Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

    Bu gün Dövlət Bayrağı Günüdür. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Gününün Azərbaycanda qeyri-iş günü olan bayramların siyahısına daxil olunması barədə Əmək Məcəlləsinə əlavə edilib.
    Azərbaycanın Dövlət Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən qaynaqlanır. Belə ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir ki, “Mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”.

    Üçrəngli bayrağın simvolları
    Azərbaycanın dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilir. 
    Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyasını ifadə edir. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
    Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Əli bəy Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.
    Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.
    Bayrağımızın üzərindəki ay-ulduzun mənası – tarixçilərə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.
    Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən İslam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib (Bax: M. Əliyev. “Qobustan” jurnalı, 1989, N3).
    Tarixçi Cəbi Bəhramov “Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur”, – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.
    Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib.
    Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli isə belə açıqlayıb: “Məhəmməd Əmin Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.
    Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Bayraqdakı ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz güşə səkkiz türk xalqının simvoludur.
    Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
  • Bu gün Milli Şura möhtəşəm mitinq keçirdi (Video- Foto)

    Müxalif Milli Şuranın oktyabrın 27-də Bakıdakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə siyasi partiya liderlərindən heç kim çıxış etməyib. “Media forum” saytı bildirir ki, aksiyanın tribunası gənc fəalların və Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlinin ixtiyarına verilib. Mitinqi N!DA fəalı Nicat Məmmədbəyli idarə edib.

    Mitinqdə çıxış edən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Müsavat Partiyasının fəalı Nərgiz Yaqublu, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ülvi Həsənli 9 oktyabr prezident seçkisinin gerçək qalibinin professor Cəmil Həsənli olduğunu vurğulayıblar, hakimiyyətin ünvanına sərt ittihamlar səsləndiriblər.

    Gənclərin ardınca söz alan Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənli qurumun sədri Rüstəm İbrahimbəyovun salamlarını çatdırıb və aksiyaya qoşulanlara minnətdarlığını bildirib. O, 9 oktyabr prezident seçkisinin nəticələrinə toxunaraq qeyd edib ki, Azərbaycan xalqı seçki günü iradəsini ortaya qoyub və hakimiyyətin rüsvay edilməsinə nail olub: “Mən dəfələrlə demişəm ki, 9 oktyabrdan sonrakı Azərbaycan 9 oktyabra qədərki Azərbaycan olmayacaq və deyil”.

    Cəmil Həsənli deyib ki, Milli Şura, Azərbaycanın aparıcı siyasi partiyaları, gənc fəallar saxtakarlıqla barışmaq niyyətində deyillər: “Oğrulara və korrupsionerlərə Azərbaycanda yer yoxdur”.

    Hakimiyyəti seçki saxtakarlığının davamı kimi xalqdan və beynəlxalq aləmdən gizli şəkildə tələsik andiçmə mərasimi keçirməkdə ittiham edən Cəmil Həsənli daha sonra siyasi məhbuslar məsələsinə toxunub, bir neçə nəfərin, o cümlədən Tofiq Yaqublunun, İlqar Məmmədovun, Qurban Məmmədovun, Əvəz Zeynallının, Mövsüm Səmədovun, “Nida”çı gənclərin adlarını çəkib və onların azadlığa buraxılmasını tələb edib.

    Cəmil Həsənli qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Milli Şura Azərbaycanda demokratiya uğurunda mübarizədən geri çəkilməyəcək və qələbəyədək yoluna davam edəcək.

  • “Bəzi məmurlar bizi Rusiya bataqlığına çəkir”

    Parlamentin 22 oktyabr iclasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III zirvə toplantısının bəyannaməsi təsdiqlənib. Müzakirədə danışan deputat Sabir Rüstəmxanlı deyib ki, türk birliyinin güclənməsi yaxşı haldır: “Şərqdə Çin var, Şimalda Rusiya, Cənubda İran, ortada isə türk xalqı. Vaxtı ilə “amandır, bir araya gəlməyin, nə türk?” deyənlər artıq bunun vacibliyini anlayırlar. Vaxtilə Türkmənistanda Qarabağ məsələsi deyən insanları qovurdular. Yaxşı haldır ki, indi bu dövlətin başçısı Qarabağdan danışır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

    Rüstəmxanlı əlavə edib ki, cari məsələlərə vaxt ayrılmalı, bəzi fikirlər səslənməlidir: “Qonşumuzda soydaşlarımıza divan tutulur, parlament isə susur. Biz bu məsələni müzakirə etməliyik. Dünyanın heç yerində mühacirlərə belə münasibət yoxdur. Milli Məclis bu məsələdə diplomatik imkanlar aramalıdır… Bəzi məmurlar bizi Rusiya bataqlığına çəkir. Deyirlər ki, Avropa bizə nə verib? Belə danışmaq olmaz. Avropa dövlətin müstəqilliyini tanıyıb. Deyir cəmiyyətini qur, insan haqlarını qoru. Avropa nümunə göstərir. Biz niyə bundan qorxuruq? Dünyanı özümüzə düşmən etməməliyik. Bəzi məmurlar belə naşı danışmamalıdır. Ya bu adamlar yerində deyil, ya da özlərini apara bilmirlər. İstərdim ki, Rusiyada baş verənlər müzakirə edilsin və nə addım lazımdırsa, o addımı da ataq”.

    Bir müddət əvvəl Rusiyada milyarderlər bir araya toplaşmışdı. İndi bəs niyə səsləri çıxmır? “Öz biznesləri ilə bağlı Rusiya prezidenti Putinlə danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Xahiş edirəm, bu məsələ müzakirə edilsin, Rusiyada baş verən hadisələrlə bağlı Milli Məclisdə müvafiq sənəd qəbul olunsun. Milli Məclis Rusiya Dövlət Dumasına müraciət ünvanlamalıdır. Dünyanın heç bir yerində miqrantlara qarşı belə münasibət yoxdur. Bir müddət əvvəl Rusiyada milyarderlər bir araya toplaşmışdı. İndi bəs niyə səsləri çıxmır? Rusiya miqrantları ABŞ üçün problemdir. Rus mafiyası Amerikanı, Hindistanı pis vəziyyətə qoyub. İndi biz də o ölkələrə dəstək olaq?”.

  • İstanbulda “Güney Azərbaycanın türk dünyasında yeri və önəmi” mövzusunda konfrans keçirilib – FOTO

    İstanbulda “Güney Azərbaycanın türk dünyasında yeri və önəmi” mövzusunda konfrans keçirilib.

    APA-nın məlumatına görə, İstanbul Azərbaycan Kültür Evinin təşkil etdiyi konfransin acilisinda cixis edən Azərbaycan Kültür Evinin basqanı Hikmət Alp Türkiyədə Cənubi Azərbaycan mövzusuna az diqqət göstərildiyini deyib. Konfransın aparıcısı Gülarə Yenisey Güney Azərbaycandakı milli hərəkatların tarixindən danışaraq “İstanbul Təbriz üçün çox önəmli bir mərkəzdir” – deyib.

    Dünyadakı kosmik tədqiqatların basında iki türkün – Lutfi Zadə və Kərim Kərimovun durduğunu xatırladan G.Yenisey “təəssüf ki, bu qədər mühüm insanlar türk dünyasına xidmət edə bilmirlər” – deyə vurğulayıb.

