Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı APA-ya müsahibəsində növbəti qurultayda partiya sədrliyindən getmək niyyətində olduğunu açıqlayıb. S.Rüstəmxanlı partiyanın sədri postunda hansı meyarlara cavab şəxsin əyləşməsini istədiyini də bəyan edib: “Mən öz yerimə partiyanın işini apara bilən, problem yaratmayan, bacarıqlı, gənc və partiyanın bütün təşkilatları tərəfindən qəbul olunan bir adamın təyin olunmasını istəyirəm.
Category: VHP Gündəmi
-
Sabir Rüstəmxanlı partiya sədrliyindən gedəcəyini bəyan etdi
Bəlkə də qurultayın gecikməsinin bir səbəbi də budur. Mənim partiya sədrliyindən getmək niyyətim var. Bu, yalnız mətbuat üçün blef, yaxud boş yerdən ortaya atılmış söz deyil, mən bunu səmimi şəkildə istəyirəm. Eyni zamanda bir sıra başqa işlərim də var ki, onlar mənim üçün çox zəruridir. Xüsusən də, yaradıcılıq sahəsində işlərim var, əlimdə yarımçıq kitablarım qalıb.Burda otura-otura, partiyanın işini görə-görə, əgər mənim fikrim yarımçıq işlərimin yanındadırsa, yaxud yazılarımı yazarkən fikrim qalır ki, partiyada kimsə ilə görüşməliyəm, bu şəkildə əvvəllər işləmək olurdu, ancaq indi işləyə bilmirəm. Çünki zaman qovur, yarımçıq işlər məni onların ardınca getməyə məcbur edir. Buna görə də mən partiya sədrliyindən getmək istəyirəm. Yəni bir lider kimi yox, partiyanın sıravi üzvü kimi qalmaq istəyirəm”.VHP sədri siyasətdən də gedib-getməyəcəyi barədə də danışıb: “Siyasətdən getmək hələ ki mümkün deyil, çünki mən millət vəkiliyəm. O müddət başa çatdıqdan sonra yəqin ki, siyasətdən də gedəcəyəm. Əslində yazıçılıq daim siyasətin içində olmaqdır. Mənim təbiətim və yaradıcılığımın ümumi ruhu siyasətdən uzaqda deyil. Mənim yazılarım vətəndaşlıq ruhundan yoğrulmuş və Azərbaycanda sovet dövründən başlayaraq cəmiyyət içində baş verən proseslərlə sıx bağlıdır.Yəni mənim sovet dövründəki kitablarıma nəzər salsaq görərik ki, siyasi hədəfi olan, Azərbaycanın tarixi yaddaşını diriltməyə, millətin yaddaşını özünə qaytarmağa, müstəqilliyə xidmət edən kitablardır. Bunlar da əslində siyasətin bir növüdür. Əsərlərimdə ədəbiyyatdan istifadə yolu ilə ictimai problemləri qaldırmaq var. Mən bu mənada siyasətdən kənar deyiləm. Yəni düşünsəm ki, bundan sonra yazacaqlarım siyasətdən tam kənar olacaq, bu doğru deyil. Mənim sırf milli ruhdan qidalanan, mənəvi proseslərdən doğan son dərəcə zərif ruhlu lirik şeirlərim də var. Amma partiya işi gündəlik siyasətdir və mən gündəlik siyasətdən uzaqlaşmaq, daha çox millətimizin gələcəyinə yönəlik, daha uzun vədəli milli siyasətlə məşğul olmaq istəyirəm”.Qeyd edək ki, VHP rəhbərliyində ən aktiv şəxs Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlidir. Onun sıravi üzvlükdən partiyanın mühüm postuna qədər gəlib çıxmasında şəxsi fəallığı ilə yanaşı Sabir Rüstəmxanlının da dəstəyinin rol oynadığı bildirilir. Bu baxımdan Samir Əsədlinin VHP sədri olacağı da istisna edilməyən variantlardan sayılır. Samir Əsədli “Yeni Müsavat”a açıqlamasında S.Rüstəmxanlının postundan getməsinə qarşı olduğunu bildirdi: “Mən Sabir Rüstəmxanlının müsahibəsini oxuyandan sonra Sabir bəyə zəng etdim və sədlikdən getmək istədiyi barədə söylədiklərini qəbul eləmədiyimi, onun sədrlikdən getməsinə qarşı olduğumu söylədim. Mən Sabir bəyə açıq şəkildə dedim ki, bu açıqlamanızı qəbul etmirəm, hesab edirəm növbəti qurultayda da siz partiyanın sədri seçilməlisiniz.Çünki onun partiya sədri kimi qalması bizim üçün vacibdir. Amma Sabir Rüstəmxanlı sədrlikdən getsə belə, partiya artıq oturuşmuş bir quruma çevrilib, Sabir Rüstəmxanlı partiyanın əsasını elə qoyub ki, bu partiya heç vaxt parçalanmaz. Partiya böyüyür, yenilənir. Təbii ki, Sabir Rüstəmxanlı da nə vaxtsa VHP sədrliyindən gedəcək. Bu, təbii olan bir şeydir. Əgər Sabir Rüstəmxanlı növbəti qurultayda sədrlikdən getsə, partiyada kifayət qədər kadr var ki, Sabir bəyin dediyi o meyarlara cavab verir və partiyanı idarə edəcək səviyyədədirlər. Məsələn, Ali Məclisin sədri Rafiq Manaflını, Əlövsət Əliyevi, həmçinin özümü də o meyarlara uyğun hesab edirəm. Özümü də iddialılar sırasında sayıram. Təbii ki, Sabir Rüstəmxanlı sədrliyə namizəd olmayacağı halda. Partiyada digər iddialılar da var. Cəmiyyətdə tanınmayan VHP üzvləri də var ki, partiyanı idarə edəcək potensiala malikdirlər. Partiyamızın nizamnaməsi istənilən partiya üzvünə sədrliyə namizədliyini vermək hüququnu tanıyır”.S.Rüstəmxanlı isə dünən hafta.az-a açıqlamasında bildirib ki, onun yerinə kimin gələcəyi qurultayın işindən asılı olacaq: “Yerimə gələcək şəxsin gənc olması vacib deyil. Partiyanı idarə edə bilən orta yaşlı biri də ola bilər. Mənə görə gənc ola bilər. Amma həmin şəxs 50 yaşında da ola bilər”.VHP-nin növbəti qurultayının bu ilin sonunda keçiriləcəyi gözlənilir.Etibar SEYİDAĞA -
VHP Gənclər Təşkilatının rəhbərliyi dəyişdi
VHP Gənclər Təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda əlkədəki ictimai-siyasi vəziyyət, son vaxtlar hakimiyyətin güclənən repressiyası, Ömər Məmmədovun həbsi və təşkilati məsələlər müzakirə edilib.
Toplantıda ilk olaraq VHP üzvü, gənc fəal Ömər Məmmədovun həbsi ilə bağlı məsələ müzakirə olunub. VHP Gənclər Təşkilatının üzvü Tural Hüseynli Ömər Məmmədovun həbsi, onun müdafiəsi üçün görülən işlər, vəkillərlə qurulan əlaqə və digər məsələlər barədə geniş məlumat verib.
Çıxış edən digər Məclis üzvləri Ö.Məmmədovun həbsini pisləmiş, bunu gənclərə qarşı repressiyaların tərkib hissəsi olduğunu bildirmiş və gəncin dərhal azad olunmasını tələb etmişlər. Gündəlikdə olan növbəti məsələ ilə bağlı. VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı çıxış edərək ölkədəki mövcud siyasi proseslər, gənclər sektorunda baş verən məsələlər barədə danışıb.
Məclis üzvləri son vaxtlar ölkədə gənclərə qarşı aparılan təzyiq-təqib kampaniyasından və gənclərin sistematik həbslərindən ciddi narahatçılıq keçirdiklərini ifadə edib. Hakimiyyətin müvafiq strukturlarını cəmiyyəti narahat edən və ölkədə süni qarşıdurma yaradan, vətəndaş həmrəyliyini pozan münasibəti tezliklə dəyişdirməyə, qanunsuz addımların qarşısını almağa və həbsdə olan gənclərin dərhal azadlığa buraxılmasını tələb ediblər.
Sonra təşkilati məsələlər müzakirə olunub. Məclisə boş qalan 4, NTQ-ya isə 1 yerə seçkilər keçirilib. Məclis, Tural Hüseynlini sədrin birinci müavini, Günay Əsgərlini isə katib seçdi. Həmçinin Gənclər Təşkilatının sədri Pünhan İmamlının təqdimatı ilə Namiq Əhməd təşkilati məsələlər üzrə müavin, Ağəli Ağəliyev siyasi məsələlər üzrə müavin, Zeynəb Rza beynəlxalq əlaqələr üzrə müavin, Nicat Kamal mətbuatla iş üzrə müavin, Vüsal Namiqoğlu ideoloji məsələlər üzrə müavin, Röyalə Məmmədova üzvlərlə iş üzrə müavin təsdiq edildilər.
Həmçinin, Nəzarət-Təftiş Qrupunun iclasında Pərviz Həsənov sədr seçilib. -
Daşkəsən təşkilatı da konfrans keçirdi – FOTO
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qurultay hazırlıqları çərçivəsində bu gün VHP Daşkəsən rayon təşkilatının növbəti konfransı keçirilib.
Konfrans dövlət himninin və partiya marşının oxunması ilə işə başlayib. Sədarət, katiblik və işçi heyət seçilib. Konfransda özək təşkilatından seçilmiş nümayəndələr, VHP Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Samir Əsədli, Asəf Məmmədəliyev, Ədalət və BQP rayon təşkilat sədrləri iştirak ediblər.
Təşkilat sədri Nəsimi Qafarov geniş hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın fəaliyyəti, rayondakı vəziyyət, siyasi proseslər və konfrans hazırlıqlarından danışıb.
NTK sədri Əfqan Məmmədov təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirib.
VHP Siyasi Şurasının üzvü Samir Əsədli, Gəncə şəhər təşkilatının sədri Asəf Məmədəliyev, Ədalət Partiyasının təşkilat sədri Elşad Məmmədoğlu, Qarabağ qazisi, polkovnik Sərdar Rüstəmov da çıxış ediblər, ölkədə baş verən siyasi olaylar, müxalifət daxili durum barədə danışıblar.Konfrans iştirakçilarından Emin Mürsəlov, Elnur Abdiyev, Rövşən Qafarov və Sərdar Verdiyev çıxış edərək təşkilatın fəaliyyəti barədə təkliflər irəli sürüblər.
Sonda seçki keçirilib. Nəsimi Qafarov sədr, 7 nəfər Məclis, 3 nəfər NTK üzvü seçilib. Nəsimi Qafarov və Elnur Abdiyev isə VHP-nin növbəti Qurultayına nümayəndə seçiliblər.
-
Qan yaddaşı
“Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır”
Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla bu çoxluğa aid olanların çoxundan daha çox təmasda olsam da, mənim üçün çətindir.
Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözümdə böyük bir tarixin, Türk millətinin aydın və sərkərdələr tarixinin bu günümüzə köçürülmüş simvoludur…
İnsan dünyaya bir dəfə gəlir, ruh isə dəfələrlə. Ruhun mahiyyəti eyni olur, dəyişən onun ruh verdikləri. Bu mənada mənim üçün Sabir Rüstəmxanlı Türk millətinin minilliklər boyunca dəyər və qutsal ünvanı olan Dədə Qorqud, Bilgə Xaqan, Yunis Əmrə, Şah İsmayıl Xətai yolunun yalnız fiziki yox, həm də ruhi davamçısıdır. Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə gah Qorqud dünyasının nəsihətindən, gah Babək savaşından, gah Göy Türk dönəminin paklığından, gah Yunis Əmrə fəlsəfəsindən, gah da Xətainin vətən sevgisindən bir damla hopur qəlbimə. Sabir bəyin qoruduğu bu ruh davamçılığı onun cisminə də hopub və bəzilərinin ucqar saydığı Hamarkəndin bir kasıb evində dünyaya göz açan bu Türk Kişisi üzü, gözü, səsi ilə belə TÜRK möhürüdür.
Nədənsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Türkün fikir, söz və savaş tarixi Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır. “Tanrı” sözünün, “Türk” və “Yer” sözünün, “Oğuz” və “Bəy” sözlərini ilk dəfə daşlara köçürülmüş yazılardan oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları – Vətən daşı olanların həmrəyliyinə, Türk xalqlarının birliyinə çağırır və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür.
Sabir Rüstəmxanlı oba-oba, el-el gəzərək türkləri qan yaddaşını unutmamağa çağırır. Milləti Həmrəyliyə, Birliyə çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, qəddarlığı, unutqanlığı, yaddaşsızlığı gördükdə bu dərdlərdən qurtulmaq üçün savaş aparır.
Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır – hər əsərində, hər şeirində, hər çıxışında.
Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.
Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir: “Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini, məncə, hamı bilir. Mən “Heç nə istəmirəm bu məmləkətdən” şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik…”
Ömrün belə bir başlanğıcı və… Və ömrünün ən mübariz çağında artıq Onu bir milyonluq Meydan dinləyir… Qosqoca bir imperiyanın dizinin yerə gəldiyi Meydanın tək sərkərdəsi Odur!
Əslində isə bu yalnız Onun gücü deyildi, bu, minilliklər boyu yol gələn bir ruh davamçılığının gerçək ifadəsi idi – “Titrəyib özünə dönən Türk”!
Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm” söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.
Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: “qan yaddaşı”. Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var… Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır. Böyük bir epoxanın hər anı, Altaylardan Anadoluya, Savalandan Orxon-Yeniseyədək Böyük Turanın hər qarışını ömründə yaşayan bir Ruh sahibidir. Sözüylə, ruhuyla “yurdunun bölünməz xəritəsi”dir. “Bu yurd mənə tanış gəlir” şeirini qələmini ciyərinin qanına batıra-batıra yazıb.
Şairin üz tutduğu ulu məkan nə qədər qədimdirsə, ona münasibət bir o qədər yenidir, çağdaşdır.
Sabir Rüstəmxanlı sözünün oyanışı – ruhunun silkələnməsi, qan yaddaşının oyanışıdır.
Dirəkdəki yəhəriylə,
Axşamıyla, səhəriylə,
Qıyıq gözlü uşaqların
Cingiltili səsləriylə
Bu yurd mənə tanış gəlir…
Cənubi Azərbaycanın paytaxtı sayılan şəhərə digər şairlərimizin yazdığı şeirlərdən fərqli olaraq Sabir bəyin Təbriz poetikasında nisgildən, üzüntüdən və pessimizmdən daha çox, mübarizə ruhu, qələbə əzmi və gələcəyə nikbin ümidlər hakimdir. “Məqsədin hara, mənzilin də ora” deyimi Sabir Rüstəmxanlının həyat yoludur.
Sabir bəyin bütövlük ideyaları türkçülükdən yoğrulmuşdur. Onun publisistikası ictimai-siyasi xarakterli şeirlərinə də öz təsirini əsirgəmir və oxucu bir şeirində bir qəzetlik mətləb yükünü anlayır, qəbul edir. Düşmən əsarətində olan torpaqlarımız qarşısında şair özünü xəcalətli sanır və “O torpaq bizləri götürməyəcək!” deyir.
Sabir bəyin namərdliyə, ədalətsizliyə, ləyaqətsizliyə, əclaflığa, rəzilliyə qarşı hayqırtısı təkcə bir şairin deyil, həm də başıpapaqlı hər bir türk kişisinin zəhmidir, hökmüdür. Peşəsi diz çöküb yalvarmaq olan Kişi
mərhəmətsiz ölsə yaxşıdır. Əcnəbi payına göz dikən xalqın Payı Əzrayıldan gəlsə yaxşıdır!
Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan” kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin – bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz.
Altaydan Balkanlara, Tanrıdan Savalana uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib, biz göylərdən gəlsək də, yolu mən ağartmışam, yollar göydən düşməyib.
Azərbaycan müstəqillik qazandıqdan sonra ortaya atılmış etnik separatçılar, geriyə dönmək iddiasında olan kommunistlər, demokrat, islahatçı, qlobalist maskası taxmış, faşist təfəkkürlü qullar, Azərbaycanın müstəqilliyindən bəhrələnməkdə olan “hədiyyə cocuqlar”ı bu boyük yolu duya bilməz.
Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır…
Həm də ömrün 69-cu ilinin tamamında xoş illər diləmək…
Təbrik edirik…Samir Əsədli
-
Post with Slider
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo. Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem sequi nesciunt. Neque porro quisquam est, qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit, sed quia non numquam eius modi tempora incidunt ut labore et dolore magnam aliquam quaerat voluptatem. Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit laboriosam, nisi ut aliquid ex ea commodi consequatur? Quis autem vel eum iure reprehenderit qui in ea voluptate velit esse quam nihil molestiae consequatur, vel illum qui dolorem eum fugiat quo voluptas nulla pariatur? At vero eos et accusamus et iusto odio dignissimos ducimus qui blanditiis praesentium voluptatum deleniti atque corrupti quos dolores et quas molestias excepturi sint occaecati cupiditate non provident, similique sunt in culpa qui officia deserunt mollitia animi, id est laborum et dolorum fuga. Et harum quidem rerum facilis est et expedita distinctio. Nam libero tempore, cum soluta nobis est eligendi optio cumque nihil impedit quo minus id quod maxime placeat facere possimus, omnis voluptas assumenda est, omnis dolor repellendus.
-
Standart Post

Post with prettyPhoto