Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Azərbaycan üçün çalışan adam: Yusif Salmansoy-65

    imageAzərbaycan üçün çalışan adam: Yusif Salmansoy – 65

    Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından, Sovet dönəmində Sumqayıt şəhərində Azərbaycan Milli Bayrağını ilk ucaldanlardan biri, VHP sədrinin müavini, Sumqayıt Şəhər Bələdiyyəsinin üzve və Komissiya sədri Yusif Salmansoyun 65 yaşı tamam olur.
    Yusif Salmansoy adı Azərbaycan cəmiyyətinə Milli Azadlıq Hərəkatının ilk günlərindən, 1988-ci ildən bəllidir. Həmin dövrdə Azərbaycanın ən böyük və qaynar şəhərlərindən olan Sumqayıtda əhalinin iradəsinin ifadə olunması və milli azadlıq ideyalarının təbliğində Yusif bəyin adı xüsusilə seçilib. Bakıda tədbirlərin, görüşlərin keçirilməsinə maneələr yaradılanda, insanlarla təmaslarımız Sumqayıtda həyata keçirilirdi və bu tədbirlərin təşəbbüskarlarından, zəhmətini çəkənlərdən, bütün təzyiqlərə və təqiblərə baxmayaraq, sinəsini qabağa verənlərdən biri olaraq Y.Salmansoyun xidmətləri əvəzsizdir. Onun Azərbaycan Xalq Cəbhəsinin Sumqayıtda təsis olunmasında əməyi və uzun müddət AXC Sumqayıt təşkilatına rəhbərliyi azadlıq mübarizəmizin hədəfinə çatmasında önəmli rol oynayan amillərdən biridir.
    Milli Azadlıq Hərəkatına qoşulan və Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qalxan insanlar arzularına çatdıqdan sonra növbəti hədəfi müəyyənləşdirdilər: Azərbaycanda sivil vətəndaş cəmiyyəti, azad, şəffaf seçki mühiti, demokratik sistem yaratmaq. Bu mübarizə azadlıq mübarizəsindən daha uzun prosesdir və daimi müqavimət, mübarizə, həmçinin əzmkarlıq, iradə, səbir və ləyaqət istəyir. Yusif bəy yaşının bu çağında da böyük əzmkarlıq və enerji ilə Azərbaycan dövlətinin inkişafı, demokratiya, insan haqları, bir sözlə, Azərbaycan insanının firavan həyatı və dövlətimizin yüksəlişi yolunda mübarizə aparır.
    Biz də, Yusif bəyi 65 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona həyatda uğurlar və müqəddəs mübarizəsinin hədəfə çatmasını arzulayırırıq.

  • VHP-nin Goranboy və Naftalan təşkilatlarının da konfransları keçirilib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Goranboy rayon təşkilatının növbəti hesabat-seçki konfransı keçirilib.
    Konfransda təşkilatın özəklərindən seçilən nümayəndələr və partiya rəhbərliyi iştirak edib.
    Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Anar Səfərov çıxış edərək rayon təşkilatının konfrans hazırlıqları barədə məlumat verib. Bildirib ki, təşkilatın bütün özəklərində ümumi yığıncaqlar keçirilib və konfransa nümayəndələr seçilib.

    Daha sonra VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli VHP-nin fəaliyyəti, partiyanın qurultay hazırlıqları və partiya qarşısında duran vəzifələr barədə geniş məlumat verib.

    Sonra rayon təşkilatının sədri Zaur Məmmədov rayon təşkilatının, onun seçkili orqanlarının fəaliyyəti barədə geniş hesabat verib. Bildirib ki, konfrans öncəsi bütün özək təşkilatlarının yığıncaqları keçirilib:
    “VHP Goranboy rayon təşkilatı olaraq işimizi və fəaliyyətimizi VHP-nin Nizamnaməsinə əsasən qurub, onun Məramnaməsinin prinsiplərini yerinə yetirməyə çalışmışıq. Rayonda digər müxalifət partiyalarının yerli təşkilatları ilə birgə fəaliyyət göstərmişik. Bundan sonra da VHP Goranboy rayon təşkilatı əzmlə fəaliyyət göstərəcək. Partiya qarşısında işinin öhdəsindən gəlməyə çalışacaq”.
    Çıxışının sonunda Zaur Məmmədov bildirib ki, son altı ayda 100 rayon sakini partiya sıralarına qəbul edilib.

    NTK sədri Mətləb Əliyev da hesabat məruzəsini konfrans iştirakçılarının nəzərinə çatdırıb.
    Qeyd edib ki, konfransdan keçən dövr ərzində özək təşkilatlarının yığıncaqları keçirilib, NKT-ya partiya üzvlərindən heç bir şikayət daxil olmayıb. Bütün yığıncaqlar Nizamnaməyə və rayon təşkilatları haqqında Əsasnaməyə uyğun təşkil edilib.

    VHP MNTK sədri Felmar Əlkəbərov çıxışında bildirib ki, VHP və onun rəhbərləri hər zaman xalqın, millətin, vətənin və cəmiyyətin mənafeyi üçün çalışıblar, bu yolda mübarizə aparıblar.
    Konfrans iştirakçılarından sədr müavini Yaqub Məmmədov, Ağsaqqallar Şurasının sədri Qələndər Həsənov, Elmar Quliyev, Rəhim Süleymanov və digərləri çıxışlarında təşkilat sədrinin və NTK-nın hesabatlarını bəyəndiklərini bildirməklə, təşkilatın bundan sonrakı fəaliyyətində yeni dönüşün və yüksək təşkilatçılığın olacağına əminlik ifadə etdilər.
    Sonra VHP Goranboy rayon təşkilatının Məclis və NTK üzvləri formalaşdırılıb, partiyanın qurultayına 11 nəfər nümayəndə seçilib.
    Gizli səsvermə nəticəsində Zaur Məmmədov yenidən rayon təşkilatının sədri seçilib.
    Həmçinin günün ikinci yarısında VHP-nin Naftalan şəhər təşkilatının da konfransı keçirilib. Seçkili qurumların hesabatları dinlənilib, təşkilati məsələlərə baxılıb. Partiya qurultayına nümayəndələr müəyyənləşdirilib. Sonda isə Nizaməddin Şirinov şəhər təşkilatının sədri seçilib.

    vhpgoranboy vhpgoranboy0 vhpgoranboy1 vhpgoranboy2 vhpgoranboy3 vhpgoranboy4 vhpgoranboy5 vhpgoranboy6 vhpgoranboy7 vhpgoranboy8 vhpgoranboy9 vhpgoranboy10

  • VHP Bərdə, Ağdam və Tərtərdə konfrans keçirdi-FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bərdə, Ağdam və Tərtər rayon təşkilatlarının konfransları keçirilib. Partiyanın MNTK sədri Felmar Ələkbərov və Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli konfranslarda iştirak ediblər. Bərdə rayon təşkilatının sədri Rövşən Cabbarov geniş hesabat məruzəsi ilə çıxış.Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bərdə, Ağdam və Tərtər rayon təşkilatlarının konfransları keçirilib. Partiyanın MNTK sədri Felmar Ələkbərov və Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli konfranslarda iştirak ediblər.

    Bərdə rayon təşkilatının sədri Rövşən Cabbarov geniş hesabat məruzəsi ilə çıxış edərək təşkilatın və onun seçkili qurumlarının fəaliyyətindən danışıb. Bildirib ki, təşkilat hər zaman partiyanın öncül qurumlarından olub, partiyanın Nizamnaməsindən və Məramnaməsindən irəli gələn işləri görüb. Ötən müddətdə partiya sıralarına yeni üzvlər qəbul edilib. Rayonun əksər kəndlərində yerli özək və məhlə təşkilatları yaradılıb.

    Felmar Ələkbərli ölkədə baş verən ictimai-siyasi olaylar, Samir Əsədli isə partiyanın qurultay hazırlıqları və fəaliyyəti barədə danışıb. Sonda təşkilatın Məclis, NTK üzvləri və partiya qurultayına nümayəndələr, Rövşən Cabbarov isə yenidən sədr seçilib.

    Həmçinin Ağdam rayon təşkilatının konfransında Məclis və NTK-nın hesabatları dinlənilib. Seçkili qurumlar formalaşdırılıb, Həsən Xəlilov yenidən sədr seçilib.

    Günün sonunda isə Tərtət rayon təşkilatının da konfransı keçirilib. Seçkili qurumların hesabatlarından sonra təşkilati məsələlərə baxılıb. Nizami İsmayılov təşkilata yeni sədr seçilib.

    imageimageimageimageimageimageimageimageimageimage

     

  • Eynulla Fətullayevin ölçüsü Sabir Rüstəmxanlının yazdıqı hansısa kitabının səhfəsindəki bir cümlə boyda deyil

    Son günlər Sabir Rüstəmxanlı və Eynulla Fətullayev qalmaqalı davam edir. Bildiyiniz kimi Eynulla Fətullayevin rəhbəri olduqu haqqın.az saytında “Sabir Rüstəmxanlı əsil kişi axtarır” məqaləsi verilmişdi. Daha sonra, bu qalmaqala jurnalist Sərdar Əlibəyli qoşulmuş və öz “Facebook” profilində “Eynulla sən kişi işinə qarışma məqaləsin yazmışdır”. Bu olanlarla bağlı VHP-nin İcra Aparatının rəhbəri Samir Əsədlidən münasibət öyrəndik
    Bu yazılar Eynulla Fətullayevin öz düşüncəsinin məhsulu deyil. O, həmişəki kimi sifarişli yazılar yazır. Bu gün də, onun Sabir bəyə söz atması onun göstəricisidir ki, yenə hansısa dairələrdən yeni bir sifariş alıb.
    Eynulla Fətullayev o adamdır ki, mərhum jurnalist Elmar Hüseynovun qanı üstə səltənət qurub indi ziyalılara hürür.
    Onda, artıq şərəf və ləyaqət olmadıqını düşünürəm O, özüdə gözəl bilir ki, onun səviyyəsi Sabir bəydən qat-qat aşağıdır. Eynulla Fətullayevin ölçüsü  Sabir Rüstəmxanlının yazdığı hansısa kitabının səhfəsindəki bir cümlə boyda deyil.

    http://agxeber.com/

  • “Eynulla Fətullayevin dedikləri onun əxlaqsızlıq ölçüləridir”

    “Yer üzündə Eynulla Fətullayev kimi murdar, satqın, riyakar, alçaq adam görməmişəm”

    “Eynulla Fətullayevin dedikləri onun əxlaqsızlıq ölçüləridir. Gücü çatmayan daşdan yapışmasın başına düşər”.
    Bunu Moderator.az-a Xalq şairi Sabir Rüstəmxanlı jurnalist Eynulla Fətullayevin sosial şəbəkədə onun haqqında yazdığı statusa münasibət bildirərkən deyib.
    Xalq şairi qeyd edib ki, E.Fətullayev illərdir ona böhtan atmaqla məşğuldur:
    “Yer üzündə Eynulla Fətullayev kimi, murdar, satqın, riyakar, alçaq adam görməmişəm. Neçə illərdir onun işi-peşəsi elə mənə böhtan atmaqdan ibarətdir. Ondan fərqli olaraq mən heç vaxt sifətimi dəyişməmişəm. İndi dediyim sözləri Milli Məclisdə də demişəm, Milli Məclisə getməyəndə də deyirəm. Bəlkə də onlar elə bilirlər mən birinci dəfədir bu sözləri deyirəm? Onlar fil qulağında yatıblar və heç nədən xəbərləri yoxdur, elə bilirlər ki, mən birinci dəfədir belə danışıram. Milli Məclisdə 25 il daima öz mövqeyi olan bir adam olmuşam və daima da öz mövqeyimdən çıxış etmişəm, həmişə millətin dərdin demişəm. İndi də eyni fikri deyirəm, amma bu gün vəziyyət daha ağırdır və ona görə məcburam ki, bəzi məsələləri daha kəskin deyim. Milli Məclisdə olsaydım da yenə eyni sözü deyəcəkdim”.
    Sabir Rüstəmxanlı jurnalistlə bağlı nəinki hansısa tədbir görməyi, hətta onun haqqında danışmağı belə özünə rəva bilmədiyini vurğulayıb: “Eynulla bir həşaratdır və onun həşarat olduğunu, hara girib hardan çıxdığını, neçə dəfə hansı deşikləri dəyişdiyini bütün Azərbaycan çox yaxşı bilir. Mən heç onu bu millətdən saymıram, hansı millətdəndir bilmirəm. O, öz diliylə danışmayıb, çünki onun öz dili yoxdur. Onun arxasında dayanan, onu ortaya atanların da kimlər olduğunu çox yaxşı bilirəm. Ona görə də o, mənim obyektim deyil onun haqqında danışmağı özümə sığışdırmıram”.
    Qeyd edək ki, Eynulla Fətullayev sosial şəbəkədə şəxsi səhifəsində yazdığı statusla Sabir Rüstəmxanlını təhqir edib: “Azərbaycanda bir siyasətçi var. Adı Sabir Rüstəmxanlıdır. Tarixdə belə simasız adam olmayıb. Mandatı alınan kimi keçdi təzədən müxalifətə. İndi iqtidarı söyməyə başlayıb. Hökumət buna bir günlük mandat verə, təriflədə, sonra təzədən ala əlindən. Yenə verə sonra ala əlindən… Bax bu məxluq hələ də özünə ziyalı deyir”.