    Konfransda çıxış edən DAK həmsədri, millət vəkili Sabir Rustəmxanlı qeyd edib ki, “Avrasiya deyilən bir yer əslində türklərə məxsusdur: “İndi isə bu yerlərə dünyanın “onurğa sümüyü” deyirlər. Oraya kim sahib olacaqsa, dünyaya da sahib olacağını deyirlər. Ancaq düşünmürlər ki, oranın sahibi türklərdir. Mahmud Kasğarlının məzarı mənim ucun sanki Həcc ziyarəti idi. Tarixlə öyünmək vaxtı keçib, artıq gələcəyə baxmaq lazımdır. Tarix boyu türklərə yapılan soyqırımlar bu gün Güney Azərbaycanda bas verir. Böyük dövlətlər müvəqqəti də olsa, torpaqlarımızın bir qismini əlimizdən alaraq erməni dövləti qurub. Türkiyə dövləti Güney Azərbaycanda “Haray, haray, mən türkəm” deyənlərin səsinə səs vermirsə, ya ordakıları türk saymır, ya da burdakılar türk deyil. İstanbula da, Ankaraya da, dünyaya da biz özümüz tanıtmalıyıq”.

    S.Rüstəmxanlı son illərdə Türkiyədə Güney Azərbaycanla bağlı çıxan kitabların sayının artmasının məmnuniyyət doğurduğuna diqqəti cəlb edərək, bundan sonrakı mərhələdə çalışmaların sayının artmasını və sistemli xarakter almasını arzu etdiyini vurğulayıb. O deyib ki, İranın Azərbaycanı hədələməsindən heç bir şey çıxmaz, çünki Azərbaycan gün keçdikcə güclənir. S.Rüstəmxanlı türk ölkələri arasındakı əlaqələrin gündən-günə güclənməsinin də qürurverici olduğunu vurğulayıb.

    Cənubi Azərbaycandan gəlmiş milli fəal Oqtay Vəlizadə 1995-ci ildən Güney Azərbaycan milli hərəkatının yeni mərhələyə qədəm qoyduğunu və o mərhələdə xeyli insanın cəzalandırıldığını deyib. 2006-cı ilin mayında Güney Azərbaycanda xalqın təhqir edilməsinə qarşı başlayan etiraz dalğasının və xalqın öz təbii haqlarını əldə etmək üçün mübarizənin davam etdiyini vurğulayıb.

    Konfransda çıxış edən tədqiqatçı Yasəmən Qaraqoyunlu Qacar xanədanlığı dönəmində ümumi türk kimliyinin parçalandığını və bundan istifadə edən Qərb imperializminin farsların İranda hakimiyyətin gəlməsinə zəmin hazırladığına diqqəti cəlb ədib. 1925-ci ildə Qacar imperatorluğunun yerində fars dövlətinin qurulduğunu deyən Y.Qaraqoyunlu İranda Azərbaycan kimliyinin silinməsinə çalışıldığına dair örnəklər verib və Türkiyəni Güney Azərbaycan siyasətini dəyişdirməyə çağırıb.

    Cənubi Azərbaycandan olan tədqiqatçı Arif Kəskin “Türkiyə niyə Cənubi Azərbaycan türklərini dəstəkləməlidir?” sualına cavab İranın Türkiyəyə və türk dünyasına qarşı xarici siyasətinin fars şovinizmi üzərində qurulduğuna diqqəti cəlb edib: “Türkiyə Cənubi Azərbaycanı dəstəkləsə də, dəstəkləməsə də, İranın Türkiyəyə baxış nöqtəsi dəyişmir”.

  • Sabir Rüstəmxanlı:” Bəs nə üçün gedib baş verənləri Putinə demir? “

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Moskvada soydaşımız Orxan Zeynalovun törətdiyi hadisəyə və bunun ətrafında cərəyan edən məsələlərə münasibətini bildirib.

    Deputat S.Rüstəmxanlı Publika.Az-a açıqlamasında deyib ki, Rusiyada çalışan bütün azərbaycanlılara qarşı belə təbliğata başlamaq, hamısına polis hücumları və sairə təşkil etmək doğru deyil. Onun sözlərinə görə, həmin insanlar illər boyu əziyyət çəkib Rusiyanı, Moskvanı saxlayıblar: “O cür bazarlarda heç bir rus özünə əziyyət verib çalışmaz, ancaq azərbaycanlılar çalışırlar və bütün rusları dolandırırlar.

    Digər tərəfdən isə bizim soydaşlarımız 200 ildir ki, Rusiyada qalıb yaşayırlar və bunun da səbəbi SSRİ ilə bağlı olub. İndi Rusiya da Azərbaycana qarşı SSRİ siyasətinin davamını aparmaq istəyir. Əgər bu gün Azərbaycan öz vətəndaşlarını tam dolandıra bilmirsə, SSRİ dövründən qalmış əksər zavod və müəssisələr dağılıb gedibsə və insanlar işsiz qalıbsa, bunun da günahkarı SSRİ-nin varisləri olan Vladimir Putin və Rusiya hakimiyyətidir. Onlar bunun məsuliyyətini bilməlidir. Sakit, sadə və dinc soydaşlarımızı təqib etmək, döymək əslində rus imperiyasının köhnə siyasətinin davam etdiyini və Rusiyanın xarakterini göstərir. Bu qədər nankorluq olmaz. Bu adamlarla bu qədər kobud rəftar etmək və bunu anti-azərbaycanlı kampaniyasına çevirmək onu göstərir ki, bunun arxasında müəyyən qüvvələr dayanır. Həmin qüvvələr Azərbaycanın müstəqilliyinə təhlükə yarada bilən yeni oyun qurmaq istəyirlər. Əlbəttə ki, burada bir qədər ehtiyatlı olmaq lazımdır. İndi Rusiya Azərbaycanla dost olmaq və Vahid Avrasiya İttifaqında olmağa can atır. Əlbəttə ki, bütün bunların hamısı rus hegemonluğunu qorumaq məqsədi daşıyır. Biz öz ölkəmizdən başqa heç kəsə güvənə bilmərik. Azərbaycanın özünün güclü iqtisadiyyatı qurulmalıdır, yeni iş yerləri açılmalıdır və soydaşlarımız iş üçün yad qapılara düşməli deyil”.

    S.Rüstəmxanlı “Milyarderlər İttifaqı” adlanan qurumun üzvlərinə də çağırış edib: “Mən buradan “Milyarderlər İttifaqı” adlanan qurumdakı imkanlı şəxslərə də müraciət etmək istəyirəm. Onlar bir müddət öncə soydaşlarımızın hüquqlarının qorunması üçün birlik yaradırdılar. Bəs hanı onlar? Vahid Ələkbərov Putinin dostudur. Bəs nə üçün gedib baş verənləri Putinə demir? Bu adamların Rusiyada bazarları və milyonları var. İmkan yaratsınlar, azərbaycanlılar gedib onların bazarlarında çalışsın, rusların əlinin altında deyil. Bu milyonerlər özlərindən başqa heç kəsi fikirləşmir. Onlarda zərrə qədər milli düşüncə və heysiyyət deyin bir şey yoxdur. Onlar anlamırlar ki, bu əzilən adamların onların millətidir. Bütün bunlardan sonra isə onların siyasi iddialarının da heç bir mənası qalmır”.

     

    Vasif Həsənli

  • Sabir Rüstəmxanlı Orxan Zeynalovla bağlı bəyanat verdi

    Keçmiş sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni – iqtisadi sahədə əlaqalər davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha çox bu ölkələrə üz tuturlar

    Bununla yanaşı, SSRİ məkanında olmuş dövlətlərin əksəriyyəti bu gün də müştərək təhsil sistemini və istehsal münasibətlərini qoruyub saxlamaqdadırlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial –iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də, köhnə sovet istehsal obyektlərinin əksəriyyətinin bugünkü Rusiya Fedarasiyasında yerləşməsi və bunun nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac vermişdir. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri- dövlət strukturlarında, elmi-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institularında mühüm postlar tutmaqla yanaşı, müəyyən qism də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışıyla məşğuldurlar. Məlumdur ki, bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır.

    Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi etməsi, onu silahlandırması da da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar ölkəyə xoş gündən gəlməyiblər. Belə humanitar faciələrə dünyanın hər yerində anlayışla yanaşılır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Amma qonşu ölkədə nəinki bu nəzərə alınır, əksinə münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır. Moskvada və bütövlüklə Rusiyada azərbaycanlılara qarşı zaman-zaman davam etmiş və bu günlərdə yenidən start götürmüş kütləvi təzyiq əslində baş vermiş bir cinayət hadisəsinin adekvat cavabı deyildir. Çünki min illərdən gələn bir kəlam var: cinayətkarın vətəni olmur. Şəxsi zəmində belə cinayətlər, hər gün, dünyanın hər yerində baş verir. Bunu bütövlükdə ayrı-ayrı millətlərə qarşı çevirmək, bundan istifadə edərək hər hansı bir xalqın vəhşi obrazını yaratmaq, milli dözümsüzlük nümayiş etdirmək, günahsız insanları təhqir etmək, aşağılamaq yolverilməz haldır. İnsan haqları, beynəlxaq hüquq və Azərbaycanla Rusiya arasındakı ənənəvi dostluq münasibətləri baxımından yanaşanda da, Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı bu görünməmiş aqressivliyi qətiyyətlə pislənilməlidir. Heç bir cinayətə, hətta terrora və ya terrorçu təşkilata görə də bütöv xalq günahlandırılmır, cinayətkarın cəzasını günahsızlar çəkmirlər.

    Hesab edirəm ki, Rusiyada baş verən son hadisələr bir təxribatdır və bu hadisənin arxasında Azərbaycana siyasi təzyiq niyyətləri dayanır. Bu və bunabənzər olaylar Azərbaycan və rus xalqları arasındakı çoxəsrlik xoş münasibətlərə təsir göstərməməlidir. Biz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı öz milli, insanı ləyaqətlərini, millətimizim adını qorumaqla yanaşı, yaşadıqları ölkələrin hüquq sistemlərini öyrənməyə, bu sistemlər çərçivəsində hərəkət eləməyə, təxribatlara uymamağa çağırırıq.

     

    Sabir Rüstəmxanlı

    DAK həmsədri

  • Üçrəngli bayrağı ilk dəfə qaldıran şəxsi necə həbs etdilər – 1957

    Bu gün “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur.

    Bu müqəddəs gündə üçrəngli bayraq sevdalısı olan, milli hərəkatçı, dissident Cahid Hilaloğlunun adını çəkməmək olmazdı.

    1956-cı il martın 6-7-də Tiflisdə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır. Gürcüstandakı hadisələrdən bir il sonra 1957-ci il mayın 28-də Cahid və yoldaşları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırır.

    Bu müqəddəs vəzifəni Cahid Hilaloğlu boynuna götürür. Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu o vaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır.

    Nə qədər qəribə olsa da, bir neçə aydan sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tuturlar.

    İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır (az.wikipedia.org).

    Cahid Hilaloğlu Azərbaycanın azad olacağı günün yaxınlaşdığını duyurdu. Çox təəssüf ki, həmişə arzusuyla yaşadığı günü görə bilmədi.

    Bu gün “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur.

    Bu müqəddəs gündə üçrəngli bayraq sevdalısı olan, milli hərəkatçı, dissident Cahid Hilaloğlunun adını çəkməmək olmazdı.

    1956-cı il martın 6-7-də Tiflisdə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır. Gürcüstandakı hadisələrdən bir il sonra 1957-ci il mayın 28-də Cahid və yoldaşları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırır.

    Bu müqəddəs vəzifəni Cahid Hilaloğlu boynuna götürür. Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu o vaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. 

    Nə qədər qəribə olsa da, bir neçə aydan sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tuturlar. 

    İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır (az.wikipedia.org).

    Cahid Hilaloğlu Azərbaycanın azad olacağı günün yaxınlaşdığını duyurdu. Çox təəssüf ki, həmişə arzusuyla yaşadığı günü görə bilmədi.

    – See more at: http://axar.az/news/1365#sthash.3sphUuHP.dpuf

  • Xalq Cümhuriyyətinin Bayraq haqda sənədi – Foto

    Bu sənəd Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli – hazırda Bayraq Günü olaraq qeyd etdiyimiz gün – milli bayrağın təsdiqi ilə bağlı qərarının çıxarışıdır.
    Ədliyyə Nazirliyinə təsdiq üçün göndərilən və üçrəngli bayrağımızı təsdiqləyən sənəddən çıxarışda yazılır: “Azərbaycan hökumətinin qərarlar jurnalından 9 Noyabr 1918 Dinlədilər: – Nazirlər Soveti sədrinin milli bayraq haqda məruzəsi.

    Qərar: – Mavi, qırmızı, yaşıl rənglərdən ibarət, ortasında ağ rəngdə ay və səkkizguşəli ulduz olan bayraq milli bayraq kimi tanınsın. Sənədin orijinalı Ədliyyə Nazirliyinə təsdiq üçün göndərilir”.

  • Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı

    Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamə qəbul olunub. Bu barədə Avropa Parlamentinin rəsmi saytı məlumat yayıb. 
    Qətnamədə deyilir ki, Avropa Parlamenti rəsmi Bakının Şərq Tərəfdaşlığı ilə bağlı konkret siyasətinin olmaması səbəbindən məsələyə şübhəli yanaşır.
    “Avropa Parlamenti iqtisadi əməkdaşlıqda əldə olunan inkişafa baxmayaraq, xüsusən insan haqlarının, demokratiyanın və fundamental azadlıqların boğulmasından, sərbəst toplaşmaq və ifadə azadlığı başda olmaqla, demokratik müxalifətin fəaliyyətinə yaradılan əngəllərdən dərin narahatlıq keçirdiyini və Azərbaycanla hər hansı bir sazişin bağlanmasının müxalifətin, jurnalistlərin, hüquq müdafiəçilərinin birdəfəlik rahat buraxılmasından, vətəndaşların və müxalifətin konstitusiya ilə təyin olunmuş azadlıqlarının toxunulmazlığından asılı olacağını bəyan edir.
    Bundan əlavə, 9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edərək, Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.
    Avropa Parlamenti Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş ATƏT DTİHB-in rəyini bölüşür və  seçkilərin ATƏT standartlarına uyğun olmamasından dərin təəssüfünü bildirir. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırır”, – deyə qətnamədə bildirilir.
  • Cəmil Həsənlinin həmsədr olması Milli Şuranın fəaliyyətinə müsbət təsir edəcək.

    “Biz Rüstəm İbrahimbəyovun Milli Şuradakı missiyasını uğurla yerinə yetirdiyini düşünürük. Milli Şuradakı qüvvələri Cəmil Həsənli birləşdirə bilməzdi. Bunu Rüstəm İbrahimbəyov bacarıb. Ancaq biz də hesab edirik ki, Cəmil müəllimin seçki dövründə Milli Şuranı layiqli təmsil etməsi onun bu qurumun lideri olmasını zəruri edir”.

    Bu sözləri Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı deyib. O bildirib ki, Milli Şurada struktur dəyişikliyinin edilməsi və həmsədrlik institutunun yaradılması indiki halda ən uğurlu variant olar: “Bu təklif Rüstəm İbrahimbəyovun özündən gəlib. VHP-də bu təklifi dəstəkləyir və Milli Şura daxilindəki müzakirələrdə qurumun strukturunun dəyişdirilməsi və Cəmil Həsənlinin də həmsədr seçilməsi variantını müdafiə edəcək”.

     

    R.Manaflının sözlərinə görə, C.Həsənlinin Milli Şuranın həmsədri seçilməsi qurumun gələcək fəaliyyətinə də müsbət təsir edəcək.