Bir neçə gün sonra böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü tamam olur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) artıq silsilə tədbirlərə start verib. Dünən VHP-nin Bərdə rayon təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri M.Ə.Rəsulzadə ilə bağlı anım tədbiri keçirib. Bu gün isə VHP-nin Goranboy rayon təşkilatı Məclisinin toplantısı keçirilib və tədbirdə böyük öndər M.Ə.Rəsulzadənin anadan olmasının 132 ildönümü ilə bağlı müzakirə aparılıb.
Bir cavab yazın