldə olunmaması üçün istifadə olunur. Ermənistanın köməyi ilə Azərbaycana münasibətdə eskalasiya dəstəklənir. Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsinə cəhd olunur”. Şevçenkoya görə, nə qədər Ermənistan həqiqi azad, suveren dövlət deyil və nə qədər ki, Ermənistan Paris, Vaşinqton, Moskva və Tehrana bel bağlayıb öz problemlərinin həllini qıraqda axtaracaq, heç bir sülh müqaviləsi olmayacaq: “İstərdim ki, bunu hər kəs dəqiq başa düşsün. Azərbaycan xalqı ilə erməni xalqı arasında isə sülh mümkündür. Bilirsiniz, tarixdə faciəvi məqamlar olur, lakin zaman onu müalicə edir”.

    Şevçenko Ermənistanın Rusiya üçün heç bir əhəmiyyətinin olmadığını da vurğulayıb: “Ermənistan indi İrandan asılı vəziyyətdədir. Onu, məncə, Tehrana vermək lazımdır. Tehran Ermənistanın Fransa və ümumilikdə Qərblə dialoquna məsul olmalıdır. Rusiya üçün Ermənistan, sadəcə, yükdür. Ona görə ki, bütün nəqliyyat dəhlizləri Ermənistandan yan keçir. Rusiya Bakı və Tiflislə nəqliyyat dəhlizlərində iştirak etmək üçün razılaşa bilər. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri Ermənistandan yan keçir. O zaman Ermənistanın nə strateji əhəmiyyəti qalır ki?! Ermənistan Cənubi Qafqazda, sadəcə, ağrılı nöqtədir. Aydındır ki, Moskvada kimsə bu ağrılı nöqtəni istismar etmək istəyir”. Maksim Şevşenko sülh sənədi məsələsində və digər məqamlarda nə dərəcədə haqlıdır? Paşinyan hökuməti sülh sazişi məsələsində, nəhayət, müstəqil qərar verə biləcəkmi?

     

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin bildirdiyinə görə, Ermənistan sülh mövzusunda blef edir. VHP funksioneri sənədin imzalanması üçün Bakının tələbinin yerinə yetirilməsini tarixi və hüquqi baxımdan mühüm sayır. S.Əsədli Paşinyanın Qərbə söykənib Rusiyaya qarşı getdiyini, bəzi hallarda isə İrandan dəstək alıb manevr etdiyini düşünür: “Belə siyasət uzun davam edə bilməz. Ermənistan hakimiyyətindən strateji seçim tələb olunacaq. Sanki İrəvan Bakı ilə yox, başqa paytaxtlarla sülh sənədini razılaşdırır. Onların verdiyi məsləhətlərlə oturub-duranda isə ortada qalacaqsan. Əgər Paşinyanın konkret məqsədi Türkiyə ilə sərhədlərin açılması və dünyaya çıxışdırsa, İrandan, Fransadan qulağına pıçıldanan nağıllara qulaq asmamalıdır. Ermənistanın konstitusiyası parlamentin səsverməsi ilə təsdiq olunub. Ona görə referendum keçirmədən də bu dəyişikliyi parlamentin əli ilə edə bilər. Nəzərə alaq ki, onun partiyası parlamentdə üstündür. O baxımdan qanunvericiliyə düzəliş etsin, sonra gəlib COP29 zamanı sənədi imzalasın”. S.Əsədlinin fikrincə, sülh prosesinin uzanmasından kənar qüvvələr sui-istifadə edir: “Ermənistan buna rəvac verməmək, regional və qlobal güclərin əlində oyuncağa çevrilməmək, onların siyasi hədəflərinə görə sülh danışıqlarından öz maraqlarına uyğun istifadə etməməsi üçün real iş görməlidir”.