Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Vəfa Nağının qardaşı Tənzilə Rüstəmxanlının vəkilinə hücum etdi: Avtomobillə yolunu kəsib döydülər – FOTO

    70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov eyni dairədən deputatlığa namizəd Vəfa Nağı və yaxınları tərəfindən şiddətə məruz qalıb.

    Yenicag.az xəbər verir ki, Hüseyn Qurbanov bu barədə sosial media hesabında paylaşım edib.

    O qeyd edib ki, avtomobili ilə 43 saylı məntəqədən 44 saylı məntəqəyə gedərkən Vəfa Nağının vəkili və qardaşı Rövşən Nağıyevin başçılıq etdiyi dəstə tərəfindən 40-BE-061 dövlət qeydiyyat nişanlı avtomobillə qarşısını kəsib və ona zor təbiq ediblər.

  • Samir Əsədli seçicilərlə növbəti görüşünü keçirib- FOTOLAR

    Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi Samir Əsədli Yardımlı rayonunun Vərov və Masallı rayonunun Qəriblər kəndində bir qrup seçici ilə görüşüb. VHP-nin Səlahiyyətli nümayəndəsi Yusif Xantemirov vamizəd barədə, onun həyat yolu haqqında iştirakçıları məlumatlandırıb.
    Daha sonra VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli seçicilərə öz platforması, bölgə ilə bağlı təklif və planlarından danışıb. Yardımlı və Masallı rayonunun coğrafi mövqeyindən irəli gələn üstünlüklərindən danışan namizəd bu potensialdan lazımınca bəhrələnmək üçün turizm və kənd təsərrüfatı sahəsində dövlət proqramlarının vacibliyini bildirdi. Samir Əsədliu qarşıda duran işlərdən, VHP-nin seçki platrorması, məramnaməsi, sosial-iqtisadi vəziyyətlə bağlı proqramı barədə məlumat verib.
    Sonda seçicilərin problemləri dinlənilib və onların sualları cavablandırılıb.

     

  • Fəzail İbrahimli seçki təşviqatı çərçivəsində növbəti görüş keçirib

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Bambaşı kəndində seçicilərlə görüş keçirib.
    Kənd camaatı tərəfindən hərarətlə qarşılanan F.İbrahimli əvvəlcə seçicilərlə son illər Azərbaycanın əldə etdiyi uğurlar, ərazilərimizin düşmən tapdağından azad olunması və möhtəşəm zəfərimizlə yeni yüksəliş tariximiz haqqında düşüncələrini bölüşüb.
    Milli Məclisdəki fəaliyyəti haqqına danışan namizəd bu gün dünyada xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Seçicilərin yüksək diqqət və səmimiyyəti ilə keçən görüşdə Fəzail İbrahimli özünün deputat fəaliyyəti barədə məlumat vermiş və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağını bildirib. Seçicilər adından çıxış edən Zahir Teymurov və Anar Dadaşlı kənd sakinlərinin 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini deyib.
    Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırdı, qaldırılan problemlərə münasibət bildirib.

  • Rafael Hüseynov şəhidlər xiyabanını ziyarət edib, Qarabağ qaziləri ilə görüşüb

    63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov avqust ayının 28-də Hacıqabul şəhər Mədəniyyət Mərkəzində Qarabağ qaziləri, şəhid ailələrinin təmsilçiləri və müharibə veteranları ilə görüşdən sonra onlarla bidgə şəhid məzarlarının ziyarətinə yollanmışlar.
    Əvvəlcə Hacıqabul şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edilmişdir.
    Rafael Hüseynov Şəhidlər Xiyabanının girəcəyində ucaldılmış və 1941-1945-ci il müharibəsində, 1918-ci ilin martında ermənilərin törətdikləri soyqırımlarda, Qarabağda torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində qəhrəmanlıqlar göstərmiş azərbaycanlıların xatirəsinə həsr edilən abidə kompleksinə çiçəklər düzmüşdür. Şəhid məzarları bir-bir ziyarət edildikcə onlarla növbəti görüşə gəlmiş qazilər keçmiş cəhbə yoldaşları ilə bağlı xatirələrini söyləmişlər.
    Daha sonra Birinci və İkinci Qarabağ savaşında hacıqabulluların göstərdiyi şücaətlərdən, böyük zəfərimizə hacıqabullu cavanların qanları və canları ilə atdığı müqəddəs imzadan bəhs edən Rafael Hüseynov onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə etmişdir. Birinci və İiknci Qarabağ müharibəsində hacıqabulluların göstərdiyi rəşadətin tarixindən, böyük zəfərimizə bu rayonun verdiyi töhfələrdən bəhs edən Rafael Hüseynov torpaqlarımızın düşmən tapdağından azad olunmasını millətin vüqar və ləyaqətinin yüksəlməsinə xidmət edən misilsiz hadisə olduğunu söyləmişdir.
    Birinci Qarabağ savaşında 192, İkinci Qarabağ müharibəsində 24 şəhid verən Hacıqabulun Vətən torpaqlarının işğaldan qurtarmasında canını fəda etmiş igidlərin xatirəsinin həmişə uca tutduğunu deyən Rafael Hüseynov qələbəmizdə qazilərin də əvəzsiz payı olduğunu vurğulamışdır.
    İkinci Qarabağ savaşında Hacıqabuldan 700 əsgər və zabitin iştirak etdiyini bildirən natiq onların hər birinin bu tarixi zəfərdə özünəməxsus payı olduğunu diqqətə çatdırmışdır.
    Çoxsaylı sualları cavablandıran Rafael Hüseynov şəhid ailələri və qazilərin daim dövlətin xüsusi diqqətində olduğunu, bundan sonra da onların problemlərinin həllinə həmişə dəstək göstəriləcəyini bəyan etmişdir.

