Milliyyətçi Hərəkat Partisinin Genel Başqanı
sayın Devlet Bahçalıya
Əziz Devlet bəy!
Başçılıq etdiyim Vətəndaş Dayanışma Partisi adından Milliyyətçi Hərəkat Partisini, Türkiyənin önəmli siyasi xadimlərindən biri kimi şəxsən Sizi partinizin növbəti, 10-cu qurultayı münasibəti ilə səmimi qəlbdən təbrik edir, MHP-yə böyük və şərəfli yolunda uğurlar diləyirəm.
MHP – Türkiyənin ictimai-siyasi həyatında böyük rol oynayan, ölkənin gələcəyinə təsir etmək gücündə olan bir partidir. Türkiyəni zəiflədərək ağır sorunlarla üz-üzə qoymaq istəyənlərin cavabını hər zaman olduğu kimi bu gün də MHP verir: Türkiyənin xoşbəxt gələcəyi də MHP ilə bağlıdır. MHP-nin yetişdirdiyi insanlar ölkənin ictimai-siyasi həyatında aparıcı şəxslərdirlər, gənclərin yurd happy wheels demo sevgisi ilə və dövlətçilik təfəkkürü ilə yetişməsində Ülkü ocaqları müstəsna əhəmiyyət daşıyır.
Milliyyətçi Hərəkat Partisinin parlaq ideoloji xətti təkkcə Türkiyədə deyil, bütün Türk Dünyasında yurdsevər insanlar üçün cazibə mərkəzidir. Bu ideya keçmiş Sovetlər Birliyindən qopmuş türk respublikalarında milli özünüdərk, dövlətçilik vərdişləri və ulusal kimlik təfəkkürünün formalaşmasına və müstəqilliklərinin güclənməsinə ciddi təsir göstərir. Başqa sözlə desək, MHP-nin daşıdığı missiya təkcə Türkiyə ilə məhdudlaşmır; Sizi sevənlərin coğrafiyası Türk Dünyası qədər genişdir.
Sayın Devlet bəy!
Bir daha 10-cu qurultayınız münasibəti ilə Sizi, bütün MHP-çiləri və MHP tərəfdarlarını ürəkdən qutlayır, Sizə apardığınız şərəfli mübarizədə başarılar arzulayıram.
Sayğılarla,
Sabir RÜSTƏMXANLI
Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
Millət vəkili
Bir cavab yazın