  • Fəzail İbrahimli: “Bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınıb”

    Milli Məclisin növbəti plenar iclası fevralın 12-də keçiriləcək. Dünən isə Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş üzrə Mərkəzini və nazirliyi tənqid edib. 
    Adıçəkilən millət vəkili ittihamlarını Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 9-da keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik hesabatının müzakirəsi zamanı səsləndirib.
    Millət vəkili bələdiyyələri və bələdiyyəsədrlərini konkret fəaliyyət, layihələr ortaya qoymağa çağırıb.
    Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Fəzail İbrahimli isə bələdiyyə sədrlərinə və bələdiyyələrə qarşı sərt ittihamlarla çıxış edib. O, bələdiyyələri və bələdiyyə sədrlərini konkret fəaliyyət, layihələr ortaya qoymağa çağırıb: “Siz eləcə vergilərdən danışırsınız. Sizi başqa məsələlər maraqlandırmır? Sizin işiniz-gücünüz elə vergi yığımı məsələsidir?  Molla yas yerindən xüms-zəkat istədiyi kimi, siz də ancaq vergi istəyirsiniz! Niyə konkret fəaliyyət ortaya qoymursunuz? İnciməyin, bələdiyyələrin, bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınıb. Bu, az qala sizin alnınıza yazılıb. Bəlkə belə deyil?” F.İbrahimli daha sonra əlavə edib: “Düzdür, əvvəlki illərlə müqayisədə bu məsələnin qarşısı qismən alınıb, amma hər halda, bələdiyyələr haqqında formalaşan bu ”imic” hələ də aradan qaldırılmayıb.  Ona görə vergi, əlavə səlahiyyətlər istəməkdənsə, əməli fəaliyyətinizlə bu “imici” aradan qaldırmağa çalışın”.
  • VHP Cəlilabadda da konfrans keçirdi-FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Cəlilabad rayon təşkilatının növbəti hesabat-seçki yığıncağı keçirilib.
    Yığıncaqda rayon təşkilatı Məclisinin və NTK-nın hesabatları dinlənilib. Təşkilatın və onun seçkili qurumlarının fəaliyyəti qənaətbəxş hesabat edilib.

    AXCP Cəlilabad rayon şöbəsinin sədri İmran Əliyev, tanınmış jurnalist Sabutat Nağıyev, hərəkatçı Kərim Quliyev çıxış ediblər, təbriklərini çatdırıblar.

    Sonra VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədəki siyasi proseslər və VHP-nin qurultay hazırlıqları barədə məlumat verib.

    Sonra rayon təşkilatının Məclisi və NTK-sı formalaşdırılıb, partiyanın növbəti qurultayına 7 nəfər nümayəndə seçilib.
    Gizli səsvermə nəticəsində Əliqismət Əlibəyli VHP Cəlilabad rayon təşkilatının yeni sədri seçilib.

    vhpcelilabad vhpcelilabad1 vhpcelilabad2 vhpcelilabad3

  • VHP-nin yeni sədri kim olacaq?

    samirasadliSamir Əsədli: “Payızda qurultayın keçirilməsi nəzərdə tutulub”

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) növbəti qurultayına hazırlaşır. VHP-nin mərkəzi icra aparatının rəhbəri Samir Əsədli bildirib ki, qurultay nizamnaməyə uyğun keçirilməlidir: “Ali Məclis bununla bağlı qərarını verib, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Hazırda təşkilat komitəsinin əsas işi VHP-nin rayon, şəhər və Naxçıvan muxtar Respublikasında konfransları keçirməkdir. Ümumilikdə 81 rayon təşkilatının konfransı baş tutmalıdır. İndiyə qədər 20-dən çox təşkilatın konfransı olub. Bu prosedur başa çatdıqdan sonra avqustda qurultay keçiriləcək. Bəzi şəxslər təklif edirlər ki, qurultay VHP-nin təsis olunduğu gün-sentyabrın 26-da keçirilsin. Bütün hallarda payızda qurultayın keçirilməsi nəzərdə tutulub”. Qeyd edək ki, VHP-nin qurultayında Sabir Rüstəmxanlının yenidən sədr olub-olmayacağı məsələsi açıq qalır. S.Əsədli bildirib ki, partiya nizamnaməsində bir şəxsin neçə müddətə qədər sədr seçilməsi haqda müddəa yoxdur: “Ona görə də, qurultay özü partiya sədrinin kim olmasını müəyyən edəcək. Biz istəyirik ki, növbəti dəfə də Sabir Rüstəmxanlı partiyanın sədri olsun. Ancaq bu məsələlər qurultayın səlahiyyətindədir və onun iradəsindən asılı olacaq. Bununla da, VHP-nin yeni rəhbərliyini yalnız qurultay müəyyən edə biləcək. Düzdür, Sabir Rüstəmxanlı müsahibəsində bəyan etmişdi ki, yenidən sədrliyə namizəd ola bilər. Bu məsələ daha çox onun özündən asılıdır. Özü, sədrliyə iddialı olub-olmadığını müəyyən edəcək. Bəli, əvvəllər Sabir Rüstəmxanlı qeyd etmişdi ki, əgər sədrliyə namizədlər olacaqsa, buna diqqət edəcək, onu əvəzləyəcək gənc və hazırlıqlı şəxs olacaqsa, bu barədə düşünəcək”. S.Əsədli qeyd edib ki, qurultayın vaxtı təyin edilmədiyi üçün sədr məsələsini indidən müzakirə etmək doğru olmazdı: “Qurultaya vaxt var, konfranslar başa çatandan sonra bu barədə düşünmək olar”. Samir Əsədli əlavə edib ki, partiyada sədr olmaq keyfiyyətinə malik kadrlar mövcuddur. Onun sözlərinə görə, S.Rüstəmxanlı türk dünyasının önəmli isimlərindən biridir: “Azərbaycan müstəqilliyinin qazanılmasında imzası olan, siyasətdə sözünü demiş şəxsdir. Üstəlik ədəbiyyatda da önəmli fiqurdur. Bizim üçün Sabir Rüstəmxanlı həm də VHP-nin qurucu sədridir. Partiyada təbii ki, bütün sahələr üzrə kadrlar var və yetişib. Yəni VHP-də sədrliyə namizəd olacaq şəxslər mövcuddur, zamanla onlar müəyyən siyasi təcrübədən keçiblər. VHP-nin yaşı da az deyil, oturuşmuş təşkilatdır və hər sahə üzrə kadrları var”.

    Gündəlik Teleqraf qəzeti

     

  • VHP gəncləri beynəlxalq tədbirdə iştirak ediblər-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının sədri Amal Nəzərli, VHP sədrinin gənclərlə iş üzrə müşaviri Pünhan İmamlı və VHP-nın departament müdiri Tural Hüseynli Gürcüstanın paytaxtı Tiflis şəhərində Niderlandın Çoxpartiyalı Demokratiya İnistitutunun təşkil etdiyi təlimdə iştirak ediblər. Gənclərə “seçkilər və yerli özünüidarətmə sistemləri” mövzuları tədris olunub.

    Təlimdə Azərbaycanın və Gürcüstanın iqtidar və müxalifət partiyalarının gəncləri də iştirak ediblər.

    Qeyd edək ki, təlimlər 4-7 fevral tarixlərində baş tutub. Bu gün VHP-çi gənclər vətənə dönürlər.

    amalnezerli

    vhpgencleri

  • VHP-çi gənclər Gürcüstana yola düşüblər

    vhpfaviconBu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının sədri Amal Nəzərli, VHP sədrinin gənclərlə iş üzrə müşaviri Pünhan İmamlı və VHP-nın departament müdiri Tural Hüseynli Gürcüstanın paytaxtı Tiflis şəhərinə yola düşüblər.

    VHP-çi gənclər Niderlandın Çoxpartiyalı Demokratiya İnistitutunun təşkil etdiyi təlimdə iştirak edəcəklər. Təlimlərdə seçkilər və yerli özünüidarətmə sistemləri mövzuları gənclərə tədris olunacaq. Təlimdə Azərbaycanın və Gürcüstanın iqtidar və müxalifət partiyalarının gəncləri də iştirak edəcəklər.

    Qeyd edək ki, təlimlər 4-8 fevral tarixlərində baş tutacaq.