  • Akademik Rafael Hüseynov Ahıska türkləri ilə görüşüb

    Hacıqabul rayonunun Meyniman kəndində yaşayan Axısxa türləri ilə avqustun 28-də Milli Məclisə növbəti seçkilərin təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşən 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov bu mövzunun illərdən bəri onun üçün dogma olduğunu bildirdi.
    O xatırlatdı ki, Axısxa türkləri arasından çıxmış görkəmli şəxsiyyətlər haqqında silsilə məqalələrin və kitabların müəllifi olmaqla yanaşı, bu insanların daim arzusunda olduqları öz tarixi vətənlərinə qayıtmaq məsələsi ilə bağlı da vaxtilə Avropa Şurası Parlamentv Asssambleyasında çıxışlar etiş, sənədlər hazırlamışdır.
    Arxada qalan illərdə də bu bölgədən seçilmiş deputat kimi Azısxa türklərinin problemləri ilə daim maraqlandığını söyləyən Rafael Hüseynov qarşıdan kədərli bir yubileyin gəldiyini, bu ilin noyabrından Axısxa türklərinin 1944-cü ildə sovet siyasətinin nəticəsi kimi öz tarixi vətənlərindən – Gürcüstandakı Mesxetiya bölgəsindən Mərkəzi Asiyaya məcburən sürgün edilmələrinin 80 ilinin tamam olduğunu yada salıb.
    O qeyd edib ki, bununla bağlı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Mirzə Baxış Nadim adına Şirvan filialı xətti ilə cari ilin sonlarında elmi sessiya keçirilməsi planlaşdırılır.
    Hacıqabulun ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edən Axısxa türklərinin problem və qayğıları ilə bağlı da ətraflı fikir mübadiləsi apaıldı, bu istiqamətdə əməli nəticələrə nail olmaqdan ötrü mümkün yollar müzakirə edildi.

  • Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Masallı rayonu Köhnə Alvadı kəndində keçirib. Açıq havasa keçirilən görüş böyük seçici fəallığı ilə baş tutub. Deputatlığa namizədi böyük sevgi ilə qarşılayan kənd camaatı onnun ziyalı, alim, millət vəkili kimi hər zaman ədalətlilik və xalqın mənafeyindən çıxış etdiyini deyib. Daha sonra görüşdə çıxış edən F.İbrahimli bu gün dünya siyasi müstəvisində xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Görüş zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri qeydə alıb. Tədbirdə çıxış edən Fərhad Bağırov, Məmmədəli Ənnağıyev, Ramazan Qurbanov, Cabir Qasımov, Ramazan Qurbanov 1 sentyabr 2024 – ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirib.

     

     

  • Samir Əsədli Sırıq kəndində seçicilərlə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Sırıq kəndində seçicilərlə görüşüb. Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad etməklə başlayıb. VHP Ali Məclisinin üzvü Əliqismət Əlibəyli görüşü açaraq Milli Məclisə seçkilər, seçki marafonu haqda danışıb və partiyanın dairə üzrə namizədi barədə seçiciləri məlumatlandırıb.
    VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli tədbir iştirakçılarını salamlayaraq partiyanın fəaliyyətindən, seçki marafonundan və Milli Məclisdə VHP-nin deputat qrupunun işi barədə məlumat verib. Seçiciləri seçkidə aktiv olmağa və öz səslərini qorumağa çağıran Samir bəy öz seçki platforması, VHP-nin parlament seçkiləri ilə bağlı mövqeyi, seçkiyə münasibətindən danışıb. Deputatlığa namizəd bildirib ki, VHP hər zaman milli birlik, vətəndaş həmrəyliyi ideologiyası ilə bağlı millətin, vətəndaşın yanında olub. Biz partiya olaraq milli mövqeyimizlə dövlətimizin xoş gələcəyi üçün çalışıb, bu yöndə mübarizəsini davam etdirib. Yardımlı rayonunun ümumi problemlərindən danışan S.Əsədli bölgənin inkişafı ilə bağlı təkliflərini səsləndirib.
    Tədbir zamanı seçicilər suallar verib, namizəd onları dinləyib və suallara cavab verib.

  • Şirvanda VHP-çi namizəd seçicilərlə görüşüb- FOTO

    51 saylı Şirvan seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Zöhrab İsmayılov təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Şirvan şəhər mədəniyyət sarayında keçirilən görüşü VHP sədrinin müavini Samir Əsədli açaraq namizəd haqqında məlumat verərək partiyanın parlament fəaliyyəti, 1 sentyabr seçkilərində iştirakı haqqında danışıb.

    Daha sonra deputatlığa namizəd çıxış edərək deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən bəhs edib. O bildirib ki, bir şirvanlı olaraq mən də şəhərimizi abad görmək istəyirəm: “Bu səbəbdən platformamı, görülməsi nəzərdə tutulan işləri və platformamı sizlərə təqdim edirəm. Əvvəla, şəhər infrastrukturunda görüləcək işlərin ardıcıllığını təmin etməyə, plana alınmış tiklilərin tikintisi, təmir və pərpasını sürətləndirməyə çalışacam. Sahibkarları Şirvan şəhərinə yönləndirməklə yeni iş yerlerinin açılması üçün əlimdən gələni edəcəm. Deyilənlərin, sadalananların sadəcə söz kimi qalmasını yox, reallaşdırılmasını istəyirsinizsə, sizlərdən tək ricam, səsinizə sahib çıxın ki, biz də sözümüzü tutaq! Doğru seçimi etmək sizlərin əlindədir”.
    Vətən Müharibəsi veteranı Elvin Abbasov və Şirvan şəhərəri N.Quliyev adına tam orta məktəbin direktoru Mətanən Zərbəliyeva çıxış edərək seçiciləri seçki günü fəal olmağa və Zöhrab bəyə səs verməyə çağırıblar.
    Çıxışdan sonra seçicilər Zöhrab bəyə suallarını verib, şəhərin problemləri ilə bağlı müzakirələr aparılıb.

    Bütöv yazını göstər
  • Fəzail İbrahimli seçicilərlə görüşlərini davam etdirir

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Çaxırlı kəndində seçicilərlə görüş keçirib. Seçicilər qarşısında çıxış edən F.İbrahimli ötən parlament seçkilərindən sonra ölkədə yaranmış yeni siyasi-iqtisadi durum, Zəfər savaşı ilə başlayan inkişaf və yüksəliş mərhələsindən, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərindən və həm diplomatic, həm də iqtisadi sahədə yeni yüksəliş dövrü haqqında düşüncələrini bölüşüb. Seçicilərin yüksək diqqət və səmimiyyəti ilə keçən görüşdə Fəzail İbrahimli özünün deputat fəaliyyəti haqda məlumat vermiş və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağını bildirmişdir. Seçicilər adından çıxış edən Ziyafət Məmmədov Çaxırı kənd sakinlərinin 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini deyib. Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırıb, qaldırılan problemlərə münasibət bildirib.

  • Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Gülnar Hüseynova təşviqat kampaniyası çərçivəsində Ucarın Çiyni (Qaradağlı), Bərgüşad, Məlikballı kəndlərində seçicilərlə görüşüb. Görüş zamanı VHP-çi namizəd öz platforması, Ucarla bağlı lahiyələri, seçiləcəyi təqdirdə görəcəyi işlər haqda vətəndaşlara məlumat verib. O, bildirib ki, biz birlikdə Ucar üçün çalışmalıyıq, Ucarın aqrar sahəsi inkişaf etdirilməli, yeni iş yerləri açılmalıdır.
    Çıxışdan sonra seçicilər namizədə suallar verib. Hər bir sualı cavablandıran Gülnar xanım vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirib.