Vətəndaş Həmrəyliyi Partiyası

Sabir Rüstəmxanlı Şuşada – “Şahidi olduq ki, Şuşanın həyatını tamamilə dəyişəcək işlər görülür”

Written by

in

“Şuşada gəzdiyim hər yol, hər cığır Vətən müharibəsinin şanlı səhifələridir”.

Bunu Pravda.az-a açıqlamasında Şuşada səfərdə olan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

VHP sədri bildirib ki, Şuşada əsl bayram əhval-ruhiyyəsi yaşanılıb: “Səfərdə ölkənin mədəniyyət xadimləri, millət vəkilləri, siyasi və ictimai xadimlər iştirak edirlər. Prezident İlham Əliyevin Şuşa səfərində bizimlə iştirakı isə, əlbəttə ki, səfərin əhəmiyyətini artırdı. Biz ötən gün bir sıra obyektlərin, Vaqif məqbərəsinin, yaşayış massivinin açılışında iştirak etdik. Şahidi olduq ki, burada doğrudan da Şuşanın həyatını tamamilə dəyişəcək əsaslı işlər görülür. Əlbəttə ki, bizim Şuşada olmağımızın əsas səbəbi ənənəsi 1982-ci ildə qoyulan Vaqif poeziya günləridir. Bu, Şuşanın mədəni həyatının yeni səhifələrindəndir. Biz səfər zamanı Şuşanın görkəmli şəxsiyyətlərinin məzarlarını ziyarət etdik. Şuşa hərb tarixinin canlı səhifəsidir. Ümid edirik, Azərbaycanın işğaldan azad edilən bütün torpaqları əvvəlki vəziyyətinə qayıdacaq”.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir