Vətəndaş Həmrəyliyi Partiyası

VHP Təşkilatları Məclis yığıncaqları keçiriblər- FOTO

Written by

in

,
Kürdəmir/ Vətəndaş Həmrəyliyi Partiyası Kürdəmir rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda təşkilati işlər və ölkədəki ictimai siyasi durum müzakirə edilib.
Təşkilatın sədri Əliqulu Cəfərli ölkədə və bölgədə baş verən siyasi olaylar, Kürdəmirdəki vəziyyət və partiyanın fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.
O, çıxışında Qarabağ və Ermənistanla sərhəddə son baş verənlərə toxunaraq Azərbaycan tərəfinin qətiyyətli addımlarının təqdir edildiyini, ermənilərlə məhz bu dildə danışmağın gərəkliyini bildirib. Əliqulu bəy həmçinin işsizlik problemindən söz açaraq qeyd edib ki, gənclərin çoxu işsizdir, bölgələrdə iş yerləri yoxdu, bu da əhalinin vəziyyətinə, gündəlik dolanışığına pis təsir edir, hər gün qiymət artımı, ərzaq və gündəlik təlabat mallarının bahalaşması az təminatlı, işsiz insanların durumunu daha da ağırlaşdırır . Xüsusən pandemiya və karantin tədbirləri bu vəziyyəti daha da pisləşdirir .
RT sədri qeyd edib ki, hökümət ciddi iqtisadi tədbirlər həyata keçirməli, yeni iş yerləri açılmalı, kənd təsərrüfatına xüsusi diqqət yetirilməlidir.
Məclisdə ölkədə və dünyada baş verən siyasi olaylar müzakirə edilib. Təşkilatın fəaliyyəti barədə məclis üzvləri təkliflər veriblər. Sonda VHP sıralarına yeni üzvlərin qəbulu ilə yığıncaq yekunlaşıb.
***
Laçın/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Laçın rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.

Rayon təşkilatının sədri Həmzalı Məmmədov ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran məsələlər barədə məruzə edib.
RT sədri son günlər Qarabağ, Şərqi Zəngəzur və sərhəd zonasında yaranan durumdan danışıb. Bildirib ki, Laçın və Zabux kəndlərinin boşaldılması , ümumən Laçına insanların geri qayıtması prosessinin başlanacağı rayon sakinlərini düşündürən, daima diqqətdə saxladığı məsələdir. 30 ildir vətən, el-oba həsrəti ilə yaşayan insanlar öz doğma yurdlarına köçmək istəyirlər. Laçının azad olmasından sonra, hazırda Laçın şəhərinin həmçinin Zabux kəndinin də düşməndən azad edilməsi laçınlıları sevindirir. Erməni təxribatlarının qarşısı tam alınmalı, bölgədə əbədi sülh yaradılmalıdır. Separatçı, təxribat əməllərinin kökü tam kəsilməli, Azərbaycan ərazisindən düşmən quldur silahlı dəstələri tam çıxarılmalıdır. Suveren dövlətimizin ərazisində yalnız Azərbaycan dövlətinin silahlı birləşmələri olmalıdır. Heç bir ölkənin, qrupun və hər hansı bir maraq dairəsinin bizim ölkədə silahlı dəstəsi olmamalıdır , ola da bilməz.
Həmzalı Məmmədov Laçın və Zabuxun boşaldılması zamanı evlərin, yaşayış və digər yerləri yandırmaları, təbiətə və ekologiyaya ziyan vurmaları onları narahat etdiyini bildirdi. Bir daha erməni vandalizmini gördük, 1992-ci ildə ev-eşiklərimizi talan etmişdilər, indi də eyni təxribatları törədirlər.
Təşkilatın Ağsaqqallar Şurasının sədri Füzuli Heydəroğlu çıxışında bildirib ki, onların ən böyük arzusu Laçına köçməkdir və böyük qayıdışı, vətənə köçmə günlərini gözləyirlər.
Daha sonra Məcis üzvləri ölkədəki ictimai-siyasi durumu müzakirə etmiş, iqtisadi-sosial məsələlərə xüsusi diqqət ayıraraq işsizlik və qiymət artımının əhalinin yaşayış səviyyəsinə mənfi təsir etdiyini vurğulamışlar.
Toplantıda təşkilati işlər, partiyanın yubiley hazırlıqları və qarşıda duran işlər müzakirə edilib. Sonda partiya sıralarına yeni üzvlər qəbul edilib.